Məhkəmə qərarları › İş №2-1(103)-597/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-597/2020

11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-597/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı (xx.xx.1960-cı il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 X7 İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət X8 X7 üzrə Mərkəzi Filialı) qarşı pensiyanın təyin olunması tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4815/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Xüsusi X2rşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı ildə Bakı şəhərində doğulmuşdur. Əmək fəaliyyətinə başlamış və xüsusi şərtlərlə tələb olunan işlərdə işləmişdir. Xüsusi şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmişdir. Lakin müraciəti təmin olunmamışdır. İmtina kimi güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsi qeyd olunmuşdur. Halbuki, «Neftqaztikinti» trestinin arayışına əsasən 13 il 11 ay 10 gün dəniz şəraitində iş şəraitində iş stajı olduğu qeyd olunsa da, cavabdeh imtinasında bu müddətin kifayət etmədiyini bildirmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4815/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim T.Əsədova) iddia qismən təmin edilmiş, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 X7 İdarəsinin üzərinə qoyulmuş, iddianın qalan hissədə rədd olunması qərara alınmışdır. İddianın təmin olunmamış hissəsindən iddiaçı apellyasiya şikayəti verməmişdir. Qərardan narazı qalan cavabdeh xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4815/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya SOCAR “Neftqaztikinti” tresti tərəfindən verilmiş arayışda onun adıçəkilən müəssisədə güzəştli deyil, ümumi iş stajının 13 il 11 ay 10 gün təşkil etdiyi qeyd olunmuşdur. İddiaçının xx xxxxxx 2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan azdır. Bu səbəbdən də İdarənin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktubu qanunauyğun hesab edilməlidir. xx.xx.2020-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinə iddiaçının vəkili (Sumqayıt şəh. Corat qəs.) kimi göstərilməklə (lakin nə birinci instansiya məhkəməsinə, nə də işin apellyasiya icraatında olan zaman vəkil tərəfindən order və ya etibarnamə təqdim edilməmişdir) X4 tərəfindən teleqram ünvanlanmış, onun xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyi və bu səbəbdən də məhkəmə iclasının təxirə salınmasını xahiş etməsi qeyd olunmuşdur. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı (ümumiyyətlə heç bir məhkəmə iclasında) və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Əlavə olaraq, o, iddiaçının 2001- 07-ci illərdə işlədiyi vəzifənin Nazirlər Kabinetinin müvafiq qərarının 29-cu bölməsində göstərilməli olduğunu, lakin onun işlədiyi vəzifənin neft emalı ilə heç bir əlaqəsinin olmadığını, iddiaçının mexanik işlədiyini və 29-cu bölmədə mexanik olmadığını bildirdi. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etdiyindən, iddiaçı tərəfindən iddianın rədd olunmuş hissəsindən apellyasiya şikayəti verilmədiyindən və cavabdehin apellyasiya şikayəti iddianın təmin olunmuş hissəsinin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası qərarı mübahisələndirilən - iddianın təmin edilmiş hissəsində yoxlayır. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Bakı şəhərində doğulmuşdur (AZE ******** №-li Şəxsiyyət Vəsiqəsi). İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur (NZ ******* №-li Hərbi Bilet). İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilə qədər «Azərdənizneftinşaat» Trestinin 1 saylı X3 yardımçı fəhlə, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər əl ilə qaynaqda elektrik qaynaqçısı, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər «Azərdənizneftinşaat» X1 sürücü, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər «Azərdənizneftinşaat» Trestinin 1 saylı X3 elektrik qaynaqçısı, xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilə qədər «Azərdənizneftinşaat» Trestində sürücü, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə qədər 3 saylı Bakı Taksimotor Parkında sürücü, xx.xx.1985-ci ildən xx.xx.1990-cı ilə qədər «Azərdənizneftinşaat» Trestində sürücü, xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilə qədər «Azərdənizneftinşaat» trestində sürücü, xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilə qədər «Xəzərdənizneftsosialtikinti» Trestində sürücü, xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilə qədər «Azərrabitətikinti» Tresti Avtobazasında sürücü, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə qədər «Azərdənizneftinşaat» Tresti 1 saylı X3 usta, xx.xx.1994-cü ildən xx.xx.1998-ci ilə qədər mexanik, xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə qədər N.Nərimanov adına NQÇİ 1 saylı NQÇS mexanik, xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilə qədər «Azərdənizneftinşaat» tresti 1 saylı X3 mexanik, xx.xx.2001-ci ildən xx.xx.2007-ci ilə qədər «Azərdənizneftinşaat» trestin 1 saylı TTQTF mexaniki, xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilə qədər mühəndis, xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilə qədər «NEftqaztikinti» X11 İdarəsinə sahə mexaniki, xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilə qədər «Neftqaztikinti» Tresti 7 saylı X3 suvaqçı, xx.xx.2010-cu ildən xx.xx.2014-cü ilə qədər mühəndis, xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilə qədər polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı, xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilə qədər «Neftqaztikinti» Tresti 4 saylı X3 polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı vəzifəsində işləyib, xx.xx.2015-ci ildən hazırkı vaxta qədər SOCAR-ın «Neftqaztikinti» tresti 4 saylı Tikinti Quraşdırma Bölməsində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı vəzifəsində işləyir (Sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə xx.xx.2018-ci il tarixli 130 №-li Məlumat). İddiaçı dəniz şəraitində 13 il 11 ay 10 gün iş stajı olmuşur (Neftqaztikinti trestinin xx.xx.2019-cu il tarixli SOCAR **********80020123X00145 №-li Arayışı). İddiaçı xx.xx.2019-cu il tarixdə ərizə ilə cavabdeh orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. İdarə tərəfindən iddiaçıya onun müraciətinin təmin olunmaması barədə xx.xx.2019-cu il tarixli **********3 №-li məktub ünvanlanmış və İmtinaya səbəb kimi güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsi qeyd olunmuşdur. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikasının Qanununda dəyişiklər edilməsi barədə xx.xx.2017-ci il tarixli 543-VQD №-li Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Hazırda tərəflər arasında mövcud olan mübahisə adıçəkilən Qanun qüvvəyə minməmişdən əvvəl yaranmışdır. Odur ki, məhkəmə hazırkı mübahisə üzrə xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun normalarının tətbiq olunmalı olduğunu hesab edir. xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2017-ci ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2017-ci ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması; 3) İddiaçının xx.xx.2017-ci ilə qədər 57 yaşının tamam olması. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının xx.xx.2017-ci ilə qədər hərbi xidmət müddəti də daxil olmaqla 31 il 0 ay 5 gün ümumi və 13 il 11 ay 10 gün güzəştli iş stajı mövcuddur. Cavabdeh inzibati orqanın öz imtinasında qeyd etdiyi Güzəştli arayışa dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları təsdiq edilmişdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Adıçəkilən Qaydaların 2 №-li Əlavəsinə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2017-ci il tarixdə yarandığından ona münasibətdə bu Qaydalar tətbiq oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Dövlət X8 Kollegiyasının 2011-ci il 21 noyabr tarixli, 17 №-li Qərarı ilə təsdiq olunmuş və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları iddiaçının pensiya hüququ yaranan tarixdə qüvvədə olmuşdur. Həmin Qaydalarda isə həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayışın təqdim olunması göstərilməmişdir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalar iddiaçının hüquqi vəziyyətini pisləşdirdiyindən ona münasibətdə tətbiq oluna bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər işlədiyi əl ilə qaynaqçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının 23200000-19906 şifrinə, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə qədər işlədiyi usta vəzifəsi 2290000b-23419 şifrinə, xx.xx.1994-cü ildən xx.xx.1998-ci ilə qədər, xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilə qədər və xx.xx.2001-ci ildən xx.xx.2007-ci ilə qədər işlədiyi mexanik vəzifəsi mexaniklər 2130301b-23485 şifirinə, xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilə qədər, xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilə qədər işlədiyi quraşdırıcı vəzifəsi isə 2290000a-14612 şifrinə uyğundur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-4815/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 X7 İdarəsinin (hazırda Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət X8 X7 üzrə Mərkəzi Filialı)apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4815/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı (mübahisələndirilən – iddianın təmin edilmiş hissəsində) dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar