Məhkəmə qərarları › İş №2-1(103)-598/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-598/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-598/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X7 iştirakı ilə, X1 cavabdeh AR ƏƏSMN yanında DSMF-nin X9 üzrə Mərkəzi filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3089/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: X2 cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X9 İdarəsinə (hazırki:X9 üzrə Mərkəzi Filialına) və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təqaüdə çıxdığı xx.xx.2018-ci il tarixdən etibarən hesablanan əmək pensiyasının, hakimlərə hakimlik stajına görə verilən maaşın 45 faizi həcmində əlavə haqqın, müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğində pul təminatının,məzuniyyətə çıxarkən verilməli olan iki aylıq əmək haqqı məbləğində müavinətin, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşlarının 15 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı- xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixdək və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün verilən vəzifə maaşlarının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı - xx.xx.2019-cu il tarixdən nəzərə alınmaqla yenidən hesablanması və ödənilməmiş məbləğin - fərqin iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 20 il məhkəmə sədri vəzifəsində çalışmağı nəzərə alınmaqla, bugünə olan məhkəmə sədrinin əmək haqqı və digər gəlirləri əsas götürülməklə,o cümlədən hakimlərə hakimlik stajına görə verilən maaşın 45 faizi həcmində əlavə haqqın, müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğində pul təminatının, məzuniyyətə çıxarkən verilməli olan iki aylıq əmək haqqı məbləğində müavinətin, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşlarının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatının, həmçinin, 3-cü ixtisas dərəcəsinə görə əmək haqqının üç misli məbləğində haqqın nəzərə alınmaqla yenidən hesablanması və ödənilməmiş məbləğin - fərqin iddiaçıya bidəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun X9 İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3089/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3089/2020 saylı qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş dir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin hakimlərin vəzifə maaşlarına bir aylıq vəzifə maaşı həcmində əlavə və 3-cü ixtisas dərəcəsinə görə əmək haqqının üç mişli məbləğində haqqı işlədiyi dövrdə almadığı üçün bu əlavələr pensiya hesablanması zamanı nəzərə alına bilməz. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı (nümayəndəsi) məhkəmə iclasında təmsil olunmamış, habelə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1987-xx.xx.2000-ci il tarixlərdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin, xx.xx.2000-xx.xx.2005-ci il tarixlərdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin sədri olmuş, xx.xx.2005-xx.xx.2007-ci il tarixlərində isə Bakı şəhəri Nizami rayon Məhkəməsinin sədri vəzifəsini icra etmiş, xx.xx.2007-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilmiş və xx.xx.2018-ci il tarixdə hakimlik səlahiyyətlərinə xitam verilmişdir. Həmçinin, iddiaçıya pensiya məbləği təyin edilərkən qulluq stajına görə əlavə, həmçinin hakimiyyət səlahiyyətlərinə görə əlavələr, o cümlədən də mükafat və müavinətlar da nəzərə alınmışdır. Birinci instansiya məhkəməsi işin hallarına “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 106, 109-cu, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 20.1.4, 20.7, 20.7.2, 30.1, 31.1, 31.2-ci, “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci ilin iyul ayının 1-dək qüvvədə olmuş 29.3-cü, “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.1, 2.7, 4.2.2-ci, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci bəndini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, X1 cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 üzrə Mərkəzi Filialına qarşı iddia tələbi təmin edilərək, iddiaçının məhkəmə sədri kimi işlədiyi illər üzrə istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği (öz arzusu ilə) və “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 106-cı, 107ci və 109-cu maddələrində nəzərdə tutulan əlavə maddi-sosial təyinatlar nəzərə alınmaqla, yəni 01 aprel 2018-cu il tarixdən hesablanmaqla vəzifə maaşının 25 faizi həcmində vergilərdən azad olunan aylıq pul təminatı, hakimlərin məzuniyyətə çıxdığı vaxt iki aylıq vəzifə maaşı, müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı, həmçinin, hakimlik stajına görə verilən maaşın 45 faizi həcmində əlavə haqq, o cümlədən üçüncü ixtisas dərəcəsinə görə əmək haqqının üç misli məbləğində əlavə haqqlar nəzərə alınmaqla yenidən hesablanıb və hal-hazıra kimi yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Milli Məclisinin 1996-cı il 21 may tarixli 80-İ QR nömrəli Qərarı ilə, Bakı şəhəri, Binəqədi rayon xalq məhkəməsinin sədri X4 3-cü ixtisas dərəcəsi verilmişdir. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2001-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanunla Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri müəyyən edilmiş, “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamənin 7-8-ci bəndlərinə əsasən ixtisas dərəcələri hakimlərə ömürlük verilir və ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilmişdir. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2007-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinin üçüncü ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının üç misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır. Göründüyü kimi, X2 3-cü ixtisas dərəcəyə malik olduğundan, onun minimum əmək haqqının üç misli məbləğində əlavə haqqlarının pensiya məbləği hesablanarkən nəzərə alınmasını tələb etmək hüququna malikdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X9 üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3089/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar