Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-598/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6550/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq ona xx.xx.2012-ci il tarixdən (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 1977-ci ildən 1982-ci ilə kimi Azərbaycan Politexnik İnstitutunda əyani təhsil almışdır. xx.xx.1982-ci ildə "Sredastranqaz" X1 İstilik-Elektrik laboratoriyasına gənc mütəxəssis kimi telemexanika qrupuna mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü ildə köçürmə yolu ilə idarəyə keçmiş, eyni tarixdə sazlayıcımühəndis vəzifəsinə keçmiş, xx.xx.1987-ci ildə 2-ci dərəcəli texnik vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə köçürmə yolu ilə "xxxx" Mərkəzinə keçmiş, xx.xx.1988-ci ildə sazlayıcımühəndis vəzifəsinə təyin olunmuş, xx.xx.1990-cı ildə 2-ci dərəcəli Sazlayıcı-Mühəndis dərəcəsi verilmiş, xx.xx.1993-cü ildə 1 saylı sahəyə şahə rəisinin müavininin səlahiyyətlərinin icraçısı təyin olunmuş, xx.xx.1993-cü ildə 1 saylı sahənin sahə rəisinin müavini vəzifəsinə, xx.xx.1995-ci ildə 1 saylı sahəyə sahə rəisi vəzifəsinə təyin olunmuşdur. xx.xx.1997.ci il tarixdə "xxxx" Mərkəzi ARDNŞ-nin Dənizdə Neft və Qazçıxarma" İstehsalat Birliyinin tabeliyinə verilmişdir. xx.xx.2021-ci il tarixdə isə "xxxx" Mərkəzi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. xx.xx.2007-ci ildə Texniki İstehsalat sexinin rəisi vəzifəsinə, xx.xx.2008-ci ildə İstehsalat üzrə direktor müaviniistehsalat sexinin rəisi vəzifəsinə, xx.xx.2010-cu ildə "xxxx" ASC-nin direktorunun səlahiyyətlərinin icraçısı vəzifəsinə, xx.xx.2010-cu ildə "xxxx" ASC-nin direktoru vəzifəsinə təyin olunmuşdur. Hazırda "xxxx" ASC-nin direktoru vəzifəsində işləyir. İdiaçının güzəştli şərtlərlə pensiya çıxmaq üçün etdiyi müraciətə müvafiq orqan tərəfindən imtina cavabı verilib. İşlədiyi vəzifə (sahə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” qərarının X bəndinin (********) “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı" b yarımbəndindəki (kod 1100000b) Rəhbərlər və mütəxəssislər, 1100000b-24125 neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifələri ilə eynidir. xx.xx.2021-ci ildə ümumi iş stajı 32 il 5 ay, güzəşt hüququ verən vəzifə üzrə sosial sığorta stajı təkcə xx.xx.1993-cü ildən xx.xx.2007-ci ilə qədər olan dövrü hesablamaqla 14 il 7 ay 10 gün təşkil edir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı’ nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) Qazma yarımbölməsində (10 1) neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası "xxxx" ASC-nin 25 yanvar 2022-ci il tarixli NN 01/09 nömrəli nömrəli arayışında xx.xx.1993-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə sahə rəisi və sahə rəisinin müavini vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, qeyd olunan dövrlər üzrə işlədiyi vəzifələr yuxarıda adıçəkilən neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifəsinə uyğun deyil. Bundan başqa sözügedən arayışda qeyd olunan xx.xx.1988-xx.xx.1990-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin 1 saylı sahəsində işlədiyi sazlayıcı-mühəndis vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nda nəzərdə tutulmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6550/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin 25 yanvar 2022-ci il tarixli NN 01/09 nömrəli nömrəli arayışında xx.xx.1993xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə sahə rəisi və sahə rəisinin müavini vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı’ nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) Qazma yarımbölməsindəki (10 1) neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifəsinə uyğun deyil. Bundan başqa sözügedən arayışda qeyd olunan xx.xx.1988-xx.xx.1990-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin 1 saylı sahəsində işlədiyi sazlayıcı-mühəndis vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nda nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Rəcəbli apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, İddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «Əmək pensiyaları haqqında» Qanunun (xx.xx.2006-cı il tarixdən qüvvədə olan 9.1ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına görə Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1-ci hissəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə kişilər – 50 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 50 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 52 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən əsasən hərbi xidmət dövrü, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla iddiaçının iş materiallarında olan 5 noyabr 1982-ci il tarixdə doldurulmasına başlanılmış əmək kitabçasının (№ İT-İ 0882079), hərbi biletinin (№5286478;xx.xx.1986), Ç.İldırım adına Politexnik institutu tərəfindən iddiaçıya verilmiş 023939 nömrəli diplomunun (xx.xx.2017.dublikat) surətlərinə və "Şelfneftqazavtomatika” ASC-nin xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçının xx.xx.2006-cı il tarixinə aşağıdakı iş stajı müəyyən olunur: xx.xx.1977-xx.xx.1982: əyani ali təhsil müddəti – 4 il 8 ay 5 gün; xx.xx.1982 - xx.xx.1984: İstilik elktrotexniki texniki laboratoriyada mühəndis-1 il10 ay 5 gün; xx.xx.1984 - xx.xx.1987: “Orta Asiya qaz Nəqliyyatı” İB MİİEL-də sazlayıcı mühəndis - 3 il 4 gün; xx.xx.1988 - xx.xx.1993: "xxxx" Mərkəzində sazlayıcı mühəndis – 4 il 7 ay 29 gün; xx.xx.1993 -xx.xx.2005: "xxxx" Mərkəzində sahə müdirinin müavin, sahə rəisi (xx.xx.1995ci ildən) – 13 il. Qeyd olunan əmək kitabçasına və "Şelfneftqazavtomatika” ASC-nin qeyd olunan arayışına əsasən müəyyən olunur ki, "Şelfneftqazavtomatika” Mərkzəzi xx.xx.1997-ci il tarixli 155 saylı əmrlə struktur dəyişikliyi ilə əlaqədar olaraq Dövlət Neft Şirkətinin "X6 Çıxarma" İB-nin tərkibinə verilmiş, xx.xx.2001-ci ildən "xxxx" Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 651 saylı xx.xx.2001-ci il tarixli Sərəncamı və Dövlət Əmlak Nazirliyinin 249 saylı xx.xx.2001-ci il tarixli Sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş və qeydiyyatdan keçmişdir İddiaçının yuxarıda tədqiq olunan qeyd olunan iş stajından isə göründüyü kimi onun xx.xx.2006-cı il tarixinədək dənizdə neftçıxarma sahəsində qazmaçı köməkçisi kimi cəmi 8 il 1 gün (1 il 10 ay 11 gün+6 il 11 ay 21gün); neft quyusu (buruq) ustası kimi cəmi 1 il 4 ay 6 gün (8 ay 3 gün+8 ay 3 gün); Mərkəzi-Mühəndis texnoloji xidmətində mühəndis və texnoloq kimi cəmi, 1 il 2 ay 6 gün (11 ay 2 gün+3 ay 4gün), ümumilikdə 10 il 6 ay 13 gün güzəştli iş stajı müəyyən olunur. İddiaçının yuxarıda qeyd olunan iş staj toplandıqda onun xx.xx.2006-cı il tarixinə qədər 25 il 4 ay 3 gün ümumi stajıtoplanır ki, həmin stajın ja ən azı 10 ildən də çoxunu güzəştli pensiyahüquq verən dəniz neftçıxarma sahəsində xüsusilə ağır və təhlükəli işlərdə çalışmışdır. Belə ki, "Şelfneftqazavtomatika” ASC-nin qeyd olunan xx.xx.2022-ci il tarixli arayışından görünür ki, "Şelfneftqazavtomatika” Mərkəzində işlədiyi rəis və rəis müavini vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan «Neft-qaz və qaz kondensatının hasilatı» bölməsində b)rəhbərlərvə mütəxəssislər bəndinin 110000-24125 koduna (neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri) uyğun gəlir ki,şəmin vəzifələrdəonun 12 il 6 ay 10 gün iş stajı var. Cavabdeh apellyasiya şikayətinin, iddiaçıya ünvanlanmış imtina məktubu və iddia ərizəsinə etirazının üst-üstə düşən dəlillərində isə mübahisələndirir ki, həmin vəzifələr 1 nömrəli Siyahının qeyd olunan koduna uyğun gəlmir. Hazırkı mərhələdə qeyd olunan məsələyə aydınlıq gətirilməsi üçün bir daha məhkəmənin "Şelfneftqazavtomatika” ASC-yə ünvanladığı 03..02.2023-cü il tarixli sorğusu sonununcu xx.xx.2023-cü il tarixli məktubunda cavablandırarkən bildirmişdir ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" Mərkəzində 1 saylı sahədə işlədiyi sahə rəisinin müavini və sahə rəisi vəzifələri Neyt Daşlarında yerləşirdi vəXəzər dənizinjə neftin və qazın çıxarılması ilə əlaqədar bütün operativ işləri yerinə yetirirdi. Həmin sahə –operativ istehsalat xidmət sahəsidir və vəzifəsi dənizdə quyuların qazılması,neft və qaz mədənlərində neftin və qazın çıxarılması,nəql edilməsi ilə əlaqədar olan bütün xidmətləri yerinə yetirməkdən, istehsalın gedişinə nəzarət etmək, qəzaların aradan qaldırılması üçün operativ tədbirlər görmək,operativ planların yerinə yetirilməsinə nəzarət etmək, hasilatın düşmə tempinin qarşısının alınmasına dair işlərə nəzarət etmək, müəssisənin ahəngar işləməsini, istehsalın gedişinin operativ tənzimləməsini təmin etməkdən (və sair) ibarətdir (Həmin məktuba əlavə olunmuş 1 saylı sahə rəisinin vəzifə təlimatında qeydolunan funksiyonal vəzifələr sadalanmışdır.) Göründüyü kimi, iddiaçının "xxxx" Mərkəzində sahə rəisi və onun müavini kimi məhz, 1 nömrəli Siyahıda 1100000b-24125 kodunda nəzərədə tutulapn «neft, qaz və kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətində çalışmışdır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin iddiaçının çalışdığı həmin vəzifələrin 1 saylı Styahının qeyd olunan koduna uyğun olmadığını, başqa sözlə onun müvafiq güzəştli stajının mövcud olmadığını mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Belə olan halda, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin «a» bəndinin qeyd olunan tələbi baxımından, 52 yaşından pensiya hüququ yaranır. İdddiaçının işə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyən olunur ki,xx.xx.1960-cı ildə doğulmuşdur ki, belə olan halda da onun xx.xx.2012-cii il tarixində 52 yaşı tamam olur. «Əmək pensiyaları haqqında» Qanunun əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Birinci instansiya məhkəiməsinin qərarından görünür ki, məhkəmə əsaslı olaraq iddiaçıya pensiya hüqununun yarandığı 52 yaşından, yəni, xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi cavabdehə həvalə olunsa da, Qanunun qeyd olunan normasına müvafiq olaraq, qərarında pensiyanın hesahesalanıb ödənilməsi qaydasına münasibət bildirməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən boşluq aradan qaldırılmalıdır. Cavabdehin işə əlavə olunmuş iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixi imtina məktubundan isə görünür ki, iddiaçının peniya təyinatı ilə bağlı ərizəsi cavabdeh Filiala xx.xx.2022-ci il tarixində daxil olmuşdur. Belə olan halda, Qanunun qeyd olunan 32.1-1-ci maddəsinin tələbi baxımından, müraciət etdiyi həmin tarixdən əvvəlki 3 il üçün hesablanıbona ödənilməlidir. İPM-in 73.1-ci maddəsi də məhz nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir kn, onun appellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6550/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı–nəticə hissədə «əmək pensiyasının təyin edilməsi» sözlərindən sonra, müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün (yəni xx.xx.2019-cu il tarixdən) hesablanıb ödənilməsi» sözləri əlavə edilməklə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6550/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı, nəticə hissədə «əmək pensiyasının təyin edilməsi» sözlərindən sonra, «müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün (yəni xx.xx.2019-cu il tarixdən) hesablanıb ödənilməsi» sözləri əlavə edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılsın Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-598/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-598/2023
02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver