Məhkəmə qərarları › İş №2-1(103)-599/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-599/2022

17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-599/2022 17.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Baxışova Vüsalə Ələkbər qızından və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “müraciətlərə cavab verilməsi tələbinə dair” Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1193/2093 saylı, 12.10.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 25.02.2020-ci il, 08.04.2020-ci il və 08.05.2020-ci il tarixli müraciətlərinə cavab verməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə iddiaçı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı 25.02.2020-ci il tarixli, 08.04.2020-ci il tarixli və 08.05.2020-ci il tarixli ərizələr ilə cavabdehə müraciət edərək onların cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən onun həmin müraciətlərinə cavab verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1193/2093 saylı, 12.10.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin Bakı İnzibati Məhkəməsinə göndərilməsini, cavabdeh tərəfindən onun ərizələrinə cavab verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı qanunsuzdur. Cavabdeh ilə Penitensiar Xidmət öz aralarında razılaşıblar ki, onun müraciətlərinə cavab verməsinlər. Onun əlində, Penitensiay Xidməstin 16 saylı Cəzaçəkmə müəssisi barədə çoxlu sayda faktlar vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələbləri baxımından apellyasiya icraatı mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, cavabdeh tərəfindən onun müraciətlərinə cavab verilmədiyini bilirərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Qarayev iddiaçının müraciətlərinə cavab verilərək poçt vasitəsilə göndərildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının tələbindən göründüyü kimi, 25.02.2020-ci il, 08.04.2020-ci il və 08.05.2020-ci il tarixli müraciətlərinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh Dövlət Təxlükəsizlik Xidmətinin Ədliyyə Nazirliyinə ünvanladığı 08.09.2020-ci il və 09.09.2020-ci il tarixli, Müdafiə Nazirliyinə ünvanladığı 02.10.2020-ci il tarixli, Daxili İşlər Nazirliyinə ünvanladığı 08.09.2020-ci il, 13.10.2020 və 10.11.2020-ci il tarixli, Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı 09.09.2020 və 10.09.2020-ci il tarixli, Bakı İnzibati Məhkəməsinə ünvanladığı 02.10.2020-ci il tarixli məktubları iddiaçının müraciətlərinə cavab verilməsi ilə əlaqədar olan və baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqanlara göndərilən və bu barədə iddiaçıya məlumat verilməsini ehtiva edən cavab məktublarıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 33.1-ci maddəsinə əsasən ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. Həmin Qanunun 33.2-ci maddəsinə əsasən ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir. Eyni zamanda, iş materiallarının 47-ci vərəqindən görünür ki, İddiaçı özünə də mərum atası X1 ilə bağlı müracitinə 11.11.2020-ci il tarixli cavab məktubu ünvanlamışdır. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Beləliklə də işdə olan sübutlarla müəyyən olunan hallar onu deməyə əsas verir ki, cavabdeh orqan inzibati icraat və madi hüquq normaları ilə üzərinə düşən öhəliyinə uyğun hərəkət etmişdir. Belə olan halda, iddiaçının apellyasiya şikayətinin cavabdeh tərəfindən ona cavab verilmədiyini mübahisələndirən dəlilləri təkzib olunur. Bu baxımdan, onun hüquqlarının pozulmasından söhbət gedə bilməz. İPM-in 34.1-ci maddəsinin mənası da məhz onu ehtiva edir ki, iddiaçı o halda, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsini tələb edə bilər ki, inzibati orqan qanunla üzərinə düşən öhdəliyini yerinə yetirməsin. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1193/2093 saylı, 12.10.2021-ci il tarixli qərarı ilə iddianın rədd edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1193/2093 saylı, 12.10.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Vüsalə Baxışova Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar