Məhkəmə qərarları › İş №2-1(103)-599/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-599/2024

24.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-599/2024 24.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X7 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs X5 cəlb olunmaqla) qarşı “registrə salınma haqqında qeydin, özəlləşdirmə haqqında sərəncamın, özəlləşdirməyə dair hərəkətlərin qanunsuz hesab edilməsi və s.” tələblərinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1253/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti və 3-cü şəxs X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən tərtib edilmiş 28 noyabr 2017-ci il tarixli 43/01 saylı hərrac protokolunun etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən, sahəsi 188.3 kv.m. olan qeyri-yaşayış sahə ilə bağlı cavabdeh Dövlət Əmlak Komitəsi ilə üçüncü şəxs arasında bağlanmış 29 noyabr 2017-ci il tarixli 3739 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, üçüncü şəxsin adına ünvan 1 ünvanında yerləşən, sahəsi 188.3 kv.m. olan qeyri-yaşayış sahəsi ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bunun nəticəsində verilmiş çıxarışın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddia ərizəsi 2-1(1102)-7466/2021 nömrəli iş kimi Bakı İnzibati Məhkəməsində qeydə alınmışdır. İddiaçılar İddiaçı9 və İddiaçı8 xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 98 saylı kooperativ binanın ümumi sahəsi 188.3 kv.m olan qeyriyaşayış sahəsinin satılması ilə bağlı Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən 28 noyabr 2017-ci il tarixdə keçirilən hərracın etibarsız hesab edilməsi, X5 ilə həmin qeyriyaşayış sahəsinə dair bağlanmış xx.xx.2017-ci il tarixli, 3739 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mübahisəli qeyri-yaşayış sahəsinə verilmiş xx.xx.2017-ci il tarixli, ******* saylı çıxarışın ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddia ərizəsi 2-1(112)-6584/2021 nömrəli iş kimi Bakı İnzibati Məhkəməsində qeydə alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-6584/2021 nömrəli və 2-1(112)-7466/2021 nömrəli inzibati işlər 2-1(112)-7466/2021 nömrəsi altında bir icraatda birləşdirilmişdir. Bundan sonra, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçı9 və İddiaçı8 cavabdehlər Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Əmlak Məsələləri Dövlət Xidmətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək: - ünvan 2 ünvanda yerləşən 188.3 kv.m. qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakının dövlət registrinə salınması haqqında qeydin qanunsuz hesab edilməsi, - ünvan 2 ünvanda yerləşən 188.3 kv.m. qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair xx.xx.2017-ci il tarixli sərəncamın və özəlləşdirməyə dair hərəkətlərin qanunsuz hesab edilməsi; - cavabdeh Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən tərtib edilmiş 28 noyabr 2017-ci il tarixli 43/01 saylı hərrac protokolunun etibarsız hesab edilməsi; - ünvan 1 ünvanında yerləşən, sahəsi 188.3 kv.m. olan qeyri-yaşayış sahə ilə bağlı cavabdeh Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə X6 arasında bağlanmış 29 noyabr 2017-ci il tarixli 3739 saylı, müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; - X3 adına ünvan 3 ünvanında yerləşən, sahəsi 188.3 kv.m. olan qeyriyaşayış sahə ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bunun nəticəsində verilmiş çıxarışın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddiaçılar işin hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışlar ki, mübahisəli qeyri-yaşayış sahəsi "xxxx" MİK-ə məxsusdur. Bu hal, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli məktubda yazılanlarla da təsdiq edilir. Cavabdehlərin qanunsuz aktları və hərəkətləri nəticəsində həmin qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə əlaqədar kooperativ üzvlərinin hüquqları və qanuni mənafeləri pozulmuşdur. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1965-ci il tarixli, 5 nömrəli Qərarına və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli, 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də mənzil tikinti kooperativinin Nümunəvi Nizamnaməsi”nə əsasən, mənzil tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələri yerləşdirilə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələrin tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Binaların inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istismarını həyata keçirən müəssisələrin balanslarına aid edilir. Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 2.3.22-ci bəndinə əsasən, yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələri, habelə yaşayış binalarında yerləşən dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələri Əmlak Məsələləri Dövlət Xidmətinin qərarı ilə özəlləşdirilir. Beləliklə, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi dövlət büdcəsinin vəsaiti hesabına inşa edildiyindən həmin sahə dövlət mülkiyyətində olmuş və bu barədə, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə’’yə uyğun olaraq dövlət əmlakının Registrində qeydiyyat aparılmışdır. Bundan başqa, iddiaçılar məhkəməyə təqdim etdikləri ərizədə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2019-cu il tarixli məktubuna əsaslanaraq mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin "xxxx" MTK-ya məxsus olduğunu iddia etmişlər. Halbuki, həmin məktubda qeyd edilənlərin əsassızlığı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, eləcə də Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2020-ci il tarixli məktubları ilə təsdiqlənir. Belə ki, həmin məktublarda “Müəllim” Mənzil İstismar Kooperativinə, eləcə də digər mənzil tikinti kooperativlərinə aid hər hansı hüquqi sənədlərin və məlumatların həmin qurumlarda mövcud olmadığı qeyd edilmişdir. Əlavə olaraq, iddiaçılar hazırkı iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüquqa da malik deyildirlər. Belə ki, iddiaçılar iddia ərizəsində mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinin yerləşdiyi bina "xxxx" MTKya məxsus olduğundan, Əmlak Məsələləri Dövlət Xidmətinin qeyd olunan əmlakı özəlləşdirmək səlahiyyətinin olmadığını qeyd etsələr də nəzərə alınmalıdır ki, iddiaçıların hazırkı tələbi bundan əvvəl dəfələrlə məhkəmə araşdırmalarının predmeti olmuş və əvvəlki məhkəmə araşdırmaları zamanı iddiaçılar mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinin ilk öncə "xxxx" MTK-ya, daha sonra isə məhkəmə sorğuları əsasında “Müəllim (Учитель)” MİK-ya məxsus olduğunu iddia etsələr də, nə qeyd olunan hüquqi şəxslərin mövcud olması, nə də həmin kooperativlərin adından iddianı imzalamaq səlahiyyətinə malik olmaları müəyyən edilməmişdir. Eyni zamanda, mülki işə baxılan zaman birinci və apellyasiya instansiyası məhkəmələrinin sorğularına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti və Ədliyyə Nazirliyi tərəfindən verilmiş cavab məktublarında yuxarıda qeyd olunan kommersiya qurumlarına dair həmin orqanlarda hər hansı məlumatın mövcud olmadığı qeyd edilmişdir. Belə olan halda, "xxxx" MTK və “Müəllim (Учитель)" MİK adlı hüquqi şəxs mövcud olmadığından, onun adından qaldırılmış hər hansı iddia da qanuni sayıla bilməz. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən yazılı etirazda göstərilmişdir ki, iddiaçıların iddia tələbi ilə bağlı İdarəyə rəsmi qaydada müraciəti olmadığından iddia tələbi mümkün sayılmamalıdır. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) 25 aprel 2022-ci il tarixli, 2- 1(112)-1253/2022 nömrəli qərardadı ilə iddia: cavabdeh Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən tərtib edilmiş 28 noyabr 2017-ci il tarixli 43/01 saylı hərrac protokolunun etibarsız hesab edilməsi; ünvan 1 ünvanında yerləşən, sahəsi 188.3 kv.m. olan qeyriyaşayış sahə ilə bağlı cavabdeh Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə X6 arasında bağlanmış 29 noyabr 2017-ci il tarixli 3739 saylı, müəssisənin (obyektin) alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi; X3 adına ünvan 1 ünvanında yerləşən, sahəsi 188.3 kv.m. olan qeyri-yaşayış sahə ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bunun nəticəsində verilmiş çıxarışın ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(112)-1253/2022 nömrəli qərardadından apellyasiya şikayəti verilməmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) 25 aprel 2022-ci il tarixli, 2- 1(112)-1253/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanda yerləşən sahəsi 188.3 kvadrat metr olan qeyri-yaşayış sahəsinə dair (yarımzirzəmi və zirzəmi) kod 2063, ***-*******2 registr nömrəsi ilə aparılmış qeyd (***-*******2-001 registr nömrəsi ilə (5 mərtəbəli kooperativ binasının yarımzirzəmisi 130.4 kv.m.) və ***-*******2-002 registr nömrəsi ilə (5 mərtəbəli kooperativ binasının zirzəmisi 57.9 kv.m.) aparılmış qeyd ləğv edilmiş; Əmlak Məsələləri Dövlət Komitəsi üzrə verilmiş “Kiçik dövlət müəssisə və obyektlərinin, istifadəsiz olan daşınmaz dövlət əmlakının və onların yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi haqqında” xx.xx.2017-ci il tarixli 09 nömrəli Sərəncam ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın yarımzirzəmisi 130.4 kv.m. və zirzəminin bir hissəsi 57.9 kv.m., ümumi faydalı sahəsi 188.3 kv.m. hissəsində ləğv edilmiş və həmin qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair hərəkətlər qanunsuz hesab edilmişdir. Birinci instansiyası məhkəməsi Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli məktuba (ünvan 4 ünvanında yerləşən 5 mərtəbəli, 5 girişli bina “Müəllim” MİK-nin üzvlərinin vəsaiti hesabına tikilmişdir. Bu binanın özülünə aid texniki zirzəmi ümumilikdə mənzil-tikinti kooperativi fondunu təşkil etməklə, ayrılmaz daşınmaz əmlakı kimi binanın ümumi balansında oturur) və Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktuba (ünvan 4 ünvanında yerləşən 5 mərtəbəli, 5 girişli bina "xxxx" MTK-ya məxsusdur və həmin bina Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında deyil) istinad edərək qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisə predmeti olan əmlakın dövlət mülkiyyətində olması iş materialları ilə öz əksini tapmır. Beləliklə, mübahisəli bina Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında olmadığından, həmin əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraca çıxarıla bilməzdi. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti və üçüncü şəxs həmin qərardan ayrıayrılıqda apellyasiya şikayətləri verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Xidmət apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi qərar qəbul edərkən, mübahisə predmeti olan əmlakın dövlət mülkiyyətində olmadığından Əmlak Məsələləri Dövlət Xidmətinin həmin əmlakı özəlləşdirmək səlahiyyətinə malik olmadığını qeyd etmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan mövqeyini heç bir hüquqi əsası olmayan Bakı Şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktublarla əsaslandırmışdır. Halbuki qeyd olunan məktubların əsassızlığı hazırkı işə bundan əvvəl Bakı Apellyasiya Məhkəməsində baxılan zaman həmin məhkəmənin müraciətinə cavab olaraq məhkəməyə ünvanlanmış Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, eləcə də Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2020- ci il tarixli məktubları ilə sübut olunur. Belə ki, qeyd olunan məktublarda “Müəllim” Mənzil İstismar Kooperativinə, eləcə də digər mənzil tikinti kooperativlərinə aid hər hansı hüquqi sənədlərin və məlumatların həmin qurumlarda mövcud olmadığı qeyd edilmişdir. Belə olan halda Bakı İnzibati Məhkəməsinin mənzil tikinti kooperativlərinə dair hər hansı hüquqi sənədə malik olmayan qeyd olunan qurumların formal mülahizə əsasında tərtib etdiyi mübahisəli qeyri- yaşayış sahəsinin yerləşdiyi binanın hər hansı kooperativə məxsus olması ilə bağlı yuxarıda göstərilən qanunsuz məktublara istinad edərək belə bir nəticəyə gəlməsi tamamilə əsassızdır. 3-cü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi sübutlara tam qiymət verməmiş, ziddiyyətli məqamları aydınlaşdırmamışdır. Belə ki, Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat № 514) Registrindən çıxarışına əsasən ünvan 1 ünvanda yerləşən, kooperativ binasının cəmi 188,3 kvadrat metr olan qeyri-yaşayış sahəsi (yarımzirzəmi və zirzəmisi) 2063 kod, ***- *******2 registr nömrəsi ilə həmin Birliyin sərəncamında olan daşınmaz dövlət əmlakı kimi qeydiyyata alınmışdır. Həmçinin xx.xx.2019-cu il tarixli, 0/273 nömrəli məktubun əsassızlığı əvvəlki məhkəmə mübahisəsinə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman məhkəmənin müraciətlərinə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, eləcə də Bakı şəhəri Nəsim rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2020-ci il tarixli cavab məktubları ilə sübut olunmuşdur. Belə ki, qeyd olunan məktublarda "Müəllim” Mənzil İstismar Kooperativinə, eləcə də digər mənzil tikinti kooperativlərinə aid hər hansı hüquqi sənədlərin və məlumatların həmin qurumlarda mövcud olmadığı qeyd edilmişdir. Belə olan halda işə baxan 1-ci instansiya məhkəməsinin mənzil tikinti kooperativlərinə dair hər hansı hüquqi sənədə malik olmayan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyini formal mülahizə əsasında tərtib etdiyi xx.xx.2019-cu il tarixli əsassız məktuba istinad edərək iddianı qismən təmin etməsi tamamilə əsassızdır. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində əvvəlki icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) 30 noyabr 2022-ci il tarixli, 2- 1(103)-2725/2022 nömrəli qərarı ilə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(112)-1253/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti və üçüncü şəxs həmin qərardan ayrıayrılıqda kassasiya şikayətləri verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 808/2023 saylı, 19 iyul 2023-cü il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2- 1(103)-2725/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Tərəflərin izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı7, İddiaçı9 və İddiaçı8 və İddiaçı7 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X16 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətlərinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Kassasiya instansiya məhkəməsinin ilk öncə prosessual məsələlərə dair göstərişlərinə diqqət yetirilir. Belə ki, kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki:

64. İşə baxan birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə iddiaçılardan İddiaçı6 imzası olmamış, eyni zamanda İddiaçı6 digər iddiaçılardan hər hansı birinə verdiyi etibarnamə də mövcud deyildir. İşə baxan apellyasiya instansiyası məhkəməsi də İddiaçı6 hazırkı iş üzrə prosessual statusunun mövcudluğunu araşdırmamışdır.

65. Eləcə də, kassasiya icraatında iddiaçılar tərəfindən təqdim edilmiş ərizədə də İddiaçı6 və İddiaçı7 imzası yoxdur. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi İddiaçı6 və İddiaçı7 hazırkı iddiada maraqlarının olub-olmaması məsələsini də araşdırmalıdır.

66. Bundan əlavə, iş materiallarında X12 və X1 dair sənədlər (İ cild: iş v. 77-82; 202- 207) mövcud olsa da, həmin sənədlərin hazırkı işin hallarına aidiyyəti müəyyən edilməmişdir. İş üzrə təkrar apellyasiya baxışı zamanı qeyd edlən göstərişlər araşdırılmış, İddiaçı6 xx.xx.2022-ci il tarixdə vəfat etməsi əsası ilə onun prosessual statusuna xitam verilmişdir. İddiaçı7 isə onun vəkili Vəkil2 məhkəmə proseslərində təmsil etmişdir. İş materiallarında olan X12 və X1 dair sənədlərə gəldikdə isə həmin sənədlərin yalnışlıqla hazırki işin cildinə tikildiyi müəyyənləşdirilmişdir. Kassasiya instansiyası məhkəməsinin digər göstərişləri:

43. İlk növbədə qeyd edilməlidir ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1963cü il tarixli qərarı ilə ünvan 6 ünvanında bina tikintisi nəzərdə tutulmuşdur. Hazırkı halda isə iddiaçılar C.Məmmədquluzadə küçəsi 98 ünvanında yerləşən binada yaşayırlar və mübahisəli qeyri-yaşayış sahəsi də məhz həmin binada yerləşir.

44. Bundan əlavə, iş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sərəncamında olan daşınmaz dövlət əmlakı haqqında Registrdən çıxarışa əsasən (İ cild: iş v.69) ünvan 3 ünvanında yerləşən binanın 1962-ci ildə istismara verildiyi qeyd edilmişdir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1963-cü il tarixli qərarı ilə torpaq sahəsi ayrılmışdır. 1963-cü ilin yanvar ayının 12-dən sonra tikintisi başlayan binanın isə 1962-ci ildə istismara verilməsi qeyrimümkündür. Digər tərəfdən, iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1253/2022 nömrəli qərarının mətnində iddiaçıların öz izahatlarında binanın 1965-ci ildə istismara verildiyini bildirdikləri qeyd edilmişdir (İİ cild: iş v.92). Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, keçmiş Bakı şəhər ZDS İK-nın arxiv fondu üzrə 1962-ci ilə dair arxiv sənədləri mövcud olsa da, həmin sənədlərdə "xxxx" Mənzil Tikinti Kooperativi barədə heç bir məlumat aşkar edilməmişdir (İ cild: iş v. 147).

45. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən hallar İPM-in 12.1-ci maddəsinin tələbi baxımından araşdırılmamış, mübahisəli qeyri-yaşayış sahəsinin aid olduğu binanın nə vaxt istismara verildiyini müəyyən etmək üçün registrdəki məlumatların əsasını təşkil edən sənədlər tələb olunub tədqiq edilməmiş, həmçinin ünvanla bağlı məsələ də dəqiqləşdirilməmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı kassasiya instansiya məhkəməsinin qeyd olunan göstərişi üzrə araşdırma aparılmışdır, belə ki, məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, C.Məmmədquluzadə küçəsi 96 nömrəli ünvan heç bir zaman mövcud olmamış, bununla bağlı MKTB-nin məktubu da vardır və həmin məktubu işə əlavə edilmişdir. Əvvəllər 96 və 98 torpaq sahəsinin nömrəsi olub, daha sonra bina tikildikdə 98 nömrəli bina olmuşdur, 96 olmayıb. Belə ki, AR Bakı şəhər Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 59 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 12 Consulting Hüquq Şirkətinin direktoru R.M.Hüseynliyə ünvanladığı 08 nömrəli, 22 fevral 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, xidmət etdiyimiz ərazinin dislokasiyasında Cəlil Məmmədquluzadə küçəsi 96 saylı yaşayış binası mövcud deyildir, o cümlədən bildiririk ki, sözügedən ünvanın əvvəllər (1960-1970-ci illər) mövcud olması barədə MKİS-də heç bir rəsmi sənəd yoxdur. Kassasiya instansiyası məhkəməsinin qərarında həmçinin qeyd edilmişdir ki;

46. Bundan əlavə, iddianı təmin edən birinci instansiya məhkəməsi və onun nəticəsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli məktuba və Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktuba istinad etmişlər.

48. İlk növbədə qeyd edilməlidir ki, məhkəmə qərarlarında xx.xx.2009-cu il tarixli məktuba istinad olunsa da, həmin məktub iş materiallarında mövcud deyildir. Bununla yanaşı, sözügedən məktuba Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3592/2020 nömrəli qətnaməsində (İ cild: iş v.154), həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-856/2017 nömrəli qərardadında da istinad edilmişdir (İİ cild: iş v. 174).

49. Bundan əlavə, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubda ünvan 4 ünvanında yerləşən 5 mərtəbəli, 5 girişli binanın "xxxx" MTK-ya məxsus olması qeyd edilsə də, bu hal aşağı instansiya məhkəmələri tərəfindən ətraflı araşdırılmamış, bununla bağlı tərəflərin dəlilləri hərtərəfli qiymətləndirilməmişdir. Kassasiya instansiya məhkəməsinin qərarında qeyd olunan göstərişlərlə bağlı məhkəmə sorğusu ilə MXMT(81)-44/2017, MXMT(81)-62/2017 və 2(103)-3592/2020 nömrəli işlər sorğu edilərək tələb edilmişdir. 2(103)-3592/2020 nömrəli işin materiallarında olan (İ cild səh 45) Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli məktubdan görünür ki, ünvan 4 ünvanında yerləşən 5 mərtəbəli, 5 girişli bina “Müəllim” MİK-nin üzvlərinin vəsaiti hesabına tikilmişdir. Bu binanın özülünə aid texniki zirzəmi ümumilikdə mənzil-tikinti kooperativi fondunu təşkil etməklə, ayrılmaz daşınmaz əmlakı kimi binanın ümumi balansında oturur. Həmçinin həmin işdə olan (İ cild, səh 12) Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, ünvan 4 ünvanında yerləşən 5 mərtəbəli, 5 girişli bina "xxxx" MTK-ya məxsusdur və həmin bina Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında deyil...” Apellyasiya instansiya məhkəməsində icraat zamanı Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ünvanlanaraq işin obyektiv araşdırılması məqsədilə, ünvan 1 ünvanda yerləşən, 1962-ci ildə istismara verilən 5 mərtəbəli kooperativ binasının 188.3 kv.m olan qeyri-yaşayış sahəsinin (yarımzirzəmi və zirzəmisi) Registrdə 2063 kod, ***-*******2 registr nömrəsi ilə qeydiyyata alınması ilə bağlı bütün inzibati icraat materiallarının məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti sorğuya cavab məktubunda qeyd etmişdir ki, İddiaçı1 və qeyrilərinin Tegistrə salınma haqqında qeydin, özəlləşmə haqqında sərəncamın, özəlləşdirməyə dair hərəkətlərin qanunsuz hesasb edilməsi və sairə” tələblərinə dair inzibati işlə əlaqədar ünvan 3 ünvanda yerləşən, o mərtəbəli kooperativ binanın 188.3 kv.m olan qeyri-yaşayış sahəsi ilə əlaqədar məlumatın təqdim edilməsi barədə məktuba Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, Azərbaycan SSR Nazirlər Sovetinin “Mənzil-Kooperativ Tikintisinin sonrakı inkişafı haqqında” 7 yanvar 1965ci il tarixli 05 saylı Qərarının 2-ci hissəsinə əsasən MTK-nın razılığı ilə onların binalarında qeyri-yaşayış sahələri tikilərsə, həmin tikinti işlərinin maliyyələşdirilməsi müvafiq dövlət və ictimai təşkilatlara əsaslı inşaat üçün ayrılan pul hesabına aparılır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” qaydalarına əsasən həmin binada yerləşən qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olan əmlak hesab edilir. Eyni zamanda bildiririk ki, mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evlərinin qeyri- yaşayış sahələri dövlət vəsaiti hesabına inşa edilmişdir və dövlətə məxsus həmin sahələr səmərəli istifadə edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 1997-ci il tarixli 629 saylı Fərmanına uyğun olaraq dövlət əmlakının sərəncamçısı tərəfindən icarəyə verilir və özəlləşdirilir. Kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilmiş göstərişlərdən biri də ondan ibarətdir ki, işə baxan apellyasiya instansiyasi məhkəməsi binanın kooperativ olması, mübahisəli qeyri-yaşayış sahəsinin isə kooperativin ümumi əmlakı olması qənaətinə gəlsə də, 5 mərtəbəli binanın sakinlərinin adından 9 şəxsin iddia qaldırmaq səlahiyyətinin olub-olmaması məsələsinə qiymət verməmişdir.

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozuntusu ilə qərar qəbul edildiyindən, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İş materiallarından görünür ki, hazırkı iş üzrə mübahisənin predmetini ünvan 1 ünvanda yerləşən, sahəsi 188.3 kv.m olan qeyri-yaşayış sahəsinin Əmlak Məsələləri Dövlət Komitəsi (hazırkı Əmlak Məsələləri Dövlət Xidməti) tərəfindən özəlləşdirilməsi və üçüncü şəxsə satılması təşkil edir. Belə ki, iddiaçılar mübahisəli qeyri-yaşayış sahəsinin "xxxx" MTK-nın, dolayısı ilə payçı kimi onların ümumi mülkiyyətində olduğunu, cavabdeh isə dövlətə məxsus olduğunu iddia edir. Məhkəmə kollegiyası belə qənaətdədir ki, iddiaçılar hazırki iddianı qaldırmaq üçün səlahiyyətli olmamışlar. Belə ki, hazırkı işdə iddiaçılar MTK-nın üzvləri kimi iddia qaldırdıqlarını bəyan edirlər. İddiaçılar belə bir səlahiyyətə malik olduqlarını təsdiq edən sübut təqdim etməmişdirlər. İddiaçıların hüquqi marağı, mübahisəli qeyri-yaşayış sahəsinin keçmiş sovet dövründə onların təsis etdikləri kooperativ tərəfindən öz vəsaitləri hesabına inşa edildiyinə və həmin qeyri-yaşayış sahəsinin onların şərikli mülkiyyəti olduğuna istinadən cavabdeh tərəfindən registrdə aparılmış qeydiyyatın ləğvinə nail olmaqdan ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı məhkəmə icraatında iddiaçı qismində əslində adıçəkilən şəxslər deyil, MTK-nın özü çıxış edə bilərdi. Adıçəkilən şəxslər isə prosesdə iddiaçı kimi öz adlarından deyil, yalnız təmsil etdikləri həmin MTK-nın (hüquqi şəxsin) adından və onun maraqlarını qorumaq üçün qanunla müəyyən olunmuş qaydada onun verdiyi səlahiyyət əsasında məhkəmədə iddia qaldıra bilərdilər. Başqa sözlə, hüquqi şəxsin adından hər hansı şəxsin təmsilçilik qaydasında iddia qaldırması həmin şəxsə iddiaçı statusu qazandırmır. Qeyd edilməlidir ki, hər bir halda yalnız təmsil olunan şəxs, yəni hazırkı mübahisəyə münasibətdə Müəllim MTK iddiaçı qismində çıxış edə bilərdi (onun təsisçiləri və ya təmsilçiləri deyil). Bunun üçün isə MTK hüquq və fəaliyyət qabiliyyətinə malik olmalıdır, başqa sözlə, hüquqi şəxs statusuna malik olmalıdır. Belə ki, subyektin hüquqi şəxs statusu qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçdiyi vaxtdan yaranır və həmin hüquqi şəxs qeydiyyat anından hüquq və fəaliyyət qabiliyyəti əldə edir. Yəni hazırkı mübahisəyə münasibətdə MTK-nın əvvəlcə hüquqi şəxs statusunun mövcudluğu (hər hansı təşkilati-hüquqi formada) müəyyən olunmalı, bunun müəyyən olunduğu təqdirdə isə onun tərəfindən təmsilçilik səlahiyyətlərinin, o cümlədən məhkəmədə iddia qaldırmaq səlahiyyətinin qanunla nəzərdə tutulmuş qaydada və müvafiq formada tərtib olunmuş sənədlə adıçəkilən şəxslərə verildiyi təsdiq olunmalıdır. Yalnız bu halda adıçəkilən şəxslər sözügedən MTK-nın adından və onun maraqlarının qorunması məqsədi ilə iddia qaldırmaqda haqlı sayıla bilərdilər. İş materiallarına əlavə olunvaxtilə hüquqi şəxs statusunun olması şübhə doğurmur ( 27 oktyabr 1993-cü il tarixli ümumi yığıncağın protokolu ilə adı dəyişdirilmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Azərbaycan Respublikası İPM-nin 26.2-ci maddəsinə əsasən dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər tərəfindən səlahiyyət verilmiş işçisi ilə təmsil olunmuş inzibati orqan da dövlətin adından prosessual hərəkətləri həyata keçirə bilər. Azərbaycan Respublikası MPM-nin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçılar kimi adları qeyd edilən şəxslərin hazırda hansı səlahiyyətlə, kimi və kimləri təmsil etdikləri aydın deyildir. İddiaçılar kooperativin nümayəndələri olaraq iddia qaldırsalar belə, qanunvericiliyə uyğun etibarnamə təqdim etməmişdirlər. Bundan əlavə qeyd edilməlidir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 4 yanvar 1968ci il tarixli 3 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-in ərazisində yaşayış evi (evləri) tikən mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsi”ndən göründüyü kimi kooperativ üzvlərinin məhkəmədə ayrıca iddia qaldırmaq hüququ müəyyən edilməmişdir. Həmin Qərara əsasən X8 vəzifəsi kimi məhkəmədə, dövlət arbitrajında, dövlət və ictimai idarə və təşkilatlarda kooperativin təmsil edilməsi göstərilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 4 yanvar 1968-ci il tarixli 3 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-in ərazisində yaşayış evi (evləri) tikən mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsi” I. Ümumi əsaslar

4. Dövlət ictimai müəssisələr, təşkilat və idarələr mənzil-tikinti kooperativinin üzvü ola bilməz, elə də öz vəsaitləri ilə kooperativ yaşayış binalarının tikilməsində iştirak edə bilməzlər. Mənzil-tikinti kooperativlərinin evlərində ticarət, ictimai iaşə və başqa idarələr üçün binalar yalnız kooperativ üzvlərinin ümumi yığıncağının razılığı ilə tikilə bilər. Bu binaların tikilməsi ilə əlaqədar olan bütün işlər müvafiq dövlət və ya ictimai müəssisələrə, təşkilatlara, idarələrə ayrılan kapital qoyuluşlarına təsisat hesabına aparılır, ev tikilib qurtardıqdan sonra həmin işlərin dəyəri bu binalardan istifadə edən müəssislərin, təşkilatların, idarələrin balansına daxil edilir. Mənzil-tikinti kooperativlərinin evlərindəki ticarət, ictimai iaşə və sair idarə binalarından istifadə edən müəssisələr, təşkilat və idarələr evin və onun ətraf ərazisinin saxlanması üzrə ümumi xərclərdə iştirak etməlidirlər.

5. Kooperativin təşkil olunması barəsindəki məsələ - kooperativə daxil olmaq istəyən vətəndaşlar tərəfindən müvafiq yerli zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin idarəsi (şöbəsi) və ya müəssisə, təşkilat, idarə, sovxoz müdiriyyəti qarşısında qoyulur, bunlar həmkarlar İttifaqları ilə birlikdə kooperativə daxil olmaq istəyən vətəndaşların ümumiyığıncağınıkeçirirlər.

6. Kooperativin təşkil olunması barəsində yığıncağın qərarı, kooperativə daxil olmaq istəyən vətəndaşların və onların kooperativin mənzil sahəsinə köçürülməli olan ailə üzvlərinin siyahısı şəhər, rayon və ya qəsəbə zəhmətkeş deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən, rayon bölgüsü olan şəhərlərdə isə kooperativin təşkil olunduğu yerin rayon zəhmətkeş deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq olunur. İcraiyyə komitəsinin kooperativə qəbul məsələsinə dair qərarı qətidir.

7. Yerli zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin idarəsi (şöbəsi), müəssisə, təşkilat, idarə mənzil-tikinti kooperativinin təşkil olunmasına icazə vermək barəsində icraiyyə komitəsinin qərarını alan kimi, kooperativə daxil olmaq istəyən və mənzil-tikinti kooperativinin nizamnaməsini qəbul etməkdən ötrü icraiyyə komitəsi tərəfindən təsdiq olunmuş siyahıya daxil edilmiş vətəndaşların ümumi yığıncağı çağırılır. Yığıncaq tərəfindən qəbul edilmiş nizamnamə kooperativin təşkili barəsində qərar qəbul etmiş yerli zəhmətkeş deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınır.

8. Nizamnamə qəbulolunanvaxtdan etibarən: a) kooperativ hüququ şəxs hüququ qazanır və öz adı yazılmış möhürdən istifadə edir; b) kooperativə daxil olmaq istəyən və icraiyyə komitəsi tərəfindən təsdiq olunmuş siyahıya daxil edilmiş vətəndaşlar kooperativin üzvü olurlar.

9. Nizamnamə qeydə alındıqdan sonra idarə heyəti və təftiş komissiyası seçmək üçün kooperativ üzvlərinin ümumi yığıncağı çağırılır.

10. Kooperativ öz fəaliyyətini onun olduğu yerin yerli zəhmətkeş deputatları Soveti icraiyyəkomitəsininnəzarətialtındahəyatakeçirir. İİ. Koperativin məqsədi, hüquq və vəzifələri

11. ___________________________________________ adını daşıyan mənziltikinti kooperativi, kooperativin vəsaiti hesabına çoxmənzilli yaşayış evi (evləri) tikmək yolu ilə kooperativ üzvlərini mənzil sahəsi ilə təmin etmək, habelə sonralar bu evdən (evlərdən) istifadə etmək və onu idarə etmək məqsədi ilə ___________________ şəhərində (şəhər qəsəbəsində, kənd yerlərində yerləşən sovxozda, qəsəbədə) təsis edilir. ....

16. Kooperativ bu hüquqlara malikdir: .... z) su kəməri, kanalizasiya, istilik təchizatı, qaz təchizatı şəbəkəsini, mənzildaxili qaz avadanlığını və telefon yarımstansiyalarını müvafiq kommunal təsərrüfatı müəssisələri tərəfindən xidmət edilməsi üçün onların balansına əvəzi ödənilmədən vermək; xidmət şərtləri və göstərilən kommunal xidmətinin haqqını ödəmək qaydası barəsində kommunal təsərrüfatı müəssisəsi ilə mənzil-tikinti kooperativi arasında müqavilələr bağlanır; i) kooperativ üzvlərinə mədəni-məişət xidməti təşkil etmək (yeməkxana, camaşırxana, klub, ritabxana, körpələr evi və i. a.).

17. Kooperativ evi (evləri) layihə müəyyən olunmuş qaydada təsdiq olunduqdan və tikinti üçün icazə alındıqdan sonra tikməyə başlayır. Tikintinin həcmi, başlanması və qurtarması müddəti müddətsiz torpaq sahəsinin alınması aktında göstərilir.

18. Kooperativin tikdiyi tikililər kooperativ mülkiyyəti hüququ ilə ona məxsusdur və istər bütövlükdə, istərsə hissələrlə (mənzillər, otaqlar) və təşkilatlara, və də ayrı-ayrı şəxslərə çatıla və ya verilə bilməz, kooperativ ləğv olunduqda verilmə, elə də həmin nizamnamənin 16-cı bəndinin “z” yarımbəndində göstərilən verilmə halları istisna edilir. .... İV. Kooperativ üzvlərinin hüquq və vəzifələri ...

27. Kooperativ üzvü: a) öz ailəsi ilə birlikdə ona verilən kooperativ yaşayış binasında yaşamaq; b) kooperativin fəaliyyət göstərdiyi hər bir vaxt – həm tikinti başlanana bə ya tikinti gedən zaman, həm də ondan istifadə olunduqda kooperativdən çıxmaq; v) kooperativ üzvlərinin ümumi yığıncağının razılığı ilə öz payını onunla bir yerdə daimi yaşayan həddibuluğa çatmış ailə üzvünə vermək; q) şəhər və ya rayon icraiyyə komitəsinin icazəsi ilə yaşadığı yaşayış binasını yerli Sovetlərin, dövlət, kooperativ və ictimai təşkilatların evində, elə də həm onun yaşadığı şəhərdə və ya yaşayış məntəqəsində, həm də başqa şəhərlərdə və yaşayış məntəqələrində xüsusi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərdə sair yaşayış binası ilə dəyişdirmək hüququna malikdir, o şərtlə ki, kooperativin mənzil sahəsinə köçən şəxs, həmin nizamnamənin 31-ci bəndi ilə müəyyən olunmuş qaydalara riayət etməklə qəbul edilsin. Kooperativ yaşayış binası kooperativin yaşayış evində başqa bina ilə dəyişdirildikdə, kooperativ üzvlərinin pay haqlarının bərabər məbləği qarşılıqlı surətdə təhvil verilir. Pay haqları arasındakı fərq yeni qəbul olunan tərəfindən müvafiq kooperativə verilməli, kooperativdən çıxan isə bunu kooperativdən almalıdır. Yaşayış binalarının dəyişdirilməsi ilə əlaqədar olaraq kooperativə qəbul olunan şəxslər həmin nizamnamənin 3-cü bəndində ifadə olunan tələbləri ödəməlidi, həmin yerdəki daimi yaşayış tələbləri icticna edilir; d) öz arbadını, həddi-buluğa çatmamış uşaqları, valideynini və nəəvələrini (bunlar valideynlərini itirdikdə) tutduğu mənzilə köçürmək; e) əgər mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı varsa, eyni kooperativin evində boşalan mənzili həmin nizamnamənin 31-ci bəndinin tələblərinə əməl etməklə, birinci növbədə almaq hüququna malikdir. əgər bu zaman onun ailəsinin bir hissəsi əvvəlki kooperativ mənzildə qalırsa, həddi-buluğa çatmış ailə üzvlərindən biri kooperativə daxil olmağa borcludur. ... V. Kooperativi idarə orqanları

42. İdarə heyəti kooperativin icraedici orqanıdır və o, kooperativ üzvlərinin ümumi yığıncağı qarşısında hesabat verir. İdarə heyətinin vəzifəsi bunlardır: ... z) məhkəmədə, dövlət arbitrajında, dövlət və ictimai idarə və təşkilatlarda kooperativin təmsil edilməsi; ... Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qismində çıxış edən şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətlərini təsdiq edən etibarnamələrini məhkəməyə təqdim etmədiklərindən, eyni zamanda hazırkı iş üzrə iddiaçıların “Müəllim” MənzilTikinti Kooperativinin üzvləri olması halı öz təsdiqini tapsa belə kooperativ üzvlərinin məhkəmədə ayrıca iddia qaldırmaq hüququ Azərbaycan SSR Nazirlər Sovetinin 4 yanvar 1968- ci il tarixli 3 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-in ərazisində yaşayış evi (evləri) tikən mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsi”ndə müəyyən edilmədiyindən hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, eyni obyektlə (qeyri-yaşayış sahəsi ilə) bağlı mülki işlər üzrə məhkəmə aktlarında iddiaçıların subyektiv hüquqlarının mövcudluğu qəbul edilmiş olsa belə, mülki işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının heç biri hazırkı iş üzrə tərəflər arasında keçirilmiş məhkəmə icraatı nəticəsində qəbul edilməmişdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə uyğun olaraq preyudisiallıq işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qərarla müəyyən edilmiş olmalıdır; bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Göründüyü kimi, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunvericiliklə müəyyən edilmiş şərtlərə bağlıdır. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv komponentlərinin müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv komponenti əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinineyniliyini şərtləndirir. Preyudisiallığın obyektiv komponentini isə qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən hallar, hüquqi faktlar və hüquq münasibətləri təşkil edir. Digər tərəfdən, iş materiallarında olan (İİ cild: iş v.9.-12) X9 tərəfindən ("xxxx" MTKnın adından) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə 2017-ci il tarixdə verilmiş iddia ərizəsində mübahisəli qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı sərəncamın ləğvi tələb edilmiş, daha sonra şəxsin ərizəsi əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İddiaçılar növbədə dəfə ünvan 2 ünvanda yerləşən 188.3 kv.m. qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair xx.xx.2017-ci il tarixli sərəncamın və özəlləşdirməyə dair hərəkətlərin qanunsuz hesab edilməsi ilə bağlı yalnız 4 il sonra, 2021-ci ildə məhkəməyə müraciət etmişlər. Qeyd olunmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. “İnzibati icraat haqqında” Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki “İnzibati icraat haqqında” Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. “İnzibati icraat haqqında” Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır (“İnzibati icraat haqqında” Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Beləliklə, bir daha müəyyən edilir ki, 2017-ci ildə mübahisəli qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı sərəncamın ləğvi ilə bağlı şəxsin ərizəsi əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarıldıqdan sonra iddiaçı tərəfindən sərəncamın həmin müddət ərzində yenidən mübahisələndirilməməsi və iddianın mümkünlük şərti olan iddia müddətinin buraxılması onun məsuliyyət sferasına aid edilməlidir. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı neqativ nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Beləliklə, qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1253/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1253/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçı9 və İddiaçı8 cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs X5 cəlb olunmaqla) qarşı “registrə salınma haqqında qeydin, özəlləşdirmə haqqında sərəncamın, özəlləşdirməyə dair hərəkətlərin qanunsuz hesab edilməsi və s.” tələblərinə dair iddiaları mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Rəşid Səmədov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar