Məhkəmə qərarları › İş №2-1(103)-6/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-6/2023

12.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-6/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X19 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X9 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi X20 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3783/2019 saylı 14 oktyabr 2019cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 aprel 2023cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmışdır və qanuni təmsilçisi Qanuni nümayəndədur. Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********596000 saylı 28 avqust 2019-cu il tarixli, **********598400 saylı 28 avqust 2019-cu il tarixli, **********597700 saylı 28 avqust 2019-cu il tarixli və **********977200 saylı 21 avqust 2019-cu il tarixli qərarlarından görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlaması üzrə İddiaçı MMC-yə 2016-cı, 2017-ci, 2018-ci və 2019-cu illərin hər biri üzrə 7000 manat olmaqla, cəmi 28000 manat məbləğində torpaq vergisi hesablanmışdır. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vergi orqanının “**********596000 saylı xx.xx.2019-cu il tarixli, **********598400 saylı xx.xx.2019cu il tarixli, **********597700 saylı xx.xx.2019-cu il tarixli və**********977200 saylı xx.xx.2019-cu il tarixli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə qərarlarının ləğv edilməsi vəİddiaçı MMC-yə 2016, 2017, 2018 və 2019-cu illər üzrə hesablanmış 28.000 manat torpaq vergisinin silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 305 saylı, xx.xx.2004-cü il tarixli Sərəncamı ilə Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahət-çimərlik zonalarının cənub hissəsində mehmanxana və istirahət kompleksinin layihələndirilməsi və tikintisi üçün 11 ha torpaq sahəsi icarə əsasında İddiaçı firmasının istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 287 saylı xx.xx.2007-ci il tarixli Sərəncamı ilə həmin torpaq sahəsinin 7 ha torpaq sahəsi eyni məqsədlə "xxxx" MMC-yə verilmişdir. "xxxx" firması İddiaçı MMC-yə qarşı 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" MMC-dən "xxxx" firmasının xeyrinə 1.936.091,3 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə 2(81)-1961/2010 saylı, xx.xx.2010-cu il tarixli qərardadı ilə tərəflər arasında barışıq sazişi qəbul edilmiş, cavabdehin 1.581.770 manat borcun əvəzinə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən 2 nömrəli reyestr kitabının 202 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********41-12301 qeydiyyat nömrəsi 110738807, qeydiyyat tarixi xx.xx.2007-ci il olan, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* saylı Çıxarış əsasında "xxxx" MMC-yə məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dənizkənarı istirahət zonasının ümumi sahəsi 3048 kv.metr olan əmlak kompleksinin bir hissəsini "xxxx" MMC borc əvəzinə "xxxx" firmasına vermişdir. Daha sonra "xxxx" firması İddiaçı MMC-yə qarşı 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" MMC-dən "xxxx" firmasının xeyrinə 1.500.000 manat əsas borcun, 81750 manat faiz borcunun, 20 manat dövlət rüsumunun, cəmi 1.581.770 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə 2(81)-2302/2010 saylı, xx.xx.2010-cu il tarixli qərardad ilə tərəflər arasında barışıq sazişi qəbul edilmiş, cavabdehin 1.581.770 manat borcun əvəzinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən 2 nömrəli reyestr kitabının 202 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********41- 12301 qeydiyyat nömrəsi 110738807, qeydiyyat tarixi xx.xx.2007-ci il olan, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* saylı Çıxarış əsasında "xxxx" MMC-yə məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dənizkənarı istirahət zonasının ümumi sahəsi 4410 kv.metr olan 18 ədəd kotteclərinin və həmin kotteclərinin və həmin kotteclərin altında yerləşən torpaq sahələrini "xxxx" MMC borc əvəzinə "xxxx" firmasına vermişdir. "xxxx" Firması həmin obyektlər üzərində mülkiyyət hüquqlarını və onların yerləşdiyi torpaq sahəsi üzrə istifadə hüquqlarını dövlət qeydiyyatına aldıraraq RX Seriyalı ******* nömrəli Çıxarış almışdır. Daha sonra "xxxx" Firması həmin obyektləri və onların yerləşdiyi torpaq sahəsini hissə-hissə bir neçə şəxslərə (X2, X21, X6, X27, X24, X15, X25, X17, X13, X26, X4 və X7) satmışdır. 2011-ci il tarixdən etibarən İddiaçı MMC-nin həmin obyektlər və onların yerləşdiyi torpaq sahəsi üzərində nə istifadə, nə də mülkiyyət hüquqları qalmamışdır. Lakin buna baxmayaraq Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamenti tərəfindən xx.xx.2019-cu il tarixli, **********597700 saylı, xx.xx.2019-cu il tarixli, **********598400 saylı, xx.xx.2019-cu il tarixli, **********598400 saylı, **********598400 saylı, xx.xx.2019-cu il tarixli, **********977200 saylı “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə qərarlarla 2016, 2017, 2018 və 2019-cu illər üzrə həmin torpaq sahəsindən istifadəyə görə İddiaçı MMC-yə 28.000 manat vergi borcu hesablamışdır. İddiaçı MMC həmin torpaq sahəsində hər hansı bir hüquq olmadığından, həmin torpaq sahəsi başqa şəxslərin mülkiyyətində, həmçinin istifadəsində olduğundan, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin 2016, 2017, 2018 və 2019-cu illər üzrə İddiaçı MMC-yə 28.000 manat torpaq vergisi hesablanmasını qanunsuz hesab etdiklərindən məhkəməyə müraciət etmişlər. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, İddiaçı MMC uçot-baza məlumatına əsasən xx.xx.2004-cü il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, ərizəsinə əsasən əsas fəaliyyətinin “şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi”ndən ibarət olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı cəmiyyətin mülkiyyətində və ya istifadəsində torpaq sahəsinin olmasına baxmayaraq cəmiyyət tərəfindən 2016-2017-ci illər üçün torpaq vergisi bəyannamələrinin göstəricisiz olaraq təqdim edildiyi, 2018-ci və 2019-cu illər üçün isə torpaq vergisi bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq vergi ödəyicisinə xx.xx.2016-cı il tarixdə **********294800 və xx.xx.2017-ci il tarixli **********092500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublar göndərilmiş, cəmiyyət tərəfindən əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim edilmədiyindən cavabdeh tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə müvafiq olaraq kameral vergi yoxlaması ilə 2016-cı il üçün 7000,0 manat və 2017-ci il üçün 7030,0 manat torpaq vergisi hesablanmış, müvafiq olaraq xx.xx.2016 tarixli **********604700 nömrəli, xx.xx.2017-ci il tarixli **********523400 nömrəli “Vergilərin hesablanması barədə” qərarlar qəbul edilərək iddiaçıya göndərilmişdir. Eyni zamanda 2018-ci və 2019-cu illər üçün iddiaçı tərəfindən torpaq vergisi bəyannaməsi təqdim edilmədiyindən “Vaxtında təqdim edilməmiş bəyannamənin təqdim edilməsi barədə” xx.xx.2018-ci il tarixli **********1683 nömrəli və xx.xx.2019-cu il tarixli **********0834 nömrəli xəbərdarlıqlar göndərilərək torpaq vergisi bəyannaməsinin təqdim olunması bildirilsə də, iddiaçı tərəfindən həmin dövrlər üzrə bəyannamə təqdim edilməmişdir. Bu səbəbdən cavabdeh tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə müvafiq olaraq kameral vergi yoxlaması ilə 2018-ci il üçün 7000,0 manat və 2019-cu il üçün 7000,0 manat torpaq vergisi hesablanmış, müvafiq olaraq xx.xx.2018-ci il tarixli **********350600 nömrəli və xx.xx.2019-cu il tarixli **********563100 nömrəli “Vergilərin hesablanması barədə” qərarlar qəbul edilərək iddiaçıya göndərilmişdir. Bundan sonra vergi ödəyicisi tərəfindən 2016-cı il üçün xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə, 2017-ci il üçün xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə, 2018-ci il üçün xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə, 2019cu il üçün isə xx.xx.2019-cu il tarixdə mövcud kənarlaşma aradan qaldırılmadan dəqiqləşdirilmiş torpaq vergisi bəyannamələri təqdim edildiyi üçün vergi orqanı tərəfindən hesablanmış vergi məbləğləri bərpa edilərək 2016-cı il üçün xx.xx.2019-cu il tarixli **********596000 nömrəli, 2017-ci il üçün xx.xx.2019-cu il tarixli **********598400 nömrəli, 2018-ci il üçün xx.xx.2019-cu il tarixli **********597700 nömrəli, 2019-cu il üçün isə xx.xx.2019-cu il tarixli **********977200 “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul edilmişdir. Keçirilmiş yoxlama zamanı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 305 nömrəli Sərəncamına əsasən Xəzər rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahət-çimərlik zonalarının cənub hissəsində mehmanxana istirahət kompleksinin layihələndirilməsi və tikilməsi üçün 11 ha torpaq sahəsinin icarə əsasında cəmiyyətin istifadəsinə verildiyi, daha sonra isə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 287 nömrəli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 305 nömrəli Sərəncamına dəyişiklik edilərək cəmiyyətə ayrılmış 11,0 ha ərazidən 7,0 ha torpaq sahəsinin eyni məqsədlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edildiyi müəyyən edilmişdir. Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC (VÖEN: **********) arasında Xəzər rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahət-çimərlik zonalarının cənub hissəsində yerləşən 11 ha torpaq sahəsinin icarəsi üzrə bağlanmış xx.xx.2005-ci il tarixli 0641 nömrəli müqaviləyə xitam verilib-verilməməsi ilə bağlı məlumatın Vergilər Nazirliyinə təqdim edilməsi üçün xx.xx.2019-cu il tarixli məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Aparatından Vergilər Nazirliyinə daxil olmuş xx.xx.2019-cu il tarixli 7-2583/4 nömrəli cavab məktubunda Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC (VÖEN: **********) arasında Xəzər rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahət-çimərlik zonalarının cənub hissəsində yerləşən 11 ha torpaq sahəsinin icarəsi üzrə bağlanmış xx.xx.2005-ci il tarixli 0641 nömrəli müqaviləyə və torpaq sahəsinin 7 ha azaldılması barədə ona edilmiş dəyişikliyə xitam verilmədiyi qeyd edilmişdir. Eyni zamanda aparılmış araşdırma zamanı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamına əsasən “Torpaq sahəsinin icarəyə verilməsi” haqqında xx.xx.2005-ci il tarixli 0641 saylı müqaviləyə xitam verilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsində 2-2(103)-438/2019 saylı iş üzrə məhkəmə çəkişməsinin olduğu müəyyən edilmiş, qeyd olunan müqaviləyə xitam verilməsinə dair hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi cavabdeh vergi orqanına təqdim edilməmişdir. Göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC (VÖEN: **********) arasında bağlanmış xx.xx.2005-ci il tarixli 0641 römrəli müqaviləyə və ona edilmiş dəyişikliyə xitam verilmədiyindən 2016-2019-cu illərin torpaq vergisi üzrə vergi məbləğlərinin hesablanması qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3783/2019 saylı 14 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin İddiaçı MMC-yə “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə xx.xx.2019-cu il tarixli, **********596000 saylı, xx.xx.2019-cu il tarixli, **********598400 saylı, xx.xx.2019-cu il tarixli, **********597700 saylı, xx.xx.2019- cu il tarixli, **********977200 saylı “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə qərarlarının ləğv edilməsi və həmin qərarlar üzrə İddiaçı MMC-yə 2016, 2017, 2018 və 2019-cu illər üzrə hesablanmış 28.000 manat torpaq vergisinin silinməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, qərarla razı deyildir. Belə ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı cəmiyyətin istifadəsində torpaq sahəsinin olmasına baxmayaraq, cəmiyyət tərəfindən 2016-2017-ci illər üçün torpaq vergisi bəyannamələrinin göstəricisiz olaraq təqdim edildiyi, 2018-ci və 2019-cu illər üçün isə torpaq vergisi bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, vergi ödəyicisinə xx.xx.2016-cı il tarixdə **********294800 və xx.xx.2017-ci il tarixli **********092500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublar göndərilmiş, cəmiyyət tərəfindən əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim edilmədiyindən cavabdeh tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə müvafiq olaraq kameral vergi yoxlaması ilə 2016-cı il üçün 7000,0 manat və 2017-ci il üçün 7000,0 manat torpaq vergisi hesablanmış, müvafiq olaraq xx.xx.2016-cı il tarixli **********604700 nömrəli, xx.xx.2017-ci il tarixli **********523400 nömrəli “Vergilərin hesablanması barədə” qərarlar qəbul edilərək iddiaçıya göndərilmişdir. Eyni zamanda 2018-ci və 2019-cu illər üçün iddiaçı tərəfindən torpaq vergisi bəyannaməsi təqdim edilmədiyindən “Vaxtında təqdim edilməmiş bəyannamənin təqdim edilməsi barədə” xx.xx.2018-ci il tarixli **********1683 nömrəli və xx.xx.2019-cu il tarixli **********0834 nömrəli xəbərdarlıqlar göndərilərək torpaq vergisi bəyannaməsinin təqdim olunması bildirilsə də, iddiaçı tərəfindən həmin dövrlər üzrə bəyannamə təqdim edilməmişdir. Bu səbəbdən cavabdeh tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə müvafiq olaraq kameral vergi yoxlaması ilə 2018-ci il üçün 7000,0 manat və 2019-cu il üçün 7000,0 manat torpaq vergisi hesablanmış, müvafiq olaraq xx.xx.2018-ci il tarixli **********350600 nömrəli və xx.xx.2019-cu il tarixli **********563100 nömrəli “Vergilərin hesablanması barədə” qərarlar qəbul edilərək iddiaçıya göndərilmişdir. Bundan sonra vergi ödəyicisi tərəfindən 2016-cı il üçün xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə, 2017-ci il üçün xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə, 2018-ci il üçün xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə, 2019-cu il üçün isə xx.xx.2019-cu il tarixdə mövcud kənarlaşma aradan qaldırılmadan dəqiqləşdirilmiş torpaq vergisi bəyannamələri təqdim edildiyi üçün, vergi orqanı tərəfindən hesablanmış vergi məbləğləri bərpa edilərək 2016-cı il üçün xx.xx.2019-cu il tarixli **********596000 nömrəli, 2017-ci il üçün xx.xx.2019-cu il tarixli **********598400 nömrəli, 2018-ci il üçün xx.xx.2019-cu il tarixli **********597700 nömrəli, 2019-cu il üçün isə xx.xx.2019-cu il tarixli **********977200 “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul edilmişdir. Keçirilmiş yoxlama zamanı Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 305 nömrəli Sərəncamına əsasən Xəzər rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahət-çimərlik zonalarının cənub hissəsində mehmanxana istirahət kompleksinin layihələndirilməsi və tikilməsi üçün 11 ha torpaq sahəsinin icarə əsasında cəmiyyətin istifadəsinə verildiyi, daha sonra isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 287 nömrəli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 305 nömrəli Sərəncamına dəyişiklik edilərək cəmiyyətə ayrılmış 11,0 ha ərazidən 7,0 ha torpaq sahəsinin eyni məqsədlə “Gilan" Məhdud Məsuliyyətli cəmiyyətinə aid edildiyi müəyyən edilmişdir. Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC (VÖEN: **********) arasında Xəzər rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahət-çimərlik zonalarının cənub hissəsində yerləşən 11 ha torpaq sahəsinin icarəsi üzrə bağlanmış xx.xx.2005-ci il tarixli 0641 nömrəli müqaviləyə xitam verilib-verilməməsi ilə bağlı məlumatın Vergilər Nazirliyinə təqdim edilməsi üçün xx.xx.2019-cu il tarixli məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Aparatından Vergilər Nazirliyinə daxil olmuş xx.xx.2019-cu il tarixli 7-2583/4 nömrəli cavab məktubunda Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC (VÖEN: **********) arasında Xəzər rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahətçimərlik zonalarının cənub hissəsində yerləşən 11 ha torpaq sahəsinin icarəsi üzrə bağlanmış xx.xx.2005-ci il tarixli 0641 nömrəli müqaviləyə və torpaq sahəsinin 7 ha azaldılması barədə ona edilmiş dəyişikliyə xitam verilmədiyi qeyd edilmişdir. Eyni zamanda aparılmış araşdırma zamanı Bakı Şəhər İcra Hakimiyyəti başçısının Sərəncamına əsasən “Torpaq sahəsinin icarəyə verilməsi” haqqında xx.xx.2005-ci il tarixli 0641 saylı müqaviləyə xitam verilməsi ilə əlaqədar məhkəmə çəkişməsinin olduğu müəyyən edilmiş, qeyd olunan müqaviləyə xitam verilməsinə dair hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi cavabdeh vergi orqanına təqdim edilməmişdir. Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC (VÖEN: **********) arasında bağlanmış xx.xx.2005-ci il tarixli 0641 nömrəli müqaviləyə və ona edilmiş dəyişikliyə xitam verilmədiyindən 2016-2019-cu illərin torpaq vergisi üzrə vergi məbləğlərinin hesablanması qanuni və əsaslıdır. Məhkəmə qərarında göstərmişdir ki, sözügedən icarə müqaviləsinə xitam verilməsi barədə hazırda qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olmasa da, lakin birinci instansiya məhkəməsi tərəfindən həmin müqaviləyə xitam verilməsi qərara alınmışdır və hazırda iş apelyasiyası məhkəməsinin baxışındadır. Bununla əlaqədar qeyd edilməlidir ki, məhkəmənin qanuni qüvvəsini almamış məhkəmə qərarına istinad etməsi ümumiyyətlə əsassızdır. Qeyd olunan məhkəmə qərarı ilə müəyyən edilmiş hallar o halda iş üzrə müəyyən əhəmiyyət kəsb edə bilərdi ki, həmin qətnamə qanuni qüvvəsini almış olardı. Həmçinin elektron məhkəmə sistemindən əldə olunmuş məlumata əsasən məhkəmənin istinad etdiyi birinci instansiya məhkəməsinin 2-2(81 )-140/2019 saylı iş üzrə qərarı Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)-438/2019 saylı iş üzrə qətnaməsi ilə qismən ləğv edilərək yeni qətnamə çıxarılmış və iddia rədd edilmişdir. Həmçinin bildirilir ki, məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarışlara istinad edərək göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 6486,08 kv.m olan, torpaq sahəsinin ölçüsü 0,54689 kv.m olan əmlak kompleksi kimi müəssisə xüsusi paylı mülkiyyət hüququ əsasında müxtəlif fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 848 nömrəli vərəqində qeydiyyata alınmışdır. Sonuncu qeydiyyat tarixi xx.xx.2013- cü ildir. Həmin əmlak kompleksinin xx.xx.2013-cü il tarixdə olan vəziyyəti barədə X21 və qeyrilərinin adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən texniki pasport tərtib edilmişdir. Məhkəmənin istinad etdiyi bu halla əlaqədar bildirilir ki, qeyd olunan sənədər iş üzrə mötəbər sübut hesab edilsə də belə, məhkəmə tərəfindən həmin sənədlərə vergitutma məqsədləri üçün düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş “Çıxarış”larla X21 və qeyrilərinin adına verilmiş “Çıxarış’larda istifadədə olan torpaq sahəsinin dövlət mülkiyyətində olması, torpaq sahəsinin ümumi ölçüsünün 0,54686 ha olması öz əksini tapmışdır. Hazırkı vəziyyətdə isə torpaq vergisi "xxxx" MMC-nin istifadəsində olan 4 ha torpaq sahəsi üçün hesablanmışdır. Bir halda ki, torpaq sahəsi məhkəmənin müəyyən etdiyi kimi iddiaçının deyil, digər fiziki şəxslərin istifadəsində olmuşdursa, onda vergututma obyekti olmuş 4 ha torpaq sahəsinin həmin şəxslərin istifadəsinə verilməsinin qanunvericliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməsinə dair sənədlər mövcud olmalı idi. Məhkəmə isə qərarının əsası kimi müxtəlif tikililərin və həmin tikililərin altında olan torpaq sahələrinin qeydiyyatına dair uÇıxarış"lara istinad etsə də, vergitutma obyekti olmuş 4 ha torpaq sahəsinin “Çıxarış”larda adı çəkilən fiziki şəxslərin istifadəsinə (icarəsinə) verilməsini təsdiq edən hər hansı sənədə istinad edə bilməmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Aparatının xx.xx.2019-cu il tarixli 7-2583/4 nömrəli məktubunda Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında Xəzər rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahət-çimərlik zonalarının cənub hissəsində yerləşən 11 ha torpaq sahəsinin icarəsi üzrə bağlanmış xx.xx.2005-ci il tarixli 0641 nömrəli müqaviləyə və torpaq sahəsinin 7 ha azaldılması barədə ona edilmiş dəyişikliyə xitam verilmədiyinə dair məlumat səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş rəsmi və mənbəyi bəlli olan məlumat olmaqla həmin torpaq sahəsinə dair torpaq vergisinin hesablanmasına əsas verir. Müqavilənin ləğvinə dair tərəflər arasında məhkəmə mübahisəsinin olması da adı çəkilən icarə müqaviləsinin və həmin müqaviləyə edilmiş dəyişikliyin qüvvədə olmasını bir daha təsdiq edir. Göründüyü kimi, işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı Eleqant-M" MMC-yə torpaq vergisinin hesablanması Vergi Məcəlləsinin tələblərinə uyğun olmuş, mübahisələndirilən qərarların ləğvi üçün isə konkret əsaslar mövcud olmamışdır. Məhkəmə tərəfindən qərar qəbul edilərkən iş üzrə təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmiş, hüquq normalarının tətbiqində səhvlərə yol verilmişdir ki, bunlar da birinci instansiya məhkəməsinin qərarının apelyasiya qaydasında ləğvinə əsas verir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X30 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hazırki iş üzrə məhkəmə qərarının elan edilməsi Azərbaycan Respublikası İPM-nin 75.1-ci maddəsinə əsasən 12 aprel 2023-cü il tarixə təxirə salınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən 28 avqust 2019-cu il tarixli qərarların ləğvi ilə bağlı məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət edildiyi üçün (qərarın iddiaçı tərəfindən nə vaxt alınması dəqiq olaraq bilinmir) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********596000 saylı 28 avqust 2019-cu il tarixli qərarı ilə vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlaması üzrə İddiaçı MMC-yə 2016-cı il üzrə 7000 manat, **********598400 saylı 28 avqust 2019-cu il tarixli qərarla İddiaçı MMCyə 2017-ci il üzrə 7000 manat, **********597700 saylı 28 avqust 2019-cu il tarixli qərarla 2018-ci il üzrə 7000 manat və **********977200 saylı 21 avqust 2019-cu il tarixli qərarla 2019-cu il üzrə 7000 manat məbləğində torpaq vergisi olmaqla, 2016-2019-cu illər üzrə hər il üçün 7000 manat olmaqla, ümumilikdə 28000 manat məbləğində vergi hesablanmışdır. Hazırkı iddia üzrə iddiaçı vergi orqanının qeyd edilən qərarlarının ləğvini mübahisələndirir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış 23 noyabr 2005-ci il tarixli 0641 nömrəli torpaq icarə müqaviləsinin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 305 saylı 24 dekabr 2004-cü il tarixli sərəncamı, xx.xx.2005-ci il tarixli 11838 saylı inşaat pasportu əsasında “İcarəyə verən” Bakı şəhər İcra Hakimiyyəti ilə “İcarəçi” adlandırılacaq İddiaçı MMC arasında 23 noyabr 2005-ci il tarixli 0641 nömrəli “Torpaq icarə müqaviləsi” bağlanılmış və icarəyəverən icarə əsasında sahəsi 110000 kv.m olan torpaq sahəsini, o cümlədən su ilə örtürülmüş sahəsi 110000 kv.m olan ərazini icarəçinin 49 il müddətinə istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 287 saylı 21 iyun 2007-ci il tarixli sərəncamından görünür ki, Əzizbəyov Rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 753 saylı razılıq məktubu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2007-ci il tarixli 17707 saylı müraciəti və İddiaçı MMC-nin xx.xx.2007-ci il tarixli, 05 saylı razılıq məktubu nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 305 saylı sərəncamının 40-cı bəndində İddiaçı MMC-yə ayrılmış 11 ha ərazidən 7 ha torpaq sahəsi həmin məqsədlə "xxxx" MMC-yə aid edilmişdir. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000239 qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, İddiaçı MMC Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Dənikənarı istirahət-çimərlik zonalarının cənub hissəsi ünvanında yerləşən Mehmanxana və İstirahət Kompleksi (ümumi sahəsi – 3048 kv.m) üzərində hüquqları əldə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH Seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Dənizkənarı istirahət zonasında istifadədə olan 0,6566 ha torpaq sahəsində yerləşən 3048 kv.metr ümumi, 1714,3 kv.m əsas, 1333,7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (mehmanxana və istirahət kompleksi) tam mülkiyyət hüququ üzrə "xxxx" MMC-in adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 202 nömrəli vərəqində reyestr nömrəsi **********41- 12301, qeydiyyat nömrəsi ********* olaraq xx.xx.2007-ci il tarixində qeydiyyata alınmışdır. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-(81)-1961/2010 saylı xx.xx.2010-cu il tarixli qərardadının surətindən görünür ki, cavabdeh "xxxx" MMC borcun əvəzinə Azərbaycan Respublikası Nazirlər Kabineti (hazırda Əmlak Məsələləri Dövlət Komitəsi) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2 nömrəli reyestr kitabının 202 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********41-12301, qeydiyyat nömrəsi 110738807, qeydiyyat tarixi xx.xx.2007 olan, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* saylı Çıxarış əsasında cavabdehə məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dənizkənarı istirahət zonasında yerləşən, ümumi sahəsi 3048,0 kvm olan əmlak kompleksinin bir hissəsini iddiaçı "xxxx" firmasına vermişdir. Barışıq razılaşması haqqında müqaviləyə 19 may 2011-ci il tarixli əlavədən görünür ki, xx.xx.2010-ci il tarixli "xxxx" firması ilə İddiaçı MMC arasında Barışıq razılaşması haqqında müqaviləsinə əsasən İddiaçı MMC-nin "xxxx" firmasına 1 921 121, 31 manat borcun əvəzinə İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Dəniz kənarı istirahət zonasında yerləşən ümumi sahəsi 3 048,0 kv.m olan əmlak kompleksin bir hissəsini "xxxx" firmasına borc əvəzinə verir. Barışıq razılaşması haqqında müqavilə 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2-(81)-1961/2010 saylı qərardadı ilə təsdiq edilib. Barışıq razılaşması haqqında müqaviləyə əlavə olaraq tərəflər razılığa gəlirlər ki, "xxxx" firmasının mülkiyyətinə keçən tikililərin altında və ətrafında olan 2,5 ha torpaq sahəsi "xxxx" firmasının istifadəsinə keçir. İddiaçı MMC bu torpaq sahəsindən "xxxx" firmasının xeyrinə imtina edir. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-(81)-2302/2010 saylı xx.xx.2010-cu il tarixli qərardadının surətindən görünür ki, həmin qərardadla iddiaçı “Kapitol firması ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış barışıq sazişi təsdiqlənmiş, cavabdeh iddiaçıya borcun əvəzinə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2 nömrəli reyestr kitabının 202 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********41- 12301, qeydiyyat nömrəsi 110738807, qeydiyyat tarixi xx.xx.2007 olan, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* saylı Çıxarış əsasında "xxxx" MMC-yə məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dənizkənarı istirahət zonasının ümumi sahəsi 4410 kv.m olan 18 ədəd kotteclərinin və həmin kotteclərin altında yerləşən torpaq sahələrini "xxxx" firmasına vermişdir. Barışıq sazişinə 19 may 2011-ci il tarixli əlavədən görünür ki, xx.xx.2010-cu il tarixli "xxxx" firması ilə İddiaçı MMC arasında Barışıq sazişinə əsasən İddiaçı MMC-nin "xxxx" firmasına 1 581 770 ( bir milyon beş yüz səksən bir min yeddi yüz yetmiş) manat borcun əvəzinə "xxxx" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Dəniz kənarı istirahət zonasında yerləşən ümumi sahəsi 4410,0 kv.m olan 18 ədəd kotec "xxxx" firmasına borc əvəzinə verir. Barışıq sazişi 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2010-ci il tarixli iş 2-(81)- 2302/2010 saylı Qərardadı ilə təsdiq edilib. Barışıq Sazişinə əlavə olaraq tərəflər razılığa gəlirlər ki, "xxxx" firmasının mülkiyyətinə keçən 18 ədəd kotteci tikililərin altında və ətrafında olan 1,5 ha torpaq sahəsi "xxxx" firmasının istifadəsinə keçir. İddiaçı MMC bu torpaq sahəsindən "xxxx" firmasının xeyrinə imtina edir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanladığı 7-2583/4 saylı, xx.xx.2019-cu il tarixli məktubunda görünür ki, nazirliyin Bakı Şəhər icra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış 0641 saylı, xx.xx.2005-ci il tarixli torpaq icarə müqaviləsinə xitam verilib-verilməməsi ilə bağlı məktubuna baxılmış və bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında Xəzər rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahət çimərlik zonalarının cənub hissəsində ayrılmış, 11 ha torpaq sahəsinə 0641 saylı, xx.xx.2005-ci il tarixli torpaq icarə müqaviləsi bağlanmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 287 saylı sərəncamına əsasən 0641 saylı, xx.xx.2005-ci il tarixli bağlanmış torpaq icarə müqaviləsinə xx.xx.2010-cu il tarixdə dəyişiklik edilərək, 110000 kv.m torpaq sahəsi azalaraq 40000 kv.m müəyyən edilmişdir. Bakı şəhər Vergilər Departamentinə bu barədə 09 saylı, xx.xx.2010-cu il tarixli məktubla məlumat göndərilmişdir. 0641 saylı, xx.xx.2005ci il tarixli torpaq icarə müqaviləsinə və ona edilmiş xx.xx.2010-cu il tarixli dəyişikliyə xitam verilməmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 6486,08 kv.m olan, torpaq sahəsinin ölçüsü 0,54689 kv.m olan əmlak kompleksi kimi müəssisə xüsusi paylı mülkiyyət hüququ əsasında X5, X22, "xxxx" firmasının adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 848 nömrəli vərəqində xx.xx.2013-cü il tarixində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən hüququ rəsmiləşdirilən şəxs X8 adına verilmiş Seriya RX, ******* nömrəli çıxarışın, hüququ rəsmiləşdirilən şəxs X1 adına verilmiş Seriya RX, ******* nömrəli çıxarışın, hüququ rəsmiləşdirilən şəxs X16 adına verilmiş Seriya RX, ******* nömrəli çıxarışın, hüququ rəsmiləşdirilən şəxs X3 adına verilmiş Seriya RX, ******* nömrəli çıxarışın, hüququ rəsmiləşdirilən şəxs X10 adına verilmiş Seriya RX, ******* nömrəli çıxarışın, hüququ rəsmiləşdirilən şəxs X14 adına verilmiş Seriya RX, ******* nömrəli çıxarışın surətlərindən görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 6486,08 kv.m olan, torpaq sahəsinin ölçüsü 0,54689 kv.m olan əmlak kompleksi kimi müəssisə xüsusi paylı mülkiyyət hüququ əsasında müxtəlif fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 848 nömrəli vərəqində qeydiyyata alınmışdır. Sonuncu qeydiyyat tarixi xx.xx.2013-cü ildir. Həmin əmlak kompleksinin xx.xx.2013-cü il tarixdə olan vəziyyəti barədə X21 və qeyrilərinin adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən texniki pasport tərtib edilmişdir. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2- (81)-1961/2010 saylı xx.xx.2010-cu il tarixli və 2-(81)-2302/2010 saylı xx.xx.2010-cu il tarixli qərardadlarının və barışıq sazişlərinə əlavələrin surətindən görünür ki, iddiaçı ilə "xxxx" firması arasında olan 2010cu ildə məhkəmə mübahisələri nəticəsində həmin sözügedən sahənin üzərində inşa edilmiş əmlak kompleksi istirahət binaları, müxtəlif tikililər və həmin tikililərin altında və ətrafında olan ümumilikdə 4 ha torpaq sahəsi məhkəmə qərardadları ilə tərəfindən təsdiq edilmiş barışıq sazişlərinə və həmin barışıq sazişlərinə əlavələrə əsasən "xxxx" firmasının mülkiyyətinə keçmiş və daha sonra müxtəlif şəxslərin mülkiyyətinə verilərək, həmin şəxslərin daşınmaz əmlak üzərində mülkiyyət hüquqları qeydə alınaraq buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Həmin çıxarışlardan görünür ki, sonuncu qeydiyyat xx.xx.2013-cü il tarixdə aparılmışdır. Vergi orqanı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamına əsasən müqaviləyə xitam verilməsi ilə əlaqədar məhkəmə çəkişməsinin olduğunu, qeyd olunan müqaviləyə xitam verilməsinə dair hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olmadığını, buna görə də 2016-2019-cu illərin torpaq vergisi üzrə vergi məbləğlərinin hesablanmasının qanuni və əsaslı olmasını göstərmişdir. Məhkəmə araşdırılması zamanı təqdim edilmiş tərəflər arasında aparılmış elektron yazışmalardan görünür ki, (xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli məktublar) İddiaçı MMC tərəfindən cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə iddiaçıya İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə ayrılmış torpaq sahəsinin bir hissəsinin sərəncamda edilmiş dəyişikliklə əlaqədar "xxxx" MMC-yə, bir hissəsinin isə "xxxx" firmasına verildiyi, bununla bağlı iddiaçı MMC-nin mülkiyyətində hər hansı torpaq sahəsinin və ya əmlakın olmadığı, buna görə də ona torpaq sahəsi ilə bağlı vergilərin hesablanmaması, hesablandığı halda isə onun silinməsi ilə bağlı mütəmadi olaraq məlumatlar verilmişdir. Həmçinin apellyasiya baxışı zamanı təqdim olunmuş sənədlərdən müəyyən edilmişdi ki, iddiaçı ilə İcra Hakimiyyəti arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 0641 saylı 23 noyabr 2005-ci il tarixli müqaviləyə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-310/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 29 dekabr 2016-cı il tarixdən xitam verilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2- 2(103)-1259/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış və sonuncu qətnamədən kassasiya şikayəti verilmədiyindən qətnamə qüvvəsini almışdır. Beləliklə, hal-hazırda 11 ha torpaq sahəsi barədə Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında icarə müqaviləsi mövcud olsa da, işdə olan sənədlər əsasında müəyyən edildi ki, həmin torpaq sahəsinin 7 ha hissəsi 2010-cu il tarixdən, 4 ha hissəsi isə xx.xx.2013-cü il tarixdən faktiki olaraq iddiaçının istifadəsində olmamış, gedən məhkəmə çəkişmələri nəticəsində isə ümumiyyətlə iddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 0641 saylı 23 noyabr 2005-ci il tarixli müqaviləyə 29 dekabr 2016-cı il tarixdən xitam verilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə vergi orqanının iddiaçıya 2016, 2017, 2018 və 2019-cu illər üzrə hesabladığı 28000 manat torpaq vergisinin tərəflər arasında bağlanmış 0641 saylı 23 noyabr 2005-ci il tarixli müqaviləyə məhkəmə qətnaməsi ilə 29 dekabr 2016-cı il tarixdən xitam verilməsi nəzərə alınmaqla, 2017, 2018 və 2019-cu illər üzrə hesablanması qanunsuz və əsassız olduğundan bu barədə vergi orqanının qəbul etdiyi **********598400 saylı 28 avqust 2019cu il tarixli, **********597700 saylı 28 avqust 2019-cu il tarixli və **********977200 saylı 21 avqust 2019-cu il tarixli qərarları ləğv edilməlidir. Apellyasiya baxışı zamanı cavabdeh vergi orqanı iddiaçıya 2017, 2018 və 2019-cu illər üzrə torpaq vergisinin düzgün və qanuni hesablanmasını əsaslandıra bilməmişdir. X12 Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Oxşar müddəa Vergilər Məcəlləsində də əksini tapmışdır. İddiaçıya 2016-cı il üzrə 7000 manat torpaq vergisinin hesablanması barədə vergi orqanının mübahisələndirilən **********596000 saylı 28 avqust 2019-cu il tarixli qərarına gəldikdə isə kollegiya hesab edir ki, iddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış 0641 saylı 23 noyabr 2005-ci il tarixli müqaviləyə mövcud qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə 29 dekabr 2016-cı il tarixdən xitam verildiyindən, vergi orqanının 2016-cı il üzrə iddiaçıya 7000 manat məbləğində torpaq vergisini hesablaması düzgün olmuş, buna görə də vergi orqanının qəbul etdiyi **********596000 saylı 28 avqust 2019-cu il tarixli qərarın ləğv edilməsi ilə bağlı iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 208.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. Həmin Məcəllənin 208.2-ci maddəsinə əsasən torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-338/2021 saylı xx.xx.2022-ci il tarixli qərarında “müqavilənin hansı tarixdən xitam olunmuş hesab olunması” barədə göstərilənlərlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Hazırki işdə nəzərə almaq lazımdır ki, iddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 0641 saylı 23 noyabr 2005-ci il tarixli müqaviləyə məhkəmə çəkişmələri nəticəsində qiymət verilərkən ona məhz 29 dekabr 2016-cı il tarixdən xitam verildiyi məhkəmə qətnaməsinin nəticəvi hissəsində dəqiq olaraq göstərilmişdir. Odur ki, hazırki apellyasiya baxışında mübahisənin həllinə məhz həmin aspektdən yanaşaraq məhkəmə kollegiyası hesab edir ki, adı çəkilən müqaviləyə 29 dekabr 2016-cı il tarixdən xitam verildiyi üçün vergi orqanının 2016-cı il istisna olmaqla, 2017, 2018 və 2019-cu illər üzrə torpaq vergisi ilə bağlı apardığı hesablamalar qanunsuz və əsassız sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-3783/2019 saylı 14 oktyabr 2019-cu il tarixli qərarı qismən, “Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC-yə 2016-cı il üzrə 7000 manat məbləğində torpaq vergisinin hesablanması ilə bağlı qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********596000 saylı 28 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsi” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə rədd edilməli, qərar qalan, vergi orqanının 2017, 2018 və 2019-cu illər üzrə iddiaçıya torpaq vergisinin hesablanması barədə qəbul etdiyi **********598400 saylı 28 avqust 2019-cu il tarixli, **********597700 saylı 28 avqust 2019-cu il tarixli və **********977200 saylı 28 avqust 2019-cu il tarixli qərarlarının ləğv edildiyi hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3783/2019 saylı 14 oktyabr 2019-cu il tarixli qərarı qismən, “Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC-yə 2016-cı il üzrə 7000 manat məbləğində torpaq vergisinin hesablanması ilə bağlı qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********596000 saylı 28 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsi” hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə rədd edilsin. Qərar qalan, vergi orqanının 2017, 2018 və 2019-cu illər üzrə iddiaçıya torpaq vergisinin hesablanması barədə qəbul etdiyi **********598400 saylı 28 avqust 2019-cu il tarixli, **********597700 saylı 28 avqust 2019-cu il tarixli və **********977200 saylı 28 avqust 2019-cu il tarixli qərarların ləğv edildiyi hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar