Məhkəmə qərarları › İş №2-1(103)-6/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-6/2024

30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-6/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı1 və iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2-1(81)- 2290/2019 nömrəli qərarından cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, X3, İddiaçı4, İddiaçı5 Hüseyn oğlu, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13 və İddiaçı14 oğlu xx.xx.2019cu il tarixdə cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs "xxxx" MTK) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qəsdən yaradılmış maneələrin aradan qaldırılması, iddiaçıların yaşadıqları binalarla Cavabdeh arxa hissəsi (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti,56) arasındakı hasarın sökülməsi və yolun açılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2-1(81)- 2290/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, X1, İddiaçı4, İddiaçı5 Hüseyn oğlunun, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13 və İddiaçı14 oğlunun yaşadıqları binalarla Cavabdeh arxa hissəsi (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti ,56) arasındakı hasarın sökülməsi və yolun açılması vəzifəsi Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2005-ci il tarixli, 18/04-109 nömrəli məktubu ilə razılaşdırılmış baş planda aydın görünür ki, 4 saylı tikili yüksəkmərtəbəli yaşayış binası kimi nəzərdə tutulmamışdır (bina və qurğuların şərhi cədvəlində də 4 saylı tikilinin adı bilərəkdən silinmişdir.). Yaşayış kompleksində İcra Hakimiyyətinin inzibati binasına qonşu olan, kompleksin ilkin layihəsində nəzərdə tutulmamış, sonradan inşa edilmiş 1 girişli yüksəkmərtəbəli yaşayış binası İcra Hakimiyyətinə ayrılmış torpaq sahəsinin bilavasitə sərhəddində inşa edilməklə şimal fasadında olan eyvanlar əraziyə keçərək inzibati binaya qədər gəlib çatmışdır. Arada qalan və İcra Hakimiyyətinə məxsus, eni 1,2-1,5 metr olan torpaq zolağı yaşayış kompleksi tərəfindən zəbt edilmiş və piyadaların məhəlləyə giriş çıxışı üçün istifadə olunur. Həmin ərazidə tikinti zamanı İcra Hakimiyyətinin inzibati binasından ara məsafə saxlamaqla nəqliyyat vasitələrinin hərəkətim təşkil etmək mümkün idi, yaxud ara məsafə saxlanılmadığı təqdirdə binanın altından belə bir keçid nəzərdə tutulmalı idi. Əlavə olaraq, hasarın arxasında ağaclar mövcuddur və İcra Hakimiyyətinə məxsus həmin ərazidən heç zaman yaşayış evlərinə gediş-gəliş yolu olmamışdır. Yolun bağlanması ilə əlaqədar Cavabdehnə qarşı iddialar əsassızdır. Yaşayış kompleksi layihələndirilərkən yanğın təhlükəsizliyi və qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə uygun olaraq ayrılmış ərazidən qonşu torpaqlara deyil, birbaşa Mətbuat prospektinə giriş-çıxış nəzərdə tutulmalı idi və qeyd edilən giriş-çıxış yolu mövcuddur. Eyni zamanda iddiaçılar tərəfindən tələb edilən yol qonşu ərazidə yerləşən yanacaqdoldurma məntəqəsi ilə Cavabdeh mülkiyyətində və istifadəsindədir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-236/2020 saylı, 31 avqust 2020-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2- 1(81)-2290/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kasassiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-150/2021 saylı, 10 fevral 2021-ci il tarixli qərarı ilə kasassiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-236/2020 saylı, 31 avqust 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kasassiya şikayəti qalan hissədə təmin edilməmişdir. Həmin qərarda göstərilmişdir ki, cavabdehə məxsus 28 iyun 2008-ci ildə verilmiş çıxarışdan görünür ki, Yasamal rayonu, Mətbuat prospektində daimi istifadəsində 0,31 ha torpaq sahəsi vardır. Torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının 3 aprel 2007-ci il tarixli sərəncamı əsasında inzibati binanın tikintisi üçün verilmişdir. Apelyasiya məhkəməsi iddiaçıların mübahisə açdıqları torpaq sahəsinin cavabdehin daimi istifadəsində olan 0,31 ha torpaq sahəsi daxilində olub-olmamasını araşdırmamış, bu barədə mütəxəssis və (və ya) ekspertiza rəyinin alınmasının zəruriliyini müzakirə etməmişdir. Cavabdeh bildirmişdir ki, mübahisə olunan ərazidə əvvəllər yol nəzərdə tutulmamış, iddiaçıların yaşadıqları hündürmərtəbəli bina sonradan inşa edilmiş, apellyasiya məhkəməsi cavabdehin dəlili ilə bağlı araşdırma aparmamışdır. İddia tələbində hasarın sökülməsi və yolun açılması tələbi qoyulmuş, açılmalı yolun ölçüləri (evi və uzunluğu) barədə araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinin ayrı-ayrı məktublarında yerində keçirilmiş yanğın texniki müayinə zamanı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədə yerləşən "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus yaşayış binalarının həyətyanı sahəsində baş plan üzrə nəzərdə tutulmuş giriş-çıxış yolunun mişar daşından hörülərək bağlanması və bununla da xüsusi təyinatlı avtomobillərin hərəkətinin məhdudlaşdırılması öz təsdiqini tapmadığı qeyd edilməsi və bu barədə cavabdehə məktub göndərilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin digər məktubunda isə qeyd edilmişdir ki, Bakı Şəhəri İcra Hakimiyyətinin 2005, 2007 və 2012-ci illərdə təsdiq etdiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllənin baş planında Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə, 35A, 35B, 35E saylı binaların inşası ilə bağlı Cavabdeh inzibati binasının arxa hissəsindəki əraziyə ikinci giriş-çıxış yolu öz əksini bilavasitə tapmışdır. Apellyasiya məhkəməsi məktublarda qeyd edilən baş plana baxış keçirməmiş, baş planda mübahisə olunan giriş-çıxış yolunun nəzərdə tutulubtutulmaması müəyyən edilməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. 13 avqust 2020-ci il tarixli məhkəmə iclasının protokolunda apelyasiya məhkəməsi cavabdehin iştirakını təmin etmək üçün məhkəmə iclasının 31 avqust 2020-ci il tarixə təxirə salındığını bildirmiş, lakin 31 avqust 2020-ci il tarixli məhkəmə iclası barədə cavabdehə məhkəmə bildirişi göndərməmişdir. İşdə olan sənədlərdən görünür ki, 31 avqust 2020-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmamış, məhkəmə tərəfindən İPM-in 62-ci maddəsinin tələblərinə əməl olunmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, İddiaçı1, iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 və üçüncü şəxs "xxxx" MMMC-nin nümayəndəsi Qanuni nümayəndə isə apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçılar Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədə inşa edilmiş hündürmərtəbəli binaların sakinləri və həmin binalardakı mənzillərin mülkiyyətçiləridir. İddiaçılar həmin yaşayış binalarının həyətyanı sahəsində baş plan üzrə nəzərdə tutulmuş giriş çıxış yolunun cavabdeh tərəfindən mişar daşı ilə hörülərək bağlandığını iddia edərək giriş-çıxış yolunun açılmasını cavabdehdən xahiş etmiş, lakin cavabdeh müraciətlərini təmin etməmişdir. İddiaçılar bildirir ki, 240 ailə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141 məhəllədə inşa edilmiş 35A, 35B və 35E ünvanda yerləşən binalarda 2005-ci ildən yaşadıqları ünvanda Cavabdeh tərəfindən bağlanmış yolun ucbatından iflic vəziyyətə düşüblər. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin 2005, 2007 və 2012-ci illərdə təsdiq etdiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141 məhəllənin baş planında yuxarıda göstərilən binaların inşası ilə bağlı cavabdehin inzibati binasının arxa hissəsi layihəsində giriş-çıxış yolunun binalara məxsus olması öz əksini bilavasitə tapmışdır. Lakin binalar tikilib təhvil verildikdən sonra, habelə Cavabdeh inzibati binasının tikintisi başa çatdıqdan sonra həmin giriş-çıxış yolu hasar çəkilərək bağlanılmışdır. Bundan başqa Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi də bu hasarın sökülməsi ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə məktub göndərmişdir. Lakin heç bir tədbir görülməmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 126 nömrəli sərəncamı ilə Mətbuat prospektində 3144 nömrəli məhəllədə 0,368 ha torpaq sahəsi inzibati binanın tikilməsinin layihələndirilməsi üçün Cavabdeh daimi istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2005-ci il tarixli, 18/04-109 nömrəli məktubu ilə razılaşdırılmış baş planda aydın görünür ki, 4 nömrəli tikili yüksəkmərtəbəli yaşayış binası kimi nəzərdə tutulmamışdır. Yaşayış kompleksində İcra Hakimiyyətinin inzibati binasına qonşu olan, kompleksin ilkin lahiyəsində nəzərdə tutulmamış, sonradan inşa edilmiş 1 girişli yüksəkmərtəbəli yaşayış binası İcra Hakimiyyətinə ayrılmış torpaq sahəsinin bilavəsitə sərhədində inşa edilməklə şimal fasadında olan eyvanlar əraziyə keçərək inzibati binaya qədər gəlib çatmışdır. Arada qalan və İcra Hakimiyyətinə məxsus, eni 1,2- 1,5 metr olan torpaq zolağı yaşayış kompleksi tərəfindən zəbt edilmiş və piyadaların məhəlləyə giriş-çıxışı üçün istifadə olunur. Həmin ərazidə tikinti zamanı İcra Hakimiyyətinin inzibati binasından ara məsafə saxlamaqla nəqliyyat vasitələrinin hərəkətini təşkil etmək mümkün idi, yaxud ara məsafə saxlanılmadığı təqdirdə binanın altından belə bir keçid nəzərdə tutmaq olardı. Kompleksdə baş verə biləcək hər hansı irimiqyaslı fövqəladə hadisə nəticəsində yaranacaq fəsadlara və acı nəticələrə dair məsuliyyət tikinti şirkətinin, layihəçinin və tikintiyə nəzarət orqanlarının üzərinə düşür. Üçüncü şəxs bildirir ki, 2005, 2007, 2010-cu illərdə təsdiqlənmiş baş planlarda hər üç binasının giriş və çıxışı Mətbuat prospektindən idi, oradan məhləyə iki tərəfdən giriş və çıxış nəzərdə tutulmuşdur. Lakin 2007-ci ildə Yasamal İcra Hakimiyyəti tərəfindən inzibati bina tikilməsi başlanıldı, 2009-cu ildə tikinti bitirilmişdi. Sonradan piyadalar üçün 2 metrlik yol saxlasalar da, məhləyə giriş və çıxışı üçün tənzimlənən bir gedən, bir gələn istiqamətdə olan maşın yolu qarşısında hasar çəkmişdir. Orada cəmi iki şam ağacı var. O yolun açılması İcra Hakimiyyətinin fəaliyyətinə heç bir maneçilik törətmir. FHN-nin sonuncu məhkəməyə ünvanlanmış 20 avqust tarixli məktubunda göstərilmişdir ki, Cavabdehnə dəfələrlə müraciət olunmuş və bildirilmişdir ki, xüsusi təyinatlı texnikalara həmin əraziyə giriş-çıxış məhdudlaşdırılmışdır və gələcəkdə hər-hansı bir fövqəladə hadisə baş verdiyi təqdirdə təcili təxirəsalınmaz tədbirləri həyata keçirilmək imkanları yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. İlk olaraq kollegiya qeyd edir ki, iddiaçılar tərəfindən mübahisələndirilən cavabdehin hərəkətləri onun inzibati orqan kimi faktiki xarakterli hərəkətlərinə aid olduğuna görə hazırki mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkündür. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Mübahisənin mahiyyətinə dair kollegiya qeyd edir ki, Mülki Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Maddənin məzmunundan da görünür ki, neqator iddianın təmin edilməsi üçün bir neçə şərt mövcud olmalıdır:

1. Mübahisəli əmlak mülkiyyətçinin (iddiaçının) sahibliyində olmalı;

2. Cavabdeh həmin əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər etməli;

3. Həmin hərəkətlər hüquqazidd olmalıdır. Hazırkı işdə də hər üç şərt mövcuddur. Belə ki, hazırki apellyasiya baxışı zamanı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-150/2021 saylı, 10 fevral 2021-ci il tarixli qərarındakı göstərişlərə uyğun olaraq, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə, 35A, 35B, 35E saylı binalar ilə Bakı şəhəri Cavabdeh arxa hissəsi (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 56) arasında yerləşən iddiaçıların sökülməsini tələb etdiyi hasar və həmin sahədən açılması göstərilmiş yolun 07/128 №-li ayrıc aktında göstərilən Bakı şəhəri Cavabdehnə inzibati binanın tikintisi üçün ayrılmış Yasamal rayonu, Mətbuat prospektində yerləşən 0,31 ha torpaq sahəsinə düşüb-düşmədiyinin, Bakı Şəhər İcra Hakimiyyətinin təsdiq etdiyi 2005, 2007 və 2012-ci illər üzrə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllənin baş planında Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə, 35A, 35B, 35E saylı binaların inşası ilə bağlı Cavabdeh inzibati binasının arxa hissəsindəki əraziyə ikinci giriş-çıxış yolunun nəzərdə tutulubtutulmadığının, o cümlədən Bakı şəhəri Cavabdeh tərəfindən öz inzibati binasının yerləşdiyi torpaq sahəsi kimi faktiki istifadə etdiyi torpaq sahəsi və həmin torpaq sahəsini əhatə edən hasarların 07/128 №-li ayrıc aktında göstərilən Bakı şəhəri Cavabdehnə inzibati binanın tikintisi üçün ayrılmış Yasamal rayonu, Mətbuat prospektində yerləşən 0,31 ha torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşmədiyinin müəyyən olunması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə mühəndistexniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 08 iyul 2022-ci il tarixli 10/1377 saylı ekspert rəyi verilmişdir. Həmin rəydə göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin təsdiq etdiyi 2005, 2007 və 2012-ci illər üzrə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllənin baş planında Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə 35A, 35B, 35E saylı binaların inşası ilə bağlı Cavabdeh inzibati binasının arxa hissəsindəki əraziyə ikinci giriş-çıxış yolu nəzərdə tutulmuşdur. Digər suallar üzrə tədqiqat aparılmamışdır. Kollegiya hesab edir ki, həmin ekspert rəyi kifayət qədər aydın və tam deyildir. Belə ki, ekspert məhkəmə tərəfindən onun qarşısında qoyulmuş birinci suala ümumiyyətlə cavab verməmişdir. Bundan başqa həmin rəyə mübahisəli sahələrin sxemləri və ortofoto xəritə görüntüləri əlavə edilməyib və nəticədə ekspert rəyinin qiymətləndirilməsi qeyri-mümkündür. Qeyd olunanlar nəzərə alınaraq, Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 23 yanvar 2023-cü il tarixli 10/6897 saylı ekspert rəyi verilmişdir. Həmin rəydə göstərilmişdir rəyin tədqiqat hissəsində göstərilənlərə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2019-cu İl tarixli məktublarına əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin təsdiq etdiyi 2005, 2007 və 2012-ci illər üzrə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllənin baş planında Yasamal rayonu, Mətbuat prospekti, 3141-cİ məhəllə, 35A, 35B, 35E saylı binaların inşası ilə bağlı Cavabdeh inzibati binasının arxa hissəsindəki əraziyə ikinci giriş-çıxış yolu nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası əsassızlığına görə həmin ekspert rəyi ilə razılaşmır. Belə ki, ekspert əlavə ekspertizanın təyin edilməsi barədə qərardadda qeyd olunanları nəzərə almamış və məhkəmə tərəfindən onun qarşısında qoyulmuş birinci suala ümumiyyətlə cavab verməmiş, o cümlədən həmin rəyə mübahisəli sahələrin sxemləri və ortofoto xəritə görüntülərini əlavə etməmişdir. Halbuki məhkəmə qərardadında ekspert qarşısında onun rəyə tədqiq olunan torpaq sahələrinin sxemləri və ortofoto xəritə görüntüləri əlavə edilməsi barədə tapşırıq da qoyulmuşdur. Qeyd olunanlar nəzərə alınaraq, Bakı Apellyasiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 19 iyun 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatda qeyd olunmuşdur ki, qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə dair İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin müvafiq mütəxəssis rəyinin Mərkəzə təqdim olunması zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2023-cü il tarixli vəsatət göndərilmişdir. xx.xx.2023-cü il tarixdə Mərkəzə təqdim olunmuş 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli arayışında qeyd olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə, 35A, 35B, 35E saylı binalar ilə Bakı şəhər Cavabdeh inzibati binasının arxa hissəsi tərəfində yerləşən mübahisələndirilən hissə (sakinlərin bildirdiyinə görə) binanın qarşısındakı məhəllənin 2-ci giriş-çıxış yolu daş hasarla sərhədlənərək bağlanmışdır, (hündürlüyü 1,7m, uzunluğu 7m). Qeyd olunur ki, təqdim olunan arayışda qərardadın suallarına münasibət bildirilmədiyindən, eyni zamanda mübahisəli torpaq sahəsinin faktiki koordinatları və baza məlumatları Mərkəzə təqdim olunmadığından qərardadda qoyulmuş suallar üzrə tədqiqt aparılması mümkün olmamışdır. Qərardadda qoyulmuş sualların həlli üçün vəsatətdə qeyd olunan əlavə materiallar (baza məlumatları) Mərkəzə təqdim olunması zəruridir. Qeyd olunanlar nəzərə alınaraq, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə, 35A, 35B, 35E saylı binalar ilə Bakı şəhəri Cavabdeh arxa hissəsi (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 56) arasında yerləşən iddiaçıların sökülməsini tələb etdiyi hasar və həmin sahədən açılması göstərilmiş yol işin 1-ci cildinin 86-89-cu vərəqələrində olan 07/128 №-li ayrıc aktında göstərilən Bakı şəhəri Cavabdehnə inzibati binanın tikintisi üçün ayrılmış Yasamal rayonu, Mətbuat prospektində yerləşən 0,31 ha torpaq sahəsinə düşürmü? - Bakı Şəhər İcra Hakimiyyətinin təsdiq etdiyi 2005, 2007 və 2012-ci illər üzrə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllənin baş planında Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə, 35A, 35B, 35E saylı binaların inşası ilə bağlı Cavabdeh inzibati binasının arxa hissəsindəki əraziyə ikinci giriş-çıxış yolu nəzərdə tutulmuşdurmu? - Bakı şəhəri Cavabdeh tərəfindən öz inzibati binasının yerləşdiyi torpaq sahəsi kimi faktiki istifadə etdiyi torpaq sahəsi və həmin torpaq sahəsini əhatə edən hasarlar işin 1-ci cildinin 86-89-cu vərəqələrində olan 07/128 №-li ayrıc aktında göstərilən Bakı şəhəri Cavabdehnə inzibati binanın tikintisi üçün ayrılmış Yasamal rayonu, Mətbuat prospektində yerləşən 0,31 ha torpaq sahəsinin hüdudları daxilində yerləşirmi? Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 19 dekabr 2023-cü il tarixli 10/6771 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəydə aşağıdakılar qeyd edilmişdir: - Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə, 35A, 35B, 35E saylı binalar ilə Bakı şəhəri Cavabdeh arxa hissəsi (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 56) arasında yerləşən iddiaçıların sökülməsini tələb etdiyi 11,9 metr uzunluğunda hasarın 6,5 metr hissəsinin və Cavabdeh faktiki istifadəsində olan inzibati binanın arxa tərəfində yerləşən 270 kv.m torpaq sahəsinin xx.xx.2007-ci il tarixli 07/128 saylı ayrıc aktı ilə Bakı şəhəri Cavabdehnə inzibati binanın tikintisi üçün ayrılmış 0,3196 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir; - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin xx.xx.2019cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli məktublarında qeyd olunanlara və Bakı Şəhər İcra Hakimiyyətinin təsdiq etdiyi 2005, 2007 və 2012-ci illər üzrə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllənin baş planına əsasən, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə, 35A, 35B, 35E saylı binaların inşası ilə bağlı Cavabdeh inzibati binasının arxa hissəsindəki əraziyə ikinci giriş-çıxış yolu nəzərdə tutulduğu müəyyən edilmişdir; - Bakı şəhəri Cavabdeh tərəfindən öz inzibati binasının yerləşdiyi torpaq sahəsi kimi faktiki istifadə etdiyi torpaq sahəsinin inzibati binanın arxa hissəsində yerləşən yanacaqdoldurma məntəqəsinin hasarından inzibati bina istiqamətində 6,5 metr enində, icra hakimiyyətinin həyətinə giriş tərəfdə quraşdırılmış bariyerə qədər (bariyer ayrıc aktının daxilində yerləşir) uzunluğu 51 metr olan 270 kv.m hissəsinin və həmin hissəni əhatə edən hasarların xx.xx.2007-ci il tarixli 07/128 saylı ayrıc aktı ilə Bakı şəhəri Cavabdehnə inzibati binanın tikintisi üçün ayrılmış 0,3196 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. Göründüyü kimi ekspert rəyi ilə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə, 35A, 35B, 35E saylı binalar ilə Bakı şəhəri Cavabdeh arxa hissəsi arasında yerləşən 11,9 metr uzunluğunda hasarın 6,5 metr hissəsinin xx.xx.2007-ci il tarixli 07/128 saylı ayrıc aktı ilə Bakı şəhəri Cavabdehnə inzibati binanın tikintisi üçün ayrılmış 0,3196 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən olunur. Cavabdeh tərəfindən həmin hissədə hasarın çəkilməsi isə iddiaçıların hüquqlarının pozulması ilə nəticələnir. Belə ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin xx/xx-05768 nömrəli, xx.xx.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədə yerləşən "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus yaşayış binalarının həyətyanı sahəsində baş plan üzrə nəzərdə tutulmuş giriş-çıxış yolu mişar daşlarından hörülərək bağlanmış və bununla da xüsusi təyinatlı avtomobilərin hərəkəti məhdudlaşdırılmışdır. Eyni zamanda, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin xx/xx-06840 nömrəli, xx.xx.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, yerində keçirilmiş yanğın texniki müayinə zamanı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədə yerləşən "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus taşayış binalarının həyətyanı sahəsində baş plan üzrə nəzərdə tutulmuş giriş-çıxış yolunun mişar daşından hörülərək bağlanmalı və bununla da xüsusi təyinatlı avtomobillərin hərəkətinin məhdudlaşdırılması öz təsdiqini tapmışdır. Binaların həyətyanı sahəsində giriş-çıxışı məhdudlaşdıran hasarın sökülməsi ilə bağlı Cavabdehnə 20 avqust 2019-cu il tarixli, xx/xx-06835 saylı məktub göndərilmişdir. Beləliklə, qeyd olunanlara əsasən müəyyən olunur ki, cavabdeh iddiaçıların yaşadıqları binalarla Cavabdeh arxa hissəsi (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 56) arasında ona ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda hasar inşa etmiş, baş plan üzrə nəzərdə tutulmuş giriş-çıxış yolunu mişar daşı ilə hörərək bağlamış və bununla da, həmin yoldan istifadəni və xüsusi təyinatlı avtomobillərin hərəkətini məhdudlaşdırmışdır ki, nəticədə iddiaçıların öz mülkiyyətlərində olan yaşayış mənzillərindən sərbəst və təhlükəsiz şəkildə istifadəyə maneə yaratmışdır. Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Həmçinin, Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsində isə təsbit edilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçıların tələbləri əsaslı olduğu üçün təmin edilməli, apellyasiya şikayətinin dəlilləri isə əsssız hesab edilməlidir. Bununla yanaşı kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, sonuncu ekspert rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə, 35A, 35B, 35E saylı binalar ilə Bakı şəhəri Cavabdeh arxa hissəsi arasında yerləşən 11,9 metr uzunluğunda hasar bötövlükdə deyil, onun yalnız 6,5 metr hissəsi xx.xx.2007-ci il tarixli 07/128 saylı ayrıc aktı ilə Bakı şəhəri Cavabdehnə inzibati binanın tikintisi üçün ayrılmış 0,3196 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Bu isə o anlama gəlir ki, həmin hasarın yerdə qalan hissəsi (5,4 metr) cavabdehə ayrılmış torpaq sahəsinin hüdudlarında yerləşir. Bu baxımdan kollegiya hesab edur ki, mübahisəli hasarın yalnız 6,5 metr hissəsi sökülməli və yoldan maneəsiz istifadə edilməsi üçün onun açılması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2-1(81)- 2290/2019 nömrəli qərarı dəyişdirilsin. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə, 35A, 35B, 35E saylı binalar ilə Bakı şəhəri Cavabdeh arxa hissəsi arasında yerləşən 11,9 metr uzunluğunda hasarın xx.xx.2007-ci il tarixli 07/128 saylı ayrıc aktı ilə Bakı şəhəri Cavabdehnə inzibati binanın tikintisi üçün ayrılmış 0,3196 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşən 6,5 metr hissəsinin sökülməsi və yoldan maneəsiz istifadə edilməsi üçün onun açılması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar