Məhkəmə qərarları › İş №2-1(103)-60/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-60/2021

13.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-60/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (xx.xx.1995-ci il tarixində Biləsuvar rayonunun Nəsimi kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan- Xırdalan şəhəri, 26cı məhəllə, bina 11, mənzil 72) cavabdeh Təhsildə X1rşı diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli, 2- 1(82)-3846/2018 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 21.08.2018-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin 26.07.2018-ci i tarixli 23-04-610/ANİ nömrəli imtinasının qanunsuz hesab edilməsi, iddiaçının Ukrayna Respublikası V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş 24.10.2016-cı il tarixli B16 251299 nömrəli diplomun, verilən ixtisasın və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ildə Səbail rayon 49 nömrəli İntellekt məktəb-liseyi bitirmiş və həmin il Ukraynanın V.N.Karazin adına Xarkov Milli Üniversitetinə daxil olmuş, 2016-cı ildə həmin Universiteti hüquq istiqaməti üzrə tam kursu bitirmişdir. Hazırda Yasamal Rayon Məhkəməsində böyük mütəxəssis vəzifəsində işləyir. İddiaçı 24.10.2016-cı il tarixdə adına verilmiş B16 251299 nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 26.07.2018-ci il tarixli, 23-04-610/ANİ saylı cavab məktubu ilə xahişi təmin edilməmiş, imtinaya səbəb kimi tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı göstərilmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş 24.10.2016-cı il tarixli B16 251299 nömrəli bakalavr diplomu üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli, 2- 1(82)3846/2018 saylı qərarı ilə (hakim X.İmanov) iddia tələbi təmin edilərək, Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən İddiaçı adına verilmiş 24.10.2016-cı il tarixli B16 № 251299 nömrəli bakalavr diplomu üzrə ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə vəzifə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, nazirlikdə iddiaçının sənədləri araşdırılarkən müəyyən olunmuşdur ki, təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun gəlmədiyi ekspert qrupu tərəfindən müəyyən edilmişdir. Bununla əlaqədar ekspert qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyində qeyd edilir ki, Ukraynanın V.N.Karazin adına Xarkov Milli Üniversitetinin ixtisas üzrə təhsil alması lazım olduğu halda Təhsil Nazirliyində iddiaçının sənədləri araşdırılarkən iddiaçının qeyd olunan müddətin qarşılığında həmin ölkədə daha qısa müddət olması müəyyən olunmuşdur. Hesab olunur ki, bu qısa müddətdə diploma əlavədə qeyd olunmuş fənləri mənimsəmək, kurs işi yazmaq, təcrübə keçmək, yekun dövlət imtahanı və diplom işi yazıb müdafiə edərək ali məktəbdən məzun olmaq qeyrimümkündür. Göründüyü kimi ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-565/2019 saylı, 03.04.2019-cu il tarixli qərardadı ilə İddiaçı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” barədə ərizəsinə (müraciətinə) Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq komissiyasında baxılması və müvafiq inzibati aktın qəbul edilməsi üçün 2 (iki) ay müddətin təyin edilməsi, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin həmin müddət ərzində müraciətə baxılmanın nəticəsi barəsində məhkəməyə məlumat verməsi qərara alınmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.09.2019-cu il tarixli, 18-18-120/12 nömrəli məktubuna (nazirin müşaviri, hüquq şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən A.Cəfərov) əsasən qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-565/2019 saylı, 03.04.2019-cu il tarixli qərardadının icrası məqsədilə İddiaçı Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş 24.10.2016-cı il tarixli, B16 seriyalı, 251299 nömrəli diplom üzrə aldığı ixtisasın tanınması məsələsi araşdırılmış və sözügüdən diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınmaması barədə yekun qərar qəbul edilmişdir, qeyd olunan məhkəmə qərardadının icra edildiyinin nəzərə alınması xahiş olunur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-565/2019 saylı, 09.10.2019-cu il tarixli qərarı ilə (hakimlər A.Nuriyeva, V.Ağayev, C.Yusifov) cavabdehin nümayəndəsi B.Müslümov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli, 2- 1(82)3846/2018 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı cavabdehin 26.07.2018-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi, onun üzərinə diplomun, verilən ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilməsi qərara alınmışdır. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-3478/2019 saylı, 17.12.2019-cu il tarixli qərarı ilə (hakimlər X.Məmmədov, R.Nəbizadə, A.Hüseynov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 565/2019 saylı iş üzrə 09 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-723/2020 saylı, 11.08.2020-ci il tarixli qərardadı ilə (hakimlər E.Nağıyeva, H.Həmidov, V.Məmmədov) İddiaçı 24.10.2016-cı il tarixli, B16 251299 nömrəli bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün xaricdə təhsilin qiyabi formasının hansı müddət üçün yetərli (iddiaçının Ukraynada olduğu müddət nəzərə alınmaqla) hesab edildiyi qeyd edilməklə əsaslandırılmış cavabın verilməsinin cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 08.02.2021-ci il tarixli, 00-05-41/TKTA nömrəli məktubuna (idarə heyətinin üzvü, hüquqi təminat departamentinin direktoru E.Xəlilov tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-723/2020 saylı, 11.08.2020-ci il tarixli qərardadının icrası məqsədilə İddiaçı Ukraynanın Xarkov Milli Universiteti tərəfindən verilmiş 26.10.2016-cı il tarixli, B16 251299 nömrəli diplom üzrə ixtisasın tanınması məsələsi aidiyyəti üzrə Təhsildə Keyfiyyət Təminatı Agentliyində yenidən araşdırılmış və həmin ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Ali Məhkəmənin hazırkı iş üzrə qərarında qeyd edilmişdir ki, “yeni apellyasiya baxışı zamanı həmçinin iddiaçı ilə eyni ixtisas üzrə, eyni təhsil müəssisəsindən və eyni tarixdə məzun olmuş şəxslərin diplomlarının Təhsil Nazirliyi tərəfindən tanınması halı müəyyən olunarsa, bunun səbəblərinə dair cavabdehin mövqeyi öyrənilməli, bu zaman həmin şəxslərlə müqayisədə iddiaçıya münasibətdə fərqli qərar qəbul edilməsinin hallarının nədən ibarət olduğu müəyyənləşdirilməklə cavabdehin imtinasına həmçinin bərabərlik konstitusiya prinsipinin tələbləri, habelə Azərbaycan Respublikasının Konstitusiyasının Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik və onun mühüm elementi olan vətəndaşların qanuna və inzibati praktikaya olan etimad hüquqlarının qorunması prinsiplərinin tələbləri baxımından qiymət verilməlidir.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahat verərək, digər məzun olmuş şəxslərin diplomlarının Təhsil Nazirliyi tərəfindən tanınmasının hazırkı işlə müqayisə olunmasının düzgün olmadığını, qeyd edilən şəxslərin sərhədkeçmə məlumatlarında heç bir problem olmadığını və dil biliklərinin qənaətbəxş olduğunu, bu səbəbdən qeyd edilən şəxslərin diplomlarının tanınması barədə Nazirlik tərəfindən şəhadətnamə verildiyini bildirmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 3 saylı Vəkil Bürosu) apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə üçüncü şəxs lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələblərini və cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının əsaslılığı tam həcmdə yoxlanılmalıdır. Qeyd olunan normanın tələbini və cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin tələb edildiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı tam yoxlanılmalıdır. İş materiallarında olan: - 24.10.2016-cı il tarixli B16 251299 nömrəli diplomun təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı 24.10.2016-cı ildə Ukraynanın V.N.Karazin adına Xarkov Milli Üniversitetində tam kursu bitirmiş və hüquq istiqaməti üzrə hüquq bakalavr dərəcəsi almışdır. Diplom 16.11.2016-cı ildə Ukrayna Elm və Təhsil Nazirliyi tərəfindən apostil edilmişdir. - 24.10.2016-cı il tarixli B16 251299 nömrəli bakalavr diplomuna ******* nömrəli əlavədən görünür ki, İddiaçı 2012-ci ildə V.N.Karazin adına Xarkov Milli Üniversitetinə daxil olmuş, 2016-cı ildə hüquqşunaslıq ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Universitetdə təhsil rus dilində aparılmış, qiyabi təhsil forması üzrə proqramın rəsmi müddəti 4 il müəyyən edilmişdir. Diploma əlavənin 4.3-cü bəndində təhsil komponentləri və təhsilin nəticələri haqqında ətraflı məlumatlar, o cümlədən qiymətlər, kreditlər, reytinqlər, milli şkala və avropa kredit transfer toplayıcı sistem üzrə ballar diploma əlavənin 4-cü bəndində fənlərin adı, AKTS kreditləri, ballar, milli şkala üzrə qiymətlər və AKTS reytinqi üzrə göstəricilər ətraflı şərh edilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin iddiaçıya ünvanladığı 27 iyul 2018-ci il tarixli 23-04-610/ANİ nömrəli məktubundan görünür ki, iddiaçının xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə elektron müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, iddiaçının xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə elektron müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş 11 aprel 1997-ci il tarixli «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın İİİ.1.2 maddəsinə əsasən V.N.Karazin adına Xarkov Milli Üniversiteti tərəfindən iddiaçının adına verilmiş 24.10.2016-cı il tarixli B16 251299 nömrəli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması mümkün sayılmamışdır. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin 11.08.2020-ci il tarixli, 33/2910 nömrəli məktubuna (Sərhəd Nəzarəti rəisinin müavini A.Qasımov tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, İddiaçı 2010-2018-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: Sərhəd nəzarət Tarix məntəqəsi İstiqamət 14.09.2012 Yalama Çıxış Ukrayna 17.11.2012 Yalama Giriş Ukrayna 03.04.2013 Yalama Çıxış Ukrayna 27.04.2013 Yalama Giriş Ukrayna 02.12.2013 Yalama Çıxış Rusiya 25.12.2013 Yalama Giriş Ukrayna 12.04.2014 Yalama Çıxış Ukrayna 29.04.2014 Xanoba Giriş Rusiya 08.11.2014 Yalama Çıxış Ukrayna 28.11.2014 Yalama Giriş Ukrayna 04.04.2015 Yalama Çıxış Ukrayna 24.04.2015 Yalama Giriş Ukrayna 01.11.2015 Yalama Çıxış Ukrayna 20.11.2015 Yalama Giriş Ukrayna 07.05.2016 Yalama Çıxış Ukrayna 21.06.2016 Samur Giriş Rusiya 10.09.2016 Yalama Çıxış Ukrayna 23.09.2016 Samur Giriş Rusiya - V.N.Karazin adına Xarkov Milli Üniversiteti tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış 06.06.2017-ci il tarixli, 2301-2/344 nömrəli məktuba (hüquq fakultəsinin dekanı T.E.Kaqanovskaya və beynəlxalq təhsil mərkəzinin direktor müavini T.M.Belyovskaya tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, - 2013/2014 illər üzrə qış sessiyası: 09.12.2013-23.12.2013; yaz sessiyası: 07.04.2014-21.04.2014; 2014/2015 illər üzrə qış sessiyası: 20.10.2014-08.11.2014; yaz sessiyası: 02.03.2015-21.03.2015; təhsil praktikası: 23.03.2015-19.04.2015; 2015/2016 illər üzrə qış sessiyası: 02.11.2015-21.11.2015; təhsil praktikası: 01.02.2016-06.03.2016; yaz sessiyası: 07.03.2016-26.03.2016; dövlət atestasiyası: may-iyun 2016; İddiaçı 21.06.2016-cı il tarixində tədris planının yerinə yetirilməməsinə görə və məhz attestasiya imtahanlarında aldığı qeyri-kayfi qiymətə görə tələbələr sırasından xaric edilmişdir, 09.09.2016-cı il tarixində təkrarən attestasiya imtahanlarına buraxılmış, imtahanları vermiş və 23.09.2016-cı il tarixində təhsilini bitirməsi ilə əlaqədar xaric edilmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin 11.08.2020-ci il tarixli, 33/2910 nömrəli məktubuna və V.N.Karazin adına Xarkov Milli Üniversiteti tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış 06.06.2017-ci il tarixli, 2301-2/344 nömrəli məktubuna müqayisəli şəkildə baxıldıqda iddiaçının 2014/2015 illər üzrə qış sessiyası: 20.10.2014-08.11.2014, yaz sessiyası: 02.03.2015-21.03.2015, 2015/2016 illər üzrə təhsil praktikası: 01.02.2016- 06.03.2016, yaz sessiyası: 07.03.2016-26.03.2016 dövləri üzrə institutda iştirak etməməsi müəyyən olunur. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.8-1-ci maddəsinə əsasən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı – beynəlxalq təşkilat və ya xarici dövlət tərəfindən müəyyən edilmiş standartlara uyğun tətbiq edilən və məzunlarına iki və daha çox xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ verən təhsil proqramıdır (İB Diploma Programme (X3 Proqramı), Advanced Level of General Certificate of Education (Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi) və Advanced Placement (Yüksək yerləşdirmə) təhsil proqramıdır). Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyriformal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Sözügedən Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir, 1.4-cü bəndinə görə isə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 1.7-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq Şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. Sözügedən Qaydaların 2.4-cü bəndinə görə ərizəçi tərəfindən təqdim olunan sənədlərə, bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır, 2.5-ci bəndinə görə isə, ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. Həmin Qaydaların 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.5-ci bəndinə görə xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: • təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; • təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; • Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: • xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; • təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); • xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İş materiallarından müəyyən edildiyi kimi iddiaçı 2012-ci ildə V.N.Karazin adına Xarkov Milli Universitetinə daxil olmuş, 24.10.2016-cı ildə Universiteti bitirmiş, “hüquqşunaslıq” ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Diplom 16.11.2016-cı ildə Ukrayna Elm və Təhsil Nazirliyi tərəfindən apostil edilmişdir. İddiaçı adına verilmiş 24.10.2016-cı il tarixli B16 251299 nömrəli bakalavr diplomu üzrə ixtisasının ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsinə dair şəhadətnamənin verilməsi barədə Təhsil Nazirliyinə ərizə ilə müraciət etmiş, cavabdehin 27 iyul 2018-ci il tarixli 23-04-610/ANİ nömrəli cavab məktubu ilə ərizəsi təmin edilməmiş, imtinaya səbəb kimi tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı göstərilmişdir. Məhkəmə Kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-723/2020 saylı, 11 avqust 2020-ci il tarixli qərardadı ilə İddiaçı 24.10.2016-cı il tarixli, B16 251299 nömrəli bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün xaricdə təhsilin qiyabi formasının hansı müddət üçün yetərli (iddiaçının Ukraynada olduğu müddət nəzərə alınmaqla) hesab edildiyi qeyd edilməklə əsaslandırılmış cavab verilməsi cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə edilmiş, iddiaçının müraciətinə əsaslandırılmış cavab verilməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 1 (bir) ay müddət təyin edilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 00-05-41/TKTA saylı, 08.02.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 723/2020 saylı, 11 avqust 2020-ci il tarixli qərardadının icrası məqsədilə İddiaçı Ukraynanın Xarkov Milli Universiteti tərəfindən verilmiş 26.10.2016-cı il tarixli , B16 251299 saylı diplom üzrə ixtisasın tanınması məsələsi aidiyyəti üzrə Təhsildə Keyfiyyət Təminatı Agentliyində yenidən araşdırılmış və həmin ixtisası ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Göründüyü kimi həm AR Təhsil Nazirliyi tərəfindən, həm də Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən iddiaçıya verilmiş, Ukraynanın Xarkov Milli Universiteti tərəfindən verilmiş 26.10.2016-cı il tarixli , B16 251299 saylı diplom üzrə ixtisasın tanınması məsələsinə baxılmış və hər iki inzibati orqan tərəfindən ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı iddiaçının cavabdeh orqanda aparılmış müvafiq müsahibəsinin audio-video yazısına baxış keçirilmiş və iddiaçının müsahibə zamanı verilən suallara tədris dilində cavab verə bilməməsi görünür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli, 2- 1(82)-3846/2018 saylı qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli, 2- 1(82)- 3846/2018 saylı qərarı ləğv edilsin. Hazırkı iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı “Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş 24.10.2016-cı il tarixli B16 251299 nömrəli bakalavr diplomu üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə cavabdehin üzərinə vəzifə qoyulması”na dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar