Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-60/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (3-cü şəxs Ə.D.Məlikov adına 6 saylı Birləşmiş şəhər xəstəxanası) qarşı “əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(112)-251/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı Ə.D.Məlikov adına 6 saylı Birləşmiş şəhər xəstəxanası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla əlillik dərəcəsinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 02.07.2018-ci il tarixli imtina cavabının ləğv edilərək onun İİ qrup ümumi əlilliyinin səbəb əlaqəsini dəyişdirilərək, İİ qrup Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinin tələblərinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 02.07.2018-ci il tarixli imtinasının qanunsuz hesab edilərək ləğv edilməsi, onun İİ qrup ümumi əlilliyinin səbəb əlaqəsini dəyişdirilərək, İİ qrup Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, yəni N56-cı il təvəllüdlü İddiaçı N88-ci ilin fevral ayından N93-cü ilin fevral ayının 15-dək Fizuli rayonu və onun kəndləri uğrunda gedən döyüşlərdə Hərbi hissə 702-ci briqada, N saylı batalyonda bölük komandiri vəzifəsində (01 №li əmrlə) xidmət etmiş və özündən başqa 85 nəfərə bir zabit kimi komandirlik etmişdir. 28.06.N92-ci il tarixdə 702-ci briqadada N hərbi hissənin tərkibində Fizuli rayonu ərazisində gedən döyüşlərdə, döyüş zamanı düşməni işğalçılar tərəfindən atılan top mərmilərdən bədəninin sol tərəfindən 4 yerdən qəlpə yarası almış və Füzuli rayonunun Qaraxanbəyli kəndində yerləşən hərbi hospitala gətirilmişdir. 28.06.N92-ci il tarixdən 10.07.N92-ci il tarixədək həmin hospitalda müalicə olunmuşdur. Lakin, ağır döyüşlər davam etdiyi üçün müalicəsini sona çatdırmadan və xəstəlik sənədini götürmədən xidməti vəzifəsini davam etdirmək üçün hərbi hissəyə geri çağırılmışdır. N93cü ildən səhhətində qəlpə yaraları olduğu üçün ağrıları imkan vermədiyinə görə, N93-cü ilin 15 fevralına qədər döyüş bölgəsində xidmət etmiş, sonra N93-cü ilin may ayının 25-də təyinat alıb Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində xidmətini davam etdirmək üçün əmr almışdır. Orada, yəni Dövlət Sərhəd Xidmətinin Göytəpə qəsəbəsində olan sərhəd dəstəsində 3 ay xidmət etdikdən sonra onu Naxçıvan MR-da X10 göndərmişlər, 20 sentyabr N93-cü ildən N95-ci ilin fevral ayının 15-dən Naxçıvan MR-da hərbi xidmətdə olmuşdur. Füzuli rayon icra Hakimiyyəti başçısının Dilaqarda kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 76 №li arayışı almışdır. 02.10.2016-cı il tarixdə Qarabağ hadisələri ilə bağlı N88-ci ilin fevral ayından Füzuli rayonunun ərazi özünümüdafiə dəstəsində könüllü olaraq 01.03.N93-cü ilədək bölük komandiri vəzifəsində xidmət etmiş və Fizuli raronu ərazisi və kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, 09.10.2015-ci il tarixdə qəflətən xəstələnmiş, Ə.D.Məlikov adına 6 Ns-li birləşmiş şəhər xəstəxanasında müalicə almışdır. Bakı şəhər Ə.D.Məlikov adına Birləşmiş şəhər xəstəxanasında 09.10.2015-ci il tarixdən 26.10.2015-ci il tarixədək xəstəxana şəraitində müalicə olunmuş, Bakı şəhər Akademik C.Abdullayev adına E.T.Kardiologiya İnstitutunda 18.01.2016-cı il tarixdən 04.02.2016-cı il tarixədək müalicə olunmuşdur. Bakı şəhər Ə.D.Məlikov adına Birləşmiş şəhər xəstəxanasında 18.05.2016-cı il tarixdən 30.05.2016-cı il tarixədək xəstəxana şəraitində müalicə olunmuş, Bakı şəhər Ə.D.Məlikov adına Birləşmiş şəhər xəstəxanasında 22.08.2016-cı il tarixdən 05.09.2016-cı il tarixədək xəstəxana şəraitində müalicə olunmuşdur. Bunlara baxmayaraq poliklinika natamam doldurduqları forma 88-i yenidən doldurmaqdan imtina etmişlər. 02.07.2018-ci il tarixdə göndərilən forma 88-ə imtina cavabı verilmişdir. Həmin cavab verilmiş aktda göstərilmişdir ki, forma 88 göndəriş aktı natamam doldurulmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş mülahizədə göstərilmişdir ki, İddiaçı 10.10.2016-cı il tarixdə “ÜİX gərginlik stenokardiyası İİİ f.s.QDÇ İİ dərəcə, insulindən asılı olmayan şəkərli diabet orta-ağır forma” diaqnozu ilə ilkin müayinə olunmuş və müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0056003AABQ6 saylı göndərişi əsasında 02.07.2018-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. İddiaçı 25.10.2017-ci il tarixdə Müdafiə Nazirliyi Məhkəmə Tibb Ekspertiza və X3 müayinə edilərək rəy verilmişdir. Həmin rəyin əsasında Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 25.04.2018-ci il tarixli 743 saylı qərar verilmişdir. MHHK-nın qərarı ilə İddiaçı N92-ci ildə aldığı “Odlu silah qəlpə yaralanmalarından sonra döş qəfəsinin sol arxa səthində, kürək xəttindən bir qədər bayır isiqamətdə, 5-ci, 9-cu və 10-cu qabırğa proyeksiyasında bir neçə ədəd köhnə çapıq toxuma” diaqnozlu travmanın səbəb əlaqəsi “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. Qiymətləndirməyə əsas verən 0056003AABQ6 saylı göndərişdə əsas xəstəlik kimi “Odlu silah qəlpə yaralanmalarından sonra döş qəfəsinin sol arxa səthində, kürək xəttindən bir qədər bayır isiqamətdə, 5-ci, 9-cu və 10-cu qabırğa proyeksiyasında bir neçə ədəd köhnə çapıq toxuma. sol bazu oynağının hərəkət məhdudluğu, ağrı sindromu” diaqnozlu travma göstərilmişdir. Lakin travmanın hal hazırda əlilliyin təyininə əsas verə biləcək heç bir ağırlaşma qeyd edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarı ilə, Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə dəyişiklər edilmişdir. Həmin dəyişiklərə əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2.bəndinə görə “Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7. bəndinə görə isə “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0056003AABQ6 saylı göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, əlilliyin təyininə əsas verən ağırlaşmalar qeyd edilməmişdir. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, N-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimatın 3.1. bəndinə görə “Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir” Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 25.04.2018-ci il tarixli 743 nömrəli qərarında “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi müəyyən edilmiş “Odlu silah qəlpə yaralanmalarından sonra döş qəfəsinin sol arxa səthində, kürək xəttindən bir qədər bayır isiqamətdə, 5-ci, 9-cu və 10-cu qabırğa proyeksiyasında bir neçə ədəd köhnə çapıq toxuma” diaqnozlu travmalar əlilliyin təyininə əsas vermir. Səhiyyə müəssisəsinin 0056003AABQ6 saylı göndərişində N92-ci il tarixdə alınmış travmanın əlilliyin təyininə əsas verəcək ağırlaşmaları qeyd edilməmişdir. Eləcə də travmanın alındığı vaxtdan hazırkı dövrə kimi hansı müalicələrin alınması barədə heç bir məlumat qeyd edilməmişdir. Buna görə də 0056003AABQ6 saylı göndəriş əsasında düzgün olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Tibbi-sosial ekspert komissiyaları tərəfindən İddiaçı hüquqlarının pozulması istiqamətində hər hansı qanunazidd hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(112)-251/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarda göstərilir ki, hərəkət məhdudluğu ağır sindromu funksiya pozuntusu diaqnozu göstərilməmişdir. Lakin travmanın hal-hazırda əlilliyin təyininə əsas verə biləcək heç bir ağırlaşma qeyd edilməmişdir. Lakin hakim 27.02.20N-cu il tarixdə Səhiyyə Nazirliyinin tibbi rəyini, Azərbaycan Respublikası Tibbi Səhiyyə Nazirliyi, Elmi-Təhqiqat Travmatologiya və Ortopediya İnstitutunun 9507 14.05.2018-ci ildə, Azərbaycan Respublikası Tibbi Səhiyyə Nazirliyi, Elmi-Təhqiqat Travmatologiya və Ortopediya İnstitutunun 9507 15.03.20N-cu il tarixdə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.A.Topçubaşov adma X7 verdiyi tibbi arayış 20.02.2020-ci il, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin M.A.Topçubaşov adına Ambulator kitabçadan çıxarış 10.09.2020-ci il, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin M.A.Topçubaşov adına Ambulator kitabçadan çıxarış 06.03.2020-ci il tarixlərində ağırlaşma sənədlərini araşdırmadan qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə 3-cü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən 3cü şəxsin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(112)-251/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMFnin Binəqədi rayon şöbəsi tərəfindən 05.12.2016-cı il tarixdə ümümi xəstəlik üzrə İİ qrup əlil kimi İddiaçı 000129 saylı əlillik vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Məhkəmə-Tibbi Ekspertiza və X6 tərəfindən tərtib edilmiş K/544 saylı canlı şəxsin məhkəmə tibbi müayinəsi aktından görünür ki, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı (24.10.2017) döş qəfəsinin sol arxa səthində, kürək xəttindən bir qədər bayır istiqamətdə, 5-ci qabırğa proyeksiyasında bir ədəd, döş qəfəsinin sol arxa səthində, yuxarıda qeyd edilən xətt üzrə 9-cu qabırğa proyeksiyasında bir ədəd, döş qəfəsinin sol yan səthində, arxa qoltuq xətti, 10-cu qabırğa proyeksiyasında isə bir ədəd köhnə çapıq toxumalar aşkar edilmiş, onun xəsarət almasından uzun müddət keçməsi səbəbindən qeyd edilən xəsarətlərin yetirilmə mexanizmi və müddəti barəsində hazırda dəqiq fikir söyləmək mümkün deyildir, lakin çapıq toxumaların saxlanılmış bəzi morfoloji xüsusiyyətlərinə görə demək olar ki, həmin çapıqlar 1,5-2 ildən yuxarı olan müddət ərzində əmələ gəlmiş yaraların sağalmış izidir, onların odlu silah mərmi partlaması zamanı yaranmış qəlpələrin təsiri nəticəsində əmələ gəlmələri inkar edilmir, o cümlədən müayinə olunanın göstərdiyi şəraitdə, N92-ci ilin iyun ayında odlu silah mərmi partlaması zamanı əmələ gəlmələri də mümkündür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 14.04.2017-ci il tarixli 9/2- 6562 saylı arxiv arayışından müəyyən olunur ki, N saylı hərbi hissə komandirinin 01.03.N92-ci il tarixli 01 saylı əmrində İddiaçı bölük komandiri vəzifəsinə təyin edilməsi və komandirin 13.02.N93-cü il tarixli N saylı əmrində hərbi hissənin şəxsi heyətininin siyahısından çıxarılması barədə məlumat vardır. Əmrlərdə atasının adı yazılmadığından, məlumatın İddiaçı aid olduğunu təsdiq etmək mümkün deyildir. N nömrəli hərbi hissə komandirinin N90-cı il tarixli nizami hissə üzrə əmrləri Mərkəzi Arxivinə daxil olmadığından, İddiaçı yaralanması barədə məlumat verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin 16.03.2018-ci il tarixli 16 saylı arayışından müəyyən edilir ki, İddiaçı 01.03.N92-ci ildən 13.02.N93-cü il tarixinədək N nömrəli hərbi hissədə, 25.03.N93-cü il tarixdən 28.03.N98-ci il tarixinədək MTN Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsində həqiqi hərbi xidmət keçmişdir. 10.10.2005-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsində qeydiyyata götürülmüşdür. Onun müraciətində 28.06.N92-ci il tarixdə N(702) nömrəli hərbi hissənin tərkibində Füzuli rayon istiqamətində gedən döyüşlər nəticəsində yaralandığı göstərilmişdir. Ə.D.Məlikov adına 6 №li Birləşmiş Şəhər Xəstəxanası tərəfindən 13.06.2018-ci il tarixli 0056003AABQ6 saylı göndərişlə göndərilmiş № 088 saylı arayışda göstərilmişdir ki, xəstəlik 28.06.N92-ci il tarixdə başlamışdır. Əsas xəstəlik kimi “Odlu silah qəlpə yaralanmalarından sonra döş qəfəsinin sol arxa səthində, kürək xəttindən bir qədər bayır istiqamətində, 5-ci, 9-cu və 10-cu qabırğa proyeksiyasında 1 neçə ədəd köhnə çapıq toxuma, sol bazu oynağının hərəkət məhdudluğu, ağrı sindromu” diaqnozu göstərilmişdir. Ağırlaşma kimi isə “Odlu silah qəlpə yaralanmalarından sonra döş qəfəsinin sol arxa səthində, kürək xəttindən bir qədər bayır istiqamətində, 5-ci, 9-cu və 10-cu qabırğa proyeksiyasında 1 neçə ədəd köhnə çapıq toxuma, sol bazu oynağının hərəkət məhdudluğu, ağrı sindromu qeyd edilmişdir. Yanaşı xəstəliklər kimi “[Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], hipertoniya xəstəliyi İİİ m, insulindən asılı olmayan şəkərli diabet İİ tip, oynaqda ağrı, bazu oynağının hərəkət məhdudluğu ağrı sindromu, ətrafın nisbi funksiya pozğunluğu, diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə), stenokardiyanın digər formaları. ÜİX gərginlik stenokardiyası İİİ fs, sol mədəcik çatmazlığı, qan dövranı çatmazlığı İİ dərəcə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 02.07.2018-ci il tarixli məlumatla 0056003AABQ6 saylı göndərişlə göndərilmiş № 088 saylı arayış üzrə İddiaçı əlillik təyinatından imtina edilmişdir. İmtınanın səbəbi kimi aşağıdakılar qeyd olunmuşdur: göndərişin natamam doldurulması. Ətraflı: Xəstəliyin başlanma tarixi N92-ci ildən göstərildiyi halda, stasionar epikrizləri, ambulator müraciətləri qeyd olunmayıb. Diaqnoz: Döş qəfəsəinin digər dəqiqləşdirilmiş travmaları, Odlu silah qəlpə yaralanmalarından sonra döş qəfəsinin sol arxa səthində, kürək xəttindən bir qədər bayır istiqamətdə V, İX və X qabırğa proyeksiyasında 1 neçə ədəd köhnə çapıq toxuma. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; Həmin Əsasnamənin 4.1-cü bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-cu bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 Sosial Ekspertiza və X8 (bundan sonra — TSERAS) ötürülür; Həmin Əsasnamənin 4.23-cü bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEKin çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir İşdən müəyyən olunur k, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, lakin 03.02.2020-ci il tarixdə İddiaçı ekspertizadan keçməkdən imtina etdiyindən iş ekspertiza aparılmadan geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”sinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbisosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət tərəfindən müəyyən edildiyindən, iddiaçının isə mübahisələndirilən məsələ ilə bağlı məhkəmə tibbi ekspertizasından keçməkdən imtina etdiyindən iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyul 2021-ci il tarixli, 2-1(103)-507/2021 saylı qərardadı ilə İddiaçı “əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi” tələbinə dair ərizəsinə cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən yenidən baxılması üçün 1 (bir) ay müddət təyin edilmiş, Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən daxil olmuş 23.12.2021-ci il tarixli, **********1 saylı cavab məktubunda qeyd olunmuşdur ki, qərardada əsasən İddiaçı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əllillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə qeydiyyat ünvanına 13.09.2021-ci il tarixli **********1 nömrəli çağırış məktubu göndərilmişdir. İddiaçı 15.11.2021-ci il tarixdə Agentlikdə mütəxəssislərin iştirakı ilə əyani müayinə olunmuşdur. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq İddiaçı “diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar verilmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 26.11.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı 10.10.2016cı il tarixdən ümumi səbəbdən müddətsiz ikinci dərəcəli əlilliyi olan şəxsdir. Əlillik vəziyyətinin səbəb əlaqəsinin dəyişdirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün xidmətə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 25.04.2018-ci il tarixli 799 nömrəli qərar verilmişdir. Həmin qərarda “Odlu silah qəlpə yaralanmalarından sonra döş qəfəsinin sol arxa səthində, kürək xəttindən bir qədər bayır istiqamətdə, 5-ci qabırğa proyeksiyasında bir ədəd, döş qəfəsinin sol arxa səthində, yuxarıda qeyd edilən xətt üzrə 9-cu qabırğa proyeksiyasında bir ədəd, döş qəfəsinin sol yan səthində, arxa qoltuq xətti, 10-cu qabırğa proyeksiyasında isə bir ədəd köhnə çapıq toxumalar” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hərbi travma nahiyələrində zərf çapıq sahələri qeyd olunmuşdur. Əllik təyinatına əsas verən patofunksional pozuntular qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi və hərbi səbəbdən diaqnoz əllik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Kollegiya qeyd edir ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 25.04.2018-ci il tarixli 743 nömrəli qərarında “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi müəyyən edilsə də, “Odlu silah qəlpə yaralanmalarından sonra döş qəfəsinin sol arxa səthində, kürək xəttindən bir qədər bayır istiqamətdə, 5-ci, 9cu və 10-cu qabırğa proyeksiyasında bir neçə ədəd köhnə çapıq toxuma” diaqnozlu travmalar İİ qrup Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin təyininə əsas vermir. İddiaçının təkrar müayinəsi zamanı hərbi travma nahiyələrində zərf çapıq sahələrinin olduğu, əllik təyinatına əsas verən patofunksional pozuntuların qeyd olunmadığı, nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi və hərbi səbəbdən əlliliyin təyininə əsas vermədiyi müəyyən edilmişdir. Kollegiya hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(112)-251/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-60/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-60/2022
21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver