Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-600/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh AR Ədliyyə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(112)-207/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh-Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “müharibə veteranı vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona, yəni sabiq ədliyyə polis-polkovnik leytenantıİddiaçı “müharibə veteranı” vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona “müharibə veteranı statusu və vəsiqəsi”nin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Penitensiar xidmətin 1 saylı cəza çəkmə müəssisəsində xidmət edərkən xx.xx.1992-ci il 17 saylı əmrlə,xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, sərhədlərin bütövlüyünün qorunması məqsədi ilə Zəngilan rayonuna-döyüş bölgəsinə ezam olunmuşdur. Zəngilan-döyüş bölgəsində olduğuna görə ona Azərbaycan Vətən Müharibəsi Veteranları birliyi tərəfindən 14376 saylı xx.xx.1997-ci il tarixli vəsiqə verilmişdir. 'Müharibə veteranı" vəsiqəsi verilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etmiş, lakin ona "Müharibə veteranı" vəsiqəsinin verilməsindən imtina olunmuşdur.İmtina onunla əsaslandırılmışdır ki, onun təqdim etdiyi arayışda ezamiyyənin məqsədi, habelə hansı hərbi hissəyə və ya orqana ezam olunmağı barədə məlumat qeyd edilməmişdir. Sənədləşmə ilə o məşğul olmamış, Zəngilan şəhərinin müdafiəsi ilə bağlı döyüşlərdə iştirak etmiş, onun komandirlik etdiyi əməkdaşlardan bir neçə nəfərinə "müharibə veteranı" vəsiqəsi verilmişdir. Zərurət yaranarsa, şahid qismində həmin şəxsləri məhkəməyə dəvət edə bilər. Binəqədi Rayon Hərbi Komissarlığı üzrə xidmət müddətinin dəqiqləşdirilməsi üçün sorğu edilən hərbi vəzifələrin adlı siyahasında hərbi xidmət keçdiyi h/h-nin nömrəsi və müddəti aşağıdakı kimi göstərilmişdir:xx.xx.1992xx.xx.1992-865 saylı h/h. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-207/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-207/2020 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Həmçinin qeyd olunmuşdur ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli, 633 saylı fərmanından yararlanıb. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 207/2020 saylı qərarının ləğv olunması, iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə, habelə, məhkəməyə gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiysı onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, iddiaçını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İşdə olan sənədlərin surətlərindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1956-cı ildə Quba rayonu, Rustov kəndində doğulmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. НЗ seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətinə əsasən iddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. Bakı şəhəri Binəqədi rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsi tərəfindən verilmiş Binəqədi rayon Hərbi Komissarlığı üzrə xidmət müddətinin dəqiqləşdirilməsi üçün sorğu edilən hərbi vəzifələrinin adlı siyahısına əsasən İddiaçı hərbi xidmət keçdiyi h/h-nin nömrəsi və müddəti xx.xx.1992-xx.xx.1992-ci il 865 h/h kimi qeyd edilmişdir. 1 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsini müvəqqəti icra edən ədliyyəpolkovnik-leytenantı Emin Həsənov tərəfindən imzalanmış xx.xx.1992-ci il tarixli 17 saylı əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixinədək Zəngilan şəhəri döyüş bölgəsinə ezam olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 9/2-3535 saylı arxiv arayışında göstərilmişdir ki, N №li hərbi hissə komandirinin may 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsini, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2, 3-cü maddələrini, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3, 7-ci maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndini, ı sübut edən başqa sənədlər əsasında verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2006-cı il tarixli 396 №li Fərmanını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarını tətbiq etməklə belə qərara gəlmişdir ki, iddiaçının ona müharibə veteranı statusunun verilməsi barədə arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmişdir. Ona görə də iddia tələbi əsaslı hesab edilərək təmin edilə bilməz. Həmçinin qeyd olunmuşdur ki, iddiaçı döyüşlərdə iştirak etdiyini təsdiq edən sübut kimi iş materiallarına əlavə edilmiş onun Zəngilan şəhəri döyüş bölgəsinə ezam edilməsi barədə əmrdən çıxarışa istinad etsə də, həmin əmrdə sonuncunun ezamiyyənin məqsədi, habelə hansı hərbi hissəyə və ya orqana ezam olunmağı barədə məlumat qeyd edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli, 633 saylı fərmanına əsasən üçqat məbləğində pul məbləğinin ödənilməsini, habelə, üçqat pul məbləği ödənilmişsə belə, həmin məbləğin Fərmana əsasən ödənildiyini sübut eədn sənədləri məhkəməyə təqdim etməmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-207/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-600/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-600/2021
16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver