Məhkəmə qərarları › İş №2-1(103)-600/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-600/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-600/2025 01.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs: “X5 Kompani S.A Şirkəti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “sərəncamın ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs “X5 Kompani S.A” Şirkəti) qarşı “sərəncamın ləvğ edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-28/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3171/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) qarşı "X5 Kompani S.A." şirkəti (bundan sonra – üçüncü şəxs) iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə "sərəncamın ləğv edilməsi" tələbinə dair iddia mümkün sayılmamışdır.

2. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1933/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3171/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

3. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-582/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1933/2020 nömrəli, xx.xx.2020ci il tarixli qərardadı ləvğ edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1723/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3171/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

5. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 111 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” sərəncamından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 316 saylı tam orta məktəbin yaxınlığında yerləşən ərazidə 0,72 ha torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarə əsasında vətəndaş İddiaçı istifadəsinə verilməsi, "Torpaq İcarəsi haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq Rayon İcra Hakimiyyəti (İcarəyəverən) və vətəndaş İddiaçı (İcarəçi) arasında torpaq sahəsinə dair icarə müqaviləsi bağlanılması, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66 və 67-ci maddələrinə əsasən torpağa dair icarə hüququnun qeydiyyata alınması qərara alınmışdır.

6. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2018-ci il tarixli, 09 nömrəli müqaviləyə əsasən İcarəyəverən Suraxanı rayon İcra Hakimiyyətinin Başçısı İ.Abbasov şəxsində, icarəyə verdiyi ünvan 1 ünvanında yerləşən 7200.0 kv.m torpaq sahəsini 49 il müddətində icarəçi İddiaçı tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir.

7. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 150 nömrəli sərəncamına əsasən SOCAR-dan Suraxanı RİH-ə daxil olmuş xx.xx.2018-ci il tarixli məktubda RİHBnin 16 07 2018-ci il tarixli 111 saylı Sərəncamı ilə vətəndaş İddiaçı icarəsinə verilmiş torpaq sahəsinin "X5 Kompani S.A" Şirkətinin "Kontrakt sahəsi’hin hüdudları daxilində yerləşdiyi bildirilmiş, bu səbəbdən həmin sərəncamın ləğv olunması xahiş edilmişdir. Yuxanda qeyd olunanları, RİH-in müvafiq sorğusu əsasında "X5 Kompani S.A" Şirkətinin 924/AS №-li xx.xx.2018-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş müvafiq xəritəyə əsasən ayrılmış torpaq sahəsinin həqiqətən Şirkətin “Kontrakt sahəsf’nin hüdudları daxilində yerləşdiyini nəzərə alınaraq və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 6.1. və 6.5.2. bəndlərinə istinad edilərək Suraxanı RİHB-nin xx.xx.2018-ci il tarixli, 111 saylı sərəncamın ləğv edilməsi qərara alınmışdır.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli, RX seriyalı çıxarışına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 316 saylı tam orta məktəbin yaxınlığında yerləşən sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqları kateqoriyasına aid Suraxanı rayon İcra Hakimiyyəti başçısının 111 saylı xx.xx.2018-ci il tarixli sərəncamına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 0.72 ha torpaq sahəsini 49 il yüklülük müddəti ilə İddiaçı adına icraə hüququ xx.xx.2018-ci il tarixində, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

9. İddiaçının adına verilmiş xx.xx.2018-ci il tarixli **********97 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində ayrılması nəzərdə tutulan torpaq sahəsi dövlət mülkiyyətində olduğu, baza məlumatlarına əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin Neft Şirkətinin istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi qeyd edilmişdir.

10. Azərbaycan Dövlət Neft Şirkətinin iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli, **********60040033B00441 nömrəli məktubunda qeyd edilmişdir ki, ərizənizə əlavə olunmuş **********97 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi Azərbaycan Respublikasının 20 sentyabr 2005-ci ill tarixli, 997-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş" Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxıl olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən "X7 Kompanı S.A" Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir və həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Məlumat üçün bildiririk kı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımı şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır kı, həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. “Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının xx.xx.1999- cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyö və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.Eyni zamanda diqqətinizə çatdırırıq ki, müvafiq icra hakimiyyəti və ya Bələdiyyə tərəfindən qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktın qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsin hüquqları pozulduqda, hüququ pozulmuş şəxsin həmin qurumdan Azərbaycan Respublikası Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən vurulmuş zərərin əvəzini tələb etmək hüququ vardır.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 11515 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat nəticəsində Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, mütəxəssis rəyinin məlumatlarından məlum olur ki, 04 2019-cu il tarixli 2(010)-903/2019 nömrəli məktubunuzda göstərilən koordinatlar (416168.2-4477770.6655; 4162xx.xx-4477724 3056; 416112.4***-*******.4186; 416074.3***-*******5) "Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi"-nin elektron bazasında araşdırılma nəticəsində qeyd edilən koordinatlar üzrə yerləşən torpaq sahəsi reyestr nöagrəsi **********97 olan çıxarışa əsasən İddiaçı icarəsində olmaqla Dövlət mülkiyyəti torpağı olduğu müəyyən edilmişdir.

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X3 Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********59 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 316 nömrəli məktəbin yanı ünvanında yerləşən 7200 kv.m. torpaq sahəsi uzun illər vətəndaş İddiaçı istifadəsində olmuş və onun tərəfindən icarəyə götürülmüşdür. Həmin torpaq sahəsində başqa istifadəçilər, o cümlədən "X5 Kompani S.A" şirkəti yerləşməmiş və hüquqları qeydə alınmamışdır. Hazırda sözügedən torpaq sahəsi faktiki olaraq İddiaçı İstifadəsindədir və onunla bağlanılmış 776 nömrəli, xx.xx.2021-ci il tarixli icarə müqaviləsi mövcuddur.

13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İcra Hakimiyyətinin sərəncamında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışda qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 316 nömrəli məktəbin yanında yerləşən sahibkarlıq fəaliyyəti üçün ayrılmış 7200.0 kv.m torpaq sahəsi ***-*******3 registr nömrəsi ilə, 12924 nömrəli kod ilə dövlət əmlakı kimi qeydiyyata alınmışdır.

14. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022 tarixli, **********21 nömrəli məktubunda qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 0,72 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir. Sahə bütövlüklə "X5 Kompani S.A." şirkətinin istifadəsinə verilmiş "Kontrakt sahəsi"nin hüdudları daxilində yerləşir. Həmçinin torpaq sahəsinin kateqoriyası "Sənaye, nəqliyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar"dır.

15. Bakı İnzibati Məhkəməsinin qərardadına əsasən keçirilmiş ekspert tədqiqatının nəticəsi olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023- cü il tarixli, 10/707 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat nəticəsində Daşınmaz Əmlakın Dövlət Kadastri İdarəsinin xx.xx.2022-ci il ve Reyestri stri publik tarixli, **********21 saylı olunan torpaq sahəsinin hasar daxili 0.72 ha taşk hüquqi şəxsi 01 saylı Bakı Ərazi mütəxəssis rəyinə əsasən, təqdim təşkil etdiyi və vahid elektron kadastr baza məlumatlarında göstərilən sahənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisindədir. Sahə bütövlüklə "X5 Kompani S.A." şirkətinin istifadəsinə verilmiş Kontrakt Sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir.

16. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21-3/2- 12593/2023 nömrəli məktubunda bildirilmişdir ki, qeyd edilən ünvanda yerləşən torpaq sahəsi Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 111 saylı xx.xx.2018-ci il tarixli sərəncamı ilə İddiaçı istifadəsinə verilmiş və onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmışdır. Bildiririk ki, uzun illər vətəndaş İddiaçı istifadəsində olmuş həmin torpaq sahəsinə dair Xidmətlə 776 nömrəli, xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanılmışdır. Sözügedən torpaq sahəsinin koordinatları daxilində başqa istifadəçilərin, o cümlədən "X5 Kompani S.A" şirkətinin daşınar və daşınmaz əmlakı yoxdur. Həmin torpaq sahəsinin daşınmaz dövlət əmlakının Registrində qeydə alınmış məlumatları sizə təqdim edilir. Hazırda sözügedən torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir.

17. Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli 776 nömrəli müqaviləyə əsasən İcarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X3 Xidmətinin rəisi E.Yusubobun şəxsində, icarəyə verdiyi ünvan 1 ünvanında yerləşəni 7200.0 kv.m torpaq sahəsi icarəçi İddiaçı tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

18. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 150 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 111 saylı sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 316 saylı tam orta məktəbin yaxınlığında yerləşən ərazidə 0,72 ha ölçüdə torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarə əsasında iddiaçıya verilmiş və onunla Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti arasında icarə müqaviləsi bağlanmışdır. Bunun əsasında iddiaçıya icarə hüquqlarının dövlət reyestrində qeydə alınmasına dair AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarış verilmişdir. Lakin Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 150 saylı sərəncamı ilə Suraxanı RİHB-nın xx.xx.2018-ci il tarixli 111 saylı sərəncamı ləğv edilmiş və bu akt onunla əsaslandırılmışdır ki, "X5 Kompani S.A" şirkəti icra hakimiyyətinə müraciət edərək qeyd edilən torpaq sahəsinin "Kontrakt Sahəsi"nin hüdudları daxilində yerləşdiyini bildirmələri və sərəncamın ləğvi barədə xahiş etmişlər". Lakin inzibati akt olan Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 150 saylı sərəncamı tamamilə əsassızdır və qanunsuzdur. Bu səbəbdən də həmin sərəncam ləğv edilməldir. Belə ki, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti xx.xx.2018-ci il tarixli R- 63-151 saylı məktubla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 316 saylı tam orta məktəbin yaxınlığında yerləşən ərazidə 0,72 ha ölçüdə torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarə əsasında iddiaçıya ayrılmasına dair rəy bildirməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi xx.xx.2018-ci il tarixli **********10 saylı məktubu ilə qeyd edilən torpaq sahəsinin iddiaçıya istifadəyə verilməsi üçün maneə olmadığını və buna etiraz etmədiklərini bildirilmişdir. Bundan başqa "X5 Kompani S.A" şirkəti məhkəmədə iddia qaldıraraq icarə hüquqlarının dövlət reyestrində qeydə alınmasına dair AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı Çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin onların bu iddiası Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-903/l9 saylı qətnaməsi ilə təmin edilməmişdir. İddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayəti də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 13297/2019 saylı qətnaməsi ilə təmin edilməmişdir. Həmin məhkəmə baxışları zamanı da müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsinin "X5 Kompani S.A" şirkətinin kontrakt sahəsinə heç bir aidiyyatı yoxdur. Belə ki, iş materiallarında olan "Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 11515 saylı rəyində göstərilmişdir ki, həmin torpaq sahəsinin iddiaçının istifadəsində olmaqla Dövlət mülkiyyəti torpağı olduğu müəyyən edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinə ünvanladığı xx.xx.2019-cu il tarixli **********45 sayh mütəxəssis rəyində göstərilmişdir ki, "Kadastr və Yerquluşu Layihə Təqdiqat Mərkəzi"nin elektron bazasında araşdırma aparılmış və məlum olmuşdur ki, qeyd edilən koordinatlar üzrə yerləşən torpaq sahəsi İddiaçı icarəsində olmaqla Dövlət mülkiyyəti torpağıdır". Beləliklə də araşdırma ilə və bunun nəticəsində çıxarılmış məhkəmə qətanamələri ilə tam müəyyən edilmişdir ki, həmin torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır və onun "X5 Kompani S.A" şirkətinə və SOCAR-a heç bir aidiyyatı yoxdur. Başqa sözlə Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018- ci il tarixli 150 saylı sərəncamında göstərilmiş halların heç biri mövcud deyildir. Belə olan halda həmin inzibati akt qanunsuzdur və iddiaçının mənafelərinə toxunur. Bu inzibati akt, yəni Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 150 sayh Sərəncamı barəsində məhkəməyə şikayət verilməmişdir. Qeyd edilən inzibati aktın ləğv edilməsi ilə bağlı iddiaçı xx.xx.2020-ci il tarixdə Bakı şəhər, Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin cavabdeh həmin ərizəyə bu günədək ümumiyyətlə cavab verməmişdir.

20. Cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı yazılı etirazı təqdim edilməmişdir.

21. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3171/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə “X5 Kompani S.A” Şirkəti iş üzrə inzibati məhkəmə iclasında üçüncü şəxs qismində cəlb edilmişdir.

22. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-28/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir.

23. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin mübahisəli torpaq sahəsinin ayrılması barədə sərəncam verilməsi barədə səlahiyyəti olmadığından, eləcə də eləcə də torpaq sahəsinin sənaye təyinatı olmaqla "X5 Kompani S.A" Şirkətinin Kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyindən təqdim olunan ilkin inzibati akt-xx.xx.2018-ci il tarixli, 111 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” sərəncamı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən həmin sərəncamın ləğvi barədə sərəncamın qəbul edilməsi əsaslı olmuşdur.

24. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-28/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

25. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, "X5 Kompani S.A" şirkəti tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində iddia qaldırmışdır. Lakin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-903/19 saylı, 16 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, hətta iş üzrə verilmiş apellyasiya şikayəti də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-13297/2019 saylı qətnaməsi ilə təmin edilməmişdir. İşin hallarını önəmli dərəcədə sübuta yetirən hallardan biri də odur ki, cavabdeh şirkətin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində iddia tələbinə baxılarkən, məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu göndərilmişdir. Həmin sorğuya xx.xx.2019-cu il tarixli **********45 saylı mütəxəssis rəyi əsasında verilmiş cavabında göstərilmişdir ki, "Kadastr və Yerquluşu Layihə Təqdiqat Mərkəzi"nin elektron bazasında araşdırma aparılmış və məlum olmuşdur ki, qeyd edilən koordinatlar üzrə yerləşən torpaq sahəsi İddiaçı icarəsində olmaqla Dövlət mülkiyyəti torpağıdır". Beləliklə də araşdırma ilə və bunun nəticəsində çıxarılmış məhkəmə qətnamələri ilə tam müəyyən edilmişdir ki, həmin torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır və onun "X5 Kompani S.A" şirkətinə və SOCAR-a heç bir aidiyyəti yoxdur. Beləliklə də araşdırma ilə və bunun nəticəsində çıxarılmış məhkəmə qətnamələri ilə tam müəyyən edilmişdir ki, həmin torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır və onun “X5 Kompani S.A” şirkətinə və SOCAR-a heç bir aidiyyəti yoxdur. Hazırkı mübahisə ilə bağlı məhkəmə tərəfindən müvafiq orqana sorğular göndərilmiş, həmin sorğulara 2 dəfə eyni məzmunlu, sonuncu dəfə verilmiş sorğuya isə başqa məzmunlu cavab gəlmişdir. Belə ki, qeyd olunan sorğulardan birinə cavab olaraq göndərilmişdir ki, AzərbaycanRespublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cuil tarixli, 11515 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat nəticəsində Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, mütəxəssis rəyinin məlumatlarından məlum olur ki, 2(010)-903/2019 nömrəli məktubda göstərilən koordinatlar (416168.2-4477770.6655; 4162xx.xx-4477724 3056; 416112.4***-*******.4186; 416074.3***-*******5) "Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi"-nin elektron bazasında araşdırılma nəticəsində qeyd edilən koordinatlar üzrə yerləşən torpaq sahəsi reyestr nömrəsi **********97 olan çıxarışa əsasən İddiaçı icarəsində olmaqla Dövlət mülkiyyəti torpağı olduğu müəyyən edilmişdir. İkinci dəfə verilmiş sorğuya da əvvəlki cavabla fərqli məzmunlu cavab verilərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022 tarixli, **********21 nömrəli məktubunda qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 0,72 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir. Sahə bütövlüklə "X5 Kompani S.A." şirkətinin istifadəsinə verilmiş "Kontrakt sahəsi"nin hüdudları daxilində yerləşir. Həmçinin, torpaq sahəsinin kateqoriyası "Sənaye, nəqliyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar"dır. Məhkəmə qərardadına əsasən keçirilmiş ekspert tədqiqatının nəticəsi olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/707 nömrəli ekspert rəyindən görünür ki, vahid elektron kadastr baza məlumatlarında göstərilən sahənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisindədir. Sahə bütövlüklə "X5 Kompani S.A."şirkətinin istifadəsinə verilmiş Kontrakt Sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X3 Xidmətinin mənə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********59 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 316 nömrəli məktəbin yanı ünvanında yerləşən 7200 kv.m. torpaq sahəsi uzun illər vətəndaş İddiaçı istifadəsində olmuş və onun tərəfindən icarəyə götürülmüşdür. Həmin torpaq sahəsində başqa istifadəçilər, o cümlədən "X5 Kompani S.A" şirkəti yerləşməmiş və hüquqları qeydə alınmamışdır. Hazırda sözügedən torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir və onunla bağlanılmış 776 nömrəli, xx.xx.2021-ci il tarixli icarə müqaviləsi mövcuddur. Məhkəmənin sonuncu dəfə vermiş olduğu sorğusuna ilkin verilmiş sorğuyla oxşar məzmunlu cavab verərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21-3/212593/2023 nömrəli məktubunda bildirilmişdir ki, qeyd edilən ünvanda yerləşən torpaq sahəsi Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 111 saylı xx.xx.2018-ci il tarixli sərəncamı ilə İddiaçı istifadəsinə verilmiş və onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmışdır. Bildiririk ki, uzun illər vətəndaş İddiaçı istifadəsində olmuş həmin torpaq sahəsinə dair Xidmətlə 776 nömrəli, xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanılmışdır. Sözügedən torpaq sahəsinin koordinatları daxilində başqa istifadəçilərin, o cümlədən "X5 KompaniS.A" şirkətinin daşınar və daşınmaz əmlakı yoxdur. Həmin torpaq sahəsinin daşınmaz dövlət əmlakının reyestrində qeydə alınmış məlumatları sizə təqdim edilir. Hazırda sözügedən torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir. Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli 776 nömrəli müqaviləyə əsasən İcarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X3 Xidmətinin rəisi E.Yusubovun şəxsində, icarəyə verdiyi ünvan 1 ünvanında yerləşən 7200.0 kv.m torpaq sahəsi icarəçi İddiaçı tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. İşin mübahisəsiz halı odur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarış verilmişdir. Eyni zamanda, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncam əsasında mənim tərəfimdən icarə hüquqlarımın dövlət reyestrində qeydə alınmasına dair Çıxarışın verilməsinə nə Bakı şəhəri İcra Hakimiyyəti, nə də inzibati orqan tərəfindən etiraz edilməmişdir. Göründüyü kimi, həmin Çıxarış hazırda da qüvvədədir, cavabdeh orqanında bu barədə etiraz bildirməməsi razılıq əlamətidir. Mübahisəli torpaq sahəsi hazırda da mənim icarə hüququ əsasında istifadəmdədir. Məhkəmə mənim torpaq üzərində hüquqlarımı məhdudlaşdıraraq, Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında Azərbaycan Respublikasının Qanunun, həmçinin, Azərbaycan Respublikasının Prezidentinin 02 fevral 2021-ciil tarixli “Azərbaycan 2030:sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı Sərəncamının müddəalarını pozaraq, sahibkarlığın inkişafı istiqamətində maneələr yaradaraq, Cənab Prezidentin sahibkarlıq fəaliyyətinin inkişafına dəstək siyasətinin sarsıdılmasına xidmət edir. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2018-ci il tarixli, 09 nömrəli müqaviləyə əsasən İcarəyəverən Suraxanı rayon İcra Hakimiyyətinin Başçısı İ.Abbasov şəxsində, icarəyə verdiyi ünvan 1 ünvanında yerləşən 7200.0 kv.mtorpaq sahəsini 49 il müddətində icarəçi İddiaçı tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 124cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.11.3-cü maddəsinə əsasən Təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində - dövlət mülkiyyətində olan torpaq ehtiyatlarından səmərəli istifadə üçün tədbirlər görmək kimi yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri vardır. Həmin Əsasnamənin 4.16.3-cü maddəsinə əsasən Dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində - müvafiq ərazidə dövlət bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək; 4.16.4-cü maddəsinə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək kimi yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri vardır. Məhkəmə qərarında qeyd edir ki, hazırkı halda mübahisəli torpaq sahəsinin təyinatı, hüquqi rejimi, yüklülüyü müəyyən edilərkən dövlət torpaq kadastrını həyata keçirən orqanın tabe təşkilatı olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məlumatı əsas götürülməlidir. Belə olan halda, məhkəmə necə “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.18.2-ci bəndinə görə bu Əsasnamənin (.......) 4.16.4-cü bəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilməsini əsas gətirə bilər axı?! Məhkəmə belə qənaətə gəlməklə özü bir halla digər halın əsaslılığını şübhə altına alır və əslində icra hakimiyyəti başçısının sərəncamının verilməsinə əsas olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məlumatı əsas götürülməlidir. Həmçinin, Azərbaycan Respublikasının Prezideninin imzaladığı fərmanla təsdiq edilmiş Əsasnamə vətəndaşların əleyhinə istifadə edilə bilməz, orada qeyd edilən hallar vətəndaşların həm maddi, həm mənəvi sarsıdılması nəticəsinə gətirib çıxarmamalıdır. Eyni zamanda nəzərinizə çatdırmaq istəyirəm ki, mübahisəli sərəncam Bakı şəhərinin Suraxanı, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən, 1. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nərimanov Rayon icra Hakimiyyəti, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirsinlər: 1.1. mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının. Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 1174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyriyaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlətmülkiyyətində olan torpaqların daimiistifadəyə və icarəyə verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunan Qərardan da açıq-aşkar görünür ki, burada da Nazirlər Kabinetinin birbaşa tapşırığı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə olmuşdur. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti haqlı olaraq həmin Qərarı rəhbər tutaraq mövcud sərəncamı vermişdir. Belə ki, Qərarda qeyd edilməyib ki, yalnız Bakı şəhəri İcra Hakimiyyəti bu tapşırığı yerinə yetirə bilər və ya yerinə yetirməlidir, və yaxud Bakı şəhəri İcra Hakimiyyətinin bu barədə göstərişi olmalıdır və sair. Görünür ki, məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndi əsasında Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarını da heç anlamamış, onun müddəaları ilə tanış belə olmamışdır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət icarəsinə və ya elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət və bələdiyyə torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin rəyi əsasında qəbul olunur və icarəyə verənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.

d) Prosses iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”

4.16.4. Dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. 4.18.2. Bu Əsasnamənin 4.7.8-ci, 4.11.11.5-ci, 4.11.17-ci, 4.13.6-cı, 4.15.2-ci, 4.16.4cü yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir.

29. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 1. Əsas anlayışlar dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu;

Maddə 6. Dövlət torpaq kadastrının məlumatları

Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.

Maddə 7. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı

Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır.

30. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanunu

2.1. Əhali və ətraf mühit üçün təhlükə yaradan (Əlavə 1-də göstərilən) təhlükəli maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadəsi və ləğvi ilə məşğul olan, həmçinin radioaktiv və ionlaşdırıcı şüa mənbələrinə, partlayış və digər qəza təhlükəli tikililərə, qurğulara və avadanlıqlara malik istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Əlavə 1-də neft-kimya, neft emalı və qaz təchizatı sahələri təhlükə potensiallı istehsal obyektləri kateqoriyasına aid edilmişdir (bənd 9).

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

34. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

37. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

38. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

39. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

40. İşin faktiki hallarından müəyyən edilir ki, Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 111 nömrəli sərəncamı ilə , Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 316 saylı tam orta məktəbin yaxınlığında yerləşən ərazidə 0,72 ha torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarə əsasında vətəndaş İddiaçı istifadəsinə verilmiş, Suraxanı Rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2018-ci il tarixli, 09 nömrəli müqavilə bağlanılmış, daha sonra həmin torpaq sahəsi üzərində icarə hüququ iddiaçının adına xx.xx.2018-ci il tarixində qeydiyyata alınmış və planı və ölçü sənədi verilmişdir.

41. "Suraxanı OYL” Opereyşn Kompani S.A" Şirkətinin 924/AS №-li xx.xx.2018-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş müvafiq xəritəyə əsasən ayrılmış torpaq sahəsinin həqiqətən Şirkətin “Kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyini nəzərə alaraq Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti xx.xx.2018-ci il tarixli, 150 nömrəli sərəncamı ilə Suraxanı RİHB-nin xx.xx.2018-ci il tarixli, 111 saylı sərəncamın ləğv edilməsi barədə sərəncam vermişdir.

42. Hazırkı iddiasında iddiaçı onun barəsində əlverişli inzibati aktın ləğvi barədə olan inzibati aktın ləğvini mübahisələndirir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinası əsaslı olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.

44. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.4-cü bəndinə əsasən dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir.

45. Həmin Əsasnamənin 4.18.2-ci bəndinə görə bu Əsasnamənin (.......) 4.16.4-cü bəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir.

46. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi səlahiyyətləri rayon bölgüsü olan şəhərlərdə şəhər icra hakimiyyətinin başçısına aid edilmişdir, yəni rayon bölgüsü olan Bakı şəhərində Suraxanı Rayon İcra Hakimiyyəti başçısının dövlət mülkiyyətində olan torpaq sahəsini istifadəyə və icarəyə vermək səlahiyyəti yoxdur. O, yalnız bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə rəy verə bilər.

47. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır.

48. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, 2018-ci ildə torpaq sahəsinin icarəyə verilməsinə dair qəbul edilmiş inzibati akt, iddiaçıya müvafiq hüquq verdiyindən, əlverişli inzibati akt hesab olunur. Lakin iddiaçıya torpaq sahəsinin icarəyə verilməsi barədə inzibati akt əlverişli inzibati akt hesab olunsa belə, qanunsuz (etibarsız) inzibati aktın ləğvi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir.

49. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.

50. “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində qeyd edildiyi kimi iddiaçının rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olması barədə işdə hər hansı sübut yoxdur və bu halla bağlı cavabdeh mübahisə açmamışdır.

51. İş materiallarına əsasən müəyyən edilir ki, Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının “torpaq sahəsinin icarəyə verilməsi haqqında” 111 nömrəli, xx.xx.2018-ci il tarixli Sərəncamı xx.xx.2018-ci il tarixində ləğv edilmişdir.

52. Göründüyü kimi cavabdeh inzibati orqan qanunsuz (etibarsız) inzibati aktın ləğv olunması ilə bağlı 1 il müddəti ötürməmişdir.

53. Qeyd edilməlidir ki, bu müddət ərzində inzibati orqanın aktı ləğv etməsi əvvəlki inzibati aktla yol verilmiş qanunsuzluğun aradan qaldırılması və ictimai maraqların, o cümlədən üçüncü şəxslərin hüquqlarının qorunması baxımından zəruri olmuşdur. Əgər ki, 1 il ərzində inzibati akt ləğv edilməzsə, onun qüvvədə qalması hüquqi sabitliyi təmin etmək baxımından zəruri hesab oluna bilərdi. Lakin, qeyd edilənlərdən də müəyyən olunduğu kimi 1 illik müddət cavabdeh inzibati orqan tərəfindən ötürülməmişdir.

54. Məhkəmə kollegiyası işin faktiki hallarını, iş materiallarında olan sənədləri nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, məhkəmə iddia olunan torpaq sahəsinin iddiaçıya verilməsinin hüquqi əsaslarını qanunvericiliyə uyğun yoxlayaraq bu nəticəyə gəlir ki, iddia olunan torpaq sahəsi "Sənaye, nəqliyat, rabitə, müdafiə və digər təyinatlı torpaq olmaqla Neft Şirkətinin daimi istifadəsində olan, Azərbaycan Respublikasının 20 sentyabr 2005-ci ill tarixli, 997-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş" Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxıl olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən "X7 Kompanı S.A" Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşən torpaq sahəsidir.

55. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin “Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 111 saylı sərəncamının ləğv edilməsi haqqında” 150 nömrəli, xx.xx.2018-ci il tarixli Sərəncamı əsaslı olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozulması kimi qiymətləndirilə bilməz. 56.Həmçinin Kollegiya bildirir ki, inzibati orqanların fəaliyyəti qanunçuluq prinsipinə əsaslandığından, onların qəbul etdiyi hər bir akt qanunvericiliyə uyğun olmalıdır.

57. Nəticə etibarı ilə hazırkı mübahisə predmeti olan inzibati akt qanunvericiliyin tələblərinə əsasən qəbul edildiyindən, əvvəlki qəbul edilmiş inzibati akt qanunsuz inzibati akt olduğundan və həmin inzibati aktın 1 il ərzində ləğvi ədalətin bərpası və qanunçuluğun təmin olunması baxımından əsaslı və zəruri olduğundan apellyasiya şikayəti təmin edilməməlidir.

58. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-28/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-28/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar