Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-601/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X30 oğlunun katibliyi ilə, İddiaçı, Üçüncü şəxs və üçüncü şəxslər X2, X3, X8 nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə və üçüncü şəxslər X4, X16, X9, X12 və X33 qarşı qeydiyyatdan çıxarılma tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2708/2020 saylı qərarından üçüncü şəxs N.Əhmədov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2708/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, X2, X11, X3, X8, X28, X18, X19, X23 ünvan 1 ünvandan qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilmişdir (hakim Ş.Həsənova). Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Cavabdeh, həmçinin Binə qəsəbə nümayəndəliyinin vəzifəli şəxslərinin əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı iş üzrə müvafiq iş materialları Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Həmin qərardan narazı qalan üçüncü şəxs N.Əhmədov tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X2, X11, X3, X8, X28, X18, X19, X23 ünvan 3 ünvandan qeydiyyatdan çıxarılması üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X13, X24, X17, X20 və X46 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2016-cı il tarixində, ünvan 4 ünvanında yerləşən və X40 mülkiyyətində olan fərdi evi notarial qaydada təsdiq edilmiş AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X25 almışdır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsi rəsimləşdirərkən Bakı şəhəri, 14 saylı Notariat Kontorunun xüsusi notariusu X34 tərəfindən həmin ünvanda qeydiyyatda olan şəxslər barədə arayış əldə etmişdir. Həmin arayışa əsasən Bakı şəhəri, Binə qəsəbəsi, Bünyatzadə küçəsi, keçid-2, ev 4 ünvanında tək X46 qeydiyyata alınmışdır. Notarial qaydada təsdiq edilmiş AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən satıcı X46 xx.xx.2016-cı il tarixinədək həmin ünvandan qeydiyyatdan çıxması ilə bağlı öhdəlik götürmüşdür. Lakin öhdəlik götürməyinə və onun çoxsaylı xahişlərinə baxmayaraq bu günə kimi həmin ünvanda qeydiyyatdadır. xx.xx.2016cı il tarixində Bakı şəhəri, Binə qəsəbəsi, Bünyatzadə küçəsi, keçid-2, ev 4 ünvanında yerləşin və X40 mülkiyyətində olan fərdi evi notarial qaydada təsdiq edilmiş AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X25 alandan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ********** nömrəli qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli RX ******* nömrəli xüsusi mülkyyət hüququnu təsdiq edən çıxarışı əldə etmişdir. Bir necə müddət bundan əvvəl o bilmişdir ki, həmin ünvanda X25 başqa ona məlum olmayan bir necə şəxs də qeydiyyatdadır. Bununla bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edərkən ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayış əldə etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Cavabdehnə müraciət edərək həmin şəxslərin hansı tarixdə və hansı əsaslarla qeydiyyata alınması və həmin şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Onun müraciətinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Cavabdeh tərəfindən 26339H-3220 nömrəli, xx.xx.2020-ci il tarixli məktub verilmişdir. Həmin məktuba əsasən həmin ünvanda X25 başqa X14 xx.xx.2016-cı il tarixində, X21 xx.xx.2016-cı il tarixində, X17 xx.xx.2016-cı il tarixində, X20 xx.xx.2016-cı il tarixində Cavabdeh tərəfindən, X35 xx.xx.2018- ci il tarixdə, X36 xx.xx.2018-ci il tarixdə, X41 xx.xx.2018-ci il tarixdə isə Səyyar ASAN-1 tərəfindən qeydiyyata alındıqları müəyyən olunmuşdur. Həmin məktubda qeyd olunmuşdur ki, X5, X11, X3, X15 həmin ünvana qeydiyyata alınma əsasları müəyyən etmək mümkün olmamışdır. Sözügedən daşınmaz əmlakı o öz adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2016-cı il qeydiyyat tarixli RX ******* nömrəli xüsusi müllkiyyət hüququnu təsdiq edən çıxarışı əldə etdiyindən sonra yuxarıda göstərilən şəxslər 2016-cı ilin dekabr ayında həmin ünvana qeydiyyata alınmışdılar. Yənı 3 aydan sonra Cavabdeh tərəfindən qeydiyyata alınmışdır. Daşınmaz əmlakı o, öz mülkiyyəti kimi qeydiyyatdan keçirdikdən sonra yuxarıda qeyd olunan şəxslər həmin ünvana qeydiyyata alınıblar və bu halda həmin şəxslərə onun mülkiyyətində olan ünvana qeydiyyata alınması ilə bağlı razılıq ərizəsi və mülkiyyətindən istifadə hüquqlarını təsdiq edən sənəd Cavabdehnə təqdim olunmalı idi. Hesab edir ki, həmin şəxslər qanunsuz olaraq Cavabdeh tərəfindən onun mülkiyyətində olan ünvana qeydiyyata alınmışdılar. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Üçüncü şəxs X24 apellyasiya şikayətini müdafiə edərək, izahatında birinci instansiya məhkəməsinin qərarının düzgün olmadığı və qanunsuz olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhər Cavabdeh məhkəməyə xx.xx.2021-ci il tarixli 055-2749-1221 saylı məktub ünvanlayaraq, məhkəmə iclasının İdarənin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhər Cavabdeh və üçüncü şəxs X46 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə Füzuli rayonunda doğulmuşdur, yaşayış yeri ünvan 7 ünvanıdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən və texniki pasportdan görünür ki, ünvan 7 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2016-cı il tarixdən İddiaçı məxsusdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı, xx.xx.1988-ci il təvəllüdlü X13, xx.xx.1946-ci il təvəllüdlü X21, xx.xx.1947-ci il təvəllüdlü X17, xx.xx.1978-ci il təvəllüdlü X20, xx.xx.1992-ci il təvəllüdlü X46, xx.xx.2012-ci il təvəllüdlü X35, xx.xx.2013-cü il təvəllüdlü X36 və xx.xx.2014-cü il təvəllüdlü X41 ünvan 7 ünvanında qeydiyyatdadırlar. - Bakı şəhəri, 14 saylı Notariat Kontorunda qeydə alınmış, AN-İ ******* №-li, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı X46 mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evini alıcı İddiaçı 45000 manata satmış, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi və həmin ünvandan xx.xx.2016-cı il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 303094 №-li, xx.xx.2016-cı il tarixli arayışından görünür ki, X37 (xx.xx.2003-cü ildən qeydiyyatdadır) və X46 ünvan 7 ünvanında qeydiyyatdadırlar. - Bakı şəhəri Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, 055263339H- 3220 №-li məktubundan görünür ki, araşdırma zamanı ona məxsus ünvan 9 ünvanına xx.xx.1988-ci təvəllüdlü X2 xx.xx.2016-cı il tarixdə, xx.xx.1946-cı il təvəllüdlü X10 xx.xx.2016-cı il tarixdə, xx.xx.1947-ci il təvəllüdlü X3 xx.xx.2016-cı il tarixdə, xx.xx.1978-ci il təvəllüdlü Əhmədov Səfərəli Nəriman oğlunun xx.xx.2006-cı il tarixdə Xəzər RPİ-i tərəfindən xx.xx.2012-ci il təvəllüdlü X18, xx.xx.2018-ci il tarixdə, xx.xx.2013-cü il təvəllüdlü X19, xx.xx.2018-ci il tarixdə xx.xx.2014-cü il təvəllüdlü X23 xx.xx.2018-ci il tarixdə Səyyar ASAN-1 tərəfindən qeydiyyata alındıqları müəyyən olunmuşdur. Araşdırma zamanı Z.Məmmədovanın, N.Əhmədovun, B.Əhmədovanın və S.Əhmədovun qeydiyyata alınma əsaslarını müəyyən etmək mümkün olmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinin tələblərinə müvafiq olaraq şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılması üçün məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə olunmuşdur. - Bakı şəhər Cavabdeh məhkəməyə ünvanlandığı 0555323-1220 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, məhkəmənin məktubuna cavab olaraq X13, X21, X17, X20 və X46 barəsində tərtib edilmiş fərdi uçot kartoçkalarının surəti göndərilir. Məktubda qeyd olunan X35, X36 və X41 ilk dəfə xx.xx.2018-ci il tarixdə Səyyar-Asan 1 tərəfindən ünvan 7 ünvanına qeydiyyata alınmışlar. Yuxarıda adları qeyd olunan şəxslərin sözügedən ünvana qeydiyyat düşmə əsaslarını müəyyən etmək mümkün olmamışdır. Bakı şəhər Cavabdeh məhkəməyə ünvanlandığı 0555323-1220 №- li, xx.xx.2020-ci il tarixli məktubuna əlavə olunmuş fərdi uçot kartoçkaların surətlərindən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X33 yaşayış yeri Binə qəsəbəsi, Bünyatzadə küçəsi, keçid 2, ev 4 ünvanı qeyd olunmaqla xx.xx.2010-cu ildə AZE 07430499 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. xx.xx.1946-cı il təvəllüdlü X10 yaşayış yeri Binə qəsəbəsi, Bünyatzadə küçəsi, keçid 2, ev 4 ünvanı qeyd olunmaqla xx.xx.2016-cı ildə AZE 15333548 nömrəli şəxsiyyət vəsiqəsi verilmiş, baş inspektor F.Məmmədov tərəfindən aparılmış xüsusi qeydlər bölməsində Binə qəsəbə nümayəndəsinin 442 №-li xx.xx.2016-cı il tarixli məktubu əsas göstərilərək “səhv olaraq keçid -2 əvəzinə döngə yazılıb” qeyd edilmişdir. xx.xx.1947-ci il təvəllüdlü X3 yaşayış yeri Binə qəsəbəsi, Bünyatzadə küçəsi, keçid 2, ev 4 ünvanı qeyd olunmaqla xx.xx.2016-cı ildə AZE 15333573 nömrəli şəxsiyyət vəsiqəsi verilmiş, baş inspektor F.Məmmədov tərəfindən aparılmış xüsusi qeydlər bölməsində Binə qəsəbə nümayəndəsinin 442 №-li xx.xx.2016-cı il tarixli məktubu əsas göstərilərək “səhv olaraq keçid -2 əvəzinə dön 2 yazılıb” qeyd edilmişdir. xx.xx.1988-ci il təvəllüdlü X2 yaşayış yeri Binə qəsəbəsi, Bünyatzadə küçəsi, keçid 2, ev 4 ünvanı qeyd olunmaqla xx.xx.2016-cı ildə AZE 15333572 nömrəli şəxsiyyət vəsiqəsi verilmiş, baş inspektor F.Məmmədov tərəfindən aparılmış xüsusi qeydlər bölməsində Binə qəsəbə nümayəndəsinin 442 №-li xx.xx.2016-cı il tarixli məktubu əsas göstərilərək “səhv olaraq keçid-2 əvəzinə dön 2 yazılıb” qeyd edilmişdir. xx.xx.1978- ci il təvəllüdlü X8 yaşayış yeri Binə qəsəbəsi, Bünyatzadə küçəsi, keçid 2, ev 4 ünvanı qeyd olunmaqla xx.xx.2016-cı ildə AZE 15333585 nömrəli şəxsiyyət vəsiqəsi verilmiş, baş inspektor F.Məmmədov tərəfindən aparılmış xüsusi qeydlər bölməsində Binə qəsəbə nümayəndəsinin 442 №-li xx.xx.2016- cı il tarixli məktubu əsas göstərilərək “səhv olaraq keçid-2 əvəzinə dön. 2 yazılıb” qeyd edilmişdir. - Bakı şəhər Xəzər rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən H.Mustafayevin Xəzər RPİ-nin Q və ŞVŞ-nin rəisi polis polkovnik leytenantı Fehruz İmanova ünvanlandığı 442 №-li, xx.xx.2016-cı il tarixli məktubun surətindən görünür ki, 055-26767-1216 saylı, xx.xx.2016-cı il tarixli sorğuya cavab olaraq Binə qəsəbə nümayəndəliyi bildirir ki, qəsəbə ərazisində həm D.Bünyatzadə küçəsi, döngə 2, həm də D.Bünyatzadə küçəsi, keçid 2 mövcuddur. X1 dediyinə görə onun özünün və adları qeyd olunan ailə üzvlərinin- X17, X20, X22 və X2 şəxsiyyət vəsiqələrində səhvən D.Bünyatzadə küçəsi, döngə 2, ev 4 ünvanı yazılmışdır. Hal-hazırda onlar D.Bünyatzadə küçəsi, keçid 2, ev 4 ünvanında yaşayırlar. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəməyə ünvanladığı 018-3972-1220 №-li, xx.xx.2020-ci il tarixli məktubundan və ona əlavə edilmiş kartoçkalardan görünür ki, X46 xx.xx.2010-cu il tarixdə, X21, X17, X20 və X13 xx.xx.2016-cı il tarixdə, ünvan 10 ünvanına qeydiyyata alınaraq şəxsiyyət vəsiqələri ilə təmin olunmuşlar. Q.Məmmədlinin, S.Məmmədlinin və T.Məmmədlinin qeydiyyata alınmalarına əsas verən sənədlər, Ə.Əhmədovanın, N.Əhmədovun, B.Əhmədovanın, S.Əhmədovun və Z.Məmmədovanın qeydiyyata düşmələrinə əsas olan sənədlər aşkar edilmədiyi üçün fərdi uçot kartoçkalarının kserosurətləri göndərilmişdir. - Məktuba əlavə edilmiş “Azərbaycan Respublikasının 16 yaşına çatmamış vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınması və ona şəxsiyyət vəsiqəsinin verilməsi haqqında” ərizə-anketlərin surətlərindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X26 anası X2 müraciətinə əsasən yaşayış yeri Binə qəsəbəsi, Bünyatzadə küçəsi, keçid 2, ev 4 ünvanı qeyd olunmaqla xx.xx.2018-cı ildə, xx.xx.2014-cü il təvəllüdlü X29 anası X2 müraciətinə əsasən yaşayış yeri Binə qəsəbəsi, Bünyatzadə küçəsi, keçid 2, ev 4 ünvanı qeyd olunmaqla xx.xx.2018-cı ildə, xx.xx.2013- cü il təvəllüdlü X27 anası X2 müraciətinə əsasən yaşayış yeri Binə qəsəbəsi, Bünyatzadə küçəsi, keçid 2, ev 4 ünvanı qeyd olunmaqla xx.xx.2018-cı ildə şəxsiyyət vəsiqələri verilmişdir. - Bakı şəhər Xəzər rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndiliyinin məhkəməyə ünvanladığı 219 №-li, xx.xx.2020-ci il tarixli və 265 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, qəsəbə ərazisində Bünyatzadə küçəsi, keçid 2 və Bünyatzadə küçəsi, döngə 2 ilə ifadə olunan ayrı-ayrı ünvanlar mövcuddur. Qeyd etmişlər ki, X28 qeydiyyat vəsiqəsində ünvan Bünyatzadə küçəsi, keçid 2, ev 4 qeyd olunsa da sorğuda adları qeyd olunan digər vətəndaşlar Bünyatzadə küçəsi, keçid 2, ev 4 ünvanında yaşamalarına baxmayaraq şəxsiyyət vəsiqələrində (2004-cü ildə Əzizbəyov RPİ-nin Q və ŞV şöbəsi tərəfindən verilmiş) səhvən ünvanları Bünyatzadə küçəsi, döngə 2, ev 4 kimi qeyd olunmuşdur. X6 sorğuda adları qeyd olunan vətəndaşların Bünyatzadə küçəsi, keçid 2, ev 4 ünvanında yaşamalarını bilsə də həmin vətəndaşların şəxsiyyət vəsiqələrində səhvən Bünyatzadə küçəsi, döngə 2, ev 4 yazılmasından yararlanaraq həmin mənzili öz adına özəlləşdirmiş və daha sonra adları sorğuda qeyd olunan vətəndaşların razılığı olmadan (Forma № 2-də adları qeyd olunmadığına görə) mənzili 2016-cı ildə İddiaçı satmışdır. Hal-hazırda həmin mənzil İddiaçı mülkiyyətindədir və vətəndaş həmin mənzildə pasport qeydiyyatındadır. Digər tərəfdən İddiaçı həmin mənzilə dair xx.xx.2016-cı ildən çıxarışı olmasına baxmayaraq sorğuda adları qeyd olunan vətəndaşlar 2016-cı ilin dekabr ayının 13 və 14 tarixlərində Bünyatzadə küçəsi, keçid 2, ev 4 ünvanına (Bünyatzadə küçəsi-döngə 2, ev 4-dən) qeydiyyata düşmüşlər. Sorğuda adları qeyd olunan vətəndaşlara illər öncə şəxsiyyət vəsiqələrində yaşayış ünvanlarının səhv olması barədə qəsəbə nümayəndəliyi tərəfindən dəfələrlə şifahi məlumat verimişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı **********90 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, X13, X21, X17, X20 və X28 Bakı şəhəri, Binə qəsəbəsi, D,Bünyatzadə küçəsi, 2-ci keçid, 4 saylı fərdi yaşayış evində istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması haqqında məlumat aşkar edilməmişdir. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, D.Bünyatzadə küçəsi, 2-ci keçid, 4 saylı fərdi yaşayış evi Bakı şəhəri 4 saylı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş, 2V436 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2016-cı il tarixində X55 (xx.xx.1992-ci il təvəllüdlü) qızının adına qeydiyyatdan keçmişdir. Lakin sözügedən fərdi yaşayış evi Bakı şəhəri 14 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-615 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS üzrə Məlumat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 0xx/xx-4521/1 №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş X46 xx.xx.2010-cu il tarixdən hal-hazıradək ünvan 13-də qeydiyyatdadır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS üzrə Məlumat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 0xx/xx-4512/3 №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1946-cı ildə Ermənistan, Ararat rayonunda doğulmuş X21 xx.xx.1986-cı il tarixdən xx.xx.2004-cü il tarixədək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əfəndiyev küçəsi, ev 6-da, xx.xx.2004-cü il tarixdən xx.xx.2016-cı il tarixədək ünvan 14-də, xx.xx.2016-cı il tarixdən ünvan 13-də qeydiyyatdadır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS üzrə Məlumat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 0xx/xx-4512/4 №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1947-ci ildə Bakı şəhərində doğulmuş X17 xx.xx.1978-cı il tarixdən xx.xx.2004-cü il tarixədək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əfəndiyev küçəsi, ev 6-da, xx.xx.2004-cü il tarixdən xx.xx.2016-cı il tarixədək ünvan 14-də, xx.xx.2016-cı il tarixdən ünvan 13-də qeydiyyatdadır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS üzrə Məlumat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 0xx/xx-4521/2 №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş X20 xx.xx.2004- cü il tarixdən xx.xx.2016-cı il tarixədək ünvan 14-də, xx.xx.2016-cı il tarixdən ünvan 13-də qeydiyyatdadır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS üzrə Məlumat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 0xx/xx-4521 №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1988ci ildə Bakı şəhərində doğulmuş X13 xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək ünvan 14-də, xx.xx.2016-cı il tarixdən ünvan 13-də qeydiyyatdadır. Birinci instansiya məhkəməsi iş materiallarını tədqiq edərək aşağıdakı hüquqi əsaslara görə hesab etmişdir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 13 ünvanda yerləşən fərdi yaşayış evi üçüncü şəxs X28 mülkiyyətində olmuş, Əzizə Əhmədova mülkiyyətində olan həmin evi İddiaçı xx.xx.2016-cı il tarixdə satmışdır. Yaşayış evi satılan zaman həmin ünvanda qeydiyyatda Əzizə Əhmədova olmuş və o mənzili satdıqdan sonra xx.xx.2016-cı il tarixədək qeydiyyatdan çıxmağı, həmçinin üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Mübahisəli yaşayış evi İddiaçı mülkiyyətinə keçdikdən sonra (xx.xx.2019-cu il tarixdən sonra) yaşayış evinin əvvəlki mülkiyyətçisinin ailə üzvləri olmayan üçüncü şəxslər iddiaçının razılığı olmadan cavabdeh inzibati orqan tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınmışlar. İddiaçı hazırda cavabdeh inzibati orqanın həmin hərəkətlərini mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmçinin Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Bu halda vətəndaşın qanuni nümayəndəsi tərəfindən aşağıdakı sənədlər təqdim olunur:1) 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir);2) doğum haqqında şəhadətnamə;3) bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd. Göründüyü kimi şəxsin qeydiyyata alınması üçün şəxsiyyət vəsiqəsi ilə yanaşı yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi təqdim edilməlidir. Hazırki iş üzrə məhkəmə araşdırılması zamanı üçüncü şəxslərdən X13, X24, X17, X8 ünvan 13 ünvanda yerləşən fərdi yaşayış evinə qeydiyyata alınan zaman şəxsiyyət vəsiqələrindəki ünvan ünvan 14 ünvanı olsa da cavabdeh inzibati orqanın vəzifəli şəxsi «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsinin tələblərinə zidd olaraq qəsəbə nümayəndəsinin məktubuna (hansı ki, qəsəbə nümayəndəsi də həmin məktubun üçüncü şəxsin X10 dediklərinə əsasən tərtib etdiyini göstərmişdir) əsasən həmin şəxsləri mübahisəli yaşayış evinə qeydiyyata alması, digər yetkinlik yaşına çatmayan Qurban Məmmədli, Tərlan Məmmədli, Sahib Məmmədli isə həmin ünvanda qeydiyyata alnmış anaları Zülfiyyə Məmmədovanın ərizəsi əsasında qeydiyyata alındıqları müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqanın hərəkətləri yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə zidd olmaqla qanunsuz olmuş və yaşayış evinin mülkiyyətçisinin hüquqlarının pozulması ilə nəticələnmişdir. Bundan başqa məhkəmə araşdırılması zamanı üçüncü şəxslərin iddiaçının ailə üzvlərinin olmaması və mübahisəli yaşayış sahəsinə istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, həmçininüçüncü şəxs Əzizə Əhmədovanın isə alqı-satqı müqaviləsi bağlanan zaman üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi müəyyən edilmişdir. Halbuki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. -228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. -228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: • mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; • həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; • istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin ikinci hissəsində olan digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-nin 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi) - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Beləliklə birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli yaşayış evi iddiaçının mülkiyyətindədir. Belə olan halda mülkiyyətçi ona məxsus mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Qeydiyyatda olan şəxslər (üçüncü şəxs X25 başqa) həmin ünvana qeydiyyata alınan zaman qanunvericiliyin tələblərinin pozulması, eləcə də onların həmin mənzildə istifadə hüququnun qanunverciliklə müəyyən edilmiş qaydada qeydə alınmaması, bununla da həmin şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaması qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl olmamalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Məhkəmə kollegiyası apelyasiya şikayətində gösttərilən dəlilləri qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Üçüncü şəxs N.Əhmədov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2708/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-601/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-601/2021
10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver