Məhkəmə qərarları › İş №2-1(103)-601/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-601/2025

27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-601/2025 27.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illəri sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızından və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7376/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra – iddiaçı) yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) müraciət edərək onun xx.xx.1979 – xx.xx.1985-ci il tarixədək aldığı təhsil, xx.xx.1985 – xx.xx.1993-cü il, xx.xx.1993 – xx.xx.2002-ci illər ərzində isə işlədiyi iş stajının sığorta stajına daxil edilməsini xahiş etmişdir.

3. Cavabdehin **********9 nömrəli xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1979-ci il tarixədək hərbi xidmət illər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajı 8 il 8 ay olduğu halda, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Eyni zamanda, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində Kəlbəcər rayonu X5 işə daxil olma, işdən çıxma əmrləri olmadığı və möhürlə təsdiq edilmədiyi üçün (1985-1993-cü illər) sözügedən müəssisədə olan əmək fəaliyyətinin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bildiririk ki, xx.xx.2006-cı il tarixədək bitmiş əyani təhsil müddəti nəzərə alınmaqla əmək pensiyalarının təyin edilməsinin və hesablanmasının (o cümlədən yenidən hesablanmasının) vətəndaşın müraciəti əsasında həyata keçirilməli və keçmiş dövr üçün hesablanmış məbləğlərin ödənilməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinə əsasən hesablanmalıdır. Buna baxmayaraq, iddiaçı tərəfindən inzibati orqana əyani təhsil haqqında arayış təqdim edilməmişdir. 4. Eyni zamanda, iddiaçının inzibati orqana təqdim etdiyi əmək kitabçasının surəti və "xxxx" ASC tərəfindən verilmiş arayış ziddiyyət müəyyən edilmişdir. Belə ki, inzibati icraat materiallarına əlavə edilmiş arayışa əsasən iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək fasiləsiz iş stajı ilə 3-cü dərəcəli betonçu vəzifəsində çalışmışdır. Lakin təqdim edilmiş əmək kitabçasında iddiaçının xx.xx.2002-ci il tarixdə “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyəti Xüsusi Tamamla işləri idarəsi tərəfindən möhürlə təsdiqlənmiş və xx.xx.2002-ci il tarixli əmrlə 3-cü dərəcəli fəhlə qəbul edilməsi ilə bağlı qeyd aparılmışdır. Beləliklə, iddiaçının müraciətinə uyğun olaraq, xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 23.993,25 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyanın məbləğində (307,79 manat) dəyişiklik olmamışdır. Beləliklə, iddiaçının 1985-1993-cü illərdəki əmək fəaliyyəti dövründə əmək haqqı (aylar üzrə) alması barədə faktı təsdiqləyən mötəbər sübutların olmaması, habelə əmək kitabçası ilə arayış arasında ziddiyyətin olması səbəbindən belə nəticəyə gəlmək mümkündür ki, iddiaçının müvafiq dövrlərdə sığortaolunan kimi qeydiyyatı olmadığından müvafiq olaraq məcburi dövlət sosial sığorta haqqı (MDSS) ödəməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsini xahiş etmişdir.

5. Sonradan iddiaçı məhkəməyə iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən cavabdehin əsl Cavabdeh ilə əvəz edilməsini, iddia tələbinin isə “Xanlar adına Kolxozda 1985- 1993-cü illər, daha sonra 1993-2002-ci il tarixdə Qaraçuxur İdarəsində işlədiyi illərin, həmçinin əyani təhsil aldığı müddətin də nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması” formasında icraata qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

6. İddiaçı məhkəməyə yenidən iddia tələbinə dəqiqləşmə verərək xx.xx.1979 – xx.xx.1985-ci il, xx.xx.1985 – xx.xx.1993-cü il, xx.xx.1993 – xx.xx.2002-ci illərin iş stajında nəzərə alınmaqla iddiaçının əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin etməsindən imtina etmişdir. Cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. İddiaçının qənaətinə görə onun xx.xx.1979 – xx.xx.1985-ci il, xx.xx.1985 – xx.xx.1993-cü il, xx.xx.1993 – xx.xx.2002-ci tarixədək işləməsi əmək kitabçası ilə təsdiq olunduğundan, həmin dövrlər pensiyanın hesablanması zamanı nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzinə yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciət etmişdir. Ərizəçinin müraciətinə baxılaraq cavabdeh inzibati orqan tərəfindən **********9 nömrəli xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1979-ci il tarixədək hərbi xidmət illəri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajı 8 il 8 ay olduğu halda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. 10. Eyni zamanda, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində Kəlbəcər rayonu X5 işə daxil olma, işdən çıxma əmrləri olmadığı və möhürlə təsdiq edilmədiyi üçün (1985-1993-cü illər) sözügedən müəssisədə olan əmək fəaliyyətinin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. xx.xx.2006-cı il tarixədək bitmiş əyani təhsil müddəti nəzərə alınmaqla əmək pensiyalarının təyin edilməsinin və hesablanmasının (o cümlədən yenidən hesablanmasının) vətəndaşın müraciəti əsasında həyata keçirilməli və keçmiş dövr üçün hesablanmış məbləğlərin ödənilməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinə əsasən hesablanmalıdır. Buna baxmayaraq iddiaçı tərəfindən inzibati orqana əyani təhsil haqqında arayış təqdim edilməmişdir. Eyni zamanda, iddiaçının inzibati orqana təqdim etdiyi əmək kitabçasının surəti və "xxxx" ASC tərəfindən verilmiş arayış arasında ziddiyyət müəyyən edilmişdir. Belə ki, inzibati icraat materiallarına əlavə edilmiş arayışa əsasən iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək fasiləsiz iş stajı ilə 3-cü dərəcəli betonçu vəzifəsində çalışmışdır. Lakin təqdim edilmiş əmək kitabçasında iddiaçının xx.xx.2002-ci il tarixdə “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyəti Xüsusi Tamamla işləri idarəsi tərəfindən möhürlə təsdiqlənmiş və xx.xx.2002-ci il tarixli əmrlə 3-cü dərəcəli fəhlə qəbul edilməsi ilə bağlı qeyd aparılmışdır. 11. Beləliklə, iddiaçının müraciətinə uyğun olaraq, xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 23.993,25 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyanın məbləğində (307,79 manat) dəyişiklik olmamışdır. Beləliklə, iddiaçının 1985-1993-cü illərdəki əmək fəaliyyəti dövründə əmək haqqı (aylar üzrə) alması barədə faktı təsdiqləyən mötəbər sübutların olmaması, habelə əmək kitabçası ilə arayış arasında ziddiyyətin olması səbəbindən belə nəticəyə gəlmək mümkündür ki, iddiaçının müvafiq dövrlərdə sığortaolunan kimi qeydiyyatı olmadığından müvafiq olaraq məcburi dövlət sosial sığorta haqqı (MDSS) ödəməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 10.Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7376/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya münasibətdə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: 1) şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; 2) fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması.

12. İddiaçıya 65 yaşı tamam olduğu, yəni xx.xx.2022-ci il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Tərəflər arasında mübahisənin yaranmasının əsası iddiaçının ümumi sığorta stajına daxil edilməyən xx.xx.1979 – xx.xx.1985-ci il, xx.xx.1985 – xx.xx.1993-cü il, xx.xx.1993 – xx.xx.2002-ci il tarixləri əhatə edən dövrlər təşkil edir. Məhkəmə göstərilən illərin sığorta stajına daxil edilməsi ilə bağlı hər bir dövrə ayrı-ayrılıqda münasibət bildirir.

13. İş materiallarında olan əmək kitabçasının, diplomun və sorğuya cavab məktubuna əlavə olunan əmrlərin surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) “zootexniya” ixtisasının əyani təhsil formasında təhsil almış və təhsili bitirdiyinə görə ona HB № 964260 seriyalı, 228382 qeydiyyat nömrəli adi diplom verilmişdir. Göründüyü kimi iddiaçının “zootexniya” ixtisası üzrə aldığı təhsilin təhsil formasının “əyani” olduğu müvafiq olaraq aidiyyəti ali təhsil müəssisəsinin arayışı və müvafiq əmrlər ilə təsdiq edilmişdir. Bu səbəbdən iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək aldığı təhsil müddətini iş stajına daxil edilməlidir.

14. İstər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır.

15. İddiaçının əmək kitabçasının surətinə nəzər yetirdikdə görünür ki, o, 1985 – 1993cü illərdə Kəlbəcər rayon X5 zoomühəndis üzrə əmək fəaliyyətini icra etmişdir.

16. Cavabdeh inzibati orqanın istinadlarına görə iddiaçının Kəlbəcər rayon X5 işlədiyi zoomühəndis üzrə əmək fəaliyyətini əks etdirən əmrlərin (işə daxilolma və işdən çıxma) tarixləri və nömrələri əks olunmadığından, həmin dövrün sığorta stajına daxil edilməsini istisna edir.

17. Məhkəmə cavabdehin dəlilləri ilə razılaşmır və bunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının müddəaları ilə əsaslandırır. Belə ki, Qaydaların: 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş X2 yerli qurumları tərəfindən aparılır. 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.

18. Göründüyü kimi, normativ hüquqi aktların tələblərinə görə əmək kitabçasında işə qəbul, daimi başqa işə keçirmək, işdən çıxma barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Əmək kitabçasında olan məlumatlara görə isə məhz işəgötürənin özü cavabdehlik daşıyır.

19. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq müvafiq araşdırma aparmış, lakin iddiaçının Kəlbəcər rayon X5 işlədiyi müddət ilə bağlı məlumat (sənədlərin işğal zonasında qalması əsası ilə) əldə edə bilməmişdir.

20. İddiaçının işlədiyi Kəlbəcər rayon X10 ilə bağlı arxiv sənədlərinin olmaması və əmək haqqı cədvəllərinin aşkar olunmaması (işğal zonasında qalması) iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2-1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı).

21. İnzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.”

22. Hazırkı işdən də göründüyü kimi iddiaçının sığorta stajına daxil edilməsini tələb etdiyi illər xx.xx.2006-cı il tarixədək olan dövrü əhatə etdiyindən və həmin dövr əmək kitabçasında əks olunduğundan, həmin dövr sığorta stajına daxil edilməlidir. Daxil edilməli müddətə münasibətdə isə iddiaçının tələbi üzrə daxil olunmalı müddət xx.xx.1985 xx.xx.1993-cü il tarixləri əhatə edir. Çünki, iddiaçının işlədiyi illər ilə bağlı müddət konkret müəyyən olunmadığından, məhkəmə iddiaçının işə daxil olduğu ilin son gününü iddiaçının dəqiqləşmə barədə ərizəsinə uyğun olaraq və Kəlbəcər rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyi tarixədək olan müddəti iddiaçının sığorta stajına daxil edir.

23. Cavabdeh iddiaçının həmin dövrdə işlədiyi müddəti sığorta stajına daxil etmir və bu halı onunla əsaslandırır ki, "xxxx" ASC tərəfindən verilmiş arayış ilə əmək kitabçasında əks olunan qeydlər arasında ziddiyyətli məqamlar mövcuddur. Bununla bağlı məhkəmə qeyd edir ki, doğrudur, iddiaçının "xxxx" ASC-də işlədiyi müddət əmək kitabçasında əks olunmamışdır. Lakin məhkəmə icraatı zamanı təqdim olunmuş Qaraçuxur Tikinti Quraşdırma tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək 3-cü dərəcəli betonçu vəzifəsində işləmişdir. Göründüyü kimi müəssisəsinin özü də iddiaçının həmin dövrdə betonçu vəzifəsində işlədiyini təsdiq etmişdir.

24. Lakin məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq aidiyyəti orqanlara sorğular ünvanlanmış və aparmış olduğu araşdırma nəticəsində iddiaçının həqiqətən də xx.xx.1993-cü il tarixdən etibarən Qaraçuxur Tikinti Quraşdırmada betonçu vəzifəsində işlədiyini müəyyən etmişdir. Bu hal, yəni iddiaçının həmin dövrdə işləməsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunmuş "xxxx" ASC-nin xx.xx.2001-ci il tarixinə əmək kollektivi üzvlərinin siyahısında öz əksini tapmışdır. Göründüyü kimi iddiaçının "xxxx" ASC-də işləməsini təsdiq edən dəlillər mövcud olduğundan, həmin müddət sığorta stajına daxil edilməlidir.

25. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.1993-cü il tarixdən etibarən Qaraçuxur Tikinti Quraşdırmada betonçu vəzifəsində işləsə də, o, xx.xx.2002-ci il tarixdə başqa vəzifəyə keçirilmişdir ki, bu da onun sığorta stajına daxil edilməli müddətin xx.xx.1993-xx.xx.2002 dövrləri əhatə etdiyini göstərir.

26. Eyni zamanda, baxmayaraq ki, Əmlak Məsələləri Dövlət Xidməti ilkin sorğuya cavab məktubunda iddiaçının xx.xx.1999-cu il tarixdən "xxxx" ASC-də işlədiyini qeyd etsə də, daha sonra əmək kollektivi üzvlərinin siyahısını təqdim etmişdir ki, həmin siyahıda iddiaçının xx.xx.1993-cü il tarixdən işlədiyi müəyyən olunmuşdur.

27. Beləliklə, iddiaçının "xxxx" ASC-də xx.xx.1993- xx.xx.2002 dövrü əhatə edən müddət onun sığorta stajına daxil edilməlidir.

28. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7376/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsində birinci icraat

29. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-1229/2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-7376/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

30. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Kassasiya instansiya məhkəməsində icraat

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1825/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1229/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı qismən – “iddiaçının 1985-1993cü illərdə Kəlbəcər rayon Aqrar-Sənaye Birliyində işlədiyi müddətin iş stajına daxil edilməsi” hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir. Qərar “xx.xx.1979– xx.xx.1985-ci və xx.xx.1993–xx.xx.2002-ci illərin sığorta stajına daxil edilməsi barədə” tələblərə aid hissədə dəyişdirilmədən saxlanılmışdır.

32. Kassasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir.

33. İddiaçıya məxsus əmək kitabçasında onun 1985-1993-cü illərdə Kəlbəcər rayon Aqrar-Sənaye Birliyində işlədiyi qeyd olunsa da, onun həmin təşkilata işə qəbul edildiyi və işdən çıxdığı ay və gün, həmçinin işə qəbulun və işdən çıxmanın əsaslarına dair məlumatlar (əmr, sərəncam və s.), həmin iş yeri ilə bağlı qeydi imzalayan şəxs, onun vəzifəsi (məsul şəxs olduğu) göstərilməmiş, qeydlər həmin hüquqi şəxsin və ya onun hüquq varisinin möhürü ilə təsdiq edilməmişdir.

34. Beləliklə, iddiaçının öz tələbinin əsası kimi əsaslandığı əmək kitabçasındakı məlumatların əmək pensiyası təyin edilməsi və ya yenidən hesablanması üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirmədiyi nəzərə alındıqda, iddiaçının 1985-1993-cü illər üzrə iş stajının qeyd-şərtsiz qəbul edilməsi istisna edilir.

35. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, “iddiaçının işlədiyi Kəlbəcər rayon X10 ilə bağlı arxiv sənədlərinin olmaması və əmək haqqı cədvəllərinin aşkar olunmaması (işğal zonasında qalması) iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2-1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı)”.

36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin məzmunda qənaətini əsaslı etmir. Belə ki, əvvəla, iddiaçı hazırkı məzmunda tələbinin əsaslarını sübut etmək yükünü daşıyır. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçının əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi və ya yenidən hesablanması üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir.

37. Məhkəmə təcrübəsinə, hazırkı halda, Ali Məhkəmənin № 2-1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına istinada gəldikdə, həmin qərarın aid olduğu işdə işçinin vəzifəsi, işə daxil olduğu və işdən çıxdığı tarix, həmin faktlara dair əsaslar göstərilmiş, əlavə olaraq, həmin məlumatlar arxiv arayışı ilə təsdiq olunmuşdur. Arxivə təqdim olunmayan və ya arxivdə saxlanılmayan isə, işçiyə əməkhaqqının ödənildiyinə dair məlumatlar olmuşdur. Başqa sözlə, iddiaçının əmək kitabçasındakı məlumatlar əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirmiş, mötəbərliyi özü-özlüyündə şübhə doğurmamışdır.

38. Hazırkı işdə vəziyyət fərqlidir. Belə ki, iddiaçının 1985-1993-cü illər üzrə iş stajına dair əmək kitabçasındakı məlumatlar özü-özlüyündə həqiqi vəziyyəti tam və düzgün əks etdirmədiyindən iddiaçının həmin məzmunda tələbinin əsasları digər mötəbər sübutlarla tamamlanmalıdır.

39. Şikayət iddianın təmin olunan digər hissələrinə - “xx.xx.1979–xx.xx.1985-ci və xx.xx.1993–xx.xx.2002-ci illərin sığorta stajına daxil edilməsi barədə” tələblərə münasibətdə əsassızdır və həmin hissələrdə rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilən digər hissələrinə münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

d) Apellyasiya şikayətinin dəlilləri

40. Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçı əmək kitabçasında qeyd edilmiş 1985-1993-cü illər üzrə Kəlbəcər Rayon X5 işlədiyi dövrlərin doldurulma qaydası pozulduğu üçün (işə daxilolma, işdən çıxma əmrləri olmadığı və möhürlə təsdiq edilmədiyi üçün) həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Lakin birinci instansiya məhkəməsi qeyd olunan dövrləri tam araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən heç bir əsas olmadan ehtimal əsasında xx.xx.1985xx.xx.1993-cü il tarixləri sığorta stajına daxil etməklə iddianı təmin etmişdir. Belə ki, məhkəmənin mövqeyinə əsasən sözügedən dövr üzrə əmək kitabçasında işə qəbul, daimi başqa işə keçirmək, işdən çıxarma barədə səhv və qeyri-dəqiq yazılara görə cavabdehlik məhz işəgötürənin məsuliyyətindədir. xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Hazırkı işdə isə iddiaçının təqdim etdiyi əmək kitabçasında onun tərtib edildiyi xx.xx.2006-cı il tarixədək olan müddətə dair qeydləri birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının tələbləri nəzərə alınmaqla tədqiq etməməklə, iddiaçının əmək kitabçasında göstərilən qeydlərinin hansı sənədə istinadən yazıldığı göstərilməmişdir. Eyni zamanda, iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1979-ci il tarixədək hərbi xidmət illər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajı 8 il 8 ay olduğu halda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. e) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

f) Prosses iştirakçılarının izahatları

42. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

43. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

44. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

45. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür)

Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır.

46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”:

Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydası”

Bənd 4.1 Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işə götürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən. 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən.

48.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

49. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktınqəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

50. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

51. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

52. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

53. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

54. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

56. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

57. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

58. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

59. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı xx.xx.1979 – xx.xx.1985-ci il tarixədək aldığı təhsil, xx.xx.1985 – xx.xx.1993-cü il, xx.xx.1993 – xx.xx.2002-ci illər ərzində isə işlədiyi iş stajının ümumi iş stajına daxil etməklə onun yaşa görə əmək pensiyasının yenidən hesablanmasına yönəlmişdir.

60. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsin əmək pensiyasının yenidən hesablanmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

61. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.

62. İddiaçının əmək kitabçasında qeyd olunan mübahisəli dövrləri nəzərə almamasına rəğmən, iddiaçıya məxsus əmək kitabçasının həmin dövrlərə aid qeydlərinin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı mötəbər sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə icraatının gedişində də həmin dövrlərə aid qeydlərin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı hal müəyyən olunmamışdır. Odur ki, məhkəmələr haqlı olaraq iddiaçının əmək kitabçasını onun həmin dövrlərlə bağlı stajını təsdiq edən mötəbər sübut kimi qiymətləndirmişlər.

63. Hazırkı qərarın 45-47-ci bəndlərində göstərilən normaların tələbləri baxımından iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Əks təqdirdə əmək kitabçası institutu öz mahiyyətini itirmiş olardı.

64. Nəzərə alınmalıdır ki, əmək kitabçasının iş illərinə dair qeydləri ilə bağlı müvafiq sənədlərin arxivə təhvil verilməməsi iddiaçının məsuliyyət sferasına aid edilə və onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz.

65. İşin yuxarıda qeyd olunan faktiki hallarına əsasən müəyyən olunur ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmiş, pensiyanın məbləği 307,79 manat müəyyən edilmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək onun 29 noyabr 1979 – 28 may 1985-ci il tarixədək aldığı təhsil, 31 dekabr 1985 – 02 aprel 1993-cü il, 10 may 1993 – 26 yanvar 2002-ci illər ərzində isə işlədiyi iş stajının sığorta stajına daxil edilməsini xahiş etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh iddiaçının müraciətinə imtinanı aşağıdakı hallar ilə əsaslandırmışdır: - İnzibati orqana əyani təhsil haqqında arayışın təqdim edilməməsi; - Əmək kitabçasında iddiaçının Kəlbəcər rayonu X5 işləməsi ilə bağlı işə daxilolma, işdən çıxma barədə əmrlərin olmaması və möhürlə təsdiq edilməməsi; - "xxxx" ASC tərəfindən verilmiş arayış ilə əmək kitabçasında əks olunan qeydlər arasında ziddiyyətli məqamların olması.

66. Hazırda cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili odur ki, İddiaçı əmək kitabçasında qeyd edilmiş 1985-1993-cü illər üzrə Kəlbəcər Rayon X5 işlədiyi dövrlərin doldurulma qaydası pozulduğu üçün (işə daxilolma, işdən çıxma əmrləri olmadığı və möhürlə təsdiq edilmədiyi üçün) həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Lakin birinci instansiya məhkəməsi qeyd olunan dövrləri tam araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən heç bir əsas olmadan ehtimal əsasında xx.xx.1985xx.xx.1993-cü il tarixləri sığorta stajına daxil etməklə iddianı təmin etmişdir.

67. Apellyasiya şikayətinin yuxarıda qeyd olunan dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş); -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır.

68. Kəlbəcər rayonu Aqrar Sənayesində işlədiyi illərin (31 dekabr 1985 – 02 aprel 1993- cü il) ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olubolmaması istiqamətində qiymətləndirmənin aparılması üçün məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın müddəalarınına istinad edir.

69. 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

70. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

71. İddiaçının əmək kitabçasından görünür ki, o, 1985 – 1993-cü illərdə Kəlbəcər rayon X5 zoomühəndis üzrə əmək fəaliyyətini icra etmişdir.

72. Məhkəmə kollegiyası iddiaçıya həmin dövrdə onunla birlikdə Xanlar adlı kolxozda işləmiş şəxslərin şahid qismində məhkəməyə gətirilməsini eyni zamanda həmin şəxslərə məxsus Xanlar kolxozunda işlədiklərini sübut edən sənədlərin məhkəməyə təqdim edilməsini məqsədəmüvafiq hesab etmişdir.

73. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində iştirak etmiş X3 bildirmişdir ki, 1988-1991-ci illər ərzində Kəlbəcər rayonu, Xanlar adına kolxozda iqtisadçı vəzifəsində işləmişdir. İddiaçı da həmin dövrdə onunla həmin kolxozda işləmişdir. Hətta iddiaçı həmin kolxozda ondan əvvəl işləməyə başlamışdır. Belə ki, Ədalət Əsədov ilk dəfə orada işləməyə başlayan zaman iddiaçı artıq orada çalışırdı.

74. Həmçinin, məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində iştirak etmiş X7 bildirmişdir ki, o, həmin dövrdə Xanlar adına kolxozda işləmişdir, tarixlə bağlı məsələlər qaydasındadır. Bizim kolxoz da həmin birliyə aid idi. Bütün kolxoz və sovxozlar birliyə aid olur, sənədlər kolxozun özündə qalır, onlar da işğal zamanı Kəlbəcərdə qalmışdır. İddiaçı 1985-1993-cü illərdə orada işləyib. Şahid isə 1985-ci ildə kolxozda iqtisadiyyatçı olmuş, 1987-ci ildə kolxozun sədri kim işləmiş, 1992-ci ildə isə işdən çıxmışdır.

75. Şahidlərin həmin kolxozda işləmələri iş materialları ilə sübuta yetirilmişdir.

76. Cavabdeh inzibati orqanın istinadlarına görə iddiaçının Kəlbəcər rayon X5 işlədiyi zoomühəndis üzrə əmək fəaliyyətini əks etdirən əmrlərin (işə daxilolma və işdən çıxma) tarixləri və nömrələri əks olunmadığından, həmin dövrün sığorta stajına daxil edilməsini istisna edir. Məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə razılaşmır və bunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın müddəaları ilə əsaslandırır. Belə ki, həmin Qaydaların: 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndinə əsasən müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən aparılır. 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.

77. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

78. İddiaçının işlədiyi Kəlbəcər rayon X10 ilə bağlı arxiv sənədlərinin olmaması və əmək haqqı cədvəllərinin aşkar olunmaması (işğal zonasında qalması) iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

79. Beləliklə, qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə əmək kitabçasında işə qəbul, daimi başqa işə keçirmək, işdən çıxma barəsində səhv və qeyridəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Əmək kitabçasında olan məlumatlara görə isə məhz işəgötürənin özü cavabdehlik daşıyır. Başqa sözlə desək iddiaçının əmək kitabçasında işə daxilolma və işdən çıxma barədə əmrlərin tarixləri və nömrələrin olmaması iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun məsuliyyət sferasını əhatə etmir.

80. Məhkəmə kollegiyası iddia tələbinə etirazın dəlillərinin apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini bildirir, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür və cavabdehin apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsasını təşkil etmir.

81. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilən digər hissələrinə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

82. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

83. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7376/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

84. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7376/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar