Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-602/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, hakimlər X10 və X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X12 1 saylı Bakı Ərazi şöbəsinə qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3219/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə iclasında baxaraq, Müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3219/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı X8 xx.xx.1976-cı ildən xx.xx.2004-cü ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə müraciət etdiyi gündən əmək pensiyasının hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim T.Əsədova). Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X12 Yasamal rayon Şöbəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X12 1 saylı Bakı Ərazi şöbəsi ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X12 Yasamal rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı X8 xx.xx.1976-cı ildən xx.xx.2004-cü ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə müraciət etdiyi gündən əmək pensiyasının hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1955-ci ildə Laçın rayonunun Minkənd kəndində doğulmuş, xx.xx.1976-cı ildən xx.xx.2004-cü ilə qədər 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı X8 usta və iş icraçısı vəzifəsində işləmişdir.Yaşa görə əmək pensiyasının təyin olunması üçün DSMFnin Yasamal rayon Şöbəsinə ərizə ilə müraciət etmiş, lakin, cavabdeh inzibati orqan imtina məktubu ilə ona pensiya təyin olunmasından imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, işlədiyi dövrlərin düzgünlüyü öz təsdiqini tapmamışdır. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və cavabdehin nümayəndəsinin izahatı: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, izhatında göstərmişdir ki, məhkəmə tərəfindən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar araşdırılmamışdır. Şöbə tərəfindən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Tresti ********** saylı VÖEN-lə xx.xx.2005-ci il tarixdən yaşayış və qeyri-yaşayış binalarının tikintisi fəaliyyətinə başlamışdır. Dövlət mülkiyyətinə aid olan 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin xx.xx.2009-cu il tarixdən fəaliyyəti dondurulmuşdur.Həmin trestin 4 saylı X14 isə DSMF-nin Laçın rayon şöbəsində sığortaedən kimi qeydiyyatda olmamışdır. Nümayəndə hesab etmişdir ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.2004-cü ilədək olan dövrlərdə 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı X8 işləməsi barədə iddiası yalnız onun əmək kitabçasında aparılan qeydlər əsasında təsdiqlənə bilməz.Məhkəmə qərarında qeyd olunur ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006- cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Məhkəmənin 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı X14 də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqları üzrə xx.xx.2006- cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinməsini əsas gətirirək, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.2004-cü ilədək olan dövrlərdə 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı X8 işləməsi qənaətinə gəlməklə, iddiaçının iddiasının təmin edilməsi barədə çıxardığı qərar “Sosial sığorta haqqında”, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının, eləcə də müvafiq dövrlərdə məcburi dövlət sosial sığortası üzrə borcların restrukturizasiya edilməsi barədə verilmiş sərəncamların tələbləri ilə ziddiyyət təşkil edir.Belə ki, 1992-ci ildən hal-hazıradək olan dövr ərzində yuxarıda qeyd olunan qanun və sərəncamlarla məcburi dövlət sosial sığortası üzrə əsas borcların silinməsi nəzərdə tutulmamışdır. Silinməsi həyata keçirilən borclar sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığortası üzrə əsas borcların vaxtında ödənilməməsinə və sosial sığorta sahəsində müvafiq qanunvericiliyin tələbləri pozulmasına görə tətbiq olunmuş penya və ya maliyyə sanksiyaları üzrə yaramış borc məbləğlərindən ibarət olmuşdur. Məcburi dövlət sosial sığortası üzrə tətbiq olunmuş penya və ya maliyyə sanksiyaları üzrə yaramış borcların silinməsi sosial sığorta stajının təsdiq edilməsi üçün əsas ola bilməz.Yuxarıda qeyd olunanlara əsasən nümayəndə hesab etmişdir ki, məhkəmə qərarı bir sıra maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə çıxarıldığına görə ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə kollegiyasının ilkin iclasında izhat vermiş iddiaçının nümayəndəsi X13 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X13 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi hakimin məruzəsini, cavabdehin nümayədəsinin izahatını dinləyərək, apellyasiya şikayətininin dəlillərini araşdıraraq, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. İşdə olan Yasamal RPİ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə Laçın rayonunda doğulmuşdur. İşdə olan AA 082996 №-li Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1992-ci ildən Laçın rayonundan məcburi köçkün düşmüşdür. İşdə olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı X8 xx.xx.1976-cı ildən xx.xx.2004-cü ilədək işləmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMFnin Yasamal rayon Şöbəsinə ərizə ilə müraciət etmişdir. DSMF-nin Yasamal rayon Şöbəsi iddiaçıya onun müraciətinin təmin olunmaması barədə xx.xx.2019-cu il **********89 №-li imtina məktubu ünvanlamışdır. Adıçəkilən məktubda imtinanın əsası kimi 1976-2004-cü illər üzrə iş stajının düzgünlüyünün öz əksini tapmaması qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi aşağıdakı hüquqi əsaslara görə hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. «Əmək pensiyaları haqqında» AR Qanununun: 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir; 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. AR DSMF-nin Kollegiyasının 2011-ci il 21 noyabr tarixli, 17 №-li Qərarı ilə təsdiq olunmuş və «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndinə əsasən pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə xx.xx.2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. AR ƏƏSMN Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1-ci bəndinə əsasən xx.xx.2006-cı ilədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Birinci instansiya məhkəməsi hazırda qüvvədə olan Qaydalarda da xx.xx.2006-cı ilə qədər sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit etdiyini qeyd etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir və hesab etmişdir ki, qanunvericiliklə həmin müəssisə də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 01 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işdə olan İddiaçı adına verilmiş əmək kitabçasının təsdiq edilmiş surərində olan qeydlərdən görünür ki, iddiaçı xx.xx.1976-cı ildə Azərbaycan Respublikası 13 saylı Rayonlararası İstehsalat Təmir X3 baş usta vəzifəsinə təyin edilmişdir və həmin idarədə xx.xx.2004-cü ilə qədər işləmişdir. Həmin əmək kitabçasında iddiaçının işləməsi barədə qeydin həqiqətə uyğun olmadığı müəyyən edilir. Belə ki, 1976-cı ildə Azərbaycan SSR mövcud olduğu halda, əmək kitabçasında "Azərbaycan Respublikası" qeyd edilmişdir. Bundan əlavə, apelyasiya şikayətinə əlavə edilmiş DSMF-nun "Sığortaedənlərin Reyestri-Monitorinq" məlumat bazasından olan çıxarışdan görünür ki, Xocavənd rayon Vergilər Şöbəsində uçota alınmış dövlət mülkiyyətinə əsaslanan 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Tresti ********** saylı VÖEN-lə xx.xx.2005-ci il tarixdən yaşayış qeyri-yaşayış binalarının tikintisi fəaliyyətinə başlamışdır. 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı X9 hüquqi şəxs və sığortaedən kimi qeydiyyatda olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İşdə olan AR VN yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəməyə ünvanlandığı xx.xx.2019-cu il tarixli **********829700 saylı məktubunda 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı X14 adlı kommersiya qurumun aşkar edilmədiyi barədə bildirilmişdir. İdarə dövlət mülkiyyətində olduğuna görə AR Əmlak Məsələləri Dövlət Komitəsinə sorğu göndərilmiş və məhkəmənin sorğusuna əsasən AR Əmlak Məsələri Dövlət Komitəsi xx.xx.2020-ci il tarixli, **********794 saylı məktubunda 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı X14 barədə hər hansı məlumatın aşkar edilmədiyi barədə bildirilmişdir. Qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1976-cı ildən xx.xx.2004-cü ilədək olan dövrlərdə 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı X8 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi barədə iddiası yalnız onun əmək kitabçasında aparılan qeydlər əsasında təsdiqlənə bilməz. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Bundan başqa, birinci instansiya məhkəməsinin qərarında «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» AR Qanununun 1-ci maddəsinə əsaslanaraq sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silinməsi və qanunvericiliklə həmin müəssisə də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcların xx.xx.2018-ci il tarixdən silinməsi qənaətə gəlməsi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, 1992-ci ildən hal-hazıradək olan dövr ərzində yuxarıda qeyd olunan qanun və sərəncamlarla məcburi dövlət sosial sığortası üzrə əsas borcların silinməsi nəzərdə tutulmamışdır. Silinməsi həyata keçirilən borclar sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığortası üzrə əsas borcların vaxtında ödənilməməsinə və sosial sığorta sahəsində müvafiq qanunvericiliyin tələbləri pozulmasına görə tətbiq olunmuş penya və ya maliyyə sanksiyaları üzrə yaramış borc məbləğlərindən ibarət olmuşdur. Məcburi dövlət sosial sığortası üzrə tətbiq olunmuş penya və ya maliyyə sanksiyaları üzrə yaramış borcların silinməsi sosial sığorta stajının təsdiq edilməsi üçün əsas ola bilməz. Ona görə də yekunda məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı bir sıra maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıladığına görə apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3219/2019 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94, 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3219/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X12 Yasamal rayon Şöbəsinə qarşı pensiyanın təyin edilməsi barədə iddia tələbi rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-602/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-602/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver