Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-602/2025 24.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “pul məbləğinin ödənilməsi və s” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5045/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı Cavabdehnə qarşı “pul məbləğinin ödənilməsi və s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək iddiaçının yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiyi üçün 18 ay üzrə əmək haqqısının 3 misli, ümumilikdə 40932 manat pul məbləğinin ödənilməsinin, əsassız sərəncamda saxlanıldığı 9 ay üzrə ödənilməmiş əmək haqqının və müavinətlərə görə cəmi 19146,10 manat pul məbləğində əmək haqqısının gecikdirilməsinə görə cəmi 55024,24 manat pul məbləğində ödəncin, ümumilikdə 74170,34 manat məbləğində pulun ödənilməsinin, xilasetmə əməliyyatlarına cəlb edilməsinə görə 4950 avro pul məbləğində ezamiyyə xərclərinin ödənilməsinin və son hesab haqqının ödənilməsinin 3 ay gecikdirilməsinə görə ödənişin hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Sonradan iddia tələbinə yenidən dəqiqləşmə verilərək iddiaçının yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiyi üçün 18 ay üzrə əmək haqqısının 3 misli, ümumilikdə 40932 manat pul məbləğinin ödənilməsinin, əsassız sərəncamda saxlanıldığı 9 ay üzrə ödənilməmiş əmək haqqının və müavinətlərə görə cəmi 19146,10 manat pul məbləğində əmək haqqısının gecikdirilməsinə görə cəmi 55024,24 manat pul məbləğində ödəncin, ümumilikdə 74170,34 manat məbləğində pulun ödənilməsinin və son hesab haqqının ödənilməsinin 3 ay gecikdirilməsinə görə ödənişin hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5045/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilərək, iddiaçının sərəncamda saxlanıldığı 9 ay üzrə cəmi 19146,10 manat pul vəsaitinin İddiaçı ödənilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı həmin qərardan apelyasiya şikayəti verərək iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh hərbi qulluqçuları üçün gecikdirilmiş günlərə görə faiz ödənişi tələb edən xüsusi bir qanunvericiliyi mövcud deyil. Belə vəziyyətlərdə, hərbi qulluqçuların hüquqlarının pozulmaması üçün analogiya üzrə Əmək Məcəlləsinə müraciət etmək məqsədəuyğun olar. Bu, mövcud qanunvericilik boşluqlarını doldurmaq və hüquqi ədalət prinsiplərini qorumaq üçün mümkündür. Analogiya hüquqi praktikada, konkret bir norma mövcud olmadıqda oxşar vəziyyətlərə uyğun qanunların tətbiq edilməsi üsuludur. Burada məqsəd, hərbi qulluqçuların da mülki işçilər kimi hüquqlarının pozulmaması və gecikmələrə görə kompensasiya alma hüququnun təmin edilməsidir. Əmək Məcəlləsi, mülki işçilər üçün müəyyən edilmiş qaydaları tənzimləyir, lakin hərbi qulluqçular üçün oxşar hüquqi mexanizmlər olmadığından, biz analoji olaraq Əmək Məcəlləsinin bu məsələyə uyğun qaydalarını tətbiq etmək istəyirik. Bu yanaşma hərbi qulluqçuların hüquqlarının qorunması və gecikdirilmiş ödənişlərə görə kompensasiya tələb etmək üçün əsas yaratmağa kömək edə bilər. Belə ki, sərəncamın 9 ayı üzrə ödənilməmiş 18386.1 (on səkkiz min üç yüz səksən altı manat 10 qəpik) manat əməkhaqqının açıqlaması apelyasiya şikayətində qeyd edilən cədvəldə öz əksini tapır. Cədvəldə aylar üzrə hər bir ödənişin gecikmə günlərin sayı və ona hesablanan ödəncin məbləği ayrı göstərilib. İddiaçı sərəncamın 9 ayı üzrə ödənilməmiş əməkhaqqı məbləği cəmi 18386.1 (on səkkiz min üç yüz səksən altı manat 10 qəpik) manat olmuşdur, bu halda cavabdeh tərəfindən ona hər gecikdiriİmiş günə görə 1% olmaqla ödənilməli olan ödənc 53785.44 manat pul məbləğindədir və cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Həmçinin İddiaçı xx.xx.2023-cü il tarixdə öz arzusu ilə Cavabdehndən ehtiyata buraxıldığından sonra ona son hesab haqqının (işdən çıxma müavinətinin) ödənilməsi cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallallar Nazirliyi tərəfindən 3 ay gecikdirilmişdir və 4834 (dörd min səkkiz yüz otuz dörd) manat məbləğində pul vəsaiti dövlət qurumlarına şikayət nəticəsində iddiaçıya xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Bu səbəbdən, cavabdeh Azərbaycan Respublikası Cavabdeh İddiaçı, iddiaçının son hesab haqqının (işdən çıxma müavinətinin) ödənilməsi 3 ay gecikdirilməsinə görə ödəncin hesablanaraq ödənilməlidir. AR Prezidentin sərəncamı və AR Nazirlər Kabinetinin qərarları normativ-hüquqi aktlardan biridir və onun hüquqi qüvvəsi birbaşa olaraq AR Konstitusiyasının 147 və 148-ci maddələrinə əsaslanır. AR Prezidentin sərəncamında və AR Nazirlər Kabinetinin qərarlarında göstərilən hər hansı bir məbləğin ödənilməsi və ya bununla bağlı müddətlərin təyin edilməsi birbaşa dövlət başçısının səlahiyyətindədir. Nazirlik isə mərkəzi icra hakimiyyəti orqanıdır və onun funksiyası dövlət başçısının və AR Nazirlər Kabinetinin qanunvericilik aktlarının icrasını təmin etməkdir. Buna görə də. AR Prezidentinin sərəncamı və AR Nazirlər Kabinetinin ilə müəyyən olunan məbləğin ödəniş müddətini nazirlik öz əmri ilə dəyişdirə bilməz və ya qısalda bilməz, çünki bu, prezidentin səlahiyyətlərinə müdaxilə kimi qiymətləndirilə bilər. Nazirlik yalnız sərəncamın icrasını təmin etməli və qanun çərçivəsində fəaliyyət göstərməlidir. Həmçinin AR Nazirlər Kabinetinin həmin qərarında da sözügedən ödənişlərin həyata keçirilməsi müddəti 2020-ci ilin mart ayından 2024-cü il yanvar ayınadək müəyyənləşdirilmişdir. Məhkəmənin Azərbaycan Respublikası Prezidentinin Sərəncamına, AR Nazirlər Kabinetinin Qərarına nəzər yetirməməsi və cavabdeh AR FHN-nin əmrinə istinad edərək qərar qəbul etməsi absurddur. AR FHN-nin Tibb Xidməti rəisi tibb xidməti polkovniki Pərviz Vəliyevin 14 avqust 2020-ci i! tarixli 0058/e nömrəli və 28 mart 2022-ci il tarixli 0020/ş nömrəli əmrlərindən də göründüyü kimi, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Cavabdeh Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan X3 işləmişdir. Cavabdeh tərəfindən iddiaçıya yalnız 7 ay üzrə əmək haqqınınn 3 mislində ödəniş edilmiş, lakin geridə qalan 18 aya görə ödəniş edilməmişdir. Beləliklə, cavabdeh AR Cavabdeh tərəfindən İddiaçı qalan 18 ay üzrə əmək haqqısının 3 misli, ümumilikdə 40932 (qırx min doqquz yüz otuz iki) manat pul məbləği ödənilməsi təmin edilməlidir. Mənəvi zərərlə bağlı isə qeyd olunur ki, iddiaçı 9 ay müddətində əsassız olaraq sərəncamda saxlanılmışdır və həmin müddət ərzində əmək haqqı almamışdır, bu səbəbdən o borc götürmüş və ailəsinin ehtiyyacalarını qarşılamışdır. Bundan əlavə olaraq, İddiaçı atası X2 uzun müddət ürək çatışmamazlığı digər xəstəliklərdən əziyyət çəkmiş və 08 sentyabr 2023-cü il tarixdə vəfat etmişdir. Cavabdeh tərəfindən iddiaçıya işdən çıxma müavinətinin ödənilməməsi səbəbindən, iddiaçı atasının dəfni, yas mərasimi və digər xərclərinin qarşılanması üçün borc götürmüşdür. Bu səbəbdən İddiaçı həmin müddət ərzində ciddi stres və maddi, mənəvi sarsıntı keçirtmişdir. Beləliklə, iddiaçının cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi iztirabar çəkməsi faktı öz təsdiqini tapır. Mənəvi zərər əvəzində 1500 (min beş yüz) manat pul məbləğimi tələb edilməsi ədalətlidir və şişirdilməmişdir. Bu səbəbdən, həmin hissədə iddiaçının iddia tələbi təmin edilməlidir. Tərəflərin izahatları : Məhkəmə Kollegiyası iclasında iştirak edən iddiaçı tərəf izahatında apelyasiya şikayətini müdafiə edərək, qərarın təmin edilməyən hissədə ləğv edilməsini, iddianın tam təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apelyasiya instansiya məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı təmin edilməyən hissədə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılır. İşin faktiki hallarından aydındır ki, hazırkı halda iddiaçının tələbləri aşağıdakılardan ibarətdir. Sərəncamda saxlanıldığı 9 ay üzrə ödənilməmiş əmək haqqının və müavinətlərə görə cəmi 19146,10 manat pul məbləğində əmək haqqısının gecikdirilməsinə görə cəmi 55024,24 manat pul məbləğində ödəncin, ümumilikdə 74170,34 manat məbləğində pulun ödənilməsi, iddiaçının yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiyi üçün 18 ay üzrə əmək haqqısının 3 misli, ümumilikdə 40932 manat pul məbləğinin ödənilməsi, son hesab haqqının ödənilməsinin 3 ay gecikdirilməsinə görə ödənişin hesablanaraq ödənilməsi. İddiaçının 9 ay üzrə ödənilməmiş əmək haqqının və müavinətlərə görə cəmi 19146,10 manat pul məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi olması hissəsində təmin edilmiş, lakin həmin ödənilməli olan məbləğlərin gecikdirilməsinə görə cəmi 55024,24 manat pul məbləğində ödəncin, ümumilikdə 74170,34 manat məbləğində pulun ödənilməsi hissəsində və son hesab haqqının ödənilməsinin 3 ay gecikdirilməsinə görə ödənişin hesablanaraq ödənilməsi hissəində təmin edilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının tələb etdiyi əmək haqqı və müavinətlərin gecikdirilməsinə, həmçinin son hesab haqqının ödənilməsinin 3 ay gecikdirilməsinə görə əlavə ödənişin hesablanaraq ödənilməsinə dair nə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin xx.xx.2023cü il tarixli, 032 nömrəli əmri ilə müəyyən edilmiş “Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Hərbi X1 dair əmrə əlavədə qeyd olunan müddəalarda nədə hərbi qulluqçuların pul təminatını tənzimləyən hər hansı qanunvericilik normalarında nəzərdə tutulmuşdur. İddiaçı iddia ərizəsində və apelyasiya şikayətində Əmək Məcəlləsinə istinad edərək tələbinin təmin edilməsini xahiş etsə də, Kollegiya birinci instansiya məhkəməsinin bu hissədə də qənaətini haqlı hesab edərək qeyd edir ki, Əmək Məcəlləsinin 6-cı maddəsində açıq şəkildə bu məcəllənin hərbi qulluqçulara şamil edilmədiyini qeyd edilmişdir. Həmçinin Kollegiya qeyd edir ki, sözügedən gecikmələrə görə ödənişin dəymiş ziyan kimi hesablanmasına dair iddiaçının tələbi əsassızdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin: -21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür -1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Qeyd edilən maddələrin məzmununa görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Qeyd olunanlara əsasən Kollegiya birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd edir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi sübuta yetirilmədiyindən, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması, sübut olunmur. Eyni zamanda, iddia tələbindən göründüyü kimi zərərin hansı qaydada hesablanmalı olması, hansı məbləğdə olmasına dair də mövqe mövcud olmamış, ümumilikdə gecikdirilmə istinad edilmişdir ki, hər bir halda iddianın təmini istisna edilməlidir. İddiaçı həmçinin apelyasiya şikayətində qeyd etmişdir ki, o 9 ay müddətində əsassız olaraq sərəncamda saxlanılmışdır və həmin müddət ərzində əmək haqqı almamışdır, bu səbəbdən o borc götürmüş və ailəsinin ehtiyacalarını qarşılamışdır. Bundan əlavə olaraq, İddiaçı atası X2 uzun müddət ürək çatışmamazlığı digər xəstəliklərdən əziyyət çəkmiş və 08 sentyabr 2023-cü il tarixdə vəfat etmişdir. Cavabdeh tərəfindən iddiaçıya işdən çıxma müavinətinin ödənilməməsi səbəbindən, iddiaçı atasının dəfni, yas mərasimi və digər xərclərinin qarşılanması üçün borc götürmüşdür. Bu səbəbdən İddiaçı həmin müddət ərzində ciddi stres və maddi, mənəvi sarsıntı keçirtmişdir. Beləliklə, iddiaçının cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi iztirabar çəkməsi faktı öz təsdiqini tapır. Mənəvi zərər əvəzində 1500 (min beş yüz) manat pul məbləğimi tələb edilməsi ədalətlidir və şişirdilməmişdir. Bu səbəbdən, həmin hissədə iddiaçının iddia tələbi təmin edilməlidir. Apelyasiya şikayətinin göstərilən hissəsi ilə bağlı qeyd edilməlidir ki, İnzibati Prosessual Məcəllənin 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Hazırkı iş üzrə isə iş materiallarından müəyyən edilir ki, mənəvi zərərlə bağlı iddiaçının birinci instansiya məhkəməsində hər hansı tələbi mövcud olmamışdır. Belə ki, iddiaçı iddia ərizəsində ona mənəvi zərərə görə 1500 (min beş yüz) manat pul məbləğinin ödənilməsinə dair qərar çıxarılmasını xahiş etsə də, sonradan iddia tələbinə dəqiqləşmə verərək həmin tələbdən imtina etmişdir. Odur ki, apelyasiya şikayətinin qeyd olunan dəlili də əsassızdır. İddiaçının yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiyi üçün 18 ay üzrə əmək haqqısının 3 misli məbləğində pul vəsaitinin ona ödənilməsi ilə bağlı tələbinə münasibətdə isə qeyd edilməlidir ki, cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli, 112 nömrəli qərarının icrası məqsədilə yeni növ koronovirus təhlükəsinin yayılmasının qarşısının alınması istiqamətində tibbi profilaktik tədbirləri həyata həyata keçirən siyahıda qeyd olunan işçilərin əməkhaqqlarına aylıq vəzifə maaşına əlavələr ödənilməsi ilə bağlı 2 dəfə əmr qəbul edilmiş, hər iki siyahıda iddiaçının adı olmuş və Nazirliyin 033 nömrəli 02 aprel 2020-ci il tarixli əmri ilə 2020-ci ilin mart ayının 1-dən iyun 1-dək, 068 nömrəli 07 sentyabr 2020-ci il tarixli əmrə əsasən isə iddiaçıya 2020-ci ilin iyun ayının 1-dən oktyabr 1-dək, müddət üçün əlavələr ödənilmişdir. Göründüyü kimi, iddiaçıya əməkhaqqlarına aylıq vəzifə maaşına 01 mart 2020-ci il tarixindən 01 oktyabr 2020-ci il tarixədək müddət üçün əlavə ödənişin edilməli olması müvafiq əmrlər əsasında təsdiqini tapmış və ödəniş həyata keçirilmişdir. Odur ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, 7 aydan əlavə 18 ay üzrə hər hansı ödənişin edilməli olmasına dair cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi olmamış, həmin ödənişin tələb edilməsi üçün normativ əsas mövcud olmamışdır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, iddiaçının apelyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5045/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-602/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-602/2025
24.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver