Məhkəmə qərarları › İş №2-1(103)-603/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-603/2023

16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-603/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndələri Nümayəndə (ləğvetmə komissiysının sədri) və Vəkil2 (vəkil), cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" ASC Ləğvetmə Komissiyasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) "daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-666/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı "xxxx" ASC Ləğvetmə Komissiyası cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 10 ünvanda yerləşən qeyri- yaşayış sahəsinin (texniki pasportda göstərilən göstəricilərə uyğun olaraq) dahınmaz əmlakın dövlət reyestrində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) adına qeydə alınması və buna dair müvafiq öhdəliyin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə Azərbaycan Respublikası İqdisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 41 saylı, 17 iyul 2001- ci il tarixli Sərəncamı ilə «Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı» rəhbər tutularaq, Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Dövlət müsəssisəsinin səhmdar cəmiyyətinə çevirilməsinin qaydaları haqqında Əsasnamə»yə uyğun olaraq, «Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001ci il 22 mart tarixla 651 nömrəli sərəncamının icrasını təmin etmək məqsədi ilə Dənizdə Neft və X1 tabeçiliyində olmuş Bakı şəhəri, Səbail rayonu, Şimal körpüsü 3 ünvanda yerləşən İstehsalat Xidməti Mərkəzi Bazasının bazasında "xxxx" açıq səhmdar cəmiyyətinin yaradılması qərara alınmışdır. Beləliklə, İstehsalat Xidməti Mərkəzi Bazası dövlət əmlakının özəlləşdirilməsi əsasında «İstehsalat Xidməti Mərkəzi Bazası - DNQ-4» açıq səhmdar cəmiyyətinə çevirilmiş, bununla da Bazanın əmlakı səhmdar cəmiyyətinin balansına verilmişdir. Belə ki, Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208- 1 saylı Qanunu ilə təsdiq edilmiş «Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında” Əsasnamə»nin 7.3-cü bəndinə əsasən dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan müəssisə çevrilmiş, onun əmlakı isə səhmdar cəmiyyətinin balansına verilmiş hesab olunur. "xxxx" ASC Bakı Vergilər Departamentinin X3 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış və buna dair dövlət reyestrindən çıxarış verilmişdir. Bazanın balansında olmuş, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 10 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair 25 noyabr 2005-ci il tarixdə Azərbaycan Repsublikası İqtisadi İnkişaf Nazirliyi Əmlakın İnventarlaşdırılması bürosu tərəfindən ASC-nin adına texniki pasport tərtib edilmiş və balans saxlayıcı və mülkiyyətçi kimi "xxxx" ASC göstərilmişdir. ASC-nin ümumi yığıncağının 29 iyun 2018-ci il tarixli qərarı ilə Cəmiyyətin Ləğvetmə prosesinə başlanılmış və buna müvafiq olaraq ləğvetmə komissiyası yaradılmışdır. Bazanın balansında olmuş və çevrilmə nəticəsində Cəmiyyətin bälansına verilmiş - Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 10 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin dahınmaz əmlakın dövlət reyestrində Cəmiyyətin adına qeydə alınması üçün cavabdehə müraciət olunmuş, lakin sonuncu tərəfindən qeydiyyatın aparılmasından imtina olunmuşdur . Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında iddianı qəbul etməmiş, mümkün sayılmamasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının idarəyə müraciəti ilə əlaqədar torpaq sahəsinə texniki baxış keçirilərkən şərait yaradılmamış, ərizəsinin icrası mümkün olmamışdır. İddiaçının eyni məzmunlu xx.xx.2013cü il taixində müraciət zamanı ona izah edilmişdir ki, tərtib edilmiş xx.xx.2005-ci tarixli texniki pasporta əsasən baş planda göstərilən S1 və S2 tikililəri, İV, Vİ, Vİİ, Xİ və Xİİİ saylı qurğular və 188,8 m2 hasar sökülmüşdür. Qeyri-yaşayış binasının emissiya prospektindən çıxarışı təqdim edilməmişdir. Bakı şəhər Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən qeyri-yaşayış binasının 1700,0 m2 hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərhədləri daxilindədir.“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Bununla əlaqədar vətəndaşa **********88 saylı xx.xx.2013-cü il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir (İPM-in 38.1-ci maddəsinə istinad olunur). Bakı İnzibati Məhkəməsinin 2-1(112)-666/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 10 ünvanda yerləşən qeyriyaşayış sahəsinin (texniki pasportda göstərilən göstəricilərə uyğun olaraq) dahınmaz əmlakın dövlət reyestrində "xxxx" ASC-nin adına qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh və üçüncü şəxs Dövlət Neft Şirkəti apellyasiya şikayətləri verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətləri Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, əmlak kompleksi kimi müəssisəsiyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər və yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsinə (və ya özəlləşdirilməsinə) dair sənəd təqdim edilməmişdir.Sözügedən əmlak Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin kontrakt ərazisində yerləşir.İddiaçının xx.xx.2013-cü il tarixli eyni məzmunlu müraciəti zamanı bildirilmişdir ki, tərtib edilmiş xx.xx.2005-ci il tarixli texniki pasporta əsasən baş planda göstərilən Sı və S2 tikililəri, İV, Vİ, Vİİ, Xİ və Xİİİ saylı qurğular və 188,8 m2 hasar sökülmüşdür.Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsinin İİ Dövlət Proqramının 18.3-cü bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektləri, dövlət torpaqlarında, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin əmlakı, dövlət müəssisələrindən fiziki və hüquqi şəxslərə verilmiş əmlak, özəlləşdirmə nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin (müəssisələrin) özgəninkiləşdirilən əmlakı, özəlləşdirilən əmlak əsasında təsis edilən və sonradan təşkilati-hüquqi formasını dəyişən (ləğv edilən) hüquqi şəxslərin əmlakı üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi və özəlləşdirimə prosesində bağlanan əqdlərin qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada verilən şəhadətnamələr əsasında həyata keçirilir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında”Qanunun Azərbaycan Respublikası qanununun 8.0.9.2; 8.0.10.1; 8.0.12-ci maddələrinə istinad olunur). Üçüncü şəxs isə apellyasiya şikayətini cavabdehin şikayətinə uyğun əsaslandıraraq qeyd etmişdir ki, iş materiallarına əsasən xx.xx.2005-ci il tarixli texniki pasporta əsasən baş planda göstərilən S1 və S2 tikililəri, İV, Vİ, Vİİ, Xİ və Xİİİ saylı qurğular və 188,8 m2 hasar sökülmüşdür. Qeyri-yaşayış binasının emissiya prospektindən çıxarışı təqdim edilməmiş. Həmçinin, Bakı şəhər Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən qeyriyaşayış binasının 1700,0 m2 hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərhədləri daxilindədir. Həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/6333 nömrəli xx.xx.2022-ci il tarixli Ekspert rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi- 10 ünvanında yerləşən daşınmaz əmlakın xx.xx.2005-ci il tarixli, 009715 nömrəli texniki pasportunda S1 və S2 tikililərinin, İV, Vİ, Vİİ, Xİ və Xİİİ saylı qurğuların göstərilmədiyi müəyən olunur. Mübahisə predmeti olan daşınmaz əmlakın bir hissəsi Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaq sahəsində yerləşir. Lakin Məhkəmə bu hissədə ümumiyyətlə araşdırma aparmamış və hüquqi qiymət verməmişdir. Belə ki, hal-hazırda mübahisəli daşınmaz əmlakda mövcud olan texniki qurğuların Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaq sahəsində yerləşməsi ilə bağlı isə ümumiyyətlə, araşdırma aparılmamışdır. Yuxarıda qeyd edilənlərlə də tam müəyyən olunur ki, məhkəmə iddia tələbini təmin edərkən mübahisə edilən daşınmaz əmlak Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaq sahəsində yerləçməsi ilə bağlı heç bir münasibət bildirməmiş bu xüsusatın isə təkzib edilməsi ilə bağlı heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəmənin gəldiyi nəticə ilə işin faktiki hallarıarasında tam uyğunsuzluq vardır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rzazadə apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri Nümayəndə və Vəkil2 onunla razılaşmamış, cavabdehin dəlillərinin iş materialları ilə əsassız olduğu sübuta yetirildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər . Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin və üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 10 ünvanda yerləşən qeyri- yaşayış sahəsinin (texniki pasportda göstərilən göstəricilərə uyğun olaraq) daşınmaz əmlakın dövlət reyestrində "xxxx" ASC-nin adına qeydə alınması və buna dair müvafiq öhdəliyin cavabdehin üzərinə qoyulmasını tələb etmiş və onun bu tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayətində ilk öncə mübahisələndirir ki, əmlak kompleksi kimi müəssisəsiyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər və yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsinə (və ya özəlləşdirilməsinə) dair sənəd, üçüncü şəxs isə apellyasiya şikayətində qeyriyaşayış binasının emissiya prospektindən çıxarışın təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsinin İİ Dövlət Proqramının 18.3-cü bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektləri, dövlət torpaqlarında, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin əmlakı, dövlət müəssisələrindən fiziki və hüquqi şəxslərə verilmiş əmlak, özəlləşdirmə nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin (müəssisələrin) özgəninkiləşdirilən əmlakı, özəlləşdirilən əmlak əsasında təsis edilən və sonradan təşkilatihüquqi formasını dəyişən (ləğv edilən) hüquqi şəxslərin əmlakı üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi və özəlləşdirimə prosesində bağlanan əqdlərin qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada verilən şəhadətnamələr əsasında həyata keçirilir. İş materiallarına əlavə olunmuş sənədlərə əsasən müəyyən olunur ki, Azərbaycan Repsublikası İqtisadi İnkişaf Nazirliyi Əmlakın Özəlləşdirilməsi Departamentinin 41 nömrəli xx.xx.2001-ci il tarixli sərəncamı ilə «Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı» rəhbər tutularaq, Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208- İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Dövlət müsəssisəsinin səhmdar cəmiyyətinə çevirilməsinin qaydaları haqqında Əsasnamə»yə uyğun olaraq, «Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixla 651 nömrəli sərəncamının icrasını təmin etmək məqsədi ilə aşağıdakılar qərara alınmışdır: “ 1. Dənizdə Neft və X1 tabeçiliyində olmuş Bakı şəhəri, Səbail rayonu, Şimal körpüsü 3 ünvanda yerləşən İstehsalat Xidməti Mərkəzi Bazasının bazasında, "xxxx" açıq səhmdar cəmiyyəti yaradılsın; 2.Cəmiyyətin nizamnamə kapitalı ********** AZM həcmində müəyyən edilsin; 3.Hər birinin nominal dəyəri 10000 AZM olmaqla 419280 ədəd sənədsiz adlı səhm buraxılsın; 4.Cəmiyyətin özəlləşdirmə planı(emissiya prospekti) təsdiq edilsin. 5.Cəmiyyətin səhmləri özəlləşdirmə üsullarına görə a) əmək kollektivinə güzəştli satışa yönəldilən səhmlər-15%, pul hərracına yönəldilən səhmlər 30% ixtisaslaşdırılmış çek hərracına yönəldilər səhmlər 55%...” İşdən görünür ki, həmin sərəncama müvafiq olaraq ASC-nin emissiya prospekti hazırlanmış, o cümlədən, cəmiyyətin nizamnaməsi hüquqi şəxslərin dövlət reyestrində, buraxılmış səhmləri isə “qiymətli kağız mülkiyyətçilərinin reyestrində” qeydiyyata alınmış, əmlak kompleksinin texniki pasportu tərtib olunmuşdur. 25 noyabr 2005-ci il tarixdə Azərbaycan Repsublikası İqtisadi İnkişaf Nazirliyi Əmlakın İnventarlaşdırılması bürosu tərəfindən İstehsalat Xidməti Mərkəzi Bazası DNQ-4» Açıq Səhmdar Cəmiyyətinin adına tərtib olunmuş həmin Texniki pasportdan görünür ki, Bakı şəhəri Səbail raynu Salyan şossesi 10 ünvanında yerləşən müəssisənin və onun əmlak kompleksinin balansaxlayıcısı və mülkiyyətçi kimi - iddiaçı "xxxx" ASC təsbit olunmuşdur. Eyni zamanda, işə əlavə olunmuş "xxxx" ASC-nin 29 iyun 2018-ci il tarixli ümumi yığıncağının qərarı ilə "xxxx" ASC-nin Ləğvetmə prosesinə başlanılmış və buna müvafiq olaraq ləğvetmə komissiyası yaradılmışdır. Qeyd olunanlardan göründüyü kimi, mübahisəli daşınmaz əmlakın özəlləşdirilməsinə dair müvafiq icra hakimiyyət orqanının sərəncamı və hazırlanmış özəlləşdirmə planı (emissiya prospekti) mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlakın dövlt reyestrində hüququn əmələ gəlməsi üçün əsasdır. Qeyd olunanlar onu demyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin mübahisələndirilən daşınmaz əmlaka dair iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət rekyestri” haqqında Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsasın, eləcə də üçüncü şəxsin apellyasiya şikayətinin qeyri-yaşayış binasının emissiya prospektinin (çıxarışın) təqdim edilmədiyini dəlilləri tamamilə əsassızdır. Ən azından, cavabdeh orqan həmin sənədlər struktur tərkibində olduğu üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətindən əldə etmək qanunla üzərinə düşən vəzifəsidir. Belə ki, İnzibati icraat haqqında” Qanunnun 24-cü maddəsinin tələblərinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin üst-üstə düşən dəlillərində həmçinin, mübahisələndirilir ki, xx.xx.2005-ci il tarixli Texniki pasporta əsasən baş planda göstərilən S1 və S2 tikililəri, İV, Vİ, Vİİ, Xİ və Xİİİ saylı qurğular və 188,8 m2 hasar sökülmüş, Bakı şəhər Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən qeyri-yaşayış binasının 1700,0 m2 hissəsi Dövlət Neft Şirkətinin sərhədləri daxilindədir. Lakin iş materiallarına əsasən həmin dəlillərin də əsassız olduğu öz təsdiqini tapır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi təyin edilmiş məhkəmə mühəndislik-texniki ekspertizası üzrə verilmiş 10/6333 nömrəli xx.xx.2022-ci il tarixli Ekspert rəyindən görünür ki, ekspert tədqiqatı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi-10 ünvanında yerləşən daşınmaz əmlakın iddiaçının adına tərtib olumuş xx.xx.2005-ci il tarixli, 009715 nömrəli Texniki pasportda S1 və S2 tikililərinin, İV, Vİ, Vİİ, Xİ və Xİİİ saylı qurğularının göstərilmədiyi və əmlakın naturada yerləşmə yerinə görə texniki pasportunda göstərilən ərazi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmə kollegiyası ekspertin rəyinə inandırıcı yanaşır. Birincisi, həmin rəydən görünür ki, tədqiqat obyektinə yerində baxış keçirilərək iş materiallarında olan sənədlərə əsasən qarşılıqlı surətdə tədqiq olunmaqla bu rəyə gəlinmişdir. Digər tərəfdən cavabdeh və üçüncü şəxs tərəfindən istinad etdiyi mübahisələndirilən hallar sübutlarla əsaslandırmamışdır. Beləliklə də qeyd olunanlarla sübuta yetirilir ki, cavabdeh əsassız olaraq, qanunvericiliklə üzərinə düşən vəzifələrin icrasından boyun qaçırmış, mübahisəli ünvanda yerləşən daşınmaz əmlakı iddiaçının adına qeydiyyata alınıb ona reyestrdən çıxarış verilməsindən imtina etməklə, sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbində isə nəzərədə tutulur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə iddianı təmin etməklə, işin sübutlarla müəyyən olunan hallarına və qanunvericiliyin qeyd olunan qanunvericilyin tələblərinə uyğun nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin və üçüncü şəxsin apelyasiya şikayətlərinin həmin qərarın əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayətləri təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-666/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-666/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar