Məhkəmə qərarları › İş №2-1(103)-603/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-603/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-603/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9889/2023 saylı xx.xx.2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinə dəqiqləşmə təqdim edərək Bakı İnzibati Məhkəməsindən iddiaçıya 60 yaşdan, yəni 20 mart 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM.m.33.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…"xxxx" Birgə müəssisəsində xx.xx.2023-cü ilə qədər 17 il 2 ay 21 gün güzəştli pensiya hüquq verən pelələrdə çalışmasına baxmayaraq, cavabdeh ona əsassız olaraq güzəştli şərtlərə pensiya təyin edilməsindən imtina edərək, güzəştli stajının 12 il 6 aydan az təşkil etdiyini bildirmişdir.” Cavabdeh iddia ərizəsinə etirzında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «...İddiaçı "xxxx" Birgə müəssisəsində xx.xx.1999-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində şüşə boruçu, xx.xx.2011-xx.xx.2013-cü il tarixləri arasındaki dövr ərzində boru işləri üzrə nəzarətçi vəzifələrində işləmişdir. Göründüyü kimi iddiaçının işlədiyi şüşə boruçu və boru işləri üzrə nəzarətçi vəzifələri yuxarıda qeyd olunan vəzifələrə aid deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 06 aydan az (09 il 04 ay 19 gün (xx.xx.2000xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2009-cu il, xx.xx.2010- xx.xx.2011-ci il və xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasındaki dövrlər) təşkil edir ...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9889/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 20 mart 2023-cü il tarixdən pensiya təyin olunması və həmin tarixdən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırmışdır: “... Məhkəmə hüququn tətbiqində səhvə yol verdiyindən hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’mn bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr (a) bəndində sənaye dəmir-beton borularının boruçəkənləri vəzifəsi, həmin bölmənin metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər yarımbölməsinin rəhbərlər və mütəxəssislər (b) bəndində iş icraçıları vəzifəsi nəzərdə tutulub. Mərkəzi Filiala təqdim edilən İT-İ ******* nömrəli əmək kitabçasında İddiaçı "xxxx" Birgə Müəssisəsində xx.xx.1999-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində şüşə boruçu, xx.xx.2011-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində boru işləri üzrə nəzarətçi vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının işlədiyi şüşə boruçu və boru işləri üzrə nəzarətçi vəzifələri yuxarıda qeyd olunan vəzifələrə aid deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (9 il 4 ay 19 gün (xx.xx.2000- 01,03.2006-cı il, xx.xx.2006-xx.xx.2009-cu il, xx.xx.2010- xx.xx.2011 -ci il və xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi tələbi qanuni və əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də hesab edirik ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə İddiaçı iddiası rədd olunmalıdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, İddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin iddiaçının 60 yaşının tamam olduğu vaxt qüvvədə olan (29.iyun 2022-ci il tarixdən) redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlillərindən göründüyü kimi, iddiaçının Qanunun sözügedən tələbinə uyğn olaraq 25 il ümumi sığorta stajına və onun xx.xx.2023cü il tarixində güzəştli pensiya təyin edilməsi üçün 60 yaşının tamam olduğu mübahisələndirilmir (İşdə olan AA******* No-li şəxsiyyət vəsiqəsinə (FİN xxxxxxx) xx.xx.1963-cü il tarixdə doğulmuşdur) Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, mübahisələndirilən məsələ iddiaçının güzəşli pensiya hüququ verən stajı ilə bağlıdır. Belə ki, cavabdehin İddiaçı İT-İ ******* nömrəli əmək kitabçasında onun "xxxx" Birgə Müəssisəsində xx.xx.1999-xx.xx.2000-ci illərdə şüşə boruçu, xx.xx.2011-xx.xx.2013-cü illərdə isə boru işləri üzrə nəzarətçi kimi çalışdığı işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 29-cu (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) bölməsində nəzərdə tutulmadığını qeyd edərək mübahisələndirir ki, onun güzəştli stajı tələb olunan 12 il 6 aydan azdır. Güzəştli staj kimi qəbul etdiyi dövrlər isə aşağıdakılardan ibarətdir: xx.xx.2000- 01,03.2006; xx.xx.2006-xx.xx.2009; xx.xx.2010- xx.xx.2011; xx.xx.2022-xx.xx.2022 (cəmi: 9 il 4 ay 19 gün). Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan dəliləri ilə razılaşmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. Həmin “Qayda”nın 4.1.20-ci bəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İddiaçının işə əlavə oolunmuş hərbi biletinin və əmək kitaçalarının surəti üzrə aşağıdakı kimi stajı və işlərdə çalışdığı müəyyən olunur: -03-xx.xx.1978- xx.xx.1981: 59 No-li Şəhər Texniki Peşə məktəbində təhsil - 02 il 10 ay 02 gün; xx.xx.1981 - xx.xx.1981: Qaradağ seient zavodunda çilingər -01 ay 02 gün; -1981.X. – 1983.X : həqiqi hərbi xidmət 2 il -xx.xx.1983-xx.xx.1984: həmin zavodda təmirsi çilingər -02 ay 18 gün -xx.xx.1984-xx.xx.1990: Bakı dərin özüllər zavodunda təmirçi çilingər- 06 il 01 ay -xx.xx.1990 - xx.xx.1992: “Şelflayihətikinti”də çilingər -02 il 03 ay -xx.xx.1992- xx.xx.1992: “Şelflayihətikinti”nin Avtonəqliyyat müəssisəsində sürücü- 04 ay 02 gün -xx.xx.1992-xx.xx.1998: “Şelflayihətikinti” Tikinti-Quraşdırma İdarəsində.sürücü -05 il 11 ay 15 gün; -xx.xx.1999-xx.xx.2000: "xxxx" Birgə Müəssisəsində “şüşə boruçusı” 08 ay 26 gün; -xx.xx.2000- xx.xx.2006: həmin müəssisədə "xxxx" - 05 il 07 ay 08 gün; -xx.xx.2006-xx.xx.2009: Metal-Qaynaq-Sınaq ASC-də iş icraçısı - 03 il 01 ay; -xx.xx.2009- xx.xx.2010: BMS Konstrakşn” MMC-də quraşdırıcı -11 ay 12 gün; -xx.xx.2010- xx.xx.2011: "xxxx" Birgə Müəssisəsində boru ustası -03 ay 22 gün; -xx.xx.2011 - xx.xx.2013: həmin müəssisədə boru işləri üzrə nəzarətçi -02 il 05 ay 02 gün; -xx.xx.2013-xx.xx.2014: həmin müəssisədə boru işləri üzrə nəzarətçi - 11 ay 11 gün; -xx.xx.2014-6.07.2017: həmin müəssisədə boru işləri üzrə nəzarətçi - 02 il 09 ay 18 gün; -xx.xx.2017-xx.xx.2017: həmin müəssisədə boru işləri üzrə nəzarətçi - 04 ay 16 gün; -xx.xx.2017-xx.xx.2018: həmin müəssisəjdə boru işləri üzrə nəzarətçi - 08 ay 27 gün; -xx.xx.2018- xx.xx.2019: həmin müəssisədə boru işləri üzrə nəzarətçi -01 il 03 ay 05 gün; -xx.xx.2020- xx.xx.2022: həmin müəssisədə boru işləri üzrə nəzarətçi 02 il 05 ay 25 gün; -xx.xx.2022-xx.xx.2023: həmin müəssisədə boru ustası - 07 ay 13 gün. İddiaçının qeyd olunan iş stajının tərkibindən göründüü kimi, onun xx.xx.2006-xx.xx.2009cu illərdə (03 il 01 ay) Metal-Qaynaq-Sınaq ASC-də iş icraçısı kimi, xx.xx.2000-01,03.2006 (5 il 7 ay 8 gün), xx.xx.2010-xx.xx.2011(03 ay 22 gün) və xx.xx.2022-xx.xx.2023 (07 ay 13 gün) Azfen” Birgə Müəssisəsində boru ustası kimi, işlərdə çalışmışdır (9 il 4 ay 19 gün) ki, onun qeyd olunan stajı cavabdeh tərəfindən güzəştli pensiya hüququ verən göstəricilər kimi qəbul edilsə də, onun həmin müssisədə boru işləri üzrə nəzarətçi kimi. staj dövrü güzəştli stajı kimi qəbul edilmir. Halbuki, "xxxx" Birgə Müəssisəsinin işə əlavə olunmuş AZF-2023/28-K nömrəli xx.xx.2022-ci il tarixli, habelə, sorğu əsasında məhkəməyə təqdim edilmiş AZF-2023/59-K nömrəli xx.xx.2023-cü il tarixli yeni güzəştli arayışında işəgötürən tərəfindən bildirilir ki, boru işləri üzrə nəzarətçi “iş icraçıları” vəzifəsi ilə eyni işləri icra edir. "xxxx" Birgə Müəssisəsinin məhkəmənin sorğusuna əsasən iddiaçının çalışdığı peşə və vəzifə təlamatlarına dair AZF-2023/187/l nömrəli xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, boru işləri üzrə nzarətçiin vəzifə si üzrə işlər iş icraçısı nın işləri ilə eyni olmaqla aşağıdakı funksiyaları icra edir: -boru işləri üzrə nəzarətçi (bu vəzifə üzrə işlər iş icraçısı vəzifəsinin işləri ilə eynidir) vəzifəsi üzrə: Boruların və lifli polimer (FRP) boru sistemlərinin cizgilərə əsasən işlənib hazırlanması, birləşdirilməsi işlərinin icrasının təmin edilməsi, bu işlərə bilavasitə nəzarət edilməsi; -iş paketlərinə görə material tələbi hazırlaması və qeydiyyatının aparılması; -boru və şüşə liflli polimer (FRP) boruların kəsilməsi, konusvari və düz yonulması, cilalanması, zimpara ilə yonulmasi, parça ilə təmizlənməsi və yapışqanla birləşdirilməsi, istilik döşəkçələri ilə qurudulması, boltla bağlanan flans birləşmələrin quraşdırılması və bərkidilməsinin təmin edilməsi; -hazırlanmış boru və lifli polimer (FRP) boru sistmlərini yoxlanılması və hesabat hazırlayıb istehsalat rəhbərinə təqdim edilməsi; Boru və şüşə liflli polimer (FRP) borularının emalatxana və sahədə izolyasiya edilməsi, sahədə qaynaq edildikdən sonra sahə qaynaqlarının izolyasiya ilə üst-üstə sarılması, boruların sahədə quraşdınlmasından sonra test edilməsi və ondakı qüsurların bərpasının təmin edilməsi; -tamamlama işlərinin həyata keçirilməsi, sistemin sahəyə verilməsi, platformaya daşınması və quraşdırma işlərinin aparılmasına nəzarət edilməsi.” Göründüyü kimi, işəgötürən "Azfen B.M” iddiaçının işlədiyi peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olduğunu qəbul etmiş, həmin peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bölməsində nəzərdə tutulan mütəxəssilər bölməsinin tikinti və quraşdırma işləri üzrə ustalar və mütəxəssislər bölməsinin iş icraçıları vəzifələrə uyğun olduğunu, əmək funksiyalarının ieynilik təşkil etdiyini qəbul etmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının "Azfen B.M”-də boru işləri üzrə nəzarətçi kimi işlədiyi dövr onun güzəştli stajı kimi qəbul edilməlidir. Həmin müəssisədə isə onun 2023-cü ilə qədər 10 ilə yaxın boru işləri üzrə güzəştli stajı toplanır ki, həmin stajını da cavabdeh tərəfindən nəzərə alınan 9 il 4 ay 19 gün güzəştli stajına əlavə etdikdə, onun 12 il 6 aydan da çox güzəştli stajı yaranır. Belə olan halda onun “şüşə borcusu” stajı nəzərə alınmadan da, güzəştli stajının yetərli olduğunu nəzərə alan məhkəmə kollegiyası, prosessual qənaət prinsipi baxımından, həmin hissədə tədqiqat aparılmasını zəruri hesab etmir. Hərçənd ki, işəgötürən həmin müəssisə məhkəməyə təqdim olunan peşə funksiyalarında həmin peşəni də onun güzəştli stajına aid etmişdir. Beləliklə də, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan 9.1-ci maddəsinə əsasən 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasına əsas verən şərtlərin, o cümlədən, 25 il ümumi və güzəştli pensiya hüquq verən işlərdə 12 il 6 aydan da çox xüsusi stajının mövcud olduğu sübuta yetirilir. Sözügedən Qanunun 32.1-1-ci maddəsi isə nəzərdə tutur ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya 60 yaşından güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina olunması əsassız olmuş, onun pensiya hüququnu pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini işdə olan sübutlara, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9889/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9889/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar