Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-604/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiаçı İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X1 (“Kəngərli və Partnyorları” Vəkil Bürosu), Cavabdehin nümayəndələri X4 və X2 iştirakları ilə, İddiаçı İddiaçı (xx.xx.1977-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin qismən ləğv olunması, iddiaçının işə bərpa edilməsi və dəymiş zərərin ödənilməsi” barədə iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1168/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 10.09.2018-ci il tarixdə cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, əmək müqaviləsinin xitam verilməsinə dair çıxarılmış 09.08.2018-ci il tarixli, **********3 nömrəli əmrin qismən (iddiaçıya aid olan hissədə) ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün yekun məhkəmə qərarı çıxan günədək əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 09.08.2018-ci il tarixli, **********3 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 2015-ci ilin dekabr ayından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili X3 vəzifələrinin icrasına nəzarət sektorunun məsləhətçisi vəzifəsində çalışmışdır. İddiaçı hesab edir ki, yuxarıda qeyd olunan əmr tamamilə qanunsuz və əmək hüquqlarının kobud surətdə pozulması şəraitində çıxarıldığından iddiaçıya aid olan hissədə ləğv edilməli, iddiaçıya ödənilməli müavinət qanunamüvafiq qaydada ödənilməli və işə bərpa olunmalıdır. Belə ki, işəgötürənin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 09.08.2018-ci il tarixli, **********3 nömrəli əmri ilə iddiaçı tanış edilməmişdir. Əmək qanunvericiliyinə əsasən əmək müqaviləsinə xitam verildiyi zaman, işçi əmrlə tanış edilməlidir. Daha sonra qeyd olunmalıdır ki, iddiaçının işdən çıxarılmağı ilə bağlı 07.08.2018-ci il tarixdə işəgötürən tərəfindən bildiriş təqdim olunmuş və bu bildirişlə razılaşmağı tövsiyyə olunmuşdur. Lakin, iddiaçı bunun qanunsuz olmasını bildirərək bildirişə etirazını bildirmişdir. İşəgötürən tərəfindən 9 həftə əvvəl xəbərdar edilməli olduğu halda, 07.08.2018-ci il tarixdə, yəni əmrdən 2 gün əvvəl iddiaçı bu barədə xəbərdarlıq edilmişdir. Mübahisələndirilən əmrin verilməsinə əsas kimi Cavabdeh üzrə 2018-ci il 09 aprel tarixli, **********7 nömrəli əmr ilə təsdiq edilmiş Nazirliyinin Aparatının ştat cədvəlinə dəyişikliklər edilməsi haqqında Nazirliyinin 08 avqust 2018-ci il tarixli əmri və İddiaçı, yəni iddiaçının ərizəsi hesab olunmuşdur. Halbuki, iddiaçı ixtisar olunmağını xahiş edən və ya digər bu tipli heç bir ərizə yazmamışdır. Belə ki, çıxarılan əmr mübahisələndirilən əmr əsası olmadan çıxarılmışdır. 04.08.2018-ci il tarixdə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə teleqram ünvanlayaraq 10.05.2018-ci il tarixində X5 keçirdiyi müsahibəni uğurla keçməyi səbəbi ilə müvafiq vəzifəyə təyin olunmağını xahiş etdikdən bir neçə gün sonra iddiaçını işdən azad etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4000/2018 saylı, 19 noyabr 2018-ci il tarixli qərardadı ilə (hakim-X.İmanov) iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğvi olunması, iddiaçının işə bərpa edilməsi və dəymiş zərərin ödənilməsi” nə dair iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1169/2019 saylı, 03 may 2019-cu il tarixli qərardadı ilə (hakimlər- Ü.Mayılov, M.Tağızadə və K.Abiyeva) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 4000/2018 saylı, 19 noyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsi, iş üzrə sonraki prosessual hərəkətlərin edilməsi üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1168/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakim A.Oruczadə) İddiaçı iddiası təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qəbul edilmiş 09.08.2018-ci il tarixli, **********3 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilmiş, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, İddiaçı işdən azad edildiyi vaxtdan yekun məhkəmə aktı qəbul olan vaxtadək, yəni 09.08.2018-ci il tarixdən 23.09.2020-ci il tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 02.12.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki , iddia ərizəsində göstərildiyi kimi iddiaçı buna qəti etiraz etdiyi üçün ona ödənişlər aparılmamışdır. Bundan başqa, adı çəkilən əmr bir neçə işçiyə aid olduğundan əsas hissəsində qeyd edilmiş “ərizələri” sözü digər işçilərə şamil edilmişdir. İddiaçı ərizəsində ümumi müsahibədən keçdiyini və nəticədə vəzifəyə təyin edilmədiyini göstərmişdir. Nazirlikdə dövlət qulluğuna qəbul “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 28-ci və 29-cu maddələrinə əsasən həyata keçirilir, müsahibə vasitəsi ilə inzibati vəzifənin tutulması həmin Qanunun 29-cu maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017-ci il tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydaları”na əsasən həyata keçirilməlidir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1168/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan : İddiaçı 08 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili X3 vəzifələrin icrasına nəzarət sektorunda məsləhətçi vəzifəsinə müvəqqəti təyin edilməsini xahiş etmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 dekabr 2015-ci il tarixli, 09/11-568 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən İddiaçı 10 dekabr 2015-ci il tarixdə əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili X3 vəzifələrin icrasına nəzarət sektorunda məsləhətçi vəzifəsinə müvəqqəti təyin edilmişdir. - İddiaçı 28 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinə ərizə ilə müraciət edərək, onun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili X3 vəzifələrin icrasına nəzarət sektorunun məsləhətçi vəzifəsində daimi dövlət qulluğuna qəbul olunmağı üçün müvafiq tədbirlərin görülməsinə göstəriş verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı ünvanladığı 02 mart 2018-ci il tarixli, **********9 saylı məktubundan görünür ki, iddiaçının 30 noyabr 2017-ci il tarixli müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, iddiaçı 15 may 2007-ci il tarixdən 13 fevral 2015-ci il tarixədək Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar olaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci bəndinə əsasən dövlət qulluğuna xitam verilmişdir. 01 iyul 2015-ci il tarixdən iddiaçıya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhəri Nərimanov rayon Məşğulluq Mərkəzi tərəfindən işsizlik statusu verilərək işsizlik müavinəti təyin edilmişdir. 10 dekabr 2015-ci il tarixdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili X3 vəzifələrin icrasına nəzarət sektorunun məsləhətçisi vəzifəsinə müddətli müqavilə əsasında işə qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasına uyğun işə düzəlmədikdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmadıqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”na əsaslanaraq dövlət qulluqçusu kimi işə qəbul edilməsi məsələsinə münasibət bildirilməsi üçün Azərbaycan Respublikası X6 müraciət edilməsinin məqsədəuyğun olması bildirilmişdir. - 04 avqust 2018-ci il tarixli teleqramın surətindən görünür ki, 04 avqust 2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, 10 may 2018-ci ildə X5 müsahibəsindən uğurla keçdiyini nəzərə alaraq, onu işlə təmin edilməsini xahiş etmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kadr və kadr hazırlığı şöbəsinin müdiri tərəfindən İddiaçı ünvanlanmış məktubun təsdiq olunmuş surətindən görünür ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 2018-ci il 09 aprel tarixli **********7 nömrəli əmrlə təsdiq edilmiş Nazirliyin Aparatının ştat cədvəlində dəyişikliklər edilməsi haqqında” Nazirliyin 09 avqust tarixli 2018-ci il əmrinə əsasən ştatların ixtisar edilməsi ilə əlaqədar işdən azad olunması üçün İddiaçı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1,7 misli məbləğində işdənçıxarma müavinəti ödəniləcəyi bildirilmişdir. Həmin məktubu İddiaçı 07 avqust 2018-ci il tarixdə imzalayaraq, razı olmadığını, tam olaraq qanunsuz qərar olduğunu bildirmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 09 avqust 2018-ci il tarixli, **********3 saylı əmrinin 2.2-ci və 5-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq ştatların ixtisar edilməsi ilə əlaqədar Nazirliyinin Aparatının Daxili X3 vəzifələrin icrasına nəzarət sektorunda məsləhətçi vəzifəsində müddətli müqavilə əsasında çalışan İddiaçı tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinə 09 avqust 2018-ci il tarixdə xitam verilməsi, ştatların ixtisarı ilə əlaqədar işdən azad olunmuş İddiaçı razılığı olmadığı üçün işdənçıxarma müavinətinin ödənişi aparılmaması əmr edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı ünvanladığı 21 avqust 2018-ci il tarixli, **********1 saylı məktubundan görünür ki, İddiaçı müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 7-8 fevral 2018-ci il tarixlərində elan olunmuş müsabiqədə iştirak edərək uğur qazanmış namizədlərin təyinatı aparıldıqdan sonra, vakant vəzifələr üzrə elan ediləcək növbəti müsabiqə və müsahibələrdə iştirak edərək dövlət qulluğuna qəbul edilə bilər. Dövlət orqanlarına o, cümlədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə mövcüd vakant vəzifələr üzrə elan olunan müsabiqə və müsahibələr haqqında məlumatları Azərbaycan Respublikasının X5 rəsmi internet saytından əldə etmək imkanının olduğu bildirilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərarın surətindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 aprel 2018-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müqavilə əsasında işə qəbul olunduğu, yəni 10.10.2015-ci il tarixdən etibarən daimi dövlət qulluğuna qəbul edilməsi vəzifəsinin cavabdeh Nazirliyin üzərinə qoyulması qərara alınmışdır. Qərar isə onunla əsaslandırılmışdır ki, İddiaçı Nazirlikdə işə qəbul olunan zaman dövlət qulluqçularının ehtiyat kadrlar siyahısında olmuş, həmin Nazirlik isə onu daimi dövlət qulluğuna qəbul etməmiş və yalnız müvəqqəti olaraq vəzifəyə təyin etmişdir. Belə olan halda, Nazirlik “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 01.07.2015-ci il tarixli, 464 №-li Fərmanına əsasən İddiaçı daimi dövlət qulluğuna qəbul etməli və bu barədə X6 məlumat verməli olduğu da qeyd olunmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 09 aprel 2018-ci il tarixli, **********7 nömrəli əmri ilə təsdiq edilmiş Nazirliyin Aparatının ştat cədvəlinə əsasən X10 31 ştat vahidindən ibarət olmuş və Nazirliyin 08 avqust 2018-ci il tarixli **********2 nömrəli əmri ilə, 09 aprel 2018-ci il tarixli əmrə dəyişiklik edilərək 24 ştat vahidindən ibarət Daxili nəzarət və audit şöbəsi yaradılmışdır. Təqdim edilmiş ştat cədvəllərindən çıxarışdan göründüyü kimi, İddiaçı çalışdığı X10 ləğv edilmiş və onun yerinə daha az ştat vahidindən ibarət Daxili Nəzarət və audit şöbəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nazirliyin Əsasnaməsinin 5.5.5-ci bəndinə əsasən Nazir müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, strukturuna daxil olunan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08 avqust 2018-ci il tarixli **********2 saylı əmrinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 2018-ci il 09 aprel tarixli **********7 nömrəli əmrlə təsdiq edilmiş Nazirliyin aparatının ştat cədvəlində dəyişikliklər olunaraq yeni ştat cədvəlinin təsdiq edilməsi əmr edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iddiaçı tərəfindən mübahisələnidirilən əmrdən görünür ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə uyğun olaraq ştatların ixtisarı ilə əlaqələndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08 avqust 2018-ci il tarixli **********2 saylı əmrindən və ştat cədvəlindən görünür ki, iddiaçının fəaliyyət göstərdiyi sahə və vəzifə, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəznində olan Daxili X3 vəzifələrin icrasına nəzarət sektoru və həmin sektorda olan məsləhətçi vəzifəsi dəyişdirilərək, ayrıca Daxili Nəzarət və Audit Şöbəsi yaradılmış, həmin Şöbə üç ayrıca sektordan ibarət olmuşdur: Funksional vəzifələrin icrasına nəzarət sektoru, İcra və əmək intizamına nəzarət sektoru, Təftiş monitorinq və təhlil sektoru. İddiaçının fəaliyyət göstərdiyi “Məsləhətçi” vəzifəsi isə həm İcra və əmək intizamına nəzarət sektoruna, həm də Təftiş monitorinq və təhlil sektoruna əlavə edilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının işdən azad olma barədə əmrin əsasını “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 2018-ci il 09 aprel tarixli **********7 nömrəli əmrlə təsdiq edilmiş Nazirliyin Aparatının ştat cədvəlində dəyişikliklər edilməsi haqqında” Nazirliyin 08 avqust tarixli 2018-ci il əmri təşkil edir. Cavabdeh inzibati orqan iddiaçının işdən azad edilməsi ilə bağlı əmri qəbul edərkən, ştat ixtisarına deyil, işçilərin ixtisarına əsaslanmışdır. Halbuki, iddiaçının əvvəl fəaliyyət göstərdiyi sektor və vəzifə ləğv olunmamış, yalnız şöbənin adı dəyişilərək üç sektora bölünmüş və nəticə olaraq həmin vəzifə saxlanılmışdır. Həmçinin , cavabdeh işin nə birinci instansiya, nə apellyasiya icraatları zamanı, iddiaçının bilik, bacarıqlarını, peşəkarlıq səviyyəsini yoxlamamış, həmçinin, dövlət qulluğu ilə bağlı imtahan nəticələrini nəzərə almasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə Kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh iddiaçının işdən azad edilməsi ilə bağlı yalnız əmrdən iki gün əvvəl 07.08.2018-ci il tarixdə xəbərdar etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müvafiq müddətlərdə rəsmi xəbərdar edilməlidir:bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi (77.1-ci maddə). Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında (77.3-cü maddə). Cavabdeh inzibati orqan iddiaçıya xəbərdarlıq müddəti əvəzinə işdənçıxarma müavinətinin ödənilməsi təklifini onunla əsaslandırmışdır ki, nazirlik qarşısında qoyulmuş cari və perspektiv planları operativ həyata keçirmək zərurətindən ştatların ləğvi üçün xəbərdarlıq müddəti gözləmək mümkün olmadığından iddiaçıya xəbərdarlıq müddəti əvəzi ödənilməsi təklif edilmişdir. Halbuki, Əmək Məcəlləsinin 77.4-cü maddəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56 cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Lakin cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş İddiaçı təqdim edilmiş ərizədə iddiaçı 07.08.2018-ci ildə “Razı deyiləm, tam olaraq qanunsuz qərardır” qeydini yazmışdır. Beləliklə, cavabdehin məktubundan və mübahisələndirilən əmrdən görünür ki, İddiaçı xəbərdarlıq müddəti əvəzinə veriləcək müavinəti qəbul etməmiş, həmin dövrdə bunu mübahisələndirmiş və son olaraq həmin məbləğ ona ödənilməmişdir. Məhkəmə Kollegiyası iddia tələbinin “məcburi iş buraxma müddəti üçün yekun məhkəmə qərarı çıxan günədək əmək haqqı ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı münasibətdə qəbul edilmiş 09.08.2018-ci il tarixli, **********3 nömrəli əmri qismən ləğv olunduğundan, qeyd edilən hissədə də iddiaçının tələbi təmin edilməli, cavabdeh qüvvədə olan qanunvericiliyin normalarını rəhbər tutaraq, öz təqsiri nəticəsində iddiaçının işdən azad etdiyi vaxtdan məcburi iş buraxma müddəti üçün əmək haqqını ödəməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1168/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1168/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-604/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-604/2021
13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver