Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(103)-604/2025 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARI
1. İddiaçı İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) qaşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ##.##.1985-ci il tarixdən ##.##.1988-ci il tarixinə qədər SOLİUV Moskva şəhərində aspiranturada, ##.##.1988-ci il tarixindən ##.##.2000-ci il tarixinə qədər Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutuna Terapiya II kafedrasına asistent - elmi işçi kimi işlədiyi illərin sosial sığorta stajına daxil edilərək onun əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçının nümayəndəsi iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, onun ##.##.1985-##.##.1988-ci ilədək Soliuv Moskva şəhərində aspiranturada və ##.##.1988-##.##.2000-ci il tarixinədək Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutuna Terapiya II kafedrasına asistent-elmi işçi kimi işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək ona əmək pensiyasının yenidən hesablanaraq təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.
3. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, cavabdehin ona ünvanlanmış ##.##.2023-cü il tarixli məktubundan görünür ki, inzibati orqana göndərilmiş əmək kitabçasının surətinə əsasən İddiaçı elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi sığorta stajı 25 ildən az müddət olaraq, 23 il 7 ay 29 gün olaraq hesablanmışdır. Ancaq hesabladıqda bu müddətin 26 il 7 ay 29 gün olduğu müəyyən edilmişdir. İş stajının düzgün hesablanmaması iddiaçını həm ümumi əsaslarla əmək pensiyasından, həm də Prezident təqaüdündən məhrum etmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir.
6. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
7. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.
8. Cavabdehin nümayəndəsi tərəfindən apellyasiya şikayətinə etiraz ünvanlanmışdır. Apellyasiya şikayətinə etiraz iddia tələbinə etirazla eyni məzmundadır. TƏRƏFLƏRİN İZAHATLARI:
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, iddiaçının cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı Bakı İnzibati Məhkəməsində “təqaüdün ödənilməsi” tələbinə dair iddia tələbinin mövcud olduğunu, hazırki iş üzrə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının (nümayəndəsi-vəkili) məhkəmə iclasında iştirak etməmişdir.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının (nümayəndəsi-vəkilinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
12. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
13. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən edilməli, Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *- *(***)-****/**** saylı qərarı ləğv edilməli, iddia mümkün hesab edilməməlidir.
14. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
15. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.
16. Hazırkı işin hallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının *********** nömrəli, ##.##.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı ##.##.2020-ci il tarixindən ömürlük yaşa görə 244.44 manat miqdarında əmək pensiyası təyin edilmişdir.
17. Cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında *********** nömrəli, ##.##.2022-ci il tarixli qərarından görünür ki, ##.##.2016-cı il tarixdə iddiaçıya pensiya təyin edilmiş, təhsil əlavəsi nəzərə alınmaqla iddiaçıya təyin edilmiş əmək pensiyası yenidən hesablanaraq 281.55 manatdan 308.77 manata qaldırılmışdır.
18. İşdə olan cavabdehin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, Mərkəzi Filialın ##.##.2022-ci il tarixli qərarı ilə iddiaçı İddiaçı əmək pensiyasının hesablanması zamanı onun təqdim etdiyi ****** nömrəli diplomunun surətinə əsasən ##.##.1971-ci il tarixindən ##.##.1977-ci il tarixinədək təhsil illəri, ******* nömrəli əmək kitabçasının surətinə əsasən ##.##.1977-ci il tarixindən ##.##.1978-ci il tarixinədək, ##.##.1978-ci il tarixindən ##.##.1979-cu il tarixinədək, ##.##.1979-cu il tarixindən ##.##.1984-cü il tarixinədək, ##.##.1984-cü il ##.##.1985-ci il tarixinədək, ##.##.1985-ci il tarixindən ##.##.1988-ci il tarixinədək, ##.##.1988-ci il tarixindən ##.##.2000-ci il tarixinədək, ##.##.2001-ci il tarixindən, ##.##.2002-ci il tarixinədək, ##.##.2002-ci il tarixindən ##.##.2005-ci il tarixinədək əmək fəaliyyəti dövrləri (##.##.2006-cı il tarixinədək cəmi 33 il 8 ay 12 gün sığorta stajı) və ##.##.2006-cı il tarixindən pensiya yaşına çatdığı ##.##.2016-cı il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 1911,01 manat pensiya kapitalı nəzərə alınmışdır.
19. Beləliklə, işin istinad olunan hallarından görünür ki, iddiaçıya ##.##.2016-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş və bu zaman hazırda sığorta stajı kimi nəzərə alınmasını xahiş etdiyi ##.##.1985-##.##.1988-ci ilədək Soliuv Moskva şəhərində aspiranturada və ##.##.1988-##.##.2000-ci il tarixinədək Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutuna Terapiya II kafedrasına asistent-elmi işçi kimi işlədiyi dövrlər də daxil edilmişdir.
20. İddia ərizəsindən görünür ki, iddiaçı həmin dövrlərin sığorta stajına daxil edilməklə əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçısı kimi əmək pensiyasının sığorta hissəsinə əlavə edilməklə yenidən hesablanmasını xahiş edir.
17. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda Bakı İnzibati Məhkəməsinin *-*(***)- *****/**** saylı ##.##.2024-cü il tarixli sərəncamı ilə iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüdün verilməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilmişdir.
18. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağının nədən ibarət olması müəyyən edilmir.
19. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
20. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.
21. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
22. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.
23. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
24. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
26. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda eyni tərəflər arasında Bakı İnzibati Məhkəməsinin icraatında iddiaçının “təqaüdün verilməsi” tələbinə dair inzibati iş olduğundan hazırki iş üzrə iddiaçının hüquqi marağı artıq mövcud deyildir.
27. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən şəxsin iddia qaldırmaq səlahiyyətinin və hüquqi müdafiə marağının mövcud olması və s. ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
28. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Sədrlik edən Günel Abbasova Hakimlər Fuad Talışinski Məmməd Məmmədov