Məhkəmə qərarları › İş №2-1(103)-605/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-605/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-605/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Suraxanı rayonu Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1459/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cаvаbdеh Suraxanı rayonu Cavabdehnəqarşı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli, № 7/30 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1459/2020 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus əmlaka görə yaranmış ötən dövrlər üzrə əmlak vergi borcunun ödənilməsi ilə bağlı qəbul edilmiş Suraxanı rayonu Cavabdeh xx.xx.2019-cu il tarixli, № 7/30 saylı qərarı qismən ləğv edilmiş, İddiaçı əmlak vergisinə görə 44,2 manat məbləğin tutulması hissəsində qərar dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1459/2020 saylı qərarının ləğv olunması, iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı iddiaçı iş materiallarına uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, iddiaçını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə birinci instansiyanın qərarından iddiaçının verdiyi apellyasiya şikayəti iddianın təmin olunmamış hissəsində ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini iddianın təmin olunmamış hissəsində yoxlayır. İş materiallarında olan sənədlər: - AZE 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1970-ci il təvəllüdlüdür, ünvan 2 ünvanında qeydiyyatdadır - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsində istifadədə olan 0.14596 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 9 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində, 60,72 kv.m ümumi, 42.62 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 64 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 815 nömrəli reyestr kitabının 75983 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Yerlı (Bələdiyyə) vergilərin və ödənişlərin qəbulu üçün 362658 saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən Suraxanı rayonu Cavabdehnə 2010-cu ildə 25 manat məbləğində əmlak vergisi ödənilmişdir. -Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 956 saylı, xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Yeni Günəşli “V” yaşayış sahəsinin 1 saylı evin 64-cü mənzilində yaşayır. - Bakı şəhəri Cavabdeh 3565/x saylı, xx xxxxxxx 2018-ci il tarixli məktubu ilə, İddiaçı hesablanmış 52 manat məbləğində əmlak vergi borcunun 5 gün müddətində ödənilməsi, əks təqdirdə ödəmə müddətindən sonraki hər bir gecikdirilmiş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi və ya cari ödəməsi məbləğinə yaranmış 0,1% əlavə hesablanaraq vergi borcunun məcburi qaydada alınması üçün barəsində məhkəmə orqanları qarşısında iddia qaldırıcağı bildirilmişdir. - Suraxanı rayonu Cavabdeh sədri İ.A.Nəcəfov tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli 7/30 saylı qərarı ilə Bakı şəhəri, Yeni Günəşli “V” yaşayış sahəsinin 1 saylı evin 64-cü mənzili ilə bağlı İddiaçı 2019-cu ilə qədər 52 manat məbləğində əmlak vergisi hesablanmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, iclasın protokoluna əsasən 52 manat məbləğində vergi borcunu təsdiq edən xəbərdarlıq və bələdiyyə bildirişinin verilməsinə baxmayaraq vergi ödəyicisi İddiaçı əmlak vergi borcunu ödəməkdən imtina etmişdir. - Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin tələbin könüllü icrası haqqında xx.xx.2019-cu il tarixli bildirişdən və icraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərarından görünür ki, borclu İddiaçı 52 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar Cavabdeh hesabına ödənilməsi ilə bağlı icra sənədinin icrasının 10 gün müddətində könüllü təmin edilməsi İddiaçı təklif olunmuşdur. - Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 245 saylı məktubu ilə, ünvan 3 mənzil 64 ünvanının 52 manat məbləğində əmlak vergisi tutulması haqqında xx.xx.2019-cu il tarixdə qəbul edilmiş və Suraxanı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş inzibati aktın surəti İddiaçı göndərilmişdir. - Bakı şəhəri Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 370 saylı arayışdan görünür ki, Cavabdeh inzibati ərazisi Qaraçuxur qəsəbəsi və Yeni Günəşli yaşayış sahəsindən ibarətdir. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinə sorğu göndərilmiş və sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Yeni Günəşli “AB”, “V”, “Q” və “D” yaşayış sahəsindən ibarət olmaqla Cavabdeh ərazi vahidliyinə aiddir. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu göndərilmiş və sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, MH seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan ünvan 4 ünvanındaki 64 nömrəli mənzilin yerləşdiyi bina Bakı şəhəri, Cavabdeh hüdudları daxilindədir. Məhkəmə araşdırılması zamanı Baki şəhəri Cavabdehnə sorğu göndərilmiş və sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Cavabdeh inzibati ərazisi Qaraçuxur qəsəbəsi və Yeni Günəşli yaşayış sahəsindən ibarətdir. İddiaçı məxsus əmlaka görə ödəməli olduğu vergi barədə hər il üçün tədiyyə bildirişi və xəbərdarlıq göndərilmiş, ancaq hər dəfə müxtəlif bəhanələr göstərərək, əsasən də Yeni Günəşli yaşayış sahəsinin Qaraçuxur qəsəbəsinə (Cavabdehnə) aidiyyatının olmadığını qeyd edərək vergini ödəməkdən yayınmışdır. Mövcud qanunvericiliyə uyğun olaraq 2015-ci il yanvarın 1-dən fiziki şəxslər əmlak vergisini onların xüsusi mülkiyyətində olan binaların sahəsindən asılı olaraq ödəyir. O vaxta qədər əmlak vergisi binaların hesablanmış inventarlaşdırılmış dəyərinə görə tutulurdu. Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən əmlak vergisi 30 m2–dən artıq olan sahənin hər kvadratmetrinə görə hesablanır. Məcəlləyə edilmiş dəyişikliyə görə Bakı şəhəri üzrə vergi dərəcəsi 0.4-dür. Bina Bakı şəhərində yerləşdikdə həmin dərəcələrə müvafiq olaraq Nazirlər Kabinetinin müəyyən etdiyi 0.7-dən aşağı və 1.5-dən yuxarı olmayan əmsallar tətbiq edilir. Belə ki, Qaraçuxur qəsəbəsi və Yeni Günəşli yaşayış sahəsi 8-ci zonada yerləşdiyi üçün əmsal 0.9 götürülür.İddiaçı evinin mülkiyyətini təsdiq edən sənədi bələdiyyəyə təqdim etmədiyi üçün bələdiyyənin inzibati ərazisində yerləşən 3 otaqlı evlər müxtəlif proyektlər olduğu üçün evinin ümumi sahəsi orta hesabla 66.11 kv.m götürülmüşdür. Odur ki, 2016- 2019-cu illər üçün vergi borcu 52 manat təşkil edir (1 ilə 13 manat hesabı ilə) (66.11-30) x 0.4 x 0.9 = 13 manat. İşdə olan sənədlərdən məlum olur ki, Cavabdeh xx.xx.2019-cu il tarixli inzibati aktı (qərarı) ilə, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni-Günəşli qəsəbəsi 1 saylı evin 64 mənzilinə dair bələdiyyənin xx.xx.2019-cu il tarixli 7/30 saylı qərarına əsasən 2016-cı ildən 2019-cu ilədək dövr üzrə 52 manat əmlak vergisinin tutulması qərara alınmış və qərar icra edilməsi üçün Suraxanı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İddiaçı bələdiyyənin onun barəsində qəbul etdiyi sənədlər barəsində xəbəri olmadığından, surəti ona təqdim edilmədiyi halda məcburi icraya yönəldilməsi mövcud qanunvericiliyin tələblərinə zidd olduğu üçün, həmçinin, Yeni-Günəşli qəsəbəsinin Cavabdeh ərazi vahidi olmadığına əsaslanaraq, həmin qərarın ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçı Cavabdehnə 2010-cu ilədək əmlak vergisini ödədiyini bildirərək, son dövrlər əmlak vergisi ödəməməsinin yeganə səbəbinin onun mənzilinin Yeni Günəşli qəsəbəsində yerləşməsi və Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikası Qanununa əlavə edilmiş Siyahıda Cavabdeh yalnız Qaraçuxur qəsəbəsinin ərazi vahidini əhatə etməsi, bu səbəbdən də Cavabdeh səlahiyyətli orqan olmamasıdır. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Vergi Məcəlləsinin 4.4, 8.1.2, 197.1.1, 198.1.1, 200.1, 200.1, 200.5 və 200.6-ci maddələrini, Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş X1 1, 6-cı maddələrini, Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanunun 43-cü maddəsinin 1ci bəndini “Bələdiyyələrin ərazilər və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş Əlavənin 1.10.4-cü bəndini, Bakı şəhəri Suraxanı rayonunun Cavabdeh Nizamnaməsinin 1.5-ci bəndini, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 04 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnaməsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus əmlaka görə yaranmış ötən dövrlər üzrə əmlak vergi borcunun ödənilməsi ilə bağlı qəbul edilmiş Suraxanı rayonu Cavabdeh xx.xx.2019-cu il tarixli, № 7/30 saylı qərarı qismən ləğv edilməli, İddiaçı əmlak vergisinə görə 44,2 manat məbləğin tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının mülkiyyətində və ümumi sahəsi 60.72 kv.m olan mənzilə görə hesablamanın aparılma qaydası üzrə Məhkəmə qeyd etmişdir ki, hər il üçün (60.72 kv.m – 30 kv.m) x 0,4 x 0,9 = 11,05 manat torpaq vergisi hesablanmalıdır. 2016-2019-cı illər üçün isə iddiaçı tərəfindən ödənilməmiş əmlak vergisi 44,2 manat təşkil edir. Cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq ərazi üzrə səlahiyyətləri çərçivəsində İddiaçı barəsində əmlak vergisinin ödənilməsi ilə bağlı qərar qəbul etməzdən əvvəl müvafiq olaraq tədiyyə bildirişi və xəbərdarlıq məktubu ilə iddiaçıya müraciət etmiş, əmlak vergisi ödənilmədiyi üçün, onun barəsində qərar qəbul etmiş və həmin qərarın surətini iddiaçıya göndərmişdir. Cavabdeh tərəfindən əmlak vergisi hesablanarkən, iddiaçının mülkiyyətində olan əmlakın ümumi sahə ölçüləri düzgün götürülməmiş, 2016-2019-cu dövr üzrə 44,2 manat əmlak vergisi hesablanmalı olduğu halda, ona 52 manar vergi (7,8 manat fərq məbləği) hesablanmışdır. Cavabdeh inzibati icraatı düzgün aparmadığından və qəbul etmiş qərarı ilə iddiaçıya artıq əmlak vergisi hesabladığı üçün, qərar qismən ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eyni olduğundan və Məhkəmə kollegiyası həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığından, Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1459/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar