Məhkəmə qərarları › İş №2-1(103)-605/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-605/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-605/2025 06.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" firmasının cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişafı və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (üçüncü şəxs: X14 və X3) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “iddianın mümkünlük şərti”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, iddiaçı Ekspert LTD” firmasının cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişafı və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (üçüncü şəxs: X14 və X3) qarşı "hərəkət cədvəli qrafikinin bərpa olunması və və s” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-414/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. DANX tərəfindən "xxxx" firmasına ünvanlanmış 104-02/254-21 saylı xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Xidmətə ünvanlanmış Bakı-Kəmərli (Qazax rayonu) müntəzəm marşrut xətti üzrə hərəkət qrafikinin dəyişdirilərək saat 19:45 müəyyən edilməsi barədə 27 iyul 2021-ci il; tarixli 34/E nömrəli müraciətə aidiyyəti üzrə baxılmışdır. Müraciətdə qeyd olunanların birgə araşdırılması məqsədilə "xxxx" MMC (bundan sonra- Cəmiyyət) tərəfindən ünvanlarına 2021-ci il 02 avqust tarixində teleqram göndərilmiş və eyni zamanda telefon əlaqəsi saxlanılaraq cəmiyyətə dəvət edilmiş, lakin, firma (səlahiyyətli şəxs) müraciətin araşdırılmasında iştirak etməkdən imtina etmişdir. 2010-ci ildən şəhərlərarası sərnişin daşımalarında təhlükəsizlik tədbirlərinin artırılması məqsədilə ölkə daxilində sutkanın gecə saatlarında sərnişindaşıma fəaliyyəti məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 may 2019-cu il tarixli xx/xx/2575-15 nömrəli tapşırığını rəhbər tutaraq sərnişin daşımalarına olan tələbatı təmin etmək məqsədilə yol şəraiti imkan verən bir sıra istiqamətlər üzrə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müvafiq əmri ilə şəhərlərarası (rayonlararası) müntəzəm marşrutlarda günün gecə saatlarında sərnişindaşıma fəaliyyəti bərpa edilmişdir. Bundan sonra Cəmiyyət tərəfindən əhalinin gecə vaxtı şəhərlərarası (rayonlararası) sərnişin daşımalarına olan tələbatının müəyyən edilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilərək aşağıdakı marşrut xətləri üzrə hərəkət cədvəlləri təşkil edilmişdir: - Bakıdan saat 19:20 və Qırmızı körpüdən saat 18:00 olmaqla, Bakıdan saat 21:00 və Qırmızı Körpüdən saat 21:00 olmaqla, Bakıdan saat 23:00 və Qırmızı Körpüdən saat 22:00 olmaqla, Bakıdan saat 22:00 və Qırmızı Körpüdən 23:00 olmaqla, Bakıdan saat 00:00 və Qırmızı Körpüdən saat 00:00 olmaqla “Bakı-Qırmızı Körpü” şəhərlərarası hərəkət cədvəlləri üzrə marşrut xətləri müvəqqəti istismara verilmişdir. Hal-hazırda Qazax avtovağzalından Kəmərli kəndinə - 4 ədəd, Fərəhli kəndinə - 2 ədəd, Qaymaqlı kəndinə - 2 ədəd, Aslanbəyli kəndinə - 2 ədəd avtobusla qrafik üzrə müntəzəm sərnişin daşımaları həyata keçirilir ki, bu da həmin ərazi üzrə əhalinin tələbatını tam olaraq təmin edir.

2. DANX "xxxx" MMC tərəfindən "xxxx" firmasına ünvanlanmış 127-05-127/4-21 saylı, xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Xidmətə ünvanlanmış “204 nömrəli Bakı-Kəmərli (Qazax)-Bakı marşrutu üzrə sərnişindaşımaların daşıyıcı "xxxx" firmasına həvalə olunmasına dair verilmiş sənədlərin surətlərinin təqdim edilməsi barədə sorğuya baxılmışdır. “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanı ilə avtomobil nəqliyyatı ilə daşıma fəaliyyətinə lisenziyanın tətbiqi dayandırılmış və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli Qanununun qəbul edilməsi ilə avtomobil nəqliyyatı ilə daşıma fəaliyyətinə icazə tətbiq edilmişdir. Həmin Qanunun 3 nömrəli əlavəsinin 34-cü bəndinə əsasən, Azərbaycan Respublikası ərazisində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının “Fərqlənmə nişan”ları əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda keçmiş Nəqliyyat Nazirliyi tərəfindən "xxxx" firmasına 2006-cı və 2012-ci illərdə 5 illik müddətə verilmiş lisenziyaya dair sənədlər saxlanılmamışdır. Hal-hazırda "xxxx" firması ilə Cəmiyyət arasında “Daşıyıcılarla sərnişin daşınması sahəsində əlaqəli fəaliyyət haqqında” BakıKəmərli (Qazax) - Bakı marşrut xətti üzrə sərnişindaşımalara dair 12.07.2.021-ci il tarixdə bağlanmış müqavilə qüvvədədir. Həmin müqavilənin müddəti xx.xx.2021-ci il tarixində bitir.

3. DANX "xxxx" MMC tərəfindən "xxxx" firmasına ünvanlanmış 127-07/372 saylı xx.xx.2021-ci il tarixli və 127-07/386 saylı xx.xx.2021-ci il tarixli eyni məzmunlu məktublarda qeyd olunmuşdur ki, Bakı-Kəmərli (Qazax) - Bakı marşrutunun hərəkət cədvəli üzrə Bakıdan və Qazaxdan saat 19.45 qrafiki onlara təklif olunur. Qazaxdan isə saat 11:00-a olan hərəkət qrafikinin onlara verilməsi bu istiqamətdə sərnişindaşımalarını yerinə yetirən digər sahibkarların hüquqlarına toxunduğundan, mümkünsüz hesab edilir.

4. DANX tərəfindən "xxxx"firmasına ünvanlanmış 104-02-09/377-21 №-li, xx.xx.2021ci il tarixli məktubunda qeyd olunmuşdur ki, ləğv edilmiş Nəqliyyat Nazirliyi tərəfindən "xxxx" firmasına 2006-cı və 2012-ci illərdə 5 il müddətinə lisensiyalar verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi proseduralarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi haqqında 2015-ci il 19 oktyabr tarixli 650 nömrəli və “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 2015ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanları ilə avtomobil nəqliyyatı ilə daşıma fəaliyyətinə lisenziyanın tətbiqi dayandırılmışdır. "xxxx"firması ilə Xidmətin tableyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Bakı-Kəmərli (Qazax) marşurutu üzrə sərnişin daşımaya dair 3 (üç) ay müddətinə “Daşıyıcılarla sərnişin daşınması sahəsində əlaqəli fəaliyyət haqqında” müqavilə bağlanmışdır. Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivində 204 nömrəli Bakı-Kəmərli (Qazax) marşurutunun istifadəsinin daşıyıcı "xxxx"firmasına həvalə olunması barədə sənədlər aşkar edilməmişdir.

5. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Ekspert” LTD müəssisəsinə ünvanlanmış 1-xx-xx/5708-21 saylı xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı-Kəmərli (Qazax r-nu) müntəzəm marşrut xətti üzrə hərəkət qrafikinin dəyişdirilərək saat 19:45 müəyyən edilməsi barədə 27 iyul 2021-ci il tarixli 32/E nömrəli müraciətlərinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baxılmışdır. Müraciətdə göstərilənlərin birgə araşdırılması məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin "xxxx" MMC (bundan sonra-Cəmiyyət) tərəfindən "xxxx" müəssisəsinə 2021-ci il 02 avqust tarixində teleqram göndərilərək və eyni zamanda onunla telefon əlaqəsi saxlanılaraq cəmiyyətə dəvət edilmişdir. Lakin onlar müraciətin araşdırılmasında iştirak etməkdən imtina etmişdir. 2010-cu ildən şəhərlərarası sərnişin daşımalarında təhlükəsizlik tədbirlərinin artırılması məqsədilə ölkə daxilində sutkanın qaranlıq vaxtı sərnişindaşıma fəaliyyəti məhdudlaşdırılmışdır. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 may 2019-cu il tarixli xx/xx/2575-15 nömrəli tapşırığını rəhbər tutaraq, sərnişin daşımalarına olan tələbatı təmin etmək məqsədilə yol şəraiti imkan verən bir sıra istiqamətlər üzrə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müvafiq əmri ilə şəhərlərarası (rayonlararası) müntəzəm marşrutlarda sutkanın qaranlıq vaxtı sərnişindaşıma fəaliyyəti bərpa edilmişdir. Ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün insanlar arasında təmasın minimuma endirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində 24 mart 2020-ci il saat 00:00-dan etibarən xüsusi karantin rejimi elan etməsi ilə əlaqədar ölkə üzrə şəhərlərarası (rayonlararası) sərnişindaşıma fəaliyyəti dayandırılmış və 26 may 2021-ci il tarixli Qərarı ilə 2021-ci il 31 may tarixindən etibarən bu daşımalar bərpa edilmişdir. Hazırda Qazax avtovağzalından Kəmərli kəndinə 4 ədəd, Fərəhli kəndinə 2 ədəd, Qaymaqlı kəndinə 2 ədəd, Aslanbəyli kəndinə 2 ədəd avtobusla qrafik üzrə müntəzəm sərnişindaşımaları həyata keçirilir ki, bu da həmin ərazi üzrə əhalinin tələbatını tam olaraq ödəyir. Həmçinin Qazax-Qırmızı Körpü istiqamətində müəyyən edilmiş qrafiklər üzrə saat 07:00-dan başlayaraq 18:00-dək 30 dəqiqəlik intervalla müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərilir. Bakı-Kəmərli (Qazax) marşrutunun Kəmərli kəndindən Bakı istiqaməti üzrə hərəkət cədvəlinin saat 19:45-dən saat 16:30-a keçirilməsinə etiraz edən Kəmərli kənd sakinlərinin siyahısının onlar tərəfindən yazılmış müraciətə əlavə edilməsi ilə bağlı bildirilmişdir ki, Kəmərli kənd sakinləri tərəfindən Bakı-Kəmərli və əks istiqamət üzrə marşrut xəttinin hərəkət cədvəlləri ilə bağlı Cəmiyyətə heç bir şikayət daxil olmamışdır. “Bakı-Qırmızı-Körpü” istiqamətində yeni təsdiq edilmiş hərəkət cədvəlləri üzrə sutkanın qaranlıq vaxtı sərnişindaşıma həyata keçirən daşıyıcılar 05 avqust 2021-ci il tarixində Cəmiyyətə müraciət edərək, "xxxx" firmasının istifadəsində olan avtobuslarla Bakı-Kəmərli (Qazax) qrafikindən kənara çıxaraq, Kəmərli, Qaymaqlı və Asianbəyii kəndlərindən qeyri-qanuni sərnişin daşıma xidməti həyata keçirməklə onların fəaliyyətinə maneçilik törətdiyini bildirmişlər. "xxxx"-yə məxsus avtobusların Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisinə buraxılmaması ilə bağlı qeyd edilməlidir ki, "xxxx" MMC tərəfindən verilən məlumata əsasən, sərnişindaşıma xidmətlərinin göstərilməsi Cəmiyyətə həvalə edilmiş Bakı-Kəmərli (Qazax) marşrutu üzrə Bakıdan yola düşmə vaxtı saat 15:25 olmaqla 12 iyul 2021-ci il tarixdən 18 iyul 2021-ci il tarixinədək Bakı Beynəlxalq Avtovağzal Kompleksinə və Qazax Avtovağzalına girmədən sərnişindaşıma həyata keçirmiş, bir müddət sonra isə marşrut üzrə fəaliyyətlərini dayandırmışdırlar. "xxxx" MMCnin əməkdaşları barəsində müraciətlərində qeyd edilənlər aparılan araşdırma zamanı öz təsdiqini tapmamışdır.

6. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Ekspert” LTD firmasına ünvanlanmış 1-xx-xx/7559-21 saylı xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, "xxxx" firması tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ünvanlanmış Qazax - Bakı marşrutunun hərəkət cədvəli barədə müraciətə baxılmışdır. Müraciətdə göstərilənlərin araşdırılması məqsədilə etibarnamə əsasında müəssisənin təsisçisini təmsil edən X4 xx.xx.2021-ci il tarixində "xxxx" MMC-də olmuşdur və ona Qazax - Bakı şəhərlərarası marşrut xəttinin hərəkət cədvəli (Qazax avtovağzalından saat 17:15, saat 19:45, saat 20:00 və saat 01:00) təklif edilmişdir. X6 təklif olunan hərəkət cədvəlləri üzrə sərnişin daşımalarından imtina etmişdir. Bununla bağlı "xxxx" Firmasının təsisçisi Nümayəndə1 xx.xx.2021-ci il tarixli 127-04/365 nömrəli məktub göndərilmiş və bir daha yuxarıda qeyd edilən marşrut xətti üzrə hərəkət cədvəli ona təklif edilməklə qısa müddət ərzində həmin təkliflərə münasibət bildirməsinin vacibliyi nəzərinə çatdırılmışdır. Eyni zamanda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 4.22-ci bəndinə əsasən, şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarının şəhərlərin (rayon mərkəzlərinin) və ya qəsəbələrin ərazisində yerləşən başlanğıc və son təyinat məntəqəsi yalnız avtovağzal (avtostansiya) olmalıdır. Eyni məzmunlu müraciətlərlə bağlı "xxxx" Firmasına xx.xx.2021-ci il tarixli 127-07/372 nömrəli və xx.xx.2021-ci il tarixli 127-07/386 nömrəli cavab məktubları göndərilmişdir.

7. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 3-27103/2-803/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydasına əsasən, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 2022-ci ildə “Bakı-Şuşa-Bakı”, “Bakı-Ağdam-Bakf, “Əhmədbəyli- ŞuşaƏhmədbəyli”, “Bərdə-Ağdam-Bərdə”, “Bakı-Füzuli-Bakı”, “Bakı-Sabirabad- Bakı”, “BakıLənkəran-Bakı”, “Bakı-Astara-Bakı” marşrutları üzrə müsabiqə elan olunmuşdur və komissiya üzvləri tərəfindən qalib müəyyənləşdirilərək, daşıyıcı ilə sərnişindaşıma fəaliyyətinin göstərilməsi üçün 3 (üç) ilədək “Avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanılmışdır. Cari ilin 13 fevral tarixində “Bakı-Biləsuvar-Bakı", “Bakı-Ağcabədi-Bakı”, “Bakı- Qazax-Bakı”, “BakıQuba-Bakı”, “Bakı-Qusar-Bakı” marşrutları üzrə, 02 mart tarixində “Bakı-Qusar-Bakı”, “Bakı-Lənkəran-Bakı”, “Bakı-Xudat-Bakı”, “Bakı-SDK-Bakı”, “Ceyranbatan qəsəbəsi Xocəsən metro stansiyası-Ceyranbatan qəsəbəsi”, “Masazır qəsəbəsi-Xocəsən metro stansiyası- Masazır qəsəbəsi” marşrutlar üzrə, 07 aprel tarixində isə “Mingəçevir şəhərdaxili 5 nömrəli”, “Mingəçevir şəhərdaxili 12 nömrəli”, “Bakı-Xudat-Bakı”, “Bakı- Xaçmaz-Bakı”, “Bakı-Nabran-Bakı”, “Bakı-Şabran-Bakı” və “Bakı-Quba-Bakı” marşrutları üzrə müsabiqə elan olunmuşdur. Sərnişindaşıma fəaliyyətinin yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə işlər davam etdirilir və gələcəkdə “Bakı-Sınıq Körpü (Qazax)-Bakı” marşrutu üzrə müsabiqənin keçirilməsi həyata keçiriləcəkdir.

8. Qeyd olunan cavab məktubuna əlavə olunmuş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti "xxxx" MMC tərəfindən qəbul edilmiş “BakıQırmızı Körpü” şəhərlərarası marşurut xəttinin istismarı haqqında” 07/s №-li, 15 iyul 2021- ci il tarixli sərəncamın surətindən müəyyən olunur ki, “Bakı-Qırmızı Körpü” şəhərlərarası müntəzəm marşurut xəttinin hərəkət cədvəli üzrə gecə saatlarında (Bakıdan saat 22:00- Qırmızı Körpüdən saat 23:00) “Vətən” firmasının sərnişindaşıma fəaliyyətinin dayandırılması və həmin hərəkət cədvəli üzrə sərnişindaşımalarının yerinə yetirilməsi müvəqqəti olaraq fiziki şəxslər X8 və X2 həvalə edilməsi qərara alınmışdır.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2388/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia dəymiş ziyana görə 270 min manat məbləğində dəymiş zərərə görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində qeyri mümkün hesab edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2388/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə mahiyyəti üzrə qiymətləndirilən hissədə qismən təmin edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2905/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması barədə qərardad ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qərardadın mahiyyəti onunla bağlıdır ki, iddiaçının dəymiş zərərin ödənilməsi ilə əlaqədar cavabdehə müraciət mövcud olmuşdur.

12. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1309/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin qərarından verilmiş şikayət qismən təmin edilərək qərarın ləğv edilməsi, işə yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı "xxxx" firması cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (bundan sonra mətndə DANX) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" firmasının istifadəsində olan 204 №-li Bakı-Kəmərli (Qazax) marşurutunun hərəkət cədvəli qrafiki vaxtının hər iki tərəfdən (həm Bakı, həm də Kəmərlidən) saat 20:45-ə, Qazax avtovağzalından isə saat 23:00-a bərpa olunmaqla iddiaçının adına istifadə hüququnun tanınması, cavabdeh DANX və 3-cü şəxslər X3 və X14 tərəfindən iddiaçıya vurulmuş zərərə görə 500.000 (beş yüz min) manat pul kompensasiyasının ödənilməsi öhdəliyinin müştərək qaydada cavabdehin və 3- cü şəxslərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmənin 2-1(112)-12215/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh DANX əsl cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişafı və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əvəz olunmuşdur.

15. Sonradan iddiaçı direktoru tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçı 20 il istifadəsində olan 204 №-li Bakı - Kəmərli (Qazax) marşurutunun hərəkət cədvəli qrafiki vaxtının Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan cavabdeh “AYNA” X19 tərəfindən Bakı və Kəmərlidən çıxma vaxtının saat 21:45-ə, Qazax-Bakı istiqamətində Kəmərlidən Qazax avtovağzalına daxil olma vaxtının saat 22:45-ə, həmin avtovağzaldan çıxma vaxtının isə saat 23:00-a bərpa olunması və cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərə görə 270.000 (iki yüz yetmiş min) manat məbləğində pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edilmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, firmasının cavabdeh DANX-a qarşı 20 ildir istifadəsində olan, 204 №-li Bakı-Kəmərli (Qazax) marşurutunun hərəkət cədvəli qrafiki vaxtının hər iki tərəfdən, həm Bakı, həm də Kəmərlidən saat 19:45-ə (sonradan 20:45-ə), Qazax avtovağzalından (bundan sonra mətndə AV) isə saat 23:00-a bərpa olunmaqla istifadə hüququnun tanınması, vurulmuş maddi zərərin ödənilməsi və s. öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə Bakı İnzibati Məhkəməsində 11 mart 2022-ci il tarixdə tərəflərindən iddia qaldırılmışdır. 2-1(112)-7305/2022 saylı inzibati iş icraata götürülmüş, iş üzrə xx.xx.2022 ci il tarixli Sərəncam verilərək, tərəflərə göndərilmiş, işin hazırlıq icraatı 24 may 2022-ci il tarixə təyin edilmişdir. Bundan sonra məhkəmə baxışları, iclasları, araşdırmaları olmuş, sorğular verilmiş, dəqiqləşdirmələr aparılmış, axırıncı məhkəmə iclası xx.xx.2022-ci il tarixdə olmuşdur. xx.xx.2022-ci il tarixdə DANX-nin rəhbərliyinin rəsmi qəbulunda olmuş və razılaşmışlar ki, məsələni məhkəmədən kənar danışıqlar yolu ilə həll etsinlər, onlar da məhkəmədən sənədləri geri götürsünlər. 16.08 2022-ci il tarixdə onlar məhkəməyə iddianı geri götürmək barədə ərizə vermişdir. Məhkəmə xx.xx.2022-ci il tarixdə iş üzrə iddianın geri götürülmüş sayılması barədə 2- 1(112)-7305 saylı qərardad qəbul etmişdir. Lakin 15 gün ərzində DANX-ti tərəfindən heç bir tədbir görülməmiş, bir neçə rentabelsiz, gəlirsiz marşurutlar təklif edilərək növbəti dəfə onları aldadaraq onların qrafikini müxtəlif bəhanələrlə bərpa etməmişlər. Buna görə də yenidən iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurətində qalmışlar. 204 №-li, Bakı Kəmərli (Qazax)-Bakı şəhərlərarası sərnişin daşıma marşurut xətti 2000-ci ildən pandemiyaya (Covid-19) qədər fasiləsiz "xxxx" firmasının istifadəsində olmuşdur. Həmin vaxtdan müntəzəm olaraq avtobuslarla sərnişin daşıma fəaliyyətini həyata keçirmişlər. xx.xx.2006-cı il tarixdən 5 il müddətinə AR Nəqliyyatı Nazirliyi tərəfindən verilmiş, qeydiyyat nömrəsi NNL 000388, 023590 №-li Lisenziya əsasında fəaliyyət göstərmiş, 04 may 2012-ci il tarixdən yenə də 5 il müddətinə NN-dən qeydiyyat №-si NNL 003506, 030628 №-li lisensiya, lisensiya kartları, fərqlənmə nişanları alaraq fəaliyyət göstərmişdir. 20 (iyirmi) ildir dövlət büdcəsinə, vergi orqanlarına “Fərqlənmə Nişanı” vasitəsi ilə külli miqdarda vergilər ödənilmişdir, DSMF-yə ödəmələr etmişdir. Fəaliyyətləri zamanı "xxxx" firmasına Sərəncamla 204 №-li marşurut üzrə avtobusların hərəkət cədvəli və sxemi verilərək təsdiq olunmuşdur. 2010-cu ilin may ayına qədər Bakı şəhərindən, eləcə də Kəmərli yaşayış məntəqəsindən yola düşmə vaxtı saat 19:45 (sonradan 20:45) olmuşdur. Qazax AV-dan çıxma vaxtı isə axşam saat 23:00 olmuşdur. 2010-cu ilin may ayında gecə reysləri bağlandıqdan sonra hərəkət cədvəlləri və qrafikləri dəyişdirilmiş və onlara yeni hərəkət cədvəli və qrafiki verilmişdir. Həmin hərəkət cədvəli və qrafıkdə isə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşmə vaxtı saat 15:25, Kəmərli yaşayış məntəqəsindən səhər saat 09:00-dan çıxmaqla saat 10:45-də Qazax AV-da olmuşlar. 5 aya qədər bu qrafiklə işçi qaydasında işləmişlər. 5 aydan sonra yenə də çətinliklər yaranmışdır. “M-Trans” şirkəti onlara süni maneələr yaratmışdır. Sonradan keçmiş DANX "xxxx" MMC (2006-cı ildə yaradılmış) tərəfindən “Hərəkət cədvəli və qrafiki" yenidən dəyişdirilmişdir. Bakıdan yola düşmə vaxtı saxlanılmaqla, Kəmərlidən yoladüşmə vaxtı 16:30 olmuşdur. Bakı şəhərinə çatma isə gecə saat 01:00 göstərilsə də Bakı şəhərinə faktiki çatma gecə saat 02:00- 03:00 arası olmuşdur. Bu isə sərhəddə yaşayan kənd camaatının (təhlükəsizlik, təsərüfat və s.) haqlı narazılığına səbəb olurdu. Sonradan ümumi razılığa gəlinmişdir ki, Kəmərli, Qaymaqlı, Aslanbəyli kəndləri Ermənistanla sərhəd kəndləri olduğu üçün formal olaraq qrafikdə 16:30 göstərilsə də əvvəlki qrafiklə işləsinlər. Beləliklə 2010-cu ildən 2021-ci ilə qədər Bakı BAV-dan yola düşmə vaxtı gündüz 15:25 olmaqla, Kəmərlidən isə yola düşmə vaxtı 2010-cu ildən əvvəl olan öz qrafikləri ilə saat 20:45-də, saat 22:45-də Qazax Avtovağzalına daxil olmaqla, saat 23:00-da Qazaxdan çıxaraq səhər saat 06:00-da Bakı BAV-a çatmışlar. Yəni 20 ildir ki, onlar bu qaydada müntəzəm fəaliyyət göstərmişdir. Nəhayət pandemiyadan sonra (Covid-19), 12 iyul 2021ci ildə fəaliyyətlərini bərpa etdikdən sonra keçmiş "xxxx" MMC-nin “Sərnişin daşımaların tənzimlənməsi şöbəsinə müraciət etmişlər ki, sənədləri rəsmiləşdirsinlər. Onlar fərqlənmə nişanı aldıqlarına, müqavilə bağladıqlarına, pul ödədiklərinə baxmayaraq bayram günləri onları işləməyə qoymamış və süni maneələr yaradılmışdır. Onlara bildirilmişdir ki, artıq 6 ədəd gecə reysi açılıb. Onlar öz qrafıklərindən çıxmırlar, yolda onlara mane olurlar. Hərəkət cədvəlində Kəmərli (Qazax)-Bakı istiqaməti üzrə xx.xx.2021- ci il tarixli “Mütəxəssis rəyində” göstərildiyi kimi Kürdəmir AV-dan 23:55-də çıxan avtobusun Bakı BAV-na gecə saat 01:00-da çatması göstərilmişdir. Təqdim edilən hərəkət cədvəllərində göstərdiyi kimi Kürdəmir AV-dan Bakı BAK-na olan məntəqələrarası məsafə 189 km-dir. Bu isə o deməkdir ki, avtobus 189 km/saat sürətlə hərəkət etməlidir ki, hərəkət cədvəli üzrə göstərilən vaxtda 1 saat 05 dəqiqə ərzində Bakı BAV-na çatsın. Bu isə texniki və fıizki cəhətdən mümkün deyildir. Bakı BAK-dən 15:25-də çıxma hissəsində Bakı BAKdən Kürdəmir AV-na saat 18:05- də çatması üçün verilən vaxt 2 saat 40 dəqiqə təşkil edir ki, burada orta sürət MMC-nin hesablanmasına görə 70 km/saat hesablanmışdır. MMC tərəfindən verilmiş hərəkət cədvəli Kəmərlidən-Bakıya geri qayıdan hissəsində isə Kürdəmir AV-dan Bakı BAK-nə çatmaq üçün 1 saat 05 dəqiqə vaxt verilmişdir. Bu isə yuxarıda qeyd etdikləri kimi heç bir məntiqə sığmır, normativ aktların tələbinə zidd olmaqla ağlabatan deyildir.Hesab edirlər ki, bu süni maeçiliklər və qanunsuzluqlar aradan qaldırılmalı, 204 №-li marşurutun Kəmərlidən Bakı istiqamətinə öz əvvəlki çıxma vaxtıqrafıki saat 20:45-ə, Qazax AV-dan isə saat 23:00-a bərpa olunmalıdır. Qeyd olunan qanunsuzluqlar nəticəsində onlara ziyan dəymişdir.

17. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Cavabdeh publik hüquqi şəxs Dövlət Avtomobil Nəqliyyat Xidmətinin hüquqi varisi deyil. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlarla əlaqədar 1463 nömrəli Fərmanın imzalandığı eyni gündə, yəni 11 oktyabr 2021-ci il tarixində həmçinin “Dəniz nəqliyyatı sahəsində idarə etmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 1462 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X13, habelə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X13 tabeliyində X1 Mərkəzi, eləcə də Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Qeyd edilən Fərmanın 3.2-ci bəndinə əsasən, “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir. Göründüyü kimi, eyni nazirliyin tabeliyində olan müəssisələr barədə ölkə Prezidenti tərəfindən eyni gündə iki Fərman 1462 və 1463 imzalanaraq hüquqi forması publik hüququ şəxs olan iki Agentlik yaradılmış, bunlardan biri, yəni “Dövlət Dəniz və Liman Agentliyi” əsasında yaradılmış müəssisələrin hüquqi varisi elan edilsə də, digəri yəni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə əsasında yaradılmış müəssisələrin hüquqi varisi kimi tanınmamışdır. “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021- ci il tarixli 1463 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”,“6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, “15 saylı Mingəçevir Regional Nəqliyyat” məhdud məsuliyyətli cəmiyyətlərinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "xxxx" və “Nəqliyyat TəlimTədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra - Agentlik) publik hüquqi şəxs yaradılmış, həmin Fərmanın 2-ci hissəsinə əsasən qeyd edilən qurumları yuxarıda adları qeyd edilən müəssisələrin əmlakı yeni yaradılmış publik hüquqi şəxsə verilmiş, dövlət orqanlarına müvafiq normativ hüquqi aktların, X19n nizmnaməsinin hazırlanması və qeyd edilən fərmandan irəli gələn digər məsələlərin həll edilməsi məqsədi ilə müddətlər göstərilməklə vaxt verilmişdir. Həmin Fərmanın 3.1-ci bəndinə əsasən Agentlik avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir; Azərbaycan Respublikası Prezidentinin 08 sentyabr 2022-ci il tarixli 1842 nömrəli Fərmanı ilə “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi” təsdiq edilmiş, həmçinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul 472 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Ləğv edilmiş həmin Fərmanın 1-ci hissəsində qeyd edilmişdir: “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (bundan sonra - Xidmət) avtomobil nəqliyyatı sahəsində (Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma istisna olmaqla) dövlət tənzimləməsini, əhalinin və iqtisadiyyatın avtomobil nəqliyyatı ilə daşımalara və digər nəqliyyat xidmətlərinə ehtiyacının təmin olunmasına, beynəlxalq və ölkə daxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır”. Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanından da göründüyü kimi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti ləğv edilmişdir. Bu zaman yeni yaranan Cavabdeh Publik hüquqi şəxs (Bundan sonra-AYNA) Dövlət Avtomobil Nəqliyyat Xidməti və yuxarıda adları qeyd edilən digər müəssisələrin hüquqi varisi kimi qeyd edilməmişdir. Hal-hazırda ləğv edilmiş Dövlət Avtomobil Nəqliyyat Xidmətinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş və hal- hazırda qüvvədən düşən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında Əsasnaməsinin 5-ci bəndinə əsasən Xidmətin sərəncamında ancaq dövlət əmlakı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Proqramın” 5.4-cü bəndinə əsasən: “Dövlət əmlakı Azərbaycan Respublikasının dövlət orqanlarına və dövlət büdcəsindən maliyyələşən qeyrikommersiya təşkilatlarına onların vəzifə və funksiyalarının icrası, habelə dövlət müəssisələrinə onların təsərrüfat fəaliyyətinin təmin edilməsi məqsədi ilə müəyyən edilmiş qaydada istifadəyə verilir. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət büdcəsindən maliyyələşən təşkilatlara təhkim edilmiş dövlət əmlakı onlar tərəfindən kommersiya məqsədləri üçün istifadə edilmir”. Göründüyü kimi, keçmiş DANX-tinin mülkiyyətində hər- hansı bir əmlak olmamışdır. Həmin əmlak dövlət mülkiyyətində olmaqla DANX-nin ancaq sərəncamında olmuşdur. Məhz yuxarıda qeyd edilən normalara əsasən hal-hazırda yaranmış AYNA Xidmətin hüquqi varisi kimi hesab edilə bilməz. İddiaçı tərəfindən sübut olaraq təqdim edilmiş müqavilədən göründüyü kimi, "xxxx" MMC ilə İddiaçı Firması arasında Bakı-Kəmərli marşrutu ilə avtobuslarla sərnişin daşınması sahəsində əlaqəli fəaliyyət göstərməsi məqsədi ilə müqavilə bağlanmış və qeyd edilən müqavilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək qüvvədə olmuşdur. Qeyd edilən müqavilədən göründüyü kimi, hal-hazırda tərəflər arasında bağlanmış müqavilənin müddəti bitdiyindən, tərəflərin arasında hər - hansı hüquqi münasibətlər yoxdur. Bundan sonra əhalinin gecə vaxtı şəhərlərarası (rayonlararası) sərnişin daşımalarına olan tələbatı müəyyən edilmiş və müvafiq tədbirlər həyata keçirilərək aşağıdakı marşrut xətləri üzrə hərəkət cədvəlləri təşkil edilmişdir: - Qırmızı Körpüdən (Sınıq Körpüdən) saat 18:00, Bakıdan saat 19:20 olmaqla, Bakıdan saat 21:00, Qırmızı Körpüdən (Sınıq Körpüdən) saat 21:00 olmaqla, Bakıdan saat 23:00, Qırmızı Körpüdən (Sınıq Körpüdən) saat 22:00 olmaqla, Bakıdan saat 22:00, Qırmızı Körpüdən (Sınıq Körpüdən) saat 23:00 olmaqla , Bakıdan saat 00:00, Qırmızı Körpüdən (Sınıq Körpüdən) saat 00:00 olmaqla, Bakı-Qırmızı Körpü (Sınıq Körpü) şəhərlərarası hərəkət cədvəlləri üzrə marşrut xətləri müvəqqəti istismara verilmişdir. Eyni zamanda Qazax-Qırmızı Körpü istiqamətindən gündüz vaxtı da müntəzəm qrafiklər üzrə müvafiq qaydada saat 07:00-dan başlayaraq saat 18:00-dək hər 30 dəqiqədən bir əhaliyə müntəzəm qrafik üzrə şəhərlərarası sərnişin daşımaları xidməti göstərilir. Hazırda Qazax avtovağzalından Kəmərli kəndinə - 4 ədəd, Qaymaqlı kəndinə - 2 ədəd, Aslanbəyli kəndinə - 2 ədəd avtobusla müntəzəm qrafik üzrə rayondaxili sərnişin daşımaları həyata keçirilir. Yuxarıda qeyd edilən marşrutlar üzrə sərnişin daşıma həmin ərazi üzrə əhalinin tələbatını tam ödədiyindən Qazax rayonu Kəmərli və ətraf kəndlərin sakinləri tərəfindən Bakı-Kəmərli və əks istiqamət üzrə marşrut xəttinin açılması barədə Xidmətə heç bir müraciət daxil olmamışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009- cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 4.22-ci bəndinə əsasən, şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarının şəhərlərin (rayon mərkəzlərinin) və ya qəsəbələrin ərazisində yerləşən başlanğıc və təyinat məntəqəsi yalnız avtovağzal və ya avtostansiya olmalıdır. İddiaçının qeyd etdiyi Kəmərli yaşayış məntəqəsində isə avtovağzal (avtostansiya) yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 fevral tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”də avtovaqzal və avtostansiyaların təşkil edilməsi, qeydiyyata alınması və fəaliyyət göstərilməsi müfəssəl şəkildə qeyd edilmişdir. Həmin Əsasnamənin 2.2-ci maddəsinə əsasən Hər bir avtovağzalın (avtostansiyanın) onun kateqoriyasına uyğun pasportu olmalıdır. Pasport avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün rəsmi sənəd hesab edilir. Avtovağzalı (avtostansiyanı) təşkil edən təsərrüfat subyekti pasport almaq üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə bu Əsasnamənin 1 nömrəli əlavəsinə uyğun formada ərizə təqdim etməlidir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o Bakı-Kəmərli marşrutu ilə 20 ildir istifadə edir. Bunu sübut etmək məqsədi ilə o, məhkəməyə Keçmiş Nəqliyyat Nazirliyi tərəfindən ona verilmiş iki ədəd Lisenziyaları təqdim etmişdir. Onlara baxdıqda müəyyən edilir ki, onların hər birinin güvədə olma müddəti 5 ildir. Həmin lisenziyalardan birincisi ona 17 oktyabr 2006-cı ildə, digəri isə 04 may 2012-ci ildə verilmişdir. Beləliklə, qeyd edilən lisenziyalardan göründüyü kimi, həmin lisenziyalar ona avtomobil nəqliyyatı ilə şəhərlərarası sərnişin daşıma fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə cəmi 10 il müddətində verilmiş verilmişdir. Bununla əlaqədar onu qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffavlığın təmin edilməsi haqqında” 2015-ci il 19 oktyabr tarixli 650 nömrəli və “lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərman ilə avtomobil nəqliyyatı ilə daşıma fəaliyyətinə lisenziyanın tətbiqi dayandırılmışdır. xx.xx.2023-cü il tarixdə saat 09:30 da keçirilən Qazax rayonun Kəmərli kəndində heç vaxt rəsmi qaydada nə avtovağzal nə də ki, avtostansiya nə hal-hazırda ləğv edilmiş Dövlət Avtomobil Nəqliyyat Xidməti, nə də ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qeydiyyata alınmamışdır. Göründüyü kimi, iddiaçının qeyd etdiyi Qazax rayonu Kəmərli kəndindəki avtostansiya qanunsuz fəaliyyət göstərmişdir. Qeyd edilən fəaliyyət qanunsuz sahibkarlıq fəaliyyətidir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən daşıyıcılar avtomobil nəqliyyatı ilə müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsinə sifarişçinin keçirdiyi müsabiqə əsasında cəlb olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nın 1.5-ci bəndinə görə müsabiqənin qalibləri müntəzəm marşrutlar üzrə və ya marşrutların müvafiq reysləri üzrə sərnişindaşıma xidmətləri göstərilməsi hüququnu əldə edirlər. Qanunvericiliyə görə, daşıyıcılar müntəzəm marşrutlar üzrə keçirilən müsabiqələrin nəticələrinə uyğun olaraq, Xidmət ilə “avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə” bağlamaqla, dövlətə məxsus marşrutlar üzrə sərnişindaşıma xidmətləri həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 4.2-ci bəndinə əsasən avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar aşağıdakılara malik olmalıdırlar: 4.2.5. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunması üçün keçirilmiş müsabiqə nəticəsində bağlanılmış müqaviləyə. Göründüyü kimi, hər-hansı bir marşrutun hər- hansı bir daşıyıcı tərəfindən həyata keçirilməsi məhz daşıyıcılar arasında keçiriləcək müsabiqə vasitəsi ilə həyata keçirilir və həmin müsabiqədən kənar heç bir marşrutun hər-hansı bir daşıyıcıya təhkim edilməsi qanunsuzdur. İddiaçı əsassız olaraq hal-hazırda da mövcud olmayan Bakı-Kəmərli marşrutunu özünün əmlakı hesab edərək bunun əsaslandırması məqsədi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsi və Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə istinad etmişdir. İddiaçıya heç bir maddi ziyan vurulmamışdır. Əksinə, iddiaçının özünün də etiraf etdiyi kimi, hərəkət etdiyi Kəmərli kəndinin ərazisində təşkil etdiyi avtostansiya qanunsuz fəaliyyət göstərdiyindən həmin fəaliyyət qanunsuz sahibkarlıq fəaliyyətidir və iddiaçı həmin fəaliyyət nəticəsində əldə etdiyi gəlirlər qanunsuzdur.

18. Etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, iddiaçı avtovağzalı (avtostansiyası) olmayan Qazax rayonun Kəmərli kəndində Bakı şəhərinə müntəzəm marşrut açılması öhdəliyinin Agentliyinin üzərinə qoyulmasını, faktiki olaraq cavabdehin səlahiyyətlərinin aşmasını tələb edir. Marşrutlar üzrə müsabiqələr təşkil edilir və bu barədə məlumat verilir. Qanunvericiliyin tələbinə əsasən avtobus marşrutlarının başlanğıc və təyinat məntəqəsi yalnız avtovağzal və ya avtostansiya olmalıdır. Kəmərli kəndində isə heç vaxt və halhazırda da avtovağzal (avtostansiya) olmamışdır. Avtovağzal olmayan yaşayış məntəqəsi olan Kəmərli kəndindən şəhərlər və rayonlararası marşrut üzrə sərnişin daşınması inzibati xəta qanunvericiliyinin pozuntusuna səbəb olur.

19. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-414/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir.

20. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçı Bakı-Qazax-Kəmərli marşurutunun hərəkət cədvəli qrafiki vaxtının bərpa olunmasını, istifadə hüququnun tanınmasını xahiş edir. Nəzərə alınmalıdır ki, qeyd olunan marşrut üzrə üzrə istifadə hüququnun tanınması və marşrut xəttinin bərpası üçün yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından Bakı, Qazax və Kəmərli üzrə avtovağzal (avtostansiyanın) mövcudluğu mütləqdir. Belə ki, yuxarıda göstərilən qanunvericilik normalarının tələblərində də qeyd edildiyi kimi şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarının şəhərlərin (rayon mərkəzlərinin) və ya qəsəbələrin ərazisində yerləşən başlanğıc və son təyinat məntəqəsi yalnız avtovağzal (avtostansiya) olmalıdır.

21. Avtovağzal və avtostansiyanın anlayışı da qanunvericiliklə təsbit edilmişdir ki, yaşayış məntəqələrində sərnişinlərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş və 75-dən artıq sərnişin tutan gözləmə zalı, bilet kassaları, ana və uşaq otağı, baqajların saxlama kameraları, iaşə, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələri, tibbi yardım və polis məntəqələri, inzibati binası və ya xidməti otaqları, sürücülərin istirahət otağı, sərnişinlərin minib-düşməsi üçün perronu, avtobusların reyslərarası dayanması üçün meydançası və təmizləmə postları, habelə şəhər nəqliyyatının və taksi minik avtomobillərinin dayanması üçün vağzalyanı sahəsi olan bina və qurğular kompleksi və ya yaşayış məntəqələrində sərnişinlərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş, 75-dək sərnişin tutan gözləmə zalı, ən azı bir xidməti otağı, bilet kassası, sanitar-gigiyenik təyinatlı sahəsi, sərnişinlərin minib-düşməsi üçün perronu olan qurğu müvafiq olaraq avtovağzal və avtostansiya anlayışlarını ehtiva edir. Hər bir avtovağzalın (avtostansiyanın) onun kateqoriyasına uyğun pasportu olmalıdır. Pasport avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün rəsmi sənəd hesab edilir.

22. Lakin, işin faktiki hallarından, eləcə də həmin texniki pasportun verilməsinə münasibətdə səlahiyyətli olan qurum kimi cavabdehin mövqeyindən də aydın olur ki, Kəmərli yaşayış məntəqəsində göstərilən pasportla təmin edilmə mövcud olmamış, həmin yaşayış məntəqəsində avtovağzal və ya avtostansiya mövcud olmamışdır. Odur ki, göstərilən normaların tələbindən kənar qaydada iddiaçının tələbinin təminindən söhbət gedə bilməz.

23. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-414/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

24. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, qərarda iddia tələbinin rədd edilməsinə əsas olaraq uzun müddət istifadədə olan və faktiki fəaliyyət göstərən marşrut xəttinin avtovağzal (avtostansiyanın) olmaması ilə əlaqələndirmişdir. Belə ki, şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarının şəhərlərin (rayon mərkəzlərinin) və ya qəsəbələrin ərazisində yerləşən başlanğıc və son təyinat məntəqəsi yalnız avtovağzal (avtostansiya) olmalıdır. Hər bir avtovağzalın (avtostansiyanın) onun kateqoriyasına uyğun pasportu olmalıdır. Pasport avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün rəsmi sənəd hesab edilir. Lakin müvafiq müqavilələrlə, lisenziyalarla iddiaçının fəaliyyət göstərmiş olduğu dövrdə həmin marşrut xətti ilə hərəkətin həyata keçirilməsi sübutlarla öz təsdini tapmışdır. Belə ki, qeyd edilən avtostansiya mövcud olub və hal-hazırda da mövcuddur. Buna görə də iddiaçı cavabdehin imtinasını əsassız hesab edir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri iddia ərizəsinə qarşı yazılı etirazın dəlilləri ilə oxşarlıq təşkil edir.

d) Prosses iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1.İnzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2.İnzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

32. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iddia mümkün sayılmamalıdır.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğvini və iddianın mümkün sayılmamasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

35. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

36. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

37. Gəlmiş olduğu nəticə ilə bağlı məhkəmə kollegiyası bildirir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.

38. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

39. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.

40. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq.

41. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mümkün sayılması üçün:

1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;

2. iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli;

3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1).

42. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

43. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə iddiaçının hüquqi marağı iddiaçı 20 il istifadəsində olan 204 №-li Bakı - Kəmərli (Qazax) marşurutunun hərəkət cədvəli qrafiki vaxtının Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan cavabdeh “AYNA” X19 tərəfindən Bakı və Kəmərlidən çıxma vaxtının saat 21:45-ə, Qazax-Bakı istiqamətində Kəmərlidən Qazax avtovağzalına daxil olma vaxtının saat 22:45-ə, həmin avtovağzaldan çıxma vaxtının isə saat 23:00-a bərpa olunması və cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərə görə 270.000 (iki yüz yetmiş min) manat məbləğində pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

44. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçının tələbi 2 hissədən:

1. 204 №-li Bakı - Kəmərli (Qazax) marşurutunun hərəkət cədvəli qrafiki vaxtının Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan cavabdeh “AYNA” X19 tərəfindən Bakı və Kəmərlidən çıxma vaxtının saat 21:45-ə, Qazax- Bakı istiqamətində Kəmərlidən Qazax avtovağzalına daxil olma vaxtının saat 22:45-ə, həmin avtovağzaldan çıxma vaxtının isə saat 23:00-a bərpa olunması öhdəliyinin;

2. Cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərə görə 270.000 (iki yüz yetmiş min) manat məbləğində pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

45. İddia tələbinin birinci hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir və tərəflər arasında yaranan mübahisə publik hüquq münasibətlərindən irəli gəlməlidir.

46. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 04 nömrəli Qərarında qeyd olunur ki:

4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır.

47. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.

48. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər.

49. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, inzibati hüquq münasibətlərindən yaranmış mübahisə mövcud deyildir.

50. Bu səbəbdən mülki və ya cinayət mühakimə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. 51.Həmçinin, Kollegiya qeyd edir ki, mübahisə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olsa belə, artıq 204 №-li Bakı - Kəmərli (Qazax) marşurutunun mövcudluğu iş materialları ilə öz təsdiqini tapmamışdır.

52. Belə ki, iddiaçının iddia tələbinin əsasını təşkil edən 204 №-li Bakı - Kəmərli (Qazax) marşurutunun mövcud olması barədə iddiaçı məhkəməyə sübut təqdim edə bilməmiş və məhkəmə araşdırması nəticəsində də həmin xəttin fəaliyyətdə olması sübuta yetirilməmişdir.

53. Məhkəmə kollegiyası iddia tələbinin 2-ci hissəsi ilə bağlı isə aşağıdakıları qeyd edir.

54. İddiaçı 20 il istifadəsində olan 204 №-li Bakı - Kəmərli (Qazax) marşurutunun hərəkət cədvəli qrafiki vaxtının Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan cavabdeh “AYNA” X19 tərəfindən Bakı və Kəmərlidən çıxma vaxtının saat 21:45-ə, Qazax-Bakı istiqamətində Kəmərlidən Qazax avtovağzalına daxil olma vaxtının saat 22:45-ə, həmin avtovağzaldan çıxma vaxtının isə saat 23:00-a bərpa olunması və cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərə görə 270.000 (iki yüz yetmiş min) manat məbləğində pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etsə də, kompensasiya tələbi iddia tələbinin birinci hissəsi ilə əlaqəli olduğundan və iddia tələbinin birinci hissəsi mümkün hesab olmadığından iddia tələbinin ikinci hissəsi də mümkünsüz hesab olunmalıdır. 55.Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.

56. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

57. Yuxarıda qeyd olunanlara əsasən kollegiya bildirir ki, kompensasiyanın ödənilməsi haqqında iddianın mümkün sayılması üçün:

1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;

2. inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyanla bağlı olmalı;

3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli;

4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır.

58. İnzibati orqanlara qarşı kompensasiya ödənilməsinə dair iddialar, o zaman inzibati məhkəmə icraatında baxıla bilər ki, vurulmuş ziyan inzibati orqanın bilavasitə inzibati hüquq sahəsindəki fəaliyyəti (qərar, hərəkət və ya hərəkətsizliyi) nəticəsində vurulmuş olsun və bununla bağlı yaranmış mübahisə inzibati hüquq mübahisəsi olsun. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə deyildir.

59. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

60. Odur ki, cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirmədiyi öz təsdiqini tapmamışdır.

61. Həmçinin məhkəmə xüsusi olaraq vurğulayır ki, hazırki iddia inzibati mübahisə olmamaqla yanaşı İPM-in 2.2-ci maddəsində göstərilən heç bir iddia növünə də uyğun deyil.

62. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-414/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası,

qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-414/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan, Kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar