Məhkəmə qərarları › İş №2-1(103)-606/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-606/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-606/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin X6 Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin X6 Filialına qarşı “ona yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5786/2022 saylı 01 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsinin 165 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçı may 1974-cü il tarixdən xx.xx.1976-cı ilədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı xx.xx.1998-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1979-cu il tarixədək Kirov adına kolxozda (əmr № 09,xx.xx.1973), xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək (Əmr №949, xx.xx.1979) Xanlıqlar kənd orta məktəbində müvəqqəti olaraq pioner dəstə rəhbəri, xx.xx.1981-ci il tarixdən xx.xx.2004-cü il tarixədək (Əmr № 177, xx.xx.1981) Şərur şəhər axşam qiyabi orta məktəbində müəllim işləmişdir. İş materiallarında olan Şərur rayon dövlət arxivinin 03/107 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı 1980-1984, 1990-2004-cü il tarixlərdə Şərur rayon Təhsil Şöbəsində əyani-qiyabi kənd məktəbində işləyərək əmək haqqı almışdır. Şərur rayon dövlət arxivinin 03/107 saylı xx.xx.2022-ci il tarixli, 03/116 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışlarından görünür ki, iddiaçı Şərur rayon keçmiş M.Qorki adına kolxozunda işləmiş və 1973-cü ildə 39, 1976-ci ildə 462 manat, 1978-ci ildə 598 manat, 1979-cü ildə isə 52 manat məbləğində əmək haqqı almış, 1976-cı ildə 148 gün, 1978-ci ildə 144 gün, 1979-ci ildə 94 adam günü norması olmuşdur. Naxcıvan Muxtar Respublikası Dövlət arxivinin 13/346 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışlarından görünür ki, iddiaçı 1979-1990-cı ildə Şərur rayon Təhsil Şöbəsi əyaniqiyabi kənd məktəbində işləyərək əmək haqqı almışdır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli 10/269 saylı məktubuna əlavə edilmiş Şərur rayon Təhsil Şöbəsinin 949 nömrəli xx.xx.1979-cu il tarixli əmrindən görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdən Xanlıqlar kənd orta məktəbinə müvəqqəti olaraq pioner baş dəstə rəhbəri təyin edilmişdir. Şərur rayon Təhsil Şöbəsinin 351 nömrəli xx.xx.2004-cü il tarixli əmrindən görünür ki, iddiaçı rayonun axşam (qiyabi) məktəbinin fəaliyyəti dayandırıldıgından müəllim vəzifəsindən işdən azad olunmuşdur. Şərur rayon dövlət arxivinin 07/21 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı Şərur rayon Təhsil Şöbəsində 2003-2004-cü illərdə Şərur rayon əyaniqiyabi kənd məktəbində işləyərək əmək haqqı almışdır. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X6 Filialının **********2saylı xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Təqdim edilmiş xx.xx.1998-ci il tarixində tərtib edilmiş İT-İ № ******* saylı əmək kitabçasına əsasən sığorta stajı 11 il 1 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 8446,27 manat, xx.xx.2020-ci il tarixindən 343,83 manat olmaqla, ümumilikdə 8790,10 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Naxçıvan MR Dövlət Arxivinin xx.xx.2021ci il tarixli aktına əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1979-cu il tarixinədək işlədiyi Kirov adına kolxozun sənədləri Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmişdir. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilmir. Eyni zamanda xx.xx.1979-cu il tarixindən xx.xx.2004-cü il tarixinədək işlədiyi Şərur rayon Xanlıqlar kənd orta məktəbinin əmr kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmişdir, lakin 1979-1990-cı illər üzrə əməkhaqqı cədvəllərində əməkhaqqı alması qeyd olunmuşdur. Bu səbəbdən xx.xx.1991-ci il tarixindən sonrakı dövr üzrə əməkhaqqı və əmr sənədləri aşkar olunmadığı üçün həmin dövrlərin araşdırılması mümkün olmadığından sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunanlara əsasən adına aktiv VÖEN (0/********) olduğu üçün ona yaşa görə sosial müavinətin də təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin X6 Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, onun 2021-ci ilin 28 fevral tarixində 65 yaşı tamam olmuşdur. İddiaçı 10 sentyabr 1973-cü ildə Naxçıvan MR-də Kirov adına kolxozda əmək fəaliyyətinə başlamış, 01 sentyabr 1979-cu il tarixə kimi həmin kolxozda çalışmış, 25 oktyabr 1979-cu ildən 13 iyul 2004-cü ilə kimi Şərur rayon Xanlıqlar kənd orta məktəbində müəllim vəzifəsində işləmişdir. Yuxarıda göstərdiyi müəssisələrdə çalışdığına dair əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Beləliklə də iddiaçının təqribən 31 il ümumi əmək (sığorta) stajı var. 2021-ci ilin fevral ayında 65 yaşı tamam olduqdan sonra yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Yuxarıda qeyd olunan hallara baxmayaraq, cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtina olunması haqqında 13 iyul 2021-ci il tarixli, **********2 saylı məktub ünvanlamışdır. Cavabdeh inzibati orqan öz imtinasını əmək kitabçasında qeyd olunan iş yerlərinə dair sənədlər, o cümlədən 10 sentyabr 1973-cü ildən 01 sentyabr 1979-cu ilə kimi Azərbaycanda işlədiyi Kirov adına kolxozun və 25 oktyabr 1979-cu ildən 13 iyul 2004-cü ilə kimi işlədiyi Şərur rayon Xanlıqlar kənd orta məktəbinin əmr kitablarının Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin dövrlərin iş stajına daxil edilməsi, həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının qanunvericilklə tələb olunan 28.800,00 manat pensiya kapitalından az olmaqla əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbi baxımından mümkün olmadığı ilə əsaslandırmışdır. Beləliklə, hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya qarşı tətbiq etdiyi yanaşma qanunsuz olmaqla, sosial təminat və pensiya hüquqlarını kobud şəkildə pozmuş və gəldiyi nəticədə qanunun tələblərini düzgün tətbiq etməmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X6 Filialı tərəfindən iddiaçıya ümumi iş stajı qanunla tələb olunan müddətdən az olduğundan, eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən müraciəti müsbət həll etmək mümkün olmamışdır. İstər hazırda qüvvədə olan, istərsə də mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1979-cu il tarixədək "Kirov adına kolxoz”da, xx.xx.1979-cu il tarixdən xx.xx.2004-cü il tarixədək Şərur rayon Xanlıqlar kənd orta məktəbində işlədiyini, ümumilikdə 31 il sosial sığorta stajı olduğunu iddia etmişdir. Araşdırma zamanı İddiaçı 1976-cı ildə 148 gün, 1978-ci ildə 144 gün, 1979-ci ildə 94 gün "Kirov adına kolxoz”da işlədiyi müəyyən edilmiş, digər illər üzrə adam günü norması, eyni zamanda həmin kolxozda minimum əmək iştirakı norması müəyyən edilməmişdir. Faktik müddət üzrə hesablama mümkün olmadığından həmin illərin sosial sığorta stajına daxil edilməmişdir. İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.2004cü il tarixədək Şərur rayon Xanlıqlar kənd orta məktəbində işlədiyi dövr araşdırılan zaman, əmr kitabları, eyni zamanda 1990-ci ildən 2004-cü ilədək işlədiyini iddia etdiyi dövr ərzində əmək haqqı cədvəllərini aşkar etmək mümkün olmamışdır. 1979-1990-cı illərə aid əmək haqqı cədvəlləri müəyyən edilmiş, həmin illər üzrə İddiaçı ümumilikdə 7 il 09 ay əmək haqqı aldığı müəyyən edilmişdir. Eyni zamanda iddiaçı məhkəmə prosesi zamanı öz izahatında Şərur rayon Xanlıqlar kənd orta məktəbinin qiyabi şöbəsində müəllim işlədiyini, bu səbəbdən sadəcə ilin müəyyən aylarında əmək haqqı aldığını qeyd etmişdir. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1979-cu il tarixədək “Kirov adına kolxoz”da işlədiyini iddia etdiyi dövrlərin, xx.xx.1979-cu il tarixdən xx.xx.2004-cü il tarixədək Şərur rayon Xanlıqlar kənd orta məktəbində əmək haqqı aldığı dövrlər istisna olmaqla digər dövrlərin sosial sığorta stajına əlavə edilməsi qanuna uyğun deyildir. Bu səbəbdən həmin illər iddiaçının sosial sığorta stajına əlavə edilməsi mümkün olmamış, bu halda onun cəmi 07 il 09 ay sosial sığorta stajı mövcud olmuşdur. Beləliklə, İddiaçı yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən heç birini ödəmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5786/2022 saylı 01 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 28 fevral 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, araşdırma zamanı İddiaçı 1976-cı ildə 148 gün, 1978-ci ildə 144 gün, 1979-ci ildə 94 gün “Kirov adına kolxoz”da işlədiyi müəyyən edilmiş, digər illər üzrə adam günü norması, eyni zamanda həmin kolxozda minimum əmək iştirakı norması müəyyən edilməmişdir. Faktik müddət üzrə hesablama mümkün olmadığından həmin illərin sosial sığorta stajına daxil edilməsi mümkün deyildir, lakin məhkəmə göstərilənləri nəzərə almadan həmin illəri sosial sığorta stajına əlavə etmişdir. İstər hazırda qüvvədə olan, istərsə də mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.2004-cü il tarixədək Şərur rayon Xanlıqlar kənd orta məktəbində işlədiyi dövr araşdırılan zaman, əmr kitabları, eyni zamanda 1990-ci ildən 2004-cü ilədək işlədiyini iddia etdiyi dövr ərzində əmək haqqı cədvəllərini aşkar etmək mümkün olmamışdır. 1979-1990-cı illərə aid əmək haqqı cədvəlləri müəyyən edilmiş, həmin illər üzrə İddiaçı ümumilikdə 7 il 09 ay əmək haqqı aldığı müəyyən edilmişdir. Eyni zamanda iddiaçı məhkəmə prosesi zamanı öz izahatında Şərur rayon Xanlıqlar kənd orta məktəbinin qiyabi şöbəsində müəllim işlədiyini, bu səbəbdən sadəcə ilin müəyyən aylarında əmək haqqı aldığını qeyd etmişdir. Lakin məhkəmə iddiaçının əmək haqqı almadığı dövrləri də sosial sığorta bəsində müəllim işlədiyinə görə sadəcə ilin müəyyən münasibət bildirməmişdir. Həmçinin qeyd etmək lazımdır ki, vətəndaşların pensiya kapitalı onların və sığortaedənlərin ödədikləri məcburi dövlət sosial sığorta haqları əsasında formalaşır. Məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlərin staj kimi hesab olunması pensiya almaq hüququ olan digər vətəndaşların pensiya təminatı hüququnun pozulmasına gətirib çıxaracaqdır. Yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmədən yekun qərar çıxarılmışdır. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti AR MPM-nin 363.1.1-1. maddəsinin tələbləri qaydasında baxılmadan geri qaytarılmalıdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş Mərkəzi Filialı “Kirov adma kolxoz”-da əmək günlərini sayaraq hesab edir ki, həmin əmək günləri onun həmin kolxozda işlədiyi illəri tamamlamır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69. maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. İddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim olunmuş “Əmək kitabçası”-nda mənim həqiqətən həm 10 sentyabr 1973-cü il tarixdən 01 sentyabr 1979-cu il tarixədək “Kirov adma kolxoz”-da (əmr № 09,xx.xx.1973), həm də 25 oktyabr 1979-cu il tarixdən 30 mart 1981-ci il tarixədək (Əmr №949, xx.xx.1979) Xanlıqlar kənd orta məktəbinə müvəqqəti olaraq pioner dəstə rəhbəri, 30 mart 1981-ci il tarixdən 13 mart 2004-cü il tarixədək (Əmr № 177, xx.xx.1981) Şərur rayon Xanlıqlar kənd orta məktəbində müəllim vəzifələrində işləməyim və bu qeydlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına uyğun olması müəyyən edilir. Məhz bu səbəblərə görə hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla vaxtında verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən təhvil alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin X6 Filialına qarşı tələbi, “xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun sığorta stajının 25 ildən az, yəni 11 il 1 ay, xx.xx.2006-cı il tarixədək 8446,27 manat, xx.xx.2020-ci il tarixindən 343,83 manat olmaqla ümumilikdə 8790,10 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan verməməsi, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, xx.xx.1973-cü il tarixindən xx.xx.1979cu il tarixinədək işlədiyi Kirov adına kolxozun sənədlərinin Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməməsi səbəbilə sözügedən dövrlərin sığorta stajına daxil edilməsinin qanunauyğun hesab edilməməsi, həmçinin xx.xx.1979-cu il tarixindən xx.xx.2004-cü il tarixinədək işlədiyi Şərur rayon Xanlıqlar kənd orta məktəbinin əmr kitablarının Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməməsi əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 25 il ümumi iş stajının olmasına istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçıxx.xx.1956-cı ildə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə görə onun iddia tələbində göstərdiyi 65 yaşdan pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi xidmətdə olması barədə arayışı, əmək kitabçasını, arxiv arayışlarını təqdim etmişdir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsinin 165 saylı xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, iddiaçı may 1974-cü il tarixdən xx.xx.1976-cı ilədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Bununla yanaşı, qanunvericiliyin yuxarıda bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus əmək kitabçasdan görünür ki, o, müxtəlif dövrlərdə müxtəlif müəssisələrdə işləmiş və onun 1974-cü ilin may ayından 1976-cı ilədək olan hərbi xidmət dövrü, xx.xx.1973-xx.xx.1979-cu illərdə Naxçıvan MR Kirov adına kolxozda, xx.xx.1979xx.xx.2004-cü illərdə Şərur rayonunda orta məktəbdə işlədiyi dövrlər də nəzərə alınmaqla ümumi iş stajı 25 ildən çox təşkil edir. Hazırda cavabdeh inzibati orqan iddiaçının ümumi iş stajının 25 ildən az olması, pensiya kapitalının kifayət qədər olmaması, eləcə də onun xx.xx.1973-cü il tarixindən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979-cu il tarixindən xx.xx.2004-cü il tarixədək işlədiyi dövrü qəbul etmir, yeganə dəlil olaraq həmin dövrdə müvafiq olaraq işlədiyi Kirov adına kolxozun və Şərur rayon Xanlıqlar kənd orta məktəbinin arxiv sənədlərinin Arxivə təhvil verilmədiyinə istinad edir, bu səbəbdən də həmin dövrlərdə sosial sığorta stajının araşdırılması mümkün olmadığı üçün iddiaçının pensiya hüququnun yaranmaması qənaətindədir. Bununla bağlı hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə tərəfindən İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1979-cu il tarixədək Kirov adında kolxozda işləməsi barədə təqdim edilmiş arxiv arayışının verilməsi üçün əsas olan sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı Şərur arayon Dövlət Arxivinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixdə Şərur arayon Dövlət Arxivindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda İddiaçı Şərur rayonu keçmiş Kirov adına kolxozunda işlədiyi və müvafiq əmək haqlarını da alması qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından yuxarıdakı əsaslarla imtina etməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərə əsasən o, həm xx.xx.1973-xx.xx.1979-cu illərdə Kirov adına kolxozda, həm də xx.xx.1979-xx.xx.1981-ci illərdə Xanlıqlar kənd orta məktəbində müvəqqəti olaraq pioner dəstə rəhbəri, xx.xx.1981xx.xx.2004-cü illərdə isə Şərur rayon Xanlıqlar kənd orta məktəbində müəllim vəzifəsində işləmiş, bu fakt iddiaçının əmək kitabçasındakı qeydlərlə yanaşı, həm də işə birinci instansiya qaydasında baxılarkən verilmiş məhkəmə sorğusuna Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin və Təhsil Nazirliyindən daxil olmuş müvafiq əmrlər və əmək haqqı cədvəlləri ilə tam təsdiq olunmuşdur. O ki qaldı cavabdehin istinad etdiyi hala- iddiaçının işlədiyi Kirov adına kolxozun və Şərur rayon Xanlıqlar kənd orta məktəbinin arxiv sənədlərinin Arxivə təhvil verilməməsinə, bu barədə qeyd olunmalıdır ki, arxiv sənədlərinin saxlanılması və onun təhvil verilməsi iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun sənədlərin Arxivə təhvil verilmə vəzifəsinin lazımınca icra olunmaması isə iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Beləliklə, iş üzrə iddiaçının əmək kitabçasının, arxiv arayışlarının və sorğuya cavab məktublarının məzmunundan iddiaçının mübahisələndirilən dövrlərdə həmin müəssisələrdə işləməsi faktı təsdiq olunduğu üçün həmin dövr ona pensiya təyin edilməsi üçün iş stajına daxil edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək qüvvədə olan qanunun tələbinə görə əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövr üzrə stajdan irəli gələn hüquqlarının (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna və iddiaçının artıq bunadək qazanmış olduğu hüququnun (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Odur ki, iddiaçının xx.xx.1973-cü il tarixdən xx.xx.1979-cu iltarixədək, xx.xx.1979— cu il tarixdən xx.xx.2004-cü il tarixədək tarixədək işlədiyi müddət onun stajına daxil edilməlidir. Belə olan halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri- 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərti ödənildiyi üçün digər şərtə- “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərtinin yoxlanılmasına ehtiyac qalmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin olunması ilə bağlı düzgün nəticəyə gələrək məhkəmə qərarının nəticəvi hissəsində iddiaçıya 28 fevral 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini göstərsə də, bunun iddiaçıya hansı yaşdan (65 yaşdan) təyin olunmasını dəqiq olaraq göstərməmişdir. Lakin bu hal kobud pozuntu hesab olunmadığı üçün qanuni və əsaslı olan məhkəmə qərarının ləğv olunması üçün də əsas yaratmır. Odur ki, məhkəmə qərarı iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunduğu tarix onun 65 yaşının tamam olduğu, yəni xx.xx.2021-ci il tarix göstərilməklə dəyişdirilmədən saxlanılmalı, bununla da cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5786/2022 saylı 01 sentyabr 2022-ci il tarixli qərarı “iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunduğu tarix onun 65 yaşının tamam olduğu, yəni xx.xx.2021-ci il tarix” göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar