Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-607/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-4348/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı erməni silahlı dəstələrinə qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. 26 iyun N992-ci il tarixdən 2N sentyabr N992-ci il tarixədək Azərbaycan Respublikasının Kəlbəcər rayonuna dislokasiya olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tibb rotasında sanitar-inspektor vəzifəsində xidmət etmişdir. Hərbi hissə komandiri tərəfindən N3 oktyabr N992-ci il tarixdə ona bu barədə arayış verilmişdir. Həmin arayışda göstərildiyi kimi, o, həqiqətən 26 iyun N992-ci il tarixdən 2N sentyabr N992-ci il tarixədək həmin hərbi hissənin tibb rotasında sanitar-inspektor vəzifəsində xidmət etmişdir. Həmin dövrdə intensiv döyüş əməliyyatlarının aparıldığı ön cəbhədə xidmətdə olmuş və həmin vəzifəni layiqincə yerinə yetirmişdir. Onun həmin dövrdə adıçəkilən hərbi hissədəki xidmətini orada onunla birlikdə xidmətdə olmuş hərbi qulluqçular X5, X6, X2 təsdiq edə bilərlər. Lakin dəfələrlə aidiyyəti orqanlara, ilk növbədə Müdafiə Nazirliyinin arxiv idarəsinə müraciət etsə də, qənaətbəxş cavab ala bilməmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Tibb Universitetinin arxivinə müvafiq sorğu ünvanlanmışdır. Universitetdın alınmış cavab məktubunda onun (iddiaçının) Azərbaycan Respublikası Müdafiə nazirinin 25 iyun N992-ci il tarixli 234 saylı əmri əsasında Azərbaycan Tibb Universitetinin 456/6T saylı əmri ilə ordu sıralarına çağrılması və N saylı hərbi hissəyə göndərilməsi barədə məlumat konkret şəkildə öz əksini tapmışdır. Bundan sonra iddiaçı ərizə ilə, yuxarıda göstərilən sənədlər həmin ərizəyə əlavə olunmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyaya “müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsi ilə bağlı müraciət etmişdir. N3 sentyabr 202N-ci il tarixli N/A-N7207 saylı cavab məktubunda ona Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmək tövsiyə olunmuşdur. Bundan sonra iddiaçı həm adıçəkilən Xidmətə, həm də Müdafiə Nazirliyinin həmin Komissiyasına müraciət etmişdir. Sonra onun müraciətinə Komissiyada baxılmış və N9 noyabr 202N-ci il tarixli məktubla bildirilmişdir ki, döyüş əməliyyatları aparılan zaman N saylı hərbi hissədə N992ci ilin iyun – sentyabr aylarında onun hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığından, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunur. Cavabdehin imtinası əsassız və qanunsuzdur və onun hüquqlarını pozur. Cavabdeh iddianı qəbul etməmiş, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışına əsasən İddiaçı N nömrəli hərbi hissənin iyun-sentyabr N992-ci il tarixədək əlifba qeydiyyatı kitablarında və komandirin nizami hissə üzrə əmrlərində hərbi xidməti və xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. İddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməlliyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının hərbi xidməti və xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. İddiaçının N nömrəli hərbi hissənin tərkibində döyüş əməlliyatlarında iştirak etməsi öz təsdiqini tapmamış və onun tərəfindən hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. iddiaçının hərbi xidməti və xidmətdən qanuni əsaslarla ordudan tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövrdə xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə, hərbi qulluqçunun xidmət keçmənin başlandıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Ehtiyata və ya istefaya buraxılma barədə isə Azərbaycan Respublikasının Prezidenti müvafiq qərar qəbul etməlidir. Hərbi qulluqçuların ehtiyyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçularının qismən ehtiyata buraxılması haqqında” 23 yanvar N996-cı il tarixli 433 nömrəli Fərmanından sonra başlamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 yanvar N996-cı il tarixli əmrin N-ci bəndində qeyd edilmişdir ki, N0 fevral N996-cı il tarixdən 25 yaşı tamam olmuş və daha çox yaşı olan, cəmi 2 ildən yuxarı xidmət etmiş hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılsınlar. Həmin əmrin 2-ci bəndində qeyd edilmişdir ki, 25 yaşdan yuxarı ehtiyata buraxılmaq hüququ olan, lakin hərbi hissəni öz başına tərk etmiş əsgər, matros, çavuşlar hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılsınlar və hərbi uçot sənədləri çağırış yeri üzrə hərbi komissarlığa göndərilsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-4348/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarı ləğv edərək işi sonrakı hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi barədə qəradad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “…Məhkəmə tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamış, əsassız və qanunsuz qərar qəbulolunmuşdur. Belə ki, Müdafiə nazirinin xx.xx.N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı qüvvələr veteram”, və “Əmək veteram” adlarının verilməsi qayda və şərtləri haqqında" Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının N.6-cı bəndindən görünür ki, “Müharibə Veteram” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarinda olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsı heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Araşdırmanın nəticəsində müəyyən olundu ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışına əsasən İddiaçı N nömrəli hərbi hissənin iyun-sentyabr N992-ci il tarixədək əlifba qeydiyyatı kitablarında və komandirinin nizami hissə üzrə əmrlərində hərbi xidməti və xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığını yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara “Müharibə veteranı” adı verilir. Müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməlliyatları aparan hərbi hissəyə ezam olunması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də şəxsin həmin hərbi hissəyə döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunması faktı da tam sübuta yetirilməlidir.İddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığını yerinə yetirilməsi üçün ezam olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz.Məhkəmə iş materiallarına əlavə edilmiş arayışlara və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq düzgün nəticələ qəlməmişdir. İddiaçının hərbi hissədə hərbi xidməti və qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. istər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. Hərbi qulluqçuların ehtiyyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçularının qismən ehtiyata buraxılması haqqında" 23 yanvar N996-cı il tarixli 433 nömrəli Fərmanından sonra başlamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 yanvar N996-cı il tarixli əmrin N-ci bəndində qeyd edilmişdir ki, N0 fevral N996-cı il tarixdən 25 yaşı tamam olmuş və daha çox yaşı olan, cəmi 2 ildən yuxarı xidmət etmiş hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılsınlar. Həmin əmrin 2-ci bəndində qeyd edilmişdir ki, 25 yaşdan yuxarı ehtiyata buraxılmaq hüquqi olan, lakin hərbi hissəni öz başına tərk etmiş əsgər, matros, çavuşlar hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılsınlar və hərbi uçot sənədləri çağırış yeri üzrə hərbi komissarlığa göndərilsin. Qanunvericiliyinn tələblərinə əsasən Müdafiə Nazirliyi “Müharibə veteram” adının və vəsiqəsinin verilməsi” üçün həmin şəxs hərbi qulluqçu statusuna malik olmalıdır. İddiaçı isə hərbi qulluqçu statusunu əldə etməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi Müdafiə Nazirliyini iş üzrə əsl olmayan cavabdeh olması məsələsinə diqqət yetirməmiş və cavabdehin əsl cavabdeh ilə əvəz edilməsim iddiaçıya təklif etməmiş və bununla da qanunvericiliyinin tələblərini pozmuşdur. Əsl cavabdehin əvəz olunması məsələsinə yalnız birinci instansiya məhkəməsində ış üzrə icraat başa çatanadək baxılmalı olduğundan, hazırki mərhələdə, yəni apellyasiya icraat mərhələsində əsl olmayan cavabdehin əvəz edilməsi yolverilməzdir. Bununla əlaqədar olaraq, Müdafiə Nazirliyi hesab edir ki, nə qədərki iş materialları ilə iddiaçıya əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə hüquqi yardım göstərilməsi öz təsdiqini tapmamış, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərinin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir...” Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi XN apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, iddiaçıya veteran adı və vəsiqəsi verilməsinə əsas olan bütün sənədlərin işə əlavə olunduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin N-ci hissəsinin - 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır; 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci hissəsinin N-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddalarına əsasən müharibə veteranı adı: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət(yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin qeyd olunan məzmunundan göründüyü kimi, döyüş əməliyatları aparan bölgələr hesab edilən rayonlarının ərazilərdə döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilə bilər. İş materialları üzrə Azərbaycan Tibb Universiteti iddiaçının vəkilinin sorğusuna ünvanladığı xx.xx.202N-ci il tarixli NN93 nömrəli, birinci instansiya məhkəməsinin sorğusuna ünvanladığı xx.xx.2022-ci il tarixli xx-xx/NN07 nömrəli cavab məktublarında bildirmişdir ki, İddiaçı həqiqətən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 23 iyun N992-ci il tarixli 234 nömrəli əmrinə əsasən N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin xx.xx.N992-ci il tarixli 456/T saylı əmrinə ilə İV kursda 25 iyun N992-ci il tarixdən 2N sentyabr N992-ci il tarixədək müharibə bölgəsində Kəlbəcər rayonunda hərbi təlim keçmiş, döyüşlərdə iştirak etmiş və yaralılalara tibbi yardım göstərmişdir. Hazırkı Azərbaycan Tibb Universitetinin apellyasiya mərhələsində məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim olunmuş sözügedən, xx.xx.N992-ci il tarixli 456/T saylı əmrindən də görünür ki, Universitetin bir sıra İddiaçı da daxil olduğu İV kurs tələbələri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 23 iyun N992-ci il tarixli 234 nömrəli əmrinə müvafiq olaraq təlim (“stajerovka”) keçmək üçün döyüş bölgələrinə ezam olunmuş və həmin tələbələrə döyüş əməliyyatlarında böyük qəhramanlıq göstərərək yaralılara tibbi yardımı göstərdiklərinə görə “təşəkkür” elan olunmuş və onlara Müdafiə Nazirinin xx.xx.N992-ci il tarixli 354 nömrəli əmrinin icrası qaydasında üçqat ölçüdə “təqüd (“stpendiya”) verilməsi əmr olunmuşdur (Əmrdə göstərilən 37 nəfər İV kurs tələbənin sırasında yer almış İddiaçı 25.06.92-2N.09.92 dövründə Kəlbəcər döyüş bölgəsində təlim keçdiyi təsbit olunmuşdur). İşə əlavə olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov Rayon İdarəsinnin xx.xx.2022-ci il tarixli N374 nömrəli məktubu ilə birinci instansiya məhkəməsinə təqdim ounmuş N saylı hərbi hissə komandiri Z.P.Rzayevin N9 avqustN992-ci il tarixli 3N6 nömrəli arayışından da görünür ki, iddiaçı həqiqətən xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilədək N saylı hərbi hissədə çağırışçı olmuşdur. Beləliklə də tədqiq olunan sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, Müdafiə nazirinin əmri əsasında Azərbaycan Tibb Universitetinin xx.xx.N992-ci il tarixli 456/T saylı əmri ilə İV kurs tələbəsi kimi iddiaçı 25 iyun N992-ci il tarixdən 2N sentyabr N992-ci il tarixədək döyüş bölgəsində - Kəlbəcər rayonunda N saylı hərbi hissədə təlim keçmiş və döyüş əməliyyatlarında iştirak edərək yaralılalara tibbi yardım göstərdiyi, təhsilini davam etdirmək üçün Universitətə qayıtdığında isə onun Universitet rəhbərliyinin əmri əsasında Müdafiə Nazirinin xx.xx.N992-ci il tarixli 354 nömrəli əmrinin icrası qaydasında üçqat ölçüdə tələbə təqaüdü verildiyi sübuta yetirilir. Belə olan halda, cavabdehin apellyasiya şikayətinin arxiv məlumatlarına əsasən N saylı hərbi hissənin tərkibində iddiaçının adının aşkar edilmədiyini və onun qanuni əsaslarla ehtiyata buraxılmadığını mübahisələndirən dəlilləri əsassız hesab edilməlidir. Qeyd olunan əsaslara görə həmçinin Müdifiə Nazirliyinin əsl cavabdeh olmadığını mübahisələndirən dəlilləri də əsassızdır. Belə ki, Əsasnamənin N-ci hissəsinin N-ci bəndinin qeydinin 2-ci hissəsinin 4-cü abzasındanda görünür ki, hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxsləə müharibə vetiranı statusu ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və digər müvafiq icra hakimiyyəti orqanları tərəfindən onların yaratdıqları komissiyanın rəyinə əsasən verilir. Konkret halda da, qeyd olunanlardan göründüyü kimi, İddiaçı Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində təlim keçmiş, döyüş əməliyyaitlarında iştirak edərək yaralılara tibbi yardım göstərmişdir. Beləliklə də, cavabdeh tərəfindən iddiaçıya veteran adı və vəsiqəsi verilməsindən imtina olunmasının əsassız olduğu sübuta yetirilir. Bu isə onu deməyə əsas verir ki, həmin imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-nin 73.N-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlar baxımından, məhkəmə kollegiyası, cavabdehin birinci instansiya məhkəməsi tərəfindən işin hərtərəfli araşdırılmadığını maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Bu baxımadan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-4348/2022 saylı xx.xx.2022-ci il tarixli dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-4348/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-607/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-607/2023
22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver