Məhkəmə qərarları › İş №2-1(103)-608/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-608/2020

15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-608/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 (Şirvan şəhər 1 saylı Vəkil Bürosu) , cavabdehin nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı (xx.xx.1962-ci il tarixdə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olmuş, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X12 üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4351/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx xxxxxxx 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3rşı iddiaçının hüququnun yarandığı, yəni xx xxxxxx 2017-ci il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. xx.xx.1979-cu ildən əmək fəaliyyətinə başlamış, xx.xx.2019-cu ilə qədər işləmiş və işlədiyi sosial sığorta stajı tam şəkildə əmək kitabçasında öz əksini tapmışdır. Qeyd edir ki, o, xx.xx.1983-cü ildən xx.xx.1996-cı ilə qədər və xx.xx.1998-ci ildən xx.xx.2002-ci ilə qədər Əli Bayramlı DRES-də tökücü-boşaldıcı (yanacaq boşaldan) vəzifəsində, digər illərdə isə müxtəlif vəzifələrdə işləmişdir. Onun işlədiyi tökücü-boşaldıcı (yanacaq boşaldan) vəzifəsi istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısında (2140000a—18598) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda öz əksini tapmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il stajı olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən onun 55 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yarandığı üçün cavabdeh təşkilata müraciət etsə də, ona ünvanlanmış xx xxxx 2019-cu il tarixli məktubda xx xxxxxx 2006-cı il tarixə qədər güzəştli iş stajı 12 il 06 aydan az təşkil etdiyi üçün güzəştli şərtlərlə əmək pensiyasının təyinatı qeyri-mümkün hesab edilmişdir. Halbuki yuxarıda sadaladığı kimi onun ümumi iş stajı 40 ilə qədər, xx xxxxxx 2006-cı il tarixə qədər güzəştli iş stajı 17 ilə qədərdir. Belə olan halda cavabdeh təşkilatın ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etməsi tamamilə qanunsuzdur. Odur ki məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4351/2019 saylı qərarı ilə (hakim E.Əliyev) iddia təmin olunmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, apellyasiya şikayətinin və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Həmçinin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X7 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: -İddiaçı xx.xx.1962-ci il tarixdə Salyan rayonunda anadan olmuşdur. -iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığı xx.xx.2017-ci il tarixdən (ilkin tələbi) «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hesablanaraq hal-hazıradək yaranmış fərqin birdəfəlik ödənilməsini tələb edir. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. -Azərbaycan Respublikası “xxxx”ASC “X13 Stansiyası” MMC-nin xx.xx.2019-cu il tarixli 20/206/17/128 nömrəli Arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən xx.xx.1983-cü ildən (əmr 49-n. xx.xx.1983-cü il) xx.xx.1996-cı ilə kimi “X13 Stansiyası”MMC-nin (Əli Bayramlı DRES-nin) Yanacaq nəqliyyat sexində tökücülər-boşaldıcılar (yanacaq boşaldan); xx.xx.1998-ci ildən(əmr 200PİŞ,xx.xx.1998-ci il) xx.xx.2002-ci ilə kimi “X13 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-nin) Yanacaq nəqliyyat sexində tökücülərboşaldıcılar (yanacaq boşaldan); xx.xx.2015-ci ildən (əmr 13-k, xx.xx.2015-ci il) xx.xx.2019-cu ilə kimi “X13 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-nin ) Yanacaq nəqliyyat sexində yanacaq ötürən maşinist işləmişdir. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarında qeyd edildiyi kimi tökücülər-boşaldıcılar (yanacaq boşaldan); yanacaq ötürücülərin maşinistləri (24.Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölümünün 143-cü səhifəsində a)fəhlələr bölümünün 18-ci xanası və 144-cü səhifədə 5-ci xana) güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. -Notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş İT-İ ******* nömrəli Əmək Kitabçasına əsasən İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin Sənaye tikinti mexanizasiya trestin 3 saylı X2 kran sahəsinə 2-ci dərəcəli fəhlə, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Azərbaycan SSR Ticarət Nazirliyinin Təmir-Tikinti İdarəsində 2-ci dərəcəli fəhlə, xx.xx.1983-cü il tarixdən kimi İlyiç adına Şərəf ordenli Əli Bayramlı ŞRES Azərbaycan SSR energetika və elektrifikasiya üzrə Baş istehsalat idarəsində İV qrup yanacaqnəqliyyat sexində tökücü, xx.xx.1987-ci il tarixdən 3-cü dərəcəli tökücü-boşaldıcı, xx.xx.1996-cı il tarixdən yanacaq-nəqliyyat sexində 5-ci dərəcəli dispetçer, xx.xx.1998-ci il tarixdən həmin sexdə İİİ qrup yanacaq boşaldan, xx.xx.2002-ci il tarixdən həmin sexdə dispetçer, xx.xx.2002-ci il tarixdən həmin sexdə daimi 5-ci dərəcəli dispetçer, xx.xx.2015ci il tarixdən Yanacaq –nəqliyyat sexində İV qrup yanacaq ötürən maşinist, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək Qazan turbin sexinin yanacaq nəqliyyat sahəsinə İV qrup yanacaq ötürən maşinist vəzifəsində işləmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsi iddiaçının müraciətini təmin etməkdən imtina edərək xx.xx.2019-cu il tarixli **********0 nömrəli məktubla bildirmişdir: “Bildiririk ki, idarənin sizə ünvanladığı xx xxxx 2019-cu il tarixli **********5 nömrəli cavab məktubundan sonra təqdim etdiyiniz Azərbaycan Respublikası “xxxx” ASC- nin “X13 Stansiyası” MMC-nin xx xxxx 2019-cu il tarixli 20/206/17/128 nömrəli arayışına baxaraq sizin ümümi iş stajınızın 25 ildən artıq olduğu müəyyən edilsə də, güzəştli iş stajınız 12 il 6 aydan az təşkil etdiyinə görə sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir”. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının “tökücülər-boşaldıcılar” vəzifəsində xx.xx.1987-ci il tarixdən xx.xx.1996-cı il tarixədək işləməsi və beləliklə də xx.xx.2006-cı il tarixədək 12 il 6 aydan artıq (8 il 01 ay 21 gün) güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının mövcud olmaması iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası ilk olaraq onu qeyd edir ki, mübahisəyə iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yarandığı vaxt həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarına əsasən qiymət verilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. İşin apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-nin “X13 Stansiyası” MMC-yə sorğu ünvanlanaraq, işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə iddiaçının iş materiallarında olan ИT-İ seriyalı, ******* №-li əmək kitabçasının təsdiq edilmiş surətinə əsasən onun X1 işləməsini göstərən xx.xx.1983-cü il, 49 №-li ; xx.xx.1987-ci il, 699 OTZ №-li, xx.xx.1998-ci il tarixli, 200 PİŞ №-li əmrlərinin iddiaçıya münasibətdə təsdiq edilmiş surətlərinin, eyni zamanda iddiaçının işlədiyi tökücü və tökücü-boşaldıcı peşələrinin arasında hansı fərqlərin olması, iddiaçı eyni işi icra etmişsə hansı səbəbdən vəzifəsinin fərqli göstərildiyi, bu peşələrin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda göstərilmiş hansı koda aid olması, barədə ətraflı məlumatların qısa müddət ərzində məhkəməyə təqdim olunması xahiş edilmişdir. Sorğuya cavab olaraq xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-nin “X13 Stansiyası” MMC tərəfindən məhkəməyə ünvanlanmış cavabda qeyd edilmişdir ki, tökücü-boşaldıcı (süzücü-tökücü) (slivşik-razlivşik) fəhlə peşəsi 1969-1973-cü illərdə mövcud olmuşdur. 1987-ci ildə SSRİ-nin Əmək və Sosial məsələlər üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənmiş Vahid X6 da slivşik-razlivşik (tökücü-boşaldıcı; süzücü-tökücü; slivşikrazlivşik) fəhlə peşəsi və işin xarakteristikası öz əksini tapıb. Hazırda qüvvədə olan və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2006-cı il tarixli №10-2-li qərarı ilə təsdiq edilmiş ”Fəhlə peşələri və İşlərin Vahid X9’nda (hissə İ) İİ fəsil “Bütün sahələr üçün ümumi olan əməyin ixtisas dərəcələri üzrə tarifləşdirilən fəhlə peşələri siyahısı’nda tökücü-boşaldıcı (süzücü- tökücü) fəhlə peşəsinin dərəcə diapazonu göstərilməklə tökücü-boşaldıcı (süzücü-tökücü) fəhlə peşəsinin iş xüsusiyyətləri qeyd edilmişdir. “X13 Stansiyası” MMC istismara verildiyi vaxtdan (1962-ci il) layihə üzrə mazut və təbii qaz yanacağı ilə işləmişdir. Süzücü fəhlə peşəsinin 1978-ci ildə adının tökücü-boşaldıcı (süzücü- tökücü) adı ilə dəyişdirilməsi iş yerlərinin attestasiyası ilə və yuxarıda adı qeyd olunan “Vahid X9" ilə bağlı olmuşdur. Vəzifə adının qismən dəyişdirilməsinə baxmayaraq işin xüsusiyyəti eyni olmuşdur. Yəni bu vəzifədə işləyənlər mazut yanacağının boşaldılması və mazut çənlərinə bölüşdürülməsi ilə məşğul olmuşlar. Stansiya üzrə verilmiş 699 saylı, xx.xx.1987-ci il tarixli əmr əldə olunmadığından həmin sənədin Sizə təqdim olunması mümkün olmamışdır. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarının 24-cü bölümünün, fəhlələr hissəsində Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı hissəsində qeyd olunduğu kimi tökücülər-boşaldıcılar (süzücütökücü) güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “xxxx” ASC “X13 Stansiyası” MMC tərəfindən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 ünvanlanmış xx.xx.2020-ci il tarixli, 20/206/18/29 №-li cavab məktubunda İddiaçı verilmiş güzəştli şərtlərlə əmək pensiyasına görə arayış qeyd olunan tökücü, tökücü-boşaldıcı vəzifələrinin eyni iş icra etdikləri, yəni mazutu çənlərdən estakadaya və estakadadan digər çənlərə boşaltmaq işini yerinə yetirdikləri qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddiaçının işlədiyi tökücü-boşaldıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı bölməsinin a) altqrupunda 2140000a—18598 - tökücülər-boşaldıcılar kodu altında qeyd edilmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçının işlədiyi tökücü-boşaldıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda da 24-cü Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin a) altqrupunda tökücülərboşaldıcılar kodu altında göstərilmişdir. İşin araşdırması ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Salyan rayonunda anadan olmuşdur. ИТ-İ seriyalı, ******* saylı əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin Sənaye tikinti mexanizasiya trestin 3 saylı X2 kran sahəsinə 2-ci dərəcəli fəhlə, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Azərbaycan SSR Ticarət Nazirliyinin Təmir-Tikinti İdarəsində 2-ci dərəcəli fəhlə, xx.xx.1983-cü il tarixdən kimi İlyiç adına Şərəf ordenli Əli Bayramlı ŞRES Azərbaycan SSR energetika və elektrifikasiya üzrə Baş istehsalat idarəsində İV qrup yanacaq-nəqliyyat sexində tökücü, xx.xx.1987-ci il tarixdən 3cü dərəcəli tökücü-boşaldıcı, xx.xx.1996-cı il tarixdən yanacaq-nəqliyyat sexində 5-ci dərəcəli dispetçer, xx.xx.1998-ci il tarixdən həmin sexdə İİİ qrup yanacaq boşaldan, xx.xx.2002-ci il tarixdən həmin sexdə dispetçer, xx.xx.2002-ci il tarixdən həmin sexdə daimi 5-ci dərəcəli dispetçer, xx.xx.2015-ci il tarixdən Yanacaq –nəqliyyat sexində İV qrup yanacaq ötürən maşinist, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək Qazan turbin sexinin yanacaq nəqliyyat sahəsinə İV qrup yanacaq ötürən maşinist vəzifəsində işləmişdir. Nəticə etibarilə məlumdur ki, İddiaçı hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahısına və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə müvafiq olaraq əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 25 ildən çox ümumi, 12 il 6 aydan çox zərərli əmək sahəsində sığorta stajına malik olmuş və onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ (xx xxxxxx 2019-cu il tarixdən) yaranmışdır. Göründüyü kimi iddiaçının 25 ildən çox ümumi əmək stajı ilə bərabər 12 il 06 aydan çox əmək şəraiti zərərli işlərdə işləmişdir. Lakin cavabdeh orqan iddiaçıya əsassız olaraq pensiya təyin edilməsindən imtina etmişdir. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamış və iddianı təmin etməmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94, və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4351/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin və təyin edilmiş pensiya məbləğinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X12 üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar