Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-608/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə məhkəmə qərarının icrası ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2- 1(82)-3284/2017 saylı 12 sentyabr 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun X1 xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüquq olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2008-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-3284/2017 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı X1 xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin İ saylı siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2008-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin üzərinə qoyulmuşdur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2182/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3284/17 saylı 17 iyul 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 2374/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2182/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3284/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı qanuni qüvvəsini aldığından Bakı İnzibati Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə icra vərəqəsi verilmiş, xx.xx.2020-ci il tarixdə icra edilməsi üçün Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinə, məlumat üçün iddiaçıya göndərilmişdir. Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3284/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən icraata başlanmışdır. Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin edildiyindən Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3284/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə xitam verilmişdir. Lakin sonradan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yeni açılmış halla bağlı ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı iddiasına dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3284/2017 saylı xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3284/2017 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3284/2017 saylı 17 iyul 2017-ci il tarixli qərarı ləğv edilmiş, məhkəmə qərarının icrası dayandırılmış və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2096/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3284/2017 saylı xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş yeni açılmış hallarla bağlı inzibati iş üzrə icaatın təzələnməsi barədə ərizəsi təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2041/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2096/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3284/2017 saylı 17 iyul 2017-ci il tarixli qərarının İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsinə uyğun olaraq məcburi şəkildə icra edilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3284/2017 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3284/2017 saylı 17 iyul 2017-ci il tarixli qərarının icra edilib-edilməməsi barədə məlumatın 10 gün müddətində məhkəməyə verilməsi tələb olunmuş, İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən qərar icra edilmədiyi halda 50000 manatadək məbləğdə cərimə tətbiq olunacağı barədə xəbərdar olunmuş, bununla bağlı iddiaçıya məlumat verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********2 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar olaraq, İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılması məqsədilə adıçəkilən şəxsə əmək pensiyasının ödənişi dayandırılmışdır. Araşdırmanın nəticəsi olaraq İddiaçı qanunazidd əsassız olaraq yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Həmin orqandan Nazirliyə daxil olmuş 02/2-120C-20/1557 saylı xx.xx.2020ci il tarixli məktuba əsasən sözügedən iş üzrə cinayət işinin başlanmasına dair qərar qəbul olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı əmək pensiyasının bərpa edilməsi məsələsinə sözügedən cinayət işi üzrə icraatın yekunlaşmasına dair cinayət prosesini həyata keçirən orqanın yekun qərarı Mərkəzi Filiala daxil olduqdan sonra baxılacaqdır. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3284/2017 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 200 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və təyin edilmiş 200 manat məbləğində cərimənin götürülməsi barədə yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və İnzibati Prosessual Məcəlləsinin müvafiq maddələrinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək, inzibati məhkəmə icraatının iştirakçısının izahatını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanan cərimə edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, apellyasiya baxışı zamanı aparılmış araşdırmalar nəticəsində müəyyən edildi ki, iddiaçıya müvafiq pensiya təyin edilməsi barədə məhkəmə qərarı üzrə icra icraatına icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixli qərarla xitam verilmiş, bundan sonra yeni açılmış hallarla bağlı cavabdehin verdiyi ərizə əsasında icraat təzələnmiş və pensiya təyin olunması barədə qərarın icrası məhkəmə qaydasında dayandırılmışdır. Bundan sonra verilmiş şikayətlər əsasında həmin məsələyə yenidən baxılmış və sonuncu instansiya məhkəməsi tərəfindən pensiya təyinatı ilə bağlı verilmiş məhkəmə qərarı üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsi barədə cavabdehin ərizəsi təmin olunmamışdır. Daha sonra məhkəmə qərarı yenidən icraya yönəldilərkən cavabdeh inzibati orqan tərəfindən pensiya təyinatı ilə bağlı icraatın dayandırıldığı müəyyən olunmuşdur. Odur ki, həmin icra tədbirlərinin məcburi şəkildə yerinə yetirilməsi ilə bağlı iddiaçı ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəyə baxan məhkəmə qərarın icrası ilə bağlı icra hərəkətlərinin nə səbəbdən dayandırıldığını müəyyən etmədən cavabdeh orqan tərəfindən məhkəmə qərarının icra olunmaması qənaətinə gəlmiş və verilmiş müddət daxilində həmin qərarın icra olunmadığına istinad edərək cavabdeh orqanı 200 manat məbləğində cərimələmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya baxışı zamanı ərizəyə baxılarkən müəyyən olundu ki, iddiaçıya pensiya təyinatının aparılması ilə bağlı verilmiş məhkəmə qərarının icrası müvafiq inzibati akt əsasında deyil, formal xarakterli hərəkətlər edilməklə dayandırılmışdır. Yəni, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya pensiya verilməsinin dayandırılması barədə ayrıca inzibati akt qəbul edilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi cavabdehin məhkəmə qərarını nəyə görə icra etməməsini, başqa sözlə pensiya verilişinin nə səbəbdən dayandırılmasını araşdırmalı və əgər pensiya verilişinin formal xarakterli hərəkətlər nəticəsində dayandırıldığı müəyyən edilərdisə, bu hərəkətlərin qanunsuz sayılması ilə bağlı iddiaçının icra icraatı çərçivəsində ərizə vermək hüququnun olduğunu ona izah etməli idi. Digər tərəfdən birinci instansiya məhkəməsi iddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsi ilə bağlı ərizəsinə baxılarkən daha öncə məhkəmə qərarının icra olunması ilə bağlı icra məmurunun xx.xx.2020-ci il tarixli qərarının da qüvvədə olduğunu nəzərə almalıdır. Hazırki halda yuxarıda qeyd olunan məsələlər birinci instansiya məhkəməsi tərəfindən araşdırılmadığı üçün, Kollegiya hesab edir ki, məhkəmə qərarının cavabdeh inzibati orqan tərəfindən icra olunmadığına əsaslanmaqla birinci instansiya məhkəməsi cavabdehin 200 manat məbləğində cərimə olunması ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3284/2017 saylı 12 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilməli və iddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsi ilə bağlı ərizəsinə yenidən baxılması üçün inzibati iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3284/2017 saylı 12 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsi ilə bağlı ərizəsinə yenidən baxılması üçün inzibati iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-608/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-608/2023
11.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver