Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-609/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(113)-7137/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(113)-7137/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 62 yaşdan, yəni 14 iyun 2021-ci il tarixdən əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək təmin olunması, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Məmmədova ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçının tələbinin məhkəmədən kənar təmin edildiyini və ona Filialın xx.xx.2022-ci il tarixli **********2 nömrəli qərarı ilə hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edildiyini və bu barədə məlumatın pensiya altsiteminə yerləşdirildiyini, beləliklə də tərəflər arasındakı mübahisənin aradan qaldırıldığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı həmin qərarla tanış olaraq, ona əmək pensiyası təyin edildiyinə görə iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, cavabdeh orqanın iş üzrə icraata xitam verilməssi barədə ərizəsi təmin edilməlidir. Belə ki, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi iş üzrə icraata xitam verilməsi barədə ərizəsinə və ona əlavə olunmuş sənədlərdən görünür ki, Filialın xx.xx.2022-ci il tarixli **********2 nömrəli qərarı ilə iddiaçıya, onun hüququ yarandığı xx.xx.2021-ci il tarixdən 248.16 manat məbləğində yaşa görə əmək pensiyası təyin olunmuş və “pensiya təyinatı alt siteminə” yerləşdirilmişdir. İddiaçının bununla bağlı mövqeyindən göründüyü kimi, ona pensiya təyin olunduğuna görə işə xitam verilməsinə razıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, cavabdehin ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 80, 83, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iş üzrə icraata xitam verilməsi barədə ərizəsi təmin edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-609/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-609/2023
09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver