Məhkəmə qərarları › İş №2-1(103)-609/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-609/2025

09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-609/2025 09.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7853/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu Rayonu İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 10 nömrəli, 08 oktyabr 1997-ci il tarixli qərarı ilə Sabunçu rayonu, Maştağa qəsəbəsində sahəsi 1200 kv.m olan ümumi sahə 583 nömrəli sahəsinin X2 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM m.34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində sahəsi 1200 kv.m olan olan torpaq sahəsi Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin qərarına əsasən mərhum anası X2 ayrılmışdır. Lakin anası N.Cəfərova həmin torpaq sahəsini öz adına rəsmiləşdirmədən 30 avqust 2007-ci il tarixdə ölmüşdür. Vərəsə olaraq həmin torpaq sahəsinin mərhum anasına məxsus olması barədə arayışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2024-cü il tarixli cavab məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edərək, bildirmişdir ki, təqdim edilən qərardan çıxarışda yerli icra hakimiyyəti orqanunun qərarına istinad edilməmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında təqdim edilən xx.xx.1997-ci il tarixli 10 nömrəli Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından çıxarışda yerli icra hakimiyyəti orqanının qərarına istinad edilmədiyini əsas tuturaq iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7853/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Sabunçu Rayonu İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 10 nömrəli, 08 oktyabr 1997-ci il tarixli qərarı ilə Sabunçu rayonu, Maştağa qəsəbəsində sahəsi 1200 kv.m olan ümumi sahə 583 nömrəli sahəsinin X2 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Təqdim edilən xx.xx.1997-ci il tarixli 10 nömrəli Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından çıxarışda yerli icra hakimiyyəti orqanının qərarına istinad edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan RespublikasıPrezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2.7-ci bəndində yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar qeydiyyat üçün əsas hesab edilir. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan RespublikasınınQanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan RespublikasıPrezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında xx.xx.2022-ci il tarixli, 1655 nömrəli fərmanının 3.1-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlarla bağlıməlumatların (yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunmasını təmin etməlidirlər. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinə dair təqdim edilən yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənədlərin göstərilən torpaq sahəsinə aid olub olmamsınımüəyyən etmək mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin həqiqi yerləşməsi dəqiq müəyyən edilməmiş, torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı(nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə, Maştağa qəsəbəsində sahəsi 1200 kv.m olan ümumi sahə 583 nömrəli sahəsinin X2 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb etmişdir. İşə əlavə edilmiş 4 saylı “ASAN” Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ölüm haqqında şəhadtnaməyə və Bakı şəhəri 17 saylı Notariat Ofsinin 11 mart 2022-ci il tarixli 161 No-li cavabdeh idarəyə ünvanlanmış məktubunaa əsasən müəyyən olunur ki, X4 xx.xx.2007-ci il tarixdə ölmüş və hazırkı İddiaçı qanun onun vərəsəsidir (qızıdır) «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, vətəndaşların qanuni istifadəsindəki torpaqlar faktiki olaraq(de-fakto) artıq əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir, yerdə qalan məsələ yalnız, həmin torpaq sahələrinin sözügedən vətəndaşların adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyatının rəsmiləşdirilməsi(“de yure”) təşkil edir . Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Qanunvericiliyin qeyd olunan tələbəlrinə münasibətdə iş materiallarına əsasən mübahisəli torpaq sahəsi iddiaçının mərhum anası X1 qanuni istifadəsində olduğu işə əlavə olunmuş sənədlərlə öz təsdiqini tapır. Belə ki, işə əlavə olunmuş Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının notarial qaydada təsdiq olunmuş 08 oktyabr 1997-ci il tarixli, 10 №-li qərarın çıxarışından görünür ki, həmin qərarla AR Nazirlər Kabinetinin 07 may 1991ci il tarixli 123 saylı və 02 sentyabr 1991- ci il tarixli 293 saylı qərarlarına əsasən Maştağa qəsəbəsində fərdi yaşayış evləri tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması və fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş Baş Plana uyğun olaraq - hər bir ailəyə 1200 kv.m hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmasının nəzərdə tutulduğu və bir qrup vətənədaşlar tərəfindən ğtələb olunan səndlərin təqdim edildiyi nəzərə alınaraq qərara alınmışdır ki, o cümlədən, iddiaçının mərhum anası X2 fərdi yaşayış evinin tikintisi üçün Maştağa qəsəbəsində 1200 kv m ölçüsü olan 583 nömrəli torpaq sahəsi ayrılmışdır. Eyni zamanda, işə əlavə edilmiş Sabunçu rayon İHB-nın İ müavini Q.Həsənov, habelə, Sabunçu rayon İHB-nın Maşağa qəsəbəsi üzrə nümayəndəsi A.Hadıyev və mühəndisi N.Allahverdiyev tərəfindən imzalanıb dairəvi möhürləri ilə təsdiq olunmuş “Maştağa qəsəbəsi “Savalan” yaşayış massivi ümumi sahə 583 saylı torpaq sahəsinin “Yerləşmə sxemi”ndən və “Maşatağa qəsəbəsinin Baş Planı”ndan görünür ki, həmin Sxemdə və Baş Planda iddiaçının mərhum anası Nəzirə Cəfərovaya ayrılmış 1200 kv m torpaq sahəsi mövcuddur, ona ayrılmış torpaq sahəsinin yeri ştrixlənmiş şəkildə göştərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər - daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü. Qanunun qeyd olunan 8.0.8-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndi isə nəzərədə tutur ki, yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar – həmin torpaq sahəsi üzərində hüququn əldə edilməsini təsdiq edən sənəd sayılır. Qanunvericiliyin qeyd olunan tələblərinə münasibətdə, konkret halda, mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun təsbit olunması üçün Qanunun qeyd olunan 8.0.8-ci maddəsində nəzərdə tutulan əsas, həm də 10.2-ci maddəsində nəzərdə tutulan torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən plan-cizgisi mövcuddur. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etirazı və onun apellyasiya şikayətinin dəlilərində mübahisələndirdiyi yeganə hal ondan ibarətdir ki, idarəyə təqdim edilən xx.xx.1997-ci il tarixli 10 nömrəli Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi aparatının qərarından çıxarışda yerli icra hakimiyyəti orqanının qərarına istinad edilməmişdir. Məhkəmə kollegiyası, aşağıdakılara görə cavabdehin qeyd olunan dəlili ilə razılaşmır. Birincisi, Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının sözügedən 08 oktyabr 1997-ci il tarixli tədqiq olunan 10 No-li qərarında Nazirlər Kabinetinin iki qərarına - 07 may 1991-ci il tarixli 123 saylı və 02 sentyabr 1991-ci il tarixli 293 saylı qərarlarına Maştağa qəsəbəsində fərdi yaşayış evləri tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılmış sahədə iddiaçının mərhum anasınına - Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş Baş Plana istinad olunaraq 1200 kv.m həyətyanı torpaq sahəsi istifadəsinə verildiyi qeyd olunmuşdur. Yəni burada torpaq sahəsinin həm Nazirlər Kabinetinin, həm də tarixi göstərilməsə belə, Bakı şəhər İHB tərəfindən təsdiq olunmuş Baş Plana uyğun olaraq ona torpaq sahəsi ayrıldığı ayrıldığı təsbit olunur. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, ölməmişdən mübahisəli torpaq sahəsinin mərhumun adına daşınmaz əmlakın dövlət reyestrində qeyd alınması üçün əsaslar mövcud olmuşdur. Bundan əlavə qeyd edilməlidir ki, məhkəmə sorğusu əsasında əldə olunmuş arxiv materiallarına əsasən müəyyən olunmuşdur ki, Maştağa qəsəbəsində “Savalan “ yaşayış massivində mərhum N.Cəfərovaya ayrılmış 583 saylı sahə ilə bilvasitə qonşu olan 582 və 583 saylı torpaq sahələrinə dair başqa şəxslərin mülkiyyət hüquqları qeydə alınıb onlara reyestrdən çıxarışlar da verilmişdir. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinin tələbinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Qanunun qeyd olunan tələbləri nəzərə alındıqda, mübahisəli torpaq sahəsinə dair Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 08 oktyabr 1997-ci il tarixli 10 №-li qərarı - Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.08-ci maddəsində əsas və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndinin nəzərdə nəzərdə tutduğu sənəd kimi qiymətləndirilməyə bilməz. Başqa sözlə, cavabdeh tərəfindən həmin qərarda yerli icra hakimiyyəti orqanının qərarına istinad edilmədiyini mübahisələndirən dəlilinin əsassız olduğu sübuta yetirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 113 nömrəli 22 dekabr 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş və 30 dekabr 2009-cu il tarixində 3492 nömrə ilə dövlət qeydiyyatına alınmış “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: 7.1-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Qeyd olunanlar baxımından, cavabdeh orqan iddiaçıya mübahisələndirilən arayışın verilməsindən imtina etməklə onun qanunla qorunan hüquqlarını pozmuşur. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi mahiyyəti üzrə düzgün nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən torpaq sahəsinin həqiqi yerləşməsinin dəqiq müəyyən edilmədiyini, torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7853/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM m. 87.6). Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7853/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar