Məhkəmə qərarları › İş №2-1(103)-610/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-610/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-610/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2537/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən, 60.26 kv.m sahəli 76 saylı mənzilə dair onunla kirayə müqaviləsi bağlanması öhdəliyinin cavabdeh Bakı şəhər icra hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “... Orconikidze (indiki Suraxanı) Rayon Xalq Deputatlar Sovetinin (“XDS”) xx.xx.1986cı il tarixli 39 nömrəli iclas protokolundan çıxarışa əsasən, İddiaçı ünvan 2 ünvanında yerləşən 76 saylı mənzilin xidməti order əsasında verilməsi qərara alınmış, xx.xx.1986-cı il tarixli Orconikidze (indiki Suraxanı) icraiyyə komitəsinin qərarı ilə bu mənzil şəxsə ayrılmışdır. Artıq 35 ildir fasiləsiz olaraq bu mənzildə yaşayaraq sahiblik və istifadə etdiyini, eləcə də mənzilin xidməti order əsasında verilməsi üçün nəzərdə tutulmuş əsasların aradan qalxdığını nəzərə alaraq ünvan 3 ünvanında yerləşən, 60.26 kv.m sahəli 76 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması haqqında sərəncam qəbul edilməsi tələbi ilə Suraxana rayon icra hakimiyyətinə müraciət etmişdir. İcra hakimiyyətindən verilən xx.xx.2022-ci il tarixli cavab məktubunda mənzilin Bakı şəhəri İcra hakimiyyətinin mənzil fonduna daxil edilərək, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verildiyi üçün aidiyyəti üzrə müraciət edilməsi tövsiyə olunmuş və o, eyni tələblə Bakı şəhər icra hakimiyyətinə müraciət etmiş, sonuncu tərəfindən xx.xx.2022-ci il tarixli məktubunda ərizənin Mənzil- Kommunal Təsərrüfatı Departamentinə (“MKTD”) göndərildiyi, bu sonuncu isə xx.xx.2022-ci il tarixli məktubu ilə bildirmişdir ki, ərizəaidiyyəti üzrə baxılması üçün Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə (“MKTB”) göndərilmişdir. Suraxanı rayon MKTB isə xx.xx.2022-ci il tarixli məktubunda bu məsələnin Birliyin səlahiyyətləri xaricində olduğu bildirilmişdir...” Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qərardadı ilə iddiaçının razılığı ilə cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti əsl cavabdeh Suraxanı Rayon İcra Hakimiyyəti ilə əvəz edilmiş, iddia tələbi ünvan 1 ünvanında yerləşən, 60.26 kv.m sahəli 76 saylı mənzilə dair İddiaçı ilə kirayə müqaviləsi bağlanmasına sərəncamın qəbul edilməsi öhdəliyinin cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə cavabdehi əsl cavabdehlə əvəz edərkən ona əsaslanmışdır ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1.6-cı bəndinin 2-ci hissəsinə əsasən rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir - onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər. Yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına ümumi rəhbərliyi həyata keçirir. Həmin Əsasnamənin 3.9.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısı müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzilkommunal infrastrukturunun inkişafını təmin edir. Əsasnamənin qeyd olunan tələbləri baxımından, cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinin iddiaçıya xidməti mənzilə dair xüsusi order verən keçmiş Orconikidze Rayon İcra Hakimiyyətinin hüquqi varisi olduğunu, həmin mənzilin balansında olduğu Suraxanı rayonu ərazsində fəaliyyət göstərən Suraxanı Rayon MKTB-yə ümumi rəhbərliyi həyata keçirdiyi nəzərə alındıqda hesab edilir ki, iddiaçının istifadəsində olan həmin mənzilə dair sərəncam vermək hüququ da məhz Suraxanı Rayon İcra Hakimiyyətinə məxsusdur. Başqa sözlə, hazırkı iddia düzgün cavabdehə qarşı yönəlmişdir. Yeni cavabdeh Suraxanı Rayon İcra Hakimiyyəti iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşaığdakılarla əsaslandırılmışdır: “...2009-cu il 1 oktyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsində xidməti orderin daimi orderlə əvəzlənməsi nəzərdə tutulmadığından, həmçinin Mənzil Məcəlləsinin 91.3-cü maddəsinin tələblərinə əsasən xüsusi təyinatlı yaşayış sahələrinin özgəninkiləşdirilməsi, icarəyə və kirayəyə verilməsinin yol verilməz olduğu qeyd edildiyindən Suraxanı RİH-ə qarşı iddia əsassız hesab edilir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2537/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apelyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı artıq 35 ildir fasiləsiz olaraq bu mənzildə yaşayaraq sahiblik və istifadə etdiyini, eləcə də mənzilin xidməti order əsasında verilməsi üçün nəzərdə tutulmuş əsasların aradan qalxdığını nəzərə alaraq Bakı ş, Suraxanı, Hövsan qəs., L Qasımov, Ev 20A ünvanında yerləşən, 60.26 kv.m sahəli 76 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması haqqında sərəncam qəbul edilməsi tələbi ilə Suraxana rayon icra hakimiyyətinə müraciət etmişdir. İcra hakimiyyətindən verilən xx.xx.2022-ci il tarixli cavab məktubu ilə bu mənzilin Bakı şəhəri İcra hakimiyyətinin mənzil fonduna daxil edilməklə, Mənzil-Kommunal Təsərrüfatı Departamentiııin balansına verildiyi üçün aidiyyəti üzrə müraciət edilməsi tövsiyə olunmuşdur. Bunun əsasında iddiaçı tərəfindən eyni tələblə Bakı şəhər icra hakimiyyətinə müraciət edilmiş. xx.xx.2022-ei il tarixli məktubla ərizənin Mənzil- Kommunal Təsərrüfatı Departamentinə göndərildiyi qeyd olunmuşdur. Bakı şəhər icra hakimiyyəti Mənzil-kommunal təsərrüfatı departamenti tərəfindən verilən xx.xx.2022-ei il tarixli məktubla ərizənin aidiyyəti üzrə baxılması üçün Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərildiyi bildirilmişdir. Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli məktubu ilə bu məsələnin Birliyin səlahiyyətləri xaricində olması qeyd olunmuşdur. Göründüyü kimi cavabdeh müvafiq hərəkətləri etməkdən imtina etmiş, bununla da iddiaçının hüquqlarını pozmuşdur. Mənzildə iddiaçı həm faktiki oiaıaq, həm də qeydiyyata alnımaqla 2009-eu ilin oktyabrından əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-eu il tarixədək qüvvədə olan) 51-ci maddəsinə əsasən, Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini ieaıə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvalıq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Oxşar faktiki hallara uyğun iş üzrə Bakı inzibati Məhkəməsi tərəfindən (hakim Pərviz Hüseynov) 2-1(112)-2199/2021 saylı, xx.xx.2021 -ci il tarixli qərar qəbul edilmiş və qanuni qüvvəyə minmiş, həmin şəxslə kirayə müqaviləsinin bağlanması qərara alınmışdır. Həmin məhkəmə qərarı də iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilmiş, lakin nəzərə alınmamışdır...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasları barədə məlumat verilmiş cavabdeh məhkəmə iclaslarına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçının cavabdeh orqana qarışı Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 20A ünvanında yerləşən, 60.26 kv.m sahəli 76 saylı mənzilə dair onunla kirayə müqaviləsi bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi birinci instansiya məhkəməsinin qərarı ilə rədd edilmişdir. Məhkəmə bu nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçı ilə sözügedən mənzilə dair müddətsiz kirayə müqaviləsinin bağlanması üçün mənzilin xidməti mənzillərin sırasından çıxarılması, xidməti mənzillər sırasından çıxarılması isə qeyd edildiyi kimi müvafiq müraciət əsasında razılaşdırma qaydasında xidməti mənzillər sırasından çıxarılma barədə qərarın qəbul edilməsi tələb olunur. Hazırkı iddia üzrə müvafiq icra hakimiyyəti orqanının razılıq alınması üçün müraciət edilməmiş, razılıq əldə edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Orconikidze rayon XDS İcraiyyə Komitəsi (indiki Suraxanı RİH) tərfindən verilmiş 001198 nömrəli xx.xx.1987-ci il tarixli xüsusi orderə və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli, BA-07174-2022 nömrəli məktubu ilə göndərilmiş arxiv sənədlərinə(xx.xx.1987-ci il tarixli, 39 saylı protokolundan təsdiq edilmiş arxiv çıxarışına) əsasən müəyyən olunur ki, İddiaçı 5 nəfər ailə təkibində Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 20A, 76 saylı 60.26 kv.m sahəyə malik xidməti mənzil verilmişdir və işdən də görünür ki, hal-hazırda həmin mənzil xüsusi təyinatlı mənzil fonduna aiddir ki, qeyd olunan bu hallar işin mübahisəsiz hallarıdır. Xidməti mənzili verildiyi vaxt qüvvədə (1 oktyabr 2009-cu il tarixə qədər) olan Mənzil Məcəlləsi ilə xidməti mənzillə bağlı aşağıdakı qaydalar nəzərdə tutulurdu: Həmin Məcəllənin 100-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Həmin Mənzilin 103-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Həmin Mənzilin 104-cü maddəsinə əsasən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. Bundan əlavə, orderin verildiyi vaxt qüvvədə olan - Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 2 mart tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələri verilməsi və onlardan istifadə edilməsi qaydası haqqında Əsasnamə” də aşağıdakılar nəzərdə tuturdu: “ 1.Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə iş yeri üzrə və ya onun yaxınlığında yaşamalı olan vətəndaşlara, xidməti yaşayış sahələri verilə bilən işçilərin kateqoriyalarının siyahısına (1 nömrəli əlavə) uyğun surətdə verilir.

2. Yaşayış sahəsi xidməti yaşayış sahələri sırasına müəssisənin, idarənin, təşkilatın vəsatəti üzrə rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. ... ;

16. Müəssisələrin, idarələrin, təşkilatların yaşayış evlərində yaşayış sahəsi xidməti yaşayış sahələri sırasından müəssisənin, idarənin, təşkilatın vəsatəti üzrə, onu bu sıraya daxil etmiş rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə çıxarılır...” Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə mənzillərin: - xidməti mənzillər siyahısına daxil edilməsi, xidməti mənzillərin işçilərə işlədiyi dövr ərzində müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, həmkarlar ittifaqı orqanları tərəfindən qəbul edilən qərar əsasında müvəqqəti olaraq istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilməsi; - müvafiq müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş işçilərin isə xidməti yaşayış sahəsindən çıxarılması - nəzərdə tutulurdu. Eyni zamanda, xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə də iddiaçının hüquqi vəziyyətini yungülləşdirən qaydanın mövcudluğu müəyyən olunmur. Belə ki, həmin Məcəllənin 91.1.1-ci maddəsinin tələbəinə görə xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aid edilir. Həmn Məcəllənin 91.2-ci maddəsinə əsasən dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 91.3-cü maddəsinin imperativ tələbinə görə xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Məcəllənin qeyd olunan tələblərindən göründüyü kimi, xidməti mənzilin xüsusi təyinatlı mənzil sırasından çıxarılması dövlət mənzil fonduna idarəetməni həyata keçirən dövlət orqanın qərarı əsasında mümkündür. Odur ki, konkret halda, iddiaçının yaşadığı xidməti mənzil xüsusi təyinatlı mənzil fonduna aid olduğundan, cavabdeh orqanın həmin mənzilə dair iddiaçı ilə kirayə müqaviləsi bağlanılması üçün müvafiq sərəncam vermək səlahiyyəti istisna edilir. Qeyd olunmalıdır ki, “ Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 6-cı maddəsi də nəzərdə tutur ki, “Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Beləliklə də, iddiaçının tələbində haqlı olduğu sübuta yetirilmir. Bu baxımdan, cavabdeh tərəfindən onun iddia ərizəsinə etirazınının – “2009-cu il 1 oktyabr tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsində xidməti orderin daimi orderlə əvəzlənməsi nəzərdə tutulmadığını, həmçinin həmin Məcəlləsinin 91.3-cü maddəsinin tələblərinə əsasən xüsusi təyinatlı yaşayış sahələrinin özgəninkiləşdirilməsi, icarəyə və kirayəyə verilməsinin yol verilməz olduğunu” əsas tutan dəlilləri əsaslıdır. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasından söhbət gedə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbinə görə də məhz, məhkəmə, o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu vurğulayan dəlilləri əsasızdır. Onun şikayətinin oxşar iş üzrə Bakı inzibati Məhkəməsinin qərarına istinad olunan dəlillərinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, müvafiq məhkəmə təcrübəsi Ali Məhkəmənin yekun qərarı əsasında yaranır. Odur ki, məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2537/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı:

İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2537/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar