Məhkəmə qərarları › İş №2-1(103)-611/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-611/2021

19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-611/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil, İddiaçının və üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X9 cavabdeh Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə və üçüncü şəxs X2rşı doğum haqqında akt qeydində düzəlişin edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 08.10.2020-ci il tarixli, 2-1(112)-2175/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 08.10.2020-ci il tarixli, 2-1(112)-2175/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim A.Oruczadə). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı X12 cavabdeh Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının doğum haqqında qeydində anasının milliyyəti qrafasında “rus” yazısının “alman” yazısına düzəliş (dəyişiklik) edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2175/2020 saylı, 03 mart 2020-ci il tarixli qərardadı ilə X8 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının anası X8 27 yanvar 1953cü ildə Rusiya Federasiyasının Krasnoyarsk vilayətinin Kansk şəhərində anadan olmuşdur. X16 Xristianoviç (alman milliyyətli), anası isə X13 (rus milliyyəti) olmuşdur. İddiaçının anasının ailəsi 1961-ci ildə Azərbaycana köçmüş, anası alman olduğu üçün ailəsi bir çox repressiyalara məruz qalmışdır. İddiaçı doğularkən iddiaçının doğum haqqında qeydində və doğum haqqında şəhadətnaməsində anası X4 milliyyəti “rus” yazılmışdır. Lakin bu qeyd qanunsuzdur. Atası alman milliyyətindən olduğu üçün onun da milliyyəti iddiaçının doğum qeydində “alman” yazılmalı idi. Qeyd edilənləri nəzərə alaraq doğum haqqında akt qeydində anasının milliyyəti qrafasında “rus” yazısının “alman” yazısına düzəliş (dəyişiklik) edilməsi və bu barədə iddiaçıya yeni doğum haqqında şəhadətnamə verilməsi barədə 03 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Nizami rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət olunmuşdur. Nizami rayon Qeydiyyat Şöbəsinin 10 dekabr 2019-cu il tarixli 05Q-750/76 nömrəli cavab məktubu ilə barəsində müraciət etdiyi dəyişikliyin (düzəlişin) edilməsinə kifayət qədər əsaslar olmadığı qeyd edilərək müraciətin yerinə yetirilməsindən imtina edilmişdir. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aklarının arxivində, Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnaməsində ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Uşağın doğumu haqqında şəhadətnaməsində ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Məhkəmə isə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki: “iddiaçının anası İsmayılova (Albrandt) İrina Emmanuilovna övladı İddiaçı doğum şəhadətnaməsini alarkən milliyyətinin alman kimi qeyd edilməsini bildirməmiş, həmçinin bununla bağlı yazılı ərizəni qeydiyyat şöbəsinə təqdim etməmişdir. İddiaçı doğum haqqında akt qeydi aparılarkən onun anasından milliyyətinin soruşulmamasını bildirsə də Məhkəmə göstərilən dəlillə razılaşmayaraq qeyd edir ki, X7 övladlarına doğum haqqında şəhadətnamələri alarkən milliyyətinin düzgün olmadığını bildiyi və ya bilməli olduğu halda həmin qeydlərin düzgün olmamasını məhkəmə qaydasında mübahisələndirməmiş, eyni zamanda digər övladma (1192 saylı doğum akt qeydində 2 uşaq olduğu göstərilmişdir) doğum şəhadətnamələri alarkən də milliyyətin düzgün qeyd olunmadığına etirazını bildirməmişdir.” Bununla bağlı vəkil qeyd etmişdir ki, uşaqların doğum şəhadətnamələrini anam deyil atam almışdır. Anam yalnız sonradan onlarla tanış olmuşdur. Bundan başqa iddiaçının doğum aktımın rəsmiləşdirildiyi vaxt “alman” milliyətinin nümayəndələrinə cəmiyyətdə münasibət birmənalı deyildi və hətta tələb edilsəydi belə doğum qeydinin “milliyət” qrafasına “alman” yazılması mümkün olmayacaqdır. Bu halın sübuta ehtiyacı yoxdur - hamı ümün bəlli olan məsələdir. Digər tərəfdən iddiaçı iddia ərizəsində də qeyd etmişdir ki, anasının ailəsi onun milliyətinə görə çoxsaylı repressiyalara məruz qalmışdır. Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının və üçüncü şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, vəkillə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan: - AZE-AA******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1984-cü il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. - № 481717 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxx 1984-ci il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 1984 ilin iyul ayının 03 günündə 1192 № ilə qeyd edilmişdir. Valideynlər bölməsində atası Nümayəndə, anası X1 göstərilmişdir. - Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinin 10 dekabr 2019-cu il tarixli, 05Q- 750/76 saylı məktubdan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı (rayon qeydiyyat şöbəsi) tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Qeyd olunanlarla əlaqədar dəyişikliyin (düzəlişin) edilməsinə kifayət qədər əsaslar olmadığına görə iddiaçının müraciətinin həyata keçirilməsi imkan xaricindədir. Göstərilənlərə əsasən məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. -Mingəçevir şəhər Qeydiyyat Şöbəsinin 23 iyun 2020-ci il tarixli, 05/Q-283/13 saylı məktubundan görünür ki, Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 03.07.1984-cü il tarixli, 1192 saylı doğum akt qeydi ilə bağlı ana İrina İsmayılovanın milliyyətinin “rus” yazılmasına dair razılıq ərizəsi şöbənin arxivində saxlanılmamışdır. -X4 notarial qaydada təsdiq olunmuş yazılı ərizəsindən görünür ki, o, oğlu İddiaçı iddiasının təmin edilməsini və İddiaçı doğum haqında qeydində anasının milliyyətinin “rus” yazısından “alman” yazısına düzəliş edilməsi və yeni doğum haqqında şəhadətnamə vermək vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi araşdırılması zamanı təqdim olunmuş 1192 sayllı, 03 iyul 1984-cü il tarixli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı xx xxxx 1984-ci il tarixdə anadan olmuşdur. Anası X7nın milliyyəti kimi “rus”; atası Nümayəndə milliyyəti “azərbaycanlı” göstərilmişdir. Məhkəməəəyə təqdim edilmiş224 saylı, 25 fevral 1953-cü il tarixli doğum haqqında akt qeydindən görünür ki, X10 27 yanvar 1953- cü il tarixdə anadan olmuşdur. X14 Antonovnanın milliyyəti kimi “rus”; atası X3 milliyyəti kimi “alman” göstərilmişdir. Birinci instansiya məhkəməsi araşdırılması zamanı təqdim olunmuş 281 saylı, 07 may 1947-cı il tarixli nikah haqqında akt qeydindən görünür ki, X6 ilə X11 07 may 1947-ci il tarixdə nikaha daxil olmuşlar. İşin faktiki hallarından görünür ki, iddiaçı anasının milliyyətcə alman olmasını, doğum qeydi aparılarkən anasından hansı milliyyətə mənsub olmasının soruşulmadığını iddia edərək akt qeydlərində ana bəndində milliyyətin “rus”dan “alman”a dəyişdirilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.8.1-ci bəndinə görə uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aklarının arxivində, Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnaməsində ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 168.1-ci maddəsinə əsasən, doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən, öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ının 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyridüzgün məlumatlar göstərildiyi hallarda da edilir. Yuxarıda qeyd olunan normalardan görünür ki, uşağın doğumu haqqında şəhadətnaməsində ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Hazırki işin hallarından görünür ki, iddiaçının anası İsmayılova (Albrandt) İrina Emmanuilovnanın doğum haqqında akt qeydində atasının milliyyəti qrafasında alman qeyd edilsə də, İddiaçı doğum şəhadətnaməsində anası İsmayılova (Albrandt) İrina Emmanuilovnanın milliyyəti qrafasında “rus” qeydi aparılmışdır. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçının anası İsmayılova (Albrandt) İrina Emmanuilovna övladı İddiaçı doğum şəhadətnaməsini alarkən milliyyətinin alman kimi qeyd edilməsini bildirməmiş, həmçinin bununla bağlı yazılı ərizəni qeydiyyat şöbəsinə təqdim etməmişdir. İddiaçı doğum haqqında akt qeydi aparılarkən onun anasından milliyyətinin soruşulmamasını bildirsə də Məhkəmə göstərilən dəlillə razılaşmayaraq qeyd edir ki, X7 övladlarına doğum haqqında şəhadətnamələri alarkən milliyyətinin düzgün olmadığını bildiyi və ya bilməli olduğu halda həmin qeydlərin düzgün olmamasını məhkəmə qaydasında mübahisələndirməmiş, eyni zamanda digər övladına (1192 saylı doğum akt qeydində 2 uşaq olduğu göstərilmişdir) doğum şəhadətnamələri alarkən də milliyyətin düzgün qeyd olunmadığına etirazını bildirməmişdir. Bütün qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, İddiaçı cavabdeh Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydində düzəlişin edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində gğstərilən dəlilləri qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08.10.2020-ci il tarixli, 2-1(112)-2175/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Xumar Mərdanova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar