Məhkəmə qərarları › İş №2-1(103)-611/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-611/2022

13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-611/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı, cavabdehin nümayəndəsi X2, üçüncü şəxs X3 və "xxxx" MTK-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər:"xxxx" MTK, X9) “mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair» iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1235/2021 saylı, 28.09.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs "xxxx" MTK işə cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, 955-ci məhəllə, 2-ci korpus, 3-cü blok, 10-cu mərtəbədə yerləşən, ümumi sahəsi 172.6 kv.m olan 4 otaqdan ibarət 170 saylı mənzilə dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə "xxxx" MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, 955-ci məhəllədə, 2-ci korpus, 3-cü blok, 10-cu mərtəbədə yerləşən ümumi sahəsi 172.6 kv.m olan 4 otaqdan ibarət 170 saylı mənzili əvvəlki payçısı (sahibi) X10 ilə 29.11.2016-cı il tarixdə notarial qaydada alğı-satqı müqaviləsi bağlayaraq, dəyərini (121000 manat) tam şəkildə ödəməklə almışdır. MTK-nın verdiyi maliyyə arayışına əsasən payçı olaraq tərəfindən mənzilin dəyəri tam şəkildə ödənilmiş və MTK-ya heç bir borcu yoxdur. Mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış verilməsi məqsədilə MTK ofisinə bir neçə dəfə şəxsən getməklə müraciət etsə də, protokoldan çıxarışı verməkdən imtina etmişlər. Daha sonra, mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi üçün sənədlərlə cavabdehə müraciət etmiş və təqdim etdiyi sənədlərin arasında protokoldan çıxarış olmadığına görə idarənin əməkdaşları tərəfindən sənədlərininin qəbul edilməsindən imtina edilmişdir. Nəticədə məcbur qalıb, mövcud sənədləri poçt vasitəsi ilə cavabdehə göndərmişdir.İddiaçı hesab edir ki, cavabdhein imtinası qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1235/2021 saylı, 09.06.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, 955-ci məhəllədə, 2-ci korpus, 3-cü blok, 10-cu mərtəbədə yerləşən ümumi sahəsi 172.6 kv.m olan 4 otaqdan ibarət 170 saylı mənzilə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Bundan sonra, X9 adında şəxs məhkəmyə ərizə ilə müraciət edilərək, üçüncü şəxs qismində işə cəlb edilməsini, Bakı İnzibati Məhkəməsini həmin qərarının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1235/2021 saylı, 28.07.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, X9 iş üzrə üçüncü şəxs qismində işə cəlb cəlb edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1235/2021 saylı, 09.06.2021-ci il tarixli qərarı ləğv edilməklə, iş üzrə icraat təzələnmişdir. Daha sonra, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1235/2021 saylı 28.09.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və onun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərarın mümkünlüyünə yenidən baxılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan şübhə doğuran halar olmasına baxmayaraq məhkəmə bu halları araşdırmamış və nəticədə işə düzgün qiymət verməmişdir. "xxxx" MTK-nın sədri İ.Qasımov tərəfindən X4 verilmiş Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küç., 18 mərtəbəli yaşayış evinin 3 blok (İİ korpus), 10 mərtəbə, ümumi sahəsi 172,6 kv.m izola olunmuş 4 otaqlı 170 saylı mənzilə dair 15 yanvar 2007-ci il tarixli, 04 №-li müqavilədə onun imzası göstərilməmiş, və 15.02.2017-ci il tarixində vəfat etdiyindən müqavilə bağlanarkən hər iki tərəfin imzası olmalı olduğu halda, birtərəfli imza olunmuş və 2007-ci il tarixdə batğlanmış müqavilədə mərhumun imzasının olmaması müqavilənin həqiqətən 2007-ci ilddə bapğlanması şübhəsini doğurur. 15 yanvar 2007-ci il 2007-ci il tarixcdə X8 jədvəl üzrə borcun hissəli ödənilməsinə dair öhdəçilik verilmiş, lakin 15 yanvar 2007-ci il tarixli öhdəçilikdə heç bir imza, möhür vurulmamışdır. Bu halları nəzərə alaraq məhkəmə məsələyə düzgün qiymət verməmişdir. Məhkəmə göstərilən halların ilkin sənədlərin əhəmiyyət kəsb etmədiyini və notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi iddiaçı olması nəzərə alınmalıdır. İş üzrə müəyyən edildiyi kimi "xxxx" MTK rəhbərliyinin cinayət işinin məsuliyyətə cəlb edilməsinə dair iş üzrə qeydiyyat kitabı tələb eilmədən birtərəfli qaydada qəbul edilməsi yolverilməzdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rzazadə birinci instansiya məhkəməsinin qərardadının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs E.Rəhimov və üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi A.Hüseynov Binəqədi Rayon Məhkəməsində mübahisəli mənzillə bağlı məhkəmə mübahisəsinin mövcud olduğu halda, hazırkı iş üzrə iddiaçının məhkəmə icraatının mümkün sayılmamasını əsaslı hesab etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Bakı İnzibati məhkəməsi A.Baramovanın Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, 955-ci məhəllə, 2-ci korpus, 3-cü blok, 10-cu mərtəbədə yerləşən, ümumi sahəsi 172.6 kv.m olan 4 otaqdan ibarət 170 saylı mənzilə mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlaekın dövlət reyestrindən çıxarın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərarı 09.06.2021-ci il tarixində qəbul olunmuşdur. 29.06.2021-ci il tarixində isə, yəni qərar qanuni qüvvəsini almamış, X9 məhkəmyə ərizə ilə müraciət edərək, qərarla onun qanunla qorunan maraqlarına toxunduğunu mübahisələndirərək, onun üçüncü şəxs qismidə işə cəlb olunaraq, işin təzələnməsini məhkəmədən xahiş etmişdir. E.Rəhimov qərarla onun qanunla qorunan maraqlarına toxunmasını ərizəsinə əlavə etdiyi - Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, 955-ci məhəllə, 2-ci korpus, 3cü blok, 10-cu mərtəbədə yerləşən, ümumi sahəsi 172.6 kv.m olan 4 otaqdan ibarət 170 saylı mənzilə dair mərhum atası X11 ilə bağlanmış 15 yanvar 2007-ci il tarixli müqavilə, payçı kimi onun MTK qarşısında üzərinə götürdüyü “Öhdəçilik”, "xxxx" MTK-nın pay haqqının ödənilməsinə dair 23 yanvar 2015-ci il tarixli kassa mədaxil orderi, 23 yanvar 2015-ci l tarixində həmin tərəflər arasında bağlanmış tənzimləyən fərdi məsuliyyət barədə t39 saylı müqavilə, həmin mənzilin ərizəçi (vərəsəsi) X5 MTK-ya üzv qəbul olunması barədə MTK üzvlərinin 28.12.2019-cu il tarixli iclas protokolu, pay haqqının ödənilməsinə dair ona verilmsiş 30 No-li 31.05.2021-ci il tarixli maliyyə arayışı, Elnur Rəhmovun (qardaşı) ərizəçinine xyerinə ona çatası miras əmlakdan imtinası barədə ərizəsi və Bərdə regiona “ASAN xidmət” mərkəzi tərəfindən ərizəçiyə verilmiş, mübahisəli mənzilin mülkiyyətçisi X6 qanun vərəsəsi olmasına dair 681/2021 No-li 21.04.2021-ci il tarixli məlumatla (arayışla) təsdiq olunur. Təqdim olunan həmin sənədlərə əsasən müəyyən olunur ki, hazırkı iddianın predmeti olan mübahisəli mənzil üzərində iddiaçının adına dövlət reyestrindən qeydə alınması tələbinin birbaşa ərizəçi E.rəhmmovun qanunla qorunan maraqlarına toxunur. Belə olan halda, İPM-in 28.1-ci maddəsinin tələbində isə göstərilir ki, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. İş materiallarından da görünür ki, əsaslı olaraq qeyd olunanlar nəzərə alınmaqla, birinci instansiya məhkəməsi 28.07.2021-ci il tarixli qərardadı ilə ərizəçi E.Rəhimovu üçüncü şəxs qismində işə cəlb edərək iş üzrə icraat təzələmişdir. Daha sonra isə məhkəmənin 28.09.2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmamasına gəldikdə, bu halda da məhkəmənin gəldiyi nəticə inzibati prosessual qanunvericiliyin tələblərin tamamilə uyğundur. Belə ki, həm iddiaçının, həm də üçüncü şəxs E.Rəhmovun məhkəməyə təqdim etdiyi sənədlərdən aydın görünür ki, onların hər ikisi tərəfindən eyni, o cümlədən - Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, 955-ci məhəllədə, 2-ci korpus, 3-cü blok, 10cu mərtəbədə yerləşən ümumi sahəsi 172.6 kv.m olan 4 otaqdan ibarət 170 saylı mənzilin onlara məxsus olması barədə aradlarında mülki mübahisə mövcuddur. İddiaçının məhkəməyə təqdim etdiyi ərizə-vəsatətindən də görünür ki, hazırkı iş üzrə üçüncü şəxs E.Rəhmov tərəfindən Binəqədi rayon Məhkəməsində hazırkı iş üzrə iddiaçı İddiaçı və hazırkı iş üzrə üçüncü şəxs "xxxx" MTK-ya qarşı hazırkı işin predmetini təşkil edən mübahisəli mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin və ilkin müqavilənin etibarsız sayılması tələbinə dair iddia qaldırılmış və işdə iştirak edən şəxslərin qeyd olunan izahatlarından da gründüyü kimi, həmin işə (No-2(001)-8087/2021) Binəqədi Rayon Məhkəməsində hazırda baxılır. Qeyd olunan bütün bu hallar isə iddiaçının hazırkı cavabdehə qarşı mübahisəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın reyestrində qeydə alınaraq ona çıxarış verilməsi barədə iddia tələbinin inzibati məhkəmə icraatı mümkünsüz edir. Odur ki, məhkəmə kollegiyası, İPM-in 35.1 və 35.3-cü maddələrinin tələbləri baxımından, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin işin bütün hallarının məhkəmə tərəfindən araşdırılmadığını və onlara düzgün qiymət verilmədiyini mübahisələndirilən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1235/2021 saylı, 28.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1235/2021 saylı, 28.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar