Məhkəmə qərarları › İş №2-1(103)-612/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-612/2023

16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-612/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X6 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, üçüncü şəxsin nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər X5; Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi) sərəncamın etibarsız hesab edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6364/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xəzər (keçmiş Əzizbəyov) Rayon İcra Hakimiyyətinin 407/401 nömrəli xx.xx.1994cü il tarixli Sərəncamının etibarsız hesab olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin 615/38 nömrəli, 27 iyul 1992-ci il tarixli sərəncamı ilə iddiaçıya Mərdəkan qəsəbəsində M-515 (və ya 2-515) nömrəli sahədə fərdi ev tikmək üçün 750 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsini qəbul edib dərhal daş hasara almış, oraya kommunal xətlər (işıq, qaz, su) çəkdirmiş, daimi olaraq bu günə kimi onun istifadəsində olmuşdur. Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin 407/401 nömrəli, 10 may 1994-cü il tarixli sərəncamı ilə Suraxanı rayonunda qeydiyyatda olan və yaşayan X3 fərdi yaşayış evinin tikintisi üçün Mərdəkan qəsəbəsi 5/425 nömrəli sahədə 1200 kv.m torpaq sahəsi ayrılmışdır. X5 ona torpaq sahəsi ayrılandan 25 il sonra - 2019- cu ilin sonlarında ortalığa çıxaraq iddiaçının guya onun torpaq sahəsini zəbt etməsi barədə Xəzər RPİ-nin 1-ci PBnə şikayət etmişdir. Şikayətində də göstərmişdir ki, guya iddiaçı torpaq sahəsini 2 aydır ki, zəbt emişdir. Halbuki qeyd etdiyi kimi torpaq sahəsi 1992-ci ildən daimi olaraq onun istifadəsindədir. Xəzər RPİ-nin 1-ci PBnin xx.xx.2020-ci il tarixli qərarı ilə X2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Aşağıda göstərilənlərə əsasən, iddia tələbinin qanuni əsası vardır: 1. Göründüyü kimi iddiaçıya və 3-cü şəxsə ayrılmış torpaq sahələri tam fərqli torpaq sahələrində - ona ayrılan M-515 (və ya 2-515), X3 ayrılan 5/425 nömrəli sahədə yerləşirlər. 2. Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin 615/38 nömrəli, 27 iyul 1992-ci il tarixli sərəncamı ləğv olunmamış və hazırda da qüvvədədir. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etirazın əsaslarına görə iddianın predmeti üzrə inzibati orqan Xəzər Rayon İcra Hakimiyyəti cavabdeh hesab edilə bilməz. Belə ki, hazırki iş üzrə 3-cü şəxs X5 iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək cavabdeh İddiaçı onun mülkiyyətində olan Mərdəkan qəsəbəsi, 5/425 nömrəli sahədə yerləşən 0,12 hektar torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 407/401 saylı Sərəncamı ilə Mərdəkan qəsəbəsində 5/425 nömrəli sahədə yerləşən 0,12 ha torpaq sahəsi ona verilmişdir. Bundan sonra onunla qonşuları arasında mərzlənmə işləri aparılmışdır. Torpaq sahəsinə daş tökərək hasara almış və darvaza qoymuşdur. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** nömrəli çıxarışa əsasən sözügedən torpaq sahəsi onun mülkiyyətindədir. Torpaq sahəsinə baxmağa getdikdə mülkiyyətində olan torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edildiyini görmüş və bu barədə polis və məhkəmə orqanlarına müraciət etmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(003)-82/2021 nömrəli Qətnaməsi ilə iddiaçı X2 iddia tələbi təmin edilmiş və cavabdeh İddiaçının mülkiyyətində olan Mərdəkan qəsəbəsi, 5/425 nömrəli sahədə yerləşən 0,12 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin iddiaçıya qaytarılması qət edilmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin elektron baza məlumatlarına əsasən müəyyən olunmuşdur ki, naturada ölçülmüş torpaq sahəsinin koordinatları ilə Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 407/401 saylı Sərəncamı əsasında verilmiş JN-28011D KOD 00300016 nömrəli şəhadətnamənin bazada yerləşmə mövqeyinin koordinatları üst-üstə düşür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6364/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “...Qərar aşağıdakılara görə ədalətsiz, qanunsuz və qeyri-obyektivdir. Belə ki, Əzizbəyov (indiki Xəzər) rayon İcra hakimiyyətinin 615/38 nömrəli, 27 iyul 1992-ci il tarixli Sərəncamı ilə ona Mərdəkan qəsəbəsində M-515 (və ya 2-515) nömrəli sahədə fərdi ev tikmək üçün 750 kv m torpaq sahəsi ayrılmışdır və həmin ildə də öz torpaq sahəmi qəbuledib dərhal daş hasara almışam, oraya kommunal xətlər (işıq, qaz. su) çəkdirmişəm, bu günə kimi daimi olaraq mənim istifadəmdə olmuşdur. X5 ona torpaq sahəsi ayrılandan 25 il sonra – 2019-cu ilin sonlarında ortalığa çıxaraq guya onun torpaq sahəsini zəbt etməsi barədə Xəzər RPİ-nin 1-ci PB-nə şikayət etmişdir. Şikayətində də göstərmişdir ki, guya o, torpaq sahəsini 2 aydır zəbt emişdir. Halbuki, torpaq sahəsi 1992-ci ildən daimi istifadədədir. Xəzər RPİ-nin 1-ci PB-nin xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin tarixdə bilmişdir ki, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin 407/401 nömrəli, 10 may 1994-cü il tarixli sərəncamı ilə Suraxanı rayonunda qeydiyyatda olan və yaşayan X3 fərdi yaşayış evinin tikintisi üçün Mərdəkan qəsəbəsi 5/425 nömrəli sahədə 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Bu torpaq sahəsi ayrılarkən cizgi olmamışdır, lakin 2006-cı ildə naməlum şəraitdə onun qanuni istifadəsində olan torpaq sahəsini göstərərk koordinatları kadastra yerləşdirilərək həmin şəxsə JN-28011D, KOD 00300016 nömrəli şəhadətnamə verilmişdir. Baxmayaraq ki, onun sxemində torpaq sahəsi tamamilə başqa ərazidəfermanın yanında qeyd edilmişdir. Lakin şəhadətnamə alarkən onun torpaq sahəmi göstərərək kadastra saldırmışdır. Aşağıda göstərilənlərə əsasən, iddia tələbimin qanuni əsası vardır; 1.Bununla bağlı Xəzər rayon İcra hakimiyyətinə və Mərdəkan qəsəbə ərazi Nümayəndəliyinə sorğu verilmiş və sorğuma cavabda da həmin torpaq sahəsinə ona verilmiş plan və cizginin heç yerdə qeydiyyata alınmadığı, onun plan və cizgimin qeydiyyata alındığı və həmin torpaqğın ona məxsus olması barədə məlumatlar qeyd edilmişdir. Maraqlıdır ki, heç bir cizgisi olmayan va sahəsi göstərilməyən Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyatinin 407/401 nömrali, 10 may 1994cü il tarixli sərəncamı ila Suraxanı rayonunda qeydiyyatda olan va yaşayan X4 fərdi yaşayış evinin tikintisi üçün Mərdəkan qəsəbəsində 5/425 nömrali sahədəd 1200 kv.m torpaq sahəsinə necə kadastr plan hazırlanmışdır? Sual olunur ki, əgər Sərəncam veriən vaxt həmin sahəyə cizgi və plan hazırlanmışdırsa niyə arxivdə aşkar olunmadı? Necə oldu ki, 1992-ci ildən hasara aldığım və istifadəmdə sahibliyimdə olduğ torpaq sahəmə o mənim xəbərim olmadan çıxarış aldı? Hansı sənəd əsasında? Bu gün də müəmmalıdır ki, həmin sahəyə onun göstarilan sahasinin cizgizi hansı formada hazırlanmışdır. Sahəyə necə daxil olmuşlar? Həmişə qapı bağlı olmuşdur və bu gün də açarlar özündədir. Çünki kadastar plan cizgi əsasında hazırlanır. Cizgi olmayan yerin müəyyən edilmasi qeyri mümükndür. Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin 615/38 nömrəli, 27 iyul 1992-ci il tarixli sərəncamı ləğv olunmamışvə hazırda da qüvvədədir. Torpaq sahəsi də onun sahibliyimdə və istifadədədir. Əgər həmin torpaq sahəsinin Fazil Məmmədova hər hansı bir aidiyyatı olsaydı 30 il müddətində mübahisələndirə bilərdi.. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Mübahisəli torpaq sahəsinin kimə məxsus olmasını dəqiqləşdirmək üçün 04 aprel 2022-ci il tarixində Xəzər RİHB Mərdəkan qəsəbə İƏD üzrə nümyəndəliyinə vəkil sorğusu göndərilmiş və alınmış cavabda qeyd edilmişdir ki, “ Vətəndaş İddiaçı Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbəsindəki nümayəndəsinin 5 nömrəli 22 may 1992-ci-ci il tarixli Sərəncamı əsasında Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 615/38 saylı Sərəncamı ilə Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintiki üçün M-515N-li sahədə 750 kv.m torpaq sahəsi ayrılmışdır. Vət. E.Ə. Əliyevin ona ayrılmış M-515 N-li sahənin cizgisinin və xəritədən çıxarışının verilməsi ilə bağlı 2019-cu ilin iyul ayında Xəzər RİH-nə müraciət etmişdir. Tərəfindən torpaq sahəsinə naturada baxış keçirilən zaman darvazanın qapısının açılması vətəndaş İddiaçı tərəfindən təmin edilmişdir. Bu səbəbdən vətəndaş İddiaçı Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 615/38 saylı Sərəncamı ilə Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintiki üçün M-515N-li sahənin cizgisi və xəritədən çıxarışı Mərədəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində təsdiqlənərək təsərrüfat kitbalarında xx.xx.2019-cu il tarixində qeydiyyata alınmışdır. ”X1 2006-ci ildə onun sərəncamımda göstərilən torpaq sahəsinə X3 heç bir əsas olmadan və qeydiyyatdan keçirilmədən cizgisi və xərtitədən çıxarışı qeydiyyatdan keçməmişdir. Müəmmalı olaraq Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin 407/401 nömrəli, 10 may 1994-cü il tarixli sərəncamın verilməsindən 14 il sonra X3 2006ci ildə mənim sərəncamımda göstərilən torpaq sahəsinə heç bir əsas olmadan və qeydiyyatdan keçirilmədən cizgisi və xərtitədən çıxarış hazırlanaraq verilmişdir. Onun adına verilmiş JN-28011D, KOD 00300016 nömrəli şəhadətnaməyə həmin torpaq sahəsinin hansı ərazidə yerləşməsi barədə cizgisi və sxemi əlavə edilməmiş, arxivdə də həmin cizgi və sxem müəyyən edilməmişdir. Halbuki, Əzizbəyov (indiki Xəzər) rayon İcra hakimiyyətinin 615/38 nömrəli, 27 iyul 1992-ci il tarixli Sərəncamı ilə ona Mərdəkan qəsəbəsində M-515 (və ya 2-515) nömrəli sahədə fərdi ev tikmək üçün 750 kv m torpaq sahəsi ayrılmışdır və həmin ildə də öz torpaq sahəmi qəbuledib dərhal daş hasara almışam, oraya kommunal xətlər (işıq, qaz. su) çəkdirmiş, bu günə kimi daimi olaraq onun istifadəsində olmuşdur...” Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi vəkil Nümayəndə iddiaçının tələbinin əsassız olduğunu, mütəxəssis rəyinə əsasən iddiaçıya məxsus torpaq sahəsinin başqa yerdə yerləşdiyini, onun üçüncü şəxs barədə sərəncamı mübahisələndirmək üçün subyektiv hüququ olmadığını bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasnı məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasları barədə məlumat verilmiş iddiaçı (apellyator), cavabdeh və digər üçüncü şəxs (səlahiyyətli nümayəndələri) məhkəmə iclaslarına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kolegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 36.1-ci maddəsinə əsasən 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin 407/401 nömrəli xx.xx.1994-cü il tarixli sərəncamının etibarsız hesab olunmasını tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun iddia tələbi təmin olunmamışdır. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən hesab etmişdir ki, iddiaçının hazırkı iddia ilə mübahisələndirdiyi X3 verilmiş 10 may 1994-cü il tarixli sərəncamının qüvvədən düşmüş hesab edilməsi və hüquqi cəhətdən etibarlı hesab edilməməsi üçün əsaslar mövcud olmadığından rədd olunmalıdır. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, birincisi, qüvvədə olan qanunvericiyin, o cümlədən, “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsinin nəzərdə tutduğu inzibati aktın etibarsız sayılmasına əsas olan hallardan hər hansı biri mübahisələndirən sərəncamda mövcudluğu müəyyən olunmur . Belə ki, həin maddədə inzibati aktın etibarsız sayılmasına əsas olan hallar aşağıdakılardır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmaya inzibati akt. İşə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından alınmış cavabdehin mübahisələndirilən sərəncamı isə aşağıdakı forma və məzmunda yazılı şəkildə ifadə olunmuşdur: “Azərbaycan Respublikası Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısı Sərəncam 10 may 1994 № 407/401, “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” “ Əzizbəyov rayon İHB-nın Mərdəkan qəsəbəsindəki nümayəndəsinin 101 No-li 04.04.94-cü il tarixli sərəncamına baxıldı və Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 30.03.94-cü il tarixli 446 No-li qərarını rəhbər tutaraq:

1. Suraxanı rayonu, 5-ci mədən, ev 1, mənzil 2-də yaşayan X3 Mərdəkan qəsəbəsində 5/428 N-li sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılsın. Evin tikintisi təsdiq edilmiş 145-000-129 c tipli layihə əsasında aparılsın. Ailə tərkibi 4 /dörd/ nəfərdir....” İmza İ.Fərəcov ”

Sərəncamın qeyd olunan forma və məzmunundan aydın görünür ki, “İnzibati icraat haqqında” Qanunun 65.1.1 və 65.1 - 65.1.6-ci maddələrinin qeyd olunan tələblərinə uyğun tələblər çərçivəsində tərtib olunmuşdur. Həmin Qanunun 65.1.2-ci maddəsinə gəldikdə isə sərəncamı qəbul edən Əzizbəyov rayon İcra Hakimiyyətinin həmin ərazidə yerlən torpağa dair sərəncam vermək səlahiyyətinə malik olmuşdur. Belə ki, sərəncamın qəbul olunduğu vaxt qüvvədə olmuş 9 noyabr 1991-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək...; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; 13) torpaq mübahisələrini həll etmək...; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; 13) torpaq mübahisələrini həll etmək. Həmin (22-ci) maddənin 2-ci hissəsinə əsasən isə yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır. Eyni zamanda, həmin Məcəllənin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Beləliklə də Məcəllənin qeyd olunan tələbləri onu deməyə əsas verir ki, cavabdehin hüquq sələfi Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyəti mübahisələndirilən sərəncamı qəbul etməkdə həmin dövrün torpaq qanunveiciliyinə münasibətdə tam səlahiyyətli olmuşdur. Həmçinin, onu da qeyd etmək lazımdır ki, işə əlavə olunmuş, iddiaçı X2 cavabdeh İddiaçı qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin qaytarılması tələbinə dair” iş üzrə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-82/2021 saylı xx.xx.2021- ci il tarixli qətnaməsi ilə müəyyən olunan hallardan görünür ki, həmin mülki iş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi cəlb edilməklə, məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Xidmətin geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarət şöbəsinin mütəxəssis tərəfindən verilmiş rəyə əsasən müəyyən edilmişdir ki, Əzizbəyov rayon icra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 407/401 saylı sərəncamın əlavəsi olan torpaq sahəsinin yerləşmə sxeminin koordinatları müəyyən olunmuş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini dəqiq müəyyən etmək mümkün olmamış, lakin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin elektron baza məlumatlarına əsasən müəyyən olunmuşdur ki, naturada ölçülmüş torpaq sahəsinin koordinatları ilə Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 407/401 saylı sərəncamı əsasında verilmiş JN-28011D KOD 00300016 nömrəli şəhadətnamənin bazada yerləşmə mövqeyinin koordinatları üst-üstə düşür. Göründüyü kimi, elektron baza məlumatlarına əsasən naturada ölçülmüş torpaq sahəsinin koordinatları ilə Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 407/401 saylı mübahisələndirilən sərəncamı əsasında verilmiş JN-28011D KOD 00300016 nömrəli şəhadətnamənin bazada yerləşmə mövqeyinin koordinatları üst-üstə düşür. Bu isə onu deməyə əsas verir ki, mübahisələndirilən sərəncamla ayrılan torpaq sahəsi yerquruluşu sənədlərinə uyğun verilmişdir. Beləliklə də, cavabdehin ev tikintisi üçün torpaq sahəsi ayırlması barədə mübahisələndirilən sərəncamınının etibarsız sayılmasını zəruri edən faktiki şərtlər mövcudluğu aşkar edilmir. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin sübutlarla müəyyən olunan hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ədalətsiz, qanunsuz və qeyriobyektiv olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6364/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6364/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar