Məhkəmə qərarları › İş №2-1(103)-612/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-612/2024

26.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-612/2024 26.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 10390/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraatlar: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Veteran adları və müvafiq vəsiqələrin verilməsi Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Veteran adları və müvafiq vəsiqələrin verilməsi Komissiyasının cavabdehlər sırasından çıxarılmasını xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, o, Ağdərə və Tər-Tər rayonuna yerləşən hərbi hissəyə hərbi təlim üçün göndərildiyin və bu hərbi təlim müddətində o, döyüş meydanından çıxarılması və yaralılara tibbi yardımın göstərilməsində iştirak etdiyindən onun müharibə veteran vəsiqəsini almaq hüququ yaranır. İddiaçı hazırki iddia tələbinə uyğun eyniməzmunlu ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10390/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd olunan qərarında iddiaçının döyüş əməliyyatlarında şəxsən iştirak etməsindən əlavə, döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tibbi yardım üzrə hərbi tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsini, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün göndərilməsi təsdiq olduğundan, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnaməsinin 1-ci bölməsində göstərilən şəxslərin dairəsinə aid olduğunu əsas götürərək iddianı təmin etmişdir. Lakin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1992-ci il tarixli 234 saylı əmrinə əsasən N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin xx.xx.1992-ci il tarixli 456/T saylı əmri ilə İV kurs tələbələrin üç qat ölçüdə təqaüdün verilməsinə dair əmrdə iddiaçının adı qeyd edilməmişdir. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan xüsusatlarını nəzərə almadan iddiaçının döyüşən hərbi hissəyə ezam olunması və orada iştirak etməsinin arxiv arayışları ilə təsdiq olunduğunu qeyd edərək iddianı təmin etmişdir. Halbuki, iddiaçı döyüş bölgəsinə hərbi qulluqçu kimi ezam olunduğu və döyüş əməliyyatlarında iştirak etdiyini iddia etmir. İddiaçının tələbi məhz tibbi təminatla bağlı döyüş bölgəsinə ezam olunub orada tibbi xidmət göstərməsi ilə əlaqədar ona müharibə veteranı adının və vəsiqəsinin verilməsidir ki, hansı ki işin yuxarıda qeyd olunan faktiki və hüquqi halları ilə iddiaçının tibbi təminatla bağlı ezam olunması müəyyən edilsə də, qeyd edilən faktın hüquqi əsası olmamışdır. Belə ki, həmin dövrdə tibbi təminatla bağlı tapşırıqların yerinə yetirilməsi üçün döyüş bölgəsinə ezam olunmuş şəxslərə müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericilikdə təsbit edilməmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu, bu səbəbdəndə təmin edilməməsini, mübahisələndirilən məhkəmə qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir : “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bəhs edilən normalardan görünür ki, qanunvericilikdə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin normanın məzmununa görə hərbi qulluqçu olmayan aşağıdakı şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər: -döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; -döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; -döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər. Aşağıdakı şəxslərə isə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün onların hərbi qulluqçu olması şərti nəzərdə tutulmuşdur: -1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular. İşin hallarından məlum olur ki, iddiaçı döyüş əməliyatları gedən dövrdə Tərtər rayonuna göndərilmişdir. İddiaçının həm döyüş əməliyyatları gedən əraziyə göndərilməsi, həm də döyüş əməliyyatları gedən ərazidən qayıtması barədə hərbi hissə komandirinin əmri aşkar olunmasada, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək ATU-nın 4-cü kursunda təhsil alarkən hərbi kafedranın tərkibində N saylı hərbi hissədə ehtiyatda ilkin leytenant rütbəsi almaq üçün praktiki məşğələlərə cəlb olunmuş, tam kursu müvəffəqiyyətlə keçməyi ilə əlaqədar ona Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1993-cü il tarixli müvafiq əmri ilə ehtiyatda ilkin tibb xidməti leytenantı hərbi rütbəsi verilmişdir. Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli əmrin təsdiq olunmuş surətindən görünür ki, döyüş əməliyyatları zonasına tibbi yardım məqsədi ilə hərbi təlimə göndərilmiş dördüncü kurs tələbələrini 3 (üç) qat həcmində təqaüdün ödənilməsi qərara alınmışdır ki, bu tələbələrdən biri də Tərtər rayonuna ezam olunmuş İddiaçı olmuşdur. Göründüyü kimi, iddiaçının həmin dövrdə 3 qat həcmdə təqaüd alması iş materialları ilə təsdiq olunur. Bununsa səbəbi iddiaçının döyüş bölgəsinə göndərilməsi, həmin dövrdə döyüş əməliyyatlarında yaralanmış şəxslərə tibbi yardımın göstərilməsi ilə bağlı olmuşdur. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, “həmin dövrdə tibbi təminatla bağlı tapşırıqların yerinə yetirilməsi üçün döyüş bölgəsinə ezam olunmuş şəxslərə müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericilikdə təsbit edilməmişdir.” Həmin dəlilə birinci instansiya məhkəməsi öz qərarında doğru qiymət verərək qeyd etmişdir ki, iddiaçının təyinat üzrə əsas xidməti öhdəliyi tibbi təminatla bağlı olsa da, mövcud sənədlərlə də təsdiq olunur ki, .....həmin şəxs döyüşlərdə iştirak etməsə belə, tibbi xidmətin göstərilməsi özlüyündən hazırkı iddianın təmini üçün əsasdır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən tibbi yardım təminatı və arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Məhkəmənin mövqeyi ilə razılaşan Kollegiya qeyd edir ki, iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tibbi yardım üzrə hərbi tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1408 /2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında da qeyd edilmişdir ki, “İddiaçı da xx.xx.1992-ci il tarixli, 15/HBC saylı əmrə müvafiq olaraq döyüş şəraitində yaralı əsgərlərə və mülki vətəndaşlara təcili tibbi yardım göstərilməsi üçün döyüş bölgəsinə ezam olunmuşdur. Beləliklə, iddiaçının döyüş zonasında döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu təsdiq olunduğundan iddia tələbi əsaslıdır. Cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, buna baxmayaraq apellyasiya instansiya məhkəməsi hazırkı qərarın 19-23-cü bəndlərində göstərilən normaların tələblərinə zidd qərar qəbul etmişdir.” Göründüyü kimi oxşar mübahisələr üzrə formalaşmış məhkəmə təcrübəsi onu göstərir ki, tibbi yardım məqsədi ilə hərbi hissəyə göndərilmiş şəxslərin funksiyası bir başa döyüş tapşırığı kimi qiymətləndirildiyindən onların müharibə veteranı adı və vəsiqəsini tələb etmək hüquqları yaranır. Apellyasiya şikayətinin digər dəlili isə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1992-ci il tarixli 234 saylı əmrində N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin xx.xx.1992-ci il tarixli 456/T saylı əmri ilə İV kurs tələbələrin üç qat ölçüdə təqaüdün verilməsinə dair əmrdə iddiaçının adının qeyd olunmaması ilə bağlıdır. İş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən təqdim edilmiş əmrdə 37 şəxsin adı göstərilmişdir və sözügedən əmr tərcümə olunmuş formada məhkəməyə təqdim edilmişdir. Lakin, məhkəmə kollegiyasına iddiaçı tərəfindən təqdim edilmiş, surəti müvafiq qaydada təsdiq edilmiş və rus dilində olan Azərbaycan Tibb Universitetinin xx.xx.1992-ci il tarixli 456/T saylı əmrindən 300-dən artıq şəxsin adının olduğu və həmin şəxslərin sırasında “Mamedov” (Məmmədov) soyadının da olduğu və qarşısında 01.07.92xx.xx.1992-ci il – Tər-tər qeyd olunduğu müəyyən edilir. “Mamedov” (Məmmədov) soyadının qarşısında iddiaçının adının və ata adının baş hərflərinin qeyd edilməməsi isə iddiaçının təqsiri deyil. İş materialları ilə əmrdə adı göstərilən “Mamedov” (Məmmədov) soyadlı şəxsin iddiaçı olması mötəbər sübutlarla təsdiq olunur. Belə ki, Tər-tər hərbi hissənin tibb xidməti rəisi polkovnik E.R.Tarverdiyev tərəfindən Nərimanov adına Tibb Universitetinin hərbi kafedrasının rəis əvəzi H.Ağayeva ünvanlanan məktubda qeyd edilmişdir ki, İV kurs tələbəsi “Mamedov” (Məmmədov) 1 iyul 1992-ci ildən 20 avqust 1992-ci ilə qədər N gün N saylı hərbi hissədə təcrübə keçmişdir. Eyni zamanda Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş arxiv arayışından görünür ki, iddiaçı Azərbaycan Respublikası Müdafiıə Nazirliyinin xx.xx.1992-ci il tarixli 234 saylı əmrinə əsasən N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin xx.xx.1992-ci il tarixə qədər müharibə bölgəsi Tər-tər rayonunda hərbi təlim keçmiş, döyüşlərdə iştirak etmiş və yaralılara tibbi yardım göstərmişdir. Beləliklə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən verilmiş arayışa əsasən, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək ATU-nın 4-cü kursunda təhsil alarkən hərbi kafedranın tərkibində N saylı hərbi hissədə ehtiyatda ilkin leytenant rütbəsi almaq üçün praktiki məşğələlərə cəlb olunması, Tər-tər hərbi hissənin tibb xidməti rəisi polkovnik E.R.Tarverdiyev tərəfindən Nərimanov adına Azərbaycan Tibb Universitetinin hərbi kafedrasının rəis əvəzi H.Ağayeva ünvanlanan məktubda və Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş arxiv arayışında qeyd olunan məlumatlar nəzərə alındıqda Azərbaycan Tibb Universitetinin xx.xx.1992-ci il tarixli 456/T saylı əmri ilə döyüş bölgələrində iştirak etmiş tələbələrə üçqat ölçüdə təqaüdün verilməsi ilə bağlı siyahıda qeyd olunan “Mamedov” soyadlı şəxsin İddiaçı olması mötəbər sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarə dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10390/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar