Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-613/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X10 Xüsusi X1rşı «ona təyin edilmiş əmək pensiyasının təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Ülvi Arif oğlu Mayılovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili X2, 3-cü şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X10 Xüsusi X1rşı «ona təyin edilmiş əmək pensiyasının Xüsusi Dövlət Mühafizə Xidmətində Feldyeger X3 Kuryer Şöbəsində (3-cü şöbə) böyük diplomatik kuryer vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3164/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh və 3-cü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X10 Xüsusi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş əmək pensiyasının Xüsusi Dövlət Mühafizə Xidmətində Feldyeger X3 Kuryer Şöbəsində (3-cü şöbə) böyük diplomatik kuryer vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1968-ci il tarixdə anadan olmuş, xx xxxxxx 1997-ci il tarixdən xx xxxx 2017-ci il tarixədək Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində xidmət etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində vəzifəsi Diplomatik Kuryer Şöbəsində diplomatik kuryer vəzifəsi olmuş və xidmət müddəti 21 il 02 ay 27 gün təşkil edir. Dövlət Feldyeger Xidmətində iddiaçının tutmuş olduğu Diplomatik Kuryer xidməti Şöbəsində diplomatik kuryer vəzifəsi Xüsusi Dövlət Mühafizə Xidmətində Feldyeger X3 Kuryer Şöbəsində (3-cü şöbə) böyük diplomatik kuryer vəzifəsinə uyğunlaşdırılmışdır. Ona təyin edilmiş əmək pensiyası Dövlət Feldyeger Xidmətində tutmuş olduğu Diplomatik Kuryer Xidməti Şöbəsində diplomatik kuryer vəzifəsinin təminat xərcliyindən hesablanmışdır. Əmək pensiyası təyin edilən təminat xərcliyi götürülmüş vəzifə ilə Xüsusi Dövlət Mühafizə Xidmətində Feldyeger X3 Kuryer Şöbəsində (3-cü şöbə) böyük diplomatik kuryer vəzifəsinin əmək haqqında kifayət qədər fərq vardır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli 3771 saylı sərəncamı ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılması qərara alınmışdır. Ona xidmətdən tərxis olunduğu zaman təyin edilmiş əmək pensiyası hazırda Xüsusi Dövlət Mühafizə Xidmətində Feldyeger X3 Kuryer Şöbəsində (3- cü şöbə) böyük diplomatik kuryer vəzifəsinin təminat xərcliyinə uyğun hesablanmalıdır. Lakin ona təyin edilmiş əmək pensiyasının Xüsusi Dövlət Mühafizə Xidmətində Feldyeger X3 Kuryer Şöbəsində (3-cü şöbə) böyük diplomatik kuryer vəzifəsinin təminat xərcliyinə uyğun hesablanması həyata keçirilməmişdir. Əmək pensiyasının Xüsusi Dövlət Mühafizə Xidmətində Feldyeger X3 Kuryer Şöbəsində (3-cü şöbə) böyük diplomatik kuryer vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması və ödənilməsi barədə cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmiş, müraciətinə heç bir cavab verilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3164/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı təyin edilmiş əmək pensiyasının Xüsusi Dövlət Mühafizə Xidmətində Feldyeger X3 Kuryer Şöbəsində (3-cü şöbə) böyük diplomatik kuryer vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X10 X8 İdarəsi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbil edilməsini xahiş etmişdir. Həmçinin qərardan narazı qalan 3-cü şəxs Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə yeni qərar qəbil edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki məsələ ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabnetinin 170-7 saylı xx xxxxx 2019-cu il tarixli qərarı vardır. Həmin qərar məxfidir və İdarəyə təqdim edilməyib. Sorğu vasitəsilə tələb edilmişdir. Həmin Qərarın 1-ci bəndinə görə Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən 2017-ci ilin 1 mart tarixinədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələri və vəzifə maaşları Xüsusi Dövlət Mühafizə Xidmət əməkdaşlarının mövcud olan vəzifələrinə və vəzifə maaşlarına bu Qərarın əlavəsinə müvafiq olaraq uyğunlaşdırılmalıdır. Qərarın 2-ci bəndinə görə 1-ci bənddə göstərilən pensiyaları 2018-ci ilin martın 1-dən hesablanaraq ödənilməlidir. Qərarın əlavəsinin 3-cü bəndinə görə Dövlət Feldyeger Xidmətində mövcud olmuş diplomatik kuryer vəzifəsinin Xüsusi Dövlət Mühafizə Xidmətində uyğunlaşdırılacaq vəzifənin adı diplomatik kuryer vəzifəsidir. Dövlət Feldyeger Xidmətində movcud olmuş diplomatik kuryer vəzifəsi Xüsusi Dövlət Mühafizə Xidmətindəki diplomatik kuryer vəzifəsinə uyğunlaşdırılarkən sonuncunun vəzifə maaşına faiz nisbəti 28 faizdir. Məhkəmə tərəfindən Nazirlər kabinetinin xx.xx.2019-cu il tarixli qərarının tələbləri nəzərə alınmamışdır. Belə ki, iddiaçının Dövlət feldyeger Xidmətində tutduğu vəzifənin Xüsusi Dövlət Mühafizə Xidmətində uyğunlaşdırılacaq müvafiq vəzifə diplomatik kuryer vəzifəsidir. Lakin məhkəmə tərəfindən Xüsusi Dövlət Mühafizə Xidmətinin böyük diplomatik kuryer vəzifəsinə uyğunlaşdırma barədə qərar qəbul edilmişdir. Həmçinin məhkəmə qərarında uyğunlaşdırılma aparılarkən rəhbət tutlacaq vəzifə maaşına faiz nisbətinə münasibət bildirilməmişdir. Halbuki, Qərarın əlavəsindən görünür ki, Uyğunlaşdırılma aparılarkən Xüsusi Dövlət Mühafizə Xidmətindəki diplomatik kuryer vəzifəsi üzrə vəzifə maaşının 100 faizi deyil, cəmi 28 faizi əsas alınmalıdır. Qərarda həmçinin pensiyanın hansı tarixdən hesablanması məsələsi də öz əksini tapmamışdır. Bu da gələcəkdə qərarın icrası zamanı inzibati orqanla vətəndaş arasında mübahisənin yaranmasına səbəb olacaqdır. 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı qanunsuz və əsassızdır. Qərar çıxarılarkən maddi və prsessual hüquq normaları pozulmuş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki və hüquqi hallar aydınlaşdırılmamışdır. Qərar həmçinin qüvvədə olan qanunvericilik aktlarının tələblərinə zidd olduğu üçün onun icrası da faktiki olaraq qeyri-mümkündür. Bu səbəbdən də ləğv edilməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Nzirlər Kabibetinin yanında Dövlət Feldyeger Xidmətinin diplomatik kuryer vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 1125 saylı xx.xx.2016-cı il tarixl Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabibetinin yanında Dövlət Feldyeger Xidməti Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş və onun səlahiyyətıəri Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə edilmişdir. Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 35 şh saylı xx.xx.2017-ci il tarixli əmri ilə həmin vaxt qüvvədə olan “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə”nin 93-cü maddəsinin 4-cü bəndinə (təşkilatı-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar) müvafiq olaraq xx.xx.2017ci il tarixdən feldyeger rabitəsi orqanında xidmətinə xitam verilmişdir. Məhkəmə tərəfindən tam araşdırılma aparılmamışdır. Belə ki, Nazirlər Kabinetinin 170-7 saylı xx.xx.2019-cu il tarixli Qərarına uyğun olaraq Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Dövlət feldyeger Xidmətindən 2017-ci ilin 1 mart tarixinədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələrinin və vəzifə maaşlarına Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzifələrinə və vəzifə maaşlarına uyğunlaşdırılması aparılmışdır. Qərara əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində mövcud olmuş diplomatik kuryer vəzifəsi Xüsusi Dövlət Mühafizə Xidmətində diplmatik kuryer vəzifəsinə uyğun müəyyən edilmişdir. İddiaçı barəsində 920 saylı xx.xx.2019-cu il tarixli məlumat vərəqəsi Xidmət tərəfindən Qərara uyğun tərtib edilərək həmin tarixdə Dövlət X11 göndərilmişdir. Sonradan iddiaçının vəzifə maaşı 28 faiz nisbətində hesablanmaqla 322 manat məbləğində müəyyən edilmiş və Dövlət X11 göndərilmişdir. İddiaçının təminat xərcliyi barədə məlumat vərəqəsi son artımlar nəzərə alınmaqla, həmçinin qanunvericiliyin imperativ müəyyən etdiyi şəkildə müvafiq vəzifə maaşının faiz nisbətinə uyğun hazırlanmış və aidiyyəti orqana əvvəlcədən təqdim olunmuşdur. Lakin qeyd edilmiş hallar məhkəmə tərəfindən nəzərə alınmamış, iddiaçının mülahizələri əsasında birtərəfli, qanunsuz və əsassız qərar qəbul edilmişdir. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi və vəkili X6 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək hər iki apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 3-cü şəxsin nümayəndəsi X9 hər iki apellyasiya şikayətini müdafiə edərək, onların təmin edilməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək onların təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci ildə anadan olmuşdur. İddiaçı 1429 saylı xx.xx.2017-ci il tarixli pensiya vəsiqəsi verilmiş və həmin vəsiqə xx xxxxx 2022-ci il tarixə kimi etibarlıdır. Əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Feldyeger Rabitəsi orqanında xidmət etmişdir. İddiaçı məxsus 17/1719-000921 saylı pensiya işinin surətindən görünür ki, ona ilkin olaraq xx.xx.2017-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, cavabdehin 17/1719 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixdən yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən xx xxxxx 2017-ci il tarixdə iddiaçı barəsində tərtib edilmiş məlumat vərəqəsindən görünür ki, Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin sərəncamında olan (Dövlət Feldyeger Xidmətinin Diplomatik kuryer rabitə xidməti şöbəsinin diplomatik kuryeri vəzifələrini icra edən) iddiaçı xx.xx.2017-ci il tarixdə ehtiyata buraxılmış və xidməti illəri 21 il 02 ay 27 gün təşkil edir. Bundan sonra iddiaçı ona təyin edilmiş əmək pensiyasının Xüsusi Dövlət Mühafizə Xidmətində Feldyeger X3 Kuryer Şöbəsində (3-cü şöbə) böyük diplomatik kuryer vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması və ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin sonuncu tərəfindən iddiaçının müraciətinə münasibətdə hərəkətsizlik göstərilmişdir. Belə ki, həmin müraciətin cavablandırılması və ondan imtina edilməsi iş materiallarında öz əksini tapmamışdır. İnzibati Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı tərəfindən hazırki iddia ilə məhkəməyə onun cavabdeh inzibati orqana müraciətindən (xx.xx.2019-cu il tarixdə (i.v. 22)) 35 gün keçdikdən sonra- xx.xx.2019-cu il tarixdə müraciət edilmişdir. Həmin iddia ərizəsi ilə iddiaçı ona təyin edilmiş əmək pensiyasının Xüsusi Dövlət Mühafizə Xidmətində Feldyeger X3 Kuryer Şöbəsində (3-cü şöbə) böyük diplomatik kuryer vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının iddiasının təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçının iddiasının təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bə məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016-cı il tarixli, 1125 saylı Fərmanının 10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikasının Xüsusi Dövlət Nühafizə Xidmətinin tabeliyinə verilmiş və onun səlahiyyətləri Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5–ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5–ci maddəsinə əsasən bu Qanunun 20.1.11-ci—20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr tam məbləğdə ödənilir. Eyni Qanunun 20.1.11-ci maddəsinə əsasən bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçulara qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin-3 faizi miqdarında əlavə olunmaqla təyin edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2005-ci il tarixli, 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Həmin Fərmanın ikinci bəndində göstərilmişdir ki, bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifatı Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Cavabdeh tərəfindən məhkəməyə daxil olmuş iddiaya qarşı etirazda iddiaçının Xüsusi Dövlət Mühafizə Xidmətinə Feldyeger Xidmət İdarəsinin Diplomatik Kuryer Şöbəsində (3-cü şöbə) Böyük Diplomatik Kuryer vəzifəsində işləmədiyi göstərilmişdir. Halbuki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin Diplomatik kuryer rabitə xidməti şöbəsində diplomatik kuryer vəzifəsində xidmət etmişdir. Sonuncu işlədiyi vəzifə diplomatik kuryer vəzifəsi olmuşdur. xx xxxxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin 1125 saylı Fərmanı ilə Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verildikdən sonra iddiaçı Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinin xx.xx.2016-cı il tarixli əmri ilə sərəncama göndərilmiş və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 35 şh, xx.xx.2017-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında” Əsasnamənin 4-cü bəndinə müvafiq olaraq (təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar) xx.xx.2017-ci il tarixdən xidmətinə xitam verilmişdir. İddiaçının Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin Diplomatik kuryer rabitə xidməti şöbəsində işlədiyi diplomatik kuryer vəzifəsi hazırda Xüsusi Dövlət Mühafizə Xidmətinə Feldyeger Xidmət İdarəsinin Diplomatik Kuryer Şöbəsində (3-cü şöbə) Böyük Diplomatik Kuryer vəzifəsinə uyğundur. Hazırki işə anoloji mübahisələrə baxılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarlarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, “....hazırki vəziyyətdə mübahisə mövcud olmayan dövlət orqanının ştat strukturuna aid vəzifələrin mövcud olan digər dövlət orqanının ştat strukturundakı vəzifələrə uyğunlaşdırılması ilə bağlı deyildir və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən hər hansı qərar qəbul edilməmişdir. “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmiləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1125 saylı xx xxxxxx 2016-cı il tarixli Fərmanının 10-cu bəndində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin səlahiyyətlərinin Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə edilməsi nəzərdə tutulduğundan əvvəlki vəzifəyə aid səlahiyyətlərin mövcud vəziyyətdə hansı vəzifəli şəxs tərəfindən icra edilməsi Xüsusi Dövlət Mühafizə Xidmətinə aid olan məsələdir. Qanunverici müəyyən məsələnin həlli üçün (iddiaçının pensiyasının məbləğinin hesablanması üçün) cavabdeh inzibati orqana müəyyən faktların əldə edilməsi ilə bağlı müraciət etmək səlahiyyəti vermişdir. Nə qədər ki, iddiaçının pensiyasının hesablanması cavabdeh tərəfindən həyata keçirilir, pensiyanın məbləğində olan artımları, həmçinin pensiyanın yenidən hesablanmasını müəyyən etmək səlahiyyəti cavabdehə məxsusdur və cavabdeh müəyyən faktların əldə edilməsi məqsədilə Xüsusi Dövlət Mühafizə Xidmətinə müraciət edə bilər.” Bununla yanaşı, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 170-7 nömrəli qərarına əlavəyə əsasən uyğunlaşdırma aparılarkən Xüsusi Dövlət Mühafizə Xidmətindəki “diplomatik kuryer” vəzifəsi üzrə vəzifə maaşının 100 % deyil, cəmi 28% əsas alınması və bu halda böyük ehtimalla iddiaçının aldığı pensiya məbləğində ciddi dəyişiklik olmayacağı” barədə dəlilini əsassız sayır və qeyd edir ki, uyğunlaşdırılan faiz nisbətinə münasibətdə iddiaçının pensiya məbləğində ciddi dəyişikliyin olmayacağı iddiaçını hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququndan məhrum edə və onun həmin iddia tələbinin təmin olunmaması üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etsə də, belə şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. 3-cü şəxs Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd olunmalıdır ki, həmin dəlillər cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərlə demək olar ki, eynilik təşkil etdiyindən və həmin dəlillərə bu qərarın əsaslandırıcı hissəsində münasibət bildirildyindən məhkəmə kollegiyası bu barədə əlavə əsaslandırmaya zərurət görmür. Beləliklə, hər iki apellyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edildiyi, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün heç bir əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh və 3-cü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3164/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X10 X8 İdarəsi və 3-cü şəxs Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3164/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2-1(103)-613/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-613/2020
02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver