Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-613/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X19, cavabdehin nümayəndəsi X20, 3-cü şəxs X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X4, X21, X22 və X23 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1061/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxslər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, İcraiyyə Komitəsinin 19 oktyabr 1990-cı il tarixli, 7/348 nömərli qərarına əsasən ona ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağlar sahəsində 102 saylı Bağlar Tikinti Kooperativi nəzdində 0,12 ha ölçüsündə 889K nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli qərardadları ilə X4, X21, X22 və X23 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1061/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1061/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda üçüncü şəxslər apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1061/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bağların bölgüsünə dair sxematik xəritədə “889K” nömrəsi yoxdur. Həmçinin elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin nömrəsi bağ nömrələrinin ardıcıllığına uyğun deyil. Bundan əlavə göstərilən əraziyə digər fiziki şəxs, X25 tərəfindən (857b nömrəli bağ sahəsi kimi) müraciət olunmuşdur.Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. 3-cü şəxslər apellyasiya şikayətini onunla əsaslandırmışdırlar ki, məhkəmə iclasında verdikləri izahatlarda da göstərmişlər ki, Bakı şəhər İcraiyyə Komitəsinin 19 noyabr 1990cı il tarixli. 7/386 nömrəli qərarı ilə onların mərhum atası X13 Bakı şəhəri. Binəqədi rayonu, Göradil Bağları sahəsi, 102 saylı BTK nəzdində sahəsi 0,12 ha ölçüsündə olan 857b nömrəli bağ sahəsi ayrılmışdır. Mübahisə predmeti olan həmin bağ sahəsi uzun illər ərzində X12 və onun digər ailə üzvlərinin, o cümlədən, X7 istifadəsində olmuşdur. İşin bu halı danılmazdır və qonşu sahələrin istifadəçiləri də bu faktı təsdiq edirlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı tərəf izahat verərək şikayətlərin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1061/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X22 apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1061/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən 3-cü şəxs X23 apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq 3-cü şəxslər X4, X21 məhkəmə iclasında iştirak etməmişlər, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan 3-cü şəxslər X4, X21, X23 (nümayəndəsinin) iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh və üçüncü şəxslər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü ildə doğulmuşdur. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialının 1513 №li, xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/348 №-li qərarına əsasən İddiaçı 102 №-li BTK-nın nəzdində olan Göradil massivində sahəsi 0,12 ha bağ sahəsi ayrılmışdır. - Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və X16 bağlar sahəsindəki 102 №-li kooperativinin xx.xx.1991-ci il tarixli, B/S №-li orderinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/348 №-li qərarına əsasən X14 Göradil bağ sahəsində 102 №-li BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 889K №-li bağ ayrılmışdır. - İdarənin xx.xx.2019-cu il tarixli, **********51 nömrəli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və İstismarı Birliyi İddiaçı bağ sahəsinin alınması haqqındakı ərizəsinə baxılaraq onu qeydiyyata götürmüş, növbəlik qaydasına uyğun olaraq bağ tikinti kooperativinin birində bağ sahəsi ilə təmin olunacağı bildirilmişdir. BTK tərəfindən 102 №-li kooperativə xx.xx.1991-ci il tarixdə məktub ünvanlanaraq Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 19 oktyabr 1990-cı il tarixli, 7/348 №-li qərarına əsasən yoldaş İddiaçı 102 №-li kooperativinin tərkibində bağ sahəsi verilməsinə icazə verildiyi bildirilmişdir. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********89 №-li məktubun surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi ünvanında yerləşən 889 K saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2019-cu il tarixli ərizəsinə baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, bağların bölgüsünə dair sxematik xəritədə “889K” nömrəsi yoxdur. Həmçinin elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin nömrəsi bağ nömrələrinin ardıcıllığına uyğun deyil. Bundan əlavə göstərilən əraziyə digər şəxs tərəfindən müraciət olunub. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialının 1700 №li, xx.xx.2015-ci il tarixli arxiv arayışından görünür ki, Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/386 №-li qərarına əsasən X13 102 №-li BTK-nın nəzdində olan Göradil massivində sahəsi 0,12 ha bağ sahəsi ayrılmışdır. - Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və X16 bağlar sahəsindəki 102 №-li kooperativinin B/S №-li orderinin surətindən görünür ki, Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/386 №-li qərarına əsasən X13 Göradil bağ sahəsində 102 №-li BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 857b №-li bağ ayrılmışdır. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********88 №-li, xx.xx.2020-ci il tarixli, **********84 №-li, xx.xx.2020-ci il tarixli məktublardan və onlara əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 857b saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X3 və İstismarı Birliyi ilə X28 arasında xx.xx.2001-ci il tarixli, 30524 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən sözügedən bağ sahəsi xx.xx.2016-cı il tarixdə X24 adına dövlət reyestrində qeydiyyatdan keçmişdir. Daha sonra Arif Vəliyev məlumatlandırma icraatı qaydasında həmin bağ sahəsində tikdiyi evin qeydiyyata alınmasını xahiş etmişdir. Göradil qəsəbəsində yerləşən 857b saylı torpaq sahəsi və üzərində ümumi sahəsi 119.8 kv.m olan bağ evi vahid əmlak kimi xx.xx.2018-ci il tarixdə X24 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Məlumat üçün bildirilir ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/386 nömrəli qərarına əsasən X13 102 nömrəli BTK nəzdində Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində, 0.12 hektar torpaq sahəsi olan 857b nömrəli bağ sahəsinin ayrılmasına dair B/S nömrəli order İdarənin arxivində mövcuddur. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********21 №-li məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağlar sahəsindəki 102 saylı Bağlar Tikinti Kooperativi nəzdində 0,12 ha ölçüsündə 889 k nömrəli bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi 1269,0 kvm. bağ sahəsinin sərhədləri üç tərəf qonşu hasarlar, qalan tərəf şərtidir, üzərində yarımçıq tikili var. Bağların bölgüsünə dair sxematik xəritədə 889k nömrəsi yoxdur. Elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin nömrəsi bağ nömrələrinin ardıcıllığına uyğun deyil, qonşu bağ nömrələri 857ö, 898z, 826ğ, 857ş, 857odur. Bundan başqa iddiaçı tərəfindən naturada göstərilən əraziyə digər fiziki şəxslər (X25, X23) tərəfindən də Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi 857b saylı bağ sahəsinə dair çıxarış almaq məqsədilə İdarəyə müraciət edilmişdir. Göstərilən ərazi ilə bağlı Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində digər məhkəmə mübahisəsi də mövcuddur. 857b saylı bağ kimi iddia edilən sahənin nömrəsi sxematik xəritəyə əsasən naturada yerləşmə vəziyyəti ilə uyğunsuzluq təşkil edir, iddia edilən digər 889k saylı bağ sahəsinin nömrəsi isə sxematik xəritədə öz əksini tapmadığından, bağ sahələrinin üst-üstə düşübdüşmədiyini və hansı bağ sahəsinə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. İdarənin elektron kadastr baza məlumatlarına əsasən eyni 857b nömrəsi göstərilən mübahisəli sahədən cənub tərəfdə **********96 reyestr nömrəsi ilə digər şəxsin (X28) adına qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məhkəməyə ünvanladığı **********82 №-li, xx.xx.2020-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, mübahisələndirilən, İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma verilmiş sorğulara və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmış və sxemlər hazırlanmışdır (sxemlər əlavə edilir). Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X18nin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X18 ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyi üçün müraciətdə qeyd edilən sualların cavablandırılması məqsədi ilə İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin naturada koordinatları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu ilə təqdim edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfində aşağıdakı kimi cavablanmışdır: araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağlar sahəsindəki 102 saylı Bağlar Tikinti Kooperativi nəzdində 0,12 ha ölçüsündə 889k nömrəli bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi 1269,0 kvm. bağ sahəsinin sərhədləri üç tərəfi qonşu hasarlar, qalan tərəfi şərtidir, üzərində yarımçıq tikili var. Bağların bölgüsünə dair sxematik xəritədə 889k nömrəsi yoxdur. Elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin nömrəsi bağ nömrələrinin ardıcıllığına uyğun deyil, qonşu bağ nömrələri 857ö, 898z, 826ğ, 857ş, 857o-dur. Bundan başqa, iddiaçı tərəfindən naturada göstərilən əraziyə digər fiziki şəxslər (X25, X23) tərəfindən də Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi, 857b saylı bağ sahəsinə dair çıxarış almaq məqədilə İdarəyə müraciət edilmişdir. Göstərilən ərazi ilə bağlı Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində digər məhkəmə mübahisəsi də mövcuddur. “857b" saylı bağ kimi iddia edilən sahənin nömrəsi sxematik xəritəyə əsasən naturada yerləşmə vəziyyəti ilə uyğunsuzluq təşkil edir, iddia edilən digər “889k” saylı bağ sahəsinin nömrəsi isə sxematik xəritədə öz əksini tapmadığından, bağ sahələrinin üst-üstə düşübdüşmədiyini və hansı bağ sahəsinə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. İdarənin elektron kadastr baza məlumatlarına əsasən eyni “857b” nömrəsi göstərilən mübahisəli sahədən cənub tərəfdə **********96 reyestr nömrəsi ilə digər şəxsin (X28) adına qeydiyyatdan keçmişdir. Göstərilən bağ sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə edilmişdir. İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********12 №-li, xx.xx.2021-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, arxiv qovluğunda 102 nömrəli bağ tikinti kooperativinə aid sxematik xəritə aşkar olunmadı. Qovluqda Göradil bağ massivindəki 102 nömrəli bağ tikinti kooperativinə aid bağ sahələrinin ilkin yerləşmə sxemi mövcuddur. Sorğuda qeyd edilən bağ nömrələri ilə əlaqədar olraq bildirilir ki, 856 bağ nömrə ilə Binəqədi rayonu, Göradil kəndi ünvanında 0,12 hektar torpaq sahəsi (reyestr nömrəsi-**********57) xx.xx.2008-ci il tarixdə X8 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Binəqədi rayonu, Göradil kəndi ünvanında 857 bağ nömrə ilə 0.071 hektar torpaq sahəsi və bağ evi (reyestr nömrəsi-**********99-11301) xx.xx.2021-ci il tarixdə X9 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Binəqədi rayonu, Göradil kəndi ünvanında 857b bağ nömrə ilə 0,12 hektar torpaq sahəsi və bağ evi (reyestr nömrəsi-**********96-11301) xx.xx.2018-ci il tarixdə X24 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Həmçinin Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/386 nömrəli qərarına əsasən X13 102 nömrəli BTK nəzdində Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində, 0,12 hektar torpaq sahəsi olan 857b nömrəli bağ sahəsinin ayrılmasına dair B/S nömrəli order İdarənin arxivində mövcuddur. Binəqədi rayonu, Göradil ərazisində 857a bağ nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinə dair məlumat aşkar olunmamışdır. Binəqədi rayonu, Göradil ərazisində 858 bağ nömrə ilə qeydiyyata alınmış bağ torpaq sahəsinə dair məlumat aşkar olunmamışdır. Göradil ərazisində yerləşən 858 nömrəli bağ sahsinə (0.25 hektar) dair Səriyyə Hənifə qızı ilə bağlanılmış xx.xx.2004-cü il tarixli, 15611 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. Binəqədi rayonu, Göradil kəndi ünvanında 887 bağ nömrə ilə 0,0732 hektar torpaq sahəsi (reyestr nömrəsi-**********92) xx.xx.2020-ci il tarixdə X1 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Binəqədi rayonu, Göradil kəndin ünvanında 888 bağ nömrə ilə 0,12 hektar torpaq sahəsi və bağ evi (reyestr nömrəsi-**********17-11301) xx.xx.2016-cı il tarixdə X2 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Binəqədi rayonu, Göradil kəndi ünvanında 889a bağ nömrə ilə 0,111806 hektar torpaq sahəsi (reyestr nömrəsi- **********54) xx.xx.2013-cü il tarixdə X5 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Binəqədi rayonu, Göradil qəsəbəsində, 102 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 889k nömrəli bağ sahəsinin ayrılmasına dair Bakı Şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/348 nömrəli qərarına əsasən İddiaçı adına verilmiş B/S nömrəli order idarənin arxivində mövcuddur. Binəqədi rayonu, Göradil kəndi ünvanında 890 bağ nömrə ilə 0,12 hektar bağ torpaq sahəsi və bağ evi (reyestr nömrəsi- **********42-11301) xx.xx.2012- ci il tarixdə X6 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ona bağ sahəsinin ayrılması üçün Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və İstismarı Birliyinə müraciət etmiş, birlik tərəfindən ərizəsi baxılaraq qeydiyyata götürmüşdür. Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/348 №-li qərarına əsasən İddiaçı 102 №-li BTK-nın nəzdində olan Göradil massivində sahəsi 0,12 ha bağ sahəsi ayrılmış və müvafiq olaraq ona xx.xx.1991-ci il tarixli, B/S №-li orderlə 102 №-li BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 889K №-li bağ verilmişdir. İddiaçı həmin bağ sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyatı üçün cavabdehə müraciət etsə də müraciəti bağların bölgüsünə dair sxematik xəritədə 889K nömrəsinin olmaması, həmçinin elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin nömrəsinin bağ nömrələrinin ardıcıllığına uyğun olmaması, bundan əlavə göstərilən əraziyə digər şəxs tərəfindən müraciət olunması əsas göstərilərək təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan X18 tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X18nin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan X18 ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Kollegiya qeyd edir ki, üçüncü şəxslər mübahisəli bağ sahəsinə iddia etsələr də X13 xx.xx.1990-cı il tarixli, 7/386 №-li qərara əsasən Göradil bağ sahəsində 102 №-li BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 857b №-li bağ ayrılmışdır. Həmin nömrəli bağ sahəsi xx.xx.2016-cı il tarixdə X24 adına dövlət reyestrində qeydiyyatdan keçmişdir və iş üzrə alınmış müvafiq mütəxəssis rəyi ilə onun mübahisəli sahədən cənub tərəfdə yerləşməsi müəyyən edilmişdir. Üçüncü şəxslərin mübahisəli bağ sahəsinə dair hər hansı hüquqlarının mövcud olması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Bundan başqa cavabdeh inzibati orqan imtinasında bir tərəfdən bağların bölgüsünə dair sxematik xəritədə 889K nömrəsinin olmamasını göstərir, digər tərəfdən isə məhkəmənin sorğusuna cavab olaraq arxiv qovluğunda 102 nömrəli bağ tikinti kooperativinə aid sxematik xəritənin aşkar olunmamasını, eləcə də qovluqda Göradil bağ massivindəki 102 nömrəli bağ tikinti kooperativinə aid bağ sahələrinin ilkin yerləşmə sxeminin mövcud olmasını bildirir. Cavabdehin elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin nömrəsinin bağ nömrələrinin ardıcıllığına uyğun olmamasında dair əsası ilə bağlı isə məhkəmə qeyd edir ki, iş üzrə mütəxəssis rəyindən göründüyü kimi mübahisəli bağ sahəsi yaşayış məntəqələrinin hüdudları daxilində dövlət mülkiyyətində olan torpaq sahəsi olmaqla üç tərəfi qonşu bağlarla əhatələnmişdir və həmin bağ sahələrinin nömrələri 857ö, 898z, 826ğ, 857ş, 577o-dur. Həmçinin bu mənzərə cavabdeh İdarənin nümayəndəsi tərəfindən məhkəmə kollegiyasının iclasında təqim etdiyi gooqle map saytından əldə olunmuş şəkildən də aydın görünür, belə ki, iddiaçının iddia etdiyi bağ sahəsi 657ş, 826g, 826ğ, 898z və 857k nömrəli bağ sahələri ilə əhatə olunmuşdur. Belə olan halda həmin bağ sahələrinin nömrələri də ardıcıllığa uyğun deyildir və həmin bağ sahələri də 102 nömrəli bağ tikinti kooperativinə aid bağ sahələrinin ilkin yerləşmə sxemində də qeyd edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən cavabdeh DƏDRX-in 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı X26, X25 və X11 adına olan bağ sahələrinə aid sənədlər qovluğunun məhkəməyə təqdim edilməsi ilə bağlı sorğu ünvanlansa da, bu sorğuya cavab olaraq cavabdeh İdarə tərəfindən təqdim edilmiş məktubda yalnız X11 adına bağ sahəsinin ayrılması barədə məlumat və hər hansı hüquqmüəyyənedici sənədin İdarənin arxivində aşkar edilməməsi bildirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12.2-ci maddəsinə əsasən 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası formal mülahizələrə istinadən verilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı 102 №-li BTK-nın nəzdindəki Göradil massivində sahəsi 0,12 ha ona 889K №-li bağ sahəsinin ayrılmasına dair Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/348 №-li qərarı və xx.xx.1991-ci il tarixli, B/S №-li order hal-hazırda qüvvədə olaraq mübahisələndirilməmiş və ləğv edilməmişdir. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək əsasən hesab edir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etdiyindən, iddiaçıya 889k saylı bağ sahəsinin ayrılmasına dair qüvvədə olan və mübahisələndirilməyən səlahiyyətli orqan tərəfindən verilmiş qərar və order mövcud olduğundan, həmin qərar və order əsasında iddiaçının fakitiki sahibliyində və istifadəsində olan, eyni zamanda «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağlar massivində yerləşən, sahəsi 0,12 ha olan 889k bağ sahəsi iddiaçının mülkiyyətinə veridliyindən həmin bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün əsaslar mövcud deyildir. Cavabdehin imtinası ilə bağlı gətirdiyi dəlillər məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Bu səbəbdən də cavabdehin imtinası qanunsuz olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə olan halda, iddianın mümkün sayılmaması üçün heç bir əsas yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi isə haqlı olaraq iddianı təmin etmişdir. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Üçüncü şəxslər X4, X21, X22 və X23 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1061/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-613/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-613/2022
10.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver