Məhkəmə qərarları › İş №2-1(103)-615/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-615/2025

14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-615/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndələri X1 və X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1463/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli, **********066300 nömrəli məktubuna əlavə olunmuş sənədlərin surətindən görünür ki, -Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********5191 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarına əsasən İddiaçı sahibi olduğu (VÖEN **********) AZ1052 Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli ünvanında yerləşən Porto Hotelində pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələri üzrə xx.xx.2023-xx.xx.2023-cü tarixlərdə operativ nəzarət keçirilməsi qərara alınmışdır.

2. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubunda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir:

3. Keçirilmiş Operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən iyun ayı üzrə 164 850,0 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. 2.Keçirilmiş Operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən iyul ayı üzrə 165.250,0 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. 3.Keçirilmiş Operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən avqust ayı üzrə 174.800,0 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. 4.Keçirilmiş Operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən sentyabr ayı üzrə 159.600,0 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. 5.Keçirilmiş Operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən oktyabr ayı üzrə 178.400,0 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. 6.Keçirilmiş Operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən noyabr ayı üzrə 176.800,0 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. 7.Keçirilmiş Operativ vergi nəzarəti tədbirləri məlumatlarına əsasən dekabr ayı üzrə 194.800,0 manat dəyərində dövriyyə məbləği olmasına baxmayaraq, ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. -Yuxarıda qeyd olunanlarla əlaqədar, müvafiq dövr üzrə vergi bəyannamələrinin, əsaslandırılmış izahatın və zəruri təsdiqedici sənədlərin 5 (beş) gün ərzində vergi orqanına təqdim etməyiniz Sizə bildirilir. Bildiririk ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının Sizin vergi öhdəliklərinizi yenidən hesablamaq hüququ vardır. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195) və Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

4. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********318900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iyun 2022-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 25.146,60 manat müəyyən edilmişdir.

5. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********343500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iyul 2022-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 25.207,63 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 32.011,39 manat müəyyən edilmişdir.

6. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********347300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən avqust 2022-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 26.664,41 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 64.351,35 manat müəyyən edilmişdir.

7. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********352500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən sentyabr 2022-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 24.345,76 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 97.868,51 manat müəyyən edilmişdir.

8. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********357000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən oktyabr 2022-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 27.231,56 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 127.740,76 manat müəyyən edilmişdir.

9. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********364600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən noyabr 2022-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 26.969,49 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 160.260,96 manat müəyyən edilmişdir.

10. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********366000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən dekabr 2022-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 29.715,26 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 191.707,39 manat müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2023-cü il tarixli, **********318900 saylı, xx.xx.2023-cü il tarixli, **********343500 saylı, xx.xx.2023cü il tarixli, **********347300 saylı, xx.xx.2023-cü il tarixli, **********352500 saylı, xx.xx.2023- cü il tarixli, **********357000 saylı, xx.xx.2023-cü il tarixli, **********364600 saylı, və xx.xx.2023-cü il tarixli, **********366000 saylı qərarlarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixindən fərdi sahibkar kimi Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli-3, 14 ünvanında yerləşən oteli (PORTO HOTEL) icarəyə götürmüşdür və otel xidməti fəaliyyəti ilə məşğul olur.Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2023-cü il tarixli, **********318900 saylı qərarına əsasən 2022-ci ilin iyun ayının hesabat dövrünə 25.146,60 manat məbləğində ƏDV, xx.xx.2023-cü il tarixli, **********343500 saylı qərarına əsasən 2022-ci ilin iyul ayının hesabat dövrünə 25.207,63 manat məbləğində ƏDV, xx.xx.2023-cü il tarixli, **********347300 saylı qərarına əsasən 2022-ci ilin avqust ayının hesabat dövrünə 26.664,41 manat məbləğində ƏDV, xx.xx.2023-cü il tarixli, **********352500 saylı qərarına əsasən 2022-ci ilin sentyabr ayının hesabat dövrünə 24.345,76 manat məbləğində ƏDV, xx.xx.2023-cü il tarixli, **********357000 saylı qərarına əsasən 2022-ci ilin oktyabr ayının hesabat dövrünə 27.213,56 manat məbləğində ƏDV, xx.xx.2023-cü il tarixli, **********364600 saylı qərarına əsasən 2022ci ilin noyabr ayının hesabat dövrünə 26.969,49 manat məbləğində ƏDV və xx.xx.2023-cü il tarixli, **********366000 saylı qərarına əsasən 2022-ci ilin dekabr ayının hesabat dövrünə 29.715,26 manat məbləğində ƏDV hesablanmışdır. cavabdeh vergi orqanı qeyd olunan qərarlar əsasında vergi hesablayarkən mötəbərliliyi şübhə doğuran (“qara mühasibatlıq” sənədlərinə) və “Mühasibat Uçotu haqqında" Qanunun 2 və 7.2-ci maddələrində qeyd olunmuş “ilkin uçot sənədləri” hesab olunmayan elektron daşıyıcıdakı fayllarda olan cədvəl məlumatlarına istinad etmişdir. Belə ki, vergi orqanı keçirilmiş operativ vergi nəzarəti təbirləri nəticəsində əldə olunmuş məlumatlara (“Mühasibat Uçotu haqqında” Qanunun 2 və 7.2-ci maddələrində qeyd olunmuş “ilkin uçot sənədləri” hesab olunmayan elektron daşıyıcıdakı fayllarda olan cədvəl məlumatlara) istinad edərək 2022-ci ilin iyun ayı üzrə 164 850 manat dəyərində dövriyyə məbləğinin, 2022-ci ilin iyul ayı üzrə 165 250 manat dəyərində dövriyyə məbləğinin, 2022-ci ilin avqust ayı üzrə 174 800 manat dəyərində dövriyyə məbləğinin, 2022-ci ilin sentyabr ayı üzrə 159 600 manat dəyərində dövriyyə məbləğinin, 2022-ci ilin oktyabr ayı üzrə 178 400 manat dəyərində dövriyyə məbləğinin, 2022-ci ilin noyabr ayı üzrə 176 800 manat dəyərində dövriyyə məbləğinin və 2022-ci ilin dekabr ayı üzrə 194 800 manat dəyərində dövriyyə məbləğinin olmasına əsaslanaraq yuxarıda qeyd olunan qərarlar üzrə əlavə ƏDV hesablamışdır. “Mühasibat uçotu haqqında” Qanunun 2.1.11-ci maddəsinə, habelə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “maliyyə hesabatlarının beynelxalq standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydalarf’nın 2.1.14-cü bəndinə əsasən “İlkin uçot sənədləri” - maliyyə təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatın baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcıda olan təsdiqedici sənədlərdir. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən isə ilin uçot sənədləri özündə sənədin (nın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı və şəxsi imzaları kimi zəruri rekvizitləri əks etdirir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, vergi məqsədləri üçün gəlir vergisi, əlavə dəyər vergisi və s. vergilər ilkin mühasibatlıq sənədləri əsasında müəyyən edilir. Konkret halda isə vergi orqanı tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində əldə edilmiş elektron daşıyıcıda olan cədvəl məlumatlarında olan kəmiyyət göstəricilərinin isə hansı ilkin səndələr əsasında müəyyən olunduğu qeyrimüəyyəndir. Ən azından, həmin məlumatların formalaşdıran hallar (təqdim etmənin, ödənişlərin və s.) barədə qeyri-qanunliyini təsdiq edə bilən sənəd-sübut və ya hər hansı bir başqa mənbə məlumatları mövcud deyil.

13. İddiaçı iddia ərizəsinə əlavə təqdim etmiş və əlavəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçı barəsində “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********5191 nömrəli qərar qəbul etmişdir. Həmçinin, «sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən» Çıxarışda yoxlamanın müddətinin xx.xx.2013-xx.xx.2023 il, yoxlanılan dövrün cari fəaliyyət, yoxlamanın predmetinin və hüquqi əsaslarının Vergi Məcəlləsinin 50.1.12, 50.1.3 və 50.1.7-ci maddələrində, göstərilən halların, plandankənar yoxlamanın təyin edilməsi üçün əsasm isə Vergi Məcəlləsinin 50.2.2- ci maddəsinə əsasən «vergi orqanları tərəfindən mənbəyi bəlli məbələrdən əldə edilən məlumatlar» olması qeyd olunmuşdur. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda) Hazırkı iş üzrə cavabdeh vergi orqan “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********5191 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir (yalnız reyestrdən çıxarışda 50.2.2-ci maddə (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar) qeyd edilmiş, lakin bununla bağlı hər hansı sübut təqdim edilməmişdir). Həmin qərarda 50.2-ci maddədə göstərilən əsaslardan birinə istinad olunsa belə, qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi kifayət qədər əsaslı hesab edilə bilməz. Cavabdeh vergi orqanı istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları konkret nəədən ibarət olmasını qeyd etməyə, eləcə də yoxlamanın aparılması zərurətini qəbul etdiyi qərarında əsaslandırmalıdır. Buna baxmayaraq vergi orqanın keçirdiyi operativ nəzarət tədbiri üzrə yoxlamaların vahid məlumat reyestrindən Çıxarışda yoxlamanın təyin edilməsinin əsası kimi Vergi Məcəllənin 50.2.2- ci maddəsi ilə müəyyən edilən əsas (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar» qeyd olunsa da, mənbəyi bəlli olan məlumatın nədən ibarət olmasına dair hər hansı sübut mövcud deyildir. Hazırkı iş üzrə cavabdeh vergi orqanı “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********5191 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad etməmiş, bununla da, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu əsaslandırılmamışdır ki, bunun da nəticəsində “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinin pozulmasına yol verilmişdir. Həmçinin, Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağh olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14- cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Hazırkı iş üzrə isə vergi orqanının keçirdiyi operativ yoxlamanın müddəti 06 fevral 2023-cü ildən 06 mart 2023cü tarixədək olan müddəti, yəni cari fəaliyyəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbir anında olan deyil, yoxlama başlananadək olan əməliyyatlar əsasında iddiaçıya vergi hesablanmışdır. Bununla da vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr üzrə həyata keçirilən əməliyyatlara görə vergilərin hesablanması barədə qərar qəbul etmişdir. Göründüyü kimi cavabdeh vergi orqanı iddiaçının cari fəaliyyətini deyil, tədbirindən əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri qaydasında yoxlamaqla, faktiki olaraq səyyar vergi yoxlaması aparmışdır ki, bununla da vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 50.1 və 50.2-ci maddələrinin tələblərinin pozulmasına yol verilmişdir. Bununla da, qanunsuz həyata keçirilmiş operativ vergi nəzarəti təbrinin nəticəsi olaraq cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş hazırkı iş üzrə mübahisələndirilən qərarlar yuxarıda qeyd olunan hüquq normalarının pozulması ilə qəbul edilmiş və həmin qərarlarla iddiaçıya əsassız olaraq vergilər hesablanmışdır.

14. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı xx.xx.2023-cü il tarixli **********586100 nömrəli xidməti məktuba əsasən Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı fərdi sahibkar İddiaçı (VÖEN: **********) məxsus təsərrüfat subyektindən vergi ödəyicisinin fəaliyyətinə aid elektron və kağız formatda sənədlərə əsasən kənarlaşmalar aşkar edilmiş, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********287000 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə vergi orqanına təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin iyun-dekabr ayları üçün əlavə dəyər vergisi bəyannamələri üzrə 185 262,71 manat vergi məbləği hesablanaraq xx.xx.2023-cü il tarixli **********352500, **********364600, **********357000, **********343500, **********318900, **********366000 və **********347300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş sənədlər əsasında vergilərin hesablanması qanuna ziddir. Bununla bağlı qeyd edirik ki, Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar əsasında vergi orqanının vergiləri hesablamaq hüququ vardır. Belə ki, vergi ödəyicisindən OVN nəticəsində götürülmüş sənədlərin hər bir səhifəsi vergi ödəyicisi tərəfindən imzalanmış və məlumatların ona məxsus olan kompüter avadanlığının yaddaş qurğusundan götürüldüyü iddiaçı tərəfindən təsdiq edilmiş və qeyd etdiyi bu məlumatları tarix və imza qeyd edilməklə etiraf etmişdir. Eyni zamanda iddia ərizəsində qeyd edilir ki, vergilər Vergi Məcəlləsinin 67-ci maddəsində qeyd edilən əlaqəli məlumatlardan və mənbəyi məlum olan məlumatlardan istifadə edilmədən hesablanmışdır. Vergilərin hesablanması Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinin müddəaları nəzərə alınmaqla hesablanmışdır və bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. İnzibati-Prossesual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilənlərə əsasən, həyata keçirilmiş kameral vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə tam cavab vermişdir və onun ləğv edilməsi üçün hər hansı əsas yoxdur. İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

15. Cavabdeh iddiaya yazılı etiraza əlavəsi məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin əsaslandırılması barədə ərizə daxil olmuş və ərizədə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023- cü il tarixli **********5191 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarının keçirilmə əsası olmadan qəbul edildiyi vurğulanmış və buna dair arqumentlər qeyd edilmişdir. Ərizədə qeyd edilənlərlə bağlı qeyd edilir ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********5191 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarı əsasında müvafiq məsuliyyətə cəlb edilmə barədə qərarlar qəbul edilmişdir və bu qərarlar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Müvafiq məsuliyyətə cəlb edilmə barədə qərarların iddiaçı tərəfindən mübahisələndirilməməsi məsuliyyət tədbirlərinin iddiaçı tərəfindən qəbul edilməsi anlamına gəlməlidir. Digər tərəfdən müvafiq məsuliyyətə cəlb edilmə barədə qərarlar iddiaçı tərəfindən mübahisələndirilsə idi, o halda xx.xx.2023-cü il tarixli **********5191 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarın keçirilmə əsası olmadan qəbul edilməsinə dair arqumentlərin qeyd edilməsinin məntiqi qəbul edilə bilərdi. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilənlərə əsasən, həyata keçirilmiş kameral vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə tam cavab vermişdir və onun ləğv edilməsi üçün hər hansı əsas yoxdur.

16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1463/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

17. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Vergi orqanları “qara mühasibatlıq” sənədlərini əldə etdikdə onları təhlil etməli, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan və vergi ödəyicisinin xeyrinə şərh olunmalı şübhəli halları aydınlaşdırdıqdan, eləcə də həmin sənədlərdə (elektron fayllarda) öz əksini tapmış əməliyyatların faktiki olaraq icra edildiyini (reallaşdığını) təsbit etdikdən sonra, həmin sənədlər əsasında vergilərin hesablanmasını həyata keçirə bilərlər.

18. Başqa sözlə, qara mühasibatlıq sənədlərinin təqdim edilməsi kifayət etmir, həmin sənəd və məlumatların obyektiv və zəruri araşdırma aparmadan, vergilərin hesablanması zamanı istifadə edilməsi qanunvericiliyin məqsədlərinə cavab vermir.

19. İş materiallarına əlavə edilmiş cavabdehin “qara mühasibatlıq” sənədləri adlandırdığı materiallara nəzər yetirdikdə müəyyən olunur ki, əvvəla həmin qara mühasibatlıq deyilən mənbə sənədlər deyil, kompüter avadanlığında cədvəl formasında tərtib edilmiş məlumatlardır. Digər tərəfdən həmin məlumatlar müvafiq imza və möhürlə təsdiq edilməmiş qara muhasibatlıq sənədləridir ki, bu məlumatlar ciddi uçot sənədi sayılmır. Həmin sənədlərdə xidmətin təqdim edildiyi (otaqların icarəsi) şəxsə (şəxslərə) dair hər hansı rekvizitlər mövcud deyildir. Eyni zamanda həmin əməliyyatların predmeti olan otaqların təqdim edilməsinə görə pul vəsaitinin iddiaçının kassa və ya bank hesabına faktiki olaraq daxil olub-olmamasının müəyyən olunmur.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

20. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1463/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

21. Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı xx.xx.2023-cü il tarixli **********586100 nömrəli xidməti məktuba əsasən Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı fərdi sahibkar İddiaçı (VÖEN: **********) məxsus təsərrüfat subyektindən vergi ödəyicisinin fəaliyyətinə aid elektron və kağız formatda sənədlərə əsasən kənarlaşmalar aşkar edilmiş, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir.Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********287000 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə vergi orqanına təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən xx.xx.2023-cü il tarixli, **********318900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iyun 2022-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 25.146,60 manat, xx.xx.2023-cü il tarixli, **********343500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iyul 2022-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 25.207,63 manat, xx.xx.2023-cü il tarixli, **********347300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən avqust 2022-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 26.664,41 manat, xx.xx.2023-cü il tarixli, **********352500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən sentyabr 2022-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 24.345,76 manat, xx.xx.2023-cü il tarixli, **********357000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən oktyabr 2022-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 27.231,56 manat, xx.xx.2023-cü il tarixli, **********364600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən noyabr 2022-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 26.969,49 manat, xx.xx.2023-cü il tarixli, **********366000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən dekabr 2022-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 29.715,26 manat hesablanmışdır. Eyni zamanda qeyd edirlər ki, vergilərin hesablanması Vergi Məcəlləsinin 67.1.9-ci maddəsinin müddəaları nəzərə alınmaqla hesablanmışdır və bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə rəsmiləşdirilməyən əməliyyatlar barədə məlumatların mənbə qismində təsbit edilməsi, vergi orqanlarına əldə etdikləri istənilən məlumat əsasında vergi hesablamağa birbaşa əsas vermir. Bununla bağlı qeyd edirik ki, Vergi Məcəlləsinin 67.1.9-cu maddəsində birbaşa qeyd edilmişdir ki, rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar əsasında vergi orqanının vergiləri hesablamaq hüququ vardır. Digər tərəfdən vergi orqanı vergini istənilən məlumat əsasında deyil, vergi ödəyicisinin özünün də təsdiq etdiyi məlumatlar əsasında hesablamışdır. Belə ki, sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokol iddiaçının səlahiyyətli nümayəndəsi X4 tərəfindən imzalanmış, eyni zamanda rəsmiləşdirilməyən əməliyyatlar barədə məlumatlardan müəyyən edilmiş xx.xx.2022xx.xx.2022-ci il dövr üzrə 1505826,28 manat dövriyyənin ona məxsus komputer avadanlığının yaddas qurğusundan götürüldüyünü öz imzası ilə təsdiq etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-1463/2024 nömrəli qərarında qeyd edilmişdir ki, Vergi orqanları “qara mühasibatlıq” sənədlərini əldə etdikdə onları təhlil etməli, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan və vergi ödəyicisinin xeyrinə şərh olunmalı şübhəli halları aydınlaşdırdıqdan, eləcə də həmin sənədlərdə (elektron fayllarda) öz əksini tapmış əməliyyatların faktiki olaraq icra edildiyini (reallaşdığını) təsbit etdikdən sonra, həmin sənədlər əsasında vergilərin hesablanmasını həyata keçirə bilərlər. Başqa sözlə, qara mühasibatlıq sənədlərinin təqdim edilməsi kifayət etmir, həmin sənəd və məlumatların obyektiv və zəruri araşdırma aparmadan, vergilərin hesablanması zamanı istifadə edilməsi qanunvericiliyin məqsədlərinə cavab vermir. Bununla bağlı qeyd edirik ki, OVN nəticəsində götürülmüş sənədlərin hər bir səhifəsi vergi ödəyicisi tərəfindən imzalanmış və məlumatların ona məxsus olan kompüter avadanlığının yaddaş qurğusundan götürüldüyü iddiaçı tərəfindən təsdiq edilmiş və qeyd etdiyi bu məlumatları tarix və imza qeyd edilməklə etiraf etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan digər vergi orqanından kompüterdən çıxarılmış cədvəl məlumatı kağız daşıyıcı və ya elektron qaydada əldə etdikdən sonra inzibati icraata başlamlı, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri kimi əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqililiyi, dövriyyənin müəyyən edilməsi istiqamətində əlavə araşdırma aparması imkanlarından (məsələn, xidmət göstərilən şəxslərin izahatlarının alınması, xronometraj metodu ilə yoxlama və s.) istifadə etməlidir. Başqa sözlə iddiaçının real istehsal dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar əldə edilməsi tələb olunduğu halda vergi orqanı əlavə araşdırma aparmadan, apardığı hesablamanı əsaslandırmadan, mübahisələndirilən dövr üzrə sadələşdirilmiş vergi ödəyicisi qismində təqdim etdiyi vergi hesabatlarını qəbul etdiyi halda sonradan əldə edilmiş operativ yoxlama zamanı təqdim edilmiş məlumatla kifayətlənərək iddiaçının satış dövriyyəsinin yuxarı olduğunu müəyyən edərək vergi ödəyicisinə əlavə dəyər vergisi üzrə vergi hesablamaqda haqlı olmamışdır. Bununla bağlı qeyd edirlər ki, “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********287000 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən kənarlaşmalar ilə bağlı hər hansı məlumat verilməmişdir. Eyni zamanda elektron daşıyıcıda olan məlumatların ona məxsus olmasını qeyd etmişdir. Digər tərəfdən Vergi Məcəlləsinin 67.1.9-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar əsasında vergi orqanının vergiləri hesablamaq hüququ vardır. Eyni zamanda qeyd edirlər ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Göründüyü kimi elektron daşıyıcılarda olan sənədlər ilkin uçot sənədləridir. Vergi ödəyicisindən götürülmüş sənədlər elektron daşıyıcılarda olmuş və vergi ödəyicisi tərəfindən həmin sənədlərin və həmin sənədlərdə qeyd edilən müvafiq hesablamaların ona aid olmasını izahatında qeyd etmiş və bunu öz imzası ilə təsdiq etmişdir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

23. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndələri apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər.Verilən suallara cavabında bildirmişlər ki, iddiaçının Excel formatda olan məlumatlarda otaq xidməti göstərdiyi şəxslərlə bağlı hər hansı araşdırma aparılmamışdır.Həmçinin, iddiaçının Excel formatda olan məlumatlarda otaq xidməti göstərdiyi ilə bağlı sübut Excel formatda olan məlumatlardır.

24. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Verilən suallara cavabında bildirmişdir ki, iddiaçının Excel formatda olan məlumatlarda otaq xidməti göstərdiyi ilə bağlı həmin məlumatlar icra olunmamış məlumatlardır.Bu məlumatlar fəaliyyətə uyğun deyildir, belə ki, otaqların gün ərzində bir neçə dəfə başqa şəxslərə istifadəyə verilməsi mümkün deyildir.Cavabdeh xidməti vəzifəsinə uyğun iddiaçıda məsələn xronometraj metodu ilə yoxlama və s. keçirsəydi həmin sənədlərdə (elektron fayllarda) öz əksini tapmış əməliyyatların faktiki olaraq icra edilmədiyini, yəni reallaşmadığını görərdi.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1 şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli qərarlarını xx.xx.2023-cü il tarixdə məhkəmədə mübahisələndirməklə 30 günlük iddia müddətini ötürməmişdir.

30. Həmçinin, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

31. İddianın mahiyyəti və cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası hazırkı mübahisəyə tətbiq edilən hüquq normalarına əsasən aşağıdakıları qeyd edir:

32. İş materialları ilə müəyyən olunur ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2023-xx.xx.2023-cü tarixlərdə keçirilməsi qərara alınmış operativ vergi nəzarəti zamanı xx.xx.2023-cü il tarixdə iddiaçının fəaliyyət göstərdiyi Porto Hotel-də vergi ödəyicisinə məxsus kompüterin yaddaş qurğusundan 2022-ci il satış dövriyyəsi üzrə məlumat götürülmüş, həmin məlumat aidiyyəti üzrə vergi ödəyicisinin uçotda olduğu vergi orqanına təqdim edilmiş və vergi orqanı tərəfindən iddiaçıdan həmin məlumatdakı kənarlaşmalarla əlaqədar dəqiqləşdirilmiş bəyannamə təqdim edilməsi tələb olunmuş, vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi olmaqla dəqiqləşmiş ƏDV bəyannamələri təqdim etməmiş, vergi orqanı iddiaçının dövriyyəsini nəzərə alaraq onu məcburi ƏDV qeydiyyatına almış və 2022-ci ilin iyun-dekabr ayları üçün əlavə dəyər vergisi bəyannamələri üzrə xx.xx.2023-cü il tarixli **********352500, **********364600, **********357000, **********343500, **********318900, **********366000 və **********347300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul edərək ümumilikdə 185 262,71 manat ƏDV vergi məbləği hesablamışdır.

33. Beləliklə, vergi orqanının istinad etdiyi məlumat iddiaçı barəsində vergi hesablamasına əsas kimi əlaqəli məlumat -Vergi Məcəlləsinin 67.1.9-cu madəsinə istinadən Vergi Cinayətləri İbtidai Araşdırılması Baş İdarəsinin tərəfindən operativ vergi nəzarəti nəticəsində ona məxsus olan kompüter avadanlığının yaddaş qurğusundan götürülmüş məlumatlar-qara mühasibatlığa aid cədvəl məlumatlarıdır.

34. Məhkəmə Kollegiyası aşağıdakılara əsasən vergi orqanının qeyd edilən məlumatlar əsasında iddiaçıya əlavə vergi məbləğinin hesablanmasını qanuni və əsaslı saymır.

35. Belə ki, Vergi Məcəlləsinin : 67.1. maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: .... 67.1.9-cu madəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar.

36. Göründüyü kimi 1 yanvar 2022-ci il tarixdən Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə edilən dəyişikliyə əsasən, vergi orqanlarının ödənilməli olan verginin məbləğini hesablamaq üçün vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar başqa sözlə, “qara mühasibatlıq” sənədləri əlaqəli məlumatlar kimi vergi hesablamasına əsas verir.

37. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qanunvericilikdə rəsmiləşdirilməyən əməliyyatlar barədə məlumatların mənbə qismində təsbit edilməsi, vergi orqanlarına əldə etdikləri istənilən məlumat əsasında vergi hesablamağa birbaşa əsas vermir.

38. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (maddə 24.4).

39. Vergi Məcəlləsinin: 24.1.1. mddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 36.2. mddəsinə əsasən Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 53.3. mddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0. mddəsinə əsasən Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. mddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. mddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması;

40. Göründüyü kimi vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilən qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi qanunvericiliyin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyil.

41. Vergi orqanları “qara mühasibatlıq” sənədlərini əldə etdikdə onları təhlil etməli, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan və vergi ödəyicisinin xeyrinə şərh olunmalı şübhəli halları aydınlaşdırdıqdan, eləcə də həmin sənədlərdə (elektron fayllarda) öz əksini tapmış əməliyyatların faktiki olaraq icra edildiyini (reallaşdığını) təsbit etdikdən sonra, həmin sənədlər əsasında vergilərin hesablanmasını həyata keçirə bilərlər.

42. Başqa sözlə, qara mühasibatlıq sənədlərinin təqdim edilməsi kifayət etmir, həmin sənəd və məlumatların obyektiv və zəruri araşdırma aparmadan, vergilərin hesablanması zamanı istifadə edilməsi qanunvericiliyin məqsədlərinə cavab vermir.

43. İş materiallarına əlavə edilmiş cavabdehin “qara mühasibatlıq” sənədləri adlandırdığı materiallara nəzər yetirdikdə müəyyən olunur ki, əvvəla həmin qara mühasibatlıq deyilən mənbə sənədlər deyil, kompüter avadanlığında cədvəl formasında tərtib edilmiş məlumatlardır. Digər tərəfdən həmin məlumatlar müvafiq imza və möhürlə təsdiq edilməmiş qara muhasibatlıq sənədləridir ki, bu məlumatlar ciddi uçot sənədi sayılmır. Həmin sənədlərdə xidmətin təqdim edildiyi (otaqların icarəsi) şəxsə (şəxslərə) dair hər hansı rekvizitlər mövcud deyildir. Eyni zamanda həmin əməliyyatların predmeti olan otaqların təqdim edilməsinə görə pul vəsaitinin iddiaçının kassa və ya bank hesabına faktiki olaraq daxil olub-olmaması müəyyən olunmur.

44. Bu barədə cavabdeh nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı sübut təqdim etməmişdir.

45. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, Məhkəmə qeyd edir ki, qanunvericilikdə rəsmiləşdirilməyən əməliyyatlar barədə məlumatların mənbə qismində təsbit edilməsi, vergi orqanlarına əldə etdikləri istənilən məlumat əsasında vergi hesablamağa birbaşa əsas vermir. Bununla bağlı qeyd edirlər ki, Vergi Məcəlləsinin 67.1.9-cu maddəsində birbaşa qeyd edilmişdir ki, rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar əsasında vergi orqanının vergiləri hesablamaq hüququ vardır. Digər tərəfdən vergi orqanı vergini istənilən məlumat əsasında deyil, vergi ödəyicisinin özünün də təsdiq etdiyi məlumatlar əsasında hesablamışdır. Belə ki, sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokol iddiaçının səlahiyyətli nümayəndəsi X4 tərəfindən imzalanmış, eyni zamanda rəsmiləşdirilməyən əməliyyatlar barədə məlumatlardan müəyyən edilmiş xx.xx.2022xx.xx.2022-ci il dövr üzrə 1505826,28 manat dövriyyənin ona məxsus komputer avadanlığının yaddas qurğusundan götürüldüyünü öz imzası ilə təsdiq etmişdir.Məhkəmə həmçinin qeyd edir ki, başqa sözlə, qara mühasibatlıq sənədlərinin təqdim edilməsi kifayət etmir, həmin sənəd və məlumatların obyektiv və zəruri araşdırma aparmadan, vergilərin hesablanması zamanı istifadə edilməsi qanunvericiliyin məqsədlərinə cavab vermir.Bununla bağlı qeyd edirlər ki, OVN nəticəsində götürülmüş sənədlərin hər bir səhifəsi vergi ödəyicisi tərəfindən imzalanmış və məlumatların ona məxsus olan kompüter avadanlığının yaddaş qurğusundan götürüldüyü iddiaçı tərəfindən təsdiq edilmiş və qeyd etdiyi bu məlumatları tarix və imza qeyd edilməklə etiraf etmişdir.

46. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası yuxarıda sadalananlardan əlavə qeyd edir ki, cavabdehin hazırkı mübahisə ilə bağlı yeganə istinad etdiyi sübut sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokolun iddiaçının səlahiyyətli nümayəndəsi X4 tərəfindən imzalanması, eyni zamanda rəsmiləşdirilməyən əməliyyatlar barədə məlumatlardan müəyyən edilmiş xx.xx.2022-xx.xx.2022-ci il dövr üzrə 1505826,28 manat dövriyyənin ona məxsus komputer avadanlığının yaddas qurğusundan götürüldüyünü öz imzası ilə təsdiq etməsidir.

47. Apellyasiya baxışı zamanı məhkəmə Kollegiyasının həmin sübutlar üzrə araşdırması ilə bağlı verilən suallara cavab olaraq cavabdehin nümayəndələri bildirmişlər ki, iddiaçının Excel formatda olan məlumatlarda otaq xidməti göstərdiyi şəxslərlə bağlı hər hansı araşdırma aparılmamışdır.Həmçinin, iddiaçının Excel formatda olan məlumatlarda otaq xidməti göstərdiyi ilə bağlı sübut Excel formatda olan məlumatlardır.

48. Apellyasiya baxışı zamanı məhkəmə Kollegiyasının həmin sübutlar üzrə araşdırması ilə bağlı verilən suallara cavab olaraq iddiaçının vəkili (nümayəndəsi) bildirmişdir ki, iddiaçının Excel formatda olan məlumatlarda otaq xidməti göstərdiyi ilə bağlı həmin məlumatlar icra olunmamış məlumatlardır.Bu məlumatlar fəaliyyətə uyğun deyildir, belə ki, otaqların gün ərzində bir neçə dəfə başqa şəxslərə istifadəyə verilməsi mümkün deyildir.Cavabdeh xidməti vəzifəsinə uyğun iddiaçıda məsələn xronometraj metodu ilə yoxlama və s. keçirsəydi həmin sənədlərdə (elektron fayllarda) öz əksini tapmış əməliyyatların faktiki olaraq icra edilmədiyini, yəni reallaşmadığını görərdi.

49. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan digər vergi orqanından kompüterdən çıxarılmış cədvəl məlumatı kağız daşıyıcı və ya elektron qaydada əldə etdikdən sonra inzibati icraata başlamlı, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri kimi əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqililiyi, dövriyyənin müəyyən edilməsi istiqamətində əlavə araşdırma aparması imkanlarından (məsələn, xidmət göstərilən şəxslərin izahatlarının alınması, xronometraj metodu ilə yoxlama və s.) istifadə etməlidir. Başqa sözlə iddiaçının real istehsal dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar əldə edilməsi tələb olunduğu halda vergi orqanı əlavə araşdırma aparmadan, apardığı hesablamanı əsaslandırmadan, mübahisələndirilən dövr üzrə sadələşdirilmiş vergi ödəyicisi qismində təqdim etdiyi vergi hesabatlarını qəbul etdiyi halda sonradan əldə edilmiş operativ yoxlama zamanı təqdim edilmiş məlumatla kifayətlənərək iddiaçının satış dövriyyəsinin yuxarı olduğunu müəyyən edərək vergi ödəyicisinə əlavə dəyər vergisi üzrə vergi hesablamaqda haqlı olmamışdır.

50. Məhkəmə hesab edir ki, cavabdehin əlaqəli məlumat kimi istinad etdiyi və öz qərarının əsasına qoyduğu məlumatlar vergi orqanının əlavə vergi hesablamasına əsas verən əlaqəli məlumat kimi Vergi Məcəlləsinin 67.1, 67.1.9-cu maddələrinin məqsədləri üçün mötəbərlik şərtini ödəmir.

51. Beləliklə mübahisələndirilən inzibati aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir.

52. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

53. “İnzibati icraat haqqında” Qanunun: 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

54. Qeyd еdilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2023-cü il tarixli, **********318900 saylı, xx.xx.2023-cü il tarixli, **********343500 saylı, xx.xx.2023-cü il tarixli, **********347300 saylı, xx.xx.2023cü il tarixli, **********352500 saylı, xx.xx.2023-cü il tarixli, **********357000 saylı, xx.xx.2023-cü il tarixli, **********364600 saylı, və xx.xx.2023cü il tarixli, **********366000 saylı qərarları ləğv edilməlidir.

55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

56. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1463/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1463/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar