Məhkəmə qərarları › İş №2-1(103)-616/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-616/2025

09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-616/2025 09.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6213/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulmasl barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…xx.xx.1958-ci ildə doğulmuş, 1975-ci ildə orta məktəbi bitirmiş, xx.xx.1975-ci ildən xx.xx.1076-ci il tarixdək əmək fəaliyyətinə olmuş, xx.xx.1976-cı ildə həqiqi hərbi xidmətə çağrılmış, xx.xx.1978-cu ildə hərbi xidmətən tərxis olunmuş, 1979-cu ildə C.Ağamahoğlu adma “Şərəf Nişanlı”Ordenli Azərbaycan “X3 daxil olmuş, xx.xx.1984-cü ildə bitirmişdir. Ümumilkdə, 27 il 9 ay 6 gün iş stajı vardır. Buna görə cavabdehə bir neçə dəfə rəsmi müraciət edərək 27 il 9 ay 6 gün iş stajı nəzərə alınmaqla, yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin cavabdeh hər dəfə müxtəlif əsassız səbəblər göstərərək xahişi rədd edilmişdir...” Cavaabdeh iddia ərizəsinə xx.xx.2024-cü il tarixli, 3-17-1/2-48248/2024 saylı etiraz məktubunda iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “...Cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 65 yaşı tamam olmuşdur. İddiaçının təqdim etdiyi əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla) 19 il 10 ay 16 gün təşkil edir. Həmçinin xx.xx.2006cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək “Mir-Həsən” kiçik müəssisəsində əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialın xx.xx.2023- cü il tarixli məktubuna əsasən “Mir-Həsən” kiçik müəssisəsinin (keçmiş ünvanı: Gəncə şəhəri, Puşkin küçəsi) hesabat məlumatları Mərkəzi Filiala təhvil verilmədiyindən iddiaçının həmin dövr üzrə sosial sığorta ödəyicisi olub-olmadığı barədə məlumatların əldə edilməsi mümkün olmamışdır. Bu səbəbdən sözügedən dövrün iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulmuşdur (işə daxilolma əmrinin tarixi qeyri iş gününə təsadüf edir). Həmçinin, iddiaçının təqdim etdiyi əmək kitabçası sözügedən Qaydalarına uyğun deyildir. Bələ ki, Qaydaların 1.2-ci bəndinə əsasən əmək kitabçası işəgötürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. İddiaçının əmək kitabçası xx.xx.1979cu il tarixdə açılmış, işə başlama barədə qeyd isə xx.xx.1975-ci il tarixə edilmişdir. Həmçinin, sözügedən Qaydaların 3.4-cü bəndinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6213/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı 65 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayətini cavabdeh aşağıdakılarla əsaslandırılmışdır: «…İddiaçının sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla) 19 il 10 ay 16 gün təşkil edir. Həmçinin xx.xx.2006cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş: -“Azərmetaltəmirtikinti" X2 Texnoloji Kommuniktləşdirmə İdarəsində xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrlərə münasibətdə: işə daxilolma əmrinin tarixi qeyri iş gününə təsadüf etmişdir; -Əmək kitabçası xx.xx.1979-cu il tarixdə açılmış, işə başlama barədə qeyd isə xx.xx.1975-ci il tarixə edilmişdir; -“Mir-Həsən” kiçik müəssisəsinin hesabat məlumatları Mərkəzi Filiala təhvil verilmədiyindən xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı ilədək dövrlər üzrə sosial sığorta ödəyicisi olub-olmadığı barədə məlumatların əldə edilməsi mümkün olmamışdır. Əlavə olaraq qeyd etmək istərdik ki, iş materiallarına əsasən: -Fondun Arxiv və Sosial ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialın 20.11,2023-cü il tarixli məktubuna əsasən “Mir-Həsən” kiçik müəssisəsinin hesabat məlumatları Mərkəzi Filiala təhvil verilmədiyindən xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı ilədək dövrlər üzrə sosial sığorta ödəyicisi olub-olmadığı barədə məlumatların əldə edilməsi mümkün olmamışdır. - Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli məktuba əsasən dövlət reyestrində "xxxx" X1 Müəssisəsi dlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, “Mir-Həsən” kiçik müəssisəsinin arxiv sənədləri mühafizə üçün Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, "xxxx" X1 müəssisəsinin arxiv sənədləri mühafizə üçün Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajının müddəti qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2023-cü il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi işə baxarkən iş üzrə əhəmiyyətli olan hallarının tam, hərtərəfli və obyektiv araşdırmadığı görünür. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmiş, mövcud sübutlara isə düzgün hüquqi qiymət verilməmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşıdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir . Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanır. Qanunun 7-ci maddəsi baxımından, xx.xx.1958-ci il təvəllüdlü iddiaçının 65 yaşınının tamam olduğu xx.xx.2023-cü il tarixdən pensiya hüququ yaranır. İşin cavabdeh tərəfindən mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixinə - xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla, 19 il 10 ay 16 gün təşkil etdiyi, eyni zamanda, onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı da qeydə alınmadığı, bununla da Qanunun 7-ci maddəsində qeyd olunan iki şərtin ödənilmədiyi, o cümlədən, həm azı 25 il sığorta stajının, həm də tələb olunuan pensiya kapitalının mövcud olmadığı əsas tutularaq ona pensiya təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan dəlilləri sırasından iddiaçının əmək kitabçasına və digər sənədlərə əsasən 25 il sığorta stajına malik olmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən də göründüyü kimi, iddiaçının xx.xx.1999-xx.xx.2004-cü illərdə “Azərmetaltəmirtikinti" İB Texnoloji Kommuniktləşdirmə İdarəsində, xx.xx.1993-xx.xx.1996-cı illərdə isə “Mir-Həsən” kiçik müəssisəsində əmək fəaliyyəti onun sığorta stajı kimi qəbul edilmir: xx.xx.1999 - xx.xx.2004 (4 il 7 ay 20 gün) sığorta stajı kimi qəbul edilmir ona görə ki, işə daxilolma əmrinin tarixi qeyri iş gününə təsadüf edir; xx.xx.1993-xx.xx.1996 (3 il 1 ay 12 gün) dövrü isə o səbəbdən qəbul edilmir ki, həmin dövr üzrə sosial sığorta ödəyicisi olub-olmadığı barədə məlumatların əldə edilməsi mümkün olmamışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birincisi, iddiaçının əmək kitabçasının 19-20-ci sıra nömrəli qeydlərinin təsdiq edildiyi, işəgötürənin dairəvi möhürün rekvizitlərindən görünür ki, xx.xx.1999-xx.xx.2004-cü illərdə iddiaçının çalışdığı “Azərmetaltəmirtikinti" İB Texnoloji Kommuniktləşdirmə İdarəsi - “Metallurgiya Dövlət Şirkətinin bir qürumudur. Həmin zaman çərçivəsinə münasibətdə, istehsalat zərurəti daxilində adıçəkilən dövlət idarəsində fasiləsiz istehsalat və xidmət sahalərinin istirahət günü fəaliyyət göstərməsi heç də istisna olunan hal deyil və bu əmək qanunvericilyinin tələblərinə də zidd hesab edilmir. Belə ki, Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 107-ci maddəsi nəzərədə tutur ki, fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir. Digər tərəfdən, sözügedən Əmək Məcəllənin 81-ci maddəsinin 1-ci bəndi nəzərdə tutur ki, kargüzarlıq işini tənzimləmək məqsədi ilə zəruri hallarda bağlanmış əmək müqaviləsi qüvvəyə mindikdən sonra işəgötürənin mülahizəsinə əsasən onun əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilə bilər. Göründüyü kimi, işçinin işə qəbulu onunla bağlanmış əmək müqaviləsi ilə qüvvəyə minir, əmrin verilməsi isə işəgötürənin vəzifəsi deyil, əmək müqaviləsi bağlandıqdan sonra yalnız, öz mülhizəsi ilə ehtiva olunan hüququdur. Yəni, burada qanunverici tərəfindən əmək müqaviləsinin və əmrin iş günü və ya istirahət günündə rəsmiləşdirilməsinə hər hansı məhdudiyyət qoyulduğu görünmür. xx.xx.1993-xx.xx.1996-cı illərdə üzrə sosial sığorta ödəyicisi olub-olmadığı barədə məlumatların əldə edilməsinin mümkün olmadığına gəldikdə, həmin vaxt, yəni, xx.xx.2006cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» 67-ci maddəsinin 8-ci abzası nəzərdə tuturdu ki, Qanunun əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Bu maddənin 1-ci hissəsində isə iş stajına daxil edilən fəaliyyətlər göstərilir, yəni, 1 yanvar 2002-ci il tarixə qədər staj hesablanarkən sosial sığorta haqlarının ödənilibödənilmədiyi nəzərə alınmır. Digər tərəfdən, həmin Qanunun 69-ci maddəsi isə nəzərdə tuturdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Qeyd olunanlar baxımından, cavabdehin apellyasiya şikayətinin hər iki dövr üzrə əmək kitabçasının qeydlərini mübahisələndirən dəlilləri tamamilə əsassızdır. Belə olan halda da, tədqiq olunan xx.xx.1999 - xx.xx.2004 ( 4 il 7ay 20 gün) və xx.xx.1993-xx.xx.1996 (3 il 1 ay 12 gün) dövrlər iddiaçının cavabdneh tərəfindən nəzərə alınan 19 il 10 ay 16 gün sığorta stajına əlavə olunduqda, onun 27 il 7 ay stajı toplanır. Cavabdeh digər bir dəlilində iddiaçının əmək kitabçasının xx.xx.1979-cu il tarixdə açıldığını, işə başlama barədə qeydinin isə xx.xx.1975-ci il tarixə edildiyini bildirən dəlilinə gəldikdə, bir növ xx.xx.1979-cu il tarixə qədər olan əmək fəaliyyətini şübhə salır. Əmək kitabçasının həmin dövrə aid qeydlərindən isə görünür ki, - xx.xx.1975-xx.xx.1976 dövründə üzümçülük sovxozunda Gürcüstanda üzümçülük sovxozunda fəhlə (1 il 3 ay 4gün); xx.xx.1976-xx.xx.1978 dövründə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş (2 il 26 gün); xx.xx.1979-xx.xx.1979 dövründə isə 6 nömrəli Trestin tərkibində “PMK-66”-da işləmişdir (6 ay 7 gün). Birincisi, qeyd olunmalıdır ki, iddiaçının xx.xx.1975-xx.xx.1976 Gürcüstanda sovxoz stajı(1 il 3 ay 4gün), eyni zamanda, onun“ PMK-66”-da fəhlə stajı (6 ay 7 gün) nəzərə alınmadıqda belə, onun əmək kitabçası üzrə stajı yenə də 25 ildən artıq olur. İkincisi, mübahisələndirilən dövrlər üzrə xx.xx.1976-xx.xx.1978 dövrü - işə əlavə olunmuş 20 oktyabr 1976-cı il tarixdə Gürcüstan Bolnisi rayon komissarlığı tərəfindən verilmiş HZ ******* No-li hərbi biletinin (surətinin) göstəriciləri ilə öz təsdiqini tapır, yəni həmin hərbi biletə əssən əmək kitabçasına işəgötürən tərəfindən daxil edilməsinin təsdiqidir. xx.xx.1979-xx.xx.1979 dövr isə elə əmək kitabçasının açıldığı dövrü əhatə edir. xx.xx.1975-xx.xx.1976 dövrü ilə əlaqədar isə qeyd olunmalıdır ki, iddiaçı Gürcüstanda çalışdığı həmin sovxozdan Ordu sıralarına getməsi ilə əlaqədar sovxoz direktorunun 2.11.76-cı il tarixli əmri ilə işdən azad edilmişdir. Hərbi bileti xx.xx.1976-cı il tarixdə açıldığı nəzərə alındıqda, onun təcili hərbi xidmətə çağırışı ilə bağlı əmək kitbaçasını işəgötürəndən almadan getdiyi, qayıtdıqdan sonra yalnız,onu əldə edilibb, həmin qeydləri işəgötürəndə yazıldığı heç də istisna deyil. Çünki, həmin dövrdə istehsalat praktikasında, işəgtürəndə hazır əmək kitabçalarının mövcud olmadığı hallara da rast gəlinirdi. Hər bir halda, əmək kitabçasının həmin qeydlərində giri-çıxış, müvafiq əmrlərin nömrəsi və tarixi, işəgötürənin adı, hansı işə qəbul olunduğu, kadrlar müfəttişinin imzası və sovxozun dairəvi möhüru vardır. Həm də əmək kitabçasının 1-ci üz səhifəsində “Dublikat” sözünün yazılması iddiaçıya Ordu sıralarından qayıtdıqdan sonra, görünür sözügedən qeydlər bərpa olunmaqla iddiaçıya işəgötürən tərəfindən əmək kitabçasının dublikatı verilmiş və onun sonrakı fəaliyyətini həmin dublikat əmək kitabçasına daxil edilməklə davam etdirmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının 65 yaşınının tamam olduğu tarixinə münasibətdə, onun azı 25 il sığorta stajı topladığı sübuta yetirilir. Belə olan halda, ona 25 il sığorta stajı olmadığına görə yaşa görə əmək pensiyası təyin olunmasından itina olunmasının qanunsuz olduğu öz təsdiqini tapır ki, bu da onu göstərir ki, həmin imtina onun qanunla qorunan hüquqlarını pozmuşur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi mahiyyəti üzrə düzgün nəticədir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi işə baxarkən iş üzrə əhəmiyyətli olan hallarının tam, hərtərəfli və obyektiv araşdırmadığını, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığını, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmədiyini və mövcud sübutlara isə düzgün hüquqi qiymət verilmədiyini mübahisələndirilən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati 2-1(112)-6213/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6213/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar