Məhkəmə qərarları › İş №2-1(103)-617/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-617/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-617/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), XN və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “müharibə veteranı vəsiqəsinin verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-NN26/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin imtinasını əsassız hesab edərək, ona "müharibə veteranı" vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.N). İddianın əsaslarına görə iddiaçı xx.xx.N992-ci ildə Nəsimi Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, hərbi qulluq yeri kimi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməliyyat idarəsinə əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuşdur. Hərbi xidmətinə Lənkəranda yerləşən N saylı hərbi hissədə başlamış, daha sonra N993-cü ildə yeni təyinatla Daşburun qəsəbəsində yerləşən N saylı hərbi hissəyə keçid alaraq xidmətini davam etdirmiş və həmin hərbi hissənin xidməti ərazisi döyüş bölgəsində olduğu üçün dövlət sərhədinin qorunmasından savayı işğalçı qüvvələrə qarşı mübarizənin iştirakçısı olmuş, tərkibində olduğu əməliyyat şöbəsi ilə birlikdə kəşfiyyat xarakterli əməliyatların aparılmasına görə şifahi təşəkkürlər almışdır. O, N994-cü ildə baş verən atəşkəsdən sonra tərxis olmuşdur. Onun “müharibə veteranı” vəsiqəsinin verilməsi barədə yazılı müraciətinə Dövlət Sərhəd Xidməti tərəfindən xx.xx.202N-ci ildə 6/270 nömrəli sənədlə rədd cavabı verilmiş, bunun səbəbi kimi onun döyüş əməliyyatlarında iştirakına görə əmək haqqının 3 qat ödənilməsi barədə əmr olsa belə döyüşlərdə iştirakını, onun orada ezamiyyətə göndərilməsi və ezamiyyətdən geri qaytarılmasını təsdiq edən hər hansı əmrin mövcud olmadığı göstərilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında iddianın rədd edilməsini xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, İddiaçı AR DTK sədrinin xx.xx.N992-ci il tarixli 0N67 nömrəli əmri ilə leytenant hərbi rütbəsi verilməklə hərbi xidmətə qəbul edilmişir. MTN SQ komandanının xx.xx.N993-cü il tarixli N086 ş/h nömrəli əmri ilə MTN SQ 2-ci SD-də əməliyyat-axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuşdur. MTN SQ komandanının xx.xx.N994-cü il tarixli 297 ş/h nömrəli əmri ilə AR Qanununun N8-ci maddəsinin E bəndinə uyğun olaraq (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə görə) Silahlı Qüvvələrin ehtiyyatna buraxılıb (qeyd: arxiv şəxsi işdə olan məlumatlara əsasən İddiaçı spirtli içki alüdəçisi olmuş, dəfələrlə sərxoş halda hərbi hissənin ərazisinə daxil olaraq hərbi qulluqçulara, eləcə də hərbi hissənin rəhbərliyinə qarşı kobud nalayiq ifadələr işlədərək onları təhqir etmişdir). İddiaçı iddia ərizəsində kəşfiyyat xarakterli əməliyyatların aparılmasına görə təşəkkür aldığını qeyd etsə də, arxiv materiallardan edilmiş çıxarışlarda bu öz əksini tapmamışdır. İddiaçı iddia ərizəsində N994-cü ildə baş vermiş atəşkəsdən sonra təxris olmasını iddia etsədə, bildirilir ki, atəşkəs N2 may N994-cü il tarixli “Bişkek protokolu” adlı sənədlə təmin edilmiş, İddiaçı isə MTN SQ komandanının xx.xx.N994-cü il tarixli 297 ş/h nömrəli əmri ilə AR Qanununun N8-ci maddəsinin E bəndinə (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə görə) Silahlı Qüvvələrin ehtiyyatna buraxılmışdır. İddiaçının hərbi biletində döyüş əməliyyatlarında iştirak barədə qeydiyyatlar aparılarkən tarixlər və əmr nömrələri göstərilmədiyindən, onun döyüş əməliyyatlarında iştirakı əmrlərlə təsdiq olunmadığından ona «Müharibə veteranı» vəsiqəsinin verilməsi mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-NN26/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı əsassızdır, təkcə, cavabdeh tərəfin mülahizələrinə əsaslanır. Məhkəmə işin hallarını hərtərəfli araşdırmamış, sübut qismində təqdim etdiyim ərizələri ümumiyyətlə, tədqiq etməmiş və münasibət bildirməmişdir Müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Döyüş zonasında hərbi xidmət keçdiyi üçün hərbi qulluqçu qismində iştirakı hərbi bilet vasitəsüə, bilavasitə döyüş əməliyyatlarmda iştirak etməyi isə şahidlər tərəfindən verilmiş ərizələrlə öz təsdiqini tapır. Məhkəmə ilk 2 halı mübahisəsiz təsdiqini (iştirak faktı və hərbi qulluqçu qismində iştirakımı) ümumiyyətlə nəzərə almamış, təkcə 3-cü hala dair cavabdeh tərəfin mülahizəsinə əsasən qərar çıxarmışdır. İddia ərizəsi ilə birlikdə notarial qaydada təsdiq edilmiş 3 ərizə məhkəməyə sübut qismində təqdim etmiş, həmin ərizələrdən biri Horadiz rayonu N saylı hərbi hissədə onun komandiri X2, digər ikisi isə həmin hərbi hissədə onunla eyni vaxtda xidmət keçən şəxslərə aiddir. Hər üç ərizədə N993-N994-cü illərdə onlarla birlikdə döyüş əməliyyatlarmda iştirak etməsi faktı məhkəmənin nəzərinə çatdırılmışdır. Qeyd edir ki, ərizə sahiblərinin hər birinə veteran adı və vəsiqəsi verilib. Lakin məhkəmə gəldiyi nəticəni nəinki bu ərizələrlə əlaqələndirməmiş, ümumiyyətlə, məhkəmə baxışı zamanı ərizələrə münasibət bildirməmiş və qərarını heç bir hissəsində onlardan bəhs etməmişdir. Hesab edir ki, məhkəmə yekun nəticəyə təsir göstərə biləcək bu sübutları nəzərə almamaqla ədalətsiz qərar çıxarmışdır. İş materiallarından aydm olduğu kimi döyüş şəraitində hərbi xidmət keçməsi hərbi biletdə edilmiş qeydlər və əmək haqqının 3 qat verilməsi haqqında əmr vasitəsilə öz təsdiqini tapdığı halda, məhkəmə qərarın yekununda iddia tələbinin sübut edilmədiyini, bu səbəbdən tələbin rədd edildiyini büdirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçını dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin: N-ci hissəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır; 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci hissəsinin N-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddalarına əsasən müharibə veteranı adı: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət(yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin qeyd olunan tələbindən göründüyü kimi, müharibə veteranı aldının verilməsinə əsas olan sənədlərin siyahısı sadalanaraq müəyyən edilmişdir ki, müharibə veteranı adı - N988-ci il fevral ayının N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə hərbi idarətetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar əsasında verilir. İddiaçı iddia ərizəsində xx.xx.N992-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırıldığını və Lənkəranda yerləşən N saylı hərbi hissədə xidmətə başladığını, daha sonra isə N993-cü ildə Daşburun qəsəbəsində yerləşən xidməti ərazisi döyüş bölgəsi N saylı hərbi hissədə xidmətini davam etdirdiyini və həmin hərbi hissədə dövlət sərhədinin qorunmasından savayı işğalçı qüvvələrə qarşı mübarizənin və əməliyyat şöbəsi ilə birlikdə kəşfiyyat xarakterli əməliyatların iştiraksçısı olduğunu və N994-cü ildə baş verən atəşkəsdən sonra isə tərxis olunduğunu iddia edərək hesab edir ki, ona müharibə veteranı vəsiqəsi verilməlidir. İş materiallarından görünür ki, iddiaçının bununla bağlı müraciətinə Dövlət Sərhəd Xidmətinin «Veteran adlarının və vəsiqələrinin verilməsi komissiyası»nda baxılarkən: - «Veteranlar haqqında» xx.xx.N994-cü il tarixli 84N №-li AR Qanununun və Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə» və bu əsasnaməyə xx.xx.20N8-ci il tarixli 422 nömrəli Qərarla edilmiş dəyişikliklərin tələblərinə əsasən «Müharibə veteranı» adı və vəsiqəsi N99N-ci ilin oktyabrın N0-dan N993-cü ilin mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və orqanlara döyüş tapşırığının verinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara verildiyi, iddiaçı barəsində toplanmış arxiv çıxarışlarında döyüş əməliyyatlarında iştiraka görə xx.xx.N993-xx.xx.N993-cü il tarixlər üçün ona əmək haqqının 3 (üç) qat ödənilməsi barədə əmr olsa da, qeyd olunan tarixlərdə birbaşa döyüş əməliyyatlarında iştirakını, yəni döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı döyüş zonasına ezamiyyətə göndərilmə və ezamiyyətdən geri qaytarılmasını təsdiq edən hər hansı bir əmrlərə rast gəlinməmiş, döyüş əməliyyatlarında iştirak edən bütün şəxslərə «Müharibə veteranı» vəsiqəsi yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri nəzərə alınmaqla verildiyi üçün xidmət müddətində birbaşa döyüş əməliyyatlarında iştirakını təsdiq edən əmrlərin mövcud olmadığından müraciətinin həllinin mümkünsüz hesab olunmuş və bu barədə xx.xx.2020-ci il atrixdə 4/N7- N370 nömrəli sənədlə ona məlumat verildiyi bildirilərək müraciətin təmin olunmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının N №-li hərbi hissənin 4-cü sərhəd dəstəsinin xx.xx.N992-ci il tarixdən xx.xx.N993-cü il tarixədək və N №-li hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı edib-etməməsi ilə bağlı Dövlət Sərhəd Xidmətinə ünvanlanmış sorğularına verilmiş cavab məktubuna və məhkəməyə təqdim edilmiş əmrlərin arxiv çıxarışlarına və iddiaçıya məxsus xidmət vəsiqəsinin surətinə əsasən müəyyən olunur ki, ona xx.xx.N993-cü il tarixdə töhmət, xx.xx.N993-cü il tarixdə şiddətli töhmət, xx.xx.N993-cü il tarixdə şiddətli töhmət, xx.xx.N993-cü il tarixdə 3 gün müddətinə həbs, xx.xx.N994-cü il tarixdə şiddətli töhmət, xx.xx.N994-cü il tarixdə natamam xidmətə görə uyğunsuzluq elan edilmiş, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N8-ci maddəsinin “E” bəndinə (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə görə) 24 mart N994-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılaraq Silahlı Qüvvələrin ehtiyyatna buraxılmışdır. Göründüyü kimi, arxiv materiallarında iddiaçının döyüş əməliyyatlarında iştirakına dair hər hansı məlumat aşkar edilməmiş, həm də iddia ərizəsində N994-cü ildə atəşkəsdən sonra tərxis olunduğunu iddia etdiyi kimi, o,“atəşkəs”dən (N2 may N994 (Bişkek protokolu)) sonra deyil, “atəşkəs”ə qədər hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə görə xidməti uyğunsuzluqlu hərbi hissədən buraxılmışdır (Əks halda, N994-cü ildə buraxıla bilməzdi, çünki, səfərbərliyi çağrılanların buraxılması bundan 2 il sonra baş vermişdir). Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nəsimi rayon İdarəsinin birinci instansiya məhkəməsinin sorğusuna veryi 30 iyun 202N-ci il tarixli, 909 saylı cavab məktubda da bildirmişdir ki, xx.xx.N962-ci il təvəllüdlü İddiaçı xx.xx.N98N-ci il tarixdən xx.xx.N983-cü il tarixədək keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmət keçmişdir və xx.xx.N993-cü il tarixdə səfərbərliklə əlaqədar olaraq Azərbaycan Ordusuna həqiqi hərbi xidmətə çağrılmışdır. İddiaçı Azərbaycan Ordusundan tərxis olunması barədə Xidmətin Bakı şəhəri Nəsimi rayon idarəsində heç bir məlumat yoxdur. Eyni zamanda, iddiaçının işə əlavə olunmuş hərbi biletinin surətində də onun döyüş əməliyyatlarında iştirakını təsdiq edən hər hansı bir qeyd mövcud deyildir. Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci hissəsinin N-ci bəndinin qeyd olunan tələbindən da göründüyü kimi, müharibə veteranı aldı, hərbi biletlər - hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi və onlarda təsbit olunan məlumatlar üst-üstə düşdüyü təqdirdə verilir. Həmçinin, qeyd olunmalıdır ki, iddiaçının döyüş əməliyyətlarında iştirakını təsdiq edən orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alması haqqında arxiv məlumatları da aşkar olunduğu müəyyən olunmur. İddiaçının istinad və məhkəməyə təqdim etdiyi, onunla xidmət keçmiş üç əməkdaşın notarial qaydada ərizələrinə gəldikdə isə həmin ərizələr və onu verən şəxslərin şahid ifadələri, habelə onun 3 qat məbləğində əmək haqqı alması iddiaçının döyüş əməliyyatlarında iştirakını təsdiq edə bilən sübutlar kimi qiymətləndirilə bilməz. Çünki, Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci hissəsinin N-ci bəndinin qeyd olunan tələblərindən göründüyü kimi, burada müharibə veteranı statusunun verilməsinə əsas oolan sənədlərin nədən ibarət olması tam aydınlığı ilə sadlanmışdır. Həmin sənədlər sırasında vətəndaşların ərizələri və şahid ifadələri müharibə veteranı adının verilməsinə əsas ola bilən hallar kimi nəzərdə tutulmamışdır. Başqa sözlə, müharibə veteranı adı və vəsiqəsi yalnız, N988-ci il fevral ayının N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə hərbi idarətetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar əsasında verilir. İPM-in N.2-ci maddəsi baxımından, MPM-in 8N-ci maddəsinin tələbinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə də, tədqiq olunan sübutlarla müəyyən edilən hallar onu deməyə əsas verir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə göstərilən əsaslar mövcud deyildir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən imtina olunması qanuni və əsaslıdır. Qanuni və əsaslı olan imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-nin 73.N-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin rədd olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)- NN26/2022 saylı xx.xx.2022-ci il tarixli dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-NN26/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar