Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-62/2023 03.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil və 3-cü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs Binəqədi Rayon Binəqədi Bələdiyyəsi) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2- 1(112)-10339/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi 62 saylı binasının yanında yerləşən 55 kv.m torpaq sahəsinə dair onun adına mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrində qeydiyyata alınması ilə bağlı çıxarışın verilməsi və torpaq sahəsinin sərhədlərini müəyyən edən sənədin verilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 439 nömrəli qərarına əsasən Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 62 saylı yaşayış binasının yanında 55 kv.m. torpaq sahəsi onun şəxsi mülkiyyətinə verilmişdir. Həmçinin Binəqədi Rayonu X1 Ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında xx.xx.2006-cı il tarixli 592 nömrəli müqavilə bağlanılmışdır. Həmin qərar Milli Arxiv İdarəsində də qeydə alınmışdır. Bakı şəhəri. Binəqədi rayonu. Ş.Rəhimov küçəsi, 62 saylı yaşayış binasının yaxınlığında yerləşən 55 kv.m. torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********30 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubu ilə cavab verilərək elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilmədiyi bildirilmişdir. Cavabdeh iddia ərizəsinə dair yazılı münasibətini məhkəməyə təqdim edərək bildirmişdir ki, aparılan araşdırma zamanı elektron kadastr məlumatına əsasən iddiaçının qeyd etdiyi torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilmədiyi, həmçinin ləğv edilmiş DTXK tərəfindən razılaşdırılmış alqı-satqı aktının təsdiq edilmədiyi və torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi barədə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə olunmadığı məlum olmuşdur. Bundan başqa binalarının yaxınlığında ümumi istifadədə olan sahədə yerləşir. Qeyd olunan səbəblərdən iddiaçının ərizəsinin icrası mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2021-ci il tarixli, **********30 saylı cavab məktubu ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2-1(112)-10339/2021 saylı qərarı ilə iddia rədd edilmişdir Qərardan narazı qalan iddiaçı iddia ərizəsinin məzmununa uyğun apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdi və əlavə olaraq bildirdi ki, müvafiq ərazi ilə əlaqəli Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 803 saylı və xx.xx.2002-ci il tarixli, 393 saylı sərəncamları var. Həmin sərəncamlarda ünvanlar, koordinatlar tam göstərilmiş, xəritə tərtib olunmuşdur. Bələdiyyə öz mülkiyyətində olan torpaq sahələrini vətəndaşların sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün istifadələrinə verir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı 2-1(103)-1134/2022 saylı, 08 aprel 2022-ci il tarixli qərardadı ilə Binəqədi rayon Binəqədi Bələdiyyəsi iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2-1(112)-10339/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Binəqədi rayonu X1 ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 592 nömrəli, 29 dekabr 2006-cı il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, satan (Binəqədi rayonu, Binəqədi Bələdiyyəsi) mülkiyyətindəki torpaq sahəsini, yəni Ş.Rəhimov küçəsində, 62 saylı yaşayış binasının yanında 55 kv.m olan sahəni Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin ümumi iclasının 19 iyun 2006-cı il tarixli iclasın qərarına əsasən sahibkarlıq fəaliyyəti üçün alıcıya (İddiaçı) təklif edir, alıcı təklif edilən sahəni qəbul edir. Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli, 439 nömrəli qərarının təsdiqlənmiş surətindən görünür ki, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 62 saylı yaşayış binasının yanında uzun müddət abadlaşdıraraq istifadə etdiyi 55 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün əlavə edilmiş cizgiyə uyğun olaraq, (hər kv.m üçün YAN ilə 5 manat ödəmək şərti ilə) vətəndaş İddiaçı mülkiyyətinə ayrılmışdır. Qeyd edilən məktuba Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 62 saylı yaşayış binasının yanında İddiaçı sahibkarlıq məqsədilə istifadə etdiyi torpaq sahəsinin situasiya planı əlavə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanan imtina məktubunun surətindən görünür ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmişdir. Həmçinin, ləğv edilmiş DTXK tərəfindən razılaşdırılmış alqı-satqı aktı təsdiq edilməmiş və torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi barədə Memarlıq və Şəhərsalma Baş idarəsinin rəyi əlavə olunmamışdır. Bundan başqa həmin ərazi binaların yaxınlığında ümumi istifadədə olan sahədə yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair-hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd; Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3- cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən Yasamal Bələdiyyəsinin 22/06 nömrəli, xx.xx.2007-ci il tarixli DTXK tərəfindən razılaşdırılmış alqısatqı aktı təsdiq edilməmiş və torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi barədə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Bu da onu göstərir ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınması üçün əsas olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, apellyasiya baxışı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-62/2023 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2023-cü il tarixli, 10/2295 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, qərardadın birinci və beşinci sualları üzrə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, “Bələdiyyənin Statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, 19-cu maddəsinin 4-cü bəndini, 33-cü maddəsinin 3-cü bəndini, “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini, Bakı şəhəri, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 439 No-li qərarını, Binəqədi rayonu, Binəqədi bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz cizgisini, o cümlədən sözügedən torpaq sahəsinin bələdiyyə tərəfindən mülkiyyətə verilməsi barədə Milli Arxiv İdarəsinin məktubunu nəzərə alaraq, vətəndaş İddiaçı Abdulla oğlunun mülkiyyətinə verilməsi qərara alınmış 55 kv.metr torpaq sahəsinin Binəqədi rayon, Binəqədi Bələdiyyəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən, bələdiyyənin mülkiyyətində olan ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Belə olan halda Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsində yerləşən 55 kv.metr torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsinin ərazisi olmadığı müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi boş sahədir. Qərardadın üçüncü sualı üzrə Bu səbəbdən, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsində yerləşən 55 kv.metr torpaq sahəsi sahibkarlıq fəaliyyəti məqsədilə alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir. Qərardadın dördüncü sualı üzrə Təqdim olunan torpaq sahəsinin parametrləri ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsi tərəfindən tərtib olunmuş cizginin göstəriciləri müqayisə edilərkən, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsində yerləşən torpaq sahəsinin faktiki yerləşməsinin və ölçüsünün Binəqədi rayonu, Binəqədi Bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz cizgisinə uyğun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrə və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daxil olmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, Sual 1: Hazırkı iş üzrə Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 62 saylı yaşayış binasının yaxınlığında yerləşən torpaq sahəsi Binəqədi rayon Binəqədi Bələdiyyəsinin ərazisində yerləşirmi? Cavab: Sahənin bələdiyyə ərazisi olub-olmaması barədə vahid elektron kadastr bazasında məlumat aşkar edilməmişdir. Sual 2: Hazırkı iş üzrə Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 62 saylı yaşayış binasının yaxınlığında yerləşən torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsinin ərazisində yerləşirmi? Cavab: Sahə şərti sərhədlərlə göstərilməklə yaşayış binasının yaxınlığında ümumi istifadədə olan ərazidə yerləşir. Sual 3: Hazırkı iş üzrə Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 62 saylı yaşayış binasının yaxınlığında yerləşən torpaq sahəsi təyinatı üzrə hansı kateqoriyalı torpaqdır? Cavab: Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə "Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Sual 4: Hazırkı iş üzrə Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 62 saylı yaşayış binasının yaxınlığında yerləşən torpaq sahəsi naturada Bakı şəhəri Binəqədi rayonu, Binəqədi Bələdiyyəsi tərəfindən tərtib edilmiş Situasiya planına uyğundurmu (iş mat, 10-cu səh.)? Cavab: Təqdim edilmiş cizgidə qeyd edilmiş istinad məsafələrində fərqlər mövcuddur. Sual 5: Hazırkı iş üzrə Bakı şəhəri, Binəqəcdi rayonu, Ş.Rəhimov küçəsi, 62 saylı yaşayış binasının yaxınlığında yerləşən torpaq sahəsi Bələdiyyələrə (Binəqədi Bələdiyyəsinə) ayrılmış torpaq sahəsinin daxilində yerləşirmi? Cavab: Bildiririk ki, Bakı şəhəri üzrə Bələdiyyə xəritələrinin təsdiqi prosesi səlahiyyətli orqan tərəfindən başa çatdırılmadığından qeyd olunan sualın cavablandırılması mümkün deyildir. Ekspert rəyinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103-cü maddəsinə əsasən Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyində iş üçün əhəmiyyətli olan hallar araşdırılmamış, torpaq sahəsinin Binəqədi Bələdiyyəsinin hüdudları daxilində yerləşməsi, ümumi istifadədə olan torpaq sahəsinin ərazisi olmaması barədə əsaslı bir dəlil göstərilməmişdir. Eyni zamanda, ekspert tərəfindən rəy verilməsi zamanı mütəxəssis rəyinin təqdim olunması barədə vəsatət verilmiş, lakin rəy hazırkı mütəxəssis rəyi ilə ziddiyyət təşkil edir. Torpaq Məcəlləsinin 86.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz Hazırkı işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 62 saylı yaşayış binasının yaxınlığında yerləşən torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsinin ərazisində yerləşir. Həmçinin, sahənin bələdiyyə ərazisi olub-olmaması barədə vahid elektron kadastr bazasında məlumat aşkar edilməmişdir. Bununla əlaqədar kollegiya qeyd edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 62 saylı yaşayış binasının yaxınlığında yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olması iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğun olmuş, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2-1(112)-10339/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Elşən Kazımov Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-62/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-62/2023
03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver