Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-62/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X4 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «minik avtomobili ilə təmin edilməsi barədə» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8979/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı mməcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək minik avtomobili ilə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...44 günlük vətən müharibəsi dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı yaralanmışdır. Hərbi əməliyyatlar zamanı partlayış zamanı yaralanmış və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışla partlayış travması, hər iki budun, hər iki pəncənin çox saylı qəlpə yaralanması, sağ budun yuxarı 1/3-nin, sol budun aşağı 1/3-nin, sol ayaq arxasının sağ ayağı barmaqları səviyyəsində geniş yumşaq toxuna deffektli qəlpə yaralanmasına, sağ ayağın İİİ barmağının proksinal və orta falanqalarının, İV və V daraq sümüklərinin sümük deffektləri ilə sol ayağının İ-V daraq, V barmağının proksinal və orta falanqa sümüklərinin açıq qəlpəli, yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin krişner milləri ilə intramedulyar osteosintezi və 5-ci barmağın daraq sümüyünün orta 1/3 dən amputasiyalı güdülü”- diaqnozu qoyulmuşdur. Bundan başqa, ona Azərbaycan Respublikasını Əmək və Əhalinin Müdafiəsi Nazirlyi tərəfindən xx.xx.2021-ci il tarixdə üçüncü dərəcəli əlillik verilmiş və əlilliyin müddəti miiddətsiz kimi götürülmüş və yüngül işlərdə işləyə bilər kimi əmək zəmanəti verilmişdir. Barmağı amputasiya olunduğundan hazırda digər barmaqlarının amputasiya olunan barmaq tərəfə əyilmiş busəbəbdən hazırda yeriməyə çətinlik çəkir. Bu səbəbdən, avtomobillə təmin olunmaq üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə müracəti təmin olunmamış, ona 413 №-li qərara əsasən imtina verilmişdir. Hesab edir ki, 44 günlük vətən müharibəsində mina partlayışına düşərək ayaqlarından aldığı yaralar nəticəsində amputasiya olunaraq yeriməyə əziyyət çəkdiyi halda, avtomobillə təmin olunması labüddür...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının qeyd edilən diaqnozu həmin siyahıda olmadığı üçün ona “əks göstəriş yoxdur” səbəbi ilə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8979/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin olunmuş və İddiaçı minik avtomobili ilə təmin olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdehin apellyasiya şikayətini aşağıdakılarla əsaslandırılmışdır: “İddiaçının əlillik vəziyyətinə Bakı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 - Aışq-baldır oynağı və ayaq nahiyələrinin travmaları => S99 - Aşıq-baldır oynağı və ayağın digər...; Diaqnozun rnətni: Əsas diaqnoz Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayış yaralanması (xx.xx.2020) sağ budun yuxarı 1/3-nin, sol budun aşağı 1/3nin, sol ayaq arxasının, sağ ayağın barmaqları səviyyəsində geniş yumşaq toxuma defektli qəlpə yaralanmasına, sağ ayağın İİİ barmağının proksimal və orta falanqalarının, İV, V daraq sümüklərinin sümük defektlər ilə, sol ayağın İ-V daraq, V barmağın proksimal və orta falanqa sümüklərinin açıq. Qəlpəli, yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin kirşner milləri ilə intramedyulyar osteosintezi, V barmağın dar.; Meayr: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.5. topuq oynağının ankilozu və ya kəskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə (M21.3,M21.6,M24.6,Q72- Q72.7)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Onun “avtomobil və motorlu araba almaq üçün” müraciətinə xx.xx.2021-ci il tarixli, 0056003AAB60 saylı göndəriş əsasında baxılmış və Diaqnozun mətni: Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr mina partlayış yaralanması (xx.xx.2020) sağ budun yuxarı 1/3-nin, sol budun aşağı 1/3nin, sol ayaq arxasının, sağ ayağın barmaqları səviyyəsində geniş yumşaq toxuma defektli qəlpə yaralanmasına, sağ ayağın İİİ barmağının proksimal və orta falanqalarının, İV, V daraq sümüklərinin sümük defektləri ilə, sol ayağın İ-V daraq, V barmağın proksimal və orta falanqa sümüklərinin açıq, qəlpəli, yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin kirşner milləri ilə intramedulyar osteosintezi, V barmağın dar, tsekin əlavə diaqnozu: sağ budun yuxarı 1/3-nin. Sol budun aşağı 1/3-nin sol ayaq arxasının, sağ ayağın barmaqları səviyyəsində geniş yumşaq toxuma defektli qəlpə yaralanmasına, sağ ayağın İİİ barmağının proksimal və orta falanqalarının, İV, V daraq sümüklərinin sümük defektləri ilə, sol ayağın İ-V daraq, V barmağın proksimal və orta falanqa sümüklərinin açıq, qəlpəli, yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin kirşner milləri ilə intramedulyar osteosintezi,”, 501 №-li əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər: Əks göstəriş yoxdur” səbəbi ilə imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə, maddi və prosessual hüquq normalarını pozmuşdur...” İşin apellyasiya icraatı mərhələsində təyin edilmiş məhəkəmə-tibbi ekspertizası “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji anatomiya Birliyi” PHŞ tərəfindən icra olunaraq, xx.xx.2023-cü il tarixli ekspert rəyi verilmişdir. Həmin rəy nəzərə alınmaqla, iddiaçının müraciətinə yenidən baxılması üçün məhkəmənin aralıq qərardadı ilə cavabdehə göndərilsə də sonuncunun xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının əyani müayinəyə dəvət olunduğu, lakin cari tarixə kimi müvafiq müraciəti qeydə alınmadığı əsas gətirilməklə, məsələyə münasibət bildirilməmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı məcburetmə haqqında iddia vasitəsilə onun minik avtomobili ilə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sözügedən tələbi ifadə tərzi baxımından “onun minik avtomobili ilə təmin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 3.1-ci bəndinə əsasən minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. Həmin 1.4-cü bəndinə əsasən Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X2 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X3 (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Birinci instansiya məhkməsi qərarında iddianı təmin edərkən qeyd etmişdir ki, iddiaçının mövcud əlillik vəziyyətinə əsasən onun minik avtomobili ilə təmin edilməsi hüququna malik olan şəxs kateqoriyasında olması istər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 nömrəli, 30 dekabr 2015-ci il tarixli Qərarında, istərsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”-nın müvafiq bəndləri ilə öz təsdiqini tapır. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkməsi qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair arayışa əsasən əlillik vəziyyəti 5200003AAASL nömrəli forma 88 göndərişi əsasında xx.xx.2021-ci il tarixdə: - “əsas diaqnoz Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Mina partlayış yaralanması (xx.xx.2020) sağ budun yuxarı 1/3-nin, sol budun aşağı 1/3-nin, sol ayaq arxasının, sağ ayağın barmaqları səviyyəsində geniş yumşaq toxuma defektli qəlpə yaralanmasına, sağ ayağın İİİ barmağının proksimal və orta falanqalarının, İV, V daraq sümüklərinin sümük defektləri ilə, sol ayağın İ-V daraq, V barmağın proksimal və orta falanqa sümüklərinin açıq, qəlpəli, yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin kirşner milləri ilə intramedulyar osteosintezi, V barmağın dar” olmaqla, - “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz, üçüncü dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, xxxxxxx0002 nömrəli arayışa əsasən “ isə müəyyə olunur ki, iddiaçıya: - “ əsas diaqnoz Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Mina partlayış yaralanması (xx.xx.2020) sağ budun yuxarı 1/3-nin, sol budun aşağı 1/3- nin, sol ayaq arxasının, sağ ayağın barmaqları səviyyəsində geniş yumşaq toxuma defektli qəlpə yaralanmasına, sağ ayağın İİİ barmağının proksimal və orta falanqalarının, İV, V daraq sümüklərinin sümük defektləri ilə, sol ayağın İ-V daraq, V barmağın proksimal və orta falanqa sümüklərinin açıq, qəlpəli, yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin kirşner milləri ilə intramedulyar osteosintezi, V barmağın dar” diaqnozu, əlilliyin müəyyən olunması meyarı: 2.3 üçüncü dərəcəli əlillik = ˃ 2.5.5. topuq oynağının ankilozu və ya kəskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə (M21.3, M21.6, M24.6, Q72-Q72.7) müayinə məlumatlarına əsasən - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 № qərarına əsasən avtomobil və motorlu araba ilə təmin dilməsinə tibbi göstəriş meyarı ilə imtina edilmişdir. Hazırkı mərhələdə “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji anatomiya Birliyi PHŞ-nin ekspertləri tərəfindən verilmiş T486/2023 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəydən də görünür ki, iddiaçının əyani məhkəmə-tibb müayinəsi zamanı müəyyən olunmuşdur ki, “... Sol ayaqda İV barmaq yoxdur, güdül yerində dəri ilə eyni rəngli çapıq toxuma vardır. Sol budun aşağı 1/3-də çapıq 5x4, sağ budda 5,5x5 sm eyni xüsusiyyətli çapıq toxuma vardır. Kişi cinsiyyət üzvünün başında sidik axarının xarici keçəcəyi ətrafında yumşaq toxuma ilə eyni rəngdə çapıq toxuma vardır. Ekspertizanın nəticələrindən göründüyü kimi, əyani müayinə zamanı da tibbi sənədlərlə aşkar olunan xəstəlik əlamətləri iddiaçıda açıq şəkildə, o cümldən, aşağı ətrafda böyük ölçülü, uzun müddət sağalmayan sümük defektləri müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdeh tərəfindən AR Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı qərarına istinadən, iddiaçının diaqnozunun və onun ağırlaşmasının minik avtomobilinə tibbi göstərişin təyininə əsas verməməsi əsası ilə ona minik avtomobili ilə təmin olunması barədə qərar qəbul edilməsindən imtina olunmasını əsassız sayır. Çünki, iddiaçıya müəyyən olunan əlillik meyarı (2.3 üçüncü dərəcəli əlillik = ˃ 2.5.5. topuq oynağının ankilozu və ya kəskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə (M21.3, M21.6, M24.6, Q72- Q72.7)) “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 nömrəli, 30 dekabr 2015-ci il tarixli Qərarının 5.2.3.11-ci bəndində (hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 5 dərəcəyədək məhdudlaşması) (M24.6)) meyarı avtomobilin verilməsi üçün əsasdır) öz əksini tapmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə də təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”-nın 3.3-cü bəndi nəzərdə tutur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. Həmin Qaydanın əlavəsinin 57-ci sıra üzrə 13-ci bəndindən isə də görünür ki, aşağı ətrafda böyük ölçülü, uzun müddət sağalmayan sümük defektləri olduqda da minik avtomobili təyin edilir. Beləliklə də, tədqiq olunan sübutlara və qanunvericiliyin tələblərinə əsasən birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasının qanuni və əsaslı olduğu sübuta etirilir. Ona görə də, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8979/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8979/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-62/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-62/2024
18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver