Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-620/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər X16 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(112)- 6637/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 21-23 fevral 2023-cü il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bağlar Təsərrüfatının inkişaf və istismar Birliyinin 13 saylı, 1990-cı il tarixli orderi əsasında İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu, Nardaran ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 1260 «b» saylı bağ sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə, çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək X4 və istismarı Birliyinin 13 saylı, 1990-cı il tarixli orderi əsasında ona ayrılmış Sabunçu rayonunun Nardaran ərazisində yerləşən 0,12 hektar torpaq sahəsindən ibarət olan 1260 «b» saylı bağ sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə çıxarışın və plan ölçünün verilməsini xahiş etmişdir. Cavabdeh orqan №**********29 saylı, xx.xx.2022-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, təqdim etdiyiniz sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, bağ sahəsinə dair verilən orderdə soyad “Abdulova” sərəncamda isə “Abdullayevə” kimi, ata adı “Səfərqulu”, şəxsiyyət vəsiqəsində “Səfqulu” qeyd olunmuşdur. Həmçinin orderdə bağ sahəsinin nömrəsi “1260b” göstərilsə də, lakin (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan-ölçüsü”ndə (kadastr planında) “1260v” kimi qeyd edilmişdir. İdarədə mövcud arxiv məlumatlarına əsasən “1260v” saylı bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, qeyd edilən bağ sahəsinə baxış keçirmək və texniki çöl-ölçülərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, buna görə də iddiaçının pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. Cavabdeh orqanın istinad etdiyi sərəncamda (arxiv sənədi) qeyd olunan soyad (Abdullayevə), orderdə qeyd olunan soyadla (Abdulova) uyğunsuzluq təşkil etməsi və eyni zamanda iddiaçının şəxsiyyət vəsiqəsində ata adı (Səfqulu qızı) ilə order və sərəncamda qeyd olunan ata adı (Səfərqulu qızı) ilə fərqli olması, sözügedən bağ sahəsinin başqa şəxsə məxsus olmasına gətirib çıxarmır. Belə ki, X19 ilə X13 arasında bağlanılmış Nikah haqqında şəhadətnaməyə əsasən 28 oktyabr 1998-ci il tarixdə 675 nömrəli nikah akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra ərin soyadı Qasımov, arvadın soyadı isə Qasımova olmuşdur. X4 və X8 bağlar sahəsindəki 205 saylı kooperativinin 13 saylı orderindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 25 sentyabr 1990-cı il tarixli 6/290 saylı qərarı əsasında X4 və X8 bağlar sahəsindəki 205 saylı kooperativin nəzdində 1260b saylı bağ sahəsi X2 istifadəsinə verilmişdir. xx.xx.2021-ci il tarixli müraciəti əsasında Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, № BA-04712-2021 saylı Bakı şəhəri XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli 6/290 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışına əsasən, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 25 sentyabr 1990-cı il tarixli 6/290 saylı qərarı ilə ünvan 1 ünvanında yaşayan X3 1 №- li Nardaran massivində Bağ tikinti kooperativi üzvlərinin siyahısına daxil olaraq 13-cü bəndində qeydə alınmışdır. Göründüyü kimi, eyni dövlət orqanı tərəfindən, eyni qərarla və eyni bağ sahəsinə dair verilmiş eyni nömrəli orderdə və sərəncamda vətəndaşın soyadın fərqli olması texniki səhv olmasından xəbər verir. Xüsusi ilə qeyd olunmalıdır ki, İddiaçı Bakı Arxiv Filialından verilmiş qərardan çıxarışda qeyd olunan ünvanda (ünvan 3q orada yaşayır. O ki, qaldı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan-ölçüsü”ndə (kadastr planında) ‘'1260V” kimi qeyd edilməsinə, qeyd olunmalıdır ki, cavabdeh orqan qeyd etdiyi kimi, həmin sənəd (kadastr planı) ləğv edilmiş və ləğv edilmiş sənədə istinad etmək əsassızdır və qanunla nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətlər daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 158-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Bağ sahələrinin əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsi barədə Respublika Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamının 2.2-ci bəndinə əsasən qanuni istifadədə olan bağ sahələri əvəzsiz olaraq vətəndaşların mülkiyyətlərinə verilir. «Torpaq islahatları haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, bağ sahəsinə dair verilən orderdə soyad “Abdulova” sərəncamda isə “Abdullayevə” kimi, ata adı “Səfərqulu”, şəxsiyyət vəsiqəsində “Səfqulu” qeyd olunmuşdur. Həmçinin, orderdə bağ sahəsinin nömrəsi “1260b” göstərilsə də, lakin (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan-ölçüsü”ndə (kadastr planında) “1260v” kimi qeyd edilmişdir. İdarədə mövcud arxiv məlumatlarına əsasən “1260v” saylı bağ sahəsi digər fiziki şəxsin (X14, reyestr nömrəsi: **********21-11301) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən daşınmaz əmlaka xx.xx.2022-ci il tarixdə yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, bağ sahəsinin nömrəsi sxematik xəritə əks olunmayıb. Sxematik xəritəyə əsasən iddiaçı tərəfindən göstərilən sahə 780 ilə başlayan bağların ərazisinə uyğun gəlir. Həmçinin qeyd olunan əraziyə digər fiziki şəxsin (X9) müraciəti olmuşdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2021-ci il tarixli, **********29 saylı cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildirirlər ki, Sabunçu rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(008)-3511/2012 nömrəli Qətnaməsinə əsasən Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X4 və İstismarı Birliyi tərəfindən 6/290 saylı 25 sentyabr 1990-cı il tarixli qərarına əsasən Abdulova(Qasımova) Qumru Səfqulu qızının istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan bağ sahəsinin nömrəsində və faktiki vəziyyətində olan uyğunsuzluğun aradan qaldırılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(103)- 5064/2014 nömrəli Qərardadına əsasən Sabunçu rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(008)-3511/2012 nömrəli Qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı uyğunsuzluğun aradan qaldırılması, bağ sahəsinin və nömrəsinin sxematik xəritəyə uyğunlaşdırılınası tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq- yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bağlar Təsərrüfatının inkişaf və istismar Birliyinin 13 saylı, 1990-cı il tarixli orderi əsasında İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu, Nardaran ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 1260 «b» saylı bağ sahəsinin sxematik xəritəyə daxil edilməklə uyğunlaşdırılması və üzərində yaranmış mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(112)-6637/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: F.Mədətli) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti mahiyyətcə imtina və etirazın eynilik təşkil edən məzmununa uyğun tərtib edilmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X15 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş X4 və X8 Bağ massivində 1260b nömrəli bağın istifadəyə verilməsi haqqında 13 saylı Orderdən görünür ki, X10 1260b nömrəli 0,12 ha bağ sahəsi ayrılmışdır. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X19 ilə X13 28 oktyabr 1998-ci il tarixdə 675 nömrəli nikah akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra ərin soyadı Qasımov, arvadın soyadı isə Qasımova olmuşdur. İş materiallarında olan Sabunçu rayon Məhkəməsinin 2(008)-3511/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin edilərək, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 departamentinin X4 və istismarı Birliyi tərəfindən 6/290 saylı 25 sentyabr 1990-ci il tarixli qərarına əsasən Abdulova (Qasımova) Qumru Səfqulu qızının istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən 0,12 hektar torpaq sahəsindən ibarət olan bağ sahəsinin nömrəsində və faktiki vəziyyətində olan uyğunsuzluq aradan qaldırılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Sabunçu rayon Məhkəməsinin 2(008)-3511/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsi əsasında İddiaçı adına 1260v nömrəli bağ sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5064/2014 saylı xx.xx.2014-cü il tarixli qərardadından görünür ki, maraqlı şəxs X6 apellyasiya şikayəti qismən təmin edilərək, Sabunçu rayon Məhkəməsinin 2(008)- 3511/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı uyğunsuzluğun aradan qaldırılması tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-327/2020 saylı qətnaməsi ilə iddiaçı Şammadov Fuad Sərhad oğlunun cavabdeh İddiaçı qarşı torpaqdan çıxarılma, əmlakın qaytarılması və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4487/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Şammadov Fuad Sərhad oğlu tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli 2(008)-327/2020 saylı qətnaməsinin qismən ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilərək Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi, Nardaran Bağlar massivində yerləşən 787 saylı bağ sahəsi və fərdi yaşayış evi boşaldılaraq iddiaçı Şammadov Fuad Sərhad oğluna təhvil verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)2404/2021 saylı qərardadı ilə Şammadov Fuad Sərhad oğlunun kassasiya şikayətinin icraata qəbulundan imtina edilmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunu onunla əsaslandırılmışdır ki, tərəfinizdən təqdim edilən sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, bağ sahəsinə dair verilən orderdə soyad “Abdulova” sərəncamda isə “Abdullayevə” kimi, ata adı “Səfərqulu”, şəxsiyyət vəsiqəsində “Səfqulu” qeyd olunmuşdur. Həmçinin, orderdə bağ sahəsinin nömrəsi “1260b” göstərilsə də, lakin (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan-ölçüsü”ndə (kadastr planında) “1260v” kimi qeyd edilmişdir. İdarədə mövcud arxiv məlumatlarına əsasən “1260v” saylı bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, qeyd edilən bağ sahəsinə baxış keçirmək və texniki çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. İşdən görünür ki, iddiaçı Bağlar Təsərrüfatının inkişaf və istismar Birliyinin 13 saylı, 1990-cı il tarixli orderi əsasında İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu, Nadaran ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 1260 «b» saylı bağ sahəsinin sxematik xəritəyə daxil edilməklə uyğunlaşdırılması və üzərində yaranmış mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. Məhkəmə qeyd etmişdir ki, cavabdeh imtina məktubunda və iddiaya dair yazılı etirazda orderdə bağ sahəsinin nömrəsinin “1260b” göstərilsə də, lakin (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan-ölçüsü”ndə (kadastr planında) “1260v” kimi qeyd edilməsini göstərsə də, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin plan-ölçüsü”nün Sabunçu rayon Məhkəməsinin 2(008)-3511/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsi əsasında verildiyini və həmin qətnamənin sonradan ləğv edilməsini nəzərə almamışdır. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubla 205 nömrəli Nardaran massivində bağ-tikinti kooperativi üzvlərinin siyahısının təsdiq edilmiş surətini məhkəməyə göndərmişdir. İşdə olan 205 nömrəli Nardaran massivində bağ-tikinti kooperativi üzvlərinin siyahısından görünür ki, X7 adı siyahının 13-cü bəndində qeyd edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən orderlər belə əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya Nardaran massivində 0.12 ha olan 1260b nömrəli bağ sahəsi 13 saylı qərarı əsasında verilmiş Order ilə ayrıldığından və həmin qərar və orderin ləğvi və ya etibarsızlığı barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, sözügedən order sübut kimi mötəbər qiymətləndirilir və iddiaçı həmin bağ sahəsinin qanuni istifadəçisi sayılmalıdır. Həmçinin, iddiaçı hazırkı iddia tələbi ilə 1260 «b» saylı bağ sahəsinin sxematik xəritəyə daxil edilməklə uyğunlaşdırması və onun adına dövlət qeydiyyatına alınmasını tələb edir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı 1260b nömrəli bağ sahəsinə qanuni istifadəçi kimi «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən mülkiyyət hüququ əldə etdiyindən, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd olunanları, o cümlədən qanunvericiliklə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq hesab etmişdir ki, cavabdehin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Qanununvericiliyin göstərilən müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən «daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas»ı və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulan sənədi (Bağlar Təsərrüfatının inkişaf və istismar Birliyinin 13 saylı, 1990-cı il tarixli orderi) mövcud olduğundan, iddiaçıya həmin əmlak üzərində hüququn qeydiyyata alınması barədə çıxarış verilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bağlar Təsərrüfatının inkişaf və istismar Birliyinin 13 saylı, 1990-cı il tarixli orderi ilə təsdiq edilmiş maddi maraq iddiaçının mülkiyyətini təşkil edir və iddiaçının iddia etdiyi 0,12 ha torpaq sahəsinə uyğun olaraq mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X26 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələb etdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını təsdiq edən çıxarışın verilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəlləni 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(112)-6637/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-620/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-620/2023
23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver