Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-620/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-480/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işdən azad edilməyi barədə Azərbaycan Respublikasının Cavabdeh 1286/ş nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi və işə bərpa edilməyi barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür. İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixindən FHN-nin X2 və X4 Xidmətinin “Qızılqum” sularda xilasetmə məntəqəsinin matros-xilasedici daxili xidmət çavuşu kimi xidmətə başlamışdır. Xidmət etdiyi 1 il 8 ay müddətində heç bir nöqsana yol verməmiş və hər hansısa zərərli vərdişi (siqaret çəkmək, içki içmək, narkotik vasitələrdən istifadə və s.) olmamışdır. xx.xx.2021-ci il tarixində FHN-nin və idarənin bir qrup əməkdaşı xidmət etdiyi kollektivin narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinəsini keçirdilər. İddiaçı da kollektivlə birlikdə analiz verdi. Daha sonra Daxili Təhqiqat İdarəsinin əməkdaşı narkotik vasitədən istifadə etdiyi bildirdi. Lakin iddiaçı bu nəticəylə razılaşmadığı üçün təkrar müayinənin keçirilməsini xahiş etmişdir. İddiaçı qeyd edir ki, xx.xx.2021ci il tarixində Daxili Təhqiqat İdarəsinin əməkdaşı mayor Bayramov İlkin onu Pataloji Anatomiya Bürosuna apardı və Mətanət adlı şöbə rəisi ilə otaqda 10-15 dəqiqə danışdıqdan sonra ondan təkrar analiz götürdülər. Həmin vaxt iddiaçı şöbə rəisinə həm allergiya, həm də uroloji müalicə aldığını bildirdi. Bununla yanaşı qəbul etdiyi dərmanların adını qeyd edərək reseptin şəklini də göstərdi. Onlar verdiyi testin cavabının 10 gün müddətində çıxacağını bildirdilər və iddiaçı 10 gündən sonra cavabı öyrənmək üçün Pataloji Anatomiya Bürosuna yaxınlaşdı. Lakin hələ testin cavabının çıxmadığı, cavab çıxdığı zaman özlərinin göndərəcəyini qeyd etdilər. Bundan 44 gün sonra, yəni xx.xx.2021-ci il tarixində iddiaçını FHN-nin Daxili Təhqiqat İdarəsinin əməkdaşı Zalov Zaur dəvət etdi və analizin cavabında metamfetamin aşkar olunduğunu bildirdi. İddiaçı çıxan cavabla razılaşmayaraq etiraz etdi və yenidən tibbi müayinədən keçmək qərarına gəldi. xx.xx.2021-ci ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”-nə, xx.xx.2021 -ci ildə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi”-nə müraciət edərək, tibbi müayinədən keçdi. Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında müvafiq olaraq 2904 və 896 nömrəli aktlara əsasən heç bir narkotik vasitə və psixotrop maddə aşkarlanmadı. Lakin buna baxmayaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 13 avqust 2021-ci il tarixli, 1286/ş nömrəli əmri ilə iddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş edir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-480/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Nazirliyin X2 və X4 Xidmətinin “Qızılqum” sularda xilasetmə məntəqənin matrosxilasedicisi daxili xidmət çavuşu İddiaçı fövqəladə hallar orqanlarından xaric edilməsi barədə Azərbaycan Respublikasının Cavabdeh üzrə 1286/ş nömrəli, xx.xx.2021-ci il tarixli əmr ləğv edilməsi və İddiaçı xidmətə bərpa edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 27 iyul 2021 -ci il tarixdə Azərbaycan Respublikasının Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzində dövrü tibbi müayinədən keçirilmiş, müayinənin nəticələrinə əsasən onun sidiyində “Metamfetamin” narkotik maddəsi aşkar edilmişdir (bu barədə İddiaçı oqlu müayinənin nəticəsi ilə tanış olmuş və imza etmişdir). Qeyd olunan müayinənin nəticələrinin yoxlanılması məqsədilə qanuna müvafiq olaraq, İddiaçı ixtisaslaşmış tibb müəssisəsində müayinəsinin təşkil edilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 28 iyul 2021-ci il tarixdə Nazirlik tərəfindən müraciət edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 həyata keçirilmiş yoxlamanın nəticəsində iddiaçıdan götürülmüş qan və sidik nümunəsinin tərkibində sidikdə “Metamfetamin” narkotik maddəsi aşkar edilmişdir. Bununla da, Nazirlik tərəfindən keçirilmiş ilkin yoxlamanın nəticəsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X5 həyata keçirilmiş yoxlamanın nəticələrini özündə əks etdirən 13 avqust 2021-ci il tarixli 2219/K saylı məhkəməkimyəvi akt əsasında İddiaçı Azərbaycan Respublikası Cavabdeh 20 sentyabr 2021-ci il tarixli 1286/Ş nömrəli əmrinə əsasən fövqəladə hallar orqanlarından xaric edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Cavabdeh 20 sentyabr 2021-ci il tarixli 1286/Ş nömrəli əmri tam qanuni və əsaslıdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-480/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Nazirliyin X2 və X4 Xidmətinin əməkdaşı İddiaçı barəsində intizam tənbehinin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Cavabdeh xx.xx.2021-ci il tarixli 1286/ş saylı əmrinə əsasən, 28 iyul 2021-ci il tarixində tibbi müayinə zamanı Nazirliyin X2 və X4 Xidmətinin "Qızılqum" sularda xilasetmə məntəqisinin matros-xilasedicisi daxili xidmət çavuşu İddiaçı tərəfindən psixotrop maddədən istifadə edilməsi aşkarlanmışdır. Qeyd olunanları nəzərə alaraq “Narkolojı xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 6.7-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkolojı xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nə əsasən Fövqəladə hal orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanununun 31.1.8-ci, 31.5-ci və 33.1.12-ci maddələrini və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh” haqqında' Əsasnamənin 10.10.22-ci bəndini rəhbər tutaraq Nazirliyin X2 və X4 Xidməti “Qızılqum” sularda xilasetmə məntəqənin matrosxilasedicisi daxil xidmət çavuşu İddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir. Əsas: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 13 avqust 2021-ci il tarixli 2219/K nömrəli aktı. - Azərbaycan Respublikası Cavabdeh Tibb Xidməti Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş ifrazatında narkotestlərin təyini analizinə əsasən, İddiaçı tərəfindən metamfetamin (MET) istifadə olunması aşkar olunmuşdur. - Əmrin verilməsi üçün əsas olan sənəd qismində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 tərəfindən hazırlanmış aktdan görünür ki, xx.xx.2021-ci il tarixli 12/xx-xx/02519 №li göndərişə əsasən xidmətə zərurətlə əlaqədar Cavabdeh X2 və X4 Xidmətinin “Qızılqum” sularda xilasetmə məntəqəsinin matrosxilsedici, daxili xidmət siravisi İddiaçı müayinədən keçirtməklə qan və sidik nümunələrində narkotik vasitə, psixotrop, uyuşdurucu və kefləndirici maddələr olub-olmaması yoxlanılmışdır. Məhkəməkimyəvi ekspertizasının nəticəsinə əsasən, İddiaçı götürülmüş qan və ifrazat nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan “Metamfetamin” aşkar edilmişdir - İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 tərəfindən hazırlanmış aktla tanış olmuş və məhkəmə-kimyəvi ekspertizanın nəticəsilə razı olmadığını bildirmişdir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş “Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” 2904 nömrəli Akta əsasən, İddiaçı OPİ, MET, AMP, MTD, COC, TUC, EDD, BZO, BAR, PCP, TML aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” 896 nömrəli Akta əsasən, İddiaçı AMP (-), COC (- ), TUC (-), OPİ (-), BZO (-), BAR (-), MET (-), MTD (-) mənfi aşkar olunmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 tərəfindən məhkəməyə ünvanlanan məktubda qeyd olunur ki, narkotik maddələrin orqanizmdən xaric olma müddəti bir çox faktorlardan asılıdır (yaş, şəki, piy qatı, fiziki hərəkət). Ən başlıca faktor isə şəxsin nə qədər uzun müddət narkotik vasitələrdən istifadə etməsidir. Çünki bir çox narkotik vasitələr insan orqanizmində (qaraciyər və piy toxumalarında) yığılma xüsusiyyətlərinə malikdir. İnsan orqanizmin fəaliyyəti nəticəsində qaraciyərdən və piy toxumasından depoya yığılan maddələr vaxtaşırı qana buraxılır. Qanin vasitəsilə bu maddələr bədənin ifrazat sisteminə daxil olaraq orqanizmindən xaric olurlar. Bu proses isə narkotik vasitələri şəxs qəbul etməyi dayandırdıqdan sonra da davam edir. Bu prosesin müddəti hər bir orqanizm üçün fərdidir - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş istifadə təlimatına əsasən, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş “Kenasef", “Lebel”, “Flukonazol”, “Lavomaks” və “Trixapol” adlı dərman vasitələrinin istifadəsi nəticəsində qanda “metamfetamin” maddəsinin yaranması mümkün hesab olunmur. “Nonet” adlı dərman vasitəsi isə ölkəmizdə dövlət qeydiyyatından keçmədiyinə görə həmin dərmandan istifadə nəticəsində qanda ‘‘metamfetamin” maddəsinin yaranmasının mümkün olub-olmaması barədə məlumat vermək mümkün deyil. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd olunur ki, “Noref” adlı dərman vasitəsi Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmədiyinə, həmçinin məktubunuza əlavə olunan resept blankının kserosurəti oxunmadığına görə nəzərdə tutulan dərman vasitələrinin istifadə nəticəsində qanda “metamfetamin” maddəsinin yaranmasının mümkün olub-olmaması barədə məlumat vermək mümkün deyil. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd olunur ki, Noref - təqdim olunan istifadə üzrə təlimat və qablaşma eskizi üzərində olan ilkin məlumata əsasən məhsul həzm sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsidir. Həmin məhsulun real tərkibi istifadə üzrə təlimat və qablaşma eskizi üzərində göstərilən məlumatlar kimidirsə, istifadə nəticəsində qanda “metafetamin” maddəsinin yaranması mümkün deyil. Məktubda qeyd olunan 7 adda dərman vasitəsi barəsində internet resusları vasitəsi ilə elmi ədəbiyyatlardan əldə olunmuş məlumatlar əsasında nəticə;
1. Fenibuttablet- istifadə nəticəsində qanda “metamfetamin” maddəsi yaranmır.
2. Amitriptilin tablet - istifadə nəticəsində qanda “metamfetamin" maddəsi yaranmır.
3. Dorepam tablet - istifadə nəticəsində qanda “metamfetamin” maddəsi yaranmır.
4. Milqamma tablet - istifadə nəticəsində qanda “metamfetamin” maddəsi yaranmır.
5. Maqne B6 tablet - istifadə nəticəsində qanda “metamfetamin” maddəsi yaranmır.
6. Bisoqamma tablet - istifadə nəticəsində qanda “metamfetamin” maddəsi yaranmır.
7. Ornazar tablet - istifadə nəticəsində qanda “metamfetamin” maddəsi yaranmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Fövqəladə hallar orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun: 10.0. Fövqəladə hallar orqanları əməkdaşları aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar: 10.0.8. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinədən keçməyə; 10.0.10. etik davranış və intizam qaydalarına əməl etməyə; 31.1. Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 31.1.8. fövqəladə hallar orqanlarından xaric etmə; 31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. 34.0. Fövqəladə hallar orqanları əməkdaşının xüsusi rütbəsinin, vəzifəyə və fövqəladə hallar orqanlarına bərpa edilməsinin əsasları aşağıdakılardır: 34.0.2. məhkəmənin qərarı 35.1. Fövqəladə hallar orqanları əməkdaşının xüsusi rütbəsinin, vəzifəyə və fövqəladə hallar orqanlarına bərpa edilməsi ilə əlaqədar məsələlərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən baxılır. 35.2. Fövqəladə hallar orqanlarına bərpa olunmuş şəxs əvvəllər tutduğu vəzifəyə, yaxud bərabər vəzifəyə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli, 145 nömrəli qərarı ilə “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti” təsdiq edilmişdir. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 1.0.4. Narkoloji xəstə - insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olan və ya şüur pozuntusu, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan, barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada alkoqolizm, narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxsdir; 1.0.7. Narkomanlıq - xroniki intoksikasiya doğuran, narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində yaranmış, narkotik vasitələrdən və psixotrop maddələrdən psixi və (və ya) fiziki asılılıqla, o cümlədən psixi və davranış pozuntuları ilə ifadə olunan xəstəlik vəziyyətidir; 6.7. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə narkoloji xəstələr üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olmağa məhdudiyyətlər qoyulur. Belə peşə növlərinin və vəzifələrin siyahısı və məhdudiyyətin müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 24.3. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (bu Qanunun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşin faktiki hallarından müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə götürülmüş analizlər əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 tərəfindən İddiaçı qan və ifrazat nümunələrinin narkotik, psixotrop, uyuşdurucu və kefləndirici maddələrdən meyilliyinin yoxlanması barədə Akt xx.xx.2021-ci il tarixində (17 gün sonra) tərtib olunmuş və xx.xx.2021-ci il tarixdə Cavabdehnə göndərilmiş və iddiaçı təqdim olunmuş məhkəmə-kimyəvi ekspertizasının nəticələri ilə xx.xx.2021-ci il tarixində tanış olmuşdur. Nəticələrlə razı olmadığı üçün iddiaçı dərhal xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”ndə narkotik vasitələrin və psixotrop madələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibb müayinədən keçmiş və müayinə nəticəsində narkotik vasitə aşkar olunmamışdır. Eyni zamanda iddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi”ndə yenidən tibbi müayinədən keçmiş və müayinə nəticələrində narkotik vasitə aşkar olunmamışdır. Göründüyü kimi iddiaçı xx.xx.2021-ci il tarixində götürülmüş analizin nəticələri ilə xx.xx.2021-ci il tarixdə tanış olmuşdur. Qeyd olunan tarixlər arasındakı dövrdə iddiaçının analizlərdə narkotik vasitənin aşkar olunduğundan məlumatı olmadığı üçün müvafiq müdafiə vasitələrindən dərhal (“isti izlərlə”) istifadə etmək imkanı da olmamışdır. İddiaçı nəticələrlə tanış olduqdan sonra isə dərhal təkrar müayinələrdən keçmiş (xx.xx.2021-ci il tarixdə, daha sonra təkrarən xx.xx.2021-ci il tarixdə) və müayinələrdə narkotik vasitənin aşkar olunmadığı müəyyən edilmişdir Həmçinin işin birinci instansiya icraatı zamanı məhkəmənin xx.xx.2022-ci il tarixli Qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Elmi-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X1” X5 xx.xx.2022-ci il tarixli, 3627/K saylı məhkəmə-kimyəvi Rəyində qeyd olunur ki, “İddiaçı götürülmüş qan və ifrazat nümunələrinə aid ekspert qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakılar bildirilmişdir: “xx.xx.1999-cu il təvəllüdlü İddiaçı qan və idrar nümunələrinin narkotik, psixotrop, uyuşdurucu və kefləndirici maddələrdən meyilliyinin yoxlanması. Sualınıza cavab olaraq bildirirəm ki, narkotik, psixotrop, uyuşdurucu və kefləndirici maddələrin təyini üçün göndərilmiş qan və ifrazat nümunələri məhkəmə-kimyəvi tədqiqat başa çatdıqdan sonra əsəsnaməyə əsasən müəyyən edilmiş müddət ərzində məhkəmə kimya şöbəsinin arxivində saxlanılır. Saxlama müddəti bitdikdən sonra qan və sidik nümunələri aktlaşdırılaraq məhv edilir. Narkotik, psixotrop, uyuşdurucu və kefləndirici maddələrin meyilliyinin yoxlanılması üçün vıkəmə-kimya şöbəsində vətəndaş İddiaçı götürülmüş qan və sidik nümunələrinin götürülmə tarixindən (xx.xx.2021-ci il saat 10:39) 1 il 2 ay keçdiyindən maddi sübutlar aktlaşdırılaraq məhv edilmişdir. Bu səbəbdən də vətəndaş İddiaçı götürülmüş qan və ifrazat nümunələrində yenidən məhkəmə-kimyəvi tədqiqat aparmaq mümkün deyil. xx.xx.1999-cu il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixindən sonrakı dövr üçün narkotik vasitələrdən istifadə etməsinin müəyyənləşdirilməsi mümkündürmü? Əgər mümkündürsə, istifadə etmişdirmi? Sualınıza cavab olaraq bildirirəm ki, narkotik vasitə, psixotrop, uyuşdurucu və kefləndirici maddələrin təyininin yoxlanılması üçün vətəndaş İddiaçı xx.xx.2021 -ci il tarixdə məhkəmə-kimya şöbəsində götürülmüş qan və ifrazat nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edilmişdir. Fenilalkilamin qrupunun törəməsi olan metamfetamin insan orqanizminə intranazal, inqalyasiya, peroral və inyeksiya yolu ilə daxil olduqdan dərhal sonra qana sorulur və qəbulundan 3-6 saat sonra pik həddə çatır. Metamfetaminin istifadə faktını qanda 8-12 saatdan sonra təsdiqləmək olar. Qəbul edilən metamfetaminin təxminən 70%-i birinci sutkada, 90%-i isə 4 sutka ərzində sidik ilə ifraz olunur. Metamfetaminin izlərini sidikdə bir həftə ərzində aşkar etmək olar. xx.xx.2020-ci il tarixindən sonrakı dövr üçün narkotik vasitələrdən istifadə etməsinin müəyyənləşdirilməsi kimyaçı-ekspertin səlahiyyətində olmaması səbəbindən cavablandırmaq mümkün deyil. növündən. Ən başlıca faktor isə şəxsin nə qədər uzun müddət narkotik vasitələrdən istifadə etməsidir. Çünki bir çox narkotik vasitələr insan orqanizmində (qaraciyər və piy toxumalarında) yığılma xüsusiyyətlərinə malikdir. İnsan orqanizmin fəaliyyəti nəticəsində qaraciyərdən və piy toxumasından depoya yığılan maddələr vaxtaşırı qana buraxılır. Qanin vasitəsilə bu maddələr bədənin ifrazat sisteminə daxil olaraq orqanizmindən xaric olurlar. Bu proses isə narkotik vasitələri şəxs qəbul etməyi dayandırdıqdan sonra da davam edir. Bu prosesin müddəti hər bir orqanizm üçün fərdidir. xx.xx.1999-cu il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixində narkotik vasitə istifadə etdiyi halda xx.xx.2021-ci il tarixə və ya xx.xx.2021-ci il tarixədək orqanizimdən narkotik maddələrin xaric olması mümkündürmü? Sualınıza cavab olaraq bildirərəm ki, İddiaçı xx.xx.2021-ci il tarixində narkotik vasitə istifadə etdiyi halda xx.xx.2021-ci il tarixə və ya xx.xx.2021 -ci il tarixədək orqanizimdən narkotik maddələrin xaric olması istifadə etdiyi narkotik maddənin növündən və epizodik və mütəmadi istifadədən asılıdır “ Təqdim edilmiş ekspert rəyi natamam olduğundan Məhkəmənin xx.xx.2023-cü il tarixli əlavə məhkəmə tibbi ekspertizasının təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1” X5 xx.xx.2022-ci il tarixli, 3627/K saylı məhkəmə-kimyəvi Rəyində qeyd olunur ki; “Nazik təbəqəli xromatoqrafiya metodu ilə qan və sidik nümunələrinin məhkəmə-kimyəvi tədqiqatı həyata keçirilmişdir. Müayinə üçün götürülmüş qan və sidik nümunələrinin üzərinə ayrıayrılıqda Keldal kolbasına 10 ml distillə suyu əlavə olundu, oksalat turşusu ilə universal indiqator kağızma görə pH=2-yə qədər turşulaşdırıldı və üzərinə 30 ml xloroform əlavə olunaraq qarışdırıldı. Sakit halda 2 saat saxlandıqdan sonra 2000 dövr/dəqiqə sürətilə 15 dəqiqə müddətində sentrafuqalaşdırıldı. Hazır məhlulun həlledici təbəqəsi ayrıldıqdan sonra, ayrılmış üzvi təbəqənin bir hissəsi şüşə flakona, qalan hissəsi isə Petri kasasına süzüldü. Kolbada qalan turş su mayesi 25%-li ammonyak məhlulu ilə universal indiqator kağızına görə pH=9-a qədər qələviləşdirildi. Üzərinə 30 ml xloroform əlavə edilib qarışdırıldı və 4 saat müddətində sakit vəziyyətdə saxlandıqdan sonra 2000 dövr/dəqiqə sürətilə 15 dəqiqə müddətində sentrafuqalaşdırıldı. Həlledici təbəqəsi ayrılandan sonra ayrılmış üzvi təbəqənin bir hissəsi şüşə flakona, qalan hissəsi isə Petri kasasına süzüldü. Ayrılan turşu və qələvi xassəli çıxarışlar 0,5 ml-yə qədər buxarlandırıldıqadan sonra ayrı-ayrı «silifol» nazik təbəqəli xromatoqrafiya lövhələrində tədqiqata başlanıldı. 1-ci lövhəyə qan və sidik nümulərindən alınmış turşu və qələvi xassəli çıxarışların hər birindən ayrı-ayrılıqda dörd müxtəlif nöqtədə start xəttinə yeridildi. Müqayisə məqsədilə beşinci «şahid zonasına» morfınin standart məhlulu bir nöqtədə yeridildi. Sonra lövhə etilasetat : metanol : ammonyak (85:10:5) sistemində xromatoqraflaşdırıldı. Həlledici təbəqə 10 sm qət etdikdən sonra lövhə kameradan çıxarılıb ıçıq havada qurudularaq tədqiq olunan maddənin aşkarlanması üçün «Dragendorf» reaktivi bismutsubnitratın kalium yodiddəki məhlulu) ilə işlənildi. Tədqiq olunan zonada heç bir ləkə müşahidə lunmadı. «Şahid» zonasında isə sarı fonda narıncı ləkə müşahidə olundu. 2-ci lövhəyə qan və sidik nümulərindən alınmış turşu və qələvi xassəli çıxarışların hər birindən ayrı-ayrılıqda dörd müxtəlif nöqtədə start xəttinə yeridildi. Beşinci nöqtədə «şahid» məqsədilə mfetaminin standart məhlulu start xəttində yeridildi. Sonra lövhə etilasetat : metanol : ammonyak (85:10:5) sistemində xromatoqraflaşdırıldı. Həlledici təbəqə 10 sm qət etdikdən sonra lövhə kameradan çıxarılıb açıq havada quruduldu, aşkarlanması üçün «Ninhidrin»in etil spirtindəki 10%-li məhlulu ilə işlənildi, dərhal 125° C temperaturda termostatda saxlanıldı. 15 dəqiqə sonra lövhə termostatdan çıxarıldı. Tədqiq olunan zonada heç bir rəng müşahidə olunmadı. «Şahid» zonasında isə çəhrayıbənövşəyi ləkə müşahidə olundu. 3-cü lövhəyə qan və sidik nümunəsindən alınmış qələvi xassəli çıxarışlar iki müxtəlif nöqtədə start xəttinə yeridildi. «Şahid» məqsədilə kannabinoidlərin standart məhlulu digər nöqtədə start xəttinə yeridildi. Sonra lövhə etilasetat : metanol : ammonyak (85:10:5) sistemində xromatoqraflaşdırıldı. Həlledici təbəqəsi 10 sm qət etdikdən sonra lövhə kameradan çıxarılıb açıq havada quruduldu, aşkarlanması üçün «Fast Blue B» reaktivinin natrium karbonatın 10%-li məhlulunda olan 0,1%-li məhlulu ilə işlənildi. Tədqiq olunan zonada heç bir ləkə müşahidə olunmadı. «Şahid» zonasında isə çəhrayı-qırmızı rəng müşahidə olundu. 4-ci lövhəyə qan və sidik nümulərindən alınmış turşu və qələvi xassəli çıxarışların hər birindən ayrı-ayrılıqda dörd müxtəlif nöqtədə start xəttinə yeridildi. «Şahid» məqsədilə aminazinin standart məhlulu beşinci nöqtədə start xəttinə yeridildi. Sonra lövhə etilasetat : metanol : ammonyak (85:10:5) sistemində xromatoqraflaşdırıldı. Həlledici təbəqə 10 sm qət etdikdən sonra lövhə kameradan çıxarılıb açıq havada quruduldu, aşkarlanması üçün «FNP» reaktivi ilə işlənildi. Bu zaman tədqiq olunan zonada heç bir rəng müşahidə olunmadı. «Şahid» zonasında isə çəhrayıqırmızı rəng müşahidə olundu. 5-ci lövhəyə qan və sidik nümulərindən alınmış turşu və qələvi xassəli çıxarışların hər birindən ayrı-ayrılıqda dörd müxtəlif nöqtədə start xəttinə yeridildi. «Şahid» məqsədilə beşinci nöqtədə renobarbitalın spirtli məhlulu start xəttinə yeridildi. Sonra lövhə içərisində xloroform : aseton (9:1) sistemi olan kameraya yerləşdirildi. Həlledici təbəqə 10 sm qət etdikdən sonra lövhə kameradan çıxarılıb açıq havada quruduldu, aşkarlanması üçün ilkin olaraq difenil-karbazonun 0,02%-li xloroformlu, sonra sə civə sulfat məhlulu ilə işlənildi. Bu zaman tədqiq zonada rəng dəyişikliyi müşahidə olunmadı. «Şahid» zonasında isə bənövşəyi-göy və qırmızı-bənövşəyi rəngli ləkə müşahidə olundu. Çıxarışların qalan hissəsi rəngli reaksiyalar üçün istifadə olundu. Bunun üçün 10 ədəd çini kasa götürülüb ayrı-ayrılıqda turşu və qələvi xassəli çıxarışlar kasalara tökülərək quru qalıq almana qədər buxarlandırıldı. Bundan sonra müvafiq olaraq həm turş, həm də qələvi xassəli kasalara qatı sulfat turşusu, qatı nitrat turşusu, Marki reaktivi, FeCl3 3%-li məhlulu, Frede reaktivi əlavə olundu. Heç bir dəyişiklik müşahidə olunmadı. İddiaçı götürülmüş qan və sidik nümunələrinin məhkəməkimyəvi tədqiqatına əsasən və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: İddiaçı götürülmüş qan və sidik nümunələrində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi.” Göründüyü kimi işin birinci instansiya icraatı zamanı məhkəmənin xx.xx.2022-ci il tarixli və xx.xx.2023- cü il tarixli qərardadları əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 tərəfindən keçirilmiş məhkəmə tibbi ekspertizalarının nəticələrinə əsasən də iddiaçıdan götürülmüş nümunələrdə narkotik vasitə aşkar edilməmişdir. “Fövqəladə hallar orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.5-ci maddəsində fövqəladə hallar orqanlarından xaric etmə intizam tənbehinin tətbiqinin konkret əsasları: - vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, - habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin 1286/ş nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin qəbul edilməsinə əsas olmuş halların mövcudluğu mübahisələndirilən qərarda əsaslandırılmamışdır. Belə ki, müvafiq qərarla qurumda fəaliyyət məhdudiyyəti məhz narkoloji xəstələr üçün müəyyən edilmiş, iddiaçının narkoloji xəstə, yəni narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxs olması müəyyən edilməmiş, eləcə də iddiaçı fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinədən keçməkdən imtina etməmişdir. Əksinə, sonradan dəfələrlə qeyd edilən halın təkzibi üçün dəfələrlə müayinədən keçmiş, eləcə də həmin hal məhkəmə tərəfindən keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyi ilə də təkzib olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-480/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-480/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.