Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-621/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Təhsildə X2rşı “diplom üzrə ixtisasının tanınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X9-Yusiflinin katibliyi, İddiaçnın nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “diplom üzrə ixtisasının tanınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3864/2021 saylı 24 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X10 Universiteti tərəfindən verilmiş STU 000380 saylı 27.07.2016-cı il tarixli diplomdan görünür ki, İddiaçı 07.12.2016-cı il tarixdə əczaçılıq bakalavr akademik dərəcəsi verilmişdir. İddiaçı ona verilmiş diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsinə dair ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh orqan tərəfindən iddiaçıya sonuncu dəfə ünvanlanmış 22.12.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, X8 Tədris Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o, həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyrimümkündür. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “Gürcüstan Respublikasının Qori şəhərində yerləşən Suxişvili Tədris Universitetində aldığı ali təhsil haqqında STU 000380 saylı 27.07.2016-cı il tarixli diplom üzrə ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və bu barədə cavabdehin imtinasının qanunsuz hesab edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, orta təhsilini bitirdikdən sonra, ali təhsil almaq üçün 2012-ci ildə Gürcüstan Respublikasının Qori şəhərində yerləşən Suxişvili Tədris Universitetinə daxil olmuş, ali təhsilini əyani şöbədə, ictimai elmlər fakültəsinin əczaçılıq ixtisası üzrə 2016-cı ildə bitirmiş, bu barədə ona STU 000380 saylı “bakalavr diplomu” verilmişdir. Daha sonra o, aldığı ixtisas üzrə işlə təmin edilməsi və işsiz, xəstə olan Vətən müharibəsi qazisi ərini, anadangəlmə 1-ci qrup əlil və sağlamlıq imkanları məhdud olan qızını maddi cəhətdən təmin etməsi məqsədilə diplom üzrə ixtisasının tanınması üçün Azərbaycan Respublikası Prezidentinə müraciət etmiş, müraciət baxılması üçün aidiyyatı üzrə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yönləndirilmiş, lakin müraciətinin təmin olunmasından imtina olunmuşdur. O, ali təhsilini Gürcüstanda almaq qərarına gələndə ilk növbədə öz ailəsinə daha yaxın olmağını nəzərə almışdır. Xaricdə təhsil dövründə yeni mühit, yeni insanlar, yeni fənlər, yeni müəllimlər, hər şey yenidir və 17 yaşlı gənc bir qız üçün bu daha da çətindir. O, ikinci kursu tam bitirdikdən sonra 2014-cü ilin payızında ailə həyatı qurmuşdur. Bu səbəbdən təhsil müəssisəndə 3-cü kursun birinci semestrində cəmi 38 gün iştirak etmişdir. Daha sonra 2014-cü ilin noyabr və dekabr aylarında əri ilə onun yaşadığı Rusiya Federasiyasının Maxaçkala şəhərində yaşamışdır. Lakin Maxaçkala şəhərində qaldıqları müddətdə 3-cü kursun 1-ci semestrinin tədris proqramını mənimsəmiş və 2015-ci ilin yanvar ayında imtahanlarını verərək növbəti semestrə buraxılmışdır. 2015-ci ilin yanvar ayının ikinci yarısından aprel ayına kimi yenə də əri ilə Maxaçkala şəhərində yaşamışdır. Həmin dövr ərzində keçirilmiş tədris kursunu mənimsəyərək 2015-ci ilin aprel, may, iyun və iyul aylarında qısa müddətlərlə “Universitetdə” olmuş və akademik borclarını ödəmişdir. 2015-ci ilin iyul ayının 26-da onun qız övladı doğulmuşdur. Uşaq doğulan zaman aldığı xəsarətdən (bud sümüyü çıxığı) və ixtioz xəstəliyinə tutulduğundan onun müalicəsinə və qayğısına qalmaq üçün 4-cü kursun 1-ci semestrində dərslərini məcburi olaraq 2 ay buraxmalı olmuşdur. Lakin 25 oktyabr 2015-ci ildə Universitetə gələrək, 6 gün ərzində, keçirilmiş proqramı mənimsəyərək qızının yanına qayıtmalı olmuşdur. Yenidən 3 yanvar 2016-cı ildən 9 yanvar 2016-cı ilə kimi dərslərdə iştirak edərək kursun qalan hissəsini də mənimsəmişdir. 4-cü kursun 1-ci semestrini bitirmək üçün 14 yanvar 2016-cı il tarixdə Universitetə gələrək akademik borclarını ödəmişdir. Lakin sonuncu semestrdə qızının xəstəliyi şiddətləndiyindən dərslərdə mütəmadi olaraq iştirak edə bilməmişdir. Buna baxmayaraq kursu mənimsəmək üçün 2016-cı ilin 31 mart, 14 aprel, 21 – 22 aprel, 18 iyun, 23 iyun, 4 iyul və 11 iyul tarixlərində Universitetdə olmuş və bütün akademik borclarını verərək tələb olunan sayda krediti ödəyərək ali təhsilini bitirmiş və ona bu barədə STU 000380 saylı bakalavr diplomu verilmişdir. Bütün təhsil müddətində o, yalnız 3-cü və 4-cü kursların dərslərinin bir hissəsində iştirak etməsə də, həmin dövr ərzində keçirilmiş bütün fənləri mənimsədiyi üçün Suxaşvili Tədris Universiteti bütün fənlər üzrə onun kreditlərini verdiyini diplomun əlavəsində qeyd etmişdir. Bütün bunlara baxmayaraq cavabdeh təşkilat yalnız onun xaricdə kifayət qədər olmadığını əsas gətirərək xarici ali təhsil ixtisasını tanımır. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı X4 aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentiik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən iddiaçının təqdim etdiyi diplomun AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Azərbaycan Respublikasının 30 sentyabr 1997ci il tarixli 367-İQ nömrəli Qanunu ilə «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, AR Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları» təsdiq edilmişdir. Konvensiyanın Vİ.1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş «Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr»in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər. Eyni zamanda, əhəmiyyətli fərq dedikdə, “təlim nəticələri” arasında olan fərq nəzərdə tutulur. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış «Avropa regionu üzrə Tanınma Təlimatı»nın 10-cu hissəsinə əsasən əhəmiyyətli fərq dedikdə, xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. AR Nazirlər Kabinetinin 18 iyul 2018-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq təsdiq təsdiq edilmiş «Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi»nin 2.1.48-ci bəndinə əsasən, təlimin nəticələri – təhsilalanın nələri bildiyini, mənimsədiyini və təlim prosesini bitirdikdən sonra nəyi edə biləcəyini göstərən, eləcə də bilik, bacarıq və kompetensiyaları (səriştələri) müəyyən edən göstəricilərdir. Həmin Çərçivənin 2.1.49-cü bəndinə əsasən təlimin nəticələrinin qiymətləndirilməsi - müəyyən olunmuş meyarları (təlim nəticələri ilə bağlı gözləntilər, təlimin nəticələrinin qiymətləndirilməsi) əsas götürərək, şəxsin bilik, bacarıq və (və ya) kompetensiyalarının (səriştələrinin) qiymətləndirilməsi prosedurudur. AR Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları»na əsasən (3.2) ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir: auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi; auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi), təcrübələrdə iştirak etməsi, laboratoriya işlərini yerinə yetirməsi, kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi, imtahanlara hazırlığı və imtahanları verməsi, buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi. Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür: məcburi və ardıcıl öyrənilən fənlər üzrə; məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər üzrə; tələbələrin öz seçimi əsasında öyrənilən fənlər üzrə. Oxşar ixtisas (ixtisaslaşma) üzrə tədris planları hazırlanarkən, müvafiq fənlərin məzmununun unifikasiyasına nail olunmalıdır. İddiaya dair yazılı etirazın dəlilləri: İddiaya dair əlavə onunla əsaslandırılmışdır ki, o, aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən iddiaçının təqdim etdiyi diplomun «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür (İ il – 4 ay 18 gün, İİ il – 7 ay, İİİ il – 19 gün, İV il – 20 gün). Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3864/2021 saylı 24 avqust 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin imtinasının qanunsuz sayılması, İddiaçı X5 Universitetinin “əczaçılıq” ixtisası üzrə STU 000380 nömrəli diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza və ona əlavəyə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmənin qərarı əsassız olduğundan ləğv edilməlidir. İddiaçıya verilmiş diploma əlavədən görünür ki, o, sözügedən universitetdə bakalavr pilləsi üzrə 4 il müddətində əyani təhsil almış, bu müddət ərzində o, İİİ kursda cəmi 19 gün, İV kursda isə 20 gün Gürcüstan Respublikasında olmuşdur. Cavabdehin apellyasiya şikayətinə dair etirazının dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi 22.12.2020-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə 26.01.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Təhsildə X2rşı tələbi “X10 Universiteti tərəfindən ona verilmiş STU 000380 saylı 27.07.2016-cı il tarixli diplom üzrə ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina edərək ona istinad etmişdir ki, iddiaçı, X10 Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Həmin imtina ilə razılaşmayan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdeh orqanın iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa uyğunluğuna qiymət verməklə münasibət bildirməli olmasına, cavabdeh tərəfindən sadalanan hallarla (təhsilin müddəti və məzmunu) bağlı tutarlı dəlillərin gətirilməməsinə, iddiaçının təhsil müəssisəsi olan ölkədə qısa müddətdə olması əsası ilə imtinanın AR Nazirlər Kabinetinin 64 nömrəli 13 may 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Qaydaların 3.7-ci bəndində göstərilən halları ilə uzlaşmamasına və onların dairəsinə daxil olmamasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qüeyd edilməsini zəruri hesab edir. Kollegiya ilk növbədə kassasiya instansiya məhkəməsinin oxşar işlər üzrə əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqeyinə istinadla qeyd edir ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü - özlüyündə bir qədər qeyri-müəyyəndir. Belə ki, sözügedən dəlil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Belə ki, həmin bəndə əsasən xarici ölkədə alınan təhsilin ümumi normativ müddəti, sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar və təhsilin forması ilə bağlı qiymətləndirmə meyarları nəzərdə tutulmuşdur ki, iddiaçının ixtisasının bu meyarlardan birinə uyğun gəlmədiyi iş üzrə sübuta yetirilmir. Belə ki, iddiaçının təhsilinin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olmamış, ona verilən bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (əyani) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2046/2020 saylı 01.12.2020-ci il tarixli qərarı). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların 3.3-cü bəndində təsbit edilmişdir ki, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Həmin Qaydaların 3.8-ci bəndinə görə isə tanınmaq və ekvivalentlik haqqında Şəhadətnamə almaq üçün təqdim olunmuş ixtisasla Azərbaycan Respublikasında qüvvədə olan mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər arasında müəyyən fərqlər yarandığı və ya hazırlıq sahəsi Azərbaycan Respublikasında qəbul edilmiş ali ixtisas təhsilinin istiqamətlərinin və ixtisaslarının siyahısına uyğun gəlmədiyi halda sınaq yoxlamaları da aparılır. Zəruri olduğu halda və özünün istəyi əsasında ərizəçi sınaq yoxlamaları verəcəyi fənlər üzrə ali məktəblərdə mühazirələrdə iştirak edir. Bundan başqa, 2004-cü il martın 4-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 may tarixli, 217 №-li Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gürcüstan Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in 8-ci maddəsinə əsasən Tərəflər bu Saziş imzalandığı anda və onun qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə hər iki dövlətin təhsil müəssisələri tərəfindən verilmiş ümumi, orta və texniki peşə təhsili, orta ixtisas və ali təhsil haqqında sənədlərin, habelə elmi dərəcələrin və adların verilməsini təsdiq edən sənədlərin qarşılıqlı tanınması haqqında razılığa gəlirlər. İşin hallarından müəyyən olunur ki, cavabdeh iddiaçıya verilmiş diplomu tanımaqdan imtina edərkən iddiaçının Gürcüstan Respublikası Suxişvili Tədris Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında İİİ və İV kursda həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünün yerinə yetirilməsinin qeyri-mümkün olduğuna əsaslanmışdır. 08.04.2022-ci il tarixdə Təhsildə Keyfiyyət Agentliyi tərəfindən məhkəməyə daxil olmuş 12.05.2017-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçı əyani formada təhsil almışdır. Ona 30.06.2019-cu il tarixdə verilmiş 123/0005872 saylı diplom əlavəsinin 3.2-ci bəndində əks olunmuş məlumatdan müəyyən olunur ki, ərizəçinin tədris aldığı təhsil proqramı üzrə tədris yükü 240 AKTTS (Avropa Kredit Transferi və Toplanması Sistemi) kreditindən və 6000 akademik saatdan ibarətdir. Aynurə Mirəliyevanın (Osmanovanın) təhsil aldığı ölkədə olması müddətləri İ ildə – 4 ay 18 gün, İİ ildə- 7 ay, İİİ ildə- 19 gün, İV ildə 20 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 348 saylı 24.12.2013cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci yarımbəndinə əsasən ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestri 20 həftədən ( o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir sesmestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30-a qədər (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər) kredit müəyyənləşdirilir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya məxsus xarici pasportda olan sərhədkeçmə məlumatlarına nəzər yetirildikdə müəyyən olundu ki, iddiaçı əyani təhsil aldığı 5 illik təhsil müddətində İ ildə – 4 ay 18 gün, İİ ildə 7 ay ölkə xaricində olmaqla, həmin müddət cavabdeh inzibati orqanı qane edəcək dərəcədə yetərli olsa da, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtina etməsinin əsası kimi çıxış etdiyi dəlil əsasən iddiaçının təhsil aldığı müddətdə İİİ və İV kursda 19 və 20 gün təhsil aldığı ölkədə olması ilə bağlı olmuşdur. Bu barədə məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı İİİ kursda təhsil alarkən, yəni 2014-cü ilin payızında ailə həyatı qurmuş, İİİ kursun birinci semestrində dərslərdə müəyyən müddət iştirak etmiş, daha sonra 2014-cü ilin noyabr və dekabr aylarında əri ilə onun yaşadığı Rusiya Federasiyasının Maxaçkala şəhərinə yaşamaq üçün getmiş, orada yaşamağa başlamış və bundan sonra ali məktəbə təhsilini davam etdirmək üçün Rusiyanın Maxaçkala şəhərindən getmiş, 2015-ci ilin yanvar ayının ikinci yarısından aprel ayına kimi yenə də əri ilə Maxaçkala şəhərində yaşamış, həmin dövr ərzində keçirilmiş tədris kursunu mənimsəyərək 2015-ci ilin aprel, may, iyun və iyul aylarında qısa müddətlərlə Universitetdə olmuş və akademik borclarını ödəmişdir. 2015-ci ilin iyul ayının 26-da onun qız övladı doğulmuş, uşaq doğulan zaman aldığı xəsarətdən (bud sümüyü çıxığı) onun müalicəsi ilə bağlı dərslərdə üzürlü səbəbdən tam iştirak edə bilməmiş, buna baxmayaraq keçirilmiş proqramı mənimsəyərək akademik borclarını ödəmiş və ali təhsilini bitirdiyi üçün ona bu barədə STU 000380 saylı bakalavr diplomu verilmişdir. Göründüyü kimi, iddiaçı təhsil aldığı Gürcüstan Respublikası ərazisində olan Universitetə təkcə Azərbaycan ərazisinin sərhədkeçməsindən deyil, həm də ailə həyatı qurduqdan sonra (İİİ və İV kursda) həyat yoldaşı ilə yaşadığı Rusiyanın Maxaçkala şəhərindən gedib-gəldiyi üçün (bu barədə məlumat iddiaçının xarici pasportunda qeyd olunmuşdur), bu halın isə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən müəyyən edilməsinin qeyri-mümkünlüyü cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmamış, buna görə də iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər (İİİ və İV kurslar üzrə) düzgün hesablanmamış və nəticədə cavabdeh inzibati orqan tərəfindən mənfi rəy verilmişdir. Digər tərəfdən, iddiaçı İİİ və İV kurslarda təhsil aldığı dövlətə gedib bütün dərslərdə mütəmadi olaraq iştirak edə bilmədiyini övladının xəstəliyi ilə əlaqələndirir ki, bu hal da iş materiallarında olan iddiaçının övladı ilə bağlı verilmiş tibbi arayışlarla öz təsdiqini tapır. Belə ki, Balakən rayon Mərkəzi Xəstəxanasının 25.06.2018-ci il tarixli tibbi arayışınlarından görünür ki, Aynurə Mirəliyevanın 26.07.2015-ci il təvəllüdlü qızı X6 anadangəlmə budun birtərəfli çıxığı dioqnozu ilə MRX-da Həkim Travmatoloqun dispenser qeydiyyatındadır və əlillik təyin olunmuşdur. Belə ki, o, 24.04.2015-ci il tarixdə müraciət etmiş, yoxlama zamanı 24 həftəlik hamiləlik qeydə alınmış, müayinələr nəticəsində döldə anadangəlmə anemiya aşkarlanaraq müalicə təyin edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı təhsil aldığı müddətdə mütəmadi olaraq təhsil aldığı xarici ölkəyə gedib gəlmiş, həmin ölkədə olmadığı dövrün üzrlü səbəbi barədə isə məhkəməyə sübut təqdim etmiş, bundan əlavə, iddiaçının təhsil aldığı müəssisə tərəfindən tədris yükünün tam mənimsənilməsinə görə bakalavr diplomu verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tədris yükünü yerinə yetirdiyi halda, mənfi rəyin verilməsinə əsas olan qanunvericiliklə nəzərdə tutulan hər hansı halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, cavabdehin diplomun tanınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Oxşar işlər üzrə Azərbayxcan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi müvafiq qərarlarında belə sərgilənmişdir (2-1(102)- 2046/2020 saylı 01.12.2020-ci il tarixli qərarı). Beləliklə, cavabdehin təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olduğu və diploma əlavədə qeyd olunmuş tədris yükünün yerinə yetirilmədiyinə dair bildirdiyi dəlillər əsassız olmuşdur, işdəki mövcud sübutlarla bunun əksi təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün iddiaçının tələbin təmin olunmasından cavabdehin imtina etməsi əsassız olmuşdur. Bundan başqa, qanunvericilikdə iddiaçının təhsil aldığı ölkədə olması müddəti deyil, ixtisas almaq üçün təlimin ümumi normativ müddətinin Azərbaycan Respublikasındakı təhsilin dövlət standartlarına uyğunluğun araşdırılması müəyyən edilmişdir. Kollegiya həmçinin qeyd edir ki, işin hallarından göründüyü kimi, cavabdeh ümumi qaydada, hər hansı konkret hallara və sübutlara istinad etmədən tədris yükünün yerinə yetirilmədiyinə əsaslanmaqla diplomu tanımaqdan imtina etmişdir. Bu, yolverilməzdir. Əslində isə cavabdeh bu halda, Qaydaların 3.7-ci bəndinə uyğun olaraq təhsil sahəsində ixtisasın tanınması və ya təhsilin məzmununun uyğunluğu haqqında mənfi rəylərə istinad etməli və həmin rəyləri məhkəməyə təqdim etməli idi. Lakin nə iddiaçının müraciətini təmin etməkdən imtina ilə bağlı məktubunda, nə də birinci instansiyası məhkəməsindəki icraat zamanı cavabdeh həmin zəruri sübutları təqdim etməmişdir. Kollegiya həmçinin qeyd edir ki, hazırkı iş üzrə məhkəmənin özü tərəfindən də mənfi rəy verilməsinə əsas ola biləcək Qaydaların 3.7-ci bəndində sadalanmış hallardan hər hansı biri də müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3864/2021 saylı 24 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3864/2021 saylı 24 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-621/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-621/2022
13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver