Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-622/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6246/2023 saylı 12 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. İddiaçıya məxsus ******* nömrəli, xx.xx.1979-cu il tarixli əmək kitabçasındakı qeydlərdən görünür ki, o, xx.xx.1979-xx.xx.1979, xx.xx.1979-xx.xx.1981 (hərbi xidmət), xx.xx.1982-xx.xx.1982, xx.xx.1983-xx.xx.1983, xx.xx.1983-xx.xx.1984, xx.xx.1989xx.xx.1990, xx.xx.1990-xx.xx.1991, xx.xx.1991-xx.xx.1991, xx.xx.1991- xx.xx.1994, xx.xx.1997-ci ildən xx.xx.2021-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. “Azneft” İB tərəfindən verilmiş 05 noyabr 2022-ci il tarixli SOCAR **********10210033B00498 nömrəli məktuba əsasən iddiaçı H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin 3 №-li neft mədənində xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək və 2 №-li neft mədənində xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operator, 2 №-li neft və qazçıxarma sexində xx.xx.2001-ci il tarixdən 05.11 2002-ci il tarixədək quyuların yeraltı təmiri üzrə operator və xx.xx.2002-ci il tarixdən xx.xx.2015-ci il tarixədək əmtəə operatoru, 1 saylı neft və qazçıxarma sahəsinin neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək əmtəə operatoru, Elmi-tədqiqat və istehsalat işləri sahəsinin lay sularının utilizasiyası xidmət sahəsində xx.xx.2016-cı il tarixdən xx.xx.2018ci il tarixədək lay təzyiqinin saxlanması üzrə operator və 1 saylı neft və qazçıxarma sahəsinin neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmtəə operatoru peşəsində işləmişdir. Onun H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsində xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək (03 il 06 ay 06 gün) işlədiyi quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa, görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 10-cu «Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı» bölməsinin 10.2-ci «Neft, qaz və qaz kondensatının hasilatı» yarımbölməsində qeyd edilmiş «quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar» peşəsi ilə, xx.xx.2001-ci il tarixdən 05.11,2002-ci il tarixədək (01 il 06 ay 06 gün) işlədiyi quyuların yeraltı təmiri üzrə operator peşəsi həmin yarımbölmədə qeyd edilmiş «quyuların yeraltı təmiri üzrə operatorlar» peşəsi ilə, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək (01 il 06 ay 25 gün) işlədiyi lay təzyiqinin saxlanması üzrə operator peşəsi həmin yarımbölmədə qeyd edilmiş «laylarda təzyiqin saxlanması üzrə operatorlar» peşəsi ilə eynilik təşkil edir. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu iddiaçıya ünvanlanmış 5 yanvar 2023-cü il tarixli, **********7 nömrəli imtina məktubunda göstərmişdir ki, onun güzəştli iş stajı 12 il 6 aydan az (6 il 7 ay 5 gün (xx.xx.1997- xx.xx.2002-ci il, xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin qeyd olunan məktubundan narazı qalan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 3 ünvanında qeydiyyatdadır və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. O, xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. xx.xx.1997-cı il tarixindən xx.xx.1997-ci il tarixədək H.Z.Tağıyev adına Neft Qazçıxarma İdarəsinin 3 N-li neft mədənində, xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək 2 N-li neft mədənində quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operator, 2 N-li neft qazçıxarma sexində xx.xx.2001-ci il tarixindən xx.xx.2002-ci il tarixədək quyuların yeraltı təmiri üzrə operator və xx.xx.2002-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək əmtəə operatoru, 1 saylı neft və qazçıxarma sahəsinin neftin yığılma və nəqli xidmət sahəsində xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək əmtəə operatoru, Elmi-Təhqiqat və istehsalat işləri sahəsinin lay sularının utilizasiyası xidmət sahəsində xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək lay təzyiqinin saxlanılması üzrə operator və 1 saylı neft və qazçıxarma sahəsinin neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək əmtəə operatoru peşəsində işləmişdir. Socar-dan aldığı SOCAR**********10210033B00498 saylı arayışda yalnız onun xx.xx.1997-ci ildən xx.xx.2001-ci ilədək işlədiyi quyuların əsaslı təmiri üzrə operator peşəsi, xx.xx.2001- ci ildən xx.xx.2002-ci il tarixədək işlədiyi quyuların yeraltı təmiri üzrə operator peşəsi və xx.xx.2016-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək işlədiyi lay təzyiqinin saxlanması üzrə operator peşəsi zərərli iş hesab edilib. İşlədiyi əmtəə operatoru peşəsini Socar şirkəti zərərli iş hesab etməyib. Bugünə kimi zərərli işlərdə işlədiyi iş stajı 26 gün, 3 ay, 26 il təşkil edir. 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və hal-hazıra kimi ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi xahişi ilə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli il tarixli **********7 nömrəli məktubu ilə onun xahişindən imtina olunmuş və imtina onunla əsaslandırılmışdır ki, güzəştli pensiya hüququ verən 12 il 6 ay güzəştli iş stajı yoxdur və guya ki, onun cəmi 6 il 7 ay 5 gün güzəştli iş stajı var. Halbuki, 1 saylı neft və qazçıxarma sahəsinin neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2018-ci il tarixindən bugünə kimi işlədiyi əmtəə operatoru peşəsi zərərli iş sayılır. Bu peşənin zərərli iş olması səbəbi ilə ona hər ay əlavə ödənişlər olunur. Bildirir ki, “əmtəə operatoru” peşəsi zərərli işdir. Həmin işdə o, yerdən çıxan nefti digər kimyəvi maddələrdən ayrılması ilə məşğul olur. İlk xam və çirkli nefti o, qarşılayıb ayırır. “Əmtəə operatoru” peşəsi birmənalı olaraq zərərli işdir. Halhazırda da, həmin vəzifədə çalışır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdehin ona verilən cavabını, yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmamasını haqsızlıq hesab edir. Müraciətinə verilən cavablar tam əsassızdır. Bütün yuxarıda qeyd etdiklərini, işlədiyi əmək şəraitinin xüsusilə ağır olmasını, 25 ildən artıq əmək stajının olmasını və həmin illərin hamısının zərərli işlərdə işlədiyini nəzərə alaraq düşünür ki, cavabdehin müraciətini imtina cavabı ilə cavablandırması ona qarşı haqsızlıqdır və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmaması qanunsuzluqdur və onun hüquqlarını pozur. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı xx.xx.2022- ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi filialın cavab məktubuna əsasən ərizəçinin əmək kitabçasında qeyd olunan dövrlər ərzində müxtəlif vəzifələrdə işlədiyinə dair aparılmış qeydlər güzəştli arayışlar əsasında təsdiq olunaraq müvafiq sənədlər Filiala təqdim olunduqdan sonra yenidən baxılacağı bildirilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə). çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı ünvanlanan cavab məktubunda da qeyd olunduğu kimi, iddiaçının əmək kitabçasında qeyd olunan dövrlər ərzində müxtəlif vəzifələrdə işlədiyinə dair aparılmış qeydlərin güzəştli arayışlar əsasında təsdiq olunması ilə bağlı müvafiq sənədlər Filiala təqdim olunmamışdır. Belə olan halda, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6246/2023 nömrəli 12 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 60 yaşından, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan dövrlər ərzində müxtəlif vəzifələrdə işlədiyinə dair aparılmış qeydlərin güzəştli arayışlar əsasında təsdiq olunması ilə bağlı müvafiq sənədlər Filiala təqdim olunmamışdır. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-897/2024 nömrəli 18 aprel 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2209/2024 saylı 27 sentyabr 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli 2-1(103)-897/2024 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Əlavə olaraq qeyd olunur ki, hazırki işdə apellyasiya şikayəti cavabdeh tərəfindən verildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi hissədə yoxlanılır. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi 5 yanvar 2023-cü il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. O, 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun güzəştli iş stajının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. Həmin qətnamə apellyasiya qaydasında dəyişdirilmədən saxlanılsa da, kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi fərqli olmuşdur. Belə ki, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2209/2024 saylı 27 sentyabr 2024cü il tarixli qərarında göstərilmişdir ki, “nə birinci instansiya məhkəməsinin qərarında, nə də apellyasiya instansiya məhkəməsinin qərarında iddiaçının malik olduğu fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı barədə, eyni zamanda həmin kapitalın güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan pensiya kapitalına uyqun olub-olmaması barədə qeyd öz əksini tapmamış, bununla bağlı məhkəmələr tərəfindən hər hansı araşdırılma aparılmamışdır.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla bağlı işin təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün qanunla müəyyən edilmiş şərtlərin ödənilibödənilməməsi məsələsini yenidən araşdırmışdır. Qeyd olunmalıdır ki, iddiaçının 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olduğundan hazırki inzibati mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyası tətbiq olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsində deyilirdi: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını dörd xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması; 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) çalışması; 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmaması. Göründüyü kimi, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olması, həmin tarixə, yəni xx.xx.2021-ci il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olması, güzəştli iş stajının iş yeri tərəfindən təsdiqlənməsi və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının ona əmək pensiyası təyin edilməsi üçün yetərli olması gərəkdir. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə əmək kitabçasını və güzəştli iş stajına dair arayışını təqdim etmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə ümumi iş stajının iş materiallarında olan əmək kitabçasına əsasən 25 ildən artıq olduğu müəyyən olunur. Bu hal cavabdeh qurum tərəfindən də mübahisələndirilmir. Buna görə də iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi - 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajının olması halı mübahisələndirilir. Belə ki, iddiaçıya ünvanlanmış imtina məktublarında, iddiaya dair etirazda həmçinin apellyasiya şikayətində ona istinad edilmişdir ki, “iddiaçının əmək kitabçasında qeyd olunan dövrlər ərzində müxtəlif vəzifələrdə işlədiyinə dair aparılmış qeydlərin güzəştli arayışlar əsasında təsdiq olunması ilə bağlı müvafiq sənədlər Filiala təqdim olunmamışdır.” Halbuki “Azneft” İB tərəfindən verilmiş 05 noyabr 2022-ci il tarixli SOCAR **********10210033B00498 nömrəli məktuba əsasən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, o, H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin 3 №-li neft mədənində xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək və 2 №-li neft mədənində xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək quyuların əsaslı və yeraltıtəmirlərə hazırlanması üzrə operator, 2 №-li neft və qazçıxarma sexində xx.xx.2001-ci il tarixdən 05.11 2002-ci il tarixədək quyuların yeraltı təmiri üzrə operator və xx.xx.2002-ci il tarixdən xx.xx.2015-ci il tarixədək əmtəə operatoru, 1 sayiı neft və qazçıxarma sahəsinin neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək əmtəə operatoru, Elmi-tədqiqat və istehsalat işləri sahəsinin lay sularının utilizasiyası xidmət sahəsində xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək lay təzyiqinin saxlanması üzrə operator və 1 saylı neft və qazçıxarma sahəsinin neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmtəə operatoru peşəsində işləmişdir. Onun H.Z.Tağıyev adma Neft və Qazçıxarma İdarəsində xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək (03 il 06 ay 06 gün) işlədiyiniz quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa, görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısfnm 10-cu «Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı» bölməsinin 10.2-ci «Neft, qaz və qaz kondensatının hasilatı» yarımbölməsində qeyd edilmiş «quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar» peşəsi ilə, xx.xx.2001 -ci il tarixdən 05.11,2002-ci il tarixədək (01 il 06 ay 06 gün) işlədiyi quyuların yeraltı təmiri üzrə operator peşəsi həmin yarımbölmədə qeyd edilmiş «quyuların yeraltı təmiri üzrə operatorlar» peşəsi ilə, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək (01 il 06 ay 25 gün) işlədiyi lay təzyiqinin saxlanması üzrə operator peşəsi həmin yarımbölmədə qeyd edilmiş «laylarda təzyiqin saxlanması üzrə operatorlar» peşəsi ilə eynilik təşkil edir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğusuna əsasən ““Azneft” İstehsalat Birliyi tərəfindən verilmiş 14-2- 1/2-613/2023 nömrəli 30 mart 2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdu ki, sorğu məktubunda və SOCAR-ın Baş ofisinin Mərkəzi arxivi tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli SOCAR**********80020123X00340 nömrəli arxiv arayışındakı qeydlərə əsasən İddiaçı “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin 1 saylı neft və qazçıxarma sahəsinin neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmtəə operatoru peşəsində işləmişdir. İddiaçı H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin 1 saylı neft və qazçıxarma sahəsinin Neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2- ci “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan peşə və vəzifələrlə eynilik təşkil etmir. Lakin, 1 saylı neft və qazçıxarma sahəsinin Neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (03 il 11 ay 07 gün) işlədiyi əmtəə operatoru peşəsində yerinə yetirdiyi işlərin xüsusiyyətləri həmin qərarın 10.5-ci “Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” yarımbölməsinin 1-ci bəndində nəzərdə tutulmuş “İstehsalatda neft xammalının hazırlanmasında məşğul olan əmtəə operatorları" peşəsinin işinin xüsusiyyətlərinə uyğundur. Belə ki, Neft və qazçıxarma sahəsinin Neftin yığılması və nəqli xidmət sahəsində işləyən əmtəə operatorları aşağıdakı işləri yerinə yetirirlər: Neft məhsulunun (quyu məhsulunun) tərkibində olan mexaniki qarışıqların və suyun neftdən ayrılması. Neft məhsullarının rezervuarlarda, sistemlərdə ölçülməsi. Nümunə götürülməsi. Tutumlardan və rezervuarlardan suyun və çirkabın vurulması və xaric edilməsi. Rezervuarlarda (çənlərdə), sistemlər və başqa tutumlarda neftin, neft məhsullarının xüsusi çəkisinin müəyyən edilməsi. Neft tutucularından neftin və neft məhsullarının yığılması və ölçü çənlərinə vurulması. Rezervuarlardan suyun və çirkabın vurulması. Rezervuarlarda (çənlərdə) kalibr cədvəlinə əsasən maye məhsullarının həcminin müəyyən edilməsi. Rezervuarların və tutumların həcmlərinin ölçülməsində iştirak edilməsi. Rezervuarların, boru kəmərlərin, boşaltma- doldurma avadanlığının və başqa avadanlığın təmirə hazırlanması. Yuxarıda qeyd edilən işlər Azərbaycan Respublikası neft sənayesi sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçasının (hissə 36) “Neft və neft məhsullarının, qazın, şistin, kömürün emalı və magistral boru kəmərlərinə xidmət" bölməsində mövcud olan "əmtəə operatoru” peşəsinin işinin xüsusiyyətləri ilə eynidir. Sorğu məktubundakı qeydlərə əsasən bildirirlər ki, İddiaçı işlədiyi əmtəə operatoru peşəsi yerinə yetrilən işin xüsusiyyətlərinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 12-ci “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 3-cü “Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı" yarımbölməsində ******* a- 16085 kodu ilə qeyd edilmiş “istehsalatda neft xammalının hazırlanmasında məşğul olan əmtəə operatorları” peşəsinin işinin xüsusiyyətlərinə də uyğundur. “Azneft” İstehsalat Birliyi tərəfindən verilmiş 14-2- 1/2-1159/2023 nömrəli 16 iyun 2023-cü il tarixli cavab məktubuna əsasən, SOCARın Baş ofisinin Mərkəzi arxivi tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli SOCAR**********80020123X00340 nömrəli arxiv arayışından müəyyən olunur ki, İddiaçı H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin 3 №-li neft mədənində xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək və 2 №-li neft mədənində xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operator, 2 №-li neft və qazçıxarma sexində xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək quyuların yeraltı təmiri üzrə operator və xx.xx.2002-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, 1 saylı neft və qazçıxarma sahəsinin neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək əmtəə operatoru, Elmi- tədqiqat və istehsalat işləri sahəsinin lay sularının utilizasiyası xidmət sahəsində xx.xx.2016- cı il tarixdən xx.xx.2018-ci il tarixədək lay təzyiqinin saxlanması üzrə operator və 1 saylı neft və qazçıxarma sahəsinin neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmtəə operatoru peşəsində işləmişdir. İddiaçı H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsində xx.xx.1997- ci il tarixdən xx.xx.2001-ci il tarixədək (03 il 06 ay 07 gün) işlədiyi quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operator peşəsi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 12-ci (XXİİ) “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 12.2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsində 2130200a—15866 kodu ilə qeyd edilmiş “quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar” peşəsi ilə, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək (01 il 06 ay 05 gün) işlədiyi quyuların yeraltı təmiri üzrə operator peşəsi həmin yarımbölmədə 2130200a—15870 kodu ilə qeyd edilmiş “quyuların yeraltıtəmiri üzrə operatorlar” peşəsi ilə, xx.xx.2016-cı il tarixdən xx.xx.2018- ci il tarixədək (01 il 06 ay 25 gün) işlədiyi lay təzyiqinin saxlanması üzrə operator peşəsi həmin yarımbölmədə 2130200a—15868 kodu ilə qeyd edilmiş «laylarda təzyiqin saxlanması üzrə operatorlar» peşəsi ilə eynilik təşkil edir (2 №-li siyahınin 12.2-ci yariblölməsində nəzərdə tutulan peşələr üzrə ümümi iş stajı 06 il 07 ay 05 gün). İddiaçı H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin Neft və qazçıxarma sahələrinin neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2002-ci il tarixdən xx.xx.2016-cı il tarixədək (14 il 01 ay 22 gün) işlədiyi əmtəə operatoru peşəsi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 12-ci (XXİİ) “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 12.2-ci «Neft, qaz və qaz kondensatının hasilatı» yarımbölməsində nəzərdə tutulan peşə və vəzifələrlə eynilik təşkil etmir. Lakin Neft və qazçıxarma sahələrinin neftin yığılması və nəqli xidmət sahəsində əmtəə operatoru peşəsində işləyərkən yerinə yetirdiyi işlərin xüsusiyyətləri həmin Siyahının 12.3-cü “Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı" yarımbölməsində nəzərdə tutulmuş “istehsalatda neft xammalının hazırlanmasında məşğul olan əmtəə operatorları” peşəsinin işinin xüsusiyyətlərinə uyğundur. Belə ki, Neft və qazçıxarma sahələrinin neftin yığılması və nəqli xidmət sahəsində işləyən əmtəə operatorları aşağıdakı işləri yerinə yetirirlər: Neft məhsulunun (quyu məhsulunun) tərkibində olan mexaniki qarışıqların və suyun neftdən ayrılması. Neft məhsullarının rezervuarlarda, sistemlərdə, neft kəmərlərində ölçülməsi. Nümunə götürülməsi. Tutumlardan və rezervuarlardan suyun və çirkabın vurulması və xaric edilməsi. Rezervuarlarda (çənlərdə), sistemlər və başqa tutumlarda neftin, neft məhsullarının xüsusi çəkisinin müəyyən edilməsi. Neft tutucularından neftin və neft məhsullarının yığılması və ölçü çənlərinə vurulması. Rezervuarlardan suyun və çirkabın vurulması. Rezervuarlarda (çənlərdə) kalibr cədvəlinə əsasən maye məhsullarının həcminin müəyyən edilməsi. Rezervuarların və tutumların həcmlərinin ölçülməsində iştirak edilməsi. Rezervuarların, boru kəmərlərin, boşaltma-doldurma avadanlığının və başqa avadanlığın təmirə hazırlanması. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 156-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq (Yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir), Neft və qazçıxarma sahələrinin neftin yığılması və nəqli xidmət sahəsində yerinə yetirilən işlər Azərbaycan Respublikası neft sənayesi sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-ixtisas Sorğu kitabçasının “Neft və neft məhsullarının, qazın, şistin, kömürün emalı və magistral boru kəmərlərinə xidmət” bölməsində nəzərdə tutulmuş əmtəə operatorunun işinin xüsusiyyətlərinə uyğun olduğuna görə həmin işlərin icrası üçün nəzərdə tutulan ştat vahidləri əmtəə operatoru adlandırılmışdır. Məlumat üçün bildirilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivində saxlanılan əmək haqqı cədvəllərinə əsasən İddiaçı əmtəə operatoru peşəsində işlədiyi dövrdə zərərli əmək şəraitinə görə onun tarif maaşına 4 (dörd) faiz əlavə haqq ödənilmişdir. Həmçinin işin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Socar” X5 tərəfindən verilmiş 16 iyun 2023-cü il tarixli, 14-2-1/2-1159/2023 saylı məktubundan görünür ki, “İddiaçı “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin 1 saylı neft və qazçıxarma sahəsinin neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmtəə operatoru peşəsində işlədiyi qeyd edilmişdir. İddiaçı H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin 1 saylı neft və qazçıxarma sahəsinin Neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2022- ci il tarixədək işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10- cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2- ci “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan peşə və vəzifələrlə eynilik təşkil etmir. Lakin 1 saylı neft və qazçıxarma sahəsinin Neftin yığılması və nəqli xidmət sahəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2022ci il tarixədək (03 il 11 ay 07 gün) işlədiyi əmtəə operatoru peşəsində yerinə yetirdiyi işlərin xüsusiyyətləri həmin qərarın 10.5-ci “Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” yarımbölməsinin 1-ci bəndində nəzərdə tutulmuş “İstehsalatda neft xammalının hazırlanmasında məşğul olan əmtəə operatorları" peşəsinin işinin xüsusiyyətlərinə uyğundur” kimi qeyd edilmişdir. İşin ilkin apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının verdiyi sorğuya Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Socar” X5 tərəfindən verilmiş cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 1 saylı neft və qazçıxarma sahəsinin (NQÇS) Neftin yığılması və nəqli xidmət sahəsində işlədiyi əmtəə operatoru peşəsinin vəzifə təlimatının məhkəməyə təqdim edilməsi ilə bağlı bildiririk ki, SOCAR-ın xx.xx.2022-ci il tarixli SOCAR**********00040020A00082 nömrəli “Azneft” İB-nin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin ləğv edilməsi haqqında” əmri ilə H.Z.Tağıyev adına NQÇİ xx.xx.2022- ci il tarixdən ləğv edilmiş və sənədləri saxlanmaq üçün SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinə təhvil verilmişdir. Lakin sözügedən arxivdə saxlanılan sənədlərin siyahısında H.Z.Tağıyev adına NQÇİ-nin vəzifə və peşə təlimatları aşkarlanmamışdır. H.Z.Tağıyev adına NQÇİ-nin 1 saylı NQÇS-nin əmtəə operatorunun peşə təlimatı SOCARın Baş ofisinin Mərkəzi arxivində saxlanılan sənədlərin siyahısında aşkarlanmadığı üçün oxşar iş yeri olaraq, “Abşeronneft” NQÇİ-nin 1 saylı NQÇS-nin əmtəə operatorunun peşə təlimatı məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2024-cü il tarixli 81 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 № li qərarında dəyişiklik edilməsi haqqında” qərarının 1.2.1.1.4. bəndi ilə sözügedən Siyahının 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulmuş peşələrin siyahısına “əmtəə operatoru” peşəsi əlavə olunmuşdur və İddiaçı H.Z.Tağıyev adına NQÇİ-nin 1 saylı NQÇS-də işlədiyi əmtəə operatoru peşəsi həmin peşə ilə eynilik təşkil edir. Odur ki, iddiaçının 60 yaşının tamam olduğu vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) çalışması təsdiq olunur. Bununla da cavabdeh orqan iddiaçının yuxarıda qeyd olunan ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ verən vəzifələrdə işlədiyi dövrün güzəştli iş stajına hesablanmasını istisna edəcək şərtin mövcudluğunu sübuta yetirə bilməmişdir. Həmçinin iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarında qeyd olunan göstərişlə bağlı işin təkrar apellyasiya baxışı zamanı iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının miqdarı araşdırılmış və cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xidməti məktublardan aydın olmuşdur ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2021-ci il tarixə ona münasibətdə 40800,00 manat hesablanmalı olduğu halda, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 41780,37 manat təşkil edir. xx.xx.2025-ci il tarixli xidməti məktublardan görünür ki, iddiaçının xx.xx.2021-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 41843,88 manat təşkil edir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla da iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6246/2023 saylı 12 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6246/2023 saylı 12 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Cahangir Yusifov Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-622/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-622/2025
22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver