Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-623/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı və cavabdehin nümatyəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2-1(112)-1576/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci il tarixdən 2016-cı il tarixədək onun əlillik dərəcəsi 1 il müddətinə artırılmışdır. 2016-cı il tarixdən 5 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. 2021-ci il tarixdə daimi əlillik dərəcəsinin verilməsi ilə əlaqədar müraciət etmiş, lakin əlavə müayinəyə ehtiyacın olması əsası ilə əlillik müddəti uzadılmamışdır. İddiaçı hesab edir ki, onda olan xəstəlik əlillik dərəcəsinin bərpa edilməsi üçün əsas yaradır və cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya 28 mart 2011-ci il tarixli göndəriş əsasında əlillik təyin edilmiş, 31 mart 2021-ci il tarixli göndəriş əsasında 5 illik də uzadılmışdır. 07 aprel 2021-ci il tarixli göndəriş əsasında əlilliyin təyinindən imtina edilmiş, imtina səbəbi kimi göndərişin natamam doldurulması göstərilmişdir. Daha sonra 17 iyun 2021-ci il tarixli göndəriş əsasında da imtina edilmiş, imtina əsası kimi əlavə müalicəyə ehtiyacın olması qeyd edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək əlillik dərəcəsinin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək əlillik müddətinin 01 aprel 2021-ci il tarixdən müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək 1 aprel 2021-ci il tarixdən 17 iyun 2021-ci il tarixədək müddət daxil olmaqla İİ dərəcəli əlilliyi olan şəxs hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2-1(112)-1576/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 1 aprel 2021-ci il tarixdə 17 iyun 2021-ci il tarixədək müddət daxil olmaqla İİ dərəcəli əlilliyi olan şəxs hesab edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarı ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyətinə Ağsu Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2011-ci il tarixli əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik, X1: İV Sinif –Endokrin sistemin xəstəlikləri, maddələr s” E10-E14 - Şəkərli diabet z” E10 - İnsulindən asılı şəkərli diabet, Diaqnozun mətni: şəkərli diabet İİ tip, orta ağır forma, insulin tələbli, Diabetik retinapatiya. Diabetik polineyripatiya, Meyar: 2.2. İkinci dərəcə əlillikz5 DİGƏR: şəkərli diabet İİ tip, orta ağır forma, insulin tələbli, Diabetik retinapatiya.Diabetik polineyripatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra həmin xəstəxananın xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik: X1: İV Sinif – Endokrin sistemin xəstəlikləri, maddələr s” E10-E14 - Şəkərli diabet z” E10 - İnsulindən asılı şəkərli diabet, Diaqnozun mətni: şəkərli diabet İİ tip, orta ağır forma, insulin tələbli, Diabetik retinapatiya. Diabetik polineyripatiya, Meyar: 2.2. İkinci dərəcə əlillik z5 DİGƏR: şəkərli diabet İİ tip, orta ağır forma, insulin tələbli, Diabetik retinapatiya.Diabetik polineyripatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. xx.xx.2015-ci ildə sözügedən poliklinikanın 0225003AABT1 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik, X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr zə” E10-E14 - Şəkərli diabet s” Е10 - İnsulindən asılı şəkərli diabet, Diaqnozun mətni: şəkərli diabet İİ tip, orta ağır forma, insulin tələbli, Diabetik retinapatiya.Diabetik polineyripatiya, Meyar: 2.2. İkinci dərəcə əlillik 5 DİGƏR: şəkərli diabet İİ tip, orta ağır forma, insulin tələbli, Diabetik retinapatiya.Diabetik polineyripatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı ildə baxılmış və “Səbəbi: Ümumi xəstəlik, X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr s” E10-E14 - Şəkərli diabet zs E10 - İnsulindən asılı şəkərli diabet, Diaqnozun mətni: şəkərli diabet İİ tip, orta ağır forma, insulin tələbli, Diabetik retinapatiya.Diabetik polineyripatiya: Meyar: 2.2. İkinci dərəcə əlillik z5 DİGƏR: şəkərli diabet İİ tip, orta ağır forma, insulin tələbli, Diabetik retinapatiya.Diabetik polineyripatiya” səbəbi ilə beş il müddətinə verilmişdir. xx.xx.2021-ci ildə sözügedən xəstəxananın 0225003AAKCH saylı göndərişi əsasında baxılmış və “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr zs E10-E14 - Şəkərli diabet z— E13 - Şəkərli diabetin digər dəqiqləşdirilmiş formaları, Diaqnozun mətni: Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip 2, orta ağır fora, insulinətələbli. 4 işarəsi ilə), Diabetik polineyropatiya, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Aşağı ətrafların Dopler müayinələri qeyd olunmayıb” səbəbi ilə imtina verilmişdir. Şamaxı Rayon Mərkəzi xəstəxanasının xx.xx.2021-ci il tarixli 2574003AAM79 saylı göndərişi əsasında təkrarən baxılmış və “Səbəbi: Ümumi xəstəlik, Xəstəliklərin Beynəlxalq Təsnifatı: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr zs” E10-E14 - Şəkərli diabet zs E11 - İnsulindən asılı olmayan şəkərli diabet, Diaqnozun mətni: Şəkərli diabet tip 2, ağır fora, insulinətələbli.OU-Diabetik retnopatiya, Vis OU -0,2 k/etmir.Diabetik polineyropatiya. dissirkulyator ensefalopatiya.ÜÇ İİ f.s.ÜİX, sabit gərginlik stenokardiyası fs İV. Periferik qan dövranının pozğunluğu ilə., Hər iki aşağı ətrafın diabetik angiopatiyası, hər iki ayağın l-İİ barmaqlarfında diabetik yara.Hipertoniya xəstəliyi İl mərhələ, yüksək risk qrupu, Meyar: 2.2 İkinci dərəcə əlillik z5 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloii dəyişikliklər (E00,EO07- E07.9,E10,E12,E15-E16.1,E22.0-E22.1,E23.0-E23.2,...” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. iddiaçı iddia tələbində 1 aprel 2021-ci il tarixdən 17 iyun 2021-ci il tarixədək müddət daxil olmaqla İİ dərəcəli əlilliyi olan şəxs hesab edilməsini qeyd etsə də, iddiaçının əlillik vəziyyətinə məhkəmə icraatı gedişində Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0225003AAKCH saylı göndərişi əsasında baxılmış və “Göndərişin natamam doldurulması - Səbəb: Aşağı ətrafların Dopler müayinələri qeyd olunmayıb” səbəbi ilə imtina verilmişdir. Sonradan isə iddiaçının əlillik vəziyyətinə məhkəmə icraatı gedişində Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 2574003AAMT9 saylı göndərişi əsasında təkrarən baxılmış və ona müddətsiz İİ dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik təyinatı əyani müayinəsi nəticəsində olmuş və əsaslı olaraq əlillik təyinatı xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə həm ekspert rəyini, həm də məhkəmə icraatı gedişində yeni-yəni, əvvəlki imtinada qeyd olunmuş nöqsanlar aradan qaldırılmaqla göndərilmiş göndərişə əsasən əlillik vəziyyətinin qiymətləndirilməsini nəzərə almamış, açıqaşkar əsassız qərar qəbul etmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli 0225003AAKCH saylı göndərişdə qeyd olunmuş natamamlıqlar xx.xx.2021-ci il tarixli 2574003AAM79 tarixli göndərişlə aradan qaldırıldığından cavabdehin əlillik təyinatını sonuncu göndərişin göndərildiyi tarixdən müəyyən etməsi tamamilə əsaslıdır. İddiaçı, İddiaçı tələbi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1576/2022, saylı 25 iyul 2022-ci il tarixli qərarı ləğv edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, iddiaçıya 2011-ci il tarixdən əlillik müəyyən edilmiş, o 2021-ci ilin aprel ayının 1-dək fasiləsiz əlillik dərəcəsi olan şəxs olmuş, daha sonra cavabdeh ona əlilliyin təyinindən imtina etmiş, iddiaçı məhkəməyə müraciət etmiş və işə baxıldığı müddətdə ona növbəti dəfə əlillik dərəcəsi təyin edilmişdir. İş materiallarından görünür ki, ona əlillik dərəcəsi Şamaxı Rayon Mərkəzi Xəstəxanasının 16 iyun 2021-ci il tarixli göndərişi əsasında 17 iyun 2021-ci il tarixdən həyata keçirilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsində qeyd edilir ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Göründüyü kimi iddianı təmini üçün aşağıdakı şərtlər iddiaçıya münasibətdə mövcud olmalıdır. 1 Əlillik müddəti bitməli, 2. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar qiymətləndirmə aparılmalı. 3. Təkrar qiymətləndirmə nəticəsində şəxsə münasibətdə əlillik yenidən müəyyən edilməlidir. Birinci şərtlə bağlı qeyd edilməlidir ki, iddiaçının əlillik müddəti 31 mart 2016-cı ildən 5 ilk keçdikdən sonra, yəni 31 mart 2021-ci il tarixdə bitmişdir. Göründüyü kimi əlillik müddəti bitmişdir, beləliklə birinci şərt ödənilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 07 aprel 2021-ci il tarixli göndərişlə müraciət etmiş, lakin ona əlilliyin növbəti dəfə təyinindən natamam doldurulma əsası ilə imtina edilmişdir. Daha sonra isə, iddiaçı yeni göndərişlə cavabdehə yenidən müraciət etmişdir. Doğrudur cavabdeh ilkin olaraq 16 iyun 2021-ci il tarixli göndərişlə əlaqədar əlilliyin təyinindən imtina etmiş, əlavə müalicəyə ehtiyacın olması səbəbindən hesab etmişdir ki, əlillik iddiaçıya təyin edilməməlidir. Lakin, məhkəmə icraatı gedişində cavabdeh başqa göndəriş olmadan, məhz 16 iyun 2021-ci il tarixli göndərişin əslində nəzərə alınmalı olmasını, bu səbəbdən də onun 17 iyun 2021-ci il tarixdən əlilliyin təyin edilməsini qərara almışdır. Göründüyü kimi iddiaçıya münasibətdə 2-ci və 3-cü şərtlər də ödənilmişdir. Belə ki, iddiaçı 1 aprel 2021-ci il tarixdən 3 ay sonra, yəni 6 aylıq müddət keçməmiş, apardığı təkrar qiymətləndirmə nəticəsində 17 iyun 2021-ci il tarixdə iddiaçıya əslində əlilliyin təyin edilməli olduğunu müəyyən etmiş və iddiaçıya məhz 16 iyun 2021-ci il tarixli göndəriş əsasında 17 iyun 2021-ci il tarixdən əlillik təyin etmişdir. AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» 1-ci bəndinə görə: (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir;(1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.3-cü bəndinə görə üçüncü dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Qaydanın 1.2-ci bəndnə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qaydanın 2.4-cü bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, tibbi-sosial ekspert komissiyalarının müraciəti əsasında bu müddət Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 15 iş gününədək uzadıla bilər. Qaydanın 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Qaydanın 3.5-ci bəndinə görə əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən tibbi-sosial ekspert komissiyasının qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. AR Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir. Həmin Qaydanın 1.5-ci bəndinə görə göndəriş verilməsi üçün əsas aşağıdakılardır: (1.5.1) şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; (1.5.2) şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); (1.5.3) əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; (1.5.4) peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; (1.5.5) əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Hazırkı iş üzrə cavabdehin inzibati icraatı nəticəsində 16 iyun 2021-ci il tarixli göndərişinə əsasən 10 gün müddətində qərar qəbul edilməli olduğu halda həmin qərar çox sonradan qəbul edilmiş, nəticədə iddiaçının iradəsindən asılı olmayan səbəblərdən faktiki olaraq iddiaçıya əlillik 17 iyun 2021-ci il tarixdən müəyyən edilməsinə baxmayaraq faktiki olaraq məhkəmə icraatı gedişində qiymətləndirilmişdir. Cavabdeh 16 iyun 2021-ci il tarixli göndərişə əsasən 17 iyun 2021-ci il tarixdən əlilliyin olduğunu vaxtında müəyyən etsə idi iddiaçı 01 aprel -17 iyun 2021-ci il tarixləri də daxil olmaqla da əlilliyi olan şəxs hesab ediləcək idi. Kollegiya qeyd edir ki, birinci instansiya öz qərarında ekspet rəyinə qiymət verərək göstərmişdir ki, iddiaçı 01 aprel 2021-ci il tarixdən əlilliyi olan şəxs statusundadır. Bu zaman, iş materiallarında mövcud olan ekspert rəyi də vəziyyəti cavabdehin xeyrinə dəyişmir. Belə ki, hər nə qədər ekspert rəyində 16 iyun 2021-ci il göndərişdə ilkin cavabdehin imtinasının düzgün olduğunu qeyd etsə də, rəyin mötəbərliyindən söhbət gedə bilməz. Belə ki, rəyin nəticə hissəsində formasında ifadədən istifadə edilmişdir ki, əlavə müalicəyə ehtiyac olması qənaətini aşkar edilən xəstəliklərlə bağlı ağırlaşmalar tam formalaşmadığından düzgün hesab etmək olar ifadəsi konkretlikdən uzaq ifadədir. Belə ki, məhkəmə düzgün hesab etmək olar ifadəsi ilə verilmiş ekspert rəyinin mötəbərliyinə şübhə etməkdə haqlıdır, hal-hazırda həmin rəy mötəbər olsa belə, həmin rəyin mövcud halı qiymətləndirmədə sübut qismində tanınmasına zərurət də aradan qaldırmışdır. Belə ki, cavabdeh özü 16 iyun 2021-ci il tarixli göndərişin qanuniliyinə qiymət vermiş və həmin göndərişin əlilliyin müəyyən edilməsi üçün əsas hesab etmişdir ki, bu zaman ekspert rəyinin iddiaçının ziyanına olması hazırkı iş üzrə heç bir əhəmiyyət daşımır. Hazırkı iş üzrə ümumiyyətlə həmin rəyin alınmasına zərurət də mövcud olmamışdır. Belə ki, cavabdehin apardığı təkrar inzibati icraat ekspert rəyi ilə məhkəmə tərəfindən qiymətləndirilməli məsələyə artıq qiymət vermişdir. Beləliklə, iddiaçı əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar qiymətləndirmənin nəticəsində, yəni 16 iyun 2021-ci il tarixli göndərişə uyğun olaraq yenidən əlillik dərəcəsi almışdır ki, həmin hal adıçəkilən 3.3-1-ci maddəsinin tələbləri də nəzərə alınmaqla onun ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilməsi deməkdir. Odur ki, iddiaçı 01 aprel 2021-ci il tarixdən-17 iyun 2021-ci il tarixləri arasındakı dövrdə də əlilliyi olan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2-1(112)-1576/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-1(103)-623/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-623/2023
03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver