Məhkəmə qərarları › İş №2-1(103)-624/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-624/2022

04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-624/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X22 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X20 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və maliyyə sanksiyasının (cərimənin) silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2-1(112)-6141/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X20 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X20 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13.04.2021-ci il tarixli **********6611 nömrəli qərarının ləğv edilməsi və qanunsuz olaraq yazılmış 24.000 (iyirmi dörd min) manat məbləğində maliyyə sanksiyasının (cərimənin) silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, ev 6 ünvanında yerləşən “Rza" corab istehsalı obyektində fiziki şəxs kimi və vergi ödəyicisi olaraq, ailə üzvləri ilə birlikdə corab istehsal edir və bu yolla ailələrini dolandırır. Ölkədə və dünyada baş verən “Covid-19” pandemiyası ilə əlaqədar olaraq, iş prosesi son dərəcə zəifləməsinə baxmayaraq fərdi sahibkarlıqla məşğul olan şəxs kimi o, hər ay vergiləri ödəmişdir. 09.04.2021-ci il tarixdə iddiaçı və 2 nəfər ailə üzvü ilə birlikdə corab sexində öz iş fəaliyyətləri ilə məşğul olan zaman, özlərini vergi əməkdaşları kimi təqdim edən, lakin xidməti vəsiqələrini və yoxlama barədə müvafiq icra hakimiyyəti orqanının qərarını göstərmədən, sexə daxil olaraq, yoxlamaya gəldiklərini bildirdilər. Həmin adlarını və vəzifələrini bilmədiyi şəxslər heç bir çəkiliş aparmadan və yerində akt tərtib etmədən sexə baxıb getdilər. Sonradan isə iddiaçının özü tərəfindən əldə etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X20 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" **********6611 nömrəli qərarında iddiaçıya məlum oldu ki, əsassız olaraq corab sexində guya 12 nəfər müqaviləsiz işçi işləyir. Özlərini vergi işçisi kimi təqdim edən, lakin xidməti vəsiqələrini və yoxlama keçirilməsi barədə qərarı təqdim etmədən sexə gözlə baxıb gedərək, sonradan isə öz aralarında əsassız akt tərtib etməklə iddiaçını bir vergi ödəyicisi və fiziki şəxs kimi maliyyə sanksiyasına məruz qoyaraq, barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********6611 nömrəli 13.04.2021-ci il tarixli qərar qəbul etməklə onu ağır maddi duruma salmışlar və onun hüquqlarının kobud surətdə pozulmasına səbəb olmuşdur. Bu isə 2 iyul 2013-cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına gətirib çıxarmışdır. İddiaçının corab sexində özü və iki nəfər ara-sıra köməklik edən ailə üzvülərindən başqa heç kəs işləmir. Azərbaycan Respublikası Milli Məclisinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunu ilə Azərbaycan Respublikası Konistitusiyasının 94-cü miaddəsinin İ hissəsinin 1-ci bəndi rəhbər tutularaq, Azərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılır. Həmin Qanunun 3.1-ci maddəsində qeyd edilir ki. “bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur”. Həmin Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, “sahibkar bu Qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, habelə inzibati və məhkəmə qaydasında şikayət verə bilər”. Ona görə də iddiaçı hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X20 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" **********6611 nömrəli qərarı qanunsuz və əsassızdır. Reyestrdə qeydiyyatda olmayan yoxlama qanunsuz hesab edilməlidir və həmin qərar üzrə tətbiq edilən maliyyə sanksiyası qanuni hesab edilə bilməz. Hazırkı iş üzrə iddiaçıya məxsus “Rza” corab sexində yoxlama keçirilərkən həmin yoxlama Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib və ümumiyyətlə həm də yoxlama müvafiq normativ huquqi aktın qüvvəsinə görə 2022-ci ilin yanvarın 1-dək ölkə ərazisində dayandırıldığına görə, hazırkı yoxlama və yoxlamanın nəticəsində qəbul edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X20 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********6611 nömrəli 13.04.2021-ci il tarixli qərarı qanunsuz və əsassız hesab edilməli və iddiaçı barəsində tətbiq edilmiş 24.000 manat maliyyə sanksiyası qanunsuz hesab edilərək ləğv edilməlidir. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X20 üzrə Baş İdarəsinin 09.04.2021-ci il tarixli **********6246 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən 09.04.2021-ci il tarixdə fərdi sahibkar İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanda keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 12 (on iki) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq 09.04.2021-ci il tarixli DVX seriyalı 000699 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsinin qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən 13.04.2021-ci il tarixli **********6611 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 24000,00 (iyirmi dörd min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda 13.04.2021-ci il tarixli **********998800 nömrəli məktubun vergi ödəyicisi tərəfindən 14.04.2021-ci il tarixdə saat 15:41-də oxunduğu müəyyən edilmişdir. İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, 09.04.2021-ci il tarixdə özlərini vergi əməkdaşları kimi təqdim edən şəxslər, lakin müvafiq icra hakimiyyəti orqanının qərarını göstərmədən sexə daxil olaraq yoxlamaya gəldiklərini bildirmiş və yerində akt tərtib etmədən sexə baxıb getmişlər. İddiaçının iddia ərizəsində qeyd etdiyinin əksinə olaraq bildirilir ki, Bakı şəhəri X20 üzrə Baş İdarəsinin 09.04.2021-ci il tarixli **********6246 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı iddiaçıya təqdim edilmiş və qərar sonuncu tərəfindən “tanış oldum” qeydi edilərək imzalanmışdır. Eyni zamanda İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanda keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 12 (on iki) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı ilə bağlı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq 09.04.2021- ci il tarixli DVX seriyalı 000699 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmiş və həmin akt vergi ödəyicisi tərəfindən imzalanaraq bir nüsxəsi qəbul edilmişdir. Bundan başqa, iddiaçı iddiasını əsaslandırdığı digər bir əsas kimi göstərmişdir ki, corab sexində özü və iki nəfər ona köməklik edən ailə üzvündən başqa heç bir işçisi olmamışdır. Bununla əlaqədar qeyd edilir ki, müəssisədaxili quruluşunda əsas məhsul istehsaledici bölmə sexdir. Sexin müəssisədə rolu böyükdür, o, əsas istehsal - inzibati vahididir. Adətən, sexdə eynicinsli və təyinatlı məhsullar istehsal edilir və ona görə də bir qayda olaraq, sexlər texnoloji proseslərin vəhdətliyi, ərazi bütövlüyü və ixtisaslaşdırılması ilə xarakterizə olunur. Sənaye müəssisələrində müxtəlif təyinatlı və xarakterli sexlər yaradılır. Məhsulun hazırlanmasındakı iştirakına görə müəssisənin tərkibinə daxil olan sexlər aşağıdakı dörd qrupa bölünürlər: 1) əsas sexlər - bilavasitə maddi nemətlər istehsalı ilə məşğul olurlar. Odur ki, müəssisənin tərkibində əsas sexlərin xüsusi çəkisi nə qədər çox olarsa, bir o qədər də həmin müəssisənin məhsul buraxma qabiliyyəti yüksək olar; 2) köməkçi sexlər - bilavasitə məhsul istehsalı ilə məşğul olmur, lakin onlar əsas sexlərin normal fəaliyyət göstərmələri üçün bütün zəruri şəraiti yaradırlar. Köməkçi sexlərə misal olaraq, alət, təmir, model və qeyri-standart avadanlıqlar hazırlayan sexləri göstərmək olar; 3) xidmətedici sexlər - köməkçi sexlər kimi bilavasitə məhsulun hazırlanmasında iştirak etmir, lakin onlar həm əsas, həm də köməkçi sex və təsərrüfatların normal fəaliyyət göstərmələri üçün bütün zəruri şəraiti yaradırlar. Xidmətedici sex və təsərrüfatlara misal olaraq, nəqliyyat və enerji sexlərini, anbar təsərrüfatını, eksperimental sexləri, su təchizatını və s. göstərmək olar; 4) əlaltı sexlər - əsas sexlərin istehsal tullantılarından təkrarən istifadə edilməsi məqsədilə yaradılır və onlar müəssisədə hazırlanan məhsulların maya dəyərinin aşağı salınmasında mühüm rol oynayırlar. Belə sex təsərrüfatlara misal olaraq, tara hazırlayan sexləri, karxanaları, işlənmiş yağların regenerasiyası ilə məşğul olan sexləri göstərmək olar. Elmi təsnifatdan da göründüyü kimi, iddiaçının fəaliyyət göstərdiyi “corab sexi” əsas sexlər qrupuna daxildir və həmin sexin iddiaçının özünün qeyd etdiyi kimi ara-sıra köməlik edən iki ailə üzvü ilə işləməsi fiziki cəhətdən mümkün deyildir. İddiaçının digər bir qanunsuz əsası ondan ibarətdir ki, cavabdeh tərəfindən aparılmış yoxlama reyestrdə qeydiyyatdan keçirilməmişdir. 09.04.2021-ci il tarixli KY211570952 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışa əsasən vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. İddiaçı öz ərizəsində əlavə olaraq qeyd etmişdir ki, AR Milli Məclisinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunu ilə Azərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə respublikanın ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1dək dayandırılmışdır. Bununla əlaqədar bildirilir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 20 oktyabr 2015-ci il tarixli Qanunun 2.1-ci maddəsinə əsasən qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Göründüyü kimi operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Bakı İnzibati Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2-1(112)-6141/2021 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanunun 3-cü maddəsində göstərilmiş “Yoxlamaların qanuniliyi” barədə müddəalar pozulmuşdur. Həmin maddədə qeyd olunur ki, yoxlamalar yalnız bu qanunun tələblərinə uyğun formada aparılır. Qanunun tələblərindən də görünür ki, vergi orqanı yoxlama keçirilməsi barədə qərarı göstərmədən vergi orqanı əməkdaşları mülki geyimdə və xidməti vəsiqələrini təqdim etmədən sexi icarə əsasında işlədən İddiaçı sexdə olmadığı zaman sexə daxil olaraq orada təsadüfən olan və ya sexə aidiyyəti olmayan şəxsləri sexdə işləyən kimi sənədləşdirərək və onların adından izahatlar almaqla sübutları saxtalaşdıraraq heç bir əsas olmadan 12 nəfər şəxsin sexdə işləməsini göstərmişdir. Bununla da, vergi orqanı əməkdaşları kiçik sahibkar kimi iddiaçının hüquqlarını pozan qərar qəbul etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən dəvət olunmuş həmin əsassız yoxlama prosesində iştirak etmiş digər şahidləri və aktı tərtib etmiş şəxsləri məhkəmə prosesinə dəvət etməmiş, cəmi 1 nəfər vergi orqanı əməkdaşını dindirmiş və həmin əməkdaş isə sexdə nə vaxt olduqlarını, hansı yoxlama tədbirləri həyata keçirdiklərini və digər işin hallarını izah edə bilməmişdi. Buna baxmayaraq, məhkəmə bununla kifayətlənərək sübutlara düzgün qiymət vermədən qeyriobyektiv qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X20 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 09.04.2021-ci il tarixli **********6246 nömrəli qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X20 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini vergi xidməti müşaviri X19 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 41-ci və 50-ci maddələrini əsas tutaraq İddiaçı (VÖEN **********) məxsus olan obyektdə (ünvanı: AZ1031, Bakı şəhəri, Nizami rayonu, Davud Aslan 6, obyektin adı: X29 (**********-16001), fəaliyyət növü: Trikotaj corab məmulatlarının istehsalı) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi masələsi(ləri) üzrə 09.04.2021 il tarixdən 07.05.2021 il tarixədək (07.05.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Qeyd: Operativ vergi nəzarətinin keçirilməsi tapşırılmış vəzifəli şəxslər vergi ödəyicisinin ərazisinə, binalarına (yaşayış binaları (sahələr) istisna olmaqla) daxil olmağa, habelə sənədlərinə və əşyalarına baxış keçirmək səlahiyyətinə malikdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 09.04.2021-ci il tarixli KY211570952 nömrəli çıxarışa əsasən yoxlayıcı orqanın adı: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti; yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı: İddiaçı Nazim oğlu; yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i: **********; yoxlamanın müddəti (başlama, sona çatma tarixi): 09.04.2021- 07.05.2021; yoxlanılan dövr: cari fəaliyyət; yoxlamanın predmeti və hüquqi əsasları: Azərbaycan Rcspublikasınn Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgölüron tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. (“Azərbaycan Respublikasının Vergi Məcəlləsi”, Məcəllə, Azərbaycan Respublikasının Milli Məclisi, 11.07.2000. Maddə 50.1.7); yoxlanılan təsərrüfat obyektinin kodu, ünvanı və fəaliyyət növü: 16001 X29, AZ1031, ünvan 16, Trikotaj corab məmulatlarının istehsalı; yoxlamanın növü: operativ vergi nəzarəti; yoxlamanın tipi: plandankənar (növbədənkənar); plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: Vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar, Vergi Məcəlləsi, maddə 50.2.2 göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X20 üzrə Baş İdarəsinin 09.04.2021-ci il tarixli **********6248 nömrəli “Operativ vergi nəzarətinin keçiriliməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnaməsi ilə İddiaçı operativ vergi nəzarətinin aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələrini əsas tutaraq aşağıdakı zəruri sənədləri tədqim etməsi tələb edilmişdir: “Nəzarət kitabçası”, əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, bütün elektron daşıyıcılar və elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlər, məlumatlar və digər zəruri sənədlər. Tələbnamədə göstərilmişdir ki, sənədlər 1 iş günü müddətində vergi orqanının operativ nəzarəti keçirən vəzifəli şəxslərinə və ya vergi orqanının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X20 üzrə Baş İdarəsi AZ1108, Bakı şəhəri, Binəqədi rayonu ünvanında təqdim olunmalıdır. Operativ vergi nəzarətinin keçirilməsi zamanı sənədlərin təqdim edilməsindən imtina edilməsi və ya bu tələbnamə ilə müəyyən edilmiş müddətdə təqdim edilməməsi Azərbaycan Respublikasının İnzibati Xatalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə səbəb olur və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq sənədlərin vergi ödəyicisi tərəfindən təsdiq olunmuş surətləri təqdim olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372, 377 və 380-ci maddələrinə əsasən sənədlərin verilməsi barədə tələb yönəldilən şəxs tərəfindən həmin sənədlərin göstərilən müddətdə təqdim edilməsi tarixindən operativ vergi nəzarəti müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Tələb edilən sənədlər təqdim edildikdə operativ vergi nəzarətinin müddəti bərpa edilir. 09.04.2021-ci il tarixli DVX seriyalı 000699 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akta əsasən operativ vergi nəzarəti nəticəsində İddiaçı məxsus corab istehsalı sexində 09.04.2021-ci il tarixdə saat 12:40-da təqdim edilmiş əmək müqaviləsi bildirişlərinə əsasən corab istehsalına cəlb olunmuş 13 (on üç) nəfər fiziki şəxsdən 12 (on iki) nəfərin Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə, Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən obyektdə yerinə yetirilən işlərin və ya göstərilən xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bu işçilərin siyahısı akta əlavə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 12 (on iki) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə və 0 (sıfır) nəfəri fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə İddiaçı Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunur. Vergi ödəyicisinə işçilər ilə əmək və xidməti müqavilə bağlanması tövsiyə edildi. Nəzarət kitabçası təqdim edilmədi. 09.04.2021-ci il tarixli DVX seriyalı 000699 nömrəli akta İddiaçı məxsus X29 sexində aparılmış operativ vergi nəzarəti nəticəsində fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş 12 nəfər fiziki şəxslərin siyahısı aşağıdakılardan ibarət olmuşdur: 1. X3 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE 13585901, qeydiyyat ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 217, mənzil 34; 2. X5 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA0796338, qeydiyyat ünvanı: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, ev 46/2; 3. X4 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA0103185, qeydiyyat ünvanı: ünvan 6 X18 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA2791352, qeydiyyat ünvanı: ünvan 7anov küçəsi, ev 10 V, mənzil 75; 5. X9 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA1686782, qeydiyyat ünvanı: Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 9-cu mədən küçəsi, ev 14/1A; 6. X12 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE 13435523, qeydiyyat ünvanı: Füzuli şəhəri, XX Qurultay küçəsi, ev 1; 7. X6 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE 19104867, qeydiyyat ünvanı: Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 73, mənzil 16; 8. X8 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA1433025, qeydiyyat ünvanı: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 56, mənzil 46; 9. X13 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA2444918, qeydiyyat ünvanı: Ucar rayonu, Qarabörk ərazi dairəsi, Qarabörk kəndi; 10. X14 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA1671694, qeydiyyat ünvanı: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 50, mənzil 55; 11. X15 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA0635578, qeydiyyat ünvanı: Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, ev 7Ş; 12. X10 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE 03914229, qeydiyyat ünvanı: ünvan 15ı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X20 üzrə Baş İdarəsinin 13.04.2021-ci il tarixli, **********6611 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X20 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini vergi xidməti müşaviri X19 tərəfindən İddiaçı barəsində (Doğulduğu yer və tarix: Azərbaycan, Bakı, xx.xx.1991, Yaşayış yeri: AZ1141, Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov, ev 16, m.35, FİN: xxxxxxx. VÖEN: **********) keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında 09.04.2021 tarixli 000699 №-li akt(İar)ına, eləcə də vergi nəzarət tədbiri zamanı toplanmış materiallara baxıb müəyyən edildi: Fiziki şəxs İddiaçı (VÖEN: **********) Bakı şəhəri X20 üzrə Baş İdarəsinin 09.04.2021-ci il tarixli **********6246 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən vergi ödəyicisi barəsində operativ vergi nəzarəti təyin olunmuş, vergi ödəyicisinin iştirakı ilə Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, ev 6 ünvanında yerləşən “RZA” corab istehsalı obyektində keçirilən operativ vergi nəzarət tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 12 (on iki) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək nəticəsi aktla rəsmiləşdirilmiş və tərtib edilmiş akt vergi ödəyicisi tərəfindən imzalanmışdır. Vergi ödəyicisi tərəfindən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərdən 12 (on iki) nəfərin izahatı alınmış, həmin şəxslər öz izahatında əmək müqaviləsi və ya xidmət müqaviləsi bağlanılmadığını etiraf etmişdir. Vergi Məcəlləsinin 58.10-cu maddəsində və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000,00 manat, ikinci dəfə yol verdikdə 4000,00 manat, üç və daha çox dəfə yol verdikdə 6000,00 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmin qərarla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutularaq İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 12 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 24000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, 23.04.2021-ci il tarixədək 24000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; - 50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Azərbaycan Respublikasının vergilər nazirinin 14.01.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: -1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. 1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. 1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 2.1-ci bəndinə görə operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 2.2-ci bəndinə görə operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. 2.4-cü bəndinə əsasən operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. 2.5-ci bəndinə görə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. 2.6-cı bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. 10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi: 10.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. -10.2. Operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. 10.3. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. 10.4. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. 10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. 10.6. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat 22 subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. 10.7. Operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur. İşdən göründüyü kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi rəhbər tutulmaqla vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar əsasında ünvan 16 ünvanında yerləşən iddiaçıya aid corab istehsalı obyektində 09.04.2021-ci il tarixdə operativ vergi nəzarətinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarla İddiaçı 09.04.2021-ci il tarixdə tanış olmuş və imzalamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışa əsasən vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 09.04.2021-ci il tarixli KY211570952 nömrə ilə qeydiyyata alınmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 20 oktyabr 2015-ci il tarixli Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılır. Həmin Qanunun 2.1-ci bəndinə görə bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. İddia tələbində iddiaçının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunu ilə Azərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə respublikanın ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırıldığı halda vergi orqanın yoxlamasının qanunsuz olduğu ilə bağlı dəlili ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanunun 2022-ci ilin 01 yanvar tarixinədək dayandırdığı yoxlamalar içərisində vergi yoxlamaları istisna təşkil edir. Bu baxımdan 09.04.2021-07.05.2021-ci il tarixədək keçirilməsi nəzərdə tutulmuş operativ vergi nəzarəti yoxlamasının keçirilməsi qanunun tələbinə uyğun olmuşdur. Vergi orqanı 09.04.2021-ci il tarixdə operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə təqdim etmiş, tələbnamə İddiaçı tərəfindən imza edilməklə qəbul edilmişdir. Operativ vergi nəzarətinin keçirilməsi barədə 09.04.2021-ci il tarixli DVX seriyalı 000699 nömrəli aktdan görünür ki, aktda vergi qanunvericiliyinin pozulması halları göstərilmiş, pozuntunun xarakteri açıqlanmış, akt İddiaçı tərəfindən imzalanmışdır. Vergi ödəyicisi olan iddiaçı həmin aktda yoxlama ilə bağlı öz qeydlərini etməmişdir. 09.04.2021-ci il tarixli DVX seriyalı 000699 nömrəli operativ vergi nəzarətinin nəticələrinə dair akta əsasən vergi orqanı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu hallar aşkar edilərək həmin fiziki şəxslərin şəxsiyyət vəsiqələri məlumatları əldə edilmiş və siyahısı tərtib edilərək akta əlavə edilmişdir. Operativ vergi nəzarətinin keçirilməsi ilə bağlı təqdim olunmuş icraat materiallarına iddiaçı tərəfindən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş 12 (on iki) nəfər fiziki şəxsdən alınmış izahatlar əlavə edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, izahatlardan müyyən olunur ki, izahatları alınmış fiziki şəxslər hər biri müxtəlif 3, 5, 7, 9, 15 gün olmaqla sözügedən iddiaçıya məxsus corab istehsalı sexində işlədiklərini, lakin onlarla yazılı əmək müqaviləsi və ya hər hansı bir xidmət müqaviləsinin bağlanmadıqlarını bildirmişlər. Qeyd edilməlidir ki, adları çəkilən fiziki şəxslər verdikləri izahatlarında adıçəkilən obyektdə konkret gördükləri işi, aldıqları əmək haqlarını, işəgötürənin İddiaçı olduğunu bildirməklə yanaşı, corab sexində onlarla birlikdə çalışan digər şəxslərin adlarını bildirmişlər ki, bu məlumatlar yalnız həmin sexdə işləyən şəxslərin malik ola biləcəkləri informasiyalardır. Ələkbərzadə Nazim və iddiaçı məhkəmədə verdikləri izahatlarında yoxlama günü Gülsabahla Xatirəni yalnız sexə işə götürmək məsələsini danışmaq üçün çağırdıqları, onların həmin müddətdə sexdə iş görmədiklərini bildirsələr də X12 və X2 vergi orqanına verdikləri izahatlarından görünür ki, qeyd edilən şəxslər bir-birilərini, eləcə də onlarla birgə işləyən digər işçi Elçini tanıdıqlarını, sexdə tikişçi kimi işlədiklərini, aylıq məvaciblərinin 250 manat olmaqla işəgötürən İddiaçı ilə əmək və xidməti müqavilələrinin olmadıqlarını etiraf etmişlər. Göründüyü kimi iddiaçı ilə adları çəkilən X12 və X3 arasında sexdə görəcəkləri işlə bağlı artıq razılaşma olmuşdur ki, onlar tikişçi vəzifəsində işlədiklərini, aylıq məvaciblərinin nə qədər olduğunu bildirmişlər. Bundan başqa, yoxlama günü X12 və X1 içərisində olmaları da onların bilavasitə iş başında olduqlarını ifadə edir. X15 vergi orqanına verdiyi izahatda bilavasitə İddiaçı tanıdığını, onun tərəfindən sexdə çeşidləyici vəzifəsinə qəbul olunduğunu, əmək haqqısının 250 manat olmaqla nağd şəkildə aldığını, həftədə 5 gün olmaqla 08:00- 17:00 arası işlədiyini, heç bir əmək müqaviləsi və ya xidməti müqavilə bağlanılmadığnı bildirsə də məhkəmə iclasında verdiyi izahatda vergi orqanına verdiyi izahatı təkzib etmişdir. Şahid S.M.Əliyeva yoxlama günü sexdə nə ilə məşğul olunduğunu bilmədiyini, onun yalnız sexin həyətində olan bağ sahəsində ağaclara qulluq etməyə gəldiyini bildirsə də verdiyi izahatda gah yoxlama günü həyətin qapısında obyektdə işləyən qızlara su verdiyini, sexdə olmadığını, gah da vergi əməkdaşları gəldikdə onun çöldə olmadığını, sexin içərisində olduğunu bildirməklə ziddiyyətli ifadələr vermişdir. Eyni zamanda şahid özü də ifadəsində obyektdə “qızlar”ın işlədiyini bildirməklə bilavasitə sexdə bir işçinin deyil, bir neçə nəfərin işlədiyini ifadə etmişdir. Eyni zamanda məhkəmə şahidin ona izahatı imza etmədiyi təqdirdə ona “pandemiya iynəsi” vurulacağı ilə bağlı təhdidini inandırıcı və ağlabatan hesab etmir. Qeyd edilməlidir ki, vergi orqanına izahat vermiş X5 izahatında işlədiyi iş yoldaşlarının sırasında Əliyeva Sanayın adını də qeyd etmişdir. X10 məhkəmədə şahid qismində ifadə verərkən vergi orqanına verdiyi izahatda tam olaraq nə yazıldığını bilmədiyini, izahata imzanı özünün çəkmədiyini bildirsə də vergi orqanına verdiyi izahatda izahatın onun sözləri ilə yazıldığını, ona ucadan oxunduğunu və imzasıyla təsdiq etdiyini bildirmişdir. Şahid qismində ifadə vermiş vergi əməkdaşı məhkəmə iclasında verdiyi izahatda əgər hər hansısa bir səbəbdən vətəndaş izahatı yaza bilmərsə, izahatın onun yerinə yazıldığı, daha sonra həmin izahatın yüksək səslə vətəndaşa oxunduğu və etirazı olmazsa, vətəndaşın özü tərəfindən imzalandığını bildirmişdir. A.B.Sultanov yoxlama günü Sumqayıtdan Bakıya yas mərasimi üçün gələcəyini, Zöhrab adlı yoldaşın xahişi ilə içərisində boya olan qutuları avtomobili ilə yolüstü iddiaçıya aid obyektə verdiyini bildirsə də, A.B.Sultanov özü elə həmin izahatında yasa gələrkən qutunu “yolüstü” verəcəyi halda maşını obyektin giriş darvazasından çöldə deyil, içəridəhəyətində saxlamaqla orada qalmağını hansı zərurətdən izah edə bilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, A.B.Sultanov sexdə işləmədiyi, yalnız iddiaçının atası Ələkbərzadə Nazimi tanıdığını bildirdiyi halda vergi orqanına verilmiş izahatda həmin sexdə işləyənlər arasında Mahir adlı işçinin adını çəkmişdir ki, bu da onun artıq sexdə digər işçilərlə birlikdə işlədiyini ifadə etməklə məhkəmədə verilən izahatın həqiqiliyinə şübhə ilə yanaşmağa əsas verir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, şahid ifadələrində diqqət çəkən məqam həm də ondan ibarətdir ki, yoxlama günü Əliyeva Xatirə və Babayeva Gülsabahın məhz sexə işə götürülmək üçün gəlmələri, Əliyeva Sanayın davamlı qrafik olmadan həyətdəki ağacları sulamağa gəldiyi halda həmin günü bu səbəbdən orada olmağı, eləcə də Sultanov Ağasının boya qutularını Sumqayıt şəhərindən iddiaçıya aid obyektə gətirməsi və bununla da adları çəkilən şəxslərin eyni vaxtda bir arada olmaları onların təsadüfən bir araya gəlmələrinə deyil, daha çox bir yerdə işlədiklərinə dəlalət edir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəayliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfin sexin yeni fəaliyyət göstərdiyi, fiziki şəxslərin hansı müddətdə həmin müəssisədə işlədiyinin müəyyən edilməsi hazırkı vergi hüquq pozuntusunun mahiyyətinə təsir edə bilən məqam deyildir. Belə ki, yuxarıda qeyd edilən normalardan da görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün vergi ödəyicisinin hansı dövrdən sahibkarlıq fəaliyyətinə başlaması və ya hansı müddətə sahibkarlıq fəaliyyəti göstərməsi qanunvericilikdə heç bir əsasla şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, sözügedən maddədə təsvir olunan vergi hüquq pozuntusu üçün hər hansı bir maddi nəticənin baş verməsi ilə şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur. Başqa sözlə, vergi ödəyicisi sözügedən maddədə təsvir edilən əməli törətməklə artıq işçinin gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmış olur və bu əməlinə görə 2000 manat məbləğində maliyyə sanksiyasının tətbiqinə məruz qalır. Eyni zamanda qeyd edilməlidir ki, Vergi Məcəlləsində göstərilən əmələ görə tətbiq olunan maliyyə sanksiyasının məbləği dəqiqdir, dəyişilməzdir, aşağı və ya yuxarı həddi qanunla müəyyən edilməmişdir. Cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X20 üzrə Baş İdarəsi iddiaçı barəsində qəbul etdiyi 13.04.2021-ci il tarixli **********6611 nömrəli qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2-1(112)-6141/2021 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2-1(112)-6141/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar