Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-624/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-779/2022 saylı 18 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18 iyun 2020-ci il tarixli, **********193343 saylı səyyar vergi yoxlaması aktından görünür ki, İddiaçı MMC üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesabanması, utulması və Ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlamanın nəticəsi olaraq xx.xx.2016 - xx.xx.2019-ci illəri əhatə edən xx.xx.2020-ci il tarixli **********193343 saylı Səyyar vergi yoxlaması aktında olan Mənfəət vergisinin müqayisəli cədvəli və xx.xx.2020-ci il tarixli **********138804 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına ğörə məsuliyyətə cəlb edilməsi haqqında” əsasən yoxlamanın nəticəsi üzrə Mənfəət vergisi, ƏDV və nağdsziz hesablaşmalar üzrə təkliflər verilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətdə azaldılması əsası ilə, azaldılmış və ya yayındırılmış 10669.59 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 5334.79 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuş, yoxlama ilə əlavə dəyər vergisinin 1413.63 manat artıq, 8415.33 manat isə azaldılma aşkar edilmiş, nəticədə büdcəyə əlavə olaraq 6961.66 manat məbləğində əlavə dəyər vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə, azaldılmış və ya yayındınlınış 8445.33 manat vergi məbləğinin 50 faizi miqdannda, yəni 4222.66 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Yoxlama ilə müəssisə tərəfindən 2018-ci il üzrə Nağdsız hesablaşmalar haqqında Qanunun 3.3-cü maddəsinin tələbləri pozulmaqla sentyabr ayında limitdən (30000 manat) artıq 7000 manat, dekabr ayında isə artıq 21000 vəsaitin nağd qaydada xərcləndiyi müəyyən edilərək Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən birinci dəfə belə hala yol verildiyindən Məcəllənin 58.7.1-ci məddəsinə uyğun olaraq artıq xərclənmiş vəsaitin 10%-i miqdarında, yəni 2800 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********138804 saylı 07 avqust 2020-ci il tarixli qərarından görünür ki, “İNNOTEK MMC üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında 18 iyun 2020-ci il tarixli, **********193343 saylı səyyar vergi yoxlaması aktına və xx.xx.2020-ci il tarixli, **********284500 nömrəli sənədə baxaraq ümumilikdə 18.018.28 manat vergi məbləği hesablanmış və 11.134,52 manat maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. Hazırda İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş ““Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********138804 saylı xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi”ni tələb edir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu ii tarixli **********191783 saylı qərarına əsasən İddiaçı MMC-də səyyar vergi yoxlaması keçirilmiş və yoxlama xx.xx.2020-ci il tarixli **********193343 saylı Səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Daha sonra yoxlama materiallarına baxılmış və xx.xx.2020-ci il tarixli **********138804 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmişdir. Qərara əsasən ümumilikdə 18.018.28 manat vergi məbləği hesablanmış və 11.134.52 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. İddiaçı qeyd olunanlarla razı deyil və xx.xx.2020-ci il tarixli **********138804 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar aşağıdakı səbəblərə görə ləğv olunmalıdır. Yoxlama zamanı xx.xx.2020-ci il tarixli **********198459 saylı “Dayandırılmış (təxirə salınmış) Səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında" Qərar qəbul edilmiş, lakin həmin Qərar Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid malumat reyestrində qeydiyyata alınmamışdır. Yoxlama zamanı xx.xx.2020-ci il tarixli **********97173 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi barədə" Qərar qəbul edilmiş, lakin həmin Qərarlar Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Qeyd olunlardan da aydın olur ki, aktı tərtib etmiş vəzifəli şəxslərin adları Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində mövcud deyil. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Vergi orqanının Aktda qeyd etdiyi və dövriyyədən gizlədildiyini (“yoxa çıxdığıbı") iddia etdiyi və əlavə ƏDV hesabladığı 41203.65 manatıq malın siyahısını həmin Aktda qeyd etməmiş, əvvəldən də bu məsələ ilə bağlı vergi ödəyicisindən izahat tələb etməmiş, həmçinin vergi ödəyicisinin Akt tərtib olunduqdan sonrakı müraciətlərinə (və vergi ödəyicisinin bütün satışlarının VHF/Eqaimə nömrələri qeyd olunan detallı izahat təqdim etməsinə) baxmayaraq vergi orqanı 41203.65 manatlıq malın siyahısını vergi ödəyicisinə təqdim edə bilməmişdir. Həmçinin, vergi orqanı, özünün iddia etdiyi 41203.65 manatlıq mal siyahısını aydınlaşdırmağa cəhd etməmiş, vergi ödəyicisinə heç bir sorğu göndərməmiş və inventarizasiyaya zərurət olduğu halda onu da keçirməmişdir. Qeyd olunanlarla yanaşı yoxlama zamanı 2016-ci il üçün Mənfəət Vergisi üzrə 2444.49 manat büdcəyə əlavə vergi hesablanmışdır. Bu dövr üzrə əlavə vergi məbləği hesablana bilməz və bu dövr üzrə maliyyə sanksiyası tətbiq oluna bilməz. Belə ki, Vergi Məcəlləsinin 56-cı, 83.3-cü, 85.4-cü maddələri vergi orqanlarına vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il sonra vergi, faiz və maliyyə sanksiyasını hesablamasını qadağan edir. Beləliklə, 2016-ci il üçün Mənfəət Vergisinin hesablanması, həmçinin hesablanmış vergilərin vergi orqanı tərəfindən yenidən hesablanması üçün müəyyən edilmiş müddət müvafiq olaraq, 2020-ci ilin 31 mart tarixində başa çatmışdır. Bu səbəbdən də həmin dövr üzrə əlavə vergi məbləği hesablana bilməz və maliyyə sanksiyası tətbiq oluna bilməz. Yoxlama zamanı 2017-ci mənfəət vergisi hesablanarkən həmin ilə aid yeganə YGB-nin dəyəri sənədin üzərindəki məbləğdən az götürülmüş və təkzib olunmaz hüquqi qüvvəsi olan sənədlərə istinad edən digər 16000 xərc də nəzərə alınmamışdır. 16000 manatlıq xərci təqsdiq edən Müqavilə, qaimə və digər sənədlər mövcuddur. Vergi orqanı əsassız olaraq 16000 manatlıq və YGBdəki xərci nəzərə almamışdır. Yoxlama zamanı 2018-ci il üçün şərti rentabellik tətbiq edilməklə mənfəət vergisi hesablanmışdır. Halbuki şərti rentabellik tətbiq edilməklə vergilərin hesablanması üçün Vergi Məcəlləsinin 67-ci maddəsində təsbit edilmiş hüquqi əsas olmamışdır. Belə ki, 2018-ci il üzrə bütün gəlir və xərclər hüqüqi qüvvəsi olan sənədlərə istinad edir və heç bir mübahisəli xərc mövcud deyil. Həmçinin Aktda, vergi ödəyicisi tərəfindən 2018-ci il üçün Mənfəət Vergisi bəyannaməsinin boş təqdim olunduğu və ya təqdim olunmadığı qeyd olunub. Bu tamamilə əsassızdır. Belə ki, 2018-ci ilin mənfəət vergisi üçün vergi orqanı tərəfindən Kameral Hesablama ilə vergi hesablanmış və vergi ödəyicisi bununla razılaşmayaraq şikayət etmiş, Şikayət Vergilər Nazirliyinin Apelyasiya şurası tərəfindən təmin edilmişdir (xx.xx.2019-cu il tarixli qərar) və vergi ödəyicisinin 2018-ci ili zərərlə başa vurduğu qəbul olunmuşdur. Yoxlama zamanı isə heç bir əlavə mütəxəssis, ekspert rəyi və digər əsas olmadan vergi orqanı 2018-ci il üçün əlavə vergi hesablayaraq yuxarı orqanın mövcud inzibati praktikasına zidd hərəkət etməklə etimad hüququnun qorunması prinsipini pozmuşdur. Yoxlama zamanı, vergi orqanının Aktda qeyd etdiyi və guya dövriyyədən gizlədildi) ini (“yoxa çıxdığını") iddia etdiyi və əlavə ƏDV hesabladığı 41203.65 manatlıq malın siyahısını həmin Aktda qeyd etməmiş, əvvəldən də bu məsələ ilə bağlı vergi ödəyicisindən izahat tələb etməmiş, həmçinin vergi ödəyicisinin Akt tərtib olunduqdan sonrakı müraciətlərinə (və vergi ödəyicisinin bütün satışlarının VHF/E-qaimə nömrələri qeyd olunan detallı izahat təqdim etməsinə ) baxmayaraq vergi orqanı 41203.65 manatlıq malın siyahısını vergi ödəyicisinə təqdim edə bilməmişdir. Həmçinin, vergi orqanı, özünün iddia etdiyi 41203.65 manatlıq mal siyahısını aydınlaşdırmağa cəhd etməmiş, vergi ödəyicisinə heç bir sorğu göndərməmiş və inventarizasiyaya zərurət olduğu halda onu da keçirməmişdir. Yoxlama zamanı hesablanmış ƏDV-nin əsaslandırılması mövcud deyil və hesablamalar vergi qanunvericiliyi ilə əsaslandırılmamışdır. Vergi Orqanın və guya dövriyyədən gizlədildiyini (“yoxa çıxdığını") iddia etdiyi 41203.65 manatlıq məbləğ tamamilə əsassızdır. Alqı-satqı müqaviləsi sənədləri ilə bu malların satıldığını açıq aşkar görünür. Həmin dövr üçün cəmi, 2500 manat civarında mal qalığı mövcüddur. Aktda təqdim olunan cədvəldə 2017-ci ilin ƏDV vergisi üçün kənarlaşma göstərmədiyi halda, həmin Aktın mətnində vergi orqanın 2017-ci ildə alınan malın da dövriyyədən gizlədildiyini bildirir. Nəticədə yoxlama kobud qanun pozuntuları ilə aparılaraq, qanunsuz inzibati akt qəbul olunduğu üçün həmin inzibati akt ləğv olunmalıdır. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, Cəmiyyətin yoxlama ilə əhatə edilən dövrdə təsərrüfat subyekti olmamışdır. İddiaçının yoxlama zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaları tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozularaq dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi və yoxlayıcı X10 barədə məlumatların sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmaması barədə iddia ərizəsində qeyd etdiyi dəlilləri əsassızdır. İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş yoxlama xx.xx.2019-cu il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmiş (№ KY191395489; xx.xx.2019-cu il), yoxlamanın keçirilməsi haqqında Qərar, bildiriş və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış xx.xx.2019-cu il tarixdə cəmiyyətin direktoru X7 alınmasını təsdiq edən üsulla təqdim edilmişdir. Qeyd etmək lazımdır ki, yoxlama ilə bağlı tələb olunan bütün məlumatlar, eyni zamanda yoxlamanın keçirildiyi dövrdə yoxlama müddətinin uzadılması və dayandırılması (təxirə salınması) barədə məlumatlar, eyni zamanda yoxlayıcı X10 barədə məlumat da reyestrə daxil edilmişdir. Səyyar vergi yoxlamasının obyektiv və tam keçirilməsi üçün “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2019-cu il tarixli **********192702 nömrəli tələbnamə vergi ödəyicisınə təqdim edilmişdir. Vergi ödəyicisi tərəfindən vergilərin hesablanması ilə bağlı tələbnamədə göstərilən sənədlər yoxlamaya təqdim edilməmişdir. Sənədlər yoxlamaya təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 42.2-cı maddəsinə əsasən “Sənədlərin təqdim olunmasından imtina barədə” xx.xx.2019-cu il tarixli akt tərtib edilmişdir. Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyalann götürülməsi haqqında” xx.xx.2019-cu il tarixli **********194908 nömrəli qərar çıxarılmışdır. Qərarda qeyd edilən sənədlər vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmədiyi üçün “Sənədlərin və nümunə kimi əşyalann verilməsindən imtina barədə” xx.xx.2019-cu il tarixli akt tərtib edilmişdir. xx.xx.2020-ci il tarixdə isə vergi ödəyicisi tərəfindən sənədlərin bir hissəsi təqdim edildiyindən xx.xx.2020ci il tarixli sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokol tərtib olunmuşdur. “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin binalarının habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********194897 nömrəli qərara əsasən vergi ödəyicisinin ünvan 3 ünvanına baxış keçirilməsinə icazə verilməmişdir. Bununla əlaqədar “Səyyar vergi yoxlamasının keçirilməsi üçün vergi orqanının vəzifəli şəxslərinin ərazilərə və binalara (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olmağa icazə verilməməsi barədə” xx.xx.2019-cu il tarixli **********194903 nömrəli akt tərtib edilmişdir. Vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar vergi yoxlamasının predmetinə aid olan sənədlər, vergi ödəyicisinin bank hesablan üzrə hərəkəti barədə hesablann yerləşdiyi bankdan alınmış rəsmi məlumatlar və vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixli protokolla yoxlamaya təqdim edilmiş sənədlər əsasında aparılmışdır. Yoxlama ilə əhatə olunan dövr üzrə aşağıdakılar müəyyən edilmişdir. Əlavə dəyər vergisi üzrə: Vergi ödəyicisi tərəfindən 2016- cı ilin dekabr ayı üzrə xx.xx.2016-cı il tarixli **********106 nömrəli yük gömrük bəyannaməsinə əsasən ödənilmiş 444,42 manat ƏDV məbləğinin 429,58 manatı əvəzləşməyə təqdim edildiyindən (444,42-429,58=14,84) 14,84 manat ƏDV məbləği əvəzləşmədə nəzərə alınmışdır. Eyni zamanda Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əsasən ƏDV-yə cəlb olunan dövriyyənin 2018ci ilin sentyabr ayında 389 manat, oktyabr ayında 4750,68 manat az əks etdirilməsi, noyabr ayında 4750,68 manat, dekabr ayında 2470,43 manat artıq bəyan edilməsi müəyyən olunmuşdu. 2019-cu il üzrə isə mart ayında 550 manat artıq, iyul ayında 182,38 manat dövriyyənin az bəyan edildiyi müəyyən olundu. Əlavə olaraqda vergi ödəyicisi tərəfindən əldə olunmuş HU987563 nömrəli EVHF-sı üzrə Vergi Məcəlləsinin 175-ci madaəsinin tələbləri pozulmaqla ƏDV-nin depozit hesabından 70,7 manat ƏDV məbləği üzrə ödəniş edilməmiş və yoxlama tərəfindən qeyd olunan faktura 2018-ci ilin oktyabr ayında təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmədən silinmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən 2017- ci, 2018-ci və 2019-cu illər ərzində cəmi 113353,12 manat mallar idxal edilmiş və elektron vergi hesab faktura əsasında 4349 manat mallar alınmışdır. Lakin yoxlama ilə qeyd olunan dövrlərdə müəssisə tərəfindən elektron qaimə faktura və elektron vegi hesab faktura əsasında təqdim edilmiş malların cəmi alış qiymətinin 76498,47 manat olduğu müəyyən edilmişdir. Nəticədə 41203,65 (117702,12- 76498,47) manat dəyərində malların təqdim olunması ilə bağlı təsdiqedici sənəd olmadığından, eyni zamanda vergi ödəyicisinin aktiv təsərüffat subyektinin olmaması və baxışın keçirilməsinə vergi ödəyicisi tərəfindən şərait yaradılmadığından yoxlama ilə qeyd olunan mallar təqdimetmə kimi qiymətləndirilərək Vergi Məcəlləsinin 159.1-ci maddəsinə uyğun olaraq 7416,65 manat (41203 65*18%) əlavə vergi hesablanmışdır. Beləliklə, yoxlama ilə əlavə dəyər vergisinin 1413,63 manat aıuq 8445 33 manat isə azaldılması aşkar edilmişdir. Mənfəət vergisi üzrə: Yoxlama ilə 2016-cı, 2017-ci və 2018-ci illəı üzrə mənfəət vergisi bəyannamələri əhatə edilmişdir Vergi ödəyicisi tərəfindən 2016-cı il üzrə mənfəət vergisi bəyannaməsi boş təqdim edilmişdir. Kameral vergi yoxlaması nəticəsi üzrə “Vergilərin hesablanması barədə” xx.xx.2017-ci il tarixli **********468700 nömrəli qərar qəbul edilərək ümumi gəlir 60136,17 manat, o cümlədən: malların təqdim edilməsindən 60136,17 manat; gəlirin əldə edilməsi ilə bağlı xərclər 50113,47 manat, o cümlədən: digər xərclər 50113,47 manat, nəticədə vergiyə cəlb olunan mənfəət 10022,70 manat olmaqla 2004,54 manat mənfəət vergisi hesablanmışdır. Qeyd etmək lazımdır ki, 2016-cı il üzrə vergilərin uçotu kassa metodu ilə apanlmışdır. Yoxlama ilə 2016-cı il üzrə təqdim edilmiş mal iş xidmətin cəmi dəyərinin cari ilin ƏDV bəyannamələrində qeyd olunmuş 60136,17 manat olduğu, gəlirin əldə edilməsi ilə bağlı resurslarının idarə edilməsinin planlaşdırılması və.s) qəbul edilməmişdir. Belə ki, 1 nəfər fiziki şəxsdən (X2 VÖEN **********) aldığı həmin xidmət, yoxlama zamanı Cəmiyyətin fəaliyyət göstərdiyi müddətdə aktiv təsərrüfat subyektinin, muzdlu işçilərinin olmaması, hətta cəmiyyətin rəhbərinə əmək haqqı hesablanmaması səbəbindən həmin xərclərin Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq gəlirin əldə edilməsi ilə bağlı xərc olmadığı səbəbindən nəzərə alınmamışdır. Eyni zamanda 2018-ci ildə alışı olmayan 37359,98 manat məbləğində malın təqdim edilməsi aşkar edilmişdir ki, bu səbəbdən də Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən, Nazirlər Kabinetinin 55 nömrəli qərarı ilə müəyyən edilmiş şərti rentabellik norması tətbiq edilməklə vergiyə cəlb olunan mənfəəti 23978,02 manat müəyyən edilmiş və həmin mənfəətdən 4795,6 manat məbləğində vergi hesablanmışdır. Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulmasına görə həmin maddədə (58.7-1.1-58.7-1.8) göstərilən vergi ödəyicilərinə qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir: Qanunvericiliyin qeyd olunan normasına istinad edərək bildirilmişdir ki, yoxlama zamanı müəssisə tərəfindən 2018-ci il üzrə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinin tələbləri pozulmaqla sentyabr ayında limitdən (30000 manat) artıq 7000 manat, dekabr ayında isə artıq 21000 vəsaitin nağd qaydada xərcləndiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən birinci dəfə belə hala yol verildiyindən artıq xərclənmiş vəsaitin 10%-i miqdarında yəni 2800 (28000*10%) manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Yuxanda qeyd olunanlardan göründüyü kimi yoxlama zamanı İddiaçı MMC tərəfindən mənfəət vergisinin 10667,79 manat, ƏDV-nin 8445,33 manat azaldılması və ƏDV- nin 1413,64 manat artıq hesablanması və “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsinin tələblərinin pozulması halları aşkar edilmişdir. Beləliklə, səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli **********193343 nömrəli akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2020-ci il tarixli **********138804 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə ümumilikdə 17700,00 manat əlavə vergi hesablanmış və 11134,52 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bildiririk ki,İddiaçı MMC-nin rəhbəri R.Məlikovun cəmiyyətdə keçirilmiş səyyar vergi yoxlamasının nəticələrindən narazı olması və yoxlamanın nəticəsi üzrə qəbul edilmiş "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********138804 nömrəli qərarın ləğv edilməsi barədə inzibati şikayətlərinə iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmış və “inzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2020-cı il tarixli **********464800 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə "İNNOTEK” MMC-nin rəhbəri R.Məlikovun inzibatı şikayətləri təmin edilməmiş, xx.xx.2020-ci il tarixli akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə, İddiaçı MMC-nin rəhbəri R.Məlikovun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli **********464800 nömrəli "İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarının ləğv edilməsi barədə inzibati şikayətinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasında cəmiyyətin rəhbəri Rasim Məlikovun və nümayəndəsi Nadir Məlikovun işitrakı ilə baxılmış və xx.xx.2021-ci il tarixli 19 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə İddiaçı MMC-nin inzibati şikayəti təmin edilməmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2020-ci il tarixli **********464800 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, "İNNOTEK” MMC-nin rəhbəri R.Məlikovun səyyar vergi yoxlamasının nəticəsi üzrə hesablanmış vergilərdən narazı olması barədə şikayətlərinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində və Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasında baxılan zaman hesablanmış vergilərin Vergi Məcəlləsinin tələblərinə uyğun, qanuni və əsaslı olması tam sübuta yetirilmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq cavabdeh bildirir ki, İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi barədə tərtib edilmiş akt əsasında qəbul edilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********138804 nömrəli qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyası məbləğləri Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-779/2022 saylı 18 iyul 2022-ci il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 07 avqust 2020-ci il tarixli **********138804 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı İddiaçı MMC-nə ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə 2800 manat maliyyə sanksiyasının tətbiq edilməli” hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın qismən, iddianın təmin edildiyi hissədə ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin yoxlamanın müddət tələbləri baxımından düzgün keçirilməməsi dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edirik ki, yoxlama müddət tələbləri baxımından Vergi Məcəlləsinin tələblərinə tam və düzgün əməl edilməklə keçirilmişdir. Qərarda göstərilir: “Vergi orqanı tərəfindən səyyar vergi yoxlaması aktında 41203,65 manat dəyərində malların təqdim olunması ilə bağlı təsdiqedici sənəd olmadığından, qeyd olunan mallar təqdimetmə kimi qiymətləndirilərək Vergi Məcəlləsinin 159.1-ci maddəsinə uyğun olaraq 7416,65 manat (41203,65*. 18%) məbləğində ƏDV hesablandığı göstərilmişdir. Lakin qeyd edilməlidir ki, yoxlama aktında 41203,65 manat dəyərində malın siyahısı tutulmamış, həmçinin inventarizasiyaya zərurət olduğu tədqirdə, o da aparılmamışdır. ’’ Məhkəmənin qeyd etdiyi dəlillər aşağıda qeyd olunan səbəblərə görə əsassızdır. “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********194897 nömrəli qərara əsasən vergi ödəyişinin ünvan 4 ünvanına baxış keçirilməsinə icazə verilməmişdir. Bununla əlaqədar “Səyyar vergi yoxlamasının keçirilməsi üçün vergi orqanının vəzifəli şəxslərinin ərazilərə və binalara (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olmağa icazə verilməməsi barədə” xx.xx.2019-cu il tarixli **********194903 nömrəli akt tərtib edilmişdir. Akt sbüt kimi məhkəməyə təqdim edilmiş və işin materiallarında var. Bundan əlavə, məhkəmənin 41203,65 manat dəyərində malın inventarizasiyasının aparılmaması dəlilinə münasibətdə bildiririk ki, 41203,65 manat dəyərində malların təqdim olunması ilə bağlı təsdiqedici sənədlər olmamış, vergi ödəyicisinin aktiv təsərüffat subyektinin olmaması və vergi ödənişinin ünvan 4 ünvanına baxışın keçirilməsinə vergi ödəyicisi tərəfindən şərait yaradılmamış, yoxlama dövrünün əvvəlinə və sonuna mal qalığı barədə vergi ödəyicisi tərəfindən məlumat verilməmiş, eyni zamanda 2016-cı ilin təqdim edilmiş mənfəət vergi bəyannaməsinin 1 nömrəli əlavəsində ilin sonuna mal qalığının olmadığı göstərilmişdir. Göstərilən səbəblərdən vergi ödəyicisinin əmlakının inventarizasiya keçirilməmişdir. Bu barədə məlumat xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktının 1.9.2-ci bəndində qeyd olunmuşdur. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Yoxlama ilə 2017-ci ildən yoxlanılan dövrün sonuna qədər olan dövrlərdə vergi ödəyicisi tərəfindən idxal edilmiş mallar invoys sənədləri vasitəsi ilə müəyyən edilərək, elektron vergi hesab-faktura və elektron qaimə- faktura ilə təqdim olunmuş mallarla üzləşdirilmiş, nəticədə cəmiyyət tərəfindən əldə olunmuş və malların üzləşdirilməsi nəticəsində 41203,64 manat dəyərində (2017-ci il ərzində 1878,63 manat, 2018-ci il üzrə 17943,47 manat və 2019-cu il üzrə 21381,54 manat) malların mühasibat və vergi sənədlərinə əsasən qalıqda olmadığı, bununla yanaşı cəmiyyətin vergi orqanında anbar və ya saxlanc yeri ilə bağlı təsərrüfat subyekti olmadığı üçün həmin mallar təqdimetmə kimi qiymətləndirilərək Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən 7416,65 manat (41203.65*18%) əlavə vergi məbləği hesablanmışdır. Bu da Vergi Məcəlləsinin tələblərinə uyğundur. Müəssisə tərəfindən təqdim olunmuş sənədlərdə 2017-ci və 2018-ci illər üzrə “Konsaltinq xidmətlərinin göstərilməsi haqqında” müqavilə, təhvil-təslim aktı və mədaxil qəbzlərinə əsasən 2017-ci il üzrə 16000 manat, 2018-ci il üzrə isə 88000 manat məbləğində müxtəlif xidmətlərin (şirkətin təşkilatı struktur planlaşdırılması, insan resurslarının idarə edilməsinin planlaşdırılması və s) alındığı göstərilmişdir. Yoxlama zamanı müəssisənin fəaliyyət göstərdiyi müddətdə aktiv təsərrüffat subyektinin, muzdlu işçilərinin olmaması müəyyən edilərək qeyd olunan xərclərin Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq gəlirin əldə edilməsi ilə bağlı xərc olmadığı qənaətinə gəlinmiş və həmin xərclər nəzərə alınmamışdır. Məhkəmə əlavə xidmətlərin alındığını əsas gətirməklə yuxarıda qeyd olunan halları nəzərə almamışdır. Həmin maddəyə əsasən, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Məhkəmə mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Məhkəmənin mötəbər sübut hesab etdiyi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/8083 nömrəli ekspert rəyinin tədqiqat və nəticə hissələrindən göründüyü kimi, ekspert inzibati iş üçün xüsusi əhəmiyyət daşıyan və məhkəmə tərəfindən ekspertiza tədqiqatına tədqdim edilmiş suallar üzrə aparılmış tədqiqatın müfəssəl təsviri və onlara əsasən çıxardığı nəticə barədə rəyin təqiqat hissəsində əsaslandırma verməmişdir. Ekspert rəyi ilə aydınlaşdırılmalı olan birinci və ikinci suallar üzrə rəydə gəlinmiş nəticəyə münasibətdə qeyd edilmişdi ki, ekspert qoyulmuş suallara dair işin faktiki halları üzrə düzgün tədqiqat aparmadan, səyyar vergi yoxlaması aktında olan məlumatları rəyə köçürməklə kifayətlənmişir. Ekspert qanunvericilikdə nəzərdə tutulmuş hüququndan istifadə etməmiş, ekspertiza tədqiqatının hərtərəfli, tam və obyektiv aparılması üçün tədbirlər görməmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş suallara əsaslandırılmış cavablar verilməmişdir. Məhkəmə tərəfindən həmin ekspert rəyi ilə cavabdeh tərəfindən təqdim edilmiş və işin materiallarında olan sübutlar üzrə hər hansı bir qiymətləndirmə aparmamış, eyni zamanda ekspert rəyinin işin hallarına uyğun həqiqəti əks etdirmədiyi və həmin rəyin, mötəbər sübut kimi nəzərə alınmaması barədə cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli **********454800 nömrəli mülahizədə qeyd olunanlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraza münasibətə uyğun əsaslandırılmışdır ki, əlavə olaraq Azərbaycan Respublikası Vergilər Məcəlləsinin müvafiq maddələrinə istinad edilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onunn məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edildiyi hissədə ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya ilk öncə qeyd edir ki, hazırki iş üzrə apellyasiya şikayəti cavabdeh tərəfindən verildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı məhz iddianın təmin edildiyi hissədə yoxlanılır. Belə ki, qərardan iddianın təmin edilmədiyi hissədə iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən qərarın ləğvi ilə bağlı məhkəməyə qanunla müəyyən edilmiş müddət daxilində müraciət edildiyi üçün iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi ““Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********138804 saylı xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi” barədədir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Vergi Məcəlləsi vergi ödəyiciləri tərəfindən büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması) məqsədilə vergi orqanını müxtəlif tədbirlər, o cümlədən kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlaması həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Vergi qanunvericiliyi qeyd olunan yoxlamalardan hər birinin keçirilmə şərtlərin və qaydalarını tənzimləyir. Nəzərə almaq lazımdır ki, vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə həmin yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara istinad etməlidir. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçıya münasibətdə səyyar vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə **********191783 saylı xx.xx.2019-cu il tarixli qərarı qəbul etmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 36.3-cümaddəsinə əsasən səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər; Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Həmin Məcəllənin 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu məcəllənin 72.3-cü, 72.4-cü, 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir. Həmin Məcəllənin 72.3-cü maddəsinə əsasən vergi hesabatını vergi ödəyicisi, yaxud onun müəyyən edilmiş qaydada vəkil edilmiş nümayəndəsi imzalamalıdır. Həmin Məcəllənin 72.4-cü maddəsinə əsasən qanunvericiliyə müvafiq olaraq vergi ödəyicisinin vergi hesabatının tərtib edilməsində müstəqil auditor iştirak edirsə, o, vergi hesabatını imzalamalı, möhür vurmalı və öz vergi ödəyicisinin eyniləşdirmə nömrəsini göstərməlidir. Hesabatı bir nəfərdən çox tərtibatçı hazırlayırsa, onu ancaq baş tərtibatçı imzalayır. Həmin Məcəllənin 72.5-ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövri üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbiəği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda əlavə hesablanmış vergi məbləğifaizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. Həmin Məcəllənin 72.6-cı maddəsinə əsasən vergi orqanı təpəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlaması aparıldıqdan sonra və ya hər hansı digər hərəkətlərin həata keçirilməsi ilə qəbul edilməsinin şərtləndirilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Vergi orqanı tərəfindən vergi hesabatı yalnız aşağıdakı hallardan biri olduqda qəbul edilmir. 72.6.1. vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsi ilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq olunmadıqda; 72.6.2. vergi dövrü əks olunmadıqda; 72.6.3. vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsilə verilən vergi hesabatı imzalanmadıqda; 72.6.4 vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda; 72.6.5. vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergi hesabatı müvafiq qanunvericiliyin və ya qaydaların tələblərinə uyğun olmadıqda; 72.7. Bu Məcəlləyə və ya digər qanunvericilik aktlarına müvafiq olaraq vergi orqanına təqdim edilmiş vergi hesabatı bu Məcəllənin 72.6.1—72.6.5-ci maddələrində müəyyən edilmiş hallarda qəbul edilmədikdə, hesabatın vergi orqanına daxil olduğu gündən 3 iş günü ərzində vergi ödəyicisinə bu barədə, habelə aşkar edilmiş dəqiqsizliklər vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv aradan qaldırılaraq, vergi orqanına təqdim edilməsi barədə bildiriş göndərilir. Həmin Məcəllənin 83.3-cü maddəsinə əsasən vergi orqanının səyyar və kameral vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövri qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. İlk öncə kollegiya qeyd etməyi zəruru hesab edir ki, müəssisənin fəaliyyəti üzrə tərtib olunmuş səyyar vergi yoxlaması aktının başlanması tarixi xx.xx.2019-cu il, yoxlamanın başa çatması tarixi xx.xx.2020-ci il, tərtib olunma tarixi 18 iyun 2020-cu il, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın tarixi xx.xx.2020-ci il, yoxlama ilə əhatə olunan dövr isə sentyabr 2016-cı il tarixdən avqust 2019-cu il tarixədək olmuşdur. Qeyd edilməlidir ki, **********193343 saylı xx.xx.2020-ci il tarixli akta əsasən səyyar vergi yoxlamasının Vergi Məcəlləsinin tələblərinə əsasən müddət baxımından düzgün keçirilmədiyi müəyyən olunur. Belə ki, müəsisənin fəaliyyəti üzrə tərtib olunmuş səyyar vergi yoxlaması aktının başlanması tarixi xx.xx.2019-cu il, yoxlamanın başa çatması tarixi xx.xx.2020-cu il, aktın tərtib olunma tarixi xx.xx.2020-ci il və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın tarixi xx.xx.2020-ci il olmasına baxmayaraq, yoxlama ilə əhatə olunan dövr sentyabr 2016-cı il tarixdən avqust 2019-cu il tarixədək olduğundan, 3 ildən əvvəlki dövrlərə dair də hesablanma aparılmış və həmin tələblərin gözlənilməməsi nəticəsində yoxlama ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə vergi ödəyicisinə əlavə olaraq 2444,09 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Bundan əlavə vergi orqanı tərəfindən səyyar vergi yoxlaması aktında 41203.65 manat dəyərində malların təqdim olunması ilə bağlı təsdiqedici sənəd olmadığından, qeyd olunan mallar təqdimetmə kimi qiymətləndirilərək Vergi Məcəlləsinin 159.1-ci maddəsinə uyğun olaraq 7416.65 manat (41203.65*.18%) məbləğində ƏDV hesablandığı göstərilmişdir. Lakin qeyd edilməlidir ki, yoxlama aktında 41203,65 manat dəyərində malın siyahısı tutulmamış, həmçinin inventarizasiyaya zərurət olduğu halda, o da aparılmamışdır. Göstərilənlərdən əlavə qeyd edilir ki, səyyar vergi yoxlaması aktının mənfəət vergisi hissəsində müəssisə tərəfindən təqdim olunmuş sənədlərdə 2017-ci və 2018-ci illər üzrə "Konsaltinq xidmətlərinin göstərilməsi haqqında” müqavilə, təhvil-təslim aktı və mədaxil qəbzlərinə əsasən 2017-ci il üzrə 16000 manatlıq, 2018-ci il üzrə isə 88000 manatlıq müxtəlif xidmətlərin (şirkətin təşkilatı struktur planlaşdırılması, insan resurslarının idarə edilməsinin planlaşdırılması və s) göstərildiyi qeyd olunmuşdur. Həmçinin aktda yoxlama zamanı müəssisənin fəaliyyət göstərdiyi müddətdə aktiv təsərrüfat subyektinin, muzdlu işçilərinin olmaması müəyyən edilərək qeyd olunan xərclərin Vergi Məcəlləsinin 108-ci mədəsinə uyğun olaraq gəlirin əldə edilməsi ilə bağlı xərc olmadığı qənaətinə gəlindiyi və nəzərə alınmadığı göstərilmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, istinad olunan müqavilələrin 1-ci bəndlərində səyyar vergi yoxlaması aktında göstərilən xidmətlərlə yanaşı (yəni şirkətin təşkilatı struktur planlaşdırılması, insan resurslarının idarə edilməsinin planlaşdırılması və s) konsultantın xidmətləri, şirkətin strateji inkişaf planı, bazar araşdırılması, təchizatçıların seçilməsi və təchizat zəncirinin planlaşdırılması, hüquqi məsləhət və rəy verilməsi, şirkətin fəaliyyətinin vergi qanunvericiliyinə uyğun təşkilini, vergi hesabatlarının hazırlanmasını, vergi uçotunun və vergi kargüzarlığının aparılması, marketinq strategiyasının hazırlanması, maliyyə planlaması sahələrini, sənədlərin və müqavilələrin tərtibi və şirkətin bütün digər biznes proseslərini əhatə etdiyi göstərilmişdir. Bundan başqa, yuxarıda da göstərildiyi kimi, səyyar vergi yoxlaması aktında aktiv təsərrüfat subyektinin, muzdlu işçilərinin olmaması müəyyən edilərək qeyd olunan xərclərin Vergi Məcəlləsinin 108-ci mədəsinə uyğun olaraq gəlirin əldə edilməsi ilə bağlı xərc olmadığı qənaətinə gəlindiyi və nəzərə alınmadığı göstərilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, iş materiallarında göründüyü kimi, "Konsaltinq xidmətlərinin göstərilməsi haqqında” müqavilələrin şərtlərinə uyğun olaraq təchizat zəncirinin- planlaşdırılması, strateji planlaşdırma, iş və xidmət, idarəetmə üzrə məsləhət xidmətləri alınmışdır ki, bu da iş materialları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə müəssisə tərəfindən 2018-ci il üzrə Nağdsız hesablaşmalar haqqında Qanunun 3.3-cü maddəsinin tələbləri pozulmaqla sentyabr ayında limitdən (30000) artıq 7000 manat, dekabr ayında isə 21000 manat vəsaitin nağd qaydada xərcləndiyi müəyyən edilmişdir. Buna əsasən cavabdeh tərəfindən Vergi Məcələsinin 58.7- 1-ci maddəsinə uyğun olaraq 10%, yəni 2800 manat maliyyə sanksiyasının tətbiq edilməsi əsaslı olmuşdur. Göstərilənlərə əsasən yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılan əməliyyatlara görə səyyar vergi yoxlaması ilə əlavə olaraq hesablanmış vergilərin məbləğlərinin düzgünlüyü müəyyən olunmamış, o cümlədən aparılan ekspertiza tədqiqatında da vergi odəyicisi tərəfindən təqdim edilən hesabatlarda göstərilən vergi məbləğlərindən fərqli olaraq ödənilməli olan əlavə vergi məbləğlərinin olması müəyyən edilməmişdir. Təqdim edilmiş iş materiallarında iddiaçının xərc sənədləri mövcuddur. Həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri, tarixi, seriyası və nömrəsi təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Eyni zamanda qeyd edilir ki, həmin sənədlər ciddi hesabat sənədləridir və sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması vergi qanunvericiliyinin tələblərinə uyğundur. Lakin iş materialları ilə cavabdehin səyyar vergi yoxlaması aktının mənfəət və əlavə dəyər vergisi üzrə hissəsində əlavə hesablanmış vergilərin əsası və Vergi Məcəlləsinin hansı maddəsinin tələblərinə əsasən və hansı dövrlər üzrə hesablanması öz əksini tapmamışdır. İş materiallarında olan sənədlərlə, həmçinin aparılmış ekspertiza nəticəsində Vergi Məcəlləsinin tələbləri nəzərə alınmaqla yoxlama ilə hesablanmış əlavə vergi məbləğlərinin (mənfəət və ƏDV üzrə) düzgünlüyü müəyyən olunmamışdır. Həmçinin ekspert rəyinin tədqiqi hissəsində göstərilmişdir ki, iş materiallarında olan yoxlama aktında vergi orqanı tərəfindən əlavə hesablanmış vergilər üzrə vergi ödəyicisi tərəfindən tədqiqata təqdim edilmiş sənədlərlə verilmiş hesabat arasında kənarlaşma müəyyən olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarıdır. Həmin Məcəllənin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.0.4. hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmağa və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək vergi orqanının vəzifəsidir. Məhkəmə Kollegiyası onu da qeyd etməyi zəruri hesab ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş və hazırda iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2020-ci il tarixli qərarla iddiaçıya əlavə dəyər vergisi Vergi Məcəlləsinin 159-cu maddəsinə uyğun olaraq (18%-lə), mənfəət vergisi isə Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı Qərarına uyğun olaraq 20 % şərti rentabellik səviyyəsi tətbiq edilməklə hesablanmışdır. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli 393 nömrəli Fərmanına əsasən Vergi Məcəlləsinin 83.9-cu maddəsində göstərilən müvafiq icra hakimiyyətinin səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı 01 mart 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları”na əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir. Həmin Qaydaların 6-cı bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında və ya vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında müəyyən edir. Həmin Qaydaların 6.1.3-cü bəndinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli, 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin çəkdiyi xərcləri əsasında 2016, 2017 və 2018-ci illər üzrə mənfəəti müəyyən edilmişdir. Halbuki, vergi orqanına təqdim edilmiş bəyannamələrdən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün idi. Ona görə də vergi orqanı tərəfindən vergilərin hesablanmasında birbaşa olaraq Vergi Məcəlləsinin 159-cu maddəsində və 83.9-cu maddəsində göstərilən şərti rentabellik səviyyəsinə uyğun hesablama qaydasından istifadə oluna bilməzdi. Əgər vergi orqanı tərəfindən iddiaçının təqdim etdiyi bəyannamələrdəki məlumatlar qəbul edilmirdisə, bu halda da vergi orqanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsindən əvvəl gələn 67-ci maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə etməliydi, bunu etmədən hesablamanı Vergi Məcəlləsinin 83.9-cu maddəsində göstərilən şərti rentabellik səviyyəsinə uyğun apara bilməzdi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. İş materiallarından göründüyü kimi, vergi orqanı tərəfindən hazırki iş üzrə səyyar vergi yoxlaması aparılan zaman Azərbaycan Respublikası Vergi Məcəlləsinin müəyyən etdiyi qaydalara ardıcıl olaraq riayət olunmamış, belə ki, Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətlərdən istifadə etmədən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 83.9-cu və 159-cu maddələrində müəyyən edilmiş qaydada hesablanmış, nəticədə vergi qanunvericiliyin pozulmasına yol verilmişdir ki, bu da vergi orqanının qəbul etdiyi qərarın məhkəmə qaydasında ləğv olunması əsasdır. Nəzərə alınmalıdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından ) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdı ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının mənfəət əldə edilməsi ilə bağlı xərcləri müəyyən etməyin, eləcə də analoji fəaliyyət növü ilə məşğul olan vergi ödəyicisini müəyyən etməyin mümkün olmadığına və bu barədə sənədlərin tam olmadığına istinadən cavabdeh tərəfindən şərti rentabelliyin tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin VM-in 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqininin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə, eləcə də analoji fəaliyyət növü ilə məşğul olan vergi ödəyicisinə aid məlumatlara istinadən ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır. «Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 noyabr 2003-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə uyğun olaraq həmin Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Vergi Məcəllənin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə də məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olub, birinci instansiya məhkəməsinin qərarının mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd oluanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-779/2022 saylı 18 iyul 2022-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-624/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-624/2023
01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver