Məhkəmə qərarları › İş №2-1(103)-624/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-624/2024

19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-624/2024 19.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Səmədovun sədrliyi və məruzəsi ilə, X9 və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “X2 X7 San. ve Tic. LTD ŞTİ" Şirkətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “artıq ödəmə ilə bağlı rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11290/2023 saylı, 06 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “X2 X7 San. ve Tic. LTD ŞTİ” Şirkəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən verilmiş DTA-05 ərizəsinin təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Türkiyə rezidenti olan “X2 X7 San. ve Tic. LTD ŞTİ” Şirkəti ilə “X11 Mühendislik Sanayi Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi, torpaq uçotu işinə cəlb ediləcək ərazilər üzrə mövcud olan plan-kartoqrafik materialların və elektron baza məlumatlarının sistemləşdirilməsi, təhlili, kameral şəraitdə torpaqların kadastr uçotu üzrə zəruri olan digər kadastr məlumatlarının istehsalı, pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki yerləşməsinə dair kadastr göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi, onların yaranma səbəblərinin öyrənilməsi, uyğunsuzluqların aradan qaldırılması ilə bağlı layihə işləri ilə əlaqədar bağlanmış müqavilə üzrə xidmətlərin dəyəri 2017-2019-cu illər ərzində 20.226.675,30 manat olmaqla, “X2 X7 San. ve Tic. LTD ŞTİ” Şirkətinin Türkiyə Respublikasındakı hesabına köçürülmüş və həmin əməliyyatlardan 10 faiz məbləğində, yəni 2.022.675,0 manat ödəmə mənbəyində vergi tutulmuşdur. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanmış DTA-05 ərizəsinin təsdiqlənməsi Dövlət Vergi Xidməti tərəfindən mümkün hesab edilməmişdir. Bununla bağlı iddiaçı tərəfindən qaldırılmış iddia Bakı İnzibati Məhkəməsinin 2-1(112)-777/2022 saylı, 22 fevral 2022-ci il tarixli qərarı ilə təmin edilmişdir. Qeyd olunan qərardan cavabdeh vergi orqanı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)-2031/2022 nömrəli qərarı ilə təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-777/2022 saylı, 22 fevral 2022-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. Daha sonra Dövlət Vergi Xidməti tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-2304/2022 nömrəli qərarı ilə təmin edilərək, yeni qərar qəbul edilmiş və iddia tələbi rədd edilmişdir. Ali Məhkəmənin həmin qərarında iddiaçının vergi borcunun olmadığı haqqında Türkiyə Respublikasının müvafiq qurumundan rəsmi olaraq təsdiq edilmiş sənədləri təqdim edərək, DTA-05 ərizəsi ilə cavabdehə yenidən müraciət etmək hüququnun olduğu göstərilmişdir. Qeyd olunan məsələ ilə əlaqədar Ali Məhkəmənin mövqeyindən görünür ki, qeyri-rezident tərəfindən Azərbaycan rezidentinin sifarişi əsasında görülmüş işlərə görə həmin dövr üzrə vergi borcunun olmadığına dair Türkiyə Respublikasının müvafiq qurumundan rəsmi olaraq təsdiq edilmiş sənədləri vergi orqanına təqdim edərək, DTA-05 ərizəsi ilə cavabdehə yenidən müraciət etdiyi təqdirdə cavabdeh tərəfindən ikiqat vergitutma ilə bağlı Azərbaycan və Türkiyə Respublikaları arasında bağlanmış sazişin şərtlərinə əsasən Azərbaycan tərəfi ödəmə mənbəyindən tutulmuş vergilərin məbləğini iddiaçıya geri qaytarmalıdır. Ali Məhkəmənin yuxarıda qeyd olunan mövqeyini əsas götürərək, iddiaçı tərəfindən Türkiyə Respublikasında vergilər ödənilmiş və vergi borcunun olmaması barədə arayış alınmış və müvafiq arayışla birlikdə DTA-05 ərizəsi ilə Dövlət Vergi Xidmətinə yenidən müraciət edilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********157900 nömrəli məktubu ilə müraciət cavablandırılmış və xx.xx.2022-ci il tarixli 2-1(102)- 2304/2022 saylı Ali Məhkəmənin qərarında vəsaitin müəssisəyə qaytarılması ilə bağlı vergi orqanının üzərinə hər hansı vəzifə qoyulmadığı bildirilmişdir. Vergi orqanı mövqeyini onunla əsaslandırmışdır ki, müvafiq əməliyyatlar çərçivəsində əldə edilən gəlirlərin Türkiyə Respublikasında vergiyə cəlb olunması (Azərbaycan Respublikasında hesablanan vergi məbləğindən az olmamaq şərtilə) ilə bağlı hər hansı təsdiqedici sənəd təqdim olunmamışdır. Dövlət Vergi Xidmətinin qeyd olunan mövqeyi əsassızdır. Belə ki, Ali Məhkəmənin qərarında Azərbaycan Respublikasında hesablanan vergi məbləğindən az olmayaraq vergilərin Türkiyə Respublikasında ödənilməsi şərti nəzərdə tutulmamışdır. Ali Məhkəmənin qərarında Türkiyə Respublikasında vergi öhdəliyinin tam şəkildə yerinə yetirilməsi, yəni Türkiyə Respublikasında vergi öhdəliyinin olmaması şərti nəzərdə tutulmuşdur. İddiaçı Türkiyə Respublikasında vergi öhdəliklərini tam şəkildə yerinə yetirmiş və vergi borcunun olmadığına dair Türkiyə Respublikasının müvafiq qurumu tərəfindən xx.xx.2023-cü il tarixli rəsmi arayış verilmişdir. Əlavə olaraq, DTA-05 ərizəsinə əlavə edilməli olan sənədlər, o cümlədən müqavilələr, təhvil-təslim aktları, görülmüş işlərə görə ödənilmiş vergi məbləğləri əvvəlki məhkəmə mübahisəsi zamanı araşdırılmışdır və işin mübahisəsiz halıdır. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı “X2 X7 San. ve Tic. LTD ŞTİ” Şirkəti Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Dövlət Vergi Xidməti tərəfindən iddiaçının DTA-05 ərizəsinin təsdiq edilərək müvafiq rəy tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət Vergi Xidməti aşağıda qeyd olunan səbəblərə əsasən iddia ərizəsi ilə razı deyil. Belə ki, qeyri-rezident “X2 X7 San. ve Tic. LTD ŞTİ” Şirkəti Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(102)-2304/2022 saylı qərarına istinad edərək vergi borcunun olmadığı haqqında Türkiyə Respublikasının müvafiq qurumundan rəsmi olaraq təsdiq edilmiş sənədləri təqdim edərək DTA-05 ərizəsi ilə Dövlət Vergi Xidmətinə yenidən müraciət etmək hüququnun göstərildiyini, şirkət tərəfindən Ali Məhkəmənin mövqeyinin əsas götürülərək Türkiyə Respublikasında vergilərin ödənildiyini və vergi borcunun olmaması barədə arayışla yenidən Dövlət Vergi Xidmətinə müraciət edildiyini qeyd etmişdir. Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli **********157900 nömrəli məktubla iddiaçının məktubu cavablandırılmış və Ali Məhkəmənin qeyd edilən qərarında vəsaitin müəssisəyə qaytarılması ilə bağlı vergi orqanının üzərinə hər hansı öhdəlik qoyulmadığı bildirilmişdir. İddiaçı ərizəsində ödənilmiş vəsaitin geri qaytarılmasının əsası kimi Türkiyə Respublikasında vergi öhdəliklərini tam yerinə yetirməsini və bu barədə Türkiyə Respublikasının müvafiq qurumundan xx.xx.2023-cü il tarixli arayışın verilməsini qeyd etmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində Türkiyə dövlət büdcəsinə 213.922,86 TRY (18 803,82 AZN) vergi ödənilmiş və bu barədə ona müvafiq arayış verilmişdir. Lakin, iddiaçının müvafiq əməliyyatlar çərçivəsində Azərbaycan mənbəyindən əldə olunan gəlirlərinin (21.917.685,12 manat) Türkiyə Respublikasında bəyan edilməsi və həmin gəlirlərin müvafiq qaydada vergiyə cəlb olunması (Azərbaycan Respublikasında hesablanan vergi məbləğindən az olmamaq şərtilə) ilə bağlı hər hansı təsdiqedici sənəd təqdim olunmamışdır. Əlavə olaraq, təqdim olunan arayışa apostil vurulmamışdır. Vergilər Nazirliyinin xx.xx.2017-ci il tarixli **********009300 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 27 dekabr 2021-ci il tarixli 21 nömrəli Qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydalarının (bundan sonra - Qaydalar) 7.3-cü bəndinə əsasən artıq ödənilmiş vergilərin geri qaytarılması üçün DTA-05 formasına qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən və həmin gəlirdən müvafiq vergilərin faktiki olaraq ödənildiyini (tutulduğunu) sübut edən bütün təsdiqedici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər, ödəniş sənədləri, gəlir ödəyən şəxsdən görülmüş və ya görüləcək işlər (xidmətlər) barədə arayış və s.) bu Qaydaların 8.9-8.13-cü bəndlərinə müvafiq qaydada təsdiq edilmiş surətlər əlavə edilməlidir. Həmin Qaydaların 8.10-cu bəndinə əsasən bu Qaydaların 8.9-cu bəndindən asılı olmayaraq, razılığa gələn digər dövlət “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 1961-ci il tarixli Haaqa Konvensiyasına qoşulduğu və həmin Konvensiya Azərbaycan Respublikası ilə həmin digər dövlət arasında tətbiq edildiyi halda təqdim edilən təsdiqedici sənədlərin leqallaşdırılması tələb olunmur. Bu halda, sənədlərə həmin dövlətin Haaqa Konvensiyası üzrə səlahiyyətli orqanı tərəfindən apostil vurulmalıdır. İddiaçı tərəfindən Ali Məhkəmənin qərarında qeyd edilən xüsusatlar yanlış təqdim edilərək guya onun borcunun olmaması və bu barədə arayışın əldə edilməsi əsası ilə DTA-05 ərizəsinin təsdiq edilərək rəy verilməklə maliyyə orqanına göndərilməsi vəzifəsinin qoyulması barədə tələbi tamamilə əsassızdır. Belə ki, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarının 63-cü bəndində qeyd edilmişdir ki, şəxs tərəfindən DTA-05 ərizəsi ilə müraciət edildikdə gəlirin ödənilməsinə əsas verən, gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu və həmin gəlirdən müvafiq vergilərin faktiki olaraq ödənildiyini (tutulduğunu) sübut edən bütün təsdiqedici sənədlər təqdim edilməlidir. Başqa sözlə, DTA- 05 ərizəsi ilə müraciət zamanı şəxsin ikiqat vergitutmaya məruz qaldığı sübuta yetirilməlidir. Lakin iddiaçı tərəfindən qaytarılması tələb olunan 2.191.768,55 manat verginin Türkiyə Respublikasında ödənilmədiyi və hətta xidmətlərə görə alınmış 21.917.685,12 manat məbləğin şirkət tərəfindən dövriyyəsində göstərilmədiyi müəyyən edilmiş, Ali Məhkəmə tərəfindən də bu hal Qərarın 69-cu bəndində qeyd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11290/2023 saylı, 06 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilmiş, “X2 X7 San. ve Tic. LTD ŞTİ” Şirkətinin görülmüş işlərlə bağlı ödəmə mənbəyindən tutulmuş 2.191.768,55 manat verginin geri qaytarılması ilə əlaqədar DTA-05 ərizəsinin təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11290/2023 saylı, 06 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış birinci instansiya məhkəməsi tərəfindən vergi orqanının etirazında göstərilmiş dəlillərə münasibət bildirilməmiş, maddi hüquq normalarının tətbiqi ilə bağlı üzərinə düşən vəzifələr yerinə yetirilməmiş, eləcə də maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və tətbiq edilməli normanı tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” Sazişin 1-ci “Sazişin tətbiq edildiyi şəxslər” maddəsinə əsasən bu Saziş razılığa gələn dövlətlərdən birinin və ya hər ikisinin rezidenti olan şəxslərə tətbiq olunur. “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” xx.xx.1998-ci il tarixli Sazişin 7.1-ci maddəsinə istinad etməklə kifayətlənən məhkəmənin gəldiyi qənaətə əsasən şirkət Azərbaycan Respublikasında iş yeri vasitəsilə fəaliyyət göstərmədiyindən, bütün işlər Ankara şəhərində həyata keçirildiyindən və xidmətlərə görə ödənişlər də şirkətə edildiyindən vergiyə cəlb edilən məbləğ də məhz şirkətə məxsus gəlir olmuşdur. Beləliklə, xx.xx.1998-ci il tarixli Sazişə istinad edən məhkəmənin mövqeyinə görə Sazişdə vergilərin hansı dövlətdə tutulmasının konkret olaraq müəyyənləşdirildiyi, bu səbəbdən mübahisənin həlli zamanı bu halın rəhbər tutulmalı olması göstərilmişdir. Bununla məhkəmə hesab etmişdir ki, iddiaçının gəliri yalnız Türkiyə Respublikasında vergiyə cəlb edilə bilər və həmin gəlirin Azərbaycan Respublikasında vergiyə cəlb edilməsi yolverilməzdir. Başqa sözlə, məhkəmənin mövqeyinə görə qeyri-rezident olan iddiaçının Azərbaycanda əldə etdiyi gəliri öz ölkəsində bəyan etməməsi və həmin gəlirdən vergi ödəməməsi heç bir əhəmiyyət kəsb etmir. Məhkəmə hesab etmişdir ki, istənilən halda iddiaçıdan ödəmə mənbəyində tutulan vergi ona qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin bu dəlilinə münasibətdə bildirilir ki, daha əvvəl başa çatmış məhkəmə işində qeyd olunan məsələlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarında ətraflı və qəti şəkildə hüquqi qiymət verilmişdir. Ali Məhkəmənin mövqeyinə əsasən müqavilənin predmetini təşkil edən xidmətlər Azərbaycan Respublikasında icra edilmişdir və həmin xidmətlərə görə ödənilən məbləğlər də Azərbaycan mənbəyindən gəlir olmaqla Vergi Məcəlləsinin 125-ci maddəsinin təsir dairəsinə düşür (Qərarın 50-ci abzası). Digər tərəfdən, Ali Məhkəmə öz qərarında qeyd etmişdir ki, tərəflərin bağladığı müqavilədə iddiaçı ödəmə mənbəyində verginin müqavilənin məbləğinə daxil edilməsi ilə bağlı iradə ifadəsini ifadə etmişdir (Qərarın 55-ci abzası). Belə olan halda hazırkı işə baxmış birinci instansiya məhkəməsinin təkrarən qeyd edilən hala istinad etməsi, Ali Məhkəmənin qərarında qəti şəkildə öz həllini tapmış məsələlərə istinad etməklə onları iddiaçının xeyrinə şərh etməsi tam olaraq qanunsuz və əsassızdır. Digər tərəfdən, məhkəmə gəlirin Azərbaycan mənbəyindən əldə olunmadığı qənaətinə gəlsə belə, hazırkı iddia tələbini bu əsasla təmin edə bilməzdi. Belə ki, xidmətlərin Azərbaycan ərazisində deyil, Türkiyə Respublikasında göstərilməsi halında iddiaçı ondan ödəmə mənbəyində tutulmuş vergini vergi orqanından deyil, bilavasitə verginin tutulmasını həyata keçirmiş müqavilə tərəfindən tələb etməli idi. Bundan əlavə, qeyd etmək lazımdır ki, Saziş, eləcə də digər maddi hüquq normaları hər-hansı bir ölkədə əldə edilmiş gəlirin ümumiyyətlə vergidən azad olunmasını nəzərdə tutmur. Məhkəmə Sazişin 7.1-ci maddəsini Sazişin digər maddələri ilə əlaqəli şəkildə şərh etmək əvəzinə məsələyə olduqca formal yanaşmış və Sazişin ruhuna uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmənin gəldiyi nəticə Azərbaycanda əldə edilmiş gəlirlərin faktiki olaraq heç bir dövlətdə vergiyə cəlb edilməməsinə gətirib çıxarmışdır. Qeyd etmək lazımdır ki, ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq sazişlərin bağlanmasının əsas məqsədi xarici investisiya potensialının artırılması və rezident şəxslərin ikiqat vergitutmaya məruz qalmasının qarşısının alınması ilə yanaşı, vergidən yayınma hallarına yol verilməməsindən ibarətdir. Belə sazişlərin bağlanması ilə əlaqədar ölkələr arasında danışıqlar həyata keçirilərkən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (bundan sonra –İƏİT) gəlirə və əmlaka münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Model Konvensiyası baza sənəd kimi istifadə olunur. X8 tərəflər arasında bağlanacaq sazişdə əks olunacaq müddəalar və həmin müddəaların izahı ilə əlaqədar olaraq özündə şərhləri əks etdirir. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarında bu məsələyə də birmənalı şəkildə hüquqi qiymət verilmişdir. Ali Məhkəmənin mövqeyinə görə “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın 7.3-cü bəndinə müvafiq olaraq DTA-05 ərizəsi ilə müraciət zamanı şəxsin faktiki olaraq ikiqat vergitutmaya məruz qaldığı sübuta yetirilməlidir (Qərarın 63-64cü abzasları). Ali Məhkəmə birbaşa olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən Azərbaycan mənbəyində əldə olunmuş gəlirdən Türkiyə Respublikasında vergi tutulmamış, eləcə də bu gəliri ümumiyyətlə bəyan etməmişdir (Qərarın 68-cu abzası). Halbuki, “X2 X7 San ve TİC.LTD.ŞTİ” şirkəti ilə bağlı Türkiyə Respublikasının müvafiq qurumu tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli **********598100 nömrəli cavaba əsasən həmin şirkətin 2017-ci ildə ümumi dövriyyəsi 187.360,0 TL (87.466,0 manat), 2018-ci ildə isə 115.400,0 TL (40.486,0 manat) olmuşdur. Lakin DTA-05 Ərizə formasına əlavə olaraq təqdim olunmuş bank çıxarışına əsasən İnternational Makine şirkətinə “X11 Mühendislik Sanayi Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən 2017-ci ildə 11.532.725,0 manat, 2018-ci ildə isə 10.384.960,0 manat vəsait köçürülmüşdür. Göründüyü kimi İnternational Makine şirkəti böyük məbləğdə gəlirinin olmasına baxmayaraq, Türkiyə Respublikasında həmin gəlirləri bəyan etməmişdir. Birinci instansiya məhkəməsinin növbəti dəlilinə əsasən Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarına müvafiq olaraq iddiaçı Azərbaycan mənbəyindən əldə etdiyi gəlirə görə rezidenti olduğu Türkiyə Respublikasında vergiləri ödədiyi halda yenidən DTA-05 ərizə forması ilə vergi orqanına müraciət edə bilər. Məhkəmənin mövqeyinə görə Türkiyə Respublikasının Gəlir Dairə Başqanlığının arayışına əsasən iddiaçının həmin ölkədə vergi öhdəlikləri tam icra olunmuş və vergi borcu mövcud deyildir. Bu dəlilə münasibətdə bildirilir ki, məhkəmənin istinad etdiyi arayışlarda olan məlumatlar aşağıdakılardan ibarətdir: - xx.xx.2023-cü il tarixə Türkiyə Respublikasında vergi borcunun olmaması; - Türkiyə Respublikasında 213.922,86 türk lirəsi (18.803,82 manat) məbləğində vergilərin ödənilməsi. Göründüyü kimi qeyd olunan arayışlarda Azərbaycan Mənbəyindən əldə edilmiş külli miqdarda (21.917.685,12 manat) gəlirin Türkiyə Respublikasında bəyan edilməsi və bu gəlirə görə həmin ölkədə verginin ödənilməsi öz əksini tapmamışdır. Başqa sözlə, məhkəmə mövcud sübutun qiymətləndirilməsində aşkar səhvə yol verdiyi üçün düzgün olmayan qənaətə gəlmişdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, iddiaçının tələbi VM-nin 85.5-ci maddəsinin də tələblərinə uyğun deyildir. Həmin maddəyə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malikdir. Məlum olduğu kimi ödənişin 11.532.725,0 manat hissəsi 2017-ci ilə, 10.384.960,0 manat hissəsi isə 2018-ci ilə təsadüf etmiş və həmin illərin müvafiq rübləri üzrə ÖMV tutulmuşdur. Buna baxmayaraq, iddiaçı DTA-05 ərizəsi ilə 2023-cü ilin may ayında vergi orqanına müraciət etməklə 5 illik tələb etmə müddətini ötürmüşdür. Bütün bunlara baxmayaraq, məhkəmə sadalanan dəlillərə lazımı münasibət bildirməmiş, yalnız iddiaçının işin faktiki hallarına uyğun gəlməyən qeyri-mötəbər dəlillərini əsas götürərək iddia tələbini təmin etmişdir. İddiaçı tərəfindən ikiqat vergitutmaya məruz qaldığı sübuta yetirilmədiyi, Azərbaycan mənbəyindən əldə olunmuş 21.917.685,12 manat məbləğlə bağlı ödənilmiş 2.191.768,55 manat vergi məbləğini Türkiyə Respublikasında tam ödəmədiyi və bu barədə hər hansı təsdiqedici sənəd təqdim etmədiyi halda qeyd olunan gəlirlə bağlı olmayan 18.803,82 manat ekvivalentində məbləğin ödənilməsi və vergi borcunun olmaması barədə arayışa əsasən DTA-05 ərizəsinin təsdiq edilərək müvafiq rəy tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması barədə məhkəmə qərarı tamamilə qanunsuz və əsassızdır. Bütün bu ziddiyyətlər onu göstərir ki, İnternational Makine şirkəti ikiqat vergitutmanın üstünlüklərindən sui-istifadə edərək ikiqat vergitutmanın mövcudluğu barədə təəssürat yaratmağa çalışmışdır. Cavabdeh tərəfindən iddiaçının “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” Sazişin üstünlüklərindən, güzəşt və azad olmalardan sui-istifadə etməyə çalışması barədə dəlillər tərəflərindən təqdim edilsə də, məhkəmə tərəfindən həmin sübutlara heç bir hüquqi qiymət verilməmişdir. Məhkəmə qərarında “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” xx.xx.1998-ci il tarixli Sazişin 7.1-ci maddəsini, iddiaçının Türkiyə Respublikasında vergiləri ödəməsi və vergi borcunun olmaması haqqında müvafiq arayışı, cavabdehin öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməməsini əsas gətirmiş, lakin məhkəmə gəldiyi bu nəticəni əsaslandıra bilməmişdir. Məhkəmə qeyd edilən dəlillərində haqlı olmamış, öhdəliyin icrasını istisna edən bütün dəlillər məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə tərəfindən bu dəlillərə əhəmiyyət verilməmiş, cavabdehin istinad etdiyi sübutları, digər hüquqi aktları rədd etmək üçün tutarlı dəlillər gətirməyərək, yalnız ümumi formada dəlillərin əsassız olduğu qeyd etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılmaması cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. İddia tələbi ilə bağlı əvvəlki iş üzrə məhkəmənin qərarında dəlil kimi qeyd etdiyi bir çox məsələlər Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(102)- 2304/2022 saylı qərarında öz həllini taparaq məhkəmə tərəfindən rədd edilsə də, Ali Məhkəmə öz qərarında aydın şəkildə konkret olaraq 63-cü, 69-cu, 79-cu, 81-ci abzaslarında iddiaçının sözügedən 2.191.768,55 manat məbləğində vergiləri Türkiyə Respublikasında ödəməməsi və bu barədə hər hansı təsdiqedici sənədi təqdim etməməsini qeyd etsə də, məhkəmə tərəfindən bu hallar araşdırılmamış və lazımı hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəfindən iddiaçının Azərbaycan mənbəyindən əldə etdiyi gəlirə görə Türkiyə Respublikasında vergi ödəməsi halı iddiaçı tərəfindən sübuta yetirilməsə də məhkəmə bu halı əsassız olaraq sübuta yetirilmiş kimi qəbul etmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən apelyasiya şikayətinə etiraz verilərək, apelyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdehin nümayəndəsi vəsatətlə məhkəmə kollegiyasına müraciət edərək hazırki iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə əvvəllər də tərəflər arasında məhkəmə mübahisəsi olmuşdur. Belə ki, hazırkı işdə iddiaçı qismində çıxış edən və Türkiyə Respublikasının rezidenti olan “X2 X7 San. ve Tic. LTD. Şti.” Şirkəti xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarın ləğv edilərək, iddiaçının DTA-05 ərizəsinin təsdiq edilərək müvafiq rəy tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Hər iki iş üzrə DTA-05 ərizəsinə əsasən qaytarılması tələb edilən vergi məbləği X2 X7 San. ve Tic. LTD. Şti.” Şirkəti tərəfindən Azərbaycan Respublikasında yerinə yetirilmiş işlərin müqabilində sifarişçi X11 Mühəndislik Sanayi Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə edilmiş 21.917.685,12 manat ödənişə görə (2017-ci ildə 11.532.725,0 manat və 2018-ci ildə isə 10.384.960,0 manat) 2017-2018-ci illərin müvafiq hesabat dövrləri üzrə hesablanaraq dövlət büdcəsinə ödənilmiş vergi məbləği olmuşdur. Belə ki, həm əvvəlki, həm də hazırkı baxılan iş üzrə predmet eyni olmuş, iddiaçı tərəfindən DTA-05 ərizəsinin təsdiq edilərək müvafiq rəy tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması haqqında qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bundan başqa, iddiaçının 21.917.685,12 manat məbləğində Azərbaycan mənbəyində ödənilmiş vergilərin qaytarılması ilə bağlı əsasları da əvvəlki iddia tələbində olduğu kimi eyni olmuş, bu barədə mövcud olan ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı müvafiq Sazişlər hüquqi əsas kimi çıxış etmişdir. Göründüyü kimi iddiaçının həm iddia tələbi, həm də həmin tələbin söykəndiyi hüquqi əsaslar əvvəlki işlə eynilik təşkil etdiyindən və artıq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Türkiyə Respublikasının vergi orqanı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışların azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində Türkiyə dövlət büdcəsinə 213.922,86 TRY vergi ödənilmiş və qeyd edilən tarixə heç bir vergi borcu yoxdur. Arayışlar xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında Ərizənin (DTA-05) surətindən görünür ki, iddiaçı “X2 X7 San. ve Tic. LTD ŞTİ” Şirkəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə DTA-05 ərizə forması ilə müraciət edərək, artıq tutulmuş 2.191.768,55 manat vergi məbləğinin qaytarılmasını xahiş etmişdir. İşdə olan “X12 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi ilə “X2 X7 San ve TİC.LTD.ŞTİ” şirkəti arasında bağlanmış 14 iyul 2017-ci il tarixli, 04/17 №-li Kadastr Xidməti Müqaviləsinin lazımi qaydada tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, müqavilənin predmeti Azərbaycan Respublikasının 1 (bir) milyon hektar ərazisi üçün daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və 700 000 parseldə pay torpaqlarının islahat sənədlərindəki məkan göstəricələri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərindən ibarətdir. Görülən işlər sifarişçinin icraçıya təqdim etdiyi ilkin məlumatlara əsasən icraçının yerləşdiyi yerdə, yəni Ankara-Türkiyyə Respublikasında həyata keçiriləcəkdir. “X12 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi ilə “X2 X7 San ve TİC.LTD.ŞTİ” şirkəti arasında bağlanmış 20 oktyabr 2017-ci il tarixli, 10/17 №-li Texnologiyanın İnkişafı və Texnologiyaların transfer edilməsi müqaviləsinin lazımi qaydada tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, müqavilənin predmeti elektron uçotu sisteminin formalaşdırılması məqsədi ilə daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki (naturadakı) yerləşmə vəziyyətini əks etdirən məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərinin ərazi ölçmələri üçün isifadə edilən ərazi komputerləri ilə peyk sistemlərinin əlaqələndirilməsi avtomatik parselleme proqramı və məsafədən zondlama texnologiyasının transferi. Texnologiyaların transferi ilkin sifariş üzrə həyata keçirilir. Görülən işlərin Sifarişçinin İcraçıya təqdim etdiyi ilkin məlumatlara əsasən İcraçının yerləşdiyi yerdə, yəni Ankara-Türkiyə Respublikasında həyata keçiriləcəkdir. “X12 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi ilə “X2 X7 San ve TİC.LTD.ŞTİ” şirkəti arasında bağlanmış 25 yanvar 2018-ci il tarixli, 03/18 №-li Kadastr Xidməti Müqaviləsinin lazımi qaydada tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, müqavilənin predmeti Azərbaycan Respublikasının 725000 (yeddi yüz iyirmi beş min) hektar ərazisi üçün daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və 550 000 parseldə pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərindən ibarətdir. Görülən işlər sifarişçinin icraçıya təqdim etdiyi ilkin məlumatlara əsasən icraçının yerləşdiyi yerdə, yəni Ankara-Türkiyyə Respublikasında həyata keçiriləcəkdir. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Türkiyə Cumhuriyyətinin “X11 Mühendislik Sanayi Ticaret” Anonim Şirketi arasında 2016-cı ilin may ayının 3-də Bakı şəhərində imzalanmış SM-14 nömrəli Satınalma müqaviləsi əsasında iş və xidmətlərin dəyəri 44.980.393,00 ABŞ dolları məbləğində olan Azərbaycanda Torpaqların elektron kadastr uçotu sisteminin formalaşdırılması məqsədi ilə ölkənin 3.19 mln. ha ərazisi üçün (digər layihələr çərçivəsində ərazilərində mükəmməl kadastr işləri aparılmış bir sıra rayon, şəhər və qəsəbələrin əraziləri istisna olmaqla) daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və 1.30 mln. ha sahədə pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki (naturadakı) yerləşmə vəziyyətini əks etdirən məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərinə 03 may 2016-cı il tarixindən başlanılmışdır. Bu məqsədlə “X11 Mühendislik Sanayi Ticaret” Anonim Şirkəti tərəfindən şirkətin Azərbaycan Respublikasındakı nümayəndəliyi təsis edilmişdir. Satınalma müqaviləsi çərçivəsində bir çox işlər müqavilədə qeyd edildiyi kimi Nümayəndəlik vasitəsilə icra edilmişdir. Hazırki mübahisə predmetinə dair təqdim edilmiş, bəhs edilən 3 xidmət müqaviləsinin tədqiqi göstərir ki, bu müqavilələr sırf icraçı qismində “İddiaçı" şirkəti tərəfindən, Şirkətin yerləşdiyi yerdə X5 şəhərində icra edilmiş, həmin işlər icraçı qismində Şirkətin özü tərəfindən Sifarişçiyə təhvil verilmiş, bütün ödənişlər də Şirkətin hesabına ödənilmişdir. Eyni zamanda, “X12 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi də həmin işləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil vermişdir. İddiaçının 2017-2018-ci illər ərzində Azərbaycan Respublikasından əldə etdiyi gəlirə görə ödədiyi verginin geri qaytarılması üçün DTA-05 ərizəsi cavabdeh inzibati orqan tərəfindən iddiaçının müvafiq əməliyyatlar çərçivəsində Azərbaycan mənbəyindən əldə olunan gəlirlərinin (21.917.685,12 manat) Türkiyə Respublikasında bəyan edilməsi və həmin gəlirlərin müvafiq qaydada vergiyə cəlb olunması (Azərbaycan Respublikasında hesablanan vergi məbləğindən az olmamaq şərtilə) ilə bağlı hər hansı təsdiqedici sənəd təqdim edilməməsi əsas gətirilərək təsdiqlənməmişdir. Hazırda iddiaçı Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında xx.xx.1998ci il tarixli Sazişə, həmçinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 iyun tarixli **********009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydalarına istinad edərək, 03 xidmət müqaviləsi üzrə Türkiyə Cümhuriyyətində icra edilmiş işlərə görə ödəmə mənbəyində tutulmuş vergilərin geri qaytarılmasını xahiş edir. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən ikiqat vergitutmaya məruz qaldığı sübuta yetirilmədiyi, Azərbaycan mənbəyindən əldə olunmuş 21.917.685,12 manat məbləğlə bağlı ödənilmiş 2.191.768,55 manat vergi məbləğini Türkiyə Respublikasında tam ödəmədiyi və bu barədə hər hansı təsdiqedici sənəd təqdim etmədiyi halda qeyd olunan gəlirlə bağlı olmayan 18.803,82 manat ekvivalentində məbləğin ödənilməsi və vergi borcunun olmaması barədə arayışa əsasən DTA-05 ərizəsinin təsdiq edilərək müvafiq rəy tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması barədə məhkəmə qərarı tamamilə qanunsuz və əsassızdır. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki; Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 2.5. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. 125.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda, ödəmə mənbəyində artıq tutulmuş vergi məbləği bu Məcəllənin 87.4-cü maddəsində müəyyən edilmiş qaydada geri qaytarılır. 87.4. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyasının 2017-ci il 12 iyun tarixli **********009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın 7-ci bəndi qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında artıq ödənilmiş vergilərin qeyri-rezidentə geri qaytarılması ilə bağlı qaydaları tənzimləyir. Belə ki, Qaydaların 7-ci bəndinə əsasən beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmasına baxmayaraq, bu Qaydaların 5-ci hissəsində nəzərdə tutulmuş ərizə təqdim edilmədikdə, vaxtında təqdim edilmədikdə, yaxud hər hansı digər səbəbdən qeyri-rezident beynəlxalq müqavilədə nəzərdə tutulandan artıq vergi ödədikdə, həmin qeyri-rezident müvafiq vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” Ərizə formasını (bundan sonra - DTA-05 forması) (Əlavə № 8) təqdim etməklə, artıq ödənilmiş (tutulmuş) vergi məbləğlərinin geri qaytarılması ilə bağlı müraciət edə bilər. DTA-05 forması qeyri-rezident tərəfindən ona gəlir ödəyən hər bir şəxs (vergi agenti) üzrə ayrıca doldurularaq, təqdim edilməlidir. Artıq ödənilmiş vergilərin geri qaytarılması üçün DTA-05 formasına qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən, gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu və həmin gəlirdən müvafiq vergilərin faktiki olaraq ödənildiyini (tutulduğunu) sübut edən bütün təsdiqedici sənədlərin bu Qaydaların 8-ci hissəsinə müvafiq qaydada təsdiq edilmiş surətlər əlavə edilməlidir. Müraciət elektron formada edildiyi zaman təsdiqedici sənədlər Vergilər Nazirliyinin internet vergi idarəsi vasitəsi ilə yalnız o zaman yüklənə bilər ki, müraciət edən şəxs internet vergi idarəsinə daxil olmaq üçün müvafiq autentifikasiya vasitələrinə (şifrə, parol, istifadəçi adı, gücləndirilmiş elektron imza və s.) malik olsun. Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində formada göstərilmiş vergi məbləğlərinin qeyri-rezidentə geri qaytarılmalı olması təsdiqlənərsə, Vergilər Nazirliyinin müvafiq struktur vahidinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nda müəyyən edilmiş prosedura uyğun olaraq “Vergi ödəyicisinin büdcəyə artıq ödəmələrin qaytarılması barədə Rəy” hazırlanaraq, müraciət edən şəxsə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin yerli bölmələrinə (bundan sonra-maliyyə orqanı) göndərilir. Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində formada göstərilmiş vergi məbləğlərinin qeyri-rezidentə geri qaytarılması qanunamüvafiq hesab edilmədiyi təqdirdə, Vergilər Nazirliyinin elektron informasiya sistemində səbəbləri göstərilməklə bu Qaydalara əlavə edilən forma (Əlavə № 9) üzrə imtina haqqında bildiriş tərtib edilir və Vergilər Nazirliyinin müvafiq struktur vahidinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra, elektron formada və kağız daşıyıcısında müraciət edən şəxsə göndərilir. Artıq ödənilmiş vergilərin maliyyə orqanları tərəfindən qeyri-rezidentə qaytarılmasının prosedurları, müddətləri və digər aidiyyəti məsələlər bu Qaydaların 7.5-ci bəndində nəzərdə tutulmuş Qaydalarla tənzimlənir. Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında xx.xx.1998-ci il tarixli Saziş:

1. Bu saziş razılığa gələn Dövlətlərdən birinin və ya ikisinin rezidenti olan şəxslərə tətbiq olunur. 2.1. Bu saziş, alınma qaydasından asılı olmayaraq, razılığa gələn dövlətdə və ya onun ərazisi-inzibati bölmələrində, ya da yerli hakimiyyət orqanlarında gəlirlərdən alınan vergilərə tətbiq olunur. 2.3. Bu sazişin şamil edildiyi Azərbaycan Respublikası qanunvericiliyində qüvvədə olan vergilər: (i) hüquqi şəxslərin mənfəətindən və gəlirlərinin ayrı-ayrı növlərindən vergilər. 5.1. Bu sazişin məqsədləri baxımından “iş yeri” termini müəssisənin fəaliyyətinin tamamilə və ya qismən həyata keçirdiyi işlə əlaqədar sabit yeri bildirir. 5.2. “İş yeri” termininə daxildir: a) idarəetmə yeri, b) filial c) büro, d) fabrik, e) emalatxana 7.1. Əgər Razılığa gələn bir Dövlətin müəssisəsi Razılığa gələn digər Dövlətin ərazisində iş yeri vasitəsilə fəaliyyət göstərmirsə, o zaman onun mənfəəti ancaq razılığa gələn ilk bəhs edən Dövlətdə vergiqoymaya cəlb edilir. Əgər müəssisə sahibkarlıq fəaliyyətini Razılığa gələn digər Dövlətin ərazisində iş yeri vasitəsilə həyata keçirirsə, onun mənfəətinin ancaq həmin iş yerinə aid olan hissəsi digər Dövlətdə vergiyə cəlb edilə bilər. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Türkiyə Cumhuriyyətinin “X11 Mühendislik Sanayi Ticaret” Anonim Şirketi arasında 2016-cı ilin may ayının 3-də Bakı şəhərində imzalanmış SM-14 nömrəli Satınalma müqaviləsi əsasında iş və xidmətlərin dəyəri 44.980.393,00 ABŞ dolları məbləğində olan Azərbaycanda Torpaqların elektron kadastr uçotu sisteminin formalaşdırılması məqsədi ilə ölkənin 3.19 mln. ha ərazisi üçün (digər layihələr çərçivəsində ərazilərində mükəmməl kadastr işləri aparılmış bir sıra rayon, şəhər və qəsəbələrin əraziləri istisna olmaqla) daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və 1.30 mln. ha sahədə pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki (naturadakı) yerləşmə vəziyyətini əks etdirən məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması işləri görülməlidir. Hazırki iş üzrə iddiaçı “X3 X7 San. ve Tic. Ltd. Şti" şirkəti ilə “X12 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi arasında 3 xidməti müqavilə (xx.xx.2017-ci il tarixli, 04/17 №-li, xx.xx.2017ci il tarixli, 10/17 №-li, xx.xx.2018-ci il tarixli, 03/18 №-li) bağlanmış və müqavilələrin şərtlərinə əsasən Azərbaycan Respublikasının ərazisi üçün daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərini sifarişçinin icraçıya təqdim etdiyi ilkin məlumatlara əsasən icraçının yerləşdiyi yerdə, yəni Ankara-Türkiyyə Respublikasında həyata keçiriləcəkdir. Tərəflər arasında təsdiq edilmiş təhvil-təslim aktlarına əsasən müqavilələrdə nəzərdə tutulmuş işlər icraçı tərəfindən yerinə yetirilərək sifarişçiyə təhvil verilmişdir. Eyni zamanda, “X12 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi də həmin işləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil vermişdir. “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında" xx.xx.1998-ci il tarixli Sazişin 7.1-ci maddəsindən aydın olduğu kimi Əgər Razılığa gələn bir Dövlətin müəssisəsi Razılığa gələn digər Dövlətin ərazisində iş yeri vasitəsilə fəaliyyət göstərmirsə, o zaman onun mənfəəti ancaq razılığa gələn ilk bəhs edən Dövlətdə vergiqoymaya cəlb edilir. İşin hallarından da göründüyü kimi, “X3 X7 San. ve Tic. Ltd. Şti" şirkəti Azərbaycan Respublikasında iş yeri (yəni, sazişin 5.2-ci maddəsinə əsasən idarəetmə yeri, filial, büro, fabrik, emalatxana) vasitəsilə fəaliyyət göstərməmişdir. Yuxarıda istinad olunan müqavilələrdən, ona əlavə olunan təhvil-təslim aktlarından göründüyü kimi, görülmüş işlərin icraçısı qismində nümayəndəlik deyil, “X2 X7 San ve TİC.LTD.ŞTİ” Şirkəti çıxış edir. “X2 X7 San ve TİC.LTD.ŞTİ” Şirkəti müqaviləyə əsasən bütün xidmətlərini Türkiyə Respublikasının Ankara şəhərində həyata keçirmişdir. Xidmətlərə görə ödənişlər də Şirkətə ödənilmişdir. Bu halda vergiyə cəlb olunan məbləğ də məhz “X2 X7 San ve TİC.LTD.ŞTİ” Şirkətinə məxsus gəlirdir. Bu səbəbdən də hesab edilir ki, cavabdeh inzibati orqan Sazişlə nəzərdə tutulmuş tələbləri pozmuşdur. Hazırkı mübahisəyə tətbiq olunan “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında" xx.xx.1998-ci il tarixli Sazişdən də aydın olur ki, həmin Sazişlə vergilərin hansı dövlətdə tutulması konkret müəyyənləşmişdir. Mübahisənin həlli zamanı da bu hal rəhbər tutulmalıdır. Daha əvvəlki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-2304/2022 saylı qərarında qeyd olunmuş mövqeyə uyğun olaraq, iddiaçı tərəfindən Türkiyə Respublikasında vergilər ödənilmiş və vergi borcunun olmaması haqqında Türkiyə Respublikasının müvafiq qurumundan rəsmi olaraq təsdiq edilmiş sənədlər təqdim edilmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli qərarının 59-64-cü bəndlərində qeyd etmişdir ki, “Bununla yanaşı, iddiaçı Qaydaların 5.1 və 5.3-cü bəndində göstərilən prosedura vaxtında riayət etməsə də, onun həmin Qaydaların 7.1-ci bəndindəki prosedurdan istifadə etmək imkanı qalmışdır. Belə ki, sözügedən müddəaya əsasən Beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmasına baxmayaraq, bu Qaydaların 5-ci hissəsində nəzərdə tutulmuş ərizə vaxtında təqdim edilmədikdə, yaxud hər hansı digər səbəbdən qeyri-rezident beynəlxalq müqavilədə nəzərdə tutulandan artıq vergi ödədikdə, həmin qeyri-rezident, müvafiq vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” Ərizə formasını (DTA-05 forması) təqdim etməklə, artıq ödənilmiş (tutulmuş) vergi məbləğlərinin geri qaytarılması ilə bağlı müraciət edə bilər. Eyni zamanda, Qaydaların 7.3-cü bəndinə əsasən artıq ödənilmiş vergilərin geri qaytarılması üçün DTA- 05 formasına qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən, gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu və həmin gəlirdən müvafiq vergilərin faktiki olaraq ödənildiyini (tutulduğunu) sübut edən bütün təsdiqedici sənədlərin bu Qaydaların 8-ci hissəsinə müvafiq qaydada təsdiq edilmiş surətlər əlavə edilməlidir”. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən müddəaların təhlili nəticəsində qeyd edir ki, “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” qeyrirezidentlərə ikiqat vergi tutmaya məruz qalmamaq üçün bir neçə prosedur qayda müəyyən etmişdir. Belə ki, əgər qeyri-rezident Azərbaycan Respublikasında vergiyə cəlb edilməməli olduğunu hesab edirsə, bu zaman ödənişin faktiki köçürülməsindən öncə ərizə ilə müvafiq orqana müraciət etməlidir. Əgər ərizə vaxtında verilməmişdirsə, bu halda, DTA-05 forması ilə müraciət edilməlidir. Lakin nəzərə alınmalıdır ki, DTA-03 forması və DTA-05 formasının təsdiq edilməli şərtləri bir-birindən fərqlənir. Belə ki, şəxs DTA-03 forması ilə müraciət etdikdə (yəni ödənişin həyata keçirilməsindən öncə müraciət olunduqda) müraciətə qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən və gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu sübut edən bütün təsdiqedici sənədlər (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər, gəlir ödəyən şəxsdən görülmüş və ya görüləcək şlər (xidmətlər) barədə arayış və s.) təqdim edilməlidir. Lakin, şəxs DTA-05 forması ilə müraciət etdikdə gəlirin ödənilməsinə əsas verən, gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu və həmin gəlirdən müvafiq vergilərin faktiki olaraq ödənildiyini (tutulduğunu) sübut edən bütün təsdiqedici sənədlər təqdim edilməlidir. Başqa sözlə, DTA-05 forması ilə müraciət zamanı şəxsin faktiki ikiqat vergitutmaya məruz qaldığı sübuta yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müvafiq əməliyyatlar çərçivəsində əldə edilən gəlirlərin Türkiyə Respublikasında vergiyə cəlb olunması (Azərbaycan Respublikasında hesablanan vergi məbləğindən az olmamaq şərtilə) ilə bağlı hər hansı təsdiqedici sənədin təqdim olunmamasına dair cavabdehin dəlilləri əsassızdır. Ali Məhkəmənin qərarında Türkiyə Respublikasında vergi öhdəliyinin tam şəkildə yerinə yetirilməsi, yəni Türkiyə Respublikasında vergi öhdəliyinin olmaması şərti nəzərdə tutulmuşdur. İddiaçı da Türkiyə Respublikasında vergi öhdəliklərini tam şəkildə yerinə yetirmiş və 2017, 2018, 2019 və 2020-ci illər üzrə vergi borcunun olmadığına dair Türkiyə Respublikasının müvafiq qurumu tərəfindən xx.xx.2024-cü il tarixli rəsmi (apostil qaydasında təsdiq edilmiş) arayış verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi “X2 X7 San. ve Tic. LTD ŞTİ” Şirkətinin görülmüş işlərlə bağlı ödəmə mənbəyindən tutulmuş 2.191.768,55 manat verginin geri qaytarılması ilə əlaqədar DTA-05 ərizəsinin təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Bundan başqa məhkəmə kollegiyası cavabdehin nümayəndəsi tərəfindən verilmiş iş üzrə icraata xitam verilməsinə dair vəsatətə münasibətdə qeyd edir ki, hazırki iddia eyni tərəflər arasında, eyni predmet barəsində olsa da, tələbin əsası dəyişmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi tərəfindən verilmiş iş üzrə icraata xitam verilməsinə dair vəsatət təmin edilməməlidir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11290/2023 saylı, 06 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Pərviz Hüseynov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar