Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-625/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyi yanında Dövlət X9 Bakı şəhəri Nərimanov rayon şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət X13 publik hüquqi şəxsinin Bakı şəhəri Nərimanov rayon xidmət nümayəndəliyi) qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-2605/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyi yanında Dövlət X9 Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək 26 saylı X10 çilingər, xx.xx.1983-cü ildən Bakı şəhəri Nərimanov rayonu X11 138 saylı köşkdə yaz-yay mövsümündə dondurma satışı üzrə satıcı, xx.xx.1983-cü il tarixdən 45 saylı mağazada fəhlə, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək müvəqqəti olaraq 110 saylı pavilyonda yazyay mövsümündə dondurma satışı üzrə 6 saatlıq natamam iş günü olmaqla səyyar satıcı vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1983-1985-ci illərdə işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək, əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəyişdirilmiş iddia icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1954-cü il tarixdə Ucar rayonunda doğulmuşdur. İddiaçıya DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmiş, lakin iş stajı ilə bağlı işlədiyi illər tam nəzərə alınmamışdır. Belə ki, iddiaçı xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək 26 saylı X10 çilingər, Bakı şəhəri Nərimanov rayonu X3 xx.xx.1983- cü ildən 138 saylı köşkdə yazyay mövsümündə dondurma satışı üzrə satıcı, xx.xx.1983-cü il tarixdən 45 saylı mağazada fəhlə, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək müvəqqəti olaraq 110 saylı pavilyona yaz-yay mövsümündə dondurma satışı üzrə 6 saatlıq natamam iş günü olmaqla səyyar satıcı vəzifəsində işləmişdir. Həmin dövrləri təsdiq edən arxiv arayışları mövcuddur. İddiaçı bununla bağlı DSMF-nin Nərimanov rayon şöbəsinə ərizə ilə müraciət etmiş, cavabdehin xx.xx.2019-cu il tarixli, **********5 nömrəli cavab məktubu ilə ona imtina edilmiş, əsas kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq pensiyanın təyin olunması və hesablanmasının əmək kitabçasına əsasən aparılması, 1983-1985-ci illərin sosial sığorta stajının əmək kitabçasında qeyd olmadığına görə arayış əsasında əmək pensiyasını hesablamağın qanuna zidd olması göstərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2605/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə (hakim X.İmanov) iddia təmin edilmiş, İddiaçı 1983-1985-ci illərdə işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək, əmək pensiyasının yenidən hesablanması vəzifəsi Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 Bakı şəhəri Nərimanov rayon şöbəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2605/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, pensiyanının təyin olunması və hesablanması əmək kitabçasına əsasən aparılır. İddiaçı 1983-1985-ci illərin sosial sığorta stajı əmək kitabçasında qeyd olunmadığına görə arayış əsasında əmək pensiyasını hesablamaq qanuna ziddir. İşin apellyasiya icraatı zamanı məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə xx.xx.2020-ci il tarixdə sorğu ünvanlanaraq, İşin obyektiv və hərtərəfli araşdırılması üçün yuxarıda qeyd edilən arayışda göstərilmiş xx.xx.1983-cü il tarixli, 177 №-li; xx.xx.1983-cü il tarixli, 591 №-li və xx.xx.1985-ci il tarixli 110 №-li və xx.xx.1985-ci il tarixli, 427 №-li əmrlərin İddiaçı münasibətdə təsdiq edilmiş surətlərinin qısa müddət ərzində məhkəməyə təqdim olunması xahiş edilmişdir. xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2020-ci il tarixli, **********54 saylı cavab məktubu ilə xx.xx.1983-cü il tarixli, 177 №-li; xx.xx.1983-cü il tarixli, 591 №-li və xx.xx.1985-ci il tarixli 110 №-li və xx.xx.1985-ci il tarixli, 427 №-li əmrlərin təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. İşin apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia ərizəsi imzalanmadığından Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində göstərilmiş, məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq, iddiaçıya iddia ərizəsini imzalanması təklif edilmiş və ərizə iddiaçı tərəfindən imzalanmışdır. Cavabdeh işin apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyinin tabeliyində olan Dövlət X9 Məhkəmə Mübahisələri ilə X15 Hüquqi Şəxsi tərəfindən təmsil edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6pellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq, o, 2017-ci ildən pensiya aldığını, iki əmək kitabçasının olduğunu, işlədiyi müəssisələrin birinci əmək kitabçasında qeyd edildiyini, lakin itdiyini və surətinin onda olmadığını bildirdi. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının şəxsiyyət vəsiqəsində qeyd edilən ünvan 1 ünvanına göndərilmiş məhkəmə bildirişi qohumu Qarayeva Mehriban tərəfindən qəbul edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2605/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: - Asan 5 tərəfindən xx.xx.2019-cu ildə verilmiş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1954-cü ildə Ucar rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. - İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, iddiaçı 124k saylı xx.xx.2005-ci il tarixli əmrlə xx.xx.2005-ci il tarixdən “Xəzərdənizgəmitəmiri” İB GTGQ zavoduna keşikçilər dəstəsinə 3-cü dərəcə ilə gözətçi vəzifəsinə işə qəbul edilmiş, 22k saylı xx.xx.2006-cı il tarixli əmrlə xx.xx.2006-cı il tarixdən həmin dəstənin 4-cü dərəcəli nəzarətçisi vəzifəsinə keçirilmiş, 169k saylı xx.xx.2008-ci il tarixli əmrlə xx.xx.2008-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmiş, Q491 saylı xx.xx.2008-ci il tarixli əmrlə xx.xx.2008-ci il tarixdən “Xəzərdənizgəmitəmiri” İB Paris Kommunası adına zavoda keşikçilər dəstəsinə 3-cü dərəcə ilə gözətçi vəzifəsinə 2 aylıq sınaq müddəti ilə qəbul edilmiş, İQ-73 saylı xx.xx.2010-cü il tarixli əmrlə xx.xx.2010-cu il tarixdən KD-də nəzarət buraxılış məntəqəsinin 2-ci dərəcəli nəzarətçisi keçirilmiş, İQ-339 saylı xx.xx.2010-cu il tarixli əmrlə xx.xx.2010-cu il tarixdən KD-də yanğına qarşı profilaktika üzrə böyük təlimatçı qarovul rəisi keçirilmiş, H-104 saylı xx.xx.2011-ci il tarixli əmrlə xx.xx.2011-ci il tarixdən keçikçilər və yanğından mühafizə dəstəsinə 8-ci dərəcəli qarovul rəisi keçirilmiş, H-474 saylı xx.xx.2011-ci il tarixli əmrlə xx.xx.2011-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən ştat vahidinin ixtisarı ilə əmək müqaviləsinə xitam verilmiş (həmin qeyd etibarsız sayılmışdır), xx.xx.2011-ci il tarixli əmrlə xx.xx.2011-ci il tarixdən Zaqfederasiya adına BİV-KK nəzarətçi gözətçi və yanğından mühafizə sahəsinə 5-ci dərəcəli nəzarətçi gözətçi vəzifəsinə keçirilmiş, 27 saylı xx.xx.2013-cü il tarixli əmrlə xx.xx.2013-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmiş, H-65 saylı xx.xx.2013-cü il tarixli əmrlə xx.xx.2013-cü il tarixdən ADXDG-nin Gəmiqayırma və Gəmitəmiri İB-nin X1 keşikçilər və yanğından mühafizə dəstəsinə 8- ci dərəcəli növbə rəisi 2 ay sınaq müddəti ilə qəbul edilmiş, 71k saylı xx.xx.2014-cü il tarixli əmrlə xx.xx.2014-cü il tarixdən Hərbləşdirilmiş mühafizə xidmətinə 11-ci dərəcəli növbə rəisi vəzifəsinə keçirilmiş, 552k saylı xx.xx.2014-cü il tarixli əmrlə xx.xx.2014-cü il tarixdən 6-cı dərəcəli mühafizəçi vəzifəsinə keçirilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssiələrinin İdarəetmə Mərkəzinin **********14 saylı xx.xx.2017-ci il tarixli arxiv arayışından müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Nərimanov rayonu X8 xx.xx.1983-cü il tarixli 177 saylı əmri ilə xx.xx.1983-cü il tarixdən 138 nömrəli köşkə yazyay mövsümünə dondurma satışı üzrə səyyar satıcı qəbul edilmiş, xx.xx.1983-cü il tarixli 591 saylı əmri ilə xx.xx.1983-cü il tarixdən 45 nömrəli mağazaya fəhlə keçirilmiş, xx.xx.1985-ci il tarixli 110 saylı əmri ilə həmin tarixdən müvəqqəti olaraq 110 nömrəli pavilyona yaz-yay mövsümünə dondurma satışı üzrə 6 saatlıq natamam iş günü olmaqla səyyar satıcı keçirilmiş, 04 12.1985-ci il tarixli 427 saylı əmri ilə xx.xx.1985-ci tarixdən Azərbaycan SSR ƏQM nin 36cı maddəsinin 2-ci bəndinə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1999-cu il tarixli 230 nömrəli sərəncamı və xx.xx.1999-cu il tarixli 24 nömrəli əmrinə əsasən Bakı şəhəri Nərimanov rayonu Ticarət və İctimai İaşə idarəsi (keçmiş YTİ-nin bazasında) ləğv edilərək, onu arxiv sənədləri DƏK-in “İstehsalat və Təsərrüfat” İdarəsinə verilmişdir. DƏK-in “İstehsalat və Təsərrüfat” İdarəsinin hüquqi varisi Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzidir. - DSMF-nin Nərimanov rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli, xx/xx-2580 nömrəli məktubdan müəyyən olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən kişilər 63 yaşına çatdıqda azı 12 il sığorta stajı olduqda əmək pensiyası hüququ qazanırlar. İddiaçı pensiya təyin edilərkən əmək kitabçasında qeyd olunan xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üçün fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının məbləği barədə 4 saylı forma üzrə əlavənin verilməsi üçün müvafiq qaydada sorğu edilmiş, sorğuya cavab gəldikdən sonra pensiya hüququna baxılacaqdır. - DSMF-nin Nərimanov rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********5 nömrəli məktubdan müəyyən olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq pensiyanın təyin olunması və hesablanması əmək kitabçasına əsasən aparılır. İddiaçı 1983-1985-ci illərin sosial sığorta stajı əmək kitabçasında qeyd olmadığına görə arayış əsasında əmək pensiyasını hesablamaq qanuna ziddir. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Hazırkı iş üzrə cavabdeh orqanın imtinasının əsası o, olmuşdur ki, iddiaçının 1983- 1985-ci illərin sosial sığorta stajı əmək kitabçasında qeyd olmadığına görə arayış əsasında əmək pensiyasını hesablamaq qanuna ziddir. Məhkəmə kollegiyası imtinanın əsası ilə bağlı qeyd edir ki, işin apellyasiya icraatı zamanı işin obyektiv həlli məqsədi ilə, cavabdeh orqan tərəfindən mübahisələndirilən iddiaçının əmək kitabçasında qeyd edilməyən 1983-1985-ci illər üzrə sosial sığorta stajının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə xx.xx.2020-ci il tarixdə sorğu ünvanlanmışdır. Məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş, xx.xx.2020-ci il tarixli, **********54 saylı cavab məktubu ilə (məktub Baş direktor müavini X16 tərəfindən imzalanmışdır) iddiaçının 1983-85-ci illər üzrə sığorta stajını təsdiq edən xx.xx.1983-cü il tarixli, 177 №-li; xx.xx.1983-cü il tarixli, 591 №-li və xx.xx.1985-ci il tarixli 110 №-li və xx.xx.1985-ci il tarixli, 427 №-li əmrlərin təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin tələblərindən göründüyü kimi, şəxsin əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənədlərdən biri kimi əmrlərdən çıxarışlar nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 1983-1985-ci illər üzrə işləməsi onun əmək kitabçasında qeyd edilməməsinə baxmayaraq, məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab olaraq daxil olmuş xx.xx.1983-cü il tarixli, 177 №-li; xx.xx.1983-cü il tarixli, 591 №-li və xx.xx.1985-ci il tarixli 110 №-li və xx.xx.1985-ci il tarixli, 427 №-li əmrlərin təsdiq edilmiş surətləri ilə təsdiq edilmişdir.(Əmrlər Bakı şəhəri Nərimanov rayon X4 direktoru Djanoyeva N.T tərəfindən imzalanmışdır) Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-2605/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 Bakı şəhəri Nərimanov rayon şöbəsinin (hazırda Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət X13 publik hüquqi şəxsinin Bakı şəhəri Nərimanov rayon xidmət nümayəndəliyi) apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2605/2019 nömrəli qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-625/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-625/2020
24.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver