Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-625/2025 09.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin tanınması tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5479/2024 saylı xx.xx.2024-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı 30 iyun 2017-ci il tarixdə ona verilən B 17 seriyalı 131310 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması ilə bağlı şəhadətnamə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: «…2013-2017-ci illərdə X3 adına Luqansk Milli Universitetində "Əmtəəşünashq və sahibkarlıq fəaliyyəti" ixtisası üzrə bakalavr təhsili almışdır. Ali təhsil müəssisəsini bilirdikdən sonra 30 iyun 2017-ci il tarixində ona verilən V 17 seriyalı. 131310 nömrəli bakalavr diplomunu tanıtmaq məqsədi ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etsə də, diplomun tanınmasının mümkün olmadığı barədə ona bildiriş gəlmiş, daha sonra çoxsaylı müraciətlərinə baxmayaraq onun Ukrayna ərazisində qısa müddətdə olması səbəbilə diplomunun tanınmasının mümkün olmadığı bildirilmişdir. Agentlik sözügedən qərarı ilə əsassız səbəblərlə onu konstitusion hüquqlarından məhrum edir. Təhsil aldığı Taras Şevçenko adına Luqansk Milli Universiteti Ukraynanın Luqansk şəhərində yerləşir. Hamıya məlumdur ki, Luqansk şəhərinin yerləşdiyi Luqansk vilayəti 2014-cü ilin aprel ayından aktiv hərbi əməliyyatların keçirilmə zonasına çevrilmişdir. Belə ki, artıq birinci tədris ilinin ikinci semestrindən onun əyani şəkildə dərslərdə iştirak etməyi mümkün deyildi. Luqansk Milli Universitetinin rəhbərliyi dərslərin keçirilməsi üçün əlindən gələni etmiş və dərsləri ümumdünya təcrübəsi əsasında distant şəkildə keçirmişdir. Luqansk şəhərinin tam işğal olunması ilə əlaqədar Universitet müvəqqəti olaraq Luqansk vilayətinin Starobelsk şəhərinə köçürülmüşdür. Starobelsk şəhərinin aktiv hərbi əməliyyatlar aparılan zonadan avtomobillə cəmi 1 saatlıq məsafədə yerləşdirir. Luqansk vilayətində hərbi vəziyyətin elan olunması, habelə xarici tələbələrin yerləşdirilməsinin mümkünsüzlüyünü nəzərə alaraq Universitet rəhbərliyi tələbələrə dərslərdə distant iştirak etməyə icazə vermişdir. Həmin dövrdə Təhsil Nazirliyinin heç bir qurumu Luqansk və Donetsk vilayətlərində təhsil alan tələbələrə bu universitetlərdə oxumamaqları ilə bağlı heç bir çağırış etməmişdir. Halbuki aktiv hərbi əməliyyatlar 2013- 2018-ci illərdə, yəni 4 ilə yaxın müddətdə davam etmişdir. Cavabdeh pandemiyada keçirilən distant tədrisin qəbul edilə bilən olduğunu vurğulasa da (pandemiya səbəbilə tədris alınan ölkəyə gedə bilməyən tələbələrin diplomlarının tanınmasına problem törədilmir), hərbi əməliyyatların keçirilməsi səbəbilə keçirilən distant təhsili qəbul etmədiyini əsaslandırmamışdır. Bununla da cavabdeh bir inzibati qurum kimi bərabərlik prinsipinə riayət etməmiş və İnzibati icraat haqqında Qanunun 12-ci maddəsinin tələblərini pozmuşdur. Universitet tərəfindən ona təqdim edilən xx.xx.2021-ci il tarixli arayışda da X6 qərarları əsasında Luqanskda keçirilən müxtəlif təyinatlı hərbi əməliyyatlarla əlaqədar olaraq tələbələr üçün distant təhsilin keçirilməsi təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi öz qərarlarında distant formada alınan təhsilin tanınma üçün əngəl olmadığını qeyd etmişdir…» Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə dair etirazında iddianı qəbul etməmiş, rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: «İddiaçı Ukrayna T.Şevçenko adına Luqansk Milli Universiteti tərəfindən ona verilmiş xx.xx.2017-ci il tarixli, B17 № 131310 nömrəli diplom üzrə əldə etdiyi “Əmtəəşünaslıq” ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş, aparılan icraat zamanı ərizəçinin təhsil aldığı ölkədə ali təhsil müəssisəsində sessiyalarda iştirak müddəti Azərbaycan Respublikasında qiyabi təhsilalma forması üzrə müəyyən edilmiş tələblərlə uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. İddiaçının qısa müddət ərzində diploma əlavədə qeyd olunan toplamda 4 illik müddət üzrə nəzərdə tutulmuş 53 istiqamət üzrə toplamda 240 AKTTS-lik (Avropa Kredit Toplama və Transfer Sistemi) tədris yükünü qiyabi təhsilalma formasının sessiya və imtahan tələblərinə uyğun olaraq yerinə yetirməyi qeyri-mümkün olduğu üçün ona tanınma haqqında şəhadətnamənin verilməsindən xx.xx.2022-ci il tarixli qərarla imtina edilmişdir. İş üzrə icraat həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na əsasən aparılmışdır. Qaydalarda qeyd olunmuş bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddəti Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi magistratura səviyyəsində ildə 120-160 saat nəzərdə tutulur ki, bu da ərizəçinin auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Buna əlavə olaraq hər bir tələbənin qiyabi təhsilalma forması üzrə hər semestr üzrə 1 həftə ümumilikdə il ərzində 2 həftəlik imtahan sessiyalarında iştirak tələbi mövcuddur. Qaydaların 4.1.4-cü yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblər arasında göstərilmişdir. Bu tələb yerli qanunvericlikdə əks olunmuş tələbləri xarici dövlətlərdə təhsil almış şəxslərə nisbətdə yüngülləşdirmişdir (halbuki, bu güzəşt nisbəti yerli ali təhsil müəssisələrində 25 faiz təşkil etməkdədir). Buna rəğmən Azərbaycan Respublikası təhsil sistemində ümumilikdə hər il üçün ən az 20 günlük sessiyalarda iştirak müddətinə qarşılıq ümumilikdə 4 il üzrə 29 gün olmuşdur. Qaydalarda tanınmaya dair tələblər arasında yer alan bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasının İddiaçı vəziyyətinə nisbətdə dəyərləndirilməsi üçün onun sərhədkeçmə məlumatlarına baxış keçirilmiş, iddiaçının təhsil aldığı xarici ölkədə olmaq müddətini araşdırmış və onun sərhədkeçmə məlumatları belə müəyyənləşdirilmişdir: İ il - 10 gün; İİ il - getməyib; İİİ il - 8 gün; İV il - 11 gün. Qeyd olunan tələblə bağlı əvvəlki oxşar işlər üzrə müvafiq instansiya məhkəmələrinin xarici ölkədə təhsil alan iddiaçıların həmin ölkə ərazisində olma müddətinin onun sessiyalarda və ali təhsil müəssisəsində digər əlaqəli fəaliyyətinin birbaşa göstəricisi olmadığı barədə şərhləri nəzərə alınaraq iddiaçının sərhədkeçmə məlumatları üzrə yalnız həftə içi, universitetlərin tədrisin təşkil olunduğu günlərinə təsadüf edən dövrləri üçün də məlumatlar araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı təhsil aldığı 4 il ərzində qeyri-iş günləri üzrə belə xarici ali təhsil aldığı ölkədə olmuşdur: 2013/2014-cü il tədris ili üzrə 7 iş günü (2014- cü il 10-21 yanvar); 2014/2025-ci tədris ili üzrə - ümumiyyətlə getməyib; 2015/2016-cı tədris ili üzrə - 5 iş günü (2016-cı il 28 may-4 iyun); 2016/2017-ci tədris ili üzə - 7 iş günü (2017-ci il üzrə 26 may-5 iyun). Sadəcə ali təhsil müəssisələrində sessiya və imtahanlarda iştirakın mümkün olduğu iş günlərinə baxıldıqda isə iddiaçının təhsil aldığı bütün dövr üzrə sadəcə 19 iş günü xarici ali təhsil aldığı ölkədə olduğu müəyyən edilmişdir. Müharibə zonasında təhsil alması və həyatının təhlükədə olması ilə bağlı qeyd etdiyi faktlar cavabdeh qurum üçün önəmlidir və vəziyyətin həssaslığı başadüşüləndir. Qeyd olunan hallar üzrə iddiaçı həmin dövrdə xarici ali təhsil aldığı ölkədə vəziyyətin kəskinləşməsi ilə bağlı akademik fəaliyyətlərin təşkilinin mümkünsüzlüyünə və həyati təhlükənin mövcudluğuna görə akademik məzuniyyət götürə bilər və ya Azərbaycan Respublikasının qanunvericiliyinin Azərbaycan Respublikasının vətəndaşı kimi ona verdiyi ölkəmizin yerli ali təhsil müəssisələrindən birinə köçürülmək hüququnun təmini üçün Elm və Təhsil Nazirliyinə müraciət edə bilərdi. Həmin müraciətlər tamamilə ödənişsiz və elektron sistem vasitəsilə həyata keçirilir. Qeyd olunmuş hallarla bağlı müraciət edilmədiyi kimi vətəndaş iddia ərizəsində müharibə səbəbindən akademik fəaliyyətlərin təşkilinin mümkünsüz və həyati təhlükənin mövcud olduğunu israrla qeyd etdiyi xarici ölkəyə (Ukraynaya) təhsil dövründə qısa intervallarla dəfələrlə giriş-çıxış etmişdir. Hətta İddiaçı 2017-ci ilin iyununda təhsil müddəti bitdikdən sonra da xx.xx.2018-ci ildə yenidən Ukraynaya getmiş xx.xx.2018-ci il tarixə qədər həmin ölkədə qalmışdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində təhsilalma formaları müəyyən olunmuşdur: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022ci il tarixli, 2-1(102)- 794/2022 saylı qərarının 36-cı bəndində qeyd olunmuşdur ki: Məhkəmə Kollegiyası iddiaçının “tədris zamanı distant təhsil texnologiyalarından istifadə olunması” barədə dəlilinə qiymət verərək hesab edir ki, qiyabi və distant (məsafədən) təhsilalma formaları “Təhsil haqqında” Azərbaycan Resbuplikasının Qanununda birbirindən fərqləndirilən anlayışlardır. Qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması mənasını ehtiva etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2762/2023 saylı qərarının 28-ci bəndində: “Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır”... Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5479/2024 saylı xx.xx.2024-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırılmışdır: «… Məhkəmə iş üzrə təhqiqat apararkən iddia ərizəsində qeyd etdiyim əsas məqam olan Luqansk şəhərinin işğal olunmasını ümumiyyətlə nəzərə almamış və “məhkəmənin hüquqi mövqeyi” hissəsində bu məsələyə ümumiyyətlə toxunmamışdır. Belə ki, iddia ərizəsində də qeyd etdiyim kimi təhsil aldığım ali təhsil müəssisəsinin yerləşdiyi Luqansk şəhəri 2014-cü ildən işğala məruz qalmışdır və sözügedən şəhərdə tədrisin keçirilməsi dayandırılmışdır. Belə olan halda mənim Ukrayna dövlətinin nəzarətindən çıxan və müxtəlif hərbi birləşmələrin nəzarətində olan Luqansk şəhərinə getməyi mümkün deyildi. Luqansk Milli Universiteti həmin zaman müvəqqəti olaraq işğal olunmuş ərazilərdən yarım saatlıq məsafədə yerləşən və ali təhsil müəssisəsi üçün infrastruktura malik olmayan, habelə asanlıqla atəşə və diversiyalara məruz qalan Starobelsk şəhərinə yerləşmişdi (Starobelsk şəhərinin artıq Rusiya ordusunun nəzarətində olması bu faktı bir daha sübut edir). Bu acınacaqlı halı nəzərə alaraq Universitet əcnəbi tələbələri də ehtiva edən tələbələrin böyük hissəsi üçün beynəlxalq praktikaya (bu praktikanı pandemiya dönəmində də müşahidə edildi) söykənən distant təhsilə start verdi. Birinci instansiya məhkəməsi iddia ərizənə qiymət vermək və orada göstərilənləri təhqiq etmək əvəzinə onun iddiası üzrə işin hallarını digər xaricdə təhsil alanların işləri ilə eyniləşdirmişdir. Məhkəmə qərarını əsaslandırmaq üçün təhsil müddətində ayrı-ayrı tarixlərdə onun Ukraynaya səfərlərini qeyd edərək bu müddətdə tədris yükünü yerinə yetirməyinin qeyrimümkünlüyünü vurğulamışdır. Halbuki onun Ukraynaya olan səfərləri daha çox təhsililə bağlı inzibati işləri yerinə yetirmək üçün olmuşdur (təhsil haqqının ödənilməsi və sair). Həmin səfərlər çərçivəsində belə Starobelsk şəhərində 3-4 gündən çox qalmaq, kirayə ev tapmaq və təhlükəsizliyimi təmin etmək mümkün deyildi. Məhkəmə qərarını əsaslandırmaq üçün mənim tədris yükünü yerinə yetirməyimi dolayı yollarla əsaslandırmağa çalışsa da, nəzərə almamışdır ki, bu Universitetin müvafiq imtahan komissiyasının səlahiyyətlətinə aid məsələdir. Məhkəmə diplomumun tanınması üçün mütləq qaydada dərslərdə offline iştirakı nəzərdə tutan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramf’na istinad etsə də, nəzərə almamışdır ki, bu standartlar Ukraynanın ali təhsil müəssisələri üçün, xüsusilə də pandemiya dönəmində meyar kimi çıxış edə bilməz. Eyni zamanda həmin standartın 5.4-cü bəndinin özündə də distant təhsil təhsilalma formalarından biri kimi qəbul olunur. Məhkəmə Luqansk Milli Universitetinin fəaliyyəti, Luqansk vilayətində gedən hərbi əməliyyatlar, bu barədə təqdim etdiyim sənədlər barədə heç bir təhqiqat aparmamış, yalnız cavabdehin mülahizəsinə əsasən qərar qəbul etmiş, bununla da İnzibati Prosessual Məcəllənin 12.1 -ci maddəsinin tələblərini pozmuşdur…» Məhkəmə kollegiyasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını,cavabdehin nümayəndəsi isə iddia ərizəsinə etirazına uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı 2013-2017-ci illərdə X4 adına Luqansk Milli Universitetində "Əmtəəşünashq və sahibkarlıq fəaliyyəti" ixtisası üzrə qiyabi təhsilalma formasında, bakalavr təhsili almış və ona həmin Universitet tərəfindən 30 iyun 2017-ci il tarixdə B 17 seriyalı 131310 nömrəli bakalavr diplomu verilmiş, lakin cavabdeh tərəfindən onun həmin diplom üzrə ixtisasının Azərbaycan Respublikası ərazisində tanınmasından və şəhadətnamə verilməsindən imtina olunmuşdur. İmtinanın iddia ərizəsində ifaldə olunan əsaslarından göründüyü kimi iddiaçının aldığı təhsil və ona verilmiş bakalavr diplomu Azərbaycan Respublikasının təhsil qanunvericiliyinin tələblərinə cavab vermir. Belə ki, 2013/2014-cü il tədris ili üzrə 7 iş günü (2014- cü il 10-21 yanvar); 2014/2015-ci tədris ili üzrə - ümumiyyətlə getməyib; 2015/2016-cı tədris ili üzrə - 5 iş günü (2016-cı il 28 may-4 iyun); 2016/2017-ci tədris ili üzə - 7 iş günü (2017-ci il üzrə 26 may-5 iyun). Sadəcə ali təhsil müəssisələrində sessiya və imtahanlarda iştirakın mümkün olduğu iş günlərinə baxıldıqda isə iddiaçının təhsil aldığı bütün dövr üzrə sadəcə 19 iş günü xarici ali təhsil aldığı ölkədə olduğu müəyyən edilmiş, təsil aldığı Luqansk bölgəsi müharibə vəziyyətində olduğu halda nə akademik məzuniyyət götürmüş, digər təhsil müəssisələrinə, nə də o cümlədən, Azərbaycan Respublikasının vətəndaşı kimi yerli ali təhsil müəssisələrindən birinə köçürülməsi üçün çalışmamışdır. Qısa müddət ərzində isə diploma əlavədə qeyd olunan toplamda 4 illik müddət üzrə nəzərdə tutulmuş 53 istiqamət üzrə toplamda 240 AKTTS-lik (Avropa Kredit Toplama və Transfer Sistemi) tədris yükünü qiyabi təhsilalma formasının sessiya və imtahan tələblərinə uyğun olaraq yerinə yetirməyi qeyri-mümkün olduğu üçün ona tanınma haqqında şəhadətnamənin verilməsindən xx.xx.2022-ci il tarixli qərarla imtina edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə cavabdehin qeyd olunan imtinası əsaslıdır. Belə ki, «Təhsil haqqında» Azərbaycan Respublikası Qanunun 6.3-cü maddəsinin tələbinə görə dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (Həmin Qanunun tətbiq edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin Fərmanına (sentyabr 2009-cu il, № 156) əsasən müvafiq icra hakimiyyəti səlahiyyətini Nazirlər Kabineti həyata keçirir.) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqrammı»nın 5.5-ci bəndi, eləcə də, Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli, 9 №-li Qərarı ilə təsdiq olunmuş «Ali təhsil müəssisəsnin «Nümunəvi Nizamnaməsi»nin 1.28-ci bəndində bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 il, qiyabi forma üzrə təhsil müddəti 1 il artıq müəyyən edilmişdır. Eyni zamanda, Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli 348 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili «Qaydaları»nın: 3.2.2-ci bəndinə əsasən .ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bu semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30-a qədər (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər) kredit müəyyənləşdirilir. 3.2.3-cü bəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4-cü bəndinə əsasən ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. İddiaçı Azərbaycan Respublikasının qeyd olunan təhsil standartlarından fərqli olaraq, təhsil aldığı 2013-2017-ci illər ərzində, ümumilikdə, təhsil aldığı ölkədə 19 gün olmuşdur. Qanunvericiliyin qeyd olunan tələblərinə münasibətdə, diploma əlavəsində kreditlərin cəmi 240 (8640 saat) təşkil etdiyi halda, iddiaçı təhsil aldığı ölkədə birinci, üçüncü və dördüncü kurslarda cəmi 19 gün olmuş, tədrisin ikinci ilində isə ümumiyyətlə getməmiş, başqa təhsil müəsiisəsiə löçürülmədiyi də işin mübahisəsiz halıdır. Universitetin müvəqqəti olaraq Luqansk vilayətinin Starobelsk şəhərinə köçürülməsinə gəldikdə, iddiaçı özü də həmin şəhər şəhərinin aktiv hərbi əməliyyatlar aparılan zonadan avtomobillə cəmi 1 saatlıq məsafədə yerləşdiyindən həyati üçün üçün təhlükəli olduğundan getmədiyini etirf edir. Onun Luqansk şəhərinin müharibə vəziyyətində 2014-cü il tarixdən iddiaçının təhsilini başa vurduğu 2017-ci il tarixədək Universitetdə distant üsulla öz təhsilini davam etdirməsini bildirməsinə gəldikdə, birincisi, bunun hansı razlaşma və rəsmiləşdirmə səviyyyəsində və harada həyata keçirdiyinə dair sənəd-sübut mövcud deyildir. Diploma əlavədə təsbit olunan rəsmi təhsilalma formasının isə qiyabi olduğu təsbit olunur. Qeyd olunanlardan onu deməyə əsas verir ki, iddiaçının aldığı təhsil diplom üzrə mənimsəməli ixtisasın məzmununa uyğun deyildir. Başqa sözlə, faktiki olaraq Azərbaycan Respublikasında təhsilə olan dövlət standartlarından əhəmiyyətli dərəcədə fərqlənir. Aərbaycan Respublikasının 18 iyul 2000-ci il № 919-İQ nömrəli Qanunun ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” Sazişin 5-ci maddəsi də məhz onu nəzərədə tutur ki, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il, 367-İQ №-li Qanunu ilə təsdiq edilmiş «1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın Vİ.1-ci maddəsi isə Razılığı gələn Tərəfin belə bir diskresion səlahiyyətini nəzərədə tutur ki, ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər aşkar edildikdə ixtisasın tanınmasından imtina oluna bilər. Göründüyü kimi, iddiaçının diplomu üzrə ixtisasının tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən cavabdeh tərəfindən imtina olunması, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuşdur. Belə olan halda, həmin imtina iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin mənasmından da görünür ki, o zaman məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də, göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsi tərəfindən onun təqdim etdiyi sənədlər barədə araşdırma aparmadığını, yalnız cavabdehin mülahizəsinə əsasən qərar qəbul etməklə, İPM-in 12.1-ci maddəsinin tələblərini pozduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5479/2024 saylı xx.xx.2024-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5479/2024 saylı xx.xx.2024-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-625/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-625/2025
09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver