Məhkəmə qərarları › İş №2-1(103)-627/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-627/2023

24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-627/2023 24.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X8 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2-1(112)-545/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə və Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona əlillik statusunun verilməsi və əlillik dərəcəsinin müəyyən olunması, ona əlillik pensiyasının müəyyən olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun diaqnozu işemik xəstəliyi, gərginlik stenokardiyası İİİ-İV FS, aorta koronar şuntlanma əməliyyatından sonrakı vəziyyət (U5.10.2018), qan dövranı çatışmamazlığı İİ FS, hipertoniya xəstəliyi İİ В mərhələsi. O, ayağından şikəstdir və əməliyyat olunmuşdur, varikozu var. Hətta elektron sistemdə qeyd olunan sənədləri silinib yoxa çıxarıblar, dəfələrlə müraciət etmişdir. Lakin artıq yorulmuş və məhkəməyə müraciət etməyə məcbur qalmışdır ki, hansı əsasla imtina verilir, onun ürəyi və ayaqları ən əsas da ürəyi tam sağalası deyil. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti Balakən Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli 0228003AAG01 saylı göndərişi əsasında baxılmış və “X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: ÜİX gərginlik stenokardiyası lll-İV f.s. aorto koronor şuntlma əməliyyatından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ixtisaslaşmış müalicə davam etdirilsin, əsas diaqnozun ağırlaşmalarını (üç) təsdiq edən instrumental müayinələrin nəticələri və TSEKə göndərilən zaman x-n vəziyyəti dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Daha sonra həmin Poliklinikanın xx.xx.2019-cu il tarixli 0228003AAHH0 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Stenokardiyanın digər formaları, UİX gərginlik stenokardiyası İİİ -İVf.s. Ağırlaşma İ50 Ürək çatmamazlığı, İİ d; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması-Səbəb: İxtisaslaşmış müalicə müəssisəsində müayinə və müalicə davamı məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Həmin Poliklinikanın xx.xx.2020-ci il tarixli 0228003AAH82 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => 121 - Miokard infarktı => 121.9 - Dəqiqləşdirilməmiş kəskin miokard infarktı; Diaqnozun mətni: Əvvəllər keçirilən miokard infarktı, hər iki ayaq ətrafın varikoz xəstəliyi. sağ BDV nin birincili varikoz genişlənməsi, sağ aşağı ətrafda İİİ dərəcəli XVC liq.xx.xx.2020 spinal anesteziya altında sağ aşağı ətrafın venoektomiya əməliyyatı icra olunmuşdur. aorto koronor şuntlama əməliyyatından sonrakı vəziyyət. (xx.xx.2018). Ürək çatmamazlığı, İİİ f.s; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: müalicə günləri azdır. İxtisaslaşmış müalicə müəssisəsində müayinə və müalicə davamı məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlan”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti olmaqla ona əlillik statusunun verilməsi və əlillik dərəcəsinin müəyyən olunması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2-1(112)-545/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: A.Əhədova) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı əlillik vəziyyətinə Balakən rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və “X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: ÜİX gərginlik stenokardiyası lll-İV f.s. aorto koronor şuntlma əməliyyatından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ixtisaslaşmış müalicə davam etdirilsin, əsas diaqnozun ağırlaşmalarını (üç) təsdiq edən instrumental müayinələrin nəticələri və TSEK-ə göndərilən zaman x-n vəziyyəti dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Daha sonra Balakən rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və “X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => 120.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Stenokardiyanın digər formaları, UİX gərginlik stenokardiyasi İİİ -İVf.s Ağırlaşma İ50 Ürək çatmamazlığı, İİ d; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicə müəssisəsində müayinə və müalicə davamı məsləhət görülür.” səbəbi ilə imtina verilmişdir. Balakən rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => 121 - Miokard infarktı => 121.9 - Dəqiqləşdirilməmiş kəskin miokard infarktı; Diaqnozun mətni: Əvvəllər keçirilən miokard infarktı, hər iki ayağı ətrafın varikoz xəstəliyi.sag BDV nin birincili varikoz genişlənməsi.sag aşağı ətrafda lİl dərəcəli XVC liq.xx.xx.2020 spinal anesteziya altında sağ aşağı ətrafın venoektomiya əməliyyatı icra olunmuşdur, aorto koronor suntlama əməliyyatından sonrakı vəziyyət.(xx.xx.2018). Ürək çatmamazlığı, İİİ f.s; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: müalicə günləri azdır. İxtisaslaşmış müalicə müəssisəsində müayinə və müalicə davamı məsləhət görülür səbəbi ilə imtina verilmişdir. Zaqatala rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 120-125 - Ürəyin işemik xəstəlikləri => 120 - Stenokardiya [döş inağı] => 120.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: 120.8 Stenokardiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası İİ fs Ağırlaşma 125.2 Əvvəllər keçirilən miokard infarktı, Ağırlaşma Z95.1 Aortokoronar şuntlu transplantatın olması, AKŞ dən sonrakı hal 2018 Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, XÜÇ İ dərəcə.AF 50% TÇ İƏ dərəcə MÇ İ dərəcə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ixtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Bildirilir ki, İddiaçı Forma 88 arayışında əsas diaqnoz: İ20.8. Stenokardiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası İİ fs; ağırlaşma: İ50.0. Durğunluq ürək çatmamazlığı, XÜÇ İ dərəcə.AF 50% TÇ İƏ dərəcə MÇ İ dərəcə qeyd edilsə də, həmin diaqnozlar əlilliyin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən əlillik təyinatına əsas vermir. Bundan əlavə Kardioloqun qeyd etdiyi İ20.8 Stenokardiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası İİ fs diaqnozu İ dərəcə qan dövranı çatışmazlığına əsas verir və həmin diaqnozda əlilliyin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən əlillik təyinatına əsas vermir. İddiaçının səhhətində çoxsaylı ağırlaşmalar olsa da. 2012.2020-2021-ci illərdə stasionar müalicədə olmamış, qaraciyərdə böyümə qeyd edilsə də, ölçüsü qeyd edilməmiş, dopler müayinəsi səthi qeyd edilmiş, qan axımı surəti, stenoz, damarların daralma faizi göstərilməmiş, beləliklə, ağırlaşlaşmalarda olan angiopasiya da dopler ilə təsdiq olunmamışdır. Bunlardan əlavə, şəkərli diabetlə əlaqəli iddiaçıda böyrək çatışmazlığı və ya hemiparez olmadığı, görməsinin də normal olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.7-ci bəndinə görə endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklərə səbəb olması əlillik təyinatına əsasdır. Lakin göründüyü kimi iddiaçının hədəf orqanlarında hər hansı patoloji dəyişikliklər müşahidə və müayinələrlə təsdiq olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasının 2.5-ci bəndinə göndərişlər görə həmin qaydaların 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X2na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə tərtib edilməlidir. Həmin qaydaların 2.6-cı bəndinə görə 2.5-ci bəndə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Həmçinin əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.3-cü bəndinə əsasən qiymətləndirmə Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. iddiaçı, İddiaçı əlillik dərəcəsinin verilməsindən imtina olunması istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə Balakən Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli 0228003AAG01 saylı göndərişi əsasında xx.xx.2019cu il tarixdə baxılmış və X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8-Stenokardiyanın digər formaları; Diaqnozun mətni: ÜİX gərginlik stenokardiyası lll-İV f.s. aorto koronor suntlma əməliyyatından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ixtisaslaşmış müalicə davam etdirilsin, əsas diaqnozun ağırlaşmalarını (üç) təsdiq edən instrumental müayinələrin nəticələri və TSEK-ə göndərilən zaman x-n vəziyyəti dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Balakən Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli 0228003AAHH0 saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20- İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Stenokardiyanın digər formaları, UİX gərginlik stenokardiyası İİİ-İVf.s. Ağırlaşma İ50 Ürək çatmamazlığı, İİ d; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicə müəssisəsində müayinə və müalicə davamı məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə Balakən Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 0228003AAH82 saylı göndərişi əsasında xx.xx.2020ci il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => 121 - Miokard infarktı => 121.9 - Dəqiqləşdirilməmiş kəskin miokard infarktı; Diaqnozun mətni: Əvvəllər keçirilən miokard infarktı, hər iki ayağı ətrafin varikoz xəstəliyi. sağ BDV-nin birincili varikoz genişlənməsi.sağ aşağı ətrafda İİİ dərəcəli XVC liq.xx.xx.2020 spinal anesteziya altında sağ aşağı ətrafın venoektomiya əməliyyatı icra olunmuşdur. aorto koronor suntlama əməliyyatından sonrakı vəziyyət. (xx.xx.2018). Ürək çatmamazlığı, İİİ f.s; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: müalicə günləri azdır. İxtisaslaşmış müalicə müəssisəsində müayinə və müalicə davamı məsləhət görülür” səbəbi ilə imtina edilmişdir. İddiaçının sonuncu dəfə əlillik vəziyyətinə Zaqatala rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli 0256003AAP8V göndərişi əsasında xx.xx.2022-ci il tarixdə baxılmış və X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => 120 – Stenokardiya (döş inağı) => İ20.8- Stenokardiyanın digər formaları., Əsas diaqnoz İ20.8 Stenokardiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası İİ fs, Ağırlaşma İ25.2 əvvəllər keçirilən miokard infarktı, Ağırlaşma Z95.1 Aortokoronar şuntlu transplantatın olması, AKŞ-dən sonrakı hal 2018, Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, XÜÇ İ dərəcə AF 50% TÇ İƏ MÇ İ dərəcə, yanaşı xəstəliklər İ11.0 Durğunluq ürək çatmamazlığı ilə müşayiət olunan əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik, İİİ yüksək risk qrupu, Yanaşı xəstəliklər İ83.1 Aşağı ətraf venalarının iltihabı proseslə birgə müşahidə olunan varikoz genəlməsi, sağ ayağın varikoz genəlmə əməliyyatından sonrakı hal 2020. Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: əlavə müalicəyə ehtiyacın olması-səbəb xtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür. İşdən görünür ki, iddiaçı cavabdeh tərəfindən verilmiş imtina ilə razılaşmayaraq, ona əlillik statusunun verilməsi və əlillik dərəcəsinin müəyyən olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: -1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İş materiallarından müəyyən olunmuşdur ki, 2018-ci ildə miokard infarktı keçirmişdir. X4 anju olunmuş, bu zaman açıq cərrahiyyə əməliyyatının aparılmasının vacib olduğu bildirilmişdir. xx.xx.2018-ci ildə ECM açıq ürək cərrahiyyə əməliyyatı keçirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3470/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı əsasında iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, Məhkəmə Tibbi- Ekspertiza və X6 tərəfindən verilmiş 418/KEŞ nömrəli xx.xx.2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, İddiaçı məhkəmə-tibbi ekspertizası zamanı və “Akademik C.Abdullayev adına ET Kardiologiya İnstitutu”nda aparılmış funksional diaqnostik müayinələrinin cavablarına, həmçinin profil üzrə mütəxəssislərin obyektiv baxışlarına əsasən, onda hal-hazırda “Ürəyin işemik xəstəliyi; Gərginlik stenokardiyası İİ fs. Postinfarkt kardioskleroz (2018). AKŞ-dan sonrakı vəziyyət (2018). Hipertoniya xəstəliyi İİ dərəcə. Xroniki ürək çatmamazlığı İ (bir) AF 50%. Tənəffüs çatmamazlığı-İ; MÇ-1. Sağ ayağın varikoz genəlmə əməliyyatından sonrakı vəziyyət (2020)” kimi xəstəliklərinin olduğu müəyyən edildi. İddiaçı əmək qabiliyyətinin məhdudlaşması və ya itirilməsi, həmçinin əlillik dərəcəsinin təyini haqqında qərar müayinə və müalicədən sonra müvafiq komissiya tərəfindən təyin oluna bilər. İddiaçı adına tərtib edilmiş 0228003AAH82 nömrəli göndərişdə qeyd olunan əsas diaqnoz məhkəmə-tibbi ekspertizası zamanı öz təsdiqini tapmışdır. Məhkəmə ekspertizası zamanı İddiaçı xx.xx.2021-ci il tarixdə “Akademik C.Abdullayev adına ET Kardiologiya İnstitutu”ndan müayinəsi keçirilmiş müayinə zamanı şikayətləri sinədə yandırıcı ağrılar, təngənəfəslik, üds artması, qarnında köp, halsızlıqdandır. Obyektiv müayinədə: Huşu aydın, vəziyyəti kafidir. A/T-160/100 mm.cv.st. Nəbz 77 vurğu, ritmikdir. Prekardial nahiyədə əməliyyatdan sonrakı çapıq izlənir. Ürək tonları bir qədər kafidir. Ağciyərlərində sərt tənəffüs eşidilir. EKQ-də: Sinus ritmi. Sol mədəciyin hipertrofiyası. Arxa divarda çapıq izlənir və koronar qan təchizatın pozulması. ExoKQ-də: AKŞ əməliyyatından sonrakı vəziyyət. Sol mədəciyin sistola-diastolik ölçüləri və sistolik funksiyası normal (EF- 50%). Sağ boşluqlar böyüməmişdir. Sol mədəciyin konsentrik hipertrofiyası qeyd edilir. Diastolik funksiya relaksativ tipdə pozulmuşdur. Ulmonar arteriya təzyiqi normaldır. Seqmentar divar hərəkət qüsuru (inferiorun bazah hipokinetik, septum disenergik) qeyd edilir. Perikard boşluğu təmizdir. Rəngli doppler exokardioqrafiyasında: ݰTÇ, 1°MÇ. Diaqnoz: “ÜİX: Gərginlik stenokardiyası İİ fs. Postinfarkt kardioskleroz (2018). AKŞ-dan sonrakı vəziyyət (2018). Hipertoniya xəstəliyi İİ dərəcə. XÜÇ İ (bir) AF 50%. TÇ-İ; MÇ-İ. Sağ ayağın varikoz genəlmə əməliyyatından sonrakı vəziyyət (2020) müəyyən edilmişdir. Beləliklə, İddiaçı tibbi sənədlərinə, məhkəmə-tibbi ekspertizası zamanı və “Akademik C.Abdullayev adına ET Kardiologiya İnstitutu”nda aparılmış funksional diaqnostik müayinələrinin cavablarına əsasən onda hal-hazırda “Ürəyin işemik xəstəliyi; Gərginlik stenokardiyası İİ fs. Postinfarkt kardioskleroz (2018). AKŞ-dan sonrakı vəziyyət (2018). Hipertoniya xəstəliyi İİ dərəcə. Xroniki ürək çatmamazlığı İ (bir) AF 50%. Tənəffüs çatmamazlığı-İ; MÇ-1. Sağ ayağın varikoz genəlmə əməliyyatından sonrakı vəziyyət (2020)” kimi xəstəliklərinin olduğu müəyyən edilmiş və eyni zamanda İddiaçı adına Balakən Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 0228003AAH82 saylı göndərişi göndərişdə qeyd olunan əsas diaqnoz məhkəmə-tibbi ekspertizası zamanı öz təsdiqini tapmışdır. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının məhkəmə icraatı gedişində Zaqatala rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli 0256003AAP8V göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirmə zamanı da qoyulmuş əsas diaqnozun bundan əvvəlki xx.xx.2020-ci il tarixli 0228003AAH82 saylı göndərişdə qoyulmuş (əvvəllər keçirilən miokard infarktı, Ağırlaşma Z95.1 Aortokoronar şuntlu transplantatın olması, AKŞ-dən sonrakı hal 2018, Ağırlaşma İ50.0 ürək çatmamazlığı) diaqnozu ilə eyni olmuşdur. Məhkəmə xx.xx.2020-ci il tarixli 0228003AAH82 saylı göndərişdə qeyd olunan əsas diaqnozun iddiaçının sağlamlıq vəziyyətinə uyğun olduğunu, ekspert tədqiqatı nəticəsində onda “Ürəyin işemik xəstəliyi; Gərginlik stenokardiyası İİ fs. Postinfarkt kardioskleroz (2018). AKŞ-dan sonrakı vəziyyət (2018). Hipertoniya xəstəliyi İİ dərəcə. Xroniki ürək çatmamazlığı İ (bir) AF 50%. Tənəffüs çatmamazlığı-İ; MÇ-1. Sağ ayağın varikoz genəlmə əməliyyatından sonrakı vəziyyət (2020)” xəstəliklərin müəyyən olunduğunu, xx.xx.2022-ci il tarixli 0256003AAP8V göndərişində göstərilən əsas diaqnozun İ20.8 Stenokardiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası İİ fs, Ağırlaşma İ25.2 əvvəllər keçirilən miokard infarktı, Ağırlaşma Z95.1 Aortokoronar şuntlu transplantatın olması, AKŞ-dən sonrakı hal 2018, Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, XÜÇ İ dərəcə AF 50% TÇ İƏ MÇ İ dərəcə olmasını nəzərə alaraq hesab etmişdir ki, iddiaçıda aşkar olunan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci bəndində göstərilən xəstəliklərin əhatə dairəsinə düşür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: -2.2-ci bəndinə görə ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: -2.2.1-ci bəndinə görə ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01- İ09, İ11.0, İ13- İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33). Beləliklə, iddiaçıya qoyulmuş əsas diaqnoz İ20.8 Stenokardiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası İİ fs, ağırlaşma İ25.2 əvvəllər keçirilən miokard infarktı qeyd edilən Meyarların 2.2.1-ci bəndinə əsasən ikinci dərəcə əlillik dərəcəsi təyinatına uyğun gəlir. Məhkəmə eyni zamanda cavabdehin əlillik təyinatı üçün müalicə müddətinin az olması dəlili ilə bağlı aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə Tibbi-Sosial Ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinin (şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması) tələbləri nəzərə alınmalıdır. Göndərişin tərtib olunması zamanı bu müddəanın tələbləri nəzərə alınmadığı üçün ona əlillik dərəcəsi təyin edilməsinə əsas vermir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: -1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; -1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); -1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; -1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; -1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. İddiaçıya aid tibbi sənədlərdən görünür ki, iddiaçı xx.xx.2018-xx.xx.2018-ci il tarixdə Bakı Akad. M.Topçubaşov adına X7, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə Balakən rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə Bakı Akad. M.Topçubaşov adına X7, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Bakı Akademik C.M.Abdullayev adına ET Kardiologiya İnstitutunda, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Balakən rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Bakı Mərkəzi Klinikasında, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Balakən rayon Mərkəzi Xəstəxanasında stasionar müalicədə olmuşdur. İddiaçı barəsində ümumilikdə ardıcıl olaraq 4 dəfə tərtib edilmiş tibbi göndərişlərdə onun əsas diaqnozunun stenokardiyanın digər formaları; ÜİX stabil gərginlikli stenokardiyası, əvvəllər keçirilən miokard infarktı, ürək çatmamazlığı olduğu göstərilmişdir. Tibbi göndərişlərdə əsas diaqnoz dəyişməmiş, hətta iddiaçıya qoyulmuş diaqnoz sonuncu dəfə məhkəmə ekspertizası zamanı da öz təsdiqini tapmışdır. Cavabdehin tibbi göndərişlərdə imtinanın əsası kimi müddətə deyil, əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina edildiyi, iddiaçı barəsində tərtib edilmiş sonrakı bütün tibbi göndərişlərdə iddiaçının diaqnozunun dəyişmədiyi, sağlamlıq vəziyyətinin ilkin tibbi göndərişlərdə olduğu kimi qalması nəzərə alındıqda məhkəmə hesab etmişdir ki, müddətlə bağlı dəlilə istinad etməklə əlillik təyinatından imtina əsaslı hesab edilə bilməz. Başqa sözlə, iddiaçının xəstəliyi dəyişməmiş, qoyulmuş diaqnoz ona aid tibbi sənədlər, ekspert rəyi ilə öz təsdiqini tapmış, cavabdeh isə eyni diaqnozlu tibbi göndərişlərə hər dəfə əlavə müalicəyə ehtiyacı var dəlili ilə eyni məzmunlu, əsassız imtinalar vermişdir. Bu halda məhkəmə hesab etmişdir ki, Qaydanın 1.5.1-ci bəndinə əsasən son bir ildə iddiaçı barəsində ambulator və ya stasionar müalicə müddətlərinə dair tələb iddiaçının ziyanına təfsir və tətbiq oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri imtinanın, eləcə də etirazın dəlilləri eynilik təşkil etdiyindən, həmin dəlillərə birinci instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən, həmin qiymətləndirmənin təkrarən qeyd olunmasına zərurət görmür və hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2-1(112)-545/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar